İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 5:30 PM
    On altıncı fəsil
    Onun fəzilətlərinə bir baxış
    Biz Əbu Hüreyrənin fəzilət və üstünlüyü barəsində olan bütün sözlərin üzərində çoxlu araşdırma apardıqdan sonra belə bir nəticəyə gəldik ki, bu sözlərin hamısı heç də onun öz sözlərindən fərqlənmir. Nümunə üçün aşağıdakı sözlərə diqqət yetirib bunun həqiqət olduğuna varacaqsınız. "Əl-istiab” kitabının müəllifi Əbu Hüreyrənin barəsində belə deyir: O, Xeybər müharibəsi zamanı islamı qəbul edib, həmin döyüşdə Peyğəmbər(s)-lə birlikdə döyüşdü. Əbu Hüreyrə o andan belə elm öyrənmək üçün həmişə Peyğəmbər(s)-in yanında olub. Elm öyrənmək üçün bir an belə ondan üz döndərməyib. Ancaq qarnının tox olması ilə kifayətlənib. Peyğəmbər(s)-in əlindən tutaraq, daim onun arxasınca olub. Ona görə də hamıdan çox Peyğəmbərin hədislərini o yadında saxlayıb. Mühacirlərin başı ticarətə, ənsarların başı isə öz işlərinə qarışanda Əbu Hüreyrə Peyğəmbər(s)-in yanından ayrılmayıb. Allahın elçisi (s) özü şəhadət verib ki, Əbu Hüreyrə onun elminə və hədisə məftun olmuşdur. Bir gün Əbu Hüreyrə Peyğəmbər(s)-ə belə dedi: Ey Allahın elçisi! Mən çoxlu sayda sizin hədislərinizi eşitmişəm amma qorxuram unudam.
    O buyurdu: "Paltarını yerə sər.”
    Əbu Hüreyrə deyir: Mən belə etdim və Həzrət ovcu ilə ardıcıl olaraq o paltarın arasına nə isə tökürdü. Sonra dedi: Gey paltarını! Mən o vaxt paltarı geydikdən sonra indiyə qədər heç nəyi yaddan çıxartmadım. Tədqiqatçılar gözəl bilirlər ki, onun barəsində söylənən bu üstünlük Əbu Hüreyrənin öz söylədiyi hədislərin məzmununa oxşayır. Əbu Hüreyrənin özündən başqa bu sözləri təsdiqləyən heç bir mənbə və sənəd yoxdur. Digər xüsusiyyətləri də belədir.
    İndi isə onun yazdıqlarını aydınlaşdıraq. Onun Xeybər döyüşündə islamı qəbul etməsi doğrudur. Çünki başqaları da bunu söyləmişlər. Ancaq Peyğəmbərin yanında olaraq döyüşü seyr etdiyini özündən başqa heç kim nəql etməyib. Hətta ona tərəfdarlıq edən tədqiqatçılar da bu hədisi başqa üslubda təbir ediblər. Bu sözləri, yəni Peyğəmbər(s)-dən ayrılmazdı və bu yaxınlıqdan məqSədi ancaq elm və hədis öyrənmək imiş, əli daim Peyğəmbər(s)-in ovcunda olub, bircə tox qarınla kifayət-lənərmiş, onun özündən başqa heç kəs söyləməyib. Belə ki, o özü deyir:(Bax: İbni Sədin "Təbəqat” və Əsqəlaninin "Əl-isabə kitabları)Mən Mədinə şəhərinə yetişdikdə Peyğəmbər (s) Xeybərdə idi. O vaxtlar mənim otuzdan yuxarı yaşım var idi. Peyğəmbər (s) dünyadan köçənə qədər orada qaldım. Daim onunla gəzərdim. Hətta həyat yoldaşlarının evinə qədər onun arxasına düşərdim.(Əgər bir adam bilsə ki, Peyğəmbər bir kişinin onun həyat yoldaşlarının evinə girməsindən narahat olardı, heç vaxt bu hadisəyə inanmaz.”) Onun qulluğunda durardım. Onunla birlikdə döyüşər və onunla birlikdə həcc ziyarətinə gedərdim.(Onun dediyi təbirə görə daim Peyğəmbərlə həccdə olub, amma Peyğəmbər hicrətdən sonra yalnız bir dəfə həcc ziyarətində olub.)Onun hədislərini ən gözəl bilən mən idim. And olsun Allaha, məndən öncə onunla birlikdə olan kəslər mənim ondan heç vaxt ayrı düşmədiyimi görüb həzrətin hədislərini məndən soruşurdular. Məsələn: Ömər, Osman, Əli(ə), Təlhə, Zübeyr kimilər.
    Bəlkə ağıllı və düşüncəli insanlar Əbu Hüreyrənin belə danışığından heyrətə düşərlər. Belə ki, onun danışdığı həqiqətdən çox-çox uzaqdır. Dərindən fikirləşən şəxslər çox gözəl bilir ki, Əbu Hüreyrənin o vaxtlar böyük səhabələr və alimlər qarşısında ağzını açmağa belə cür”əti olmayıb. Yalnız səhabələr dünyadan köçəndən sonra fürsət əldə edib. Şamın, İraqın, Misrin, Afrikanın, İranın və başqa ölkələrin fəth olunması nəticəsində səhabələr getdikcə azalıb. Fəth olunmuş torpaqların da müsəlmanları islamın ilkin başlanğıcından xəbərsiz olduqlarına görə Əbu Hüreyrə və onun silahdaşları belə sözlər danışmaq üçün cür”ətlənmişlər. Onlar (islamı təzə qəbul edən şəxslər) yeni bir dünyaya düşmüş kimi hər nə deyilsəydi qəbul edirdilər. Çünki, belə fikirləşirdilər ki, Əbu Hüreyrə və onun kimilər Peyğəmbər(s)-in sağ qalmış səhabələridir və onların vəzifəsi yeni dini təbliğ etməkdən ibarətdir və onlar etibarlı adamlardırlar. Bir tərəfdən Əməvi hökuməti də onların arxasında dayanaraq himayə edirdilər. Belə ki, hər ürəkləri istəyən sözləri deyirdilər. Hətta dəyərsiz, haram, batil, ağılsız söz olsa da belə. Əlbəttə bunlar hamısı onların istəkləri üzündən baş verirdi. Onlar bu vasitə ilə Allahın dininə qarşı çıxaraq xalqa zülm edib, Allahın malını öz aralarında bölüşdürmək istəyirdilər. Yalançı Əbu Hüreyrə də onlara sığınaraq yalan və xurafat düzüb qoşaraq onları şad edirdi. Bunun da müqabilində onun cibinə pul basıb qarnını doyuzdururdular. Ələlxüsus Müaviyənin hakimiyyəti dövründə Əbu Hüreyrə onların danışan dili, şayiə yayanı və casuslarından biri olub.
    "Vay o şəxslərin halına ki, öz əlləri ilə istədikləri kimi kitab yazıb sonra onun müqabilində bir az pul almaqdan ötrü "bu Allah tərəfindəndir” deyirlər. öz əlləri ilə təhrif olunmuş kitab yazdıqlarına görə vay onların halına. Qazandıqları şey üçün vay onların halına.”(Bəqərə surəsi, ayə:79)
    Müslümün, Buxarinin və Əhmədin gördükləri işlərdən nə qədər heyrətləndiyimi bir Allah bilir. Necə olub ki, onlar qulağı, gözü bağlı Əbu Hüreyrənin sözlərinə inanıblar. Onlar deyə bilərlərmi Əli(ə), Ömər, Osman, Təlhə, Zübeyr harda Əbu Hüreyrədən bir sual soruşublar? Oyaq olandamı, yuxudamı və yaxud xəyallar aləmində soruşublar? Hansı hədisi soruşublar? Əbu Hüreyrədən başqa kim bu hekayəni nəql edib? Ümumiyyətlə hansı tərcüməçi və ya qeyri-ərəb tədqiqatçısı indiyədək o səhabələrdən birinin Əbu Hüreyrədən hədis rəvayət etməsini qeyd edib?(Hakim Əbu Hüreyrənin həyatını şərh edərkən ondan hədis rəvayət edənlərin adlarını çəkmişdir. Onların sayı təxminən 28 nəfərdir ki, Əli əleyhissəlam, ömər, Osman, Təlhə və Zübeyrin adlarına orada rast gəlmək olar. Ondan hədis söyləyənlər də ancaq behişt, cəhənnəm və əxlaq barəsindəki hədisləri söyləmişlər.”)Onlar heç Əbu Hüreyrənin hədisinə qiymət vermişlər, ya yox?
    Biz heç vaxt Əbu Hüreyrənin onların hüzurunda hədis söyləməsinə rast gəlmədik. Halbuki onlar əvvəldə qeyd etdiyimiz kimi onun hədislərini qeyri-məqbul sayaraq rədd etmişlər. Yenə də İbni Əbdul Birrin Əbu Hüreyrə barəsində yazdıqlarını davam etdirək. Belə ki, o demişdir: "Hədis əzbərləməkdə ən üstün səhabə Əbu Hüreyrə olmuşdur.” Əbu Hüreyrənin öz sözündən başqa təsdiq edəcək bir sənəd yoxdur. O deyir: "Hədis mövzusunda mən ən bilikli idim. Biz bu sözləri öncədən də söyləmişdik. Orda deyir ki: "Bəzi vaxtlar Əbu Hüreyrə Peyğəmbər(s)-lə birlikdə olduğu zaman mühacir və ənsar orada olmayıblar.” Bu sözlər də onun öz sözlərindən götürülmədir. Əbu Hüreyrə həmin hədisdə paltarın sərilməsindən söz açır ki, biz oradan kənara çıxaraq tədqiqatçıların diqqət nəzərinə çatdırırıq. Orada ki, demişdir: Peyğəmbər (s) şəhadət verib ki, Əbu Hüreyrə elmə və hədisə məftun olanlardandır. Bu da həmçinin onun öz sözlərindən götürülmədir. Orada ki, deyilir: "Peyğəmbər(s)-ə dedim: Ey Allahın elçisi! Hamıdan artıq sizin şəfaətinizdən bəhrələnəcək şəxs kimdir? Buyurdu: Güman etməzdim ki, sən məndən belə bir sual soruşarsan. O şəxs səndən özgə bir kəs ola bilərmi! Bu da sənin hədisə olan heyranlığın və məftunluğundan irəli gəlir.”(Buxari bu hədisi Səid Məqbərinin vasitəsi ilə Əbu Hüreyrədən nəql etmişdir. Həmçinin ibni Həcər "Əl-isabədə rəvayət edir ki, üç il ki, mən Peyğəmbərlə oturub-durdum, məndən çox heç kim onun hədislərinə vurulmamışdı.)
    Əbu Hüreyrənin söylədiyi xurcun hekayəsini onun həyat tərzi barəsində yazan yazıçılar nəql etmişlər. Belə ki, onun bir xurcunu varmış və onun içərisində bir az xurma olub, amma buna baxmayaraq iki yüz dəfə bəlkə də çox o xurmadan yeyib hətta başqalarını da qonaq edib. Və ya başqa bir macərada evdən qaçmış qulu Allah yolunda azad etmişdir. Ya da başqa bir hekayə ki, Peyğəmbərin elmindən ikisi onun əlindədir. Birini açaraq göstərmiş o birisi isə bağlı qalmışdır və ya həzrət Peyğəmbər(s)-in onun özünü və anasını dua etməsi. Və ya onun su üzərində hərəkət edərək yol getməsi belə ki, nə ayağı islanıb, nə də paltarları. Bu söylənilənlərin hamısı gülməli olsa da bir tərəfdən də ağlanılmalıdır.
    On yeddinci fəsil
    İmam Əhməd Məhəmməd ibni Ziyadın vasitəsilə Əbu Hüreyrə( 
    İbni Hənbəl: "Müsnəd”, 2-ci cild, səh.43.”  
    ) barəsində belə deyir: Müaviyənin hökuməti zamanı Mədinə şəhərinin valisi Mərvan idi. O hərdən hakimiyyəti Əbu Hüreyrəyə tapşırardı. Bu zaman, Əbu Hüreyrə ayaqlarını yerə döyərək deyərdi: Yol verin, əmir gəlir, əmir gəlir! (Burada o özünə işarə edirdi.)
    İbni Qüteybə Dinəvəri özünün "Məarif” kitabında(İbni Quteybə Dinvəri, "Əl-Məarif”, 94-cü səh.)Əbu Rafedən Əbu Hüreyrənin həyatı barəsində belə nəql edir ki, Mərvan hərdən Əbu Hüreyrəni Mədinədə öz yerində hakim təyin edərdi. Belə hallarda Əbu Hüreyrə ulağın üzərinə palan atıb, üstündə əyləşərdi. Adətən onun başında xurma lifindən toxunmuş bir papaq olardı.
    Hər kəsin yanına çatdıqda: "Yol verin! Əmir gəlir” deyərmiş. Bəzən də gecələr uşaqlar oynayan zaman özünü onların arasına atıb oynatdıqları əşyanı tapdalayardı....(İbni Səd, "Təbəqat”, 4-cü cild, ikinci hissə 60-cı səh.)
    Əbu Nəim(Əbu Nəim İsfəhani, "Hilyətül-övliya” 1-ci cild, səh.382.”) Sələbə ibni Malikdən nəql edir: Əbu Hüreyrə Mərvanın canişini olduqdan sonra kürəyində bir qucaq odun bazara tərəf yollandı. Bazara tərəf yollanarkən mənə belə dedi: Ey Malikin oğlu! Yol ver. Dedim: Bu qədər bəsdir. Cavabında dedi: Çiynində odun aparan əmirə yol ver.
    Həmin Əbu Nəim(Yuxarıdakı mənbə.”) Əhməd ibni Hənbəlin vasitəsilə Osman Şəhamdan, o da Fərqəd Səbxidən nəql edib ki, Əbu Hüreyrə Kəbə evinin ətrafına dolanaraq deyirdi: Vay olsun mənə bu qarınla, haçan onu doldururam mənə əziyyət verir, boş saxlayanda da məni təhqir edir.”
    Zəməxşəri "Rəbiul-Əbrar” da deyir: Əbu Hüreyrə dua edərmiş ki, "ey Allahım mənə yaxşı çeynəyən, parçalayan dişlər və yaxşı yeməyi həzm edən mədə ver.”( 
    Bunu "Rəbiul-Əbrar”dan nəql etmişdir. Şeyx Abbas Qumi də bunu nəql etmişdir.  
    )
    Yenə "Rəbiul-Əbrar”da( 
    Şeyx Abbas Qumi "Əl-kuna vəl-əlqab”, Əbu Hüreyrənin həyatı.  
    )yazılıb ki, Əbu Hüreyrə dovğanı çox sevərmiş, ona görə də onu Müaviyə ilə yeyərdi. Ancaq namazını Əli(ə)-ın arxasında dayanıb qılarmış. Ondan bu işlərinin mahiyyətini soruşduqda deyərmiş: "Müaviyənin dovğası yağlıdır, amma Əli(ə)-ın arxasında qıldığım namaz düzgündür.” Buna görə onu "Şeyxül-MəzirƏ yəni dovğa şeyxi adlandırırdılar.(Məzirə elə dovğa deməkdir. Bu hekayədən məlum olur ki, "Siffeyn” müharibəsində olub. Bu döyüşdə riyakarlar kimi ikiüzlü olmuşdur. O bu rəftarı ilə istəyirmiş ki, hər hansı bir tərəf qələbə çalsa ona tərəf gedə bilsin. Suriya ilə İraq arasında bir yer var ki, Siffinə yaxın bir yerdir və "Əbu Hüreyrənin dayandığı yer” kimi məşhur olub. Deyilir ki, Əbu Hüreyrə bəzi vaxtlar Əli əleyhissəlam ilə namaz qılar, amma yeməyi Müaviyə ilə yeyərdi. Ancaq döyüş başlayanda dağa çəkilərdi. Ondan bu rəftarı barədə soruşanda dedi: Əli elmlidir. Müaviyə isə yağlıdır, amma Əsləm dağı təhlükəsiz yerdir.)
    Əbu Osman Nəhəndi deyir: Əbu Hüreyrə bir dəstə adamla səfərə çıxmışdı. Bir məhəlləyə çatdıqdan sonra nahar süfrəsi saldılar. Əbu Hüreyrə bu zaman namaz qılırdı, onu da yeməyə dəvət etdikdə dedi ki, oruc tutmuşam. Lakin onlar süfrənin ətrafından qalxan zaman o yeməyə başladı. Oradakılar heyranlıqla Əbu Hüreyrəni çağırmağa göndərdikləri şəxsə baxmağa başladılar, həmin şəxs soruşdu: Nəyə görə mənə belə baxırsınız? And olsun Allaha ki, özü mənə dedi oruc tutmuşam. Əbu Hüreyrə bunları eşitdikdə dedi: O doğru söyləyir. Mən Peyğəmbər(s)-dən eşitmişəm: Hər kəs ramazan ayında və hər ayın üç gününü oruc tutarsa bütün il boyu oruc tutmuş şəxsin savabını qazanar. Mən də ona görə yedim ki, bu ayın əvvəlki üç gününü oruc tutmuşdum. Bu rəvayəti Əbu Nəim nəql etmişdir.("Hilyətul-övliya”, 1-ci cild, səh.385, Əbu Hüreyrənin həyatı.)
    Buxari("Səhihi-Buxari”, 4-cü cild, səh..157; "Hilyətul-övliya”, 1-ci cild, səh.379.) Məhəmməd ibni Sirindən nəql edir ki, Əbu Hüreyrənin yanında oturmuşduq. O kətan parçadan çox gözəl paltar geyinmişdi. Burnunu əli ilə tutaraq bizə dedi: Bəh-bəh! Heç vaxt yadımdan çıxmaz. Bir gün Peyğəmbər(s)-in minbəri ilə Ayişənin otağı arasında huşumu itirib yerə sərildim. Kimsə məni dəli zənn edərək, ayağını mənim boğazıma qoydu, amma mən dəli olmamışdım. Sadəcə olaraq aclığın sonsuz həddi məni bu hala salmışdı.
    "Lisanul-ərəb”də "s-d-r” bölümündə onun bu sözləri nəql olunmuşdur. Həmçinin Əbu Kəsirin oğlu Yəhyanın rəvayət etdiyi hədisdə deyir: "Südr” kiçik şeytanlıq deməkdir. Yəni şeytanın kiçik işlərindən ibarətdir.("Lisanul-ərəb”, 6-cı cild, səh.30, s-d-r bölümü.)
    "Həyatul-həyəvan” kitabında Dəmiri "əqrəb” bölümündə Əbu Hüreyrənin şahmat oynamasına işarə edərək deyir. Sulukinin dediyinə görə "Əmirəl-Möminin Ömər ibni Xəttab, Əbu Busr və Əbu Hüreyrə şahmat oynamağa icazə vermişdilər. Sonra davam edərək deyir: Fiqh kitablarında Əbu Hüreyrənin şahmat oynamağı haqqında rəvayət nəql olunub. Acuri Əbu Hüreyrədən nəql edir ki, Peyğəmbər buyurub: "Nərd və şahmat oynayanların yanından ötəndə onlara salam verməyin.”(Dəmiri bu hədisin sənədini zəif bilir. Bütün imamlar həmçinin Malik Əhməd və Əbu Hənifə onu haram bilmişlər.”)
    On səkkizinci fəsil
    Əbu Hüreyrənin vəfatı və onun varisləri
    Əbu Hüreyrə Əqiqdə( 
    İbni Həcər Əsqəlani "Əl-isabədə həmçinin ibni Əbdül-Birr "Əl-istiab”da və Hakim "Müstədrək”də rəvayət etmişlər.  
    ) öz sarayında dünyadan köçmüşdür. Osman ibni Əffanın oğlanları Əbu Hüreyrənin sağlığında onların atalarına( 
    İbni Səd, "Təbəqat” 4-cü cild, ikinci hissə səh.63.”  
    ) etdiyi hörmətə görə onun cənazəsini Mədinə şəhərinin Bəqi qəbiristanlığına qədər çiyinlərində aparmışlar. Bu vaxt Vəlid ibni Ütbə Mədinə şəhərinin hakimi təyin olunmuş, Mərvan isə artıq Mədinənin hakimiyyətindən kənarlaşdırılmışdı.(Bax: ”Əl-istiab”, "Əl-isabə, "Təbəqat”, "Müstədrək”.)
    Vəlid ibni Ütbə Əbu Hüreyrəyə ehtiram əlaməti olaraq əsr namazını qıldıqdan sonra ona meyyit namazı qılmışdır. Həmin vaxtda İbni Ömər və Əbu Səid Xidri kimi görkəmli şəxsiyyətlər də camaatın arasında olmuşlar.(Əvvəldəki mənbələr)
    Vəlid əmisi Müaviyəyə Əbu Hüreyrənin ölüm xəbərini çatdırdı. Müaviyə Vəlidə yazdı ki,("Müstədrək”, "Təbəqat”, "Əl-isabə və başqa kitablar.) bax gör onun yaxın adamlarından kimləri qalıbsa, onlara on min dirhəm pul ver. Onlarla ehtiramla davran, çünki, Əbu Hüreyrə Osmanın ağır günlərində onunla birlikdə evində olub.
    Əbu Hüreyrə hicrətin əlli yeddinci ilində, yetmiş səkkiz yaşında dünyadan köçmüşdür. Bəziləri onun vəfatının əlli səkkizinci, bəziləri də əlli doqquzuncu ildə baş verdiyini qeyd etmişlər. Biz onun iki övladı olduğunu bilirik. Mühərrir ibni Əbu Hüreyrə adında bir oğlu və kitablarda adı çəkilməyən bir qızı olub. Əbu Hüreyrə ona deyərmiş ki, qızım! De ki, əgər atam məni qızıla bürüsə odun hərarətindən qorxar. Həmçinin Mühərririn Nəim adlı bir oğlu olub. O da deyərmiş: "Babam Əbu Hüreyrənin bir sapı varmış, onun min dənə düyünü olub. Hər gecə düyünlərin sayı qədər zikr edərmiş, amma yata bilməzmiş.”("Hilyətul-övliya”, 1-ci cild, səh370. Əbu Hüreyrənin qızı barəsində izah və Mühərrir barəsində şərh.)
    Yenə ondan rəvayət edilir: "Bir şəxs Peyğəmbər (s)-ə dedi: Nəyin ticarətini etsəm daha yaxşı olar? Buyurdu: Parça sat. Gözəl paltarlar sat. Çünki belə şəxslər daim gözəl və xoşbəxt olmasını istər.” İbni Səd "Təbəqat” kitabında Mühərririn həyatı barəsində məlumat vermiş və onun Dusdan olduğunu bəyan etmişdir.(İbni Səd, "Təbəqat” 5-ci cild, səh.188) O da Ömər ibni Əbdül-Əzizin xilafəti zamanı dünyadan köçmüşdür. Onun barəsində məlumat çox azdır(Əbu Hüreyrə hicrətin doqquzuncu ili, həccdə hakim olması barəsində bir-biri ilə ziddiyyət təşkil edən iki hədis söyləmişdir. Onun birini oğlu Mühərrir, o birisini isə Həmid Əbu Hüreyrədən söyləmişlər. Bu hədislərin hər ikisi "Səhihi-Buxari”də və "Səhihi-Müslüm”də dərc olunub. Biz də on birinci fəsildə on səkkizinci hədisi rəvayət edib ona şərh yazmışıq.)
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 661 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024