İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:28 AM
    İKİNCİ FƏSİL
    SƏQİFƏ HADİSƏSİ
    BÖHRANIN BAŞLANMASI
    Peyğəmbərin (s) qəlblər yandıran vəfatı bir dəstəni heyrətləndirdiyi kimi, digər bir dəstəni də Peyğəmbərin qabaqcadan ehtimal verdiyi kimi əl-ayağa saldı. Həzrətin xəstəliyi şiddətlənən gündən, öləcəyini ehtimal verib qüdrəti ələ keçirmək istəyənlər başlarında qorxulu fikirlər daşıyirdılar. Bu xəbər yayıldıqdan sonra Peyğəmbərin (s) dəfni haqqında azca da fikirləşməyib, həzrətin buyruqlarına azacıq etina etmədən ümmətin məsləhəti, xeyri ünvanıyla şura qurdular ki bu yolla Allahın son Peyğəmbərinin ümmətini rəhbərsiz yol getməkdən qoruya bilsinlər!! Onların iddiasına görə, həzrət ümmətin hidayəti üçün özündən sonra heç kəsi seçməmişdi, yaxud seçdiyi adam öz yaxınlarının içində sevilmədiyi üçün rəhbərliyin öhdəsindən gələ bilməzdi.
    O günlərin danışıqları gizli sirləri ifşa etdi. Qohumluq və qəbilə təəssüblərinə, eləcə də cəhalət düşüncələrini yenidən canlandırdı.. Məlum oldu ki, islam tərbiyəsi bəzi təzə müsəlmanların qəlb və fikirlərinə hələ də təsir etməmiş, sadəcə olaraq cahiliyyət əqidələri onların üzlərinə pərdə kimi çökmüşdür.
    Ənsarın tanınmış şəxsiyyətləri Ömərin Allahın Rəsulunun (s.ə) vəfatını inkar edən qışqırıqına fikir verməyərək, Əbu Bəkrin Mədinəyə yetişdiyi vaxta qədər Səqifədə* (Xəzrəc tayfası başçılarının məxsus danışıq yeri) bir yerə yığılaraq Peyğəmbərdən sonra müsəlmanlara başçılıq edəcək rəhbər barəsində danışığa başladılar. Onların fikrincə, hədəf barəsində düşünmək üçün əlverişli bir vaxt idi. Belə ki, Allahın Rəsulunun (s) ailəsi, seçılmiş səhabələri, o cümlədən Salman, Əbu Zərr, Miqdad və...belə bir zamanda müsibətə giriftar olmuş, Peyğəmbərin dəfninə hazırlıq işləri görürdülər. Belə bir şəraitdə şəhərin ən böyük (Ovs və Xəzrəc) tayfaları Səd ibn Ubadə kimi birini müsəlmanların işlərini idarə etməyə seçə bilərsə, artıq rəhbərlik fikrində olan digərləri üçün heç bir yer qalmayacaq, yaxud aşağısı hakimiyyətin bir hissəsi onların payına düşəcəkdi.
    Ənsar başçıları və Mədinə əhlinin Əli ibn Əbi Talibin (ə) rəhbərliyi barədə fikirləri və belə tələsik yığıncaq təşkil verməklə hansı məqsədləri güdmələri haqda ayrıca bəhs olacaqdır. O ki qaldı burada deməyə:
    1)Ovs və Xəzrəcin bəzi başçıları arasında rəhbərlik sevdasında olub Əli ibn Əbi Talibin (ə) iş başına gəlməsinin qarşısını almaq üçün Səqifə yığıncağına gələnləri nəzərdə almasaq, bir çoxu belə bir fikirdə deyildi. Ən çətin anlarda müşrüklərin qarşısında Peyğəmbəri müdafiə etmiş, evləri, malları və canlarını onun yolunda verib mühacirləri himayət edən Mədinə əhli Peyğəmbərin Əli ibn Əbi Talibə (ə) itaət etmə əmrinə fikir vermədən elə bir yığıncaqda iştirak edənlərdən deyildilər. O anda ənsarın çıxışlarına diqqət etdikdə məlum olur ki, onlar nə mühacirlərin tutuduğu işin, nə də Peyğəmbərin vəsiyyəti qarşısında hərəkət etmək istəmirdilər.
    Onların Əli ibn Əbi Talibin (ə) digər səhabələrdən üstün olması barədə heç bir şəkkləri yox idi və ondan başqa heç kimi rəhbərliyə laiq bilmirdilər. Bundan əlavə, bəzi mühacirlərin Qədirdən Mədinəyə qədər nifaqla dolu olan rəftarı, Peyğəmbərin (s.ə) canişini məqamını ələ keçirmək üçün siyasi bir hərəkətdən də xəbər verirdi. Bundan əlavə, Allahın Rəsulundan (s) dəfələrlə eşitmişdilər ki:
    ستلقون بعدى اثرة فصبروا حتى تلقون على الحوض
    "Məndən sonra inhisarçılarla qarşılaşacaqsınız...Məndən sonra əzablar görəcəksiniz. (Bu zaman ) qiyamətdə Mənimlə görüşənə qədər səbr edin.” "Yaxın gələcəkdə qaranlıq fitnələr ümmətimə üz gətirəcək və siz ənsar öz hüquqlarınızdan məhrum olacaqsınız.”
    Elə buna görə də ənsar heç bir halda mühacirlərin qüdrətə yetişməsinə razı deyildi. Onlar Əlini (ə) mühacirlərdən bilsələr də düşmən və rəqib saymırdılar. Lakin bir baxımdan onun və digərlərinin ənsar üçün heç bir fərqi yox idi. Belə düşünürdülər ki, Peyğəmbərdən sonra ənsardan savayı iş başına gələn hər bir kəsə Əli belə olmuş olsa, onları himayə, yaxud mühacirləri ənsarın hüquqlarına riayət etməyə məcbur etmək çox çətin olacaqdır.
    2) Mühacirlərin siyasi hərəkətlərini görən bir çox ənsar, Əli ibn Əbi Talibin (ə) imamət edə bilməsini qeyri-mümkün sayırdı. Belə olduqda Peyğəmbərin (s.ə) ənsar haqqında olan məqsədlərinə qiymət verməyən bir dəstə adam iş başına gələcəkdi. Onlar bu işin həyata keçəcəyinə inanır, digər tərəfdən də öz çox saylı cəmiyyətlərinə arxalanaraq Əhli-beyt və Əli ibn Əbi Talibin (ə) himayəsi ilə qüdrət eşqində olan nüfuzlulara üstün gələ biləcəklərinəsə inanmırdılar. Sonradan da bu işi həyata keçirməyə baş qoşmamalarına səbəbi də bu idi.
    Onlar belə düşünürdülər ki, Əli ibn Əbi Talib iş başına keçmədikdə, mühacirlərin iş başına gəlməsi üşün ənsardan heç bir üstünlüyə malik deyildir. Digər tərəfdən, peyğımbərin (s) ənsar haqqında dediyi təriflər bu fikri təsdiqləyirdi. Həzrət dəfələrlə onların haqqında dua edərək: "İlahi, ənsarı, övladlarını və gələcək nəsillərinə rəhmət et!” Əgər camaat bir yolla, ənsar başqa bir yolla gedərsə, Mən ənsarın getdiyi yolla gedərəm!” (buyurmuşdu.)
    Elə buna görə də özlərini xilafətə başqalarından irəli bilir, lakin bu məsələyə diqqət etmirdilər ki, ilk növbədə Peyğəmbərin canişini mövzusu insanların öhdəsinə buraxılmayıb, digər tərəfdən özləri möhtac və islamdan qabaq bir-birləri ilə düşmən olmuş, islamın onların boynunda olan haqqı, onların Peyğəmbərin boynunda olan haqqındandan qat-qat böyükdür və yaxşı olmazdımı ki, bu gün Onun canişini məqamını kəsb etməklə öz müzdlərini islam və Allahın Rəsulundan geri istəmiş olsunlar?!
    3) ənsar belə bir qərar qəbul etmək üçün özünü yad bilmirdi. Onlar belə göstərirdilər ki, Peyğəmbərin canişinini məsələsi digər ictimai işlər kimi, tayfanın başçıları arasında olan danışıqla baş tutmalıdır. Dəlilləri də Peyğəmbərin (s) böyük işlərdə Mühacir və ənsarla məşvərət etməsi idi. İndi də tayfa başçıları öz aralarından başçı seçməklə hökumətin taleyini həll edə bilərdilər.
    Ovs və Xəzrəc tayfalarının çox qaranlıq və acı keçmişi vardı. Lakin indi müştərək mənfəət, yaxud rəqib qarşısında müştərək müdafiə onları Bəni-Saidə kölgəliyinə yığmışdı, onlar qorxduqları gələcək üçün qərar qəbul etmək istəyirdilər.
    Hər halda, onların olduqları mövqelərini və mənfəətlərini qorumaq üçün atdıqları düşünülməmiş addımı, islam tarixində ən böyük fitnənin və müsəlmanlar arasında heç zaman birləşməyən ictimai ayrılığın təməlini qoydu. Buna görə də Allahın Rəsulunun (s) buyuruğunun əksinə atdıqları düşünülməmiş addıma görə xilafətdən həmişəlik məhrum oldular.
    SƏQIFƏ DANIŞIQLARI
    Səd ibn Ubadə* xəstə və qızdırmalı halda ənsarın (Ovs və Xəzrəcin) arasında əyləşmişdi, oğlu Qeys onun tərəfindən ənsarın fəziləti və Mühacirlərdən olan üstünlüyü haqda çıxış edirdi. Bu yığıncaqın xəbəri məsciddə Ömər ibn Xəttaba yetişdi. Xəbər gətirənlər Ovs qəbiləsindən olan Mən ibn Ədi və Uvəynə ibn Saidə idi. Mən Öməri ənsarın yığıncağından agah etmək istəyir, o isə əhəmiyyət vermirdi. Mən Ömərin qolundan tutub kənara çəkərək sakitcə məsələni ona başa saldı. Ömər çaş-baş olub Əbu Bəkrin ardınca Peyğəmbərin evinə yollandı. O,Əbu Bəkri məsələdən agah etdi. Əbu Bəkr ənsarın yığıncağını eşitməmişdən qabaq evdən çıxmaq belə istəmirdi. Lakin bu xəbəri eşitdikdə heç kəsə xəbər vermədən Ömərlə birlikdə edən çıxdı. Daha yaxşı olardı ki,Əbu Bəkr Ömərə qoşularaq ora gedib bir də Allahın Rəsulunun dəfnindən sonra qayıtmağın əvəzinə Allahın Rəsuluna (s) hörmət olaraq onun evə gəlməsini istəyəydi.
    Onlar yolda Əbu Übeydə ibn Cərrahı* gördülər və birlikdə Səqifəyə yollandılar ənsarın öz tərifində söz deməsini görən Ömər onlarla razılaşmayıb xilafətin Mühacirlərin haqqı olmasını bildirdi. Danışıqlar şiddətləndikdə, Əbu Bəkr irəli gəldi. O, yumşaq dillə Mühacirlərin fəzilətindən söz açdı və sözarası Mədinənin iki böyük qəbiləsi (Ovs və Xəzrəcin) arasında olub və uzun müddət davam edən ixtilafa işarə edərək Mühacirlərə rəy verdi. Bu sözdən sonra ənsardan olan bəzi şəxslər hökumətin müştərək olaraq, mühacir və ənsar arasında idarə olunmasına razılıq verdilər. Lakin Ömər və Əbu Bəkr bu fikrilə razılaşmayıb dedilər: "Bu iş müsəlmanların birliyini pozacaqdır. Əmir bizdən, vəzirsə ənsardan olsun və onlarla məsləhətləşmədən heç bir iş görülməsin!”
    Başçının Qureyş və mühacirlərdən olması razılaşdırıldıqda kimin təyin olunma məsələsi qarşıya çıxdı.Birbirinə təklif etmələr başladı. Nəhayətdə Ömər və Əbu Ubeydə Cərrah Əbu Bəkrlə rəhbər ünvanında beyət etdilər. Bu zaman müvafiq və müxalif sədaları ucaldı. Bununla belə, müxaliflərin səsi heç yana çatmadı. Ömər və Əbu Ubeydədən sonra mühacirlər və ənsardan olan bəziləri Əbu Bəkrlə beyət etdilər.
    Səqifə danışıqlarını üç hissədə xülasə etmək olar:
    1) Əbu Bəkrin çıxışından əvvəl baş vermiş bəhslər.
    2) Əbu Bəkrin həlledici çıxışı.
    3) Son danışıqlar.
    ƏBU BƏKRIN ÇIXIŞINDAN QABAQ BAŞ VERMIŞ BƏHSLƏR
    Səqifədə ilk çıxış edən Səd ibn Ubadə oldu. O dedi: "Ey ənsar! Sizin keçmişiniz və fəzilətiniz heç bir ərəbdə yoxdur. Mühəmməd (s) öz qohum və qəbiləsini on il müddətində Allaha itaət etməyə çağırdı. Lakin o uzun müddətdə çox az adam ona tərəf gəldi. Onlar bu müddət ərzində ona kömək edə bilməyib dininə izzət verə bilmədilər. Nəhayət, Pərvərdigar bu fəziləti sizə nəsib etdi...
    O və onun tərəfdarlarından olan düşmənləri siz dəf edərək dinə izzət verdiniz. Düşmənləri ilə döyüşüb onlara çətinlik yaratdınız. Axırda ərəblər istər-istəməz Allahın qarşısında boyun əyməli və zəlil halda, Onun rəhbərliyini qəbul etməli oldu. Beləliklə, ərəblər sizin qılınclarınızın sayəsində islama yaxınlaşdı. Allahın Rəsulunu Öz yanına çağırdığı zaman o həzrət sizdən razı idi. Siz onun gözünün nuru idiniz. Belə isə, bu işdən geri çəkilməyin, çünki rəhbərlik təkcə sizə məxsusdur.
    Ənsar hamı bir ağızdan: "Bu, düzgün qərardır. Bütün möminlərin istədiyi və razı olduğu adam olduğun üçün bu işi sənə həvalə edirik.”
    Sədin çıxışı əsnasında üç köhnə dost Səqifəyə yetişdilər. Ömər, Sədin şəxsiyyətini kiçildəcək təhqirlə dedi:من هذا؟ (Bu kimdir?)
    Təkcə Ömər deyil, Mədinənin bütün kişi və qadınları Səd ibn Ubadəni tanıyırdı. Ancaq bu sual onu, tanınmayan bir şəxsiyyət və etibarsız bir adam kimi göstərirdi. ənsardan biri onu tanıtdırmaqla yanaşı o üç nəfəri muhacir adlandırmadan dedi: Biz Peyğəmbərin (s) yoldaşları, onun yolunda candan keçənlərik.
    Siz qureyşsə, Peyğəmbərin o yolaşlarısız ki, yavaş-yavaş bizim diyarımıza gəlmisiniz, sanki indi də haqqımızı qəsb etmək istəyirsiz.
    İbn Kəsir yazır: O yığıncaqda Ömər və Əbu Bəkr hər hansı biri tərəfindən baş verə biləcək qarışıqlığın qarşısını almaq üçün bir-birinin rəftarını nəzarət altında saxlamışdılar.
    O, zamanın hökmü təkcə yumşaq rəftar və siyasətdən ibarət idi.
    Ömər deyir: Mən özümü çıxış etməyə hazır etmişdim və sözü ələ almaq istəyirdim ki, Əbu Bəkr dedi: Sakit dur, indi heç nə demə! Daha sonra özü sözə başladı və mənim demək istədiyimdən daha yaxşısını o dedi.
    ƏBU BƏKRIN ÇIXIŞI
    Hər hansı bir mühəqqiq Əbu Bəkrin həyatı zamanı şəxsiyyətini, zirəkliyini, siyasətini və qızıl fürsətdən istfadə etmək bacarığını araşdırmaq istərsə, onun Səqifədə olan çıxışınıdan nümunə olaraq istifadə edə bilər.
    Onun bu çıxışı qabaqcadan hazırlanmamış olarsa, onda gərək bu onun ən böyük məharətindən hesab edilsin. Ərəbin dörd siyasətçisi və başabilənlərindən biri sayılan Muğəyrət ibn Şöbə, Əbubək və Əbu Ubeydə Cərrah haqqında belə deyir: Bu iki nəfər Qureyşin zirək və ağıllı adamlarındandır. Onun məharəti çox qısa bir zamanda işlətdiyi tapdığı kəlmələrdə idi. O, hardan başlayıb harada qurtarmağını yaxşı bilirdi. Onun təkcə cümlələri deyil, hər bir kəlməsi də ölçülüb-biçilmişdi. Səqifədə olan çıxışının mühüm hissəsi bundan ibarət idi:
    Allah Peyğəmbərini bizim aramızdan seçdi... Ərəblərə öz dinini (bütpərəstliyi) tərk etmək çətin idi. Allah islamın ilk mühacirlərinə Ona iman gətirib köməkçi olmaları ərəblərin əzab-əziyyətini uzaqlaşdırmaq iftixarını verdi. Ərəb onu yalançı adlandırdı, lakin ilk mühacirlər onunla birlikdə dözümlülük göstərib, az saylarına baxmayaraq düşmənin çoxluğu qarşısında qorxuya yol vermədilər. Beləliklə, onlar Allaha birinci iman gətirib yer üzündə ilk ibadət edənlər, Peyğəmbərin dostları və qohumlarıdırlar. Onlar xilafətə daha layiqdirlər. Bu məsələdə zalımlardan başqa heç kəs onlarla mübahisə edə bilməz.
    Ey ənsar camaatı! Heç kəs sizin dində olan fəzilətnizi və islamda olan keçmişinizi inkar etmir.Allah sizi Öz Peyğəmbərinin köməkçiləri qərar verib, onu sizin diyarınıza hicrət etməyə çağırdı. Beləliklə, ilk mühacirlərdən savayı heç kəs sizin rütbənizə çata bilməz. Belə olduqda başçılıq bizə, vəzir olmaqsa sizə düşür. Məşvərət zamanı sizin mühacirlərdən heç bir fərqiniz yoxdur. Sizlə məşvərət olmadan heç bir iş görülməyəcəkdir.
    Ərəblər Qureyşdən olan bu qrupdan savayı heç kəsi xilafətə layiq bilmir. Onlar (ilk mühacirlər) nəsil və doğulduğları yer (Məkkə) baxımından ən şərafətli insanlardır. Sizlərdən bir dəstəniz yaxşı bilir ki, Peyğəmbər buyurmuşdur: Başçılar Qureyşdəndir. Beləliklə, Allahın qardaşlarınız mühacirlərə lütf etdiyi şey haqqında onlarla rəqabət etməyin!
    Siz Allahın kitabında qardaşlarımız, dinində şəriklərimizsiz. Çətinliklərdə və zərərdə bizimlə olmusunuz. And olsun Allaha, elə bir yaxşılıq mərtəbəsinə çatmadıq ki, siz bizimlə olmayasınız. Siz bizim üçün ən hörmətli, Allahın qəzasına razı olan ən layiqli adamlar olub Onun əmrinə təslim olanlarsınız. Sizinlə mühacir qardaşlarınız arasında irəli gələn mənsəb məsələsində mühacirlər daha layiqlidirlər. İndi onlara həsəd aparmayın. Siz özünüzün ehtiyacınız olduğu zaman onları özünüzdən üstün bilmisiniz, and olsun Allaha, həmişə onları özünüzdən üstün bilməlisizniz! Siz bu işə daha layiqlisiz. Bu işdə ixtilaf sala biləcək adam sizlərsiniz və mümkün deyil ki, sizlərdən bir nəfər Allahın qarşıya çıxardığı bir işdə öz mühacir qardaşına paxıllıq, həsəd etmiş olsun. Mən sizi Əbu Ubeydə, yaxud Ömərlə beyət etməyə dəvət edirəm və bu iki nəfərin xilafətinə razıyam. Bu iki nəfər bu məqama layiqdirlər.
    ƏBU BƏKRIN ÇIXIŞNDA OLAN MƏQAMLAR
    1) O, ən yumşaq yolla ənsarın cuşa gəlmiş hisslərini ram edərək özü ilə həmrəy etdi və ənsarda elə təsəvvür yaratdı ki, sanki çıxış edən mühacirlərin deyil, onların nümayəndəsidir.
    2) Məharətlə bəhsə daxil olması onu bitərəf hakim kimi göstərirdi. Sanki çıxışından yeganə hədəfi aranı sakitləşdirməkdən savayı başqa heç bir şey deyildi. O, özünün ənsarla müqayisədə daha böyük olmasını və sanki iki dəstə arasında ədalətlə hökm edəcəyini göstərdi.
    3) Çəkdikləri zəhmətləri ən yaxşı sözlərlə tərifləyərək, onlara başa saldı ki, malik olduqları fəzilətləri onlara heç bir siyasi və ictimai üstünlük vermir.
    Ənsar özünü Peyğəmbərin ilk yardımçısı bilsə də, Əbu Bəkr onların köməyini inkar etmədən onları başa saldı ki, Peyğəmbərin ilk yardımçısı ənsar deyil, mühacirlər olmuşdur. Belə ki, onlar Mədinə əhlindən neçə il qabaq Peyğəmbərə (s) iman gətirərək şirk məmləkətində onun yardımçısı olmuş və müxtəlif işkəncələrə dözmüşdülər.
    Bunu əsas tutaraq onlara demişdiفليس بعد المهاجرين الاولين عندنا بمنزلتكم : "İlk mühacirlərdən savayı heç kəs sizin rütbənizə çata bilməz.” Bu sözlə onları yerdə qalan mühacirlərlə bərabər tutdu və bununla subt etdi ki, ilk mühacirlər olduğu yerdə qalan heç bir dəstənin xilafətə ləyaqəti yoxdur.
    4)İlk mühacirlərin rütbəsi yuxarı olduğuna görə rəhbərlik onların, Peyğəmbər və onun ilk ardıcıllarına yardım göstərdiklərinə görəsə vəzirlik ənsarın olmalıdır.Vəzirlik və məşvərətdə digər mühacirlərlə eyni rütbədə olacaqlar.
    5)Əbu Bəkrin ənsarı tərifləməsi, onların islam və Peyğəmbərə etdiyi köməklərini dərk etməsinə etirafı, ənsarı, mühacirlər iş başına gəldikləri zaman heç bir haqlarının tapdalanmayacağına və vəzirliyin onlara veriləcəyinə arxayın etdi. Bu azmış kimi, heç bir iş onların razılığı olmadan həyata keçməyəcəkdi.
    Baxmayaraq ki, tarix Əbu Bəkr tərəfindən verilmiş bu vədənin xalis olmamasını göstərmiş, təkcə ənsarı aram etmək üçün təsirli olmasını bildirmişdir.
    6) Əbu Bəkr öz tərifləri ilə ənsarın razılıq hislərini təhrik etmiş, ağıllarını özü ilə həmfikir edincəyə qədər ram edə bilmişdi. Əbu Bəkr onlara dede: Biz yaxşılıqlarda yetişdiyimiz hər bir mərhələ və məqamada bizlə şərik və bir rütbədəsiz. Siz bizim üçün ən hörmətli, Allahın qəzasına razı olan ən layiqli adamlar olub Onun əmrinə təslim olanlarsınız.
    Özündə təşəkkür xarakteri daşayan bu cümlələr sərin su kimi onların qəlbində təsir qoydu və onları təslim olaraq razılaşmağa məcbur etdi. Rəqibin onların haqqında etiraf etdiyi bu qədər tərifdən sonra bu üstünlüyü əldən vermək istəmədilər.
    7) Əbu Bəkr söz arası ənsarın xüsüsiyyətləri arasında onların güzəştə getmək ruhiyyəsinə işarə edərək dedi: "Siz özünüzün ehtiyacınız olduğu zaman onları ( muhacirləri) özünüzdən üstün bilmisiniz. İndi isə xilafətə yetişmək naminə özünüzü onlardan üstün etmək istəyirsiz?! Belə olduqda başqaları "ənsar paxıllıq, həsəd üzündən özlərini daha ləyaqətli insanlara rəhbər etdilər” deyəcəklər.”
    8) Əbu Bəkr çıxışının sonunda onları qorxudaraq camaatın arasında ixtilaf və dava baş verərsə müqəssir olacaqlarını açıqladı. Çünkü hal-hazırda mühacirlərin fəzilətini inkar etməklə ixtilaf toxumunu səpirsiniz.
    9) Ömər ibn Xəttab və Əbu Ubeydənin Əbu Bəkr tərəfindən təklif olunması onu, özünün xilafətə yetişmək istəməsə ittihamından saxladı. Digər bir tərəfdən hər ikisinin səlahiyyətli olmasını təzmin etməsi orada olanlara tez bir zamanda birinin digərindən üstün olmasını ayırd etmək fürsəti vermədi. Əbu Bəkrin bu zirəkliyini görən Ömər, vəziyyətin özü üçün o qədər də məsləhətə uyğun olmamasını görüb işi Əbu Bəkrin özünə qaytardı.
    Əbu Übeydə yaxşı başa düşürdü ki, Əbu Bəkr və Ömər ibn Xəttab olduğu yerdə, heç kəs onun tərəfini saxlamayacaqdır. Odur ki, özü rəqibsiz iş başına gələ bilməyəcəyini görüb Ömərdən tərafdarlıq etməyə üstünlük verdi. O, belə etməklə Əbu Bəkr və Ömərin hökumətlərində yaxşı bir vəzifə ələ keçirə bilərdi. Elə sonradan da iş elə düşündüyü kimi oldu.
    10) Sonda ənsar sükuta vadar edən məsələ Allahın Rəsulunun (s) ənsardan canişin qoymaması iddiası oldu.
    الائمة من قريش Məndən sonra rəhbərlərin hamısı qureyşdəndir. Beləliklə ənsarın xilafətə gəlmək üçün atacağı hər hansı bir addım Allahın Rəsulunun əmri ilə müxalifət kimi qiymətlənəcəkdi.
    Əbu Bəkrin sözləri camaatı bərk təsir altına aldığından, bir kəs etiraz etməyə cürət etmirdi. O, qısa cümlələrlə bütün sözləri demiş, ənsar üçün heç bir çıxış yolu qoymamışdı. Deməli, ənsarın mühacirlərin dövlətini qəbul etməkdən savayı heç bir çarəsi qalmamışdı. Əks təqdirdə həsəd və qüdrət eşqində olma kimi adlarla müttəhəm olunacaq və heç kəs də onlara himayə etməyəcəkdi.
    Belə nəzərə gəlir ki, Əbu Bəkr ənsarın vəziyyətinin, hücumdan qabaq olan müdafiə kimi olmasını, qabaqcadan düşünmüşdü. Onlar uca məqamlı mühacirlərin olduğu yerdə hakimiyyətə gələ biləcəklərinə o qədər də ümüdvar deyildilər. Elə bu baxımdan da Səqifə yığıncağına çox inamla yanaşmır, lakin az da olsa, öz qüdrətlərini rəqibə göstərmək istəyir, qüdrət onların əlində olduqda müəyyən qədər hüquqlarını qorumaq istəyirdilər. Digər tərəfdən, bu yığıncaqla ümumun nəzərində ənsarın hökumətinin qəbul olunmasına qiymət verilirdi.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 520 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019