İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 5:28 PM
    Kitabın yekun fəsli
    Kitabı Peyğəmbər(s)-in Əbu Hüreyrə haqqında buyurduğu iki kəlmə ilə sona çatdırırıq O buyuruduğu bu hədislərdə öz ümmətini Əbu Hüreyrə kimi ünsürlərlə tanış etmiş və onlara belə nalayiq insanlardan uzaq olmağı tövsiyə etmişdir. Bu məzmunda nəql olunmuş birinci hədis üç nəfərin: Əbu Hüreyrə, Rihal ibni Ənfəvə və Fərat ibni Həyyan barəsindədir. Onlar Peyğəmbər(s)-in məclisini tərk edərək çölə çıxmışdılar. Peyğəmbər (s) onlara işarə edərək buyurmuşdur:(Seyf ibni ömər Əhməd ibni Fərat ibni Həyyanın vasitəsi ilə özünün "Əl-Futuh” adlı kitabında bu mətləbə işarə etmişdir. "Əl-istiab” və "Əl-isabənin müəllifləri də Fəratın şərh-halında bu mətləbə işarə etmişlər.) "Sizlərdən hər birinizin ağzınızdakı dişlər cəhənnəm odunda Ühüd dağından böyük olacaqdır (yəni axirətdə böyük və rüsvay edici əzaba düçar olacaqsınız.)”
    Əbu Hüreyrə və Fərat bu əhvalatdan sonra dedilər:("Əl-istiab” və "Əl-isabə, Fəratın şərh-halına müraciət et) "Bundan belə bizim üçün heç bir əmin-amanlıq yoxdur.”
    Rihal ibni Ənfəvə isə sonralar mürtəd oldu və Müsəyləmə Kəzzab ilə birlikdə öldürüldü. Onlar hədisi elə yozmaq istəyirdilər ki, hər üçünə yox, yalnız birinə aid olsun. O həmin Rihaldır ki, Müsəyləmə ilə birlikdə həmrƏy olub mürtədləşərək dindən çıxdı və onunla birlikdə də öldürüldü. Məlum məsələdir ki, onlar bu yozumla həqiqəti dəyişmək (boğmaq) və insanları haqq yoldan azdırmaq məqSədi ilə həyata keçirmək istəmişlər.
    Çünki hədis (məna baxımından) ümumiyyət təşkil edir. Aşağıdakı ayələrə diqqət yetirin:
    "Məgər sizlərdən biriniz istəməzmi ki, müxtəlif meyvələrlə dolu olan bir bağçası olsun?!”("Bəqərə surəsi, ayə:266)
    "Onlardan birinə Rəhman olan Allaha isnad etdikləri ilə müjdə versən.”("Zuxruf” surəsi, ayə:17)
    "Onlardan hər biri min il ömür sürmək istəyər.”
    "Onlardan birinə qızı olduğu müjdə verildikdə qəzəblənib üzü qapqara qaralar.”("Nəhl” surəsi, ayə:58)
    Və bu kimi sair Quran ayələri.
    Ərəblər bir kəsi tərifləyərkən deyərlər:
    Onların əllərindən qızıl yağır (yəni çox bərəkətlidir).
    Onlardan birinin qəlbi sevgi və məhəbbətlə doludur.
    Danlandıqları zaman isə deyərlər.
    Onların üzlərindən üzlülük yağır.
    Onlardan birinin qəlbi daşdan da bərkdir.
    Göründüyü kimi yuxarıdakı ayə və misallarda (əhəd) sözü ümumiyyət mənası daşımışdır. Qeyd etdiyimiz hədisdə həmən məna daha çox nəzərə çarpır. Əgər Həzrəti Peyğəmbər (s) onlardan birini nəzərdə tutsaydı gərək hər hansısa bir əlamət və ya nişanə ilə həmən şəxsi başqalarına tanıtdıraydı və bunu gizli saxlamaq və ya təxirə salmaq o həzrətə yaraşmayan bir işdir. Çünki, belə bir söz demək onlardan günahsız olan şəxslərin haqlarının tapdanması ilə nəticələnərdi. Belə ki, insanlar ümumi halda onlardan birinin günahkar olduğunu amma o şəxsin konkret şəkildə kim olduğunu bilməsəydilər onların hər üçü etibar və Sədaqət baxımından cəmiyyətin nəzərindən düşər və cəmiyyətdə mövcud olan ictimai qanunlardan məhrum olardılar. Bundan belə kimsə onlara (istər ibadi məsələlərdə, istərsə də əqidəvi) müraciət etməz və müsəlmanların ümumi işlərində onlarla məşvərət etməzdilər. Necə ki, ağlın hökm etdiyi qanuna əsasən bütün insanlar onlardan uzaqlaşmalı idilər.
    Bu nəzəriyyəni üsul alimləri də sübuta yetirmişlər. Burada belə bir sual meydana gəlir: Əgər o üç nəfərdən biri cəhənnəm əhlindən olacaqdırsa bəs o iki şəxsin günahı nə idi ki, onun günahlarına qurban olaydılar? Aqil və saf düşüncəli bir şəxsin günahsız insanlar haqqında belə bir hökm verməsini qəbul etmək olarmı? Elə bir hökm ki, insanlar onları ömürlərinin sonunadək cəhənnəm əhli hesab edər və onlarla ictimai və siyasi məsələlərdə məşvərət etməyi özlərinə ar biləydilər! Əsla və əbəda! Əgər onların hər üçü eyni xüsusiyyətə malik olmasaydılar Həzrəti Peyğəmbər (s) mütləq həmən günahkar şəxsə işarə edər və onu hamıya tanıtdırardı. Məsələn deyərdi: "Bu şəxsin (adını çəkmək şərti ilə) dişləri cəhənnəmdə Ühüd dağından böyük olacaq.” Bəlkə bəz”iləri belə fikirləşirlər ki, Həzrəti Peyğəmbər (s) Rihalın adını çəkmədən ona işarə etmiş, amma biz buna yaxşı diqqət yetirməmişik.
    Biz bu sualın cavabında deyirik.
    Bunun kimdənsə gizli qalmasını bir təhər başa düşmək olar, amma Rihala böyük ehtiyacları olan Əbu Hüreyrə və Fərat necə? Onlar da bundan xəbərsiz idilərmi? Bir halda ki, bu iki nəfər onun mürtəd olmasından həzər edərdilər.
    Bəs bu hansı məsələ idi ki, hətta o iki şəxsdən (Əbu Hüreyrə və Fərat) belə gizli qalmışdı. Rihal öldürüldükdən sonra onlar şükr səcdəsi edib dedilər: Peyğəmbər(s)-in bu sözündən sonra Rihal öldürülənə qədər biz özümüzə qarşı heç bir əhəmiyyət hiss etmirdik.(Əl-istiab” və "Əl-isabə, Fəratın şərh halı)
    O zaman bu məsələ bəyan edilsəydi də, edilməsəydi də məxfi və gizli qalacaqdı və heç bir çətinliyi həll etməyəcəkdi. Çünki, icmali elm məhsurə şübhə(Məhsurə şübhə–yəni şübhə olunan ehtimallar məlum və məhduddur. Məsələn, üç stəkan sudan birinin murdar olduğunu bilsək, amma onun xüsusi və konkret şəkildə hansı olduğunu müəyyən edə bilməsək, gərək hər üçündən ehtiyat edək. Yəni bu üç stəkanın birinin murdar olmasına icmali (ümumi) halda yəqinimiz vardır. Əqlin hökmü ilə də murdar şeyi içməməyimizə yüz faizlik əmin olmaq üçün hər üçündən uzaq olmalıyıq. Adları qeyd olunan şəxsləridən birinin cəhənnəm əhli olması barəsində icmali elmimiz var, yəni həzrət onlardan birinin (şəxsən təyin olunmadan) cəhənnəm əhli olmasını bəyan edir, biz də həmin şəxsin bəlasına düçar olmamaq üçün hər üçündən ehtiyat edirik. Mütərcim.)olarsa hər iki halda olduğu kimi qalaraq lazımi şəkildə və istənilən qaydada ona əməl edilməlidir.
    Bəziləri deyə bilər ki, şübhə və icmal Peyğəmbər(s)-in buyurduqlarında olduğu zaman bu hadisə hələ baş verməmişdi və yalnız Rihal Müsəyləməyə qoşulduqdan və öldürüldükdən sonra Peyğəmbər(s)-in dediklərini başa düşüb həmən şəxsin kim olduğunu bildilər. Bütün bunları başa düşdükdən sonra icmal və şübhə aradan gedərək hər bir şey məlum və aşkar oldu. Cavabında deyirik:
    1-Peyğəmbər (s) buyurmuşdu: "Sizlərdən birinizin dəyirman dişi cəhənnəm odunda yanacaqdır.” (Yəni sizlərdən biriniz cəhənnəm odunun böyük və dözülməz əzabına düçar olacaqdır.) Göründüyü kimi hədis dəqiq məna daşıyır və zehndə ilk növbədə elə həmən məna canlanır. Belə ki, "Nəhl” surəsinin 58-ci ayəsində deyilir:
    "Onlardan birinə qızı olduğu müjdə verildikdə...” Buradan da həmən mənanı əldə etmək olur. Deməli hədisin mətnində (məna baxımından) heç bir nöqsan və icmal yoxdur.
    Peyğəmbər(s)-in bu bəyanatı bu üç nəfər şəxsə şamildir, çünki onların necə şəxsiyyət olduqları hamıya, xüsusilə Peyğəmbər(s)-ə yaxşı bəlli idi.
    2-Ehtiyac duyulduğu zaman mühüm bir bəyanatı deməmək Peyğəmbər(s)-in əxlaqından uzaq olduğu kimi, onu təxirə salmaq da o həzrət üçün mahal və qeyri-mümkündür. Diqqət yetirsəniz görəcək-siniz ki, Peyğəmbər (s) bu bəyanatı ehtiyac duyulduğu zaman elan etmişdir. Onlar islam dinini qəbul etdikdən sonra ilk növbədə yalan hədislər nəql etməyə, yalan yerə şəhadətlər verməyə, başqalarına pişnamaz olmağa, xəlifələrin (müxtəlif məntəqələrdə) canişinləri olmağa, hakimiyyətə çatmağa və islamın ictimai hüquqlarından istifadə etməyə cəhd göstərmişlər. Əgər onları bu işlərdən çəkindirmək vacib olmasaydı Peyğəmbər (s) təxirə salmadan belə bir bəyanat verməzdi.
    3-Fərat ibni Həyyan müsəlmanlar arasında fəaliyyət göstərmiş müşriklərin xüsusilə Əbu Süfyanın casuslarından biri idi. "Əl-istiy”ab” və "Əl-isabənin müəllifləri öz əsərlərində bu mətləbə işarə edərək deyirlər: Müsəlmanlar Peyğəmbər(s)-in verdiyi bu əmrdən sonra onları öldürmək istədikdə islamı qəbul etməklə canlarını qurtara bilmişlər. Peyğəmbər (s) buyurdu:("Əl-istiab” və "Əl-isabə, Fəratın şərh-halı həmçinin "Əl-Mustədrək”, 4-cü cild, səh.366 kitabul-hüdud. Burada onun haqqında deyilir: Fərat Əbu Süfyanın casuslarından və onunla əhd-peyman bağlamış şəxslərdən biri olmuşdur. Peyğəmbər həmən şəxsin qətlinə dair göstəriş vermişdi. Fərat ənsarın yanından keçərkən onlara dedi: Mən müsəlmanam. Onlardan biri Peyğəmbərə dedi: Ya Rəsuləllah! O deyir ki, mən müsəlmanam. Buyurdu: "Sizin içərinizdə elə şəxslər vardır ki, onları öz imanlarının öhdəsinə buraxaram. Fərat ibni Həyyan da onlardan biridir.” Zəhəbi də öz kitabında bu hədisin düzgünlüyünü etiraf etmişdir.) "Mən sizlərdən bəzilərinizi islama xatir öz ixtiyarınıza buraxıram. Bu şəxslərdən biri də Fərat ibni Həyyandır. Axı necə olur ki, Rihalın mürtəd olması (dindən çıxması) bu hökmün ona şamil olmasına dəlalət edə bilir, amma Fəratın islamı zahirən qəbul etməsi və ya Əbu Hüreyrənin barəsindəki "Cəhənnəm odunu özü üçün məkan təyin etmişdir (seçmişdir)” bu məsələyə dəlalət etməyir?!
    İkinci hədis
    Bu hədis Səmrət ibni Cündəb Fəzari, Əbu Məhzurə ibni Cəməhi və Əbu Hüreyrəyə şamildir.
    Hədisdə deyilir: "Sizlərdən hər biriniz başqalarından gec ölərsə cəhənnəm oduna düçar olacaqdır.” Peyğəmbər (s) özünün belə bir hikmətli üsulu ilə münafiqləri müsəlmanların işlərinə dəxalət etməkdən uzaqlaşdırmışdır. Həzrət onların qeyri-insani əxlaq və xasiyyətləri ilə tanış olduqdan sonra müsəlmanlarda onlara qarşı kin və nifrət yaratmaq istəyirdi. Peyğəmbər(s)-in əsas məqSədi öz ümmətini onların xətərindən agah etmək və idarə (hakimiyyət) işlərindən uzaq saxlamaq idi. Bu səbəbdən də onlardan axırda ölənini cəhənnəm odunun əzabı ilə xəbərdar etdi. Necə də gözəl və məntiqli sözdür!
    Həzrəti Məhəmməd (s) bu işin onların hər üçünə eyni səviyyədə şamil olduğunu bəyan etdi və bu hədisdə onların heç birinin nə adına, nə də hər hansısa bir əlamətinə işarə etmədi. Bu məsələni müsəlmanlara bəyan edib dünyasını dəyişdi. Bu müddət ərzində onun ümmətinin aqil və alim şəxsləri, onları ədalət və etimad şərt olunan işlərdən mümkün qədər uzaq saxlamağa cəhd göstərirdilər. Məsələn ,ictimai hüquq, şəhadət və mühüm məsələlərdə onların heç bir fəaliyyəti və təsiri olmadı. Onların gördükləri işlər (yəni bu üç nəfərdən uzaqlaşmaq) tamamilə düzgün və məntiqli idi. Çünki bu məhsurə şübhədir və insan əqli belə bir vəziyyətdə hökm edir ki, bütün şəkk və şübhədən (burada həmən üç nəfər şəxsdir) mümkün qədər uzaq olmaq lazımdır. Əgər o üç nəfər şəxsi (eyni səviyyədə) müsəlmanlardan uzaqlaşdırmaq üçün xüsusiyyətlərini bəyan etmək vacib olmasaydı Peyğəmbər (s) onu dərhal və heç bir məcaz işlətmədən bəyan etməzdi. Bu məsələni kimdənsə gizli saxlamaq isə müsəlmanların ictimai haqlarını tapdalamaq demək olardı. Belə bir xüsusiyyət isə Həzrəti Məhəmməd(s)-in əxlaqı ilə müqayiSədə mahal və qeyri-mümkündür.
    Bəziləri deyə bilər ki, nəql olunmuş bu hədisdə bir zamanlar bəzi əlamət və nişanələr olmuşdur və zaman keçdikcə biz bu əlamətlərdən tədriclə məhrum olmuşuq. Cavabında deyirik ki, əgər belədirsə bəs nə üçün o üç nəfər şəxsin hər biri bu bəyanatı eşitdikdən sonra təşviş və iztiraba düşmüşlər? Bir qədər bundan əvvəl qeyd etdik ki, Peyğəmbər əvvəlcədən bəyan etməsəydi və ya onlardan birinin adını (və ya əlamətlərini) çəksəydi də hər iki vəziyyətdə bizim üçün heç bir fərqi olmayacaqdı və (hər iki vəziyyətdə) eyni nəticə əldə edəcəkdik. Çünki hər hansı bir əlamətin (nişanənin) bizə bəlli olması və ya bizdən gizli olması həm elmi-icmali (xülasə) şəkildə qalmasına və həm də şübhənin məhsurə şəklində qalmasına səbəb olacaqdı, Belə olduqda gərək şübhənin ehtimal verilən hər bir tərəfindən uzaq olaq.
    Deyə bilərsiniz ki, Peyğəmbər(s)-in söylədikləri icmali (xülasə) xarakter daşıyırdı. Çünki, üç nəfərdən ikisi hələ dünyadan köçməmişdi. Bəs onlardan ikisi dünyadan köçdükdən sonra necə? Peyğəmbər (s) də bu nöqtəyə işarə etmişdir ki, sizin axırıncı öləniniz cəhənnəm əhlindən olacaqdır. Buradan belə bir nəticəyə gəlirik ki, Peyğəmbər(s)-in nəzərdə tutduğu şəxs həmən axırıncı şəxsdir və bununla da hər bir icmal və nöqsan həll olmuş olur.
    Cavab veririK:
    Əvvəla dedik ki, Peyğəmbər (s) üçün ehtiyac duyulduğu zaman hər hansı bir mətləbi gizlətmək və ya bəyanı təxirə salmaq mahal və qeyri-mümkündür. Sonra isə dedik ki, Peyğəmbər (s) hədisi ən münasib anda və ehtiyac duyulduğu zaman bəyan etmişdir. Yəni elə həmin zaman hətta ondan öncə xəbərdarlıq edib. Hətta işləri əldə etmək üçün etibari ədalətə ehtiyac duyulurdu fərz etsək, onların üçü də etibarlı olub ki, onlar o yerdə bu işi görüblər. Əgər Peyğəmbər (s) onların üçünün də müsəlmanlara hakim olmalarını istəməsəydi mümkün deyildi ki, onların ikisinin iradəsiz olmasını sübut etmək üçün bir işarə belə etməmiş olsun. Və bu məsələlərin həllini gələcək günlərin öhdəsinə buraxsın. O iki nəfər dünyadan köçənə qədər xalq onları etibarsız kimi tanısaydı nələr ola bilərdi? Peyğəmbər(s)-ə yaraşan xüsusiyyət deyil ki, hər hansı bir insanın həyatının bir anını belə hədərə versin! O ki, qaldı iki nəfərin həyatını (ömrünü) bütün xalqın gözündən sala və bu vəziyyətdə dünyadan köçələr. Və həzrətin sözü o iki günahsızın ölümü ilə digərlərinə sübut olmaya!! Mümkün deyil! Mümkün deyil!
    İkincisi budur ki, Allah özü şahiddir, biz bütün bacardığımızı onların hansının o birisindən gec ölməsini öyrənmək üçün sərf etdik. Sonunda buna nail ola bilmədik. Çünki, onların ölümünün tarixi barəsində verilən məlumatların heç biri düzgün deyil. Bütövlükdə bu dəlillərə istinad etmək etibarsızdır. Dəqiq düşünən şəxslər də çox gözəl bilirlər ki, ziddiyyət və əks nəzər meydana gəldikdə belə şeylərə istinad etmək olmaz.(Burada ziddiyyət ona görədir ki, bəziləri Səmrətin ölümünü 58-ci il, Əbu Hüreyrənin vəfatını 59-cu il söyləmişlər. Bu məlumat Əbu Hüreyrənin 57-ci ildə ölümünü göstərən xəbər ilə qüvvədən düşmüşdür. Başqa deyilənlər də o üç nəfərin ölümü barəsində elə belədir. Amma başqa bir yerdə bu üç nəfərin ölümünü 59-cu ildə baş verdiyini yazmışlar. Halbuki hansı ayda və hansı gündə baş verdiyi məlum deyil.)
    Üçüncüsü budur ki:
    "Sizin əziyyətə, məşəqqətə düşməyiniz ona (Peyğəmbərə) ağırdır, o sizin iman gətirməyinizi çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir.”
    Belə bir əxlaq sahibi olan Peyğəmbər (s) necə mümkündür ki, o cür söz demiş ola. (Yəni əgər sizin ikinizdən hər hansı biri gec vəfat etsə cəhənnəmə düşəcək.) Mümkün deyil ki, o belə sözü deməklə özünün qədir-qiymətini dəyərsiz etsin. Çünki,
    "Həqiqətən o, böyük əxlaq sahibidir.”
    Onun hər kəsə bu sözlərlə tənə vurması da mümkün deyil. Əgər o üç nəfərdən biri xeyirli və ya zərərsiz olsaydı heç də belə təbirlə onlara işarə etməzdi. Deməli, bu iş Allahın istəyi və xalqın xeyri üçün vəhy nazil olduqdan sonra baş vermişdir.
    "O həvayi-nəfs üzündən danışmır.”
    O zaman bu üç nəfərin barəsində dediyimiz qətiyyətli söz hamıda qorxu hissi oyadır. Əbu Hüreyrə barəsində bunu bilmək kifayətdir ki, o cəhənnəm odunu özü üçün məkan təyin etmişdir. Və Səmrət ibni Cündəb barəsində bunu bilmək kifayətdir ki, o bir çox namaz qılan və zəkat verən müsəlman şəxslərin qanını tökmüşdür.(Əlavə məlumat üçün Həmidinin "Ən-nəhc” 1-ci cild, səh.363-ə müraciət edə bilərsiniz, həmçinin "Tarixi-Təbəri” və "Əlfusul-mühimmədə 50-ci illərin hadisə-lərini şərh etmişdir.) O, aşkarda cəmiyyətin içində şərab satar,(Müsnəd” (İmam Əhməd Hənbəl) 1-ci cild, səh.25 ömər ibni Xəttabın hədisi.”) ənsarı incidər, Peyğəmbər(s)-ə itaət etməz, onun qarşısında yekəxanalıq edərdi. Bununla belə Peyğəmbər (s) onu sülhə, rahatlığa dəvət edərdi. Onun imanı olmaması üzündən("Kitabi-Kafi”, ticarət bölümü, zirar fəsli; həmçinin "Mən la yəhzuruüul-fəqih” kitabında yazılıb: "O Peyğəmbərlə razılaşmadı, behiştdə xurma bağına razılıq vermədi. İbni Əbil Hədid "Nəhcül-Bəlağə-nin şərhi, 1-ci cild, səh363, Səmərətin həyasızlıqları barəsində söhbət gedən bölüm.) Peyğəmbər (s) ona behişt müjdəsi verməyi rədd etmişdir. Hətta o Peyğəmbər(s)-i xar və hörmətsiz etmək üçün onun dəvəsinin boynunu qıraraq(Rözətul-Kafi” ) məğrurluq etmişdir. Bunlar hamısı onun çox pis adam olmasının bariz nümunəsidir.
    Amma Əbu Məhzurə barəsində onu bilmək kifayətdir ki, o Məkkənin ipə-sapa yatmayan adamlarından olub və Məkkənin fəthindən sonra islamı qəbul edib. Hüneyn savaşından sonra qalibiyyətlə geri dönən Peyğəmbər(s)-in göstərişləri onun çox acığına gəlirdi. Peyğəmbər(s)-in azan verənini uca səslə lağa qoyub yamsılayardı. Peyğəmbər(s)-in ona verdiyi gümüş pul kisəsini, hətta Hüneyn müharibəsində əldə olunan qənimətləri Məkkənin islama boyun əyməyən şəxslərinə payladı.
    Peyğəmbər(s)-in düşmənlər və riyakarlar qarşısında belə bir güzəştli rəftarı, onların dəstə-dəstə islam dinini qəbul etməsinə bais oldu.
    Hamı, o cümlədən Əbu Məhzurə və ona bənzər adamlar məcbur oldular ki, islamı qəbul etsinlər. Məkkə şəhərindən kənara çıxmadı və elə oradaca da vəfat etdi. Və Allah-təala onun barəsində daha gözəl bilir.
    İbni Əbül-Birr Peyğəmbər(s)-in qorxutması ətrafında "Əl-İstiab” kitabında Səmrət barəsində belə deyir: Səmrət 58-ci ildə Müaviyənin hakimiyyəti zamanı Bəsrə şəhərində iflic xəstəliyini müalicə etmək üçün qaynar su ilə dolu olan qazanın üzərində əyləşdi. Birdən qaynar suyun içinə düşüb öldü. Yazıçı davam edərək deyir: Bu hadisə doğrudan da Peyğəmbər(s)-in dediyi sözün ona, Əbu Hüreyrəyə və üçüncü bir şəxsə aid olduğunu çatdırır. Həzrət orada belə buyurub: "Sizlərdən kim axırıncı ölərsə atəşdə yanacaqdır.”
    Mənim fikrimcə Peyğəmbər(s)-in sözünü belə təfsir etmək (yəni atəş sözünü adi atəşlə müqayisə etmək) heç də düzgün deyil. Hətta o üç şəxsin hər biri tez ölməyi arzulayırdı. Belə ki, sübut olunduğu kimi onlardan hər biri o biri ikisindən tez ölmək arzusunda idi. O zaman da hələ məlum deyildi ki, Səmrət doğrudanmı onların hər ikisindən sonra vəfat edib ya yox?
    Ələlxüsus Əbdül-Birr onun ölümünü 58-ci il bilir. Çünki Vaqidinin, ibni Nəmirinin, ibni Übeydin, ibni Sirinin, ibni Cəririn, və başqalarının dediyinə görə Əbu Hüreyrə 59-cu ildə vəfat etmişdir. Əbu Məhzurə də həmin ildə dünyadan köçmüşdür. Hətta bəziləri Əbu Məhzurənin vəfatının 79-cu ildə olduğunu qəbul etmişlər. İbni Kəlbi aşkar deyir ki, Əbu Məhzurə Səmrətdən sonra dünyasını dəyişib. Nəticədə ibni Əbdül Birrin bu sözdən "sizdən biriniz digər ikinizdən sonra ölsə oddadır” əldə etdiyi məna (təbir) heç də düzgün deyil.
    Nəhayət son sözümüzə yetişdik. Bu işimizlə çalışdıq ki, müqəddəs Peyğəmbər (s) sünnətinə əl uzadıb onu çirkaba aludə edənlərin işlərini süzgəcdən keçirək. Allaha çox şükür olsun ki, O bizi bu işdə müvəffəq etdi. İstəyizim də odur ki, möminlər bundan bəhrələnsin və qiyamət günü üçün əlimizdən tutsun. Salavat və salam olsun Peyğəmbərə və onun ailəsnə.
    ***
    Bu yazı 1362-ci hicri ili, Ramazan ayının 23-ü, cümə axşamı günü (1943-cü miladi ili, sentyabrın 23-ü) Sur Şəhərində Əbdül Hüseyn ibni Şərifin tərəfindən qələmə alınmışdır.
    O, Əli (əleyhissalam)-ın 40-cı nəvəsidir. Onun ata-babalarının adları bu ardıcıl-lıqladır:
    1-Əbdül Hüseyn (müəllifin özü)
    2-Yusif (müəllifin atası)
    3-Cavad (müəllifin babası)
    4-İsmayıl
    5-Məhəmməd
    6-Məhəmməd
    7-Şərəfuddin
    8-Zeynul Abidin
    9-Əli
    10-Nuriddin
    11-Nuriddin Əli
    12-Hüseyn
    13-Əli
    14-Məhəmməd
    15-Tacuddin
    16-Əbul-həsən
    17-Məhəmməd (Şəmsuddin adı ilə məşhurdur)
    18-Əbdüllah Cəlaluddin
    19-Əhməd
    20-Həmzə
    21-Sədullah
    22-Həmzə
    23-Əbissəadat
    24-Məhəmməd
    25-Əbu Məhəmməd
    26-Nəqib Nüqəba (Bağdadda Əbu Talib ailəsindəndir)
    27-Əbil Hərs Məhəmməd
    28-Əbil Həsən Əli (Deyləmə adı ilə məşhurdur)
    29-Tahir Əbdüllah
    30-Əbul Həsən Məhəmməd Mühəddis
    31-Təyyib Tahir
    32-Hüseyn Qüti”
    33-Musa Əbu Sübhət
    34-Mürtəza
    35-İmam Kazim
    36-İmam Sadiq
    37-İmam Baqir
    38-İmam Zeynul Abidin
    39-İmam Əbi Əbdillah Seyyiduş-şühəda ("Kisa” səhabələrinin 5-cisi və Peyğəmbərin nəvəsi)
    40-Əmirəl-möminin Seyyidil-vəsiyyin Əliyyibni Əbi Talib (səlavatullahi və səlamuhu əleyhim əcməin)
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 714 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024