İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:16 AM
    BEŞİNCİ FƏSİL
    QƏDİR HADİSƏSİNİ YADDAŞLARDAN SİLMƏK
    FİKİRLƏRİN FAŞ OLMASI
    Qədir-Xum hadisəsindən təqribən iki ay sonra Allahın Rəsulu (s) vəfat etdi. Qədirdə yüz min müsəlman Allahın Rəsulunun (s) uca səslə çox aydın və heç bir qaranlığı, anlaşılmazlığı olmayan cümlələrlə Əli ibn Əbi Talibin (ə) onlara imam və rəhbər ünvanı ilə öz canişini təyin etməsini müşahidə etdilər. Tarixdə o böyük cəmiyyət arasından bir nəfərin belə, o seçimə azacıq etirazı qeydə alınmayıbdır. Əli ibn Əbi Talibə (ə) ilk təbrik Ömər ibn Xəttab və Əbu Bəkr ibn Əbi Quhafə tərəfindən olmuşdur.
    Allahın Rəsulunun (s) vəfatından sonra hələ həzrətin mübarək bədəni dəfn olunmamış camaat Əli (ə)-ın haqqını tapdalamaqda bir-biri ilə elə yarışa girmişdilər ki, sanki o vaxta qədər onun uca məqamı haqqında heç nə eşitməmiş və Peyğəmbər (s) o sözləri onun kiçiltmək barəsində söyləmişdir.
    Görəsən, Peyğəmbərin (s) Əlinin (ə) məqamını tanıtdırmaq üçün çalışmalarına şəkk etmək olarmı?! Allahın Rəsulu (s) vəfatından qabaq "Tezliklə fitnələr gecə zülmətinin dalğaları kimi (ümmətimə) gələcəkdir” – deməmişdimi?! Deməli, həzrət baş verəcək bütün hadisələrdən xəbərdardı. Buna görə də ümməti mümkün olan qədər xəbərdar etməyə çalışırdı. Məhz bu təkidlərin nəticəsində Mədinənin qorxuya düşmüş münafiqlərini hər şeydən artıq düşünməyə və çarə axtarmağa məcbur etmişdi.
    Bu fəslidə araşdırılan və cavab verilməsinə səy göstərilən sual o zamanın siyasətçilərinin Qədir-Xum hadisəsini yaddaşlardan silməyə ciddi cəhdlər məsələsidir. Hansı səbəblərə görə Peyğəmbərin (s) dostları, səhabələri, ənsar və Mədinə əhli Əhli-beytə kömək etməkdən çəkinmiş və Allahın Rəsulunun (s) ailəsinə göstərilən zülmə razı olaraq, mühacirlərin qarşısında quyruq bulayaraq on illərlə ondan sonra bəni Haşimin kifayət qədər himayə etməmişdilər?
    Düzgün cavab almaqdan ötrü bir neçə nöqtəyə diqqət etmək lazımdır:
    1. O zamənənin tarixi haqqında bizə yetişənlərin bir çoxu qeyri-şiə mənbələrindən olan əməvi və abbasi tarixçilərinin yazılarıdır. Bu səbəbdən də mövcud xəbərləri səhih və düzgün adlandırmaq olmaz. On əsrlərlə qabaq baş vermiş və bir çox xırdalıqları bizdən gizli qalan hadisələri araşdırmaq və haqqında hökm çıxarmaq çətin, bəzi vaxtlarsa mümkün olmayan bir işə çevrilir.
    Bunlardan əlavə o zamanənin irticaçı şəraiti bir çox hadisələri gizli saxlamış və ya başqa cür qələmə vermişdir. Allahın Rəsulunun (s) əxlaqi və şəriət hökmləri haqqında olan hədislərinin yazılması yüz il müddətində qadağan olursa, sözsüz, siyasi və ictimai hədislərin sonrakı nəsillərə yetişməsi çox çətin olacaqdır. Bu təsəvvürlə Səqifə əshabının öz əməlini necə yozması, camaatın susması və necə bir bəhanə gətirməsini bilmək bizim üçün o qədər də asan deyildir.
    Böyük bir alimin dediyi kimi "Allahın Rəsulunun (s) iyirmi üç illik tarixi, vəfatından sonrakı üç günün tarixindən daha aydındır.”
    2. Camaatın susmasının səbəbini, eləcə də mühacir və ənsarın etdikləri hərəkətdən nə məqsəd güdmələrini təhlil etmək üçün bir neçə mövzunu bir-birindən ayırmaq lazımdır:
    a) O zəmanənin siyasətçiləri hansı yolla Qədir-Xum hadisəsini camaata unutdurmuş və bu hadisə qarşısında onları məsuliyyətsiz, etinasız etmişdilər?
    b) Nəyə görə ənsar o yığıncağı (səqifə) düzəltmişdi?
    v) Mühacirlərin öz rəftarına görə hansı dəlilləri vardı? Onlar vəziyyəti ələ alandan sonra öz siyasi mövqelərini möhkəmlətmək üçün hansı vasitələrə əl atdılar?
    q) Görəsən Mədinə əhalisinin hamısı susmuş və etinasızlıq göstərmişdi? Bu rəftarın səbəbi nə idi?
    d) Peyğəmbərin (s) ailəsi və dostları nə etmişdilər?
    3. Mədinə əhli Allahın Rəsulundan (s) sonra baş vermiş hadisələr qarşısında bir neçə dəstəyə bölünmüşdü:
    a) Onlardan bir dəstəsi – Miqdad, Salman və Əbuzər kimi şəxsiyyətlər son nəfəsə qədər Əhli beyti (ə) himayə etdilər və imam müxalifləri ilə beyət etməyənə qədər beyət etmədilər. Ondan sonra da həmişə hökumətin nəzəri altında olub ağır işkəncələrlə susmağa məcbur edildilər.
    Bunlardan savayı başqa himayətçilərin olmasına baxmayaraq, onları Əli ibn Əbi Talibin (ə) siyasi hamilərindən saymaq olar. Bu insanların himayəsi cahillik və qohumu himayə etmə kimi fikirlərlə qarışmırdı. Belə ki, Əli (ə) Peyğəmbər (s) kimi Qureyşdən və Bəni-Haşimdən olduğuna görə, qəbilə təəssübünə əsasən onun (s) canişini olmalıdır.Bəlkə də belə demək daha düzgün olar ki, Əlinin (ə) himayə etməklə onun hökuməti sayəsində özlərinin siyasi və qəbilə mövqelərini qorumaq istəyirdilər. Necə ki, sonralar İmamın hakimiyyətinin əvvəllərində bunu göstərdilər. Onlar ümumi camaatın himayəsində olan Əli ibn Əbi Talibi (ə) hakimiyyətə gətirməklə onun hökuməti sayəsində özlərinə pay almaq və daha sonra tədricən bütün hakimiyyəti öz qəbilələrinin əlinə keçirmək istəyirdilər.
    Bu insanların siyasi fəaliyyətlərini araşdırdıqda onları istədikləri qüdrətə və siyasi hədəflərinə çata bilmədikdə Əli (ə) tək qoyaraq onun qarşısında yeni müxalifət yaratmalarını görürük. Elə Cəməl müharibəsi bu məqsədlə baş vermişdi. Siffeyn müharibəsində də bir dəstə adam Əli (ə)-a Şama qalib gəlməsinə görə kömək göstərərək intiqam almaq və Kufənin Şama hakimiyyət etməsini istəmələrinə görə idi.
    v) Onlardan sayca heç də az olmayan digər bir dəstə Allahın Rəsulunun (s) dünyadan getməsində saniyələri sayır, hər hansı yolla olursa-olsun, Əli ibn Əbi Talibin (ə) qüdrətə yetişməsinə mane olmaq istəyirdilər. Bu insanlar uzun müddətdən bəri özlərini hakimiyyət etməyə hazırlamışdılar.
    q) Digər bir dəstəsə adi müsəlmanlar idi, siyasi və ictimai işlərə o qədər də qarışmırdılar. Onların fikrincə, islam iman gətirmək, günahlardan uzaq olmaq və vacibatı yerinə yetirməkdən savayı bir şey deyildir. Onların bir çoxu bugün bizim bildiyimiz qədər yüksək imamət məqamı və ona itaətin vacib olması barədə heç şey bilmirdilər. Bəzi vaxtlar agahlığı olmayan bu müsəlmanlar nifaq əhlinə (münafiqlərə) itaət edərək hətta Allahın Rəsulunun (s) əmrlərinə də əhəmiyyət vermirdilər. Onlar şəri hökm olmayan göstərişlərə itaət etməməyin maneəsi olmasını düşünürdülər.
    Hakimiyyətə yetişmiş insanlara itaət etmələrinə, yaxud ruzigarın fərqinə varmayan bu insanların Allahın Rəsulunun (s) Əhli beyti ilə (ə) əsla düşmənçiliyi yoxdur. Əgər başqa bir nəfər hakimiyyətə gəlsəydi belə, onlar yenə də həmin işi görəcəkdilər.
    Əbdülhəmid Mədaini ustadının bu haqda olan sözlərini belə yazır:
    Hər yerdə camaatın əksəriyyətini təşkil edən kütlənin çox vaxt şəxsi fikri olmur. Külək hansı tərəfə əsirsə, o tərəfə də əyilirlər. Bunlar təqlid edənlərdir. Onların nə sualı olur, nə fikri, nə də ki, bəhs edirlər. Həmişə hakimə tabe olub onun qüdrətinə itaət edirlər. Hətta əgər vacib namazı gündəlik proqramdan çıxarsalar belə, onlar onu tərk etməyə hazırdırlar. Məhz buna görə də Allahın Rəsulunun (s) Əli ibn Əbitalib (ə) haqqında olan çox aydın göstərişləri tapdalandı, üstü örtülü qaldı. Əbu Bəkrlə olan beyət qüvvətləndi. Bəni Haşimin Peyğəmbərin (s) dəfni ilə məşğul olması onların fəaliyyəti və Allahın Rəsulunun (s) əmrləri ilə müxalifət etmək üçün fürsət yaratdı.
    Belə avam insanlar əsrində əgər bir dəstə adam bir neçə saat ərzində hakimiyyətə gəlib vəziyyəti ələ ala bilirsə,onları aram etmək və özü ilə həmfikr etmək elə də çətin olmayacaqdır.
    YADDAŞLARDAN SILMƏK SIYASƏTININ ƏSASLARI
    Yuxarıda qeyd olunan nöqtələri açıqlamaqla yanaşı Allahın Rəsulunun (s) vəfatından sonra Mədinənin ictimai vəziyyəti, camaatın həqiqət yolunu tapmaqda məsuliyyətsizliyi, həmçinin Əhli beyt (ə) müxaliflərinin hakimiyyətə çatmalarına işarə edəcəyik.
    ƏLI IBN ƏBI TALIBIN (Ə) FƏZILƏTLƏRINI GIZLƏTMƏK
    Şiə və sünnü kitablarında olan rəvayətlərə əsasən, Allahın Rəsulu (s) bir çox yerlərdə əmisi oğlu Əli ibn Əbi Talibin (ə) fəzilətlərini açıqlamış, camaata onun haqqında çoxlu sözlər demişdi. Amma bilmək lazımdır ki, bu gün bizim əlimizdə olan çoxlu və nəzmə salınmış bu rətəvayətlər heç də o zaman hamı üçün belə olmamışdır. Məxsusən, Mədinə və onun ətrafında yaşayan insanların bir çoxu savadsız və yazı yazmaqdan məhrum idilər. Əllərində olan yazılıların da əksəriyyəti Quran ayələrindən ibarət idi.
    Digər bir tərəfdən də özlərini Allahın Rəsulunun (s) qohumlarından sayan həzrətin bəzi ardıcılları qəlblərində Əli ibn Əbi Talibə (ə) olan kinə əsasən onun fəzilət və üstünlüklərini gizlətmək üçün əllərindən gələni edir, dəfələrlə onun haqqında şayiələr yayırdılar. (Qeyri-şiə rəvayətlərində bu şayiələrin sayı az deyildir) Bir vaxt şayiə yayaraq Allahın Rəsulunun (s) əziz qızı Fatimənin (ə) istəyinin əksinə olaraq Əbucəhlin qızını almaq istəməsinə görə Allahın Rəsulunu (s) əziyyət edənləri lənətləyən "Əhzab” surəsinin 57-ci ayəsinin Əli ibn Əbi Talibin (ə) haqqında nazil olmasını deyir (Başqa bir vaxt söz yayaraq) Allahın Rəsulunun (s) Əli ibn Əbi Talibə (ə) olan nifrətinin şiddətindən kənarında olmasın deyə "Təbuk” müharibəsində özü ilə aparmamasını söyləyirdilər.
    Bu baxımdan Allahın Rəsulu (s) hər zaman kürəkəninin fəzilətlərindən söz açıb həqiqəti açıqlamaq istədikdə, müxaliflər müxtəlif yollarla bu işin qarşısını almağa çalışır, yayılmasına mane olurdular. "Səhihi-Buxari” və "Səhihi-Müslüm” kitablarında onlarla yerdə oxuyuruq: "Allahın Rəsulunun (s) sözü bu yerə çatdıqda bir dəstə ya qışqırır, ya da təkbir deyərək həzrətin sözünü tamamlamasına imkan vermirdilər.”
    O cümlədən Cabir ibn Sumrədən olan rəvayətdə deyilir: Həzrət Peyğəmbərdən eşitdim ki, buyururdu: "Məndən sonra on iki əmir və xəlifə gələcəkdir.” O, həzrət daha sonra bir cümlə buyurdu ki, (bir dəstənin səs-küyündən) düz eşitmədim. (Allahın Rəsuluna (s) daha yaxın durmuş) Atam dedi: Eşitmədiyin cümlə bu idi: On iki nəfərin hamısı Qureyşdəndir.”
    Adətən, bu rəvayətə oxşar bir çox hədislərdə hədisin bir hissəsi pozulmuşdur. Təkcə başqa rəvayətlərin kənarına qoymaqla hədisin tam və həqiqi mənasını əldə etmək mümkündür.
    Beləliklə, Allahın Rəsulunun (s) Əlinin (ə) fəzilətləri və onun özündən sonra olacaq məqamını bəyan etmək üçün çəkdiyi zəhmətləri inkar etmək mümkün deyildir. Lakin bir çox yerlərdə hakimiyyət arzusunda olanların məkr, hiylə və qabaqcadan qurduqları tələlər nəticəsində bu xəbərlərin yayılmasının qarşısı alınırdı. Bu fitnələr o qədər təsirli idi ki, "Həccətul-Vida”da «يا ايّهاالرّسول» ayəsi nazil olduğu zaman Allahın Rəsulu (s) əvvəlcə onu çatdırmaqda azca gecikdi. Səbəbi, hakimiyyət eşqində olanların ümumiyyətin qəbul etməsinə mane ola biləcəklərindən və həzrətin əleyhinə hiylə qura biləcəyindən ehtiyat etməsinə görə idi. Buna görə də Allahın "Allah Səni camaatın şərrindən qoruyacaqdır” – təsəlli verəcək xəbəri yetişməyincə, Əli ibn Əbi Talibin (ə) imamət və rəhbərliyini aşkar şəkildə bəyan etmədi.
    KÜTLƏNİN RƏYİNİ AZDIRMAQ
    "Qədir-Xum” iştirakçılarının sayı təqribən 120 min nəfər idi və onların içərisində Mədinəyə qayıdanların sayı isə çox az qeyd olunmuşdur. Çünki Mədinəyə çatmazdan öncə bəziləri Şama, bəziləri Yəmənə və Ərəbistan yarımadasının cənub bölgəsinə doğru yola düşdülər. Peyğəmbəri-Əkrəm (s)-lə Mədinədən Məkkəyə gedənlərdən on min nəfərlik bir qrup da ətraf məntəqələrdən idilər ki, o həzrətə Mədinədə qoşulmuşdular.
    Burada da onların bəziləri qadın, bəziləri isə yaşlılar idi ki, ictimai səhnələrdə heç bir rol ifa etmirdilər. (4-5 min nəfərdən ibarət olan bu qrupun) çox hissəsini qullar və fəqirlər təşkil edirdi ki, müxtəlif məntəqələrdən gəlib Peyğəmbərə qoşulmuşdu, onların Mədinədə əsla qohum-əqrəbaları yox idi. Buna "Süffə” əhlini misal göstərmək olar. Deməli, bu arada sayı təqribən iki mindən çox olmayan bir dəstə qalırdı ki, onlar da adətən, rəislər və qəbilə başçıları idi. Bunlardan əlavə, Peyğəmbər (s)-in göstərişi ilə Mədinənin kənarında Üsamənin ordusu (Curf ordugahında olanlar) şəhərdə olmadıqları üçün heç bir qərar çıxara bilmirdilər.
    Bəziləri də xilafət və hakimiyyətin Peyğəmbəri-Əkrəm (s)-dən sonra Əli ibn Əbi Talibə (ə) çatmayacağına səy etməklə bağlı əhd-peyman bağlayanlar idi. Deməli, məlum olur ki, onlar imkan daxilində müsəlmanlar arasında əks-təbliğat aparmaq, iğtişaş yaratmaq və bəzilərini aldatmaqla "Qədir-Xum” hadisəsinin şahidlərini özlərinə cəlb etməyə, yaxud da heç olmazsa, bitərəf mövqedə olmağa vadar etmək istəyirdi. Necə ki, Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra belə də oldu və "Qədir-Xum” hadisəsinə şahid olanların çoxu ya xəlifənin tərəfdarları oldular, ya da bitərəf mövqedə qaldılar.
    Həmçinin, Əhli-beyt tərəfdarlarının "Səqifə”də təşkil olunmuş yığıncaqdan xəbərsiz qalmaları da digər amillərə əlavə olunur. Onlar Əbu Bəkrlə beyətdən o zaman xəbər tutdular ki, artıq müxalif qüvvələrin işi möhkəmlənmişdi.
    HAZIRLIQ İŞLƏRİ
    Islam Peyğəmbərinin (ə) Mədinədə əbədiyyətə qovuşduğu gününü müsəlmanların ən qəmli günü kimi yad etmək lazımdır. İllərlə belə bir fürsətin intizarını çəkən əyləşən bir neçə nəfəri müstəsna etməklə qalanları matəm içərisində olub, özləri və Islamın gələcəyi üçün nigaran idilər. O vaxt hətta bəziləri Peyğəmbərlik iddiası edib, Mədinəyə hücum etmək üçün fürsət gözləyirdi. Ərəbistanın qeyri-müsəlman qəbilələri və yaxud qonşu ölkələrdən bəziləri isə həmin fürsət pusqusunda duranlar ilə eyni məqsədi güdür, eyni fikirdə idilər.
    Bu zaman adi camaatın fikirləşdiyi ən ağıllı iş ehtimal verilən iğtişaşın yaranması müqabilində sükut etmək və evlərində əyləşib heç bir cinahla əlbir olmamaq, eləcə də hər hansı bir qrup və kəsin qələbəliyinə yəqin etməyincə, başqası ilə müxalifətə qalxmamaq idi. Onlar keçmişdə ərəblər arasında baş verən daxili müharibələri hələ unutmamışdılar ki, bəzən kiçik bir örüş və qoruq üzərində bir-birləri ilə illərlə belə müharibə aparırdılar.
    Bu ərəfədə Mədinə əhalisi sərgərdan qalmışdı. Onların çoxu Peyğəmbəri-Əkrəm (s)-in vəfatına inana bilmir, hətta o həzrətin vəfat etməyini inkar edirdilər. Bu mövqe fürsət axtaranların öz böyük siyasi məqsədlərinə çatması üçün əlverişli bir fürsət idi, xüsusilə, onlar öncədən belə bir fikri həyata keçirmək istəyirdilər.
    Onlardan başqa, müsəlmanlardan heç biri inana bilmirdi ki, bəziləri Peyğəmbər (s)-in pak cəsədini qüslsüz-kəfənsiz qoyub, hakimiyyətə çatmaları üçün beyət almaq və səs toplamaq ardınca olsunlar. Hətta onlar belə məqsədlər üzrə çalışan hər bir kəsin rüsvayçılıq, xəcalət və uğursuzluqdan başqa bir şey qazanmayacağını düşünürdülər. Bundan əlavə, o dövrün xalqı elə də uzaqgörən deyildi ki, gizli hərəkatları arayıb, onların qarşısını almaq üçün müəyyən bir qərar qəbul etsinlər.
    Əhli-beyt (ə)-ın məqam və mənzilətini tanıyanlar da bəzilərinin onları xar edib, məqam və vəzifələrini qəsb edəcəyini ağıllarına belə gətirmirdilər.
    Yəqubi yazır: "Əbu Bəkrlə beyət qalmaqalı qızışdıqda, Bərra ibn Azib heyrət və təəccüblə haşimilərin yanına gedib "Əbu Bəkrlə beyət olundu!” – dedikdə, onlar cavab verib dedilər "Müsəlmanlar bizsiz bu işi tutmazlar. Biz, Mühəmmədə (s) daha yaxınıq!” Abbas isə əlavə edərək dedi: "Kəbənin Allahına and olsun ki, bu işi gördülər!”
    Ibn Əbil-Hədid yazır: "Səqifə” günündə Əlinin qohumlarından biri onun şənində bir şer oxudu ki, onun tərcüməsi belədir: "Heç vaxt fikirləşmirdim ki, ümmətin rəhbərliyini haşimilərdən və imam Əbül-Həsəndən alsınlar...!”
    Imam Əli ibn Əbi Talib (ə) isə özü buyurmuşdur: "Allaha and olsun! Mən heç vaxt fikirləşməzdim ki, ərəblər xilafəti Peyğəmbərin (s) Əhli-beytindən alsın və yaxud məni ondan çəkindirsinlər!”
    PEYĞƏMBƏR (S)-İN ƏMRİNİN LƏĞV OLUNMASI İDDİASI
    Peyğəmbər (s)-in vəfatından sonra baş verən hadisələrin çoxu şiə müxalifləri tərəfindən qələmə alındığı, eləcə də tarixçilərin əksəriyyəti xəlifələrlə əlaqədə olduğu və onların əmrləri ilə oturub-durduğu üçün dəqiq bilmək olmur ki, Peyğəmbər (s)-in vəfatından sonra xilafəti qəsb edənlər öz rəftarlarını necə izah etdilər və camaata nə dedilər?! Görəsən, doğrudanmı camaat "Qədir-Xum”da imam Əli (ə)-la beyəti yaddan çıxarmışdılar?! Onlar özlərinə deyə bilmirdilər ki, o beyəti nə üçün pozdular?! Axı ərəblər öz əhd və beyətlərini hər şeydən üstün tuturdular?! Görəsən, "Səqifə”də iştirak edənlərin bəzisi "Qədir-Xum”da Əli ibn Əbi Taliblə (ə) beyət edən ilk kəslərdən deyildimi?! Belə isə, necə oldu ki, onlar camaat qarşısında öz əməl və rəftarlarını qanunauyğun qələmə verdikdə, camaat da onun Peyğəmbər (s)-in tövsiyəsi ilə zidd olduğuna irad tutmadılar?! Ənsar qrupu nə fikirləşir və gördükləri işin müqabilində bəhanələri nə idi?!
    Şübhəsiz, "Qədir” günündən Peyğəmbər (s)-in vəfat etdiyi vaxta qədər bəziləri Əli ibn Əbi Talib (ə)-ın xilafətə çatmaması üçün gecə-gündüz yorulmadan zəmin hazırlamağa çalışmış, bu haqda başqa-başqa qruplarla gizli danışıqlar aparmışdılar. Bununla belə, Peyğəmbəri-Əkrəm (s) vəfat etdikdə, camaatdan bəzisi, hətta Əbu Bəkrlə beyət edənlər də güman etmirdilər ki, onunla beyət etməyin mənası Əli (ə)-ın xilafət məqamını qəsb etmək deməkdir. Bəlkə də onlara elə başa salmışdılar ki, "Qədir-Xum” hadisəsindəki əhd-peymana sadiq qalmaq vacib deyil, yaxud bu gün Əbu Bəkrlə beyət etməklə "Qədir-Xum” əhd-peymanı pozulmur. Belə ki, seçilmiş xəlifənin işi həqiqətdə yalnız Islam qanununu icra etməkdir. Buna əsasən, camaatın mənəvi rəhbəri və siyasi işləri öhdəsinə alan kəs başqasıdır.
    Lakin Peyğəmbər (s)-in vəfatından sonra həqiqətdə "Qədir-Xum” peymanını pozmaqda bəhanə o həzrətin buyruğunun ləğv olunmasını iddia etmək idi. Yəni Əbu Bəkr və Ömərin iddiasına görə, Peyğəmbər (s) ömrünün son anlarında kürəkəni Əli ibn Əbi Talib (ə)-ın xilafətini ləğv etmiş və hökumət işlərini ümmətdən olan başqa birisinə tapşırmışdır.
    Əban ibn Əyyaş imam Baqir (ə)-ın belə buyurduğunu nəql etmişdir:
    "Biz Əhli-beyt Qüreyş tayfasının zülmündən və bizim əleyhimizə qarşı əlbir olmaqlarından nələr görməmişik! Həmçinin dostlarımız və şiələrimiz də nələr görməmişlər! Peyğəmbər (s) dünyadan gedərkən bizim haqqımızda nələr buyurmamışdı? O, bizə itaət etməyi əmr, bizi sevməyi vacib etmiş və camaata xəbər vermişdi ki, biz onların özünə özlərindən də artıq ixtiyar sahibiyik. Hətta bu sözü eşidənlərə qayibdə olanlara çatdıracaqlarını buyurmuşdu.
    Lakin onlar əlbir olub, Əlinin (ə) əleyhinə qalxdılar. O həzrət onların müqabilində Peyğəmbər (s)-in onun haqqında buyurduqları və camaatın da eşitdiklərini dəlil gətirsə də, onlar dedilər: "(Ya Əli!) Düz deyirsən. Peyğəmbər belə buyurmuşdu, lakin sonradan onu ləğv edərək buyurdu: "Biz bir Əhli-beytik ki, Allah-taala bizi əziz tutmuş, dünyanı bizə əta etməyi istəməmişdir (və onu bizə pisləmişdir). Allah-taala həm nübüvvəti, həm də xilafəti bizim üçün cəm etməmişdir.
    Dörd nəfər bu sözün doğruluğuna şəhadət verdilər... Həfsənin atası, Əbu Übeydə, Məaz ibn Cəbəl və Əbi Hüzeyfənin Salim qulu! Onlar həqiqəti yozdular, məsələni onlara həqiqət kimi cilvələndirdilər, onları geri oturtdular, xilafəti Allahın qərar verdiyi yerdən çıxartdılar...”
    Məhz bu güman üzündən sonradan Peyğəmbər (s)-in kürəkəni və qızı ənsardan kömək istədikdə, onlar dedilər: "Ey Peyğəmbərin qızı! Artıq iş-işdən keçmiş, biz o kişi ilə beyət etmişik! Əgər sənin əmin oğlu (Əli) onunla beyət etməzdən qabaq bizdən beyət istəsəydi, ondan başqası ilə beyət etməzdik.” Əli isə onların cavabında buyurdu: "Peyğəmbər (s)-in cənazəsini evində qüslsüz, kəfənsiz, namazsız və dəfnsiz qoyub, evdən çıxmalı və camaatla birgə hökumət işləri ilə məşğul olmalı idimmi?!”
    Sanki onlar Əli ibn Əbi Talib (ə)-ın mənəvi məqamına etiqad bəslədikləri halda, başqasına səs vermiş və artıq öz səslərini geri götürə bilməmişdilər!
    Həqiqət budur ki, bu gün əsrlər keçdikdən sonra hələ də məlum deyil ki, Qədir-Xumda iştirak edənlər "Səqifə” günü nə fikirləşirdilər?! Bəlkə də bəzilərini bu yozumla, bəzilərini başqa yozumla, bəzilərini hədələməklə, bəzilərini isə rüşvət ilə razı salmışdılar. Lakin Mədinə əhalisinin Səqifədən sonra düşüncəsiz işləri göstərir ki, onları aldatmaq Səqifə yığıncağını təşkil edənlər üçün çox da çətin bir iş olmamışdır. Hər halda, onlara belə başa salmışdılar ki, bu işlər (Əbu Bəkrlə beyət və s.) Peyğəmbər (s)-in göstərişinə əsasən yerinə yetirilir.
    Izzuddin Əbu Hamid Mötəzili yazır: "Mən qəbul edə bilmirdim ki, yaşlı səhabələr Əli (ə)-ın xilafəti haqda Peyğəmbər (s)-in göstərişi ilə müxalifət etsinlər. Buna görə də ustadım Əbu Cəfər Nəqib ləqəbi ilə tanınan Yəhya ibn Əbi Zübeydin yanına gedib, Əlinin fəzilətləri haqda danışdım və təkid etdim ki, gördüyünüz kimi, bu məsələ ilə bağlı hədislər Əlinin xilafətini açıq-aydın sübut edir. Belə isə, Peyğəmbər (s)-in səhabələri hansı bəhanə ilə o həzrətin Əli barəsindəki göstərişini inkar etdilər?
    Əbu Cəfər (bir neçə məsələyə işarə etdi və o cümlədən) dedi: "Sadəlövh camaat böyük səhabələrin qəti qərar və səslə Əlini xilafətdən kənarlaşdığını gördükdə, elə güman etdilər ki, onların bu işi mütləq Peyğəmbər (s) tərəfindən xüsusi göstərişə əsaslanır, onlar isə bundan xəbərsizdir və Həzrət gizli şəkildə göstəriş verərək, Əlinin xilafəti ilə bağlı keçmiş tövsiyələrini qüvvədən salmışdır. Xüsusilə, Əbu Bəkrin nəql etdiyi rəvayətlə, elə təsəvvür etdilər ki, onlar öz rəhbərlərini seçməkdə tam azaddırlar. Belə ki, Əbu Bəkr, Peyğəmbər (s)-in belə buyurduğunu demişdir: "Əl-əimmətu min Qüreyş!” (Imamlar Qüreyş tayfasındandırlar.) Bununla, camaat elə güman etdi ki, xalqın rəhbərliyini öhdəsinə götürən kəsin – kim olursa, olsun – Qüreyş tayfasından olması kifayətdir. Camaat öz-özünə belə deyirdi: "Onlar Peyğəmbərin hədəf və məqsədlərini bizdən yaxşı bildikləri üçün o həzrətin Əlinin xilafəti haqda xüsusi göstərişinə qarşı çıxmağın müqabilində müqavimət göstərmədilər.” Bu məsələnin təkidinə səbəb olan Peyğəmbər (ə)-dən nəql olunan bu hədis idi: "Müsəlmanların yaxşı güman etdikləri hər bir şeyi Allah da rəva bilir!” Həmçinin öz-özünə dedilər ki, Peyğəmbər yenə buyurmuşdur: "Allahdan ümmətimi azğınlıqda bir yerə toplaşmamasını istədikdə, O, bu istəyi məndən qəbul etdi!” Bəli, bu məsələlər səbəb oldu ki, camaat Əbu Bəkrin beyətinə çağıranlara qarşı xoşbin olsun!”
    O, söhbətinin davamında deyir:
    "Onlar Peyğəmbərin (Əli haqda) göstərişini inkar etmədi, əksinə yozdular. Dəlil və bəhanələri də bu idi ki, camaata belə dedilər: "Biz bu gün Peyğəmbərin olmadığı bir dövrdə yaşayırıq, səhnədə hazır olanlar da elə məsələrdən xəbərdardırlar ki, həmin səhnədən uzaq olanlar onu bilmirlər. Bəzən səhnədə hazır olmayan şəxsin göstərişi – mövcud vəziyyətdən xəbərdar və səhnədə hazır olmadığı üçün – müəyyən bir məsləhət üzündən icra olunmur. Həmin məsləhət isə onların iddiasına görə, ənsar qrupunun fitnəsi idi ki, əgər onun qarşısı alınmasaydı, onlar hökuməti ələ keçirəcək, bu zaman ərəb qəbilələri arasında böyük ixtilaf düşəcək və yersiz qanlar axıdılacaqdı. (Çünki ənsar qrupu mühacirlərin Mədinədən çıxmasına çalışırdılar ki, mühacirlərin ənsarla keçmiş ədavət və kin-küdurətləri müharibəyə səbəb olmasın.)”
    Həmçinin deyirdilər: "(Bizim Peyğəmbər (s)-in buyruğu ilə müxalifətimizin səbəbi budur ki,) əgər biz Əlini xəlifə seçsəydik, camaat Islamdan keçmiş cahiliyyətə qaydıb mürtəd olacaqdılar. Məgər ümmətin mürtədliyinə səbəb olan Peyğəmbər əmrinin icra edilməsi üçün mühüm bir əsası – dinin qorunub-saxlanılmasını itirməyimiz rəvadırmı?! Belə isə, yaxşı olar ki, Peyğəmbərin göstərişi ilə müxalif olsa belə, daha böyük məsləhətə əməl edək." (Beləliklə, bəziləri (Ömər) üçün belə yozumlarla Peyğəmbərin göstərişini kənara qoymaq elə də çətin deyildi!) O, hətta Peyğəmbərin öz yanında göstərişlərinə qarşı çıxmağa adət etmişdi. Necə ki, "Hüdeybiyyə” sülhündə və o həzrətin Abdullah ibn Übeyyin cənazəsinə namaz qılması ilə müxalifət etmişdi. Hər şeydən mühüm isə onun Peyğəmbərin ömrünün son anlarında vəsiyyətini yazmaq üçün kağız-qələm istəməsi qarşısında müxalifətidir... Bu müxalifətlər yolu kələcək işlər üçün asanlaşdırırdı. Görəsən, artıq Peyğəmbərin söz və rəftarı üçün imtiyaz və fəzilət qalmışdımı (ki, gələcək müxalifətlər camaatın müqaviməti ilə üzləşsin)?! Peyğəmbərin hüzurunda onun göstərişinə itaət etməyən kəs işi o yerə çatdırır ki, artıq bəziləri ondan tərəfdarlıq edərək "kağız-qələmə ehtiyac yoxdur!” – deyir və bununla da etiraz səslərini susdurur. Görəsən, belə cürətli bir şəxs öz nəzərində tutduğu məsləhətə əməl edərək Peyğəmbərin göstərişini bir kənara qoyub, Əbu Bəkrlə beyət edə bilməzmi?! Camaat Peyğəmbərin Əlinin haqqında buyurduğu hədisini Ömərə xatırladıqda, o deyirdi: "Peyğəmbər ömrünün son anlarında Əbu Bəkri camaat namazı qılmaq üçün məscidə göndərməsi Əlinin hakimiyyəti ilə bağlı keçmişdə dediyi sözünü qüvvədən salıb ləğv etməsinə bir dəlildir.”
    Burada yüksək əhəmiyyət daşıyan və camaatın onun haqda fikirləşməsi layiq olan məsələ aşağıdakı sualdır:
    "Mötəbər mənbələrə əsasən, Əli ibn Əbi Talibin (ə) canişinlik və rəhbərliyi məsələsi təqribən iyirmi il öncə (Məkkədə "inzar” günü) Peyğəmbərin öz qəbiləsinin əyan-əşraflarını Islama dəvət etdiyi vaxtda açıqlandığını fərz etsək də, bu, gələcəkdə də zamanın keçməsi ilə dəfələrlə yenidən təkrarlanmış və nəhayət, Qədir-Xumda rəsmiləşmişdir. Belə isə, necə ola bilər ki, bu qədər tədbirlər və iyirmi il üzərində sərmayə qoyulan bir məsələ Peyğəmbərin vəfatı zamanı o həzrət tərəfindən bir saatdan az bir vaxtda qüvvədən düşüb ləğv olunsun?! Belə bir siyasətin Peyğəmbərə (s) nisbət verilməsi ən pis hörmətsizlik və töhmət sayılmırmı?!
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 880 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024