İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:31 AM
    VƏSIYYƏTIN MƏZMUNU VƏ YAZILMASININ QARŞISININ ALINMA SƏBƏBLƏRI
    Ömər ibn Xəttab, İbn Abbasla söhbətində deyir: Allah Rəsulu (s) Əlini çox tərifləyirdi. Əlbəttə bu təriflər heç nəyi sübut etmir və hüccət də deyildir. O, Əlini tərifləməklə (həqiqətdə) öz ümmətini yoxlamaq istəyirdi. (Görsün ki, ümmət öz peyğəmbərlərinə nə həddə itaət edir.) O, həzrət xəstə olduğu zaman bu məsələni açıqlamaq istəyirdi ki, mən qarşısını aldım.
    Başqa bir rəvayətdə deyilir:
    Allahın Rəsulu (s) onu xilafətə namizəd etmək istəyirdi. Mənə fitnə baş verə biləcəyindən qorxaraq mane oldum. Peyğəmbər mənim niyyətimdən agah oldu (öz istəyi haqqında israr etməkdən) və əl çəkdi.
    İbn Abbas deyir:
    Ömər Şama etdiyi səfərlərindən birində, öz dəvəsində tək idi, o zaman mənə dedi: "İbn Abbas! Əmin oğlundan şikayətçiyəm. Ondan mənimlə getməsini istədim, ancaq o, razılaşmadı. Mən hələ də onu acıqlı və incik görürəm. Görəsən acığı nədən ola bilər?” Dedim: "Sən özün bilirsən.” Ömər dedi: "Sənin fikrincə O, hələ də xilafəti əldən verməsinə görə narahatdır?” Dedim: "Bəli belədir. O, fikirləşir ki, Allahın Rəsulu (s) onu xəlifə seçmişdi.” Ömər dedi: "Allahın Rəsulu (s) Onu xəlifə seçmişdi, lakin nə etmək olar ki, Allah belə istəməmişdi! Allahın Rəsulu bir şeyi, Allah isə başqa bir şeyi istəmişdi. Bu zaman Allahın iradəsi üstün gəlmiş, Rəsulunun istəyi icra olmamışdı. Məgər Allahın Rəsulunun hər istəyi yerinə yetirdi? Əmisi Əbu ləhəbin müsəlman olmasını istədi, lakin olmadı.”
    Maraqlı və incə məsələ budur ki, Allahın Rəsulunun (s) "qələm-kağız gətirin, sizə bir şey yazım ki, məndən sonra azıb haqq yoldan kənara çıxmayasnıız” – deməsindən nə istəyəcəyini Ömər ibn Xəttab bütün incəlikləri ilə bilirdi. Onun ani əksül əməl göstərməsi bütün hadisələrlə tanış olmasına bir dəlildir. O, həmin anda hər şeyi çox diqqətlə izləyir, zirəkliyini və vaxt tanımasını ən yüksək dərəcədə işə salmışdı.
    Həzrətin danışığı elə tənzim olunmuşdu ki, böyük ehtimalla orada olnların bir çoxu nə yazmaq istəməsini başa düşmüşdülər.
    1. Yazının şəriət məsələləri və adi ışlər barəsində olmamasında heç bir şəkk yox idi. Belə ki, yazılması istənilən şeyə əsasən ona itaət edən kəs heç zaman haqdan çıxmayacaqdı. Əgər yazılmalı şey məsələlər olsaydı, onunla heç kim müxalifət etməzdi, nəinki təhqiramiz söz deməz, heç azacıq belə! Yazılması istənilən şey hər nə idisə, Ömərin çox qorxduğu bir məsələ haqqında idi. Ona görə də hələ yazılmamış o qədər qəzəblənir ki, İbn Əbil-Hədidin dediyinə görə nəfsinin qarşısını ala bilməyərək o nalaiq sözü deməkdən özünü saxlaya bilmir.
    2. O cümlə hər nə olsa da, bir hissəsi həzrətin istəyində yer almışdı. Belə ki, həzrət buyurur: "Əgər bu mətləbi yazsam heç kəs haqdan çıxmayacaqır.” Sanki bundan qabaq həzrət ona oxşar cümlə buyurmuş və cümlələrin oxşarlığı səbəb olmuşdu ki,o Peyğəmbərin cavabında "(bir şeyin yazılması lazım deyildir) Quran bizim aramızdadır və Allahın kitabı bizə bəsdir!” demişdi!?
    O, haradan bilirdi ki, Peyğəmbər nəyisə Qurana qoşmaq istəyir!?
    Həqiqət budur ki, Peyğəmbərin vəsiyyətinin mövzusu tamamilə məlumdu. Həyata keçirmək istədiyi işisə təkcə demək deyil, yazmaq istəyirdi. Çünki o məsələ əvvəllər dəfələrlə açıqlanmışdı. Sözsüz, bütün ümmətin hidayət olunmasına səbəb olan məsələ təkcə o həssas vaxta qalmamışdı. Əks təqdirdə, deyilməsinə müvəffəq olmadıqda ümmət hidayətdən uzaq düşə bilərdi. Odur ki, bir çox hallarda onu xatırlatmışdı. Belə olmadıqda (əgər bu məsələni qabaqlar deməmiş, indi də) yazmaqa müvəffəq olmazsa, qəbul etməliyik ki, ümmətini həmişəlik azqınlıqda qoyaraq onları tərk etmişdir.
    Bu araşdırmadan əlavə, tarix bizə göstərir ki, bu acı hadisədən əvvəl və eləcə də sonra haqqında qələm və kağız istədiyi o cümləni özündə ehtiva edən başqa kəlamlarında buyrurmuşdur. O kəlam "Səqəleyin” hədisidir. Səhabələr dəfələrlə O həzrətdən eşitmişlər ki:
    «انّى تارك فيكم الثّقلين كتابَ الله وعترتى ما ان تمسّكتم بهما لن تضلّوا ابداً و لنْ يضفترقا حتّى يردا علىّ الحوض»
    "Mən sizin aranızda iki ağır və qiymətli şey qoyuram: Allahın kitabı və ailəm. Nə qədər ki, onlardan tutmusunuz, heç zaman (haqdan) azmayacaqsınız. "Kövsər” hovzunun yanında mənim yanıma gələnə qədər onlar bir-birindən ayrılmayacaqlar.”
    İbn Həcər yazır:
    Ömrünün son günlərində yoldaşlarımdan bir dəstəsi Allahın Rəsulunun yatağının ətrafına yığılmışdı. Həzrət onlara xitabən buyurdu:
    Camaat vəfatım yaxınlaşmışdır. Tezliklə aranızdan gedəcəyəm. Agah olun! Sizin aranızda Quran və Əhli-beytimi əmanət qoyuram. Hər ikisinə itaət edin. (Bu zaman Əlinin əlindən tutub buyurdu:) "Bu Əli Quranla, Quran da Əli ilədir. Onlar bir-birindən ayrılası deyillər.”
    PEYĞƏMBƏR (S) VƏSIYYƏTI YAZMADI
    Peyğəmbərin (s) vəsiyyətinin dinləyiciləri iki dəstə idi: Müvafiqlər və müxaliflər. Müxaliflər həyasızcasına vəsiyyətdən ehtiyacsız olmalarını bildirsələr də azğınlıqdan nicat tapmaları və həqiqəti daha yaxşı tanımaları üçün vəsiyyətnamənin yazılmasına daha çox ehtiyacları vardı. (Ehtiyacı olanlar vəsiyyətnamənin yazılmasını istəmədikdən sonra) yazılmasının nə faydası ola bilərdi? Peyğəmbərin (s) hüzurunda ona sayıqlamaq nisbəti verənlər, vəsiyyətnamə yazılan təqdirdə, hər yolla olur-olsun, sözlərini sübuta yetirməyə çalışır və bu yolda nahaq qanlar tökməyə belə hazırdılar! Bəlkə bu yolla vəsiyyəti etibardan sala bilsinlər. Belə olduqda nübuvvətin özünə irad tutmağa yolu açılar və hər zamanda ixtilaf və mübahisə üçün bu fikrin ardıcılları meydana gələ bilərdi. Elə buna görə də ən yaxşı iş Peyğəmbərin (s) tutduğu yol – yəni vəsiyyətnaməni yazmamaqdı.
    Bəlkə də Peyğəmbərin (s) vəsiyyətnamənin yazılmasını məsciddə ümumxalq kütləsinin qarşısında istəməməsinin əsas səbəbi də bu olmuşdur. Əvvəllərdə, "Qədir” hadisəsindən tutmuş Usamənin ordusunun göndərilməsi vaxtına qədər bu adamların etdiyi hörmətsizlik göstərirdi ki, əgər bu məsələ camaatın qarşısında olsaydı belə, onların müxalifəti ilə üzləşəcəkdi. Əlbəttə, bu müxalifət evdəkindən daha şiddətli və ziyan verici olacaqdı.
    Peyğəmbərə evdə olan hörmətsizlikdən başa düşmək olur ki, bir dəstə adam hər hansı yolla olursa olsun, vəsiyyətin yazılmasının qarşısını almağı qarşılarına məqsəd qoymuşdular. Onlar Peyğəmbərin öz qərarında ciddi olmasını və vəsiyyətin məzmununun rəhbərliyə yetişə bilmələrinə bir maneə olduğunu başa düşdüklərindən sayıqlamaq nisbətini verməkdən başqa çarə görmədilər. Çünki bu söz qədər vəsiyyətin qarşısını ala biləcək heç bir söz ola bilməzdi. Belə bir nisbətin sübuta yetməsi nübuvvət məqamını nöqsanlı etməklə yanaşı, Peyğəmbəri (s) qızdırmalı halda, sayaqlayan sadə insanlar həddinə endirirdi. Belə olduqda, nübuvvətin bünövrəsi və eləcə də Peyğəmbərin dediyi bütün sözləri etibardan salacaqdı. Camaatın arasında belə bir ehtimal yaranacaqdı ki, Peyğəmbər digər sözlərini də tamamilə özündə olmadığı və düzgün düşünə bilmədiyi vaxtda demişdir! Bəlkə də elə bu dəlillərə görə o həzrətə (s) "istədiyinizi sizə gətirməyəkmi?” dedikdə buyurdu: "Daha nədən sonra?” (Bundan sonramı?).
    Müxalifləri öz hədəflərinə yetişmək üşün bu qədər israr etmələrindən məlum olur ki, camaatın iştirakı da onlara mane ola bilməzdi. Odur ki, Allahın Rəsulu (s) öz istəyini evdə bildirdi. Əgər hörmətsizlik baş verəcəkdisə də, ümumcamaatın qarşısında deyil, evdə, kiçik bir mühitdə baş versin, beləliklə, Quran və dinlə müxalifət etmək ruhu başqalarına sirayət etməsin və nəticədə bir çoxu haqq yoldan çıxıb həlak olmasın.
    Belə nəzərə çarpır ki, əgər o hörmətsizlik məsciddə baş versəydi daha geniş iğtişaşa səbəb olmaqla yanaşı, qan tökülməsi və qırğına da səbəb olardı. Necə ki rəvayətlərdə bunun baş vermə ehtimalını müşahidə edirik. Ömərin sözündən sonra bir dəstə qadam ələm-kağız gətirməyin, digər bir dəstəsi isə gətirin deməyə başladılar. Məlum olur ki, bu tanınmış səhabə öz istədiyi işdə tək olmamışdır. Təbiidir ki, daha böyük yığıncaqda hər iki dəstə - müvafiq və müxalif qrup bir çoxlarını özlərinə tərəf çağırib onları müdafiə etmələrini istəyəcək və bu zaman qarşıdurmanın baş verməsi qaçılmaz olacaqdı. Belə bir qarışıqlığın baş verməsi həzrətin hədəfləri ilə düz gəlmirdi. Necə ki, həzrət evdə baş verən söz-söhbətə dözməyib buyurdu: "Məndən uzaq olun! Heç bir reyğəmbərin yanında belə səs küyün qalxması rəva deyildir!” Barəsində ilk əvvəldən ixtilaf baş verən və zərbəsinin nə qədər ağır olması məlum olmayan bir yazı ilə insanlar necə hidayət tapıb o olduğu yerdə haqdan kənar düşməsinlər!
    Amma həzrətin hədəfi ilə ziddiyyəti olmayan şey vəsiyyətnaməni, şifahi olaraq (yazmadan) məsciddə hamının qarşısında açıqlamaq idi. Həmin səbəbdən Allahın Rəsulu (s) xəstəliyinin şiddətinə baxmayaraq məscidə daxil olub minbərin qarşısında dayandı. Hamının gözü yaşla dolmuşdu. (Həzrət) Buyurdu:
    انى تارك فيكم الثّقلين كتاب الله و عترتى
    "Sizin aranızda iki ağır və qiymətli şeyi (yadigar) qoyuram: Allahın kitabı və itrətimi (Əhli-beyti).”
    TARIXIN QARŞISINDA
    Həmin yığıncaqda bir dəstə adam o cümləni deyənə hücum etdilər. Məxsusən, Peyğəmbərin ətrafında olub quranı bilən insanlar "Quran bizimlədir,Allahın kitabı bizə bəsdir!” – sözünü əsassız olmasını yaxşı başa düşürdülər. Belə ki, Quran özü o nisbəti Peyğəmbərdən uzaq bilirdi:
    ما ضلّ صاحبكم و ما غوى ما ينطق عن الهوى ان هو الاّ وحى يوحى
    Görəsən, Quranı, indi sayıqlamaq nisbəti verdikləri Peyğəmbərdən başqa bir kəs onlara oxumuşdu?! Quran onun sözünün əql və hikmətdən qaynaqlanan, bəlkə ondan da yuxarı İlahi vəhydən qaynaqlanan bir söz olmasını bildirmişdir. Əgər bu mənbədən əlavə başqa bir yerdən söz desəydi, onda onun hansı sözünə arxalanmaq olardı?!
    O nalayiq rəftar Həzrəti o qədər incitdi ki, bir an da onların qalmasını istəmədi. Halbuki, Quran bu-yurmuşdur:
    انّ الّذين يؤذو الله و رسوله لعنهم الله فى الدّنيا والاخرة و اعدّ لهم عذَاباً مهيناً
    "Şübhəsiz, Allah və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş və onlar üçün xaredici bir əzab hazırlamışdır.”
    İnsanların hidayəti üçün kifayət bildikləri Quran buyurmuşdur:
    و من يعص الله و رسوله و يتعدّ حدوده يدخله ناراً
    "Hər kim Allaha və Onun Peyğəmbərinə itaətsizlik etsə və Onun sərhədlərini aşsa (Allah) onu oda daxil edəcəkdir)!”
    فاِنّ له نار جهنّم خالدين فيها ابداًَ
    ...
    "...Şübhəsiz, onun üçün cəhənnəm əzabı vardır.Onlar orada əbədi qalarlar.”
    فقد ضلّ ضلالاً مبيناً
    ...
    "...Şübhəsiz, açıq-aşkar bir azğınlığa düşmüşdür.”Görəsən, Peyğəmbər (s) Allahın kitabının ondan sonra hidayətləri üçün kifayət olmasını bilmirdi?! Bunu demək daha düzgün olar: Onlar özlərini Quranı bilməkdə Allahın Rəsulundan (s) daha yaxşı və üstün görürdülər!
    Həqiqət budur ki, tanınmış səhabə Ömər ibn Xəttab bütün zirəkliyi və siyasətinə baxmayaraq burada və bundan sonra elə bir tədbir tökə bilmədi ki, tarix onu mühakimə etməsin. Usamənin ordusunda iştirak etməkdən boyun qaçırması, Peyğəmbərin qüsl-kəfənində və dəfnində iştirak etməməsi, Əbu Bəkr xilafət kürsüsünə yetişənə qədər Peyğəmbərin dünyadan getməsini inkar etməsi, Əbu Bəkrin xilafətə yetişməsi üçün canfəşanlıq göstərməsi, Səqifədə Hubab ibn Munzər və Səd ibn Ubadə ilə dalaşması, evdə olanlardan beyət alınması üçün Fatimənin evinə adam göndərməsi, Zübeyrin qılıncını sındırması, Miqdadı döyməsi və bu qəbildən olan digər nümunələr bu tarixi nəzərin sübutuna kifayətdir ki, o nalayiq rəftar imaməti və rəhbərlik məqamını ələ keçirmək üçün atılmış bir addım idi. Məhz bu fəaaliyyətlər ilə eyni zamanda Əli ibn əbi Talib (ə) ona buyurdu: "Bu gün rəhbəriyyəti Əbu Bəkr üçün möhkəm et, ta ki, sabah sənin özünə nəsib olsun!”
    Məşhur mühəqqiqlərdən biri o rəftarın təhlilində yazır:
    Psixoloq "Kağız-qələm gətirin, bir şey yazım ki, əgər ona itaət etsələr heç vaxt azmazlar” – deyib öz sözündə israr edən xəstənin doğrudan da, sayaqlayıb-sayaqlamamasını bilmək istəsə onun üstünə qışqırmaz, əksinə istədiklərini gətirməni tələb edər ki, hər nə istəyir yazsın, beləliklə, yazdığından onun sayaqlayıb-sayıqlamamasını müəyyən edə bilsin. Amma rəhmət Peyğəmbərinin başının üstünə yığılanların, xəstəyə baş çəkmənin qaydalarından azacıq belə xəbərləri yoxdu. Əgər bir kəs israrla uca nübuvvət məqamının sayaqlamasını sübut etmək istəyirdisə, (uca nübuvvət məqamından uzaq) yaxşı olardı ki, həzrətin istədiyini gətirəydi və daha sonra yazısı üstündən sübuta yetirəydi. Belə olduqda yazılı sübut əldə etmiş olardı və heç kəs onu belə ittihamına görə təqsırlı bilməzdi.
    Əgər (o təhqiramiz cümləni deyən)... azacıq ehtimal versəydi ki, Peyğəmbər (s) onun, yaxud dostlarından birinin adını yazıb tanıtdırmaq üçün qələm-kağız istəyir, Əbu Bəkrin onun adını vəsiyyət edib yazanda qarşıladığı kimi, Peyğəmbəri (s) çox əzəmətlə yad edib qarşılayardı.
    Düzü, görəsən, Peyğəmbər qızdırmasının şiddətli günlərində namaz qılmırdı?! Namaz qıldığı halda vəziyyəti necə idi? Nə dediyini bilirdi?! Qızdırmalı olduğu vaxtda vəhyi alan deyildi ki, istədikləri şey Cəbrailin Allahdan ona vəhy etdiyi şeylərdən olmuş olsun?! Ya görəsən, o anlarda özündən bir şeyi Qurana artırmaq, ya ondan bir şey azaltmaq istəyirdi?! Səhabələr ondan, Qurandan savayı İlahi vəhy olan çox sözlər eşitmişdilər. Bütün bu sözləri (Qüdsi hədisləri) Allah ayələri kimi tanıyır, ona itaət etməni vacib bilirdilər.
    Bu sözü: ان الرجل ليهجر حسبنا كتاب اللهdeyən təkcə Quran və Əhli-beyt arasına deyil, əksinə Quran və Peyğəmbər arasına da ayrılıq saldı. O, sözünün əvvəlində Allahın Rəsulunu "الرجل” "bu kişi” – deyə çağıraraq”رسول الله” Allahın Rəsulu demədi. Bu Allahın Rəsulunun məqamını sadə adamlar həddində aşağı salmaq deməkdi.Yəni o, Allahın Rəsulu olmadığı anlarda Allah kitabının və İlahi əmrin əksinə danışması mümkündür. Belə olduqda onun sözünə fikir vermək lazım deyil və(حسبنا كتاب الله ) demək lazımdır. Bu da Quran və Peyğəmbər arasına ayrılıq salmaqdır. Beləliklə, Peyğəmbər və Quran arasına ayrılıq salmaq mümkün olarsa, deməli, Quran və əhli beyt arasına ayrılıq salmaq daha asan olacaq vəعلي مع الحق والحق مع علي (Əli haqla haqsa Əliylədir) etibardan düşəcəkdir.
    ان الرجل ليهجر، حسبنا كتاب الله Sözlərini şüar etmək dillini bağlayıb, dilsizi boşlamaq deməkdir. Məhz bu siyasətlə "siffeyn” müharibəsində danışan (sakit) Quranı (Əlini) kənara qoyub danışmayan Quranı nizələrə vurdular. Hər zamanda xəlifələr etdikləri zülmə bəraət qazandırmaq istədikdə danışmayan Quranı meydana gətirməklə zülmü danışanlara rəva gördülər.
    Bütün dinlərdə Peyğəmbərlərindən sonra kitabını təhrif etsələr də, Quran təhrifdən amanda qalmış kimi tanıtdırılmışdır. Lakin dünyapərəst insanların əli ilə çox incə bir zərifliklə dəyişiklik olmuşdur ki, o da Quranı öz həqiqi təfsir edənindən ayırmaqdan ibarətdir. Quranın təfsirçisi və danışanının öz nəzərini bildirməsinin qarşısı alındıqda, hər kəs o kitabın mətləbini istədiyi kimi təfsir və məna edə bilər. O, adam "Allahın kitabı bizə bəsdir!” – deməklə camaata elə göstərdi ki, camaatın öz hidayətləri üçün Qurandan başqa kitaba ehtiyacları olmadığı halda, Peyğəmbər yeni bir Quran yazmaq istəyir. Deməli həzrət o sözləri sağlam hissilərlə deməmişdir! Beləliklə qələm-kağşz gətirməyə ehtiyac yoxdur!
    Kim ona xəbər vermişdi ki, Peyğəmbər (s) başqa bir Quran yazmaq istəyir?! Hansı ayə və hədisə əsasən ümməti Quransız hidayət etmək olar?! Peyğəmbər (s) həyatda olduğu zaman ayələr barəsində hər bir kiçik irad və şübhəni açıqlayırdı. Dünyadan getdiyi zamanda, şəxsi mənfəət güdənlərin ayələri öz xeyirlərinə məna etməsinin qarşısını almaq və (ayələrin açıqlanması və təfsiri üçün) hamının müraciət edə biləcək şəxsi təyin etməsi lazımdı.Quran özü buyurur:
    و ننزّل من القرآن ما هو شفاء و رحمة للمؤمنين و لا يزيد الظّالمين الاّ خساراً
    "Biz, Qurandan möminlər üçün şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara ziyandan başqa bir şey artırmır”
    Necə olur ki Allahın ayələri bir dəstə üçün dərman və rəhmət, digər bir dəstə üçünsə ziyan səbəbi olur?! Quranın bu xüsusiyyəti Peyğəmbərin əsrində və eləcə də o həzrətin vəfatından sonra olmuş və olacaqdır. Heç kəs Quranın düzgün təfsir və açıqlama olmadan aləmlərə nicat verəcəyinə zamin durmamışdır.
    PEYĞƏMBƏRIN (S) REHLƏTI ƏRƏFƏSINDƏ
    Allahın Rəsulu (s) son həcc səfərində, Məkkədə (ərəfədə), Qədir-Xumda , xəstəliyindən qabaq Mədinədə və ondan sonra yoldaşları arasında, ümumi çıxışlarında heç bir qaranlıq nöqtə olmadan, tam aydın şəkildə vəfat edəcəyindən xəbər vermişdi.Quran da Allahın Rəsulunun (s) ardıcıllarına bu xəbəri verərək, Peyğəmbərin bu dünyada yemək, geyim, ailə qurmaq, xəstələnmək və qocalıqda digər insanlar kimi olmasını və onlar kimi dünyadan gedəcəyini bildirmişdi.
    O həzrət "Həccətul-Vidada” ("Vida” həccində) "Rəmy Cəməratda” (Həcc mərasimində yerinə yetirilən vacib əməllərdəndir) buyurdu: "Əməllərinizi məndən öyrənin. Mümkündür bu ildən sonra bir daha həccə gəlməyim. Məni bir daha bu yerdə görməyəcəksiz.” Qayıtdıqları zaman da hacıların izdihamlı yığıncağında buyurdu: "Mümkündür çağırılam və Haqqın dəvətini qəbul edəm.”
    Abdullah ibn Məsud deyir: Allahın Rəsulu (s) vəfatından bir ay qabaq, dünyadan gedəcəyi haqda bizə xəbər verdi. Mən dedim: "Ey Allahın Rəsulu! Vəfatınız nə zaman olacaqdır?” Buyurdu: "Ayrılıq zamanı yaxınlaşmışdır və qayıdış Allaha tərəfdir.”
    Başqa bir zaman buyurdu:
    Çağırılmağım və Haqqın dəvətini qəbul etməyim yaxınlaşıb. Sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli beytim. Lətif və hər şeyi bilən Rəbbim mənə xəbər verib bildirdi ki, onlar "Kövsər” hovuzunun yanında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqdır. Belə isə, onlarla edəcəyiniz rəftar barəsində yaxşı fikirləşin.
    Bir gün o həzrətə xəbər verib camaatın onun ölüm xəbərindən qəmli və nigəran olduğlarını bildirdilər. Peyğəmbər (s) Fəzl ibn Abbas və Əli ibn Əbi Talib (ə) söykənmiş halda məscidə gəldi. Allaha həmd-səna etdikdən sonra buyurdu: "Mənə xəbər verib dedilər ki, siz Peyğəmbərinizin ölümündən narahatsınız. Məndən qabaq əbədi olan Peyğəmbər olmuşdurmu?! Bilin ki, mən öz Rəbbimın rəhmətinə qovuşacağam.”
    Başqa bir fürsətdə "Ənsarın” hüquqlarına riayət etməni camaata tövsiyə edib buyurdu:
    "Ey ənsar, ayrılıq zamanı yaxındır. Mən dəvət olunmuş və onu qəbul etmişəm! Bilin, iki şey vardır ki, mənim fikrimcə, onların arasında fərq yoxdur. Əgər onlar müqaisə olunarsa aralarında bir tük qədər belə fasilə qoylmaram. Onlardan birini kənara qoyan, sanki digərini də də kənara qoymuşdur.O iki şey – asimani kitab və risalət Əhli beytidir. Əhli beyt barəsində olan tövsiyəmə diqqət edin. (Həmçinin buyurdu) Sizi bir şeyə hidayət etməyimmi ki, ona sarıldıqdan sonra heç vaxt haqdan çıxmayasınız?!” Dedilər: "Bəli, ey Allahın Rəsulu!” Buyurdu: "Əlidir. Ona hörmət edib uca tutun. Məni dost tutmaqla onu dost tutun, mənim hörmətimə görə onu uca tutub hörmət edin. Dediklərimin hamısını Cəbrail Allah tərəfindən mənə əmr etmişdir.”
    İbn Həcər yazır: Peyğəmbər vəfatı ilə nəticələnən tamamlanan xəstəliyində buyurdu: "Tezliklə vəfatın yetişəcək. Mən öz sözümü sizə çatdırıb bəhanə və üzr yolunuzu bağladım. Agah olun! Mən Allahımın kitabını və öz Əhli-beytimi sizin aranızda qoyub gedirəm. (Daha sonra Əlinin əlindən tutub yuxarı qaldırıb buyurdu:) Bu Əli ibn Əbutalibdir ki, həmişə Quranla və Quran da Əliy ilədir. Bu işi qiyamət günündə mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqlar.”
    Həftənin 1-ci gunu Allahın Rəsulu (s) öz həyatının son günündə məsciddə sübh namazını qılandan sonra buyurdu: "Camaat! fitnələr atəşi alovlanmış, gecənin qaranlığı dalğaları kimi sizə üz gətirmişdir.”
    Allahın Rəsulu (s) başı Əli ibn Əbi Talibin (ə) ətəyində olan halda dünyadan getdi. O, Allahın Rəsulu (s) ilə danışan sonuncu adam idi. O, hönkürmü ilə ağlayaraq Peyğəmbərin vəfatını ətrafda olanlara xəbər verdi. Bu zaman Əbu Bəkr öz yaşadığı yerə "Sunh-a” getmişdi.Ayişə adam göndərib onu tez bir zamanda şəhərə gəlməsini istədi.
    ALLAHIN RƏSULUNUN (S) VƏFATININ INKARI
    Peyğəmbərin (s) vəfatı xəbəri dillərdə gəzməyə başladıqda, Ömər ibn Xəttab fəryad çəkib qışqırdı: "Heç də belə deyildir.” Bu, bəzi münafiqlərin sözüdür ki, Peyğəmbərin ölməsini güman edirlər! Camaat, bilin! Allaha and olsun ki, Peyğəmbər ölməmişdir. Musa Pərvərdigarına tərəf getdiyi kimi, o da Pərvərdigarına tərəf getmişdir. O, qırx gün ardıcıllarından uzaq düşdükdən sonra ölüm xəbəri yayılmış və daha sonra yanlarına qayıtmışdı .Allaha and olsun! Allahın Rəsulu qayıdacaq, onun ölməsini güman edənlərin əl-ayağını kəsəcəkdir.”
    O, durmadan camaatı qorxudur, vəhşət və şəkk içində saxlayırdı.O sözləri təkrar etməkdən ağzı köpüklənmişdi. Deyirdi: "Onun ölməsini deyən hər bir kəsin başını bu qılıncla bədənindən ayıracağam! Allah Öz vədini onun əli ilə həyata keçirməyincə, onu Öz yanına aparmaz. Peyğəmbər münafirləri məhv etməyincə ölməyəcəkdir!”
    Bu zaman həzrətin ailəsindən heç kəsin islamın əziz Peyğəmbərinin vəfat etməsində şəkki yoxdu. Elə buna görə də Peyğəmbərin əmisi Abbasdan savayı heç kəs ona fikir vermir və onunla danışmırdı. Təkcə bir-iki nəfərdən başqa ki, onun qışqırığını eşidib dedilər: "O nə deyir?” Soruşun görün, Allahın Rəsulu sənə bu barədə bir sözmü deyib ki, bu qədər qarışıq söz danışırsan!” O, cavabında dedi:”Yox!”
    Peyqəmbərin (s) vəfat etməsi mövzusu öz ailəsi və camaat üçün o qədər aydın idi ki, kor olan və Peyğəmbərin bədənini görməyən Umm Məktum da Abbas kimi, Ömərə etiraz edib dedi: Sən özündən nə deyirsən! Məgər Quran buyurur:
    و ما محمد الاّ رسول قد خلت من قبله الرّسل اَفإن مات او
    قُتل انقلبتم على اعقابكم و من ينقلب على عقبيه فلن يضرّ الله شيئاً و سيجزى الله الشّاكرين
    "Mühəmməd (s) yalnız bir Peyğəmbərdir ki, ondan öncə Peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükür edənləri mükafatlandıracaqdır.”
    Abbas deyir: "Allahın Rəsulunun vəfatında şəkk yoxdur. Gəlin Onu dəfn edək. (Vəfat etməsi yüz faiz olduğu halda) Allah sizə bir, Rəsulunasa iki dəfə ölümü dadızdıracaqdır! O, bundan ucadır ki, iki dəfə dünyadan getsin. Gəlin onu dəfn edək. Onun ölməməsi əgər düz olarsa Allah üçün torpağı onun üstündən kənar etmək çətin deyildir və...”
    Bununla belə, Ömər onların etirazlarına azacıq bir əhəmiyyət vermədən öz sözünə israr edirdi. Əbu Bəkr Sunhdan çatana qədər bu iş davam etdi. Gözü Peyğəmbərin mübarək bədəninə düşən kimi başqalarının ondan qabaq oxuduqları həmin ayəni oxudu, Öməri sakitləşməyə çağırdı.O, da sakit olub yerə oturdu və dedi: "Sanki bu ayəni ilk dəfədir ki eşidirəm. Ayə bu Qurandandır?!”
    VƏFATI INKAR ETMƏNIN SIRRI
    Əhli-sünnənin tədqiqatçi və tarixçiləri Ömərin etirafını əsas tutaraq hədəfinin Əbu Bəkrin Mədinəyə yetişməsinə fürsət yaratmaq olduğunu bildirmişlər.
    İbn Əbil-Hədid yazır:
    Ömər bu rəftarı ilə Əbu Bəkrin gəlib yetişməsinə fürsət yaratmaq istəyirdi. Çünki sabahı günü Səqifədə Əbu Bəkrin məsciddə çıxışından qabaq keçən gün Peyğəmbərin vəfatını inkar edən sözləri barədə üzr istəyərək dedi: "Allahın Rəsulunun vəfat etməsini gördükdə, rəhbərlik üstündə qalma-qal qalxmasından, ənsar və başqalarının iş başına gələ biləcəyindən, yaxud İslamdan dönəcəklərindən qorxdum.”
    Ömərin açıqlamaları həqiqətdə Əbu Bəkr gəlib yetişənə qədər din və dövlətdən himayə etməyə görə idi. O, xilafətə görə ənsar və başqaları tərəfindən ehtimali qarşıqlığın qarşısını almaq, eləcə də islamdan dönüb mürtəd olmaq fikrin başında gəzdirənləri qorxutmaq üçün bu mətləbi demiş və bir çox düşünülmüş işlərin qarşısını almışdı. Məsləhətə görə olan belə yalana hər dində icazə verilmişdir!
    O,cammatı müəyyən qədər həzrətin dünyadan getməsi barədə şəkkə salaraq, Peyğəmbərdən sonrakı vəziyyət barədə düşünməkdən qafil etdi. Ömərin öz məqsədinə çatmaq üçün fikirləşməyə geniş vaxtı olmasa da, çəkdiyi planın bir neçə çəhəti vardı:
    1) Bu plan Peyğəmbəri (s) istəyənlər üçün ümüdverici idi. Onlar sözün düz çıxmasını arzu edir, öz rəhbərlərini bu tezliklə əldən vermək istəmirdilər;
    2) Bu planın Qurandan şahidi vardı.Mühəmməd xatəm (s) də Musa (ə) kimi Allahın görüşünə tələsmiş və tezliklə qayıdacağına ümüd verirdi;
    3) Bu iddiaya əsasən Peyğəmbər diri olduğu üçün, canişin təyin etmək üçün tələsməyə heç bir ehtiyac yoxdu;
    4) Peyğəmbərin ölməsinə inanan şəxs münafıqdır. Onun canişini ilə beyət etməyə qədəm götürmək nifaq əlaməti və müsəlmanlar arasında ixtilaf salmaqdır;
    5) Peyğəmbərin ölümünə inanıb, onun canişini ünvanında bir kəslə beyət edənin əl-ayağı kəsilməlidir;
    6) Ömərin Əbu Bəkr gələnə qədər heç kəsin sözünə fikir verməməsi, lakin o gələndən sonra onun bir cümləsi ilə susması ,Əbu Bəkri böyütmək üçün mahiranə atılmış bir addım idi. Bu səhnə qabaqcadan qurulmasa da bu qədər kifayətdi ki, camaata Əbu Bəkrin islam cəmiyyətində və vəziyyəti sakitləşdirməkdə rəhbərlik rolunu xəbərdarlıq etmiş olsun.
    Təəccübləndirici, eyni halda təəssüfləndirici haldır ki, bəzi vaxtlar şiəyə aid olmayan kitablarda, baş vermiş rəftarı yozmaq və müdafiə etmək üçüçn yazırlar: "Ömərin bu rəftarı ,onun Peyğəmbərə olan şiddətli məhəbbətindən irəli gəlmişdir.O, Peyğəmbərin vəfatını eşitdikdə vəhşətə düşən kimi olmuşdur!” Halbuki Ömərin özü o günün sabahı məsciddə camaatın qarşısında etdiyi rəftarına görə sözlər deyir ki, bu tərəf tutulma ilə heç də uyğun gəlmir.
    Bundan əlavə, soruşmaq lazımdır ki:
    1) Əgər o, Peyğəmbərin ölümündən vəhşətə düşmüş və belə bir rəftar etmişdisə, onda nə üçün Əbu Bəkrin Peyğəmbərin ölümünü təsdiqləməsindən sonra onun vəhşəti daha da artmadı?! Əkisinə sakitləşərək yerə oturdu və daha sonra Səqifəyə yollandı!
    2) Nəyə görə onun dəhşəti Əbu Bəkrin xəbərindən sonra aradan getdi?! Beləlikə islamı ərb yarımadasında kim möhkəmlədəcəkdi?! Əbu Bəkrin oxuduğu ayələrdən sonra onun əqidəsində dəyişiklik olmamalıdırmı?! Belə ki, ayə Peyğəmbərin də başqa adamlar kimi öləcəyini çatdırır, o isə Peyğəmbərin hələ ölməməsini və ölüm vaxtının çatmamasını deyirdi! Onun fikrincə, hələ də işlər yarımçıq və yerinə yetməmiş vəzifələr qalmışdı
    3) Peyğəmbərin vəfatını bildikdən sonra, həzrətin əzadarlığında, qüsul verilməsində və dəfnində iştirak etməyib gecikmədən Səqifəyə getdi?!
    4)Nə üçün ondan başqa heç kəs qorxu və dəhşətə düşmədi?! Görəsən, onun qüssəsi Peyğəmbərin əziz qızının kədərindən artıq idi?! Nə üçün nazik qəlbli tanıtdırılan Əbu Bəkr belə bir hala düşmədi?!
    5) Etdiyi rəftar Peyğəmbərə qarşı olan məhəbbətdən olsaydı, onda gərək sağlığında "sayaqlayır” nisbətini Ona verməməklə yanaşı digərlərinə də "bu kişinin fikri özündə deyil və nə danışdığını bilmir, odur ki, sözünə qulaq asmayın”deməyəydi.
    6) Necə olur ki , Peyğəmbərin vəfat etməməsi şübhəsi təkcə Ömər ibn Xəttab və Osman ibn Əffan üçün qarşıya çıxır?! Onlar hansı ayə və hansı hədisə əsasən belə qənaətə gəldilər ki, Allahın Rəsulu ölməmiş və həzrət Musa kimi miqata getmişdir və tezliklə qayıdacaqdır?
    7) Usamənin qoşununun hərəkət etmədə gecikməsi üçün üzr gətirərək "halını müsafirlərdən soruşmaq istəmədim” –dedikdə yaxşı olardı ki, Ömər "bu taqətsizlik nəyə görədir! Allah boynunuza minnət qoymuşdur ki verdiyi vədələr yerinə yetirməyincə Peyğəmbər dünyadan getməyəcəkdir” – deyəydi.
    8) Onun kimi bir kişiyə rəvadırmı ki, araşdırmadan və yəqin ələ gətirmədən belə bir səs-küy qaldırsın?
    9) Necə olur ki, Əbu Bəkr Ömərə Peyğəmbərin (s) vəfatı haqqında olan səhvini başa salır, lakin bundan böyük olan işi həzrətə verdiyi sayıqlamaq nisbətini heç vaxt onun qulağına vurmur?
    İbn Əbil-Hədidin etirafına əsasən bütün qışqırıqlar Əbu Bəkr yetişənə qədər vaxtı öldürməyə görə idi və bundan savayı heç bir başqa səbəb yoxdu.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 911 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024