İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:21 AM
    ÜÇÜNCÜ FƏSİL
    ALLAHIN RƏSULU (S) VƏ CANİŞİNLİK
    ÜMMƏTİN ARSINDA ƏN BÖYÜK İXTİLAF
    Əhli-sünnə Allahın Rəsulunun (s) öz canişini haqqında olan nəzərində bir-birinə zidd olan sözlərinin çoxluğu, təhqiq əhli olan hər kəsi təəccübə gətirir. İnkar olunmayan yeganə şey Allahın Rəsulunun (s) Səqifə yaradanlara şura barəsində heç bir tövsiyənin olmamasıdır. Əgər Əbu Bəkr haqda kiçik bir tövsiyə belə olsaydı, mütləq Səqifədə sübut kimi ona arxalanardılar. Halbuki nə Əbu Bəkr və nə də onun tərəfdarlarından olan başqa bir nəfər Allahın Rəsulunun (s) onun canişin olması barəsində tövsiyə etməsinə azacıq da olsa işarə etməmişdir. Bundan əlavə, Əbu Bəkrin öz etirafına görə o, heç də Allahın Rəsulunun (s) hamıdan bilikli və hamıdan fəzilətli səhabəsi deyildi. Həmçinin hamı Allahın Rəsulunun (s) Əlinin (ə) fəziləti və məqamı haqqında çoxlu sözlər deməsi fikrində yekdildirlər. Bununla belə bu sözlərin ümmətin Əli (ə)-a itaət etmələrinin vacib olması üçün deyil, məhz onun haqqını tanımalarına yönəlmiş bir sözlər olmalarını iddia edirlər.
    Bəzi vaxtlar Ayişədən belə rəvayət edirlər: Peyğəmbərin xəstəliyi şiddətləndikdə (qardaşım) Əbdür-Rəhmana dedi: "Qələm-kağız gətirin ki, Əbu Bəkr haqqında tapşırıq vermək istəyirəm ki, məndən sonra heç kim onun barəsində ixtilaf etməsin...yaxud heç bir tamahkar onun məqamını arzu etməsin.”
    Əgər (həqiqət) belə olsaydı, Ömər ibn Xəttab kağız-qələm gətirilməsinin qarşısını almaz, Əbu Bəkr isə Səqifədə onu dəlil gətirərdi. Halbuki bir vaxt Əbu Bəkr Əbdür-Rəhman ibn Ovfa xitab edərək demişdi: "Kaş ki, Peyğəmbərdən xilafətə kimin layiq olmasını soruşaydım və onunla davalaşmayaydıq.”
    Bundan əlavə, sünnü mühəqqiqləri Ayişənin bu rəvayətini səhih olmayan bir rəvayət sayırlar.
    Həzrət Mühəmmədin (s) özündən sonra canişini haqqında heç nə bildirməməsi nəzəri, Allahın Rəsuluna(s) "danışığını bilmir” – nisbəti verilməsindən az bir şey deyildir. Peyğəmbər haqqında belə əqidədə olan insan onu öz zəmanəsində olan sadə ərəbdən də kiçik saymışdır. Necə ola bilər ki, İlahi risalətin təbliğində çəkdiyi bütün zəhmətlər, işkəncələr, Allah hökmünü çatdırmaqda heç bir süstlük göstərməmiş İslamın uca Peyğəmbəri (s) hər bir məsələdən böyük olan canişini məsələsi haqqında heç nə demədən onu camaatın öhdəsinə buraxsın və onlar da öz növbələrində bir-birinə hədiyyə etsin və digəri onu qənimət sayaraq qəbilə adamları arasında bölüşdürsün?!!”
    Görəsən, dəyəri çox uca olan işi bu hala gətirən atılmış bu mənfi addım əks təsir qoyan amil deyil ki baş verdikdən sonra biri "Bu bir səhv idi ki, baş verdi və Allah bizə rəhm edib etdiyimiz səhvdən amanda saxladı. Ehtiyatlı olub daha belə səhvə yol verməyin” cümləsini desin!!
    Yazırlar: Əbu Bəkr ölüm halında olan zaman huşunu itirdi. Bu zaman Osman onun Ömərin rəhbərliyi haqda olan vəsiyyətini sona çatdırdı. Huşa gəldikdən sonra Osmanın vəsiyyəti tamamlamasını eşitdikdə ona dedi: "Yaxşı yazmısan. Ümməti özbaşına qoyub getməmdənmi qorxdun?! Allah sənə xeyir əvəzi versin!”
    Abdullah ibn Ömər canişinin təyin olunması zərurətini hiss etdikdə atasına dedi: Camaat deyir: Necə olur ki, sən canişin təyin etmirsən, halbuki, əgər sənin dəvə otaranın ya çobanın olsa və sürüləri özbaşına buraxarsa sən onlara işlərində səhlənkarlıq etmələrini və işi zay etmələrini deyəcəksən! Həqiqətdə isə camaata rəhbərliyi dəvə və qoyuna başçılıqdan daha mühümdür. Ölümündən sonra Allahın görüşünə elə bir halda gedəcəksən ki, bəndələri arasında özünə canişin qoymamısan. Bu təqsirinə görə Allah qarşısında nə üzrün olacaqdır?
    Həmçinin Ayişə Ömər ibn Xəttaba xəbər göndərərək deyir: "Mühəmməd ümmətini başçısız qoyma! Onlar üçün özündən sonra canişin təyin et. Onları yüyənsiz dəvə kimi öz başına buraxma. Mən qarışıqlıq düşməsindən qorxuram!”
    Bunlardan da təəccüblüsü Müaviyənin Yəzidi özünə canişin seçdiyi zaman həmin əqli dəlili əsas gətirməsidir. O deyir: "Mən qorxuram ki, xəlifə seçmədən dünyadan gedim və Mühəmməd ümmətini çobansız sürü kimi sahibsiz qoyumuş olum.”
    Atasının sözü ilə arvadını boşamaqdan belə aciz olan Abdullah ibn Ömər, ümmətin rəhbərinin canişin təyin etmədən onları özbaşına buraxmamalı olmasını başa düşür , amma Allahın sonuncu seçilmiş Peyğəmbəri həzrət Mühəmməd (s) belə bir işin varlığından agah olmur! (Nübüvvət məqamından uzaq!) Görəsən, bir kəs Allahın Rəsuluna (s) canişin təyin etməsi haqda işarə belə etmədi? Yoxsa Ayişənin ikinci xəlifəyə dediyi kimi, camaatı çaş-baş qalmamalarına görə heç olmazsa, seçilmə yolunu belə onlar üçün açıqlamasını istəmədi?! Nəyə görə hər bir kiçik və böyük məsələni Həzrətdən soruşan camaat bu məsələni soruşmadı?! Halbuki bu iş aydın açıqlama tələb edən bir məsələdir! Nəyə görə əziz Peyğəmbər (s) bu məsələ qarşısında susdu?!Yox, əgər doğurdan da canişin müəyyən etməmişdisə, onda nəyə görə xəlifələr onun etdiyi rəftar əsasında rəftar etmədilər?!
    Əgər Allahın Rəsulu (s) vəhy gətirən yox, əksinə zəmanəsinin böyük bir siyasətçisi kimi tanınsa belə, yenə də belə bir işin onun fikrindən yayınması və ona işarə etməməsi təsəvvür olunası deyildir. Şəhristani "Əlmiləlu vən-nihəlu kitabının 1-ci cildi, 16-cı səhifədə yazır:
    "İslam ümməti arasında ən böyük ixtilaf imamət mövzusundadır. Belə ki, islamın bütün həyatı boyu imamət məsələsi üstündə qılınc çəkilib, qan tökülməsi qədər heç bir mövzu haqqında qan tökülməmişdir.”
    Rəvadırmı ki, həccin ən kiçik məsələlərindən olan ağcaqanad və ya bu qəbildən olan həşəratların ehram halında öldürülməsi haqqında onlarla haşiyəsi olan hökm, Qurandan xüsusi ayə ola lakin camaatın rəhbərliyi məsələsi küçə-bazar adamlarına tapşırıla?! Başlarının qırxılması, dırnaqlarının tutulması, təharət, bəzi yemək və dərmanların xasiyyəti və bu qəbildən olan yüzlərlə məsələlər haqqında sual edənlərdən heç kim bu məsələ haqqında bir şey soruşmadı?! Bütün bunlar Peyğəmbərin (s) onların arasında 23 il yaşadığı və bir gün dünyadan gedəcəyinin hamının bildiyi halda baş verirdi!
    Görəsən, Quran Allahın Rəsulunu (s) vəsiyyət etməyə əmr etmirmi və Peyğəmbər (s) öz ümmətinə, müsəlmanın ən mühüm vəzifələrindən birini – həmişə vəsiyyətinin öz yanında olmasını tövsiyə etmirmi?! Bütün bunlardan sonra, həzrət özü dünyadan vəsiyyət etmədən gedir! Quran Allahın Rəsulu (s) və onun ardıcıllarından hətta kiçik işlərdə, bir dirhəm belə olsa, vəsiyyət etməni tövsiyə etmişdir.
    İzzuddin Əbu Hamid Mötəzili deyir:
    Bir gün ustadım Əbu Cəfər Yəhya ibn Muhəmməddən (o, insaflı və ağıllı bir adam idi) soruşdum: Əlinin öz xilafəti haqqında buyurduğu "Bir dəstə ona həsəd və paxıllıq etdi, başqa bir dəstə isə göz yumdu!” – sözündən məqsədi Səqifənin qurulmasıdır, yoxsa Ömərin qurduğu şura günü?
    O dedi: Məqsədi Səqifə günüdür.
    Dedim: Səhabələrin Allahın Rəsulunun (s) əmrindən çıxmalarına inana bilmirəm!
    O dedi: Mən də Allahın Rəsulunun Mədinəni canişin təyin etmədən tərk etmədiyi halda imamət məsələsində səhlənkarlıq göstərərək ümməti öz başına buraxmasına heç vaxt inanmıram. Öz həyatında Mədinədən o qədər də uzaq olmadığı bir halda, şəhəri başçısız qoymurdu, ölüm ayağında özündən sonra baş verə biləcək heç bir hadisənin düzəlməsinin mümkün olmayacağını bildiyi halda canişin təyin etmirdi? Müsəlmanların fikrincə, Allahın Rəsulunun (s) ağlı və düşüncəsi kamil olmuşdur. Müsəlman olmayanlar da onu hikmətli və uzaqgörən, güclü düşüncəyə malik olub ümmət yaradan din əsası qoyan bir adam kimi tanımışlar. Ərəblərin təbiətinə tamammilə agah olub, onların intiqamçılıq ruhiyyəsini bilən belə ağıl və kamal sahibi olan insan öləcəyini bildiyi halda, öz övladından artıq istədiyi iki nəvəsi olan qızı və əmisi oğlu olan kürəkənini müharibələrdə ondan və Əlidən zərbə görmüş adamların arasında öz başına qoyub gedə bilərmi?! Onun xilafəti haqqında göstəriş verməməsi mümkündürmü?! Peyğəmbər ailəsi və övladlarını digər rəiyyət kimi tərk edib gedərsə, onların təhlükə altına düşəcəyini bilmirdimi?! Üstəlik belə olduqda özü onların qanını yerə tökmüş və ölmünə səbəb olmuşdur! Çünki Peyğəmbərin Əhli-beytinin ondan sonra pənah aparacaqları bir yer yoxdu və onlar vəhşilərin şikarına çevriləcəkdi və kinəli olanlar öz kinələrini onlardan çıxaracaqdı.
    Görəsən, Peyğəmbərin özü ayıqlıq verdiyi ənsar qədər də bu məsələdən agah deyildi?! Ənsar deyirdilər:
    "Biz vaxtilə (kafir) ata və övladlarını öldürdüyümüz adamların sizdən sonra hökumətə gələcəyindən qorxuruq.”
    Ömər ibn Xəttab, İbn Abbasla olan söhbətində deyir: "Qureyş, inək öz qəssabına baxdığı kimi sizə baxır!”Peyğəmbərin bir gün dünyadan gedəcəyini və belə bir təhlükənin olduğunu bilədikləri halda heç kəsin zehninə gəlmədimi ki, Peyğəmbərdən (s) sonra gələcək rəhbərin kimliyi barədə soruşsun?
    İbn Əbil Hədid yazır: Ömər ibn Xəttab Allahın Rəsulunun dünyadan getdiyini bildikdə, rəhbərlik üstündə qarışıqlıq düşməsindən, dəyişiklikdən, ənsar və digərlərinin rəhbərliyi ələ keçirərək dindən dönmələrindən qorxuya düşmüşdü. Deməli, daha yaxşı olardı ki, Peyğəmbərin özü bu ürək yanmadan qafil olmayaydı.
    Əgər həzrət Mühəmməd (s) özündən sonra rəhbər seçməni ümmətin öhdəsinə qoymuşdusa, deməli ixtilafın baş verməyəcəyini bilirdi (hətta ixtilaf baş verə biləcəyinə ehtimal belə vermiş olsaydı, bu işə yol verməzdi) Beləliklə, həddindən artıq tələsmək, hətta Peyğəmbərin mübarək bədənini dəfn etmədən Səqifə qurmaq necə izah olunmalıdır?
    Allahın Rəsulunun (s) canişini barəsində üç əsaslı nəzər vardır:
    1. O həzrət camaatı özbaşına buraxmışdır ki, ümumi seçim, yaxud əksəriyyətin rəyinə əsasən əməl etsinlər;
    2. Onları qövm başçılarının öhdəsinə buraxmışdı;
    3. Müəyyən bir şəxsə itaət etməni tövsiyə etmişdir;
    ÜMUMI SEÇIM, YAXUD ƏKSƏRIYYƏTIN RƏYI
    Hələ çoxdan bu fikirdə olanlar Peyğəmbərin (s)”لا تجتمع امّتى على الخطا " (Ümmətim səhv işdə bir nəzərə gəlməzlər) sözünü özləri üçün dəlil gətirmişlər. Bu rəvayətin sənədinin düz olub-olmamasını araşdırmazdan öncə bu cümlənin mənası bu deyildir ki, heç bir müsəlman icması səhvə yol verə bilməz. Rəvayətin sənədinin düz olması təqdirində mənası "Ümmətim heç zaman səhv yolda bir yerə yığışmaz!” – deməkdir.
    Rəhbərin təyin olunmasında yekdil nəzərə gəlmək mümkün olmayan bir işdir. Əhli sünnət ardıcılları da xəlifələrin xilafətə yekdil nəzərlə yetişməsini iddia etmirlər. Bundan da yuxarı sözü qazı İzuddin İci yazır:
    "Rəhbərin seçilməsi və onunla beyət olunmada heç də icmaya ehtiyac yoxdur. Bir-iki nəfər qəbilə başçısının beyəti kafidir...Necə ki, Peyğəmbərin səhabələri Ömərin Əbu Bəkrlə və Əbdür-Rəhmanın Osmanla bağladığı beyətə kifayət edərək, onların xilafətini qəbul etmiş və Mədinə camaatının icmasını və bir nəzərə gəlməsini şərt bilməmişlər. Beləliklə (Mədinə əhlinin icmasını belə şərt bilmədikləri halda) ümmətin icmasının bir şərt olmasına nə lüzum vardır?!”
    Belə olduqda Peyğəmbər, öz ümmətinə mümkün olmayan bir iş tapşırmışdırmı? Yoxsa bilərəkdən öz ardıcıllarının bir-birinin axırına çıxaraq zəifləmələrinə və dinin süstləşməsinə görə daimi çəkişmələrə atmışdı? (Nübüvvət məqamından uzaq!)
    Əksəriyyətin nəzəri siyasi, ictimai və hərbi işlərdə müəyyən qədər qəbul olunsa da, etiqadi və əhkam məsələlərində azacıq belə,tibara malik deyildir. Bu gün prezident və millət vəkillərinin əksəriyyəti səs toplamaqla seçilirlərsə, bunun səbəbi onlarla müxtəlif nəzəriyyə və səliqəyə malik olan camaatın yekdil nəzərini yığmağın mümkün olmamasına görədir.
    "Əksəriyyətin nəzəri” əksəriyyət səhv etmir demək deyildir. Bəzi vaxtlar cəmiyyətin öz aralarında ən səhv olan fikri qəbul etməsini müşahidə etmək olar. Bəli əksəriyyət, düzgün səsi ələ gətirmək yox təkcə ixtilaf və çəkişmələrin aradan aparılmasına görədir.
    RƏHBƏRIN XALQIN NÜMAYƏNDƏLƏRI TƏRƏFINDƏN SEÇILMƏSI
    Əhli-sünnənin etiqadına görə islamın böyük Peyğəmbərinin (s) Əli ibn Əbi Talibə (ə) olan bütün məhəbbətinə, həmçinin onun məqamını "Qədir” günündə açıqlamasına baxmayaraq, imamın seçilməsini azad seçim əsasında ümmətin nümayəndələrinin ixtiyarına qoymuşdur. Camaat da çarəsiz olaraq nümayəndələrin seçdiyini qəbul etməlidir.
    Bu nəzər barədə mülahizələr:
    1. İmamın təyin olunması camaatın ixtiyarında olmamasından əlavə, belə bir seçim, qabaqda qeyd olunmuş seçim kimi heç də xalqı ixtilafdan qoruya bilmir. Səqifə hadisəsini yaradanlar təcili iclas qurmalarının düz addım olmasına səbəb kimi, ümmətin arasında baş verə biləcək ixtilafın qarşısını almaq olmasını qeyd edirlər. Halbuki (təcrübənin göstərdiyi kimi) "Ümmətin nümayəndələri rəhbəri seçməlidir” olan seçim daha artıq ixtilaf meydana gətirir. Səbəbi də ümmətin nümayəndələrinin bəzi vaxtlar ümmətin özündən daha artıq səliqə və nəzər ixtilafına malik olmalarıdır. Onların düşüncə, meyl və bəzi vaxtlar dərin təəssübləri daha şiddətli olur.
    2. Bundan əlavə (ümmət tərəfindən rəhbəri seçmək üçün) nümayəndələr hansı yolla təyin olunurlar?! Görəsən Səqifədə belə bir şura yaranmışdımı? Orada iştirak edənlər kimlər tərəfindən nümayəndə seçilmişdi? Abbas, Əli ibn Əbi Talib (ə), Abdullah ibn Abbas, Qəsəm ibn Abbas, Fəzl ibn Abbas, Əbu Əyyub ənsari, Salman Farsi, Əbuzər Qifari, Miqdad, Zubeyr, Əmmar Yasir, Abdullah ibn Məsud, Burra ibn Azib, Xalid ibn Səid, Bureydə Əsləmi, eləcə də Bədr və Ühüd müharibələri iştirakçıları orada iştirak etmişdirmi?
    3. Əgər ümumun qəbul etməsi meyarı əksər nümayəndələrin nəzəridirsə və belə bir əksəriyyət təşkil tapmışdısa, onda nə üçün Əli ibn Əbi Talib, Abbas (Peyğəmbərin əmisi) və seçilmiş səhabələr, eləcə də Səd ibn Ubadə ölənə qədər fərz olunan əksəriyyətin rəyinə razı olmadı?! Bundan əlavə, nə üçün müxaliflərdən zor gücünə beyət aldılar və Səd kimi adam öldürüldü, Peyğəmbərin əziz qızının evi yandırıldı?!
    4. Əgər xəlifənin etibarı və qəbul olunması camaatın seçdiyi nümayəndələrin rəyi əsasındadırsa, onda ikinci və üçüncüi xəlifənin seçilməsi hara və necə yozulmalıdır? Çarə təkcə Əbu Bəkrin belə bir seçimi (nümayəndələrin və şuranın rəyini) qəbul etməməsini qəbul etməkdədir. Çünki belə olan təqdirdə, (yəni belə bir seçimi qəbul etdikdə) o özü belə seçimin əksinə olaraq təkcə öz rəyi əsasında rəhbər təyin etməzdi.
    O deyir: "Kaş ki, Peyğəmbərdən "xilafət kimin olacaqdır” – deyə soruşaydım ki, camaat onun haqqında ixtilaf etməsinlər.” Deməli, Allahın Rəsulu (s) bu iki yoldan (əksəriyyətin rəyi və qəbilə başçılarının) heç biri haqqında nəzər verməmişdir.
    Yuxarıda qeyd olunan iki fərz əsas tutulduqda, ilk üç xəlifədən heç biri ümumi camaatın nəzəri əsasında seçilməmiş , xalq öz rəhbərininin seçimi, siyasi və dini həyatlarında heç bir rola malik olmamışdılar.
    MÜƏYYƏN BIR KƏSƏ ITAƏT ETMƏYƏ DAİR TÖVSİYƏ
    Yuxarıda qeyd olunan iki ehtimal qəbul olunmadıqda, etiraf etməliyik ki, Allahın Rəsulu (s) camaatı üçüncü ehtimala – müəyyən şəxsə itaət etməyə əmr vermişdir. Amma o, kimdir?
    Şübhə yoxdur ki, həzrət Mühəmməd ibn Abdullah (s) digər insanlar kimi ömrünün son anlarında ailəsinə vəsiyyət etmişdir. Bu vəsiyyətin bəzisi mal və dünyaya aid olan işlər haqqında, əksər hissəsi isə dini və etiqadi işlər barəsində olmuşdur. Hər bir ictimai şəxsiyyətin fəaliyyətdə olduğu hər bir maddi və mənəvi məsələlər haqqında vəsiyyəti vardır. Ticarətlə məşğul olan hər kəs malının, alim və rəhbərlər öz əsərlərinin fikrindədir.
    Bu məsələ Allahın Rəsulunun (s) haqqında da rəva olan bir məsələdir. O həzrətin həm əmlakıına, həm də mənəvi məsələlərə aid vəsiyyəti olmuşdur. Təkcə bu fərlə ki, həzrətin maddi məsələlərdə etdiyi vəsiyyət haqqında heç bir ixtilaf olmadığı halda mənəvi məsələlərdə etdiyi vəsiyyət başdan başa ixtilaflıdır. Səhabələr ikinci qisimdən olan vəsiyyətdən fərqli olaraq, birinci qisimdən olan vəsiyyət barəsində heç bir əks mövqe tutmamışlar.
    İbn Cərir öz kitabında Allahın Rəsulunun (s) nökərlər, yük, minik və süd verən dəvələr, qılınclar və qalxan barəsində olan vəsiyyətinə ayrıca yer vermişdir.
    Dini və etiqadi məsələlər haqqında vəsiyyətin olmasını heç kəs inkar etməmişdir. Keçən bəhslərdə də işarə olundu ki, İbn Əbil-Hədid, Əbu Cəfər Nəqiblə olan söhbətində Allahın Rəsulunun (s) müəyyən bir nəfəri canişin təyin etməsinə və camaatı ona itaət etməyə çağırmasına işarə edərək on açıqlama vermişdi.
    Amma səhabələrin belə mövzularda ona itaət etməyin özlərinə hüccət saymamış və itaət etməmişdilər.
    ALLAHIN RƏSULUNUN CANIŞINI
    Əhli sünnət təhqiqçilərinin qondarma saydığı, Ümmül-möminin Ayişədən nəql olunan bir neçə rəvayətdən başqa heç kəs Peyğəmbərin Əbu Bəkrin canişinliyi barəsində bir söz deməsini iddia etməmişdir.
    Digər tərəfdən, əhli-sünnə kitablarında bəzən Ayişənin iddiasının əksinə olaraq həqiqətin tamamilə başqa olması, bəzən də: "Allahın Rəsulu heç kəsi təyin etməmişdir” – kimi dəlillər zikr olunmuşdur.
    Bu qəbildən olan saxta hədisləri düzəldənlər, Əbu Bəkrlə müxalif olanlar arasında yüksək şəxsiyyətlərin oluğunu, eləcə də onunla olunan beyət üçün icma yaradılmasının mümkün olmadığını gördükdə, belə hədislərin düzəldilməsinə əl atmışdırlar.
    Amma Allahın Rəsulunun (s) Əbu Bəkrin canişin olması barəsində heç zaman göstəriş verməməsinin dəlilləri bunlardır:
    1. Ədül-Həmid Mədaini yazır:
    Əgər Allahın Rəsulu (s) Əbu Bəkrin canişin olması barəsində göstəriş vermiş olsaydı, onun özü Səqifə danışıqlarında buna işarə etmiş olardı. Halbuki o özü bu barədə kiçik olsa belə, iddia etməmişdir. Orada deyilən təkcə Əbu Bəkrin Peyğəmbərlə bir yerdə - mağarada olması və ya Peyğəmbərin "Rəhbərlər Qureyşdən olmalıdır” və "Əbu Bəkr qureyşdəndir” haqqında olan sözlərdir.
    Ömər, Əbu Bəkr və Əbu Ubeydənin daha çox təkid etdikləri "Mühacirlər Peyğəmbərin dostları və qohumlarıdır və rəhbərliyə başqalarından daha laiqdirlər” – cümləsi idi.
    2.Əbu Bəkr danışıqlarının birində aydın surətdə deyir:
    وددت انی سآلت رسول الله عن هذا الامر فیمن هو فلا ینا زعه احد و وددت انی کنت سآلته هل للانصارفی هذا حق
    "Kaş ki, Allahın Rəsulundan xilafətin kimin öhdəsinə olacağından sual etmiş olaydım ki, heç kəs onun sahibi ilə bəhsə qalxmayaydı! Həmçinin kaş, ənsarın bu işdə haqqının olub olmamasından soruşaydım!”
    Allahın Rəsulundan (s) Əbu Bəkrin haqqında göstəriş olsaydı, onun özü eşitməzdimi?! Onun Allahın Rəsulundan (s) eşitməsini iddia etdiyi təkcə "Rəhbərlər qureyşdəndir” cümləsidir. Təəccüblüdür ki, heç kəs Əbu Bəkrdən Peyğəmbərin Qureyşin hansı tayfasının nəzərdə tutmasını soruşmamışdır.
    Halbuki Qureyşin 25 tayfası vardır və bunlardan Bəni-Haşim hamıdan üstündür. Yaxud bundan savayı Allahın Rəsulu (s) başqa bir şey buyurmamışdırmı? Bundan əlavə, necə olur ki, Allahın Rəsulu (s) bu sözü dedikdə özündə olur, lakin əhəmiyyəti daha artıq olan vəsiyyətə gəldikdə isə, sayaqlama halında olur?!
    Buna oxşar yüzlərlə hədis, Əbu Bəkrin Allahın Rəsulunun (s) buyuruğunun əsas hissəsini açıqlamamasını göstərir. O rəvayətlərin seçimi belədir:
    الأئمة بعدى اثنى عشر كلها من قريش...
    "Məndən sonra on iki imam olacaqdır ki, onların hamısı qureyşdəndir” Səqifədə təkcə əvvəldən bir: ”əl-əimmə” və axırdan isə iki: ”min Qureyş!” kəlmə deyilir və imamların on iki nəfər olması isə açıqlanmır.
    "Səhihi-Buxari”, "Səhihi-Müslüm”, "Sünəni-Tirmizi” və "Musnədi-Əhməd” kitablarında bu məzmundan olan onlarla rəvayət qeyd edilmişdir. O rəvayətlərin bir çoxunda Qureyşdən olan imamların sayı on iki nəfər və onların olacaqları vaxtv qədər dinində bərqərar olacağı açıqlanmışdır.
    Çox gözəl aydındır ki, ardıcıl imam silsiləsinin nə say baxımından, nə onlar üçün deyilmiş xüsusiyyətlər baxımından şiədən savayı heç bir məzhəblə uyğunluğu yoxdur. Hədislərin açıqlamasından, qeyd olunan on iki nəfərin öz əsrlərinin ən yaxşı və üstün adamları olmaları məlum olur.
    Əgər Allahın Rəsulunun (s) sözünün mənası "Camaata rəhbərlik etməyə Qureyşdən savayı heç kəsin ləyaqəti yoxdur” olsa, onda nə üçün xəlifə ölüm qabağı "Kaş ki, Peyğəmbərdən, ənsarın xilafətdən haqqı olub-olmamasını soruşmuş olaydım!” belə bir söz deyirdi? Məgər ənsar Qureyşdəndirmi?
    Həmçinin ikinci xəlifə ölüm qabağı deyirdi:لو كان سالم حيّاً ما تخالجنى فيه الشكوك "Əgər Salim (Əbu Huzeyfənin azad olmuş qulu) sağ olsaydı xilafətin onun haqqı olmasında şək etməzdim!” Doğrudan da görəsən, Salim Qureyşdən idi?! Heç zaman!
    Ömərin seçilməsində də heç də Əbubəkr, Allahın Rəsulunun (s) onun haqqında bir söz deməsini iddia etmir, təkcə bu sözü deyirdi: "Allah cavab verərək ən yaxşı adamı xalq üçün rəhbər seçdiyimi deyəcəyəm.”
    3. İkinci xəlifə dünyadan getdiyi zaman canişin təyin etdikdə deyir:
    ان استخلف من هو خير منى و ان اترك فقد ترك من هو خير منى
    "Əgər bir nəfəri öz yerimə seçsəm (səhv etməmişəm, çünki) məndən qabaq olan və məndən yaxşısı (Əbu Bəkr) öz yerinə seçmişdir. Əgər bir kəsi öz yerimə seçməsəm (yenə səhv etməmişəm, çünki) məndən yaxşı olan ( Allahın Rəsulu (s)) bir kəsi canişin təyin etməmişdir.”
    4. Əbu Bəkr Səqifədə Allahın Rəsulu (s) tərəfindən nə özü, nə də başqa bir nəfər üçün heç bir məqam iddia etmədən deyir:قد رضيت لكم احد هذين الرجلين "Mən sizin üçün rəhbər olmağa bu iki kişidən (Ömər və Əbu Ubeydə) birinə razıyam.” Görəsən, o özünün yüz faizlik haqqını digərlərinə təklif edirdi? Yoxsa onların haqqında Allahın Rəsulundan bir şey eşitmişdi? Yəqin ki, Əbu Bəkr camaata:بايعوا ايهما شئتم "Bunlardan hansı ilə istəyirsinizsə, beyət edin!” - deyir və ardınca Ömər üzünü Əbu Ubeydəyə tutaraq:
    ابسط يدك فلابايعك فانك امين هذه الامة "Əlini uzat, səninlə beyət edim!” Çünki (Allahın Rəsulu buyurmuşdur:) Sən bu ümmətin əminisən.”
    Bu cümləni deməklə Ömər, Əbu Übeydənin xilafətə layiq olmasını və Allahın Rəsulunun (s) heç də Əbu Bəkrə itaət edilməsinin lazımınca deməməsini bəyan edir. Baxmayaraq ki, bir neçə andan sonra hər ikisi Əbu Bəkrə: "Biz sən olan yerdə başqasına rəva bilmərik!” – deyirlər!
    5. Əbu Bəkr rəhbərliyinin ilk günü məsciddə deyir:
    ايها الناس انى لم هجعل لهذا المكان هن اكون خيركم...
    "Ey camaat! İndi ki, mən bu yerdə (Allahın Rəsulunun canişinliyi məqamında) oturmuşam, bu o demək deyil ki, sizdən üstünəm... Mən də sizin kimiyəm.” Yaxud belə deyir اقيلونى،اقيلونى فلست بخيركم: Məni boşlayın, boşlayın, mən sizlərin ən yaxşısı deyiləm!”
    6. Deyirlər ki, Əbu Bəkr bir neçə gün Allahın Rəsulunun (s) göstərişi əsasında məsciddə camaat namazının imamətini boynuna götürmüşdür. Bu barədə bir neçə məsələyə işarə etmək lazımdır:
    a) Əhli sünnədən olan sənədlərə görə, Əbu Bəkr Üsamənin ordusunun üzvlərindən olmuş, digər tərəfdən də Allahın Rəsulu Usamənin ordusundan boyun qaçıranları lənətləmişdir. Belə olduqda Əbu Bəkrin Allahın Rəsulu tərəfindən bir neçə dəfə camaat namazı qılmasına təyin edilməsi necə mümkün ola bilər?!
    b) Amma o qədər ki, şiə və sünnü mənbələrində müəyyən qədər qəbul olunmuşdur, Əbu Bəkrin bazar ertəsi günü (Allahın Rəsulunun (s) vəfat etdiyi gün) qeyd olunan qaydada sübh namaz qılmışdır: Allahın Rəsulu (s) xəstəliyinin şiddətindən namaza getməyə taqəti olmadığına görə buyurdu: "Deyin, biri namazı qılsın!”
    Orada olan Ayişə atasını çağırıb məscidə yolladı. O, namaza başladı. Bu xəbər Allahın Rəsuluna (s) çatdıqda Əli (ə) və İbn Abbasa söykəndiyi halda məscidə daxil olaraq özünü mehraba çatdırdı. Həzrət, Əbu Bəkri geri çəkib əyləşdi və camaatla namaz qıldı. Həzrət oturduğu yerdə namaz qıldığından camaat onun səsini eşitmir, rüku və səcdələrini görmürdü. Bu səbəbdən namazın hansı yerdə olmasını ayaq üstə olan Əbu Bəkrin vasitəsilə bilirdilər.
    v) Ayişədən rəvayət olunmuş və istinad olunan rəvayət başdan-başa paradoks və ziddiyyətlə doludur.
    İzzuddin Əbu Hamid Mədaini ustadı Əbu Əyyub Mötəzilidən rəvayət edir ki: Ayişə Peyğəmbərin (s) namaz qılmağa taqəti olmadığını gördükdə, tez atası Əbu Bəkrin ardınca adam göndərərək onu məscidə yolladı. Bundan xəbər tutan Allahın Rəsulu (s) hər bir çətinliyə qatlaşaraq özünü mehraba çatdırdı. Əbu Bəkri geri çəkib özü namaz qılmağa başladı. Sonralar bəziləri bu namazı hüccət sayaraq onu Əbu Bəkrin rəhbərliyə ləyaqətli olması kimi qiymətləndirdilər. Lakin Peyğəmbərin məscidə gəlməsindən məqsəd Əbu Bəkri uzaqlaşdırmaq olması haqda heç nə demədilər.
    ƏLI IBN ƏBI TALIBƏ ITAƏT OLUNMASININ TAPŞIRILMASI
    Keçən bəhsləri əsas tutaraq Allahın Rəsulu (s) Əbu Bəkr və Ömər deyil, başqa bir nəfərin canişin olmasını tövsiyə etmişdir. Sözsüz, o bir nəfər hamıdan bilikli, təqvalı, fəzilətli, islamda xidməti daha çox olmuş olmalıdır. Əhli-sünnət təhqiqçi alimləri Əli ibn Əbi Talibi (ə) fəzilət baxımından bütün səhabələrdən üstün tuturlar. Bununla belə müsəlmanların hakiminin həmişə hamıdan fəzilətli olmasını da lazım bilmirlər.
    İbn Əbil-Hədid bu haqda yazır:
    Camaat fəzilətdə, cihadda, elmdə, alicənablıqda böyüklükdə və şərafərdə tayı-bərabəri olmayan bir kəsdən üz döndərərək, (şərafəti və üstünlüyü olmayıb lakin) təqvalı və adil olan bir kəslə beyət etdilər... Səhabələr islamın məsləhətini nəzərə almaqla yanaşı, təkcə xilafəti deyil, üstəlik nübüvvəti də hədələyən fitnənin qorxusundan, daha fəzilətli, şərafətli və layiqli insandan üz çevirib, fəzilətli və şərafətli insana endilər.
    Əhli-sünnə alimləri yazırlar: Bir gün Əli ibn Əbi Talib məsciddə Ömər ibn Xəttabın yanında əyləşmişdi. Bir dəstə camaat da orada idi. Həzrət qalxıb oradan getdikdən sonra bir nəfər ardınca onu "özünü tərifləyən” və "böyük bilən” kimi xislətdə müttəhəm etdikdə Ömər dedi: "Onun özünü tərifləməyə və böyük tutmağa haqqı vardır! And olsun Allaha, əgər onun qılıncı olmasaydı islam ayaq üstə dura bilməzdi. O, qəzavət işlərində islam ümmətinin ən biliklisidir. Onun çox şərafətli keçmişi vardır.” O kişi dedi: "Əgər düz deyirsənsə bəs nə üçün xilafəti onun əlindən aldınız?” Dedi: "Cavanlığına və Əbdül-Müttəlib övladlarına olan məhəbbətinə görə xilafətin ona yetişməsini istəmədik.”
    Bunlardan əlavə bir çox rəvayətlərdə yazmışlar: "Allahın Rəsulu (s) Əli (ə) öz canişini təyin etmişdir.”
    1. İzzuddin Əbuhamid Mötəzili yazır:
    İbn Abbas deyir: Ömərin xilafətinin ilk günlərində onun yanına getdim. Mənə dedi: "Hələ də əmin oğlu xilafətə göz dikibdir?” Dedim: "Bəli. Güman edir ki, Allahın Rəsulu onun xəlifə olması haqqında söz demişdir!” Dedim: "Bəli..! Ömər dedi: Əlbəttə, bəzi vaxtlar Allahın Rəsulunun ağzından hüccət olmayıb üzrü aradan qaldırmayan bəzi sözlər eşidilirdi. Bəzi vaxtlar onun haqqında həddindən artıq sözlər deyir və bununla ümməti onun xilafətiylə imtahan etmək istəyirdi. Allahın Rəsulu xəstəliyi vaxtı onun adını çəkmək (canişin olmasını açıqlamaq) istəyirdi, lakin mən ümmət üçün qorxduğumdan və islamın hifz olunması üçün onun qarşısını aldım. Allahın Rəsulu mənim onun zehnindən keçəndən xəbərdar olduğumu bildi və öz hədəfindən qayıtdı. Allah da istədiyi və müqərrər etdiyi işdən başqa bir şeyi icra etmədi. O, başqa bir yerdə yazır:
    İbn Abbas deyir: Ömərin Şam səfəri zamanı mən də onunla idim. Bir gün yol arası dəvə üstündə mənə dedi: "Ey Abbasın oğlu, əmin oğlundan (Əlidən) gileyliyəm ...O durmadan mənimlə düşmənçilik edir və mənə qarşı qəzəblidir. Bunun səbəbi nədir?” Dedim: "Siz özünüz daha yaxşı bilirsiniz.” Dedi: "Düşünürəm ki, hələ də xilafətin əlindən çıxmasına narahatdır”. Dedim: "Səbəbi budur. O, bu əqidədədir ki, Allahın Rəsulu xilafəti təkcə ona layiq bilirdi. Ömər dedi: "Allahın istəmədiyi yerdə Peyğəmbərin istəyinin nəticəsi nə ola bilər?! Allahın Rəsulu bir şeyi istəyirdi, Allah isə başqa bir şeyi. Bəs Allahın Rəsulunun istəyi baş tutmadı. Məgər Allahın Rəsulunun istədiyi hər şeyi Allah da istəməlidir?! Əmisinin (Əbu ləhəbin) müsəlman olması onun həmişəlik arzusu olsa da, Allah bunu istəmədi və o da müsəlman olmadı.”
    3.Onlarca yerdə, həmçinin ikinci xəlifənin ölümündən və (hicrətin 23-cü ilində) altı nəfərlik şuranın yaranmasından sonra Əli ibn Əbi Talib (ə) camaatın arasında özünün imamət və canişinlik məqamını xatırlaya-raq onlardan etiraf etmələrini istəmiş, onlar da həzrətin sözünü qəbul etməklə Əhli-beytin (ə) haqqında etdikləri təqsirə görə xəcalət çəkdiklərini bildirmişdilər. İkinci xəlifənin ölümündən sonra məsciddə camaata buyurdu: Sizi and verirəm Allaha, mənə cavab verin: aranızda məndən savayı elə bir kəs varmı ki, Allahın Rəsulu (s) onun haqqında "Mən hər kəsin mövlasıyamsa Əli də onun mövlasıdır” – cümləsini demiş olsun?” Orada olanlar dedilər: "Xeyr.” Əli ibn Əbi Talib (ə) buyurdu: "Sizin aranızda məndən savayı elə bir kəs varmı ki, Allahın Rəsulu (s) qardaşlıq əhdi bağladığı zaman onunla qardaşlıq əhdi bağlamış olsun?” Hamı bir ağızdan dedi: ”Xeyr.” Yenə əlavə edərək buyurdu: "Sizin aranızda məndən savayı elə bir kəs varmı ki, Allahın Rəsulu (s) onunda haqqında: انت منى بمنزلة هارون من موسى "Sənin Mənə olan münasibətin, Harunun Musaya olan münasibəti kimidir” demiş olsun?! Dedilər: "Xeyr.” Daha sonra Əli (ə) özünün başqalarından üstünlüyünü bildirən daha dörd fəzilətini açıqlayaraq orada olanları şahid tutdu və onlar bir nəfər kimi təsdiq etdilər.
    4. Cəməl müharibəsindən qabaq Ayişə, Ümmul-Möminin Umm Sələməni özü ilə Əliyə (ə) qarşı müharibəyə çəkmək istədikdə Umm Sələmə onun təklifini qəbul etməyib dedi: "Ey Ayişə! Yadındadırmı, səninlə birlikdə Allahın Rəsuluy (s) ilə səfərdəydik və Əli Peyğəmbərin ayaqqabılarını düzəldir və paltarlarını yuyurdu...? Bu zaman atan (Əbu Bəkr) və Ömər Peyğəmbərin yanına getdi. Onda biz pərdə arxasındaydıq. O iki nəfər Allahın Rəsuluy (s) ilə söhbətə başlayıb soruşdular: "Bizimlə nə qədər bir yerdə olacağınızı bilmirik. Sizdən sonra ümmətə rəhbərlik edəcək adamın kimliyini bilmək və ona pənah aparmaq istərdik.” Allahın Rəsulu (s) buyurdu: "...Mən hər kəsi öz canişinim təyin edib sizə tanıtdırsam belə, Bəni-İsrailin Harunun ətrsfından dağıldığı kimi, siz də onun ətrafından dağılacaqsınız. Bu zaman onlar susub heç nə demədilər və oradan uzaqlaşdılar. Sonra biz Allahın Rəsulunun (s) yanına gəldik. Sən Allahın Rəsulundan (s) az utandığın üçün həmin sualı təkrar edib soruşdun.” Allahın Rəsulu (s) buyurdu: "(Mənim canişinim) Ayaqqabı düzəltməyə məşğul olandır.” Biz baxdıqda Əli ibn Əbi Talibdən savayı bir kəsi görmədik. Sən dedin: "Əlidən savayı bir kəsi görmürəm?” Buyurdu: "Bəli, mənim canişinim də elə odur.” Bu zaman Ayişə Umm Sələmənin sözünü təsdiqləyib dedi: Əlbəttə bu xatirə yadımdadır.”
    CANIŞINLİYƏ AID OLAN RƏVAYƏTLƏR ƏTRAFINDA
    Əhli-sünnədən Allahın Rəsulunun (s) vəsiyyəti haqda bizə yetişən rəvayətləri araşdırdıqda, onların mənbəsinin Ayişə olduğunu görürük. Sünnü məzhəbində olan təhqiqçilər aydın yazırlar: Ayişənin Əli ibn Əbi Taliblə olan düşmənçiliyinin səbəbi ona və Fatimei-Zəhraya qarşı həsədinə görə idi. Həsədin onda qoyduğu təsirin şiddətindən, Allahın Rəsulunun (s) Əlinin dizi üstündə can verməsini və ona olan son vəsiyyətini inkar etdi. Halbuki əhli-sünnətin bir çox hədis mənbəsi yazır: "Allahın Rəsulu (s) Əli ibn Əbi Talibin dizi üstündə can vermişdir.” Ayişə deyir: "Allahın Rəsulu mənim dizimin üstündə can vermişdir və necə olmuşdur ki, Əliyə vəsiyyət etmiş, mənsə xəbər tutmamışam?!”
    O həzrət, Ayişənin haqqında buyurur:
    وامّا فلانة فادركها رأس النساء وضغن غلا فى صدرها كمرجل القين
    "O qadın qəlbində (mənə qarşı) dəmirçi qazanı kimi qaynayan (həsəd və) kinəyə düçar olmuşdur.”
    Əbdülhəmid Mədaini deyir: Ustadım Əbu Yəqubun yanında "Kəlam elmi”-ni oxuduğum zaman həzrətin bu cümlələrini onun üçün oxudum. O, bu haqda çox uzun bir cavab verdi ki, xülasəsi bundan ibarətdir:
    Ayişənin ilk düşmənçiliyi Fatimə (ə.s) ilə başlamışdı. Allahın Rəsulu Xədicənin vəfatından sonra Ayişə ilə evlənmişdi, Fatimə də (s) Xədicənin qızı idi. Qızın anası dünyadan getdikdə və atası yeni qadınla evləndikdə qız və yeni qadın arasında küdurətin yaranması təbii bir hal və qaçılmaz bir işdir .Qadın atanın qızına olan məhəbbətinə paxıllıq edir və qız da....
    Allahın Rəsulu öz qızını camaatın təsəvvür edə biləcəyindən çox uca, hər bir kişinin qızına göstərəcəyi hörmətdən artıq hörmət edirdi. O həzrət, ümumi və xüsusi yığıncaqlarda, bəlkə dəfələrlə, ayrı-ayrı vaxtlarda demişdi: "Fatimə bütün dünya qadınlarının xanımıdır. O, İmranın qızı Məryəmlə bərarərdir..Onun Əliylə əqdi mələklərin hüzurunda oxunmuşdur.” Dəfələrlə buyurmuşdur: "Ona əziyyət edən mənə əziyyət etmişdir. O, mənim bədənimin bir hissəsidir...”
    Bu kimi məsələlər Ayişənin Fatiməyə olan həsəd və düşmənçiliyini daha da artırırdı. Fatimə Əli ilə ailə qurduqdan sonra Ayişənin düşmənçiliyi Əliyə də sirayət etdi və Əbu Bəkri də öz təsiri altına aldı....Gün-gündən Peyğəmbərin Əlidən etdiyi təriflər artır və o, Peyğəmbərə daha da yaxın olurdu. Bu məsələ də Əbu Bəkrin həsədini daha da artırırdı. Belə bir hal Ayişənin əmisi oğlu Təlhədə də yaranmışdı. Çox vaxt bir ye rə yığılır və bu barədə söhbət edərək çarə haqqında düşünürdülər.
    (Həmçinin camaatın tərəfindən Ayişənin qulaqına çatdırırdılar ki, Əli Allahın Rəsuluna səni boşamasını təklif etmişdir.) Camaat bu qəbildən olan bir çox sözləri Əli və Fatimə adından Aişəyə çatdırırdı.
    Belə söz gəzdirmələr və töhmətlər Ayişənin həsəd və kinəsini daha da dərinləşdirirdi.
    Allahın Fatiməyə oğlan və qız övladı verməsi vaxtı yetişdi. Allahın Rəsulu onun övladlarını öz övladları bilir və öz övladları kimi çağırırdı Amma Ayişənin övladı olmurdu. Digər tərəfdən günüsü olduğunun (Xədi-cənin) qızı uşaq dünyaya gətirmişdi, əri də Allahın Rəsulu tərəfindən çox sevilir, hörmətə layiq görülürdü. Belə bir vəziyyətdə Ayişə Əli və onun övladlarının yaşamasını istər, yoxsa onların tezliklə məhv olmasını arzu edərdi?!
    Məsələni daha da həssas edən işlərdən biri də, Allahın Rəsulunun (s) məscidin camaatın evlərinə açılan qapılarını, o cümlədən, Əbu Bəkrin qapısını bağlaması, lakin Əlinin məscidə açılan qapısının açıq qalmasına əmr verməsi idi.
    Bir vaxt da Allahın Rəsulu (s) Əbu Bəkri məmur edərək "Bəraət” surəsini Məkkədə müşriklərə oxumağı tapşırdı. Amma hələ Məkkəyə yetişməmiş onu geri çağırıb bu surəni oxumağı Əliyə tapşırdı. Bu iki hadisə də Ayişəyə çox ağır gəldi.
    Başqa bir məsələ Allahın "Qibti” olan Mariyədən Öz Rəsuluna övlad verməsidir. Bu hadisə Əlini həd-dindən artıq şad etmişdi. (Halbuki, Aişə həddindən artıq narahat olmuşdu.) Bundan sonra (Mariyənin) oğlu İbrahim vəfat etdi. Ayişə özünü zahirdə qəmli göstərsə də (onlara qarşı olan) rişxəndini gizli saxlamışdı...
    Allahın Rəsulu (s) xəstələndiyi zaman yatağını Ayişənin evindən (qızı Fatimənin evinə) aparmadı, səbəbi də övladı və kürəkəni üçün narahatlıq yaratmamaq istəyi idi.
    (Peyğəmbərin qabaqcadan tədarükü və tövsiyələrindən) Əlinin Peyğəmbərdən sonra xilafətin ona yetişəcəyində şəkki yoxdu. ...Peyğəmbərin xəstəliyi şiddətləndiyi zaman Usamənin ordusuna hərəkət əmrini verdikdə, Əbu Bəkr kimi mühacir və ənsarın böyüklərindən qoşuna qoşulmalarını istədi. Belə olduqda Əli heç bir maneə olmadan xilafətə yetişəcəkdi. Lakin Peyğəmbərin bu fikrindən və sonradan baş verəcək hadisələrdən xəbərdar olan Ayişə atasının ardınca adam göndərərək Mədinədən çıxmasına imkan vermədi.
    Məhz Həzrətin xəstəliyinin şiddətləndiyi zaman Ayişə atasının ardınca adam göndərərək məsciddə Peyğəmbərin yerinə namaz qılmasını istədi. Bundan xəbər tutan Peyğəmbər Fəzl ibn Abbas və Əlinin qoluna girmiş halda özünü məscidə çatdırıb namaza başladı. Peyğəmbər (s) həmin günün səhəri dünyasını dəyişdi. Bu zaman digərləri Əbu Bəkrin qıldığı namazı hüccət sayaraq dedilər: "Allahın Rəsulunun (s) irəli saydığı adamdan kim qabaqa düşə bilər!” Onlar Allahın Rəsulunun (s) o zaman məscidə gəlməsini namaza verdiyi əhəmiyyətə görə olduğunu deyərək, həzrətin Əbu Bəkrin Peyğəmbərin qıldığı namazın qarşısını almağa gəlməsini gizlətdilər.
    Bütün bunlar xilafətin Əlidən qəsb edilməsinə səbəb oldu. İşin belə tamamlanmasının əsl səbəbi Ayişə olmuşdur.
    (İbn Əbil Hədid deyir:) "Mən Şeyx Əbu Yəquba dedim: Sən Əbu Bəkrin namaz qılmasının Peyğəmbərin əmri ilə deyil, Ayişənin istəyi ilə olmasına inanırsan?” Ustadım dedi: "Bunu mən deyil, Əli deyir. Mənim vəzifəm və seçimim onun seçimindən fərq edir. Hər halda o, orada olmuş, mən isə olmamışam.”
    Fatimənin vəfatından sonra bütün qadınlar başsağlığı vermək üçün bəni Haşimin yanına getdiyi zaman, Ayişə özünü xəstəliyə vurub başsağlığı da vermədi.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 930 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024