İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:13 AM
    IMAMIN QƏRARININ INTIZARINDA
    Qüdrətli cinahın əlbir olması və mühacirlərin nüfuzu ilə xilafət məqamı qəsb edilib, Əbu Bəkrin dərhal xilafətə çatmasından sonra Əhli-beyt (ə)-ın tərəfdar və dostlarının çoxu Əli ibn Əbi Talib (ə)-ın qərarına göz dikdilər. Lakin o həzrəti təzyiq altında və səbir etməyə məmur olunduğunu gördükdə, hər bir nəticə əldə etməkdən naümid olub, sükut etdilər və məsələni ciddi şəkildə davam etmədilər. Bu mövqe hökuməti Əhli-beytin məqamına hörmətsiz etməyə daha da cürətləndirdi, yavaş-yavaş iş elə bir yerə gəlib çatdı ki, Əli ibn Əbi Talibin (ə) haqqından danışmaq günah sayılırdı. Məhz buna görə də Bəşir ibn Səd Ənsari o həzrətin dəlil və sübutlarını eşitdikdə, dedi: "Ya Əbəl-Həsən! Əgər camaat bu sözləri bundan qabaq eşitsəydilər, heç kim sənin barəndə ixtilaf etməz və hamı səninlə beyət edərdi. Lakin sən evdə oturduğun üçün camaat elə güman etdi ki, sənin xilafətə ehtiyacın yoxdur!”
    Digər tərəfdən isə haşimilər və Əli ibn Əbi Talibin (ə) tərəfdarları elə bilirdilər ki, qeyri-haşimilər tərəfindən xilafət məqamının qəsb ediləcəyi təqdirdə, haşimilər öz haqqını ala biləcəklər. Buna görə də hökuməti ələ keçirmək istəyənlərin səy və çalışmalarından çox da nigaran deyildilər.
    ƏLI IBN ƏBI TALIBƏ (Ə) QARŞI PAXILLIQ VƏ KIN-KÜDURƏT
    Camaatın Əmirəlmöminin əli ibn Əbi Talib (ə)-ın haqqının tapdalanması müqabilində sükut etməsinin ən mühüm dəlillərindən biri ərəb qəbilələrinin, xüsusilə Qüreyş tayfası və bəzi mühacirlərin o həzrətə qarşı paxıllıq, həsəd və kin-küdurət bəsləmələri idi. Ərəb qəbilələrin adəti bu idi ki, əgər onların qəbiləsindən bir kəs öldürülsəydi, onların özü və onlarla əhd-peyman bağlayanlar qatil qəbilədən intiqam almalıydılar, hərçənd, bu cahil adət-ənənə Islamdan sonra mahiyyətini əldən versə də, əsər-əlaməti hələ də qalırdı. Neçə illər sonra Peyğəmbər (s)-in təlim-tərbiyəsi və ümumi düşüncələrin nisbi genişlənməsi nəticəsində belə intiqamlara zəmin qalmırdı. Lakin ürəklərdə ədavət və kin-küdurət soyulmamışdı. Çünki qəbilələrin çoxu Peyğəmbərlə müharibə etmiş, onlardan bəziləri Əlinin (ə), yaxud haşimilərin vasitəsilə öldürülmüşdülər.
    Digər tərəfdən də qədim dövrlərdən Məkkə qibələləri, xüsusilə Qüreyş tayfası Haşimin nəvələrinə və onların mənəvi kamal xüsusiyyətlərinə qarşı həsəd aparır, onların yüksək ictimai mövqe qazandıqları üçün nigaranlıq hissi keçirir, onlardan bu məqam və mənzilətin aradan getməsi üçün günləri sayırdılar. Nəhayət, onların qəbilə təəssübləri şölələnib, ədavət, həsəd və paxıllıqlarını göstərdilər və bununla da onlar öz arzularına çatdılar.
    Bilazəri yazır: "Ənsar qrupundan olan Hübbab ibn Münzər "Səqifə” günü demişdi: "Biz müharibələrdə mühacirlərin ata-babalarını öldürdüyümüz üçün onlar bizdən qisas alacaqlar.” Ənsar, mühacirlərin ata-babalarının öldürdükləri üçün onlardan qorxu keçirdikləri halda, Peyğəmbərin kürəkəni Əli ibn əbi Talib isə Qüreyş tayfasının ən sərt rəftarlarının intizarını çəkməli idi. Çünki "Bədr” müharibəsində Qüreyşdən ölənlərin yarısı onun vasitəsilə qətlə yetirilmişdilər.”
    Izzuddin Əbu Hamid Mötəzili yazır:
    "Bir gün Allahın Peyğəmbəri əli ilə Əlinin çiyninə vurub ağladı və buyurdu: "Bir tayfanın ürəklərində qalan kin-küdurətlərə ağlayıram. Onlar mən ölənə qədər səndən bunu gizlədəcəklər!”
    Ibn Cərir Təbəri yazır: "Bir gün Ömər ibn Xəttab, Ibn Abbasa belə dedi: "Bilirsənmi ki, sənin atan Peyğəmbərin əmisi, özün isə onun əmisi oğlu ola-ola, nə üçün Qüreyş tayfası sizdən tərəfdarlıq etmədi?... Çünki Qüreyş tayfası həm nübüvvət, həm də xilafətin hər ikisinin sizin xanədanınızın ixtiyarında olmasını və bununla da qürur və şadlıq hissi keçirməyinizi istəmirdilər.”
    Bunu deyən kəs camaatın Əli ibn Əbi Talibə (ə) qarşı pislik etməsini çox yaxşı bilirdi. Elə buna görə də üzünü Ibn Abbasa tutub deyir: "Əmin oğlu Əli xilafətə daha layiq olsa da, Qüreyş tayfası ona tabe olmayacaq. Əgər o, camaata xəlifə olsa, onları haqq-ədalətə doğru yönəldəcək, lakin bu zaman (camaatın gizli narazılıqları səbəb olacaq ki,) onunla beyəti pozub, müharibə edəcəklər.”
    Həqiqətdə, ərəb qəbilələri Peyğəmbəri-Əkrəm (s)-in də rəftarına çox çətinliklə dözüb tab gətirdilər. Bəzi qəbilə başçıları açıq şəkildə etiraf edərək deyirdilər: "(Ya Mühəmməd!) Qüdrət sənin əlində olduğu üçün sənə iman gətirəcəyik; bu şərtlə ki, özündən sonra bizdən bir nəfəri xəlifə seçəsən!”
    Məkkənin fəthindən sonra zahirdə Islamı qəbul edən müşriklər zəifləyib gücsüz və qüdrətsiz olduqlarından Peyəğəmbər (s)-lə müharibədən əl çəkdilər. Bir tərəfdən o həzrətin şövkət və əzəməti, məqam və mənziləti onları təslimə vadar etdi. Digər tərəfdən isə həsəd, paxıllıq, ədavət və kin-küdurət onların içini yandırırdı. Həqiqətdə onlar Peyğəmbər (s)-ə qarşı olan ədavət və kin-küdurətlərini Əli ibn Əbi Taliblə (ə) hesablaşdılar.
    Peyğəmbəri-Əkrəm (s) elə bir hökumət qurmuşdu ki, onlar onu əldə etməyi arzu edirdilər. Buna görə də təbii olaraq bu məqsədin həyata keçməsini onun üçün hazırladılar. O həzrət vəfat etdikdən sonra qızıl fürsəti əldən vermədən tez bir vaxtda, hətta Peyğəmbər (s)-in cəsədinə qüsl vermədən xilafəti ələ keçirməli idilər, hərçənd, o həzrətin qızı Fatimənin (ə.s) evinə hücumla tamamlansa belə!
    Əli ibn Əbi Talib (ə) bunu təsdiq edərək buyurmuşdur:
    "...Ərəblər Mühəmməd (s)-in işini bəyənmir və Allahın ona əta etdiklərinə qarşı həsəd edirdilər... Onlar elə o həzrətin dövründən çalışdılar ki, o həzrətin vəfatından sonra işi Əhli-beytin ixtiyarından alsınlar. Əgər Qüreyş onun adını özləri üçün hakimiyyət vəsiləsi qərar verməsəydi və özlərinin tərəqqi nərdivanı bilməsəydilər, hətta o həzrətin vəfatından bir gün sonra belə, Allaha pərəstiş etməz, küfr və mürtədliyə qayıdardılar.”
    Onlar imam Əlinin (ə) qardaşı Əqilə belə bir məzmunda məktub yazırlar: "Qoy, Qüreyş gücləri çatacaq qədər azğınlıq və (ümmət arasında) ixtilaf yaratmaqda irəliləsinlər. Bu gün camaat qardaşınla müharibə etməyə əlbir olduqları kimi, keçmişdə də Peyğəmbər (s)-ə qarşı müharibədə əlbir olmuşdular.”
    Ibn Abbas əməvilər sülaləsinin Əli ibn Əbi Talibi (ə) söyməyin səbəbi haqda yazır: "Əməvilər sülaləsi həqiqətdə Əliyə nalayiq və yaramaz sözlər deməklə Peyğəmbəri-Əkrəm (s)-ə qarşı nalayiq sözlə deyirdilər. Çünki Peyğəmbər (s) buyurmuşdu ki, Əliyə nalayiq söz deyən kəs, həqiqətdə mənə nalayiq söz demişdir.” Lakin Peyğəmbərdən sonra hakimiyyəti ələ keçirdikdən sonra o həzrətin yerinə Əliyə (ə) nalayiq və yaramaz sözlər deməyə başladılar.
    Peyğəmbər (s) bütün Qüreyşin və Məkkə müşriklərinin hiylə və tədbirlərinə məruz qalmadı. Mədinədə o həzrətin əleyhinə dəfələrlə qoşun yürüdülsə də, Bəni-Haşim tayfası həmişə Qüreyş qəbiləsinə qələbə çalırdı. Düşmənlər onun Peyğəmbərliyi ilə qarşılaşa bilmədiklərini başa düşdükdə, məcbur olub risalət və Peyğəmbərliyini qəbul etdilər, haşimilərə qarşı ədavət, həsəd və kin-küdurətlərini söndürdülər. Lakin o həzrət vəfat etdikdən sonra o həzrətin Peyğəmbərlik şövkətini göstərən xilafət məqamının haşimilərin ixtiyarında olmasına heç bir vəchlə razılıq vermədilər.
    Əbdül-Həmid Mədayni Mötəzili, Əbu Cəfər Nəqibin sözlərini qeyd etdikdən sonra bir neçə incə nöqtəyə işarə edirərək, Əli (ə)-ın müxaliflərinin çirkin məqsədlərini ifşa edir. O yazır:
    "Bir qrup, ərəblərdən bəzilərinin Əliyə qarşı həsədini, bəzilərinin ondan intiqam və qisas alma hissini, bəzilərinin onun cavanlığını bəhanə etdiklərini, bəzilərinin Əlinin onlardan üstün olduğunu istəməsini, bəzilərinin həm Peyğəmbərlik, həm də xilafət məqamının bir tayfaya məxsus olduğunu qəbul edə bilmədiklərini, bəzilərinin onun dini işlərdə ciddi iltizamlı olduğundan qorxduğunu, bəzilərinin isə xilafətin bir tayfaya məxsus olmayıb, ərəb qəbilələri arasında dövr etməsi və onun hamıya qismət olduğunu düşünməsini nəzərə alaraq, onların Əliyə itaət etməycəklərini güman edirdilər. Bəziləri də onunla düşmənliyinə görə hökumət və xilafətinə razılıq vermədilər. Bu düşmənlik onun Peyğəmbərlə qohum olması üzündən idi. Bu qruplar içərisində əvvəldən Peyğəmbərliyə etiqad bəsləməyən münafiqlər bir-birləri ilə əlbir olub xilafəti Əlidən almaq və onu başqasına vermək istəyirdilər. Onların tanınmış şəxsiyyətləri dedilər: "Biz fitnə-fəsadın baş verəcəyindən qorxub, xilafəti ondan aldıq və bilirdik ki, ərəblər ona itaət etməyəcək.”
    O, başqa bir yerdə isə belə yazır:
    "Camaatın Peyğəmbər (s)-in Əli (ə)-ın xilafət və rəhbərliyi haqda açıq-aşkar buyruğunu inkar edənlərin müqabilində sükut etmələrinin səbəbi onların həmin vaxtlarda müxtəlif fikirlərdə olması idi. Onların bəzisi Əlinin düşmən və rəqibləri kimi tanınırdı ki, Əlinin xilafətdən kənarlaşmasına sevinir və bunu özləri üçün gözaydınlığı bilirdi.”
    Təcrübə göstərdiyi kimi, zaman ötüb-keçdikcə həsəd, ədavət və kin-küdurət şölələri sönür və bir nəsildən sonra daxili çəkişmələr unudulur. Lakin maraqlıdır ki, bu qanun Əli ibn Əbi Talib haqda icra olunmadı; zaman keçsə də, həsəd, paxıllıq, kin-küdurət və ədavət şölələri əsla sönmədi.”
    Ibn Abbas, Osmanın dediyi "Əgər xilafət sizin haqqınız idisə, bunu sizdən mənimsəyən elə öz qövmünüz idi!” – sözünə cavab verərək deyir: "Allaha and olsun ki, o qövmün xilafəti bizdən mənimsəməsinin səbəbi həsəd və kin-küdurətləri idi və sən bunu yaxşı bilirsən!”
    Əli ibn Əbi Talib (ə) Xüzeymət ibn Sabitə buyurmuşdu: "..Görürsənmi ki, Allah-taalanın elmdən mənə əta etdiklərinə qarşı necə paxıllıq edirlər?!” Məhz bu məsələlər üzündən Əli (ə) dəfələrlə Peyğəmbər (s)-in yanında şikayət edirdi.
    "Səqifə” yığıncağında və ondan neçə illər sonra imam Əli ibn Əbi Talibin (ə) xilafətdən kənarlaşdırılması üçün yaşının az olması ən mühüm bəhanə kimi yad edilirdi. Həqiqət isə budur ki, bunun əsas səbəbi onların qəlblərindəki həsəd, kin-küdurət idi və yaşlı bir şəxsin rəhbər olmasını əsas götürmək bəhanədən başqa bir şey deyildi.
    Təbərsi yazır: "Əbu Bəkr atası Əbu Qühafəyə məktub yazıb, xəlifə olmasını və Mədinəyə gəlməsini bildirdikdə, Əbu Qühafə məktubu gətirən qasidə dedi: "Necə oldu ki, Əlidən üz döndərdiniz?” O dedi: "Onun yaşı azdır, Əbu Bəkr isə ondan yaşlıdır, həm də ki, Qüreyşin böyüklərinin və başqa qəbilə başçılarının çoxunu qətlə yetirmişdir.” Əbu Qühafə dedi: "Əgər xilafətdə yaş əsas götürülürsə, onda mən buna oğlumdan daha layiqəm! Sözsüz, Əliyə zülm etdilər. Halbuki Allahın Peyğəmbəri onunla beyət etmiş və bizdən də beyət almışdı!”
    Onların arasındakı söhbətin ən mühüm nöqtəsi budur ki, qasidin Əbu Qühafənin cavabında Əlinin yaşının az olduğunu dəlil gətirsə də, dərhal sonra ərəblərin o həzrətə qarşı ədavət və kin-küdurətlərini açıqlayır.
    Həqiqətdə görəsən, həmin günlərdə kimlər bu bəhanə və dəlilin nə qədər puç və məntiqsiz olduğunu düşünürdülər? Buna diqqət yetirirdilərmi ki, Peyğəmbəri-Əkrəm (s) dəfələrlə Əliyə (ə) elə azyaşlı vaxtında xüsusi işləri tapşırırdı?! O həzrətin digər yaşlı və məşhur səhabələr ola-ola Əlini (ə) Yəmən xalqına qazı göndərməsi, müharibələrdə sərkərdə təyin etməsi, "Bəraət” surəsini çatdırması, "Xeybər” qalasını fəth etməyə göndərməsini və s. yozmaqmı olar?!
    ƏNSARIN MƏQSƏDI
    Ənsar qrupunun rəftarı və Əhli-beyti (ə) himayə etməməsinin səbəbi ilə bağlı bir neçə məsələyə diqqət yetirmək zəruridir:
    1. Bu gün ("Səqifə” yığıncağından on dörd əsr keçdikdən sonra) bizə gəlib çatan tarixi sənədlərdə Peyğəmbər (s)-in yerinə canişin təyin etmək üçün yığıncaq təşkil edən ilk qrupun "mühacir”lər deyir, "ənsar” olduğu göstərilir. Halbuki həmin hadisənin əsl mənbəsi ikinci xəlifənin sözləridir. Onun özü mühacirlərdən olduğu üçün ənsar haqda dedikləri də qəbul edilmir. Bundan əlavə, bir sıra şahidlər göstərir ki, ənsar qrupunun Peyğəmbər (s)-in canişinliyi ilə bağlı ciddi danışıqları mühacirlərin məclisə daxil olduqları zaman başlandı.
    Rəvayətlərdən belə başa düşülür ki, Səd ibn Übadənin evi "Səqifə”nin yaxılığında olmuşdur. Çünki "Səqifə” yığıncağından sonra bir neçə nəfər onu çiyninə götürüb, yavaşca evinə apardılar. Ənsarın mövqe və ruhiyyəsi ilə daha uyğun gələn məsələ budur ki, ehtimala görə, həmin gün ənsardan bir neçə nəfər Sədin görüşünə getmiş, elə orada da kimsə Peyğəmbər (s)-in vəfatını ona xəbər vermiş və Səd də onun görüşünə gələnlərə Mədinənin mövcud vəziyyəti və Islamın gələcəyi haqda müzakirə aparmağı məsləhət görmüşdür. Belə bir siyasi mövqedə hər bir ictimai şəxsin bir neçə nəfərlə keçmiş və gələcək hadisələrlə bağlı söhbət etməsi təbiidir.
    Heç bir tarixçi ikinci xəlifənin vasitəsilə nəql olunmuş hadisəni səbəbsiz və dəlilsiz yerə ənsarı xilafəti ələ keçirmək üçün sadə bir yığıncağı təşkil etməklə ittihamlandırmamışdır. Lakin bu hadisə ənsarın müxalifləri və "Səqifə” iştirakçılarının vasitəsilə bəyan olduğu, xəlifələrin təbliğat vəsilələri ilə yayıldığı, eləcə də müxalif və ziddiyyətli rəvayətlərə diqqət yetirilmədiyi üçün gələcək nəsil onu ənsar qrupunun, xüsusilə Səd ibn Übadənin xilafət və hökuməti ələ keçirməkdə nəfsi istəkləri üzündən yaranan bir hadisə kimi qələmə vermişlər. Inkar etmək olmaz ki, ənsar dəstəsinin adi görüşünü siyasi görüş kimi göstərən ən mühüm amil o üç nəfər mühacirin ənsar dəstəsinə qoşulması idi. Onlar cəmiyyəti istədikləri səmtə doğru yönəldib, istədikləri qədər bəhrələndilər. Sonra elə bir iş gördülər ki, sanki xilafəti ələ keçirmək uğrunda çalışan ilk qrup ənsar olmuş, mühacirlər isə ənsarın fitnə-fəsad törədəcəklərindən qorxub "Səqifə” yığıncağının təşkil olunmasına razılıq vermişlər.
    Hər halda, mühacirlərə kömək etməyə razılıq verən ənsarın sülməramlı rəftarından başa düşülür ki, onlar ilk yığıncaqda xilafəti ələ keçirmək qərarında olmamışlar. Bəzi tədqiqatçıların yazdığına görə, ənsar Peyğəmbər (s)-in təşkil etdiyi siyasi qurumun dağılmamasını ehtimal verib, özlərinin bir yerə toplaşması ilə qüdrəti ələ almaq istəyir və elə güman edirdilər ki, mühacirlərin Mədinədə qalmamalarına dair qənaətbəxş dəlilləri olmayacaq, bununla da Məkkəyə qayıdacaq və Mədinədə də qalmaq istəyənlər ehtimal üzrə ənsarın hakimiyyətini qəbul edəcəklər.
    2. Bu təhlillərdən əlavə, öncə işarə etdiyimiz kimi, daha çox "Səqifə” yığıncağının "Ovs” qəbələsinə mənsub olan iştirakçılarından bir neçə nəfərin yığıncaqda iştirak etməkdə məqsədləri Əli ibn Əbi Talibin (ə) hakimiyyətə çatmasının qarşısını almaq idi. Onlardan "Ovs” qəbiləsinin sərkərdəsi Üseyd ibn Həziri misal göstərmək olar. O, ənsar dəstəsindən olsa da, sonrakı mövqeyi ilə göstərdi ki, məqam və vəzifə düşkünü və Peyğəmbərin Əhli-beytinin düşməni olan mühacirlərin gizli köməkçi və dostlarından, xəlifəyə ilk beyət edənlərdən, Əli ibn Əbi Talib (ə) və digər haşimilərdən beyət almaq üçün Fatimeyi-Zəhra (ə.s)-ın evinə hücum çəkənlərdən olmuşdur.
    Ikitərəfli casus rolunu oynayan bu bir neçə nəfəri müstəsna etməklə əqidələri süst olan, xilafət və rəhbərliyə çatmaq istəyən digər şəxslər də həsəd, yaxud rəqabət üzündən Əli (ə)-ın rəhbərliyinə razı deyildilər. Bəziləri isə sonradan qeyd edəcəyimiz dəlillər üzündən o həzrətlə müxalif idilər.
    Onlardan başqa, qalan şəxslər Peyğəmbərin (s) imam Əli (ə) haqda buyruqlarını tapdalamaq məqsədilə deyil, yalnız mühacirlərin qüdrətə çatmasının qarşısını almaq üçün "Səqifə” yığıncağında iştirak etdilər. Onların içərisində də bəziləri Əli (ə)-a etiqad və məhəbbət bəsləməklə yanaşı, o həzrətin hakimiyyətə çatmasını həqiqətdə mühacirlərin gələcək hökuməti üçün ilk arddım hesab edirdilər. Ənsarın siyasi təfəkkür və təcrübəsi olmasa da, heç olmazsa, bu qədər düşünə bilirdilər ki, qüdrətlilər Əhli-beytdən olan şəxsin hökumətinin davam etməsinə imkan verməyəcəklər. Tez, ya gec Əhli-beytin istəyi ilə qurulan ədalətli hökumət dağılacaq və hakimiyyəti elə kəslər ələ alacaq ki, nə dinə, nə də ənsar qrupuna dəyər-qiymət verməyəcəklər.
    Bəzi mühacirlərin Qədir-Xumdan Mədinəyə qədər gizili hərəkətləri, Üsamənin ordusunda iştirak etməkdən boyun qaçırmaq və s. rəftarları ənsarın diqqətindən yayınmırdı. Onlar qabaqcadan bilirdilər ki, hökumət Peyğəmbərin (s) kürəkəni Əli ibn Əbi Talibə (s) çatmayacaqdır.
    Peyğəmbəri-Əkrəm (s)-in vəsiyyətinin yazılmasının qarşısının alınmasından sonra cəmiyyətin çoxu artıq başa düşdü ki, Əli ibn Əbi Talibin (ə) rəhbərliyi ilə müxalifət məsələsi doğrudan da ciddidir. Çünki onlar düşünürdülər ki, Peyğəmbər (s)-in yaşadığı dövrdə hörmətsizliklə Əli (ə)-la düşmənliyə israr edənlər, sözsüz, o həzrətdən sonra daha asanlıqla onunla ədavət, düşmənlik və müxalifətə qalxa biləcəklər. Onların Peyğəmbər (s)-in evindəki rəftarı hamını təəccübləndirmişdi. O vaxta qədər məqsədləri və kimin himayə edəcəkləri bəlli olmayanlar tanındı və məlum oldu ki, bəziləri Əhli-beytlə müxalifətə qalxmaq üçün bir-birləri ilə əlbir olmuşlar.
    3. Mühacir və ənsarın "Səqifə”dəki müzakirələrindən açıq-aydın başa düşülür ki, ənsar qrupu mühacirlərdə yaxşı və mülayim davranırmışlar. Məhz bu səbəbdən də rəhbərdən söz düşdükdə, xilafəti mühacirlərin iştirakı ilə öz öhdələrinə götürməyə razılıq verdilər. Onlar xilafət və rəhbərliyi müsəlmanlara hakim kəsilmək və zor tətbiq etmək kimi izah etmir, məqsədləri mühacirlərin hökmranlığı ilə onlara dəyəcək zərəri dəf etmək idi.
    4. Ənsarın mühacirlərdən qoxusunun bir neçə səbəbi vardı ki, onlardan biri Peyğəmbəri-Əkrəm (s)-in xəbərdarlığına əsaslanırdı. Belə ki, Peyğəmbər (s)-in müşriklərlə apardığı səkkiz il davam edən müharibələrin nəticəsində Qüreyş tayfası Mədinə əhalisi tərəfindən ağır zərbələrə məruz qalmışdı. Ondan qabaq isə ənsarın Peyğəmbər (s) və Islamı müdafiə etmək məqsədilə qəbul etdikləri "İkinci Əqəbə” adlı əhd-peymanı məkkəlilərin mədinəlilərə qarşı kin-küdurətinə səbəb olmuşdu. Çünki müsəlmanların Mədinəyə hicrəti və nəticədə Mədinənin Islam hökumətinin mərkəzinə çevrilməsi həmin əhd-peymandan sonra baş verdi. Ənsar Peyğəmbər (s)-i qəbul etməklə yanaşı elə bir kəsi də himayə edirdilər ki, o, ərəblərə ağır zərbələr endirmiş, rahatlıq və aramlığı onlardan almışdı. Hətta ona qarşı o qədər qəzəbli idilər ki, onu öldürmək üçün dişlərini belə qıcıtmışdalır!
    Həm mühacir, həm də qeyri-mühacir məkkəlilər ənsara qarşı ədavət və kin-küdurət şölələrini söndürmək üçün münasib fürsət gözləsələr də, Peyğəmbər (s)-in həyatında buna zəmin yaranmadı. Buna görə də "Ovs” və "Xəzrəc” qəbiləsindən ənsar həmişə Peyğəmbər (s)-in həyatda olmadığı və məkkəlilərin onlardan intiqam almalarından qorxur, Səd ibn Übadənin Məkkənin fəthi günü "Bu gün intiqam günüdür!” – deyə fəryad etdiklərini hələ unutmamışdılar. Ənsar yaxşı bilirdi ki, tez, ya gec Məkkənin qəbilə başçıları onlardan qisas alacaq. Bu qorxu Hübbab ibn Münzəri "Səqifə”də mühacirlərə belə deməyə məcbur etdi: "Mən bundan qorxuram ki, əgər bu iş (hökumət) sizin əlinizlə möhkəmlənsə, keçmiş ədavət və kin-küdurətlər üzündən bizimlə müharibəyə qalxacaqsınız.”
    O, Səqifədən çıxanda yoldaşlarına belə deyirmiş: "Bir gün dediklərimin şahidi olacaqsınız. Allaha and olsun! Elə bil, o günü görürəm ki, sizin övladlarınız onların evlərinin qapısına sarı əl uzadır, onlar isə sizə bir içim suyu mənimsəyirlər!” Bu zaman Əbu Bəkr ona belə deyir: "Doğrudan da bizdən bu qədər qorxursunuz?” Hübbab deyir: "Səndən əsla qorxmuruq, səndən sonra hakimiyyətə gələndən kəsdən isə qorxuruq!”
    Ibn Qüteybə yazır: "Həmin məclisdə Hübbab, Əbu Bəkrə dedi: "Səndən sonra (xilafətə) elə bir kəs gələcək ki, bizə zülmü dadızdıracaq!”
    Ibn Əbil-Hədid yazır: "Gələcək hadisələr Hübbabın uzaqgörənliyini isbat etdi. Əməvi sülaləsi hakimiyyətə gəldikdə, Mədinəyə hücum çəkərək ("Hirrə” hadisəsi) elə cinayətlər törətdilər ki, qələm onları yazmağa xəcalət çəkir!”
    Ənsar qrupu xilafətin tez bir zamanda əsl mehvərindən çıxıb, onlara nəinki üstünlük verməyən, üstəlik onları daha da işkəncəyə məruz qoyan bir sıra şəxslərin əlinə keçdiyini bildikdən sonra sakit qalmağı məsləhət bilmədilər, tezliklə "xilafəti öhdəsinə alan müxaliflərini xilafətdən kənarlaşdırmaq”la əlaqədar məclis təşkil etsələr də, bu, rəqiblərinə daha çox kömək edirdi.
    Bütün bunlardan əlavə, onların keçmişdəki təsəllibəxş rəftarları həyəcanlı vicdanını sakitləşdirirdi. Belə ki, onlar keçmişdə Islamın genişlənib hər tərəfə yayılmasında böyük rol ifa etdikləri üçün xilafət məqamını zəhmətləri müqabilində bir mükafat kimi bilir, buna görə də özlərini günahkar hesab etmirdilər.
    Bizim əqidəmizə görə, bu bəhanə vicdan əzabını aradan qaldırmaq üçün elə də əsassız deyildir. Lakin həqiqət budur ki, əgər onlar (xəlifə seçməkdə) tələsməyib, hamılıqla Peyğəmbər (s)-in göstərişinə əməl etsəydilər, heç bir hadisə baş verməyəcək, ümumi səadət, əmin-amanlıq və təhlükəsizlik təmin ediləcəkdi.
    Əllamə Müzəffər bu məsələ haqda yazır:
    "Bu amillər bəzən adi ruhiyyəli insanları öz meyllərini icra etmək üçün qane edir... və şəfqəti hislərin təsirindən onlara ilham olunan istəklərinin düzgün olduğuna inanararaq, bu istək və meyllərin hidayəti uğrunda saçan ən aydın haqq nurunun və bu yolda nəfsani ilhamlarının fəsad və yanlış olduğunu bildirən dəlilin görünməməsinə səbəb olur.”
    PEYĞƏMBƏR (S)-IN ƏNSAR QRUPUNA XƏBƏRDARLIĞI
    Qeyd edilənlərdən əlavə, Peyğəmbər (s)-in ənsar qrupunun gələcəyi ilə bağlı buyruğu və uzaqgörənliyi onların mühacirdən qorxmalarının ən mühüm amillərindən sayılır. Lakin o həzrətin buyruğunda məqsəd bu deyildi ki, onlar Səqifədə məclis təşkil etsinlər. Peyğəmbər (s)-in onlar barəsindəki buyruğu belədir:
    "Tezliklə məndən sonra kənara qoyulacaqsınız və başqaları sizdən irəli keçəcəklər (sizi müharibə qənimətləri, hökumət və vəzifədən məhrum edəcəklər). (Bu zaman) qiyamət günü "Kövsər” hovuzunun kənarında mənə qovuşana qədər səbirli olun! Başqaları irəliləyəcək, ənsar isə tənəzzül edəcək, hətta duz kimi yeyiləcəklər. Hər kəs onların işlərini öhdəsinə götürsə, yaxşılarını qəbul etsin, pislərini isə bağışlasın!”
    BIRINCI HÖKMDARIN HAKIMIYYƏTININ TƏSBIT EDILMƏSI
    Həqiqətdə camaatın "Səqifə”də məclis təşkil olunduğu ilk günlərdəki sükutu ilə sonrakı zamanlar arasında fərq azdır. Ilk günlərdə deyilən amillərdən əlavə, camaatı qorxu və vəhşətə salan amili unutmaq olmaz. Peyğəmbər (s) öz həyatında bəzilərinin hörmətsizlik və nalayiq rəftarlarının qarşısını ala bilmədiyi vaxtdan qılınc ilə o həzrətin ölümünün inkar edildiyi, sonra isə Bəni-Əsləm tayfasının hücumu nəticəsində xəlifə ilə beyətin qəti olduğu vaxta qədər camaat qorxu və qılınc kölgəsindən başqa bir şey görmədilər. Hökumət müxalifləri açıq-aşkar məhkum, dövrün ən şərəfli şəxsinin məqam və mənziləti təhqir edilirdi. Bu zaman adi camaatdan hər kim canını azacıq belə istəsəydi, ən ağıllı iş sakit qalmaq idi.
    Qabaqda qeyd edilənlərə əsasən, Peyğəmbər (s)-dən sonra baş verən hadisələr əksərən tarix kitablarında təhrif edilib dəyişdirilmiş, ya da bəzi mətləblər qələmə alınmamış və məzhəbi əqidələr, baxışlar və siyasi hakimiyyət tarixçiləri hadisələri yanlış yazmağa vadar etmişdir. Onlar o dövrün ümumi düşüncələrini təhlil edərək yazırlar: "Xalqın əməl və rəftarı göstərir ki, Əli ibn Əbi Talib (ə) ümumxalq kütləsinin düşüncəsində möhkəm yer tutmadığından başqalarına məhəbbət bəsləyərək onları Əliyə üstünlük vermişlər.”
    Bütün tarixi təhlillərdən əlavə, bu nəzərin rəddi ilə ələqadər bir nöqtəni qeyd etməklə kifayətlənirik ki, birinci xəlifə ilə müxaliflər arasındakı müharibədə Əli ibn Əbi Talib (ə)-ın razılığı cəlb olunmadığı vaxta qədər heç kim hökuməti himayə edərək müxaliflərlə döyüşə başlamadı. Bilazəri yazır: "Camaat dəstə-dəstə müxalif qüvvələrlə mübarizə etmək üçün yola düşdüyü vaxtda Əli (çarəsizlikdən) Əbu Bəkrlə beyət etdi.”
    Elə ilk günlərdə hökumətlə üz-üzə duran Malik ibn Nüveyrə kimi şəxslər qətlə yetirildi və Fücaə kimilər Mədinə məscidində diri-diri yandırıldı. Bu hadisə o qədər rüsvayçı və dəhşətli idi ki, hətta Əbu Bəkr ömrünün son anlarında belə deyirdi: "Kaş, Fücaəni yandırmayaydım!” "Bədr” müharibəsinin unudulmaz qəhrəmanı Hübbab ibn Münzəri öldürüb, cəsədini gizlincə dəfn etdilər.
    Bütün bu hadisələr birinci xəlifənin hakimiyyətə gəldiyi ilk günlərdə baş vermişdir. Sonrakı vaxtlarda isə bir neçə amil hökumətlə müxalifəti daha da şiddətləndirdi ki, bəziləri bundan siyasi-hərbi, bəziləri də əqidəvi-mədəni, yaxud sosioloji bəhrələr apardı.
    ƏQIDƏVI-MƏDƏNI AMILLƏR
    a) Risalət xanədanının səbri və sükutu: Zaman ötüb-keçdikcə ümumcamaata, şiələrə və azadlıqsevərlərə aydın oldu ki, Əli ibn Əbi Talib (ə) inqilab etmək istəmir və Peyğəmbər (s)-in göstərişi ilə səbir etməyə üstünlük verir. Digər tərəfdən, qəbilə başçıları isə təhdid olunur və ya dünya malı ilə ələ alınırlar. Bunlar hökumətin əsasını daha da möhkəmləndirir, hakim dairənin və rəislərin istədikləri kimi rəftar etmələrinə icazə verir, müxalifəti çətinləşdirirdi.
    b) Saxta hədislər düzəltmək: Peyğəmbəri-Əkrəm (s)-in kəlamları müəyyən qədər gələcək həqiqətləri aydınlaşdırsa da, hakim dairənin siyasəti bir sıra saxta hədislər qondarmaqla camaatı özlərinə yaxınlaşdırdı. Hal-hazırda əhli-sünnənin müxtəlif hədis kitablarında Peyğəmbər (s)-dən nəql olunana yüzlərlə rəvayətdə camaata tövsiyə edilir ki, həmişə hakimlərə zülmkar olsalar da belə, tabe olsunlar.
    Ərəfcədən nəql olunan məşhur bir hədisdə Peyğəmbər (s)-in belə buyurduğu göstərilir: "Tezliklə mənim vəfatımdan sonra bir sıra hadisələr... baş verəcək ki, onda hər kəs cəmiyyətin və müsəlman ümmətinin istəyini bir-birləri ilə müvafiq və bir olduqları halda ixtilaf və təfriqəyə çəkəcək. Hər kim olursa olsun, onu qılıncla vurun (öldürün).”
    Bu rəvayət ona bənzər rəvayətlə birgə başa salmaq istəyir ki, müsəlmanlar hətta batil yolda belə, vəhdət və birlik təşkil etdikləri halda, bir nəfər onları doğru yola yönəltməyə çalışsa, ona tabe olmayın, əksinə onu öldürün.
    v) İqtisadi mövqeyi qoruyub-saxlamaq: Hakim dairəyə təhdid, yaxud dünya malı ilə aldanıb tabe olan səhabələr adətən, keçmişdə Ərəbistan yarımadasının uzun illər bir qurtum saf su içmək və bir qarın dolusu yemək arzunusunu çəkən bədəvi (çöl) ərəbləri idi. Onlar ikinci xəlifənin hökmü ilə ətraf nahiyələrin məhsuldar toraqları, bağları, abad şəhərlərinin hakimi, gözəl qadın və kənizlərinin sahibi olurdular. Amma əgər Əli ibn Əbi Talibi (ə) himayə etsəydilər, bu iş mümkün olmayacaqdı. Məhz bu əsas üzrə hər vaxt bir kəs imam Əlini (ə) himayə etmək məqsədilə hökumətlə ciddi müxalifətə qalxırdısa, həm deyilən imkanlardan məhrum olunur, həm də adı beytül-mal alanlar səhifəsindən silinir və maaşı kəsilirdi. Yavaş-yavaş camaat başa düşürdü ki, risalət xanədanını himayə edərək xəlifə ilə müxalifətə qalxmaq nəinki heç bir nəticə vermir, üstəlik onların adi yaşayışı da dağılır. Belə isə ən yaxşı iş sükut və səbir etmək, hətta hökumətlə birgə olmaqdır.
    Cövhəri yazır: "Əbu Bəkr hökumətini möhkəmləşdirdikcə, ənsar və mühacir qadınlarına pul verirdi. Bəni-Ədiyy ibn Nəccar tayfasından bir qadının payını Zeyd ibn Sabitə verdi ki, ona çatdırsın. Zeyd onun payını verdikdə, qadın "Bu nədir?” – deyə soruşduqda, Zeyd dedi: "Xəlifənin qadınlar arasında böldüyü paydır.” Qadın dedi: "Dinimi rüşvətlə əlimdən almaq istəyirsiniz?!” Allaha and olsun! Ondan bir şey qəbul etməyəcəyəm.” Bununla da xəlifənin göndərdiyi payı geri qaytardı.
    q) Xəlifənin həyat tərzi: Peyğəmbəri-Əkrəm (s)-lə bir vaxtda yaşayan camaat həm özlərinin, həm də rəhbərinin sadə yaşayışına adət etdiklərindən, bu xisləti hakimiyyət və rəhbərliyin ən mühüm meyarı kimi bilirdilər. Tərki-dünyalıq, zahidlik və qənaətə üstünlük verib, yemək-içmək və geyiminə etina etməyən kəs rəhbərliyin digər şərtlərinə malik olmasaydı belə, hökumət və rəhbərliyə layiq görülürdü. Əli ibn Əbi Talib (ə) bu xislətin ən yüksək dərəcəsinə malik olsa da, öncə qeyd edilən amillərə görə, ümumxalq razılığını qazana bilmədi, başqaları isə onun az bir hissəsinə malik olduğu halda, hökuməti ələ keçirtdilər.
    Ilk iki xəlifə (Əbu Bəkr və Ömər) camaatın istədiyi həmin xislətlərə malik idilər. Əhli-sünnə tədqiqatçılarından biri bu məsələ ilə bağlı yazır:
    "Dünya onlara (Əbu Bəkr və Ömərə) üz gətirdikdə, mal-dövləti camaat arasında böldülər, özləri isə ondan bir şey götürmədilər. Bu isə camaatın qəlbini onlara sarı yönəldib, bədgümanlarını xoşbinliyə çevirdi. Burada onlara qarşı şəkk-şübhədə olanlar öz-özünə dedilər: "Əgər onlar nəfsani istəkləri uğrunda çalışırdılarsa, Peyğəmbər (s)-in göstərişlərinə əks çıxmaz və hökumətə çatan kimi özləri üçün mal-dövlət, sərvət yığmaqla məşğul olardılar. Necə ola bilər ki, onlar həm Peyğəmbər (s)-in göstərişini, həm də dünya ləzzətini tərk etsinlər?”
    Bu iş səbəb oldu ki, kimsə onların işlərinə şəkk-şübhə etməsin. Əksər adamlar onların hökumətini qanuni, düzgün hesab etdi, əməl və rəftarlarını təsdiqlədi. Burada xalq mühüm bir məsələni, yəni hökmranlıq ləzzətini unutmuşdular və bundan qafil idilər ki, böyük məqsəd və himmətə çatmaq istəyən yemək, içmək, sərvət və cinsi ləzzətlərdən keçirlər.
    Camaatın ilk iki xəlifəni sevməsinin, bunun müqabilində isə üçüncü xəlifəyə qarşı çıxıb onu öldürməsinin səbəbi bu idi ki, Osman onların əksinə olaraq dünya və mal-dövlət düşkünü idi, özü, əhli-əyalı və qohum-əqrəbasını camaatdan üstün tuturdu. Əgər o da əvvəlki xəlifələr kimi rəftar edib, əhli-əyalını mal-dövlət yığmaqdan çəkindirsəydi və onu camaata paylasaydı, hətta qibləni Kəbədən Beytül-Müqəddəsə tərəf döndərsəydi belə, kimsə ona irad tutmayacaq, əgər gündəlik beş namazdan birini azaltsaydı, yenə kimsə ona etiraz etməyəcəkdi.
    Bundan əlavə, camaat elə bir rəhbər istəyirdi ki, qohum-əqrəbasını, yaxınlarını onlara hakim etməsin, onlara təzyiq göstərib zor tətbiq etməsin, din və dünya işlərinidə onlara tələbkar olmasın, yaxşı və rifah içərisində yaşamalarının qarşısını almasın.
    Camaat Əlinin elm, təqva və fəzilətinin nə həddə olduğunu bilməsələr də, bunu yaxşı bilirdilər ki, o, ərəb və əcəm arasında heç bir fərq qoymur, kiçik bir günahdan keçmir, kimsənin təhdidindən qorxmur, ilahi məziyyət və meyarlardan başqa bir şeyə diqqət yetirmir. Məhz bu səbəbdən də onun hakimiyyət və rəhbərliyini qəbul etmək camaata ağır gəlirdi. Necə ki, həyat yoldaşı Fatimeyi-Zəhra (ə.s) bu haqda buyurmuşdur: "Camaatın Əli ibn Əbi Talibin (ə) öz haqqından məhrum edib, xilafətdən kənarlaşdırmasının səbəbi Həzrətin haqq yolunda işləri şiddət və möhkəm tutmasından və Allah yolunda qılıncının qüdrətindən qorxmaları idi.”
    O vaxta qədər müsəlmanların elə də siyasi-ictimai təcrübəsi yox idi ki, rəhbərlərinin necə olduğunu – təcrübəsiz, təqvasız və dini əhkamları bilməyən bir rəhbərin dini və dindarları nə qədər əyri yola yönəldəcəyini, gələcək nəslin azğınlığını artıracağını və dinin yolunu əyriliyə sövq edəcəyini dərk etsinlər.
    SOSIOLOJI AMIL
    a) Ictimai hadisələrdə kütlənin siyasi mövqeyi elə dəyişilir ki, biri bütün məziyyətlərə malik olduğu halda məhv olur, digəri isə heç bir ləyaqəti olmadan onun yerini tutaraq ucalır. Bu zaman bəzən insanın dostları da ətrafından dağılır və onu himayə etmirlər.
    Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra müxtəlif amillər üzündən camaatın çoxu siyasi duruma tabe olaraq o həzrətin Əhli-beytindən üz döndərdilər. Bu vəziyyət Əli ibn Əbi Talib (ə)-ın xilafəti dövrünə qədər davam etdi.
    b) Birinci xəlifənin hakimiyyət və rəhbərliyi təsbit edildikdən, qəbilə rəislərinin təsdiqindən sonra müsəlmanların hökumətlə müxalifətə qalxmaq üçün yeni nəzər vermələrinə yer qalmadı. Onlar öncə müsəlmanların başına nələr gəldiyindən xəbərdar deyildi, digər tərəfdən isə bilirdilər ki, Mədinə əhalisinin Peyğəmbəri-Əkrəm (s)-lə birgə yaşadıqları üçün şübhəsiz, vəhy vasitəsilə hər gün və hər saat nazil olan yeni hökmlərdən agah olurdular. Bundan əlavə, paytaxt və mərkəzdən uzaq olan bir qəbilə rəisi üçün kimin xilafətə gələcəyi heç də maraqlı deyildi. Onu maraqlandıran əsas məsələ öz tayfasının başçılığını öhdəsində saxlaması və kiminsə onunla müxalifət etməməsi idi.
    SIYASI-HƏRBI AMIL
    Birinci xəlifənin hakimiyyətinin təsbit edilməsinə zəmin yaradan millərdən biri də Mədinədə qəbilələrin onun hökumətinin əleyhinə üsyan və müxalifətləri idi. Bu müxalifətlər hər hansı məqsədi güdürdüsə də, bir baxımdan Mədinədə mərkəzi hökumətə pis nəticə bağışlamırdı. Belə ki, birinci xəlifənin onlarla mübarizəsi bilərəkdən və ya qəflət üzündən düşmənlərin sakitliyi və daxili iğtişaşla nəticələndi və o, vəhdət və birlik bəhanəsi ilə müştərək düşmənlə müharibə etmək üçün əqidəvi ixtilafları yaddan çıxartdı. Bu isə hətta risalət xanədanını hakim dairə ilə razılaşmağa vadar etdi.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 871 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024