İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:34 AM
    ÇARƏ AXTARIŞINDA
    Qədir hadisəsindən sonra Mədinə, həmişə olduğu kimi deyildi. Məxsus hərəkətlər baş verməkdə idi. Heç bir şey o həzrətin nəzərindən qaçmırdı. Məsləhət bildiyi kimi onların qarşısını almağa çalışırdı. Həzrətin qəbul etdiyi qərarlardan məlum olur ki, bu hərəkətlər çox ciddi şəkildə hazırlanır və genişlənirdi. Elə buna görə də əsaslı və ciddi qərarlar qəbul edib həyata keçirmək lazımdı. Bu qərarların içində üç xüsusiyyət daha önəmli idi:
    1) Müxalifləri Mədinədən uzaqlaşdırmaq;
    2) Yaş baxımından bir çox səhabədən kiçik olmasına baxmayaraq, Əli ibn Əbi Talibin (ə) imamətini qəbul etmək üçün şərait yaratmaq;
    3) Səlahiyyətləri çatmadığı halda özlərini imam görmək üçün fürsət güdənləri etibardan salmaq.
    Hər üç hədəfi həyata keçirmək üçün ən yaxşı yol Usamənin ordusunu yarımadanın sərhədlərindən xaricə göndərmək idi. Ordunun xüsusiyyətlərini araşdırdıqda ezamdakının üç hədəfin hər birinin necə də təmin etmdiyini görmək olar.
    USAMƏT IBN ZEYDIN QOŞUNUNUN EZAM OLMASI
    Hicrətin səkkizinci ilində Cəfər ibn Əbi Talib, Zeyd ibn Harisə və Əbdullah ibn Rəvahənin başçılığı altında romalıların ehtimalı hücumunun qarşısını almaq üçün Peyğəmbər (s) tərəfindən ordu yaradılıb o torpağa göndərildi. Bu döyüşdə islam ordusunun hər üç başçısı şəhadətə yetişdilər. Hicrətin doqquzuncu ilndə də romalıların Hicaz ərazisinə hücum etmək fikirləri xəbəri Mədinədə yayıldıqdan sonra, Peyğəmbər otuz min nəfərlik ordu ilə "Təbuka” tərəf hərəkət etdi. Amma bu zaman müharibə baş vermədi və döyüşmədən geri qayıtdılar. İndi isə təhlükə ehtimalı daha böyük və ciddi idi. Bu baxımdan Peyğəmbər (s) ömrünün son günləri: hicrətin on birinci ili, Məhərrəm ayının axırlarında xəstəlik yatağına düşməzdən əvvəl Usamət ibn Zeydin başçılığı altında böyük bir ordunu həmin məntəqəyə göndərmək istəyirdi.
    ORDUNUN XÜSUSIYYƏTLƏRI
    Bu ordunun aydın olan bəzi xüsusiyyətləri aşağıdakılardan ibarət idi:
    1. Ordu elə bir zamanda hərəkət edirdi ki, Hicaz, məxsusən Mədinə yarımada daxilində olan düşmənlər tərəfindən şiddətlə hədələnirdi.
    2.Qoşun başçısı iyirmi yaşlı bir cavan idi.
    3. Mədinəyə hicrət etmiş ilk mühacirlər və tanınmış adamlar qoşuna daxil idi.
    4. Əli ibn Əbi Talib (ə) Peyğəmbərin (s) əmrinə əsasən bu orduda iştirak etmirdi.
    5. Ordunun geri dönməsi iki aya qədər çəkəcəkdi.
    6. Peyğəmbər (s) ordunun hərəkət etməsindən boyun qaçıranları lənətləmişdi.
    Ezam gününün sabahı Peyğəmbər (s) şiddətli qızdırma keçirdi və yatağa düşdü. Həzrətin xəstələnməsi, bəzi döyüş sursatı və qoşun başçısının yaşının az olması bəhanəsi bir dəstənin boyun qaçırmasına səbəb oldu və ordu təxir məcburiyyətində qaldı.(1)
    Bir dəstə adam Usamənin qoşun başçılıqına etiraz edib onu pislədikdə, Peyğəmbər əkrəm (s) buyurdu: Siz indi bunu bəyənməyib danladığınız kimi, qabaqlar da atasının başçılıqına etiraz edib onu bəyənməmişdiz. Ancaq bunu bilin ki, and olsun Allaha onun qoşun başçılığına ləyaqəti vardır!” Sonra buyurdu:
    لعن الله من تخلّف عن جيش اُسامة "Usamənin ordusundan boyun qaçırana Allah lənət etsin!(3)
    Bununla belə, döyüşçülər "Curf”* düşərgəsindən kənara çıxmadılar. Ordunun gecikməsinin səbəbi adi-sıravi döyüşçülərin deyil, bir neçə tanınmış səhabənin boyun qaçırmasına görə olması məlum idi. Əks təqdirdə, belə narazılıq bir neçə nəfərin boyun qaçırmasına deyil, ümumi ordunun qiyam etmə sinə səbəb olardı. Tanınmış səhabələrdən olan Əbu Bəkr, Ömər ibn Xəttab əv Əbu Übeydə Cərrah Mədinəyə qayıtdılar. Usamə qoşunun çaş-baş qalmasını və Peyğəmbərin xəstəliyini görüb Mədinəyə gəldi və həzrətə dedi: "Atam-anam sənə qurban! İcazə verirsinizmi Allah Sizə şəfa verənə qədər bir neçə gün ayaq saxlayaq?” Həzrət buyurdu: "(Xeyr) Gecikmədən hərəkət et!” Usamə dedi: "Sizi belə halda qoyub getsəm qəlbim nigaran qalacaqdır! Buyurdu: Salamatlıq və qələbəylə hərəkət et!” Dedi: "İstəmirəm sizin halınızı səfər edənlərdən soruşum!” Buyurdu: "Əmrimi icra et!” Bu zaman Peyğəmbər haldan getdi. Usamə hərəkət etməyə hazırlaşdı. Peyğəmbər (s) özünə gəldikdə Usamə və qoşunun vəziyyəti barəsində soruşdu. Ona, Usamənin hərəkətə hazırlaşması barəsində xəbər verdilər. Bu zaman hey buyururdu: "Ordunu göndərin! Orduda iştirak etməyənə Allahın lənəti olsun!”
    Bununla belə, Peyğəmbərin yatağının yanında olanlar Onun əmrlərinə çox da fikir vermirdilər.
    Bəzən həzrətin sözlərini öz xeyir və hədəflərinə uyğun yozurdular. Belə boyun qaçırmaların bəhanədən də artıq olan daha ciddi bir hədəf daşıması yaxşı məlum idi.
    Ordunun hərəkətdən boyun qaçırmasını görən Peyğəmbər şiddətli qızdırmalı olmasına baxmayaraq, yenidən qəzəbli halda məscidə gəldi. Boyun qaçırıb itaətsizlik edənləri danlamaqla yanaşı onları "məlun” adlandırdı.Peyğəmbər heç vaxt şəkk etmirdi ki, bir dəstə onun ölümünü gözləyur. Bununla belə ordunun hərəkət etməsinə nə qədər təkid edirdisə də, itaətsizlik də bir o qədər şiddətlənirdi. Səbəbi də müxaliflərin bu təkidlərin arxasında məxsus siyasi hədəflərin olmasını bilmələriydi
    Usamə Mədinədən çıxdığı zaman ordu artıq hərəkətə gəlmişdi. Corf düşərgəsində Əbu Bəkr, Ömər, mühacirlərin bir çoxu, o cümlədən, ənsardan olan Useyd ibn Huzeyr, Bəşir ibn Səd və başqa tanınmış şəxslər orduda idilər. Ummü Əymənin göndərdiyi şəxs Usamənin yanına gəlib dedi: "Mədinəyə qayıdın, çünki, Allah Rəsulu vəfat etmişdir!” Usamə gecikmədən geri döndü və bayrağı Allah Rəsulunun (s) qapısında yerə qoydu.
    ORDUNUN GÖNDƏRİLMƏSİNİN HIKMƏTI
    Usamənin ordusunun hərəkəti Hucaz məntəqəsinin, məxsusən Mədinənin tam məxsus bir vəziyyətdə olduğu zamanı baş verirdi. İslamın səsi uzaq-yaxınları bürümüşdü. Belə bir şəarait yenicə qurulmuş islam dövlətinin mərkəzinə hucum etmək üçün onunla müxalif olub düşmənçilçk edənlərə çox əlverişli idi. Ətraflar məntəqələrdə bir neçə nəfər yalandan peyğəmbərlik iddiası edərək öz ətraflarına çoxlu adam yığmışdılar ki, bunların bəzisi Peyğəmbərin göstərişi ilə dağıdılmışdı.
    On səkkiz yaşlı Usamə elə zəmanənın ən böyük ordusunu bir vaxtda öhdəsinə götürür ki, ona başçılığ etməyə bacarığı olsada, kifayət ğədər hərbi təcrübəsi yoxdur. Allahın Rəsulu can üstədir. O, dünyadangetdikdə mühacir və ənsarın bir çoxu Mədinədən kənarda, o həzrətin yaxın adamları və ailəsi isə dəfn işlərinə məşğuldur. Müxaliflərüçün zərbə vurmağa qızıl fürsət vardır. Bütün bunlara baxmayaraq Peyğəmbər (s) ən çətin halda, azacıq belə, tərəddüd etmədən ordunun hərəkət etməsinə təkid edir.
    Həzrət Peyğəmbər (s) mühacir və ənsardan olub, heç bir döyüşdə qələbə əldə edə bilməyən adamları orduya göndərir və onların Mədinədə olmasını lazım bilmir. Üstəlik, onların tez bir zamanda Mədinəni tərk etmələrini istəyir. Əvəzində bir çox döyüşlərdə qələbələrin səbəbkarı olan Əli ibn Əbi Talibi (ə) Mədinədə öz yanında saxlayır. Sual yaranır: Usamənin qoşununda yaşlı və təcrübəli döyüşçülər olduğu halda, nə üçün onlar qoşun başçısı təyin olunmadılar? Tarixdə yazılanlara görə ilk mühacirlərdən elə bir kəs yoxdu ki, bu orduda olmasın. Bütün tanınmış şəxslər, o cümlədən Ömər ibn Xəttab, Əbu Bəkr, Əbu Übeydə Cərrah və Səd ibn əbi Vəqqas o qoşunda iştirak edirdilər.
    Əbu Bəkr xilafətə çatandan sonra Usamə onun orduda iştirak etməməsinin səbəbini soruşurdu.
    Usamənin nəzərinə görə, Peyğəmbərin qəbul etdiyi qərara əsasən, Əbu Bəkrin və Ömərin Mədinədə qalmasına heç bir zərurət yox idi. Baxmayaraq ki, Əbu Bəkr Usamədən istəyirdi ki, Ömərin xəlifəyə kömək etmək üçün Mədinədə qalmasına razı olsun.
    Əbu Bəkrin bu istəyi onu çatdırır ki, Peyğəmbər (s) vəfatından sonra da səhabələr (bəzi vaxtlar itaətsizlik etsələr də) O həzrətin siyasi və ictimai hökmlərini qüvvədə hesab edirdilər. Elə bu səbəbdən də Osmanın xilafətinə qədər, xəlifələrin hər hansı biri Peyğəmbərin (s) göstərişlərinin əksinə əməl etdikdə camaat tərəfindən pislənirdi. Belə ki, Əbu Bəkr və Ömər öz xilafətləri zamanı bir vaxtlar Reyğəmbərin tərəfindən sürgün olunan Mərvan ibn Həkəmi Mədinəyə buraxmadılar. Lakin Osman onu Mədinədə gətirib özünün müşaviri təyin etdi.
    Bu səbəbdən, Qazi Əbdül-Cəbbar Mötəzilinin tərəfdarlıq edib dediyi: "Əbu Bəkrin, Ömərin Mədinədə qalmasını istəməsinin səbəbi, heç kəsin onu kömək etmədə əvəz edə bilməyəcəyinə görə idi. Onun dinə görə orduda iştirak etməməsi,orduda iştirak etməsindən ehtiyata daha yaxındır” – sözü əsassızdır.
    İbn Əbil-Hədid yazır: (Usamənin) Peyğəmbərin əmri ilə müxalifət etməsi qanunsuz və icazə verilməz işdir. Peyğəmbərin işdən çıxardığını vəzifəyə təyin etməyə, yaxud işə təyin etdiyini vəzifədən çıxarmağa onun haqqı yoxdur.
    Bu görə də Əbu Bəkr öz xilafət xəbərini Usamə üçün göndərdikdə, Usamə cavabında dedi: "Mən və ordum səni xəlifə etməmişdir. Allahın Rəsulu dünyadan getməmişdən sizi mənə deyil ,məni sizə əmir təyin etmişdir. O, kəsə təəccüb edirəm ki, Allahın Rəsulu məni ona əmir təyin etdiyi halda, o məni vəzifədən götürür və özünün mənə əmir olmasını iddia edir!”
    Təəccüb burasındadır ki, Peyğəmbərin həyatı zamanı Usamənin azyaşlı olması mühacirlərin etirazına səbəb olur. Bu və Peyğəmbərin xəstə olması bəhanə gətirilərək ordunun hərəkəti on beş gün təxirə düşür. Lakin Əbu Bəkr xilafətə çatandan sonra yarım gündən də az bir müddətdə bu bəhanəyə bir cümlə ilə cavab verilir və ordu hərəkət edir.
    Bu işin səbəbi bundam başqa ola bilərmi ki, indi müxaliflərin başçılarının hamısı artıq Mədinəyə toplaşmış və qoşunda müxalifətçilik etməyə bir nəfər də olsun tədbirli adam qalmamışdır?! Əbu Bəkrdən sonra eşidilirdi ki:
    "Əgər bilsəm ki vəhşi heyvanlar məni parça-parça edəcək, Allahın Rəsulunun (s) əmr verdiyi kimi Usamənin ordusunun məmuriyyətini məndən savayı bir nəfər olmasa da belə, sona çatdıracaqam!
    Görəsən, Usamənin döyüş yoldaşları üçün Peyğəmbərin sözü və qərarının, Əbu Bəkrin sözü və qərarı qədər dəyəri yox idi?! Necə olur ki, elə bunların özü Peyğəmbərin (s) əmrinə əməl etməkdə günlərlə səhlənkarlıq göstərir, onu qəzəbləndirir, işi o yerə çatdırırlar ki, Həzrət onları lənətləyir, lakin bununla belə yenə də hərəkət etməkdə süstlük göstərirlər, indisə azacıq belə, etiraz olmadan başqasının əmrinə itaət edərək, Mədinəni tərk edir, heç nə üçün, hətta Peyğəmbərin vəfat etməsinə görə hüzün saxlamağı belə üzr gətirmirlər?!
    Əgər onların ilk bəhanəsi, Peyğəmbərin dünyadan getməsidirsə, onda heç olmazsa, onların başçıları həzrətin qüsul və dəfnində iştirak edəydilər?! Halbuki tarixçilər və mühəqqiqlər onların Peyğəmbərin dəfnində iştirak etmələrini qeyd etməmişlər?! Bundan əlavə, necə qəbul etmək olar ki, Peyğəmbərin həyatı zamanı o həzrətin vəfat etməsinə kədərli olmağı üzür gətirərək orduda iştirak etmədən boyun qaçıraraq həzrəti o qədər narahat edirlər ki, həzrət onları lənətləyir?!
    Bəziləri deyirlər: Səhabələr o zaman Peyğəmbərin ayrılığına dözə bilmədikləri üçün, Corfda onun vəziyyətinin məlum olmasını gözləyirdilər. Bu təxir Peyğəmbərə olan şiddətli bağlılıqdan irəli gəlirdi! Vəzifəni yerinə yetirməkdə süstlük göstərmələrində heç bir qərəzli fikirləri yox idi. Onlar təkcə iki nəticədən birini gözləyirdilər: ya Peyğəmbərin şəfa tapması ilə gözləri nurlanacaqdı, ya da Peyğəmbərin dəfnində iştirak etmək şərafəti onlara qismət olacaq və onun yerinə olacaq şəxsin iş başına gəlməyə imkan yaradacaqdılar. Beləkiklə onların hərəkəti, təxirə salmalarında üzrü qəbul edilməli və onlara heç bir irad tutulmamalıdır.
    Məhəmməd Hüseyin Heykəl yazır: Onlar Peyğəmbəri elə bir halda qoyub, Mədinədən uzaq olan bir məntəqəyə necə gedə bilərdilər?! Elə yaxşısı Peyğəmbərin vəziyyəti məlum olana qədər gözləmək idi.
    Belə üzr düzəltmələr suallara cavab olmazdan qabaq, özü sual doğurur. Bu, Peyğəmbərə olan məhəbbətdən irəli gəlirdimi?! Ordunun hərəkətini təxirə salmaqla həzrəti o qədər qəzəbləndirirlər ki, onları lənətləyir?! Məgər Peyğəmbər özünün və onların vəziyyətini dərk etmirdi?! Belədirsə, onda nə üçün hətta yarım gün belə onlara möhlət vermir?! Halbuki onlar bəlkə ordunun hərəkət etməsini yarım gün deyil, iki həftə təxirə saldılar? Bundan əlavə, islamın məsləhətini onlar daha yaxşı bilirdi, yoxsa Peyğəmbər?!
    Qazi Əbdul Cabbar Mötəzili yazır: Qoşunda camaata rəhbərlik etməyə ləyaqəti olanlara, ordudan ayrılaraq özlərindən birini rəhbər seçmələri lazımdı? Çünki imamı seçmək, döyüşdə iştirak etməkdən daha əhəmiyyətli bir məsələdir. Beləliklə səlahiyyəti olana (Əbu Bəkr kimisi ) seçılməzdən qabaq ordudan ayrılmaq caizdir. Ondan sonra da ehtiyacı olduğu şəxsi (Ömər kimisini) ordudan ayırmaq ona caizdir.
    Bu nəzər düz olarsa, onda Allahın Rəsulunun (s) qoşunu göndərmək barədə olan qəti qərarını (Allaha pənah) boş, əbəs iş və müsəlmanların məsləhətinin əleyhinə olan bir qərar kimi qəbul etməliyik! Əgər camaatın dini rəhbərini seçmək müsəlmanların öhdəsindədirsə və qoşunda belə adamlar vardırsa, bəs nə üçün Allahın Rəsulu (s) onlardan tez bir zamanda Mədinədən uzaqlaşmasını istəyir? Görəsən Peyğəmbər imamı seçməyin, döyüşdə iştirak etməkdən mühüm olmasını bilmirdimi?! Peyğəmbər qoşunun tez bir zamanda hərəkətinə dair əmr verdiyi halda, bu necə caizdir ki, bir nəfər qoşundan ayrılandan sonra başqa birisi üçün də Mədinədə qalmaqa icazə istəyir?! Allahın Rəsulu (s) vacibə qədər onlardan tez bir zamanda Mədinəni tərk etmələrini istədi onlarsa boyun qaçırdılar. Peyğəmbərin əmrindən çıxmaqdan əlavə,Quran onlara əmr verməmişdimi:ما اتاكم الرسول فخذوه و ما نهاكم عنه فانتهوا Rəsulum sizə nə (hökm) verirsə götürünvə sizə nəyi qadağan edirsə ondan əl çəkin.və həmçinin"Nisa” surəsinin 65-ci ayəsini:
    فلا وربك لا يؤمنون حتى يحكموك فيما شجر بينهم ثم لا يجدوا في انفسهم حرجا مما قضيت و يسلموا تسليما
    "Amma belə deyildir (onların imanları yoxdur)! Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər” – eşitməmişdilərmi?!
    Həqiqətdə əhli-sünnə təhqiqatçılarının orduda olanların bəzisinin itaətsizliyinin səbəbi haqqında açıq nəzərləri olduğu yerdə, belə bəhanələrə yer yoxdur. Bu bəhanələr məsələni həll etməməkdən əlavə, onu daha da mürəkkəbləşdirib, cavabsız saxlayırlar.
    İbn Əbil Hədid yazır: Bir zaman ustadım Əbu Cəfər Nəqibdən Əlinin aydın şəkildə xilafətini bildirən rəvayət haqqında soruşub dedim: İnanmaq olmur ki,Peyğəmbərin səhabələri Onun əmrinə mane olmaqda yekdil fikirdə olsunlar. Bu sanki namaz vaxtı üzü qibləyə durmanın, Ramazan ayında oruc tutmanın və s. qarşısını almaqa bənzəyir.
    Ustadım dedi: Onlar xilafət məsələsini namaz və oruc kimi qiymətləndirmirdilər; onu siyası-ictimai bir məsələ sayır və məsləhət bildikləri zaman Peyğəmbərlə müxalifətçılik edirdilər. Bu işdə heç nədən də çəkinmirdilər. Elə bu səbəbdən də Əbu Bəkr və Ömər Usamənin ordusunda olmaqdan boyun qaçırdılar. Onlar Mədinədə qalmağı məsləhət sayırdılar.”
    Əbu Cəfər Nəqib onların Mədinədə qalmaqdan ötrü, özləri üçün nə məsləhət görmələri haqqında bir söz demir. Hansı ayəyə əsaslanaraq Peyğəmbərin (s) siyasi və ictimai əmrlərindən boyun qaçırmanı caiz bilirdilər?! Halbuki Quran ”ما آتاكم الرّسول فخذوه و ما نهاكم عنه فانته” deməklə ibadi və ictimai işlərin arasında heç bir fərq qoymamışdır.
    Görəsən, Allahın Rəsulu (s) orduda iştirak edən ilk mühacirlər qurupunu və ənsarı vacib olmayan bir işi tərk etmələrinə görə lənətləyirdi? Peyğəmbər bir işi yerinə yetirib – yetirməmələrində tam azad olan insanlardan öz şəxsi düşüncələrini kənara qoyub onun fikirlərinə itaət etmələrini umurdumu?! Peyğəmbərin müstəhəb və təkcə yol göstərmə tapşırıqlarını ayırmaq o qədər də çətin deyildi. Belə bir məxsus iş (çoxlu dəlil və subutlar ilə) heç də qeyd nümunələrdən deyil.
    İbn Əbil Hədid "Nəhcül bəlağənin” 156-cı xütbəsinin şərhində ustadı Şeyx əbu Yəqub Mötəzilinin dilindən yazır: Peyğəmbərin xəstəliyi şiddətləndkdə, Usamənin ordusunun Şama tərəf hərəkət etməsinə əmr verib Əbu Bəkr və digər mühacir və ənsar böyüklərinin orada olmasını buyurdu ki, Allah Rəsulu üçün bir iş qarşıya çıxdıqda Əlinin xilafətə çatması daha arxayınlıqla baş versin.
    Bu təhqiqatçı alim başqa bir yerdə bu sözə irad tutaraq yazır:
    Daha yaxşı belə deməkdir: Peyğəmbər vəfat etdiyi zaman Əbu Bəkr və Ömərın Mədinədə olacaqları təqdirdə əmisi oğlu (Əlini) kənara qoyacaqlarını dəqiq bilmirdi, əksinə sadəcə güman edirdi. Elə buna görə də Mədinədən çıxmalarına göstəriş verdi. Biz də bu işi öldüyümüz zaman öz uşaqlarımızla edirik. Əgər övladlarımızın hər hansı birinin biz öləndən sonra mallarımızı ələ keçirib digərlərinə bir şey verməyicəyindən qorxsaq, onu uzaq bir yerə səfərə göndəririk.
    Bütün bunlardan Usamət ibn Zeydin başçılıqı altında ordunun hərəkət etməsinə olunan təkidin və Əli ibn Əbi Talibin (ə) müxaliflərinin vaxtında uzaqlaşdırılmasının O həzrətin imamətə yetişməsinə görə baş verdiyi çox gözəl məlum olur ki, sağlam ağlı olanlar üçün bu proqramın onlarla incəliyi vardı. Onlar Allahın Rəsulunun (s) müsəlmanlara, başçının "şöhrətli və çox yaşlı” olmaq əsasında deyil, ləyaqət əsasında olması qanununu öyrətməklə yanaşı kiçik bir müharibədə yeniyetmə bir cavana itaət etməklə daha böyük olan və nübuvvətlə bərabər tutulan imamətə ləyaqətləri olmamasını da bilirdilər. Bunlardan əlavə, bu göndəriş bir çoxlarının iç üzünü ifşa edirdi. Çünki, camaat qoşunda iştirak etməkdən boyun qaçıranları və nəticədə Peyğəmbərin qarğış etdiklərini aşkara gördülər.
    YAZILANLARDAN YÜZ QAT ARTIQ YAZILMAYANLAR
    Qədir hadisəsindən Usamənin ordusunun ezamına qədər olan hadisəıər, həmçinin çox da az olmayan səhabələrin bu işlə müxalifəti göstərirdi ki, bir dəstə adam Peyğəmbərin (s) xəstəliyini nəzərə alaraq, o həzrətin ölümünü və daha sonra hökuməti ələ keçirmək fürsətini gözləyir və hədəflərinə nail olmaq üçün heç bir şeyi əsirgəmirdilər. Buna görə Peyğəmbər öz ətrafında olanları yaxşı tanıdığı üçün tezliklə baş verə biləcək hadisələri nəzərdə alıb həyatının son fürsətində risalət dövrünün ən mühüm xəbərini, gələcək nəsillərə aydın bir şəkildə çatdırmaq istəyirdi.
    O həzrət ömrünün son günlərini çox zaman Ayişənin evində xəstəlik yatağında olurdu. O, yatağını qızı Fatimənin (s) evinə köçürməmişdi.
    Əbu Hamid Mədaini bu barədə yazır:
    Allah Rəsulu (s) əvvəlcə qızı və kürəkəni üçün narahatlıq yaratdı. Çünki belə vaxtlarda insan başqasının evindən, hətta kürəküninin evi olmuş olsa, daha çox öz evində rahat olur.
    Cümə axşamı (Peyğəmbər (s)-in vəfatından dörd gün əvvəl) son günlərində insanınların asimanla əlaqələri kəsilən vaxtlarda Allahın Rəsulu (s) yataqda idi, vəsiyyət yazmaq üçün kağız-qələm istədi. Səhabələrdən bir neçəsi ətrafında, qadınlar və qızı Fatimə (s) isə pərdənin arxasında idi.
    İkinci xəlifə həmin hadisəni İbn Abbas üçün belə rəvayət edir:
    Biz Allahın Rəsulunun yanındaydıq. Bizimlə qadınlar arasında pərdə asılmışdı. O həzrət danışmaqa başlayıb dedi: "Yazı ləvazimatı gətirin. Sizə bir şey yazım ki, onun olmasıyla heç zaman düz yolu itirməyəsiz.” Peyğəmbərin qadınları dedilər: "Peyğəmbərin istəyinə əməl edin!” Mən dedim: "Sakit olun! Siz Peyğəmbərlə olan qadınlar, o xəstələndikdə göz yaşı axıdır, şəfa tapdıqda yaxasından tutursunuz!” Bu zaman Allahın Rəsulu buyurdu: "O qadınlar sizdən yaxşıdır.”
    Məhəmməd ibn İsmail Buxari yazır:
    Orada olanlardan biri elə həzrətin hüzurunda dedi: "Ağrı ona üstün gəlmişdir və o, danışığını bilmir!” Başqalarına üzünü tutub dedi: !Quran sizin yanınızdadır və o (Quran) bizə bəsdir!” Bu zaman orada olanların arasına ixtilaf düşdü. Bir-birinə çığırmaqa başladılar. Bəzisi onun, digərləri Allahın Rəsulunun sözünü təsdiq edirdi. Beləliklə, məktubun yazılmasının qarşısı alındı.
    İbn Abbas deyir:
    Nə qüssədi gün idi cümə axşamı! O gündə Peyğəmbərin xəstəliyi gücləndi.O, olduğu yerdə haqdan kənara çıxmamanız üçün bir şey yazmaqa kağız və qələm istədikdə orada olanlardan biri dedi: "Allah Rəsulu sayıqlayır!” Peyğəmbərə dedilər: "İstədiyini edəkmi?” Peyğəmbər buyurdu: "Bütün bu olanlardan sonramı?!” Beləliklə, Peyğəmbər bir daha onu yazmaq istəmədi.
    Həmçinin deyir: Peyğəmbərin hüzurunda dava-dalaş və səs-küy baş qaldırdı. Dsdilər: "Peyğəmbərə nə olub?! Sayıqlayırmı?!” Onlar öz sözlərini təkrar etdilər. Həzrət buyurdu: Mənimlə işiniz olmasın! Mənim öz halım (ağrı və dərdim) sizin məni çağırdığınızdan (nisbət verdiyinizdən) yaxşıdır.
    Sonra üç şeyi vəsiyyət etdi:
    1) Müşrükləri yarımadadan çıxarın.
    2) Nümayəndə heyətlərinə mən bəxşiş etdiyim qədər bəzşiş edin.
    Peyğəmbər üçüncü məsələni demədən susdu.
    Həmçinin yazır: Peyğəmbərə belə dedikdən sonra, birbiriylə söhbətə başladılar. Allah Rəsulu buyurdu: "Mənim yanımdan çıxın!”
    Ömər ibn Xəttabın bu sözü deyənin özü olmasını etiraf etməsinə baxmayaraq, rəvayətlərdə bu mövzu ya kitablardan çıxarılır, ya da təhrif olunmaqla yazılır. Təhqiramiz sözü deyənin adı çəkilmir və ya onu yozmağa çalışırlar.
    İbn Əbil-Hədid o hadisənin rəvayətlərini qəbul etdikdən sonra yazır:
    Əlbəttə (belə bir rəftar Ömər ibn Xəttabdan el ədə gözlənilməz deyildi , çünki) həmişə Ömərin sözlərində tündlük, kobudluqla yanaşı əzabverici və axmaqsayağı əxlaq, təkəbbürlük və özünü böyük bilmə olmuşdur. Onun bu sözünü eşıdən hər bir kəs, doğurdan da Peyğəmbərin sayaqlamasını deməsini başa düşərdi. Lakin Allaha pənah aparırıq ki, o belə bir niyyətlə söz demiş olsun. Bəli, tünd və davakar əxlaqı onu belə bir hərəkət etməyə məcbur etmiş, o da nəfsi ilə bacarmayıb bir söz demişdir. Beləliklə onu müqəssir saymaq lazım deyil. Çünki Allah onu belə yaratmış və o öz ixtiyarında olmamışdır. Özünü dəyişdirə bilməməsi üçün yaxşıydı ki, belə deyəydi: Xəstəlik peyğmbərə üstün gəlmişdir, ya (deyəydi ki,) öz təbii halında danışmır (huşsuzdur).
    İbn Əbil-Hədiddən bu iki cümlə ilə qabaqkı cümlənin fərqinin nədən ibarət olmasını soruşmaq lazımdır!
    Həqiqət budur ki, Ömər ibn Xəttab öz etiqadını demişdir. O, bilirdi ki, belə bir etiqadla Peyğəmbəri sehrbaz və dəli adlandıran müşrüklərlə bir cərgədə olacaqdır! Uzaq bir ehtimaldır ki, belə yaramaz şeyləri Peyğəmbərdən uzaqlaşdıran ayələri eşitməmiş ya oxumamış olsun. O, "Nəcm” və "Haqqə” surələrindəki ayələri mütləq eşitmişdir ki, buyurur:
    ما ضَلَّ صاحِبُكُم وَ ما غَوَى. وَمَا يَنْطِقُ عَنِ الهَوَى. انْ هُوَ الاَّ وَحْيٌ يُوحَى. عَلَّمَهُ شَدِيدُ القُوَ
    Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət ) yolundan çıxıb və nə də (əqidə-sində haqdan) azıb. O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.
    Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir. Onu ona (Peyğəmbərə) quvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.(Nəcm surəsi 2-5-ci ayələr)
    اِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ . وَ ماَ هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلاً مَا تُؤْمِنُونَ . وَ لا بِقَوْلِ كَاهِنٍ قَلِيلاً مَا تَذَكَّرُون
    تَنْزِيلٌ مِنْ رَبِّ العَالَمِينَ .وَ لَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الاَقَاوِيلِ. لّأَخَذْنَا مِنْهُ بِالْيَمينِ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الوَتِي
    Şübhəsiz, bu (Quran) möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür. Bu, bir şairin sözü deyildir! (Lakin) siz çox az iman gətirirsiniz! Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (amma çox az öyüd nəsihət alırsınız. (Bu kitab)aləmlərin rəbbi tərəfindən nazil edilmişdir. Və əgər o, bəzi sözləri nahaqdan Bizə nisbət versəydi, şübhəsiz onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini əzaba çəkərdik. Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.("Əl-haqqə” surəsi, 40-46-cı ayələr).
    Ayələrdən əlavə ağıl bu xüsusiyyəyləri nübuvvət məqamından uzaq bilir. Əks təqdirdə Peyğəmbər də (s) digərləri kimi olacaq və belə bir halda kiçik bir sözünə belə bel bağlamaq mümkün olmayacaqdır.
    Bəs, görəsən, onda belə bir nisbəti verməklə o, hansı hədəfi güdmüşdür? O, istəmirdimi ki, Peyğəmbər bir şeyi yazmaqla dünyanın sonuna qədər olacaq insanların düz yoldan çıxmalarının qarşısı alınsın?! Görəsən, dünyanın sonuna qədər olacaq insanların hidayət tapmasından qiymətli bir şey vardır?! Hansı məsləhət bu işdən yuxarıdır?! Əbu Bəkr də Ömərin xilafətini vəsiyyət etdiyi zaman təbii haldan kənara çıxmışdı, lakin heç kəs onun sayıqlamasını demədi! Baxmayaraq ki o, nə Peyğəmbər kimi məqama, nə də şənə malik deyildi! O, xilafət məsələsini yazdığı zaman bihuş oldu. Osman Əbu Bəkrin vəsiyyət etməzdən qabaq ölməsindən qorxaraq onun (Əbu Bəkrin) nəzəri olmadan yazını Ömərin canişin təyin olması ilə tamamladı. Əbu Bəkr ayılıb huşa gəldikdən sonra onu imzaladı.
    Görəsən, Allah Rəsulunun (s) əmri və istəyi vacibi çatdırmırdı? Necə oldu ki, həzrətin Əhli-beyti o sözdən vacib olmanı başa düşdülər? Bundan başqa caizdirmi Peyğəmbərin vacib olmayan sözləri belə qəbul olunmasın və adi insanların qarşısında xəstə və can halında (hörmətsizlik rəva olmadığı halda) hörmət qoyulmadan səs-küy salınsın və ucadan danışılsın?!
    Allahın Rəsulunun (s) o sözdən sonra artıq yazmaq istəməməsi bu demək deyildi ki, Öz əmrini vacib bilmirdi, əksinə başqa bir səbəb də vardı ki, sonradan deyiləcəkdir.
    Həqiqət bunu göstərir ki, orada olanların verilən əmrdən başa düşdükləri, vacibdən başqa bir şey olmamışdır. Digər bir şeyi başa düşsəydilər iş ixtilaf və davaya çəkməzdi. Əməl etmək istəyən əməl edər, etmək istəməyənsə əməl etməzdi. Amma öz hədəflərinə yetişə bilməyən dəstə, vacıb işi qəbul edə bilmədiklərindən, aşikara ondan boyun qaçırdılar. Cammat yersiz danışan xəstənin bəhanəsinin ardınca getmədikləri kimi, tələb olunanın ağıl və sağlam düşüncə ilə deyilməsində şəkk yaratmaqla, əməl edilməsinin zəruriliyini bildirdilər.
    Allahın Rəsulunun (s) həyatı boyu, həmçinin ömrünün son günlərində dediyi sözlərin arasında təkcə o cümləydi ki, xəstəliyin şiddətlənməsi və s. görə deyilirdi? Nə üçün Usamənin ordusunun yığılması və hərəkət etməsi barədə təkidlə fərman verəndə heç kəs Peyğəmbərə sayıqlamaq nisbətini vermədi? Təkcə onu təxirə saldılar ki, bu da öz hədəflərinə çatmaq üçün bir səbəb idi. Buna görə də son ana qədər hətta vəsiyyət yazılmasını istədikdən dörd gün sonra Usamənin qoşununun hərəkət etməsinə israr edir, böyun qaçıranları lənətləyirdi. Lakin (həzrətə) heç bir nisbət verməyərək təkcə boyun qaçırırlar. Əbu Bəkrlə beyət olunduqdan sonra isə azacıq gecikmədən belə, təkid olunan əmr həyata keçırılir!
    Bu töhmətdən sonra Peyğəmbərin şifahi vəsiyyətinə heç kəs müxalif olmur. Sadəcə olaraq onlardan ilk ikisi qəbul edilir, birisə qələmdən düşür. Bundan əlavə, deyilənlərə görə Peyğəmbər (s) ömrünün son anlarında Əbu Bəkrə (camaatla) namaz qılmaq göstərişini verirmiş, lakin bu göstəriş sayıqlamaqla qiymətlənməmişdir!
    Keçən bəhslərdə Əbu Cəfər Nəqibdən nəql etdikdə, işarə etdik ki, o səhabələrin köməkləşərək Əli ibn Əbi Talibin (ə) xilafətə yetişməsinin qarşısını almalarını qəbul edərək demişdir: Onlar xilafət məsələsini digər dünyəvi məsələlər, məsələn, sərkərdələrin başçılığı, döyüşlərdə tədbirçi, siyasətçi və rəiyyət idarə etmək kimi başa düşür, elə buna görə də məsləhət bildikləri məsələlərdə Peyğəmbərin (s) göstərişləriylə müxalifət edirdilər.

    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 976 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024