İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:05 AM
    YEDDİNCİ FƏSİL
    ƏBU BƏKR IBN ƏBI QÜHAFƏNIN HÖKMDARLIĞI DÖVRÜNDƏ BAŞ VERƏN HADISƏLƏR.
    (11-13-cü hicri qəməri illəri)
    Əbu Bəkrin hakimiyyəti 11-ci hicri qəməri ilinin Rəbiül-əvvəl ayından başlayaraq 13-cü ilin Cəmadiyus-sani ayına qədər (iki il, üç ay, 22 gün) davam etdi. Bu müddət ərzində baş verən ən mühüm hadisələr aşağıdakılardan ibarətdir:
    1. Peyğəmbəri-Əkrəm (s)-in vəfat etdiyi birinci həftədə Əli ibn Əbi Talib (ə)-dan beyət almaq üçün məmurları xanım Fatimeyi-Zəhra (ə.s)-ın evinə göndərmək;
    2. Fədəki Fatimeyi-Zəhra (ə.s)-dan almaq;
    3. Üsamə ibn Zeydin ordusunu Şam sərhədlərinə göndərmək;
    4. Qiyamçılar, müxaliflər və mürtədlərlə müharibə;
    5. Ərəbistan yarımadasının sərhədlərindən xaricə ordu göndərmək;
    6. Rəsuli-Əkrəm (s)-in hədislərinin bəyanı və yazılmasının qadağan edilməsi.
    Bu fəsildə bu hadisələrin hər birini əhli-sünnə mənbələrinə əsaslanmaqla araşdıracağıq.
    ƏBU QÜHAFƏNIN OĞLUNUN ŞƏXSIYYƏTI
    Adı Abdullah ibn Osman, künyəsi isə Əbu Bəkrdir. Atası Əbu Qühafə adı ilə tanınmış, anası Ümmül-Xeyrolmuşdur. Həm atası, həm də anası Bəni-Teym tayfasından idi. Hər ikisinin Mürrədə adlı beşinci babası Peyğəmbəri-Əkrəmlə birgə olmuş və cahiliyyət dövründə onu "Əbdül-Kəbə” – deyə çağırırmışlar. Əbu Bəkr "Amul-fil” ilindən iki il bir neçə ay sonra (təqribən, miladi tarixi ilə 573-cü ildə) Məkkədə anadan olmuş və 38 yaşında ikən Islam dinini qəbul etmiş, uzun müddət ticarətlə məşğul olmuş və bu işdə böyük təcrübələr qazanmışdı.
    Siyrə və tarix yazanlar Əbu Bəkrin uca boylu, arıq, buğdayı rəngli və azsaqqallı olduğunu qeyd etmişlər. Onun rəftarı göstərir ki, Ömər ibn Xəttabın əksinə olaraq tündxasiyyətli və tələskən, öz məqsədlərinə çatmaqda isə çox səbirli, mülayim və məharətli adam olmuşdur.
    O, Islamdan qabaq kölə olmadığı üçün Islam dinini qəbul etdikdən sonra müşriklərin işkəncəsinə məruz qalmamışdır. Rəsuli-Əkrəm (s)-in besətindən öncə bəzi alimlərdən eşitmişdi ki, həmin məntəqədə tezliklə bir Peyğəmbər zühur edib, ərəblərin adı və şövkətini ucaldacaq, şirkin kökünü kəsəcək və dünyasəviyyəli bir hökumət quracaq və həmçinin nəsəbşünaslıqda başqalarından seçiləcəkdir.
    ƏBU BƏKRIN AILƏSI VƏ ÖVLADLARI
    a) Zövcələri: Əbu Bəkrin bir neçə zövcəsi və hər birindən də bir neçə övladı var idi. Amma onun dörd zövcəsinin adı belədir: Qətələ (Qətilə), Ümmü Rumman, Əsma binti Ümeys və Ümmü Həbibə.
    Qətilə, Əbdül-Üzza ibn Əbd ibn Əsəd ibn Muzərin qızıdır. Əbu Bəkr Islamı qəbul etməzdən qabaq onunla evlənmiş, ondan Abdullah və Əsma (Zatun-Nitaqeyn) adlı iki övladı dünyaya gəlmişdi. Eləcə də cahiliyyət dövründə əvvəllər Abdullah ibn Haris ibn Səncərənin zövcəsi olan Ümmü Rummanla evlənmişdi. Əbu Bəkrin ondan Tüfeyl adlı bir oğlu vardı. Abdullah ibn Haris Islamdan öncə Əbu Bəkrlə dostluq əhdi bağlamışdı. O, vəfat etdikdən sonra Əbu Bəkr, Ümmü Rummanla evləndi və ondan Əbdürrəhman və Ayişə dünyaya gəldi.
    Əbu Bəkr Islamı qəbul etdikdən sonra Əsma binti Ümeyslə evləndi. Əsma "Xəsəm” qəbiləsindən, (Peyğəmbərin həyat yoldaşı) Meymunənin analığının bacısı idi və əvvəlcə Cəfər ibn Əbi Talibin (ə) zövcəsi olmuşdur. Cəfər şəhadətə çatdıqdan sonra imam Əli (ə) qardaşı övladlarını (Abbdullah, Ovn və Məhəmmədi) öz öhdəsinə götürüb, Əsma ilə evlənmək istədi. Lakin bu zaman həzrət Fatimeyi-Zəhra (ə.s) sağ olduğu üçün ona hörmət əlaməti olaraq bu işə tələsmədi. Əbu Bəkr isə bu ərəfədə Əsmanın elçiliyinə getdi. Əsma müəyyən səbəblər üzündən onun istəyinə müsbət cavab verdi. Onların evlənmə tarixini (Hüneyn müharibəsi zamanı) 8-ci hicri ilində qeyd etmişlər. Bu evlənmənin səbəbi – onların arasındakı fikri və əxlaqi fərqlərə diqqət yetirməklə yanaşı – tarixdə açıqlanmamışdır. Əsma hicrətin 10-cu ilində Əbu Bəkrdən Məhəmməd adlı övlad sahibi oldu. O, zahirdə Əbu Bəkrin zövcəsi olsa da, vaxtının çox hissəsini Əli ibn Əbi Talibin (ə) evində və Fatimeyi-Zəhraya (ə.s) xidmətdə keçirirdi.
    Əbu Bəkrlə Əsmanın birgə həyatı beş ildən çox çəkmədi. Əbu Bəkr hicrətin 13-cü ilində vəfat etdi. Bu zaman oğlu Məmmədin üç yaşı var idi və Əlinin (ə) evində böyüyüb boya-başa çatmışdı. Əsma bundan sonra Əli ibn Əbi Taliblə (ə) evləndi və onlardan (Yəhya və Ovn adlı) iki övlad dünyaya gəldi.
    Əbu Bəkrin vəsiyyətinə görə, Əsma ona qüsl etdi. "Ət-təbəqatul-kubra” kitabının müəllifi yazır: "Xəlifə, Əsmaya and vermişdi ki, iftar etdikdən sonra ona qüsl etsin. Əbu Bəkr vəfat edən kimi, Əsma ona qüsl edib, elə həmin gecə də dəfn etdilər.
    Əbu Bəkrin digər zövcəsi Xaricət ibn Zeyd Əbu Züheyr Ənsarinin qızı Ümmü Həbibədir. O, Əbu Bəkrin ölümündən sonra Ümmü Külsüm adlı bir qız uşağı dünyaya gətirdi və o qız böyüdükdən sonra Təlhə ibn Übeydullah ilə evləndi.
    b) Əbu Bəkrin övladları: Abdullah, Əsma, Əbdür-Rəhman, Ayişə, Məhəmməd və Ümmü Külsüm.
    Abdullah tez bir zamanda müsəlman oldu, Məkkənin fəthində, "Hüneyn” və "Taif” müharibələrində iştirak etdi. "Taif” müharibəsində ona bir ox dəydi, nəticədə yarası çirklədi və nəhayət, 13-cü hicri ilinin Şəvval ayında dünyadan getdi.
    Əsma (Zübeyrin həyat yoldaşı) 73-cü hicri qəməri ilində oğlu Abdullah öldürüldükdən sonra yüz yaşında ikən vəfat etdi.
    Əbdür-Rəhman (Ayişənin qardaşı) Əbu Bəkrin böyük oğludur, uzun illər müşrik olmuşdur. O, "Bədr” və "Ühüd” müharibələrində müşriklərin qoşunundan, "Cəməl” müharibəsində də Ayişənin tərəfindən idi.
    XILAFƏT ƏRƏFƏSİNDƏ
    Əbu Bəkrin hakimiyyəti dövründə baş verən qəribə hadisələrdən biri məsciddə ilk çıxışıdır. Belə ki, məsciddə camaatın qarşısında açıq-aşkar demişdi: "Həmişə bir şeytan mənimlə birgədir ki, məni doğru yolu seçməkdən çəkindirir və əyri yola sövq edir.” Çox çətin qəbul etmək olar ki, Əbu Bəkr bu sözləri düşünməmiş desin. O, elə bir şəxs deyildi ki, asanlıqla belə bir xətaya uğrasın. Gələcək günlər onun Quran ayələrinin məna və təfsiri ilə tanış olmadığını göstərsə də, heç olmazsa, Qurani-Kərimin aşağıdakı ayələrindən xəbərdar idi:
    "Həqiqətən, sənə (Şeytana) uyan azğınlar müstəsna olmaqla, sən bəndələrimə hakim ola bilməzsən!”
    "Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərə Şeytan hakim deyildir!”
    Nəzərə belə çarpır ki, Əbu Bəkrin aşağıdakı ayəyə diqqəti onu yuxarıdakı ayələrə diqqət yetirməkdən saxlamışdır. Belə ki, bir ayədə buyurulur: "Biz hər bir Peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq!” Buna əsasən, o, bu sözlərlə özünü Allahın Rəsulu ilə eyni səviyyədə olduğunu demək istəyirdi; bu fərqlə ki, Peyğəmbəri səhv və xətalardan, düşmənlərin şərindən saxlayan bir mələk olduğu halda, o isə bu nemətdən məhrumdur. Bununla, camaatın xəlifədən təvəqqeləri azalacaq və onu Peyğəmbərlə (s) müqayisə etməyəcəklər. Bu məsələnin qəbul edilməsi ilə xəlifə gələcəkdə sərtliklə gördüyü bir sıra işlərinə görə danlanmayacaq. Xəlifə, Rəsuli-Əkrəm (s)-in dövründəki nümayəndələrindən biri kimi, bəzən mümkündür, xətaya uğrasın. Necə ki, Xalid ibn Vəlid (Peyğəmbər (s)-in qəbilələrdən birini Islama dəvət etmək üçün göndərdiyi şəxs) Bəni-Cəzimə əhalisi ilə rəftarda xətaya yol verdi. Onun vəzifəsi Islamı onalara çatdırmaq idi. O, Bəni-Cəzimə əhalisini Islama dəvət etdikdə, onlar ondan bir gün möhlət istədilər. Lakin Xalid onlara möhlət vermədən, dərhal onların bir neçəsini qətlə yetirdi, bir neçəsini də əsir tutub Mədinəyə gətirdi. Peyğəmbəri-Əkrəm (s) onun nalayiq rəftarından xəbər tutduqda, neçə dəfə dedi: "Ilahi! Mən Xalidin rəftarından bezarlıq edir və Sənə sığınıram!” Bundan sonra Əli (ə)-ı onlara sarı göndərdi ki, qətlə yetirilmiş şəxslərin diyəsini qohumlarına ödəsin. Bu hadisədə Peyğəmbəri-Əkrəm (s) Xalid ibn Vəlidə nə bir hədd vurdu, nə də möhkəm danladı!
    Əbu Bəkrdən nəql olunan başqa bir cümlə isə budur: "Ey camaat! Mən Allaha və Onun Rəsuluna itaət etdiyim vaxta qədər, mənə itaət edin. Hər zaman Allahın və Peyğəmbərinin əmrinə qarşı çıxdımsa, sizin mənə itaət etməyiniz vacib deyildir!”
    Bu sözlər sadə və adi bəyan olunsa da, çox dəqiq və incədir. Camaat bu cümlələri eşitməklə, ondan qabaq dinin və Rəsuli-Əkrəm (s)-in sünnəsinin qorunub-saxlanılmasına dair nigarançılıqları aradan qaldırıldı, onlar müəyyən qədər rahatlaşdılar. Çünki həmin ümumi toplantı və Əbu Bəkrin açıqlamaları xəlifənin ümumxalq qarşısındakı andı, əhd-peymanı kimi sayılırdı. Xəlifə müsəlmanların hüzurunda and içir ki, Peyğəmbərin sünnəsinin əksinə çıxmasın, əks təqdirdə, müsəlmanlar ona tabe olmayıb, sünnəyə əməl etsinlər. Belə olduqda, Əli (ə), yaxud Əbu Bəkr, yaxud da başqa birisinin hakimiyyətdə olub-olmaması arasında heç bir fərq yoxdur!
    Əbu Bəkrin çıxışı o qədər məntiqli və doğru cilvələndi ki, kimsə onun başqa yönlərinə diqqət yetirmirdi. Bu zaman cəmiyyətin üç məsələ barəsində düşünmələri yerinə düşərdi:
    1. Əgər yeni hökumətin meyarı Peyğəmbər (s)-in sünnəsinə əməl etməkdirsə, onda o həzrətin canişinin seçilməsi ilə bağlı nəzəri nədən ibarət idi?
    2. Əgər Peyğəmbər (s)-in canişinliyə təyin etdiyi şəxs də sair camaat kimi asanlıqla sünnəyə əks çıxacaqsa, onunla başqaları arasındakı fərq nədir? Hansı səbəblər üzündən canişin başqalarından üstün olmalıdır?
    3. Kim və yaxud hansı bir dəstə xəlifəyə isbat edəcək ki, o, müəyyən yerlərdə Peyğəmbər (s)-in sünnəsinə əks çıxmışdır?! Əgər o, ümmətin ən təqvalı və elmli fərdi sayılırsa, şübhəsiz, sünnə ilə müxalifət etməz və bununla da başqalarının etirazına səbəb olmaz. Yox əgər belə bir xüsusiyyətə malik deyilsə, onda nə üçün özündən təqvalı və elmli şəxsə təslim və tabe olmamalıdır?
    Həmçinin əgər o, Peyğəmbər (s)-in sünnəsini bilmək və ona itaət etmək üçün lazımi elm və təqvaya malik deyilsə, onu sünnəyə tabe olmağa məcbur etmək olarmı?! Bəli, bu məsələləri bütünlükdə bir yozumla həll etmək mümkün idi, o da bu idi ki, hökumətin idarəsində nə ismət şərtdir, nə də ədalət!
    Bu zaman xəlifənin nəzərində siyasi hərəkatda ən mühüm məsələ müxalifləri susdurmaq və onlardan beyət almaqla hökuməti təsbit etmək, möhkəmləndirmək idi. Müxaliflər içərisində hakim dairənin qorxduğu şəxs yalnız Əli ibn Əbi Talib (ə) idi. Əgər o, təslim olsaydı, başqa müxaliflərdən qorxu aradan qaldırılacaqdı. Buna sülh yolu ilə nail olmaq qeyri-mümkün olduğundan, ən asan üsul zor və sərtliyə əl atmaq idi. O zaman sərtlikdən istifadə etməyin Peyğəmbərdən sonra yeni təşkil olunmuş hökumətin xeyrinə olmadığını güman edənlər bundan qafildilər ki, bəs, hakim dairə kimdən qorxmalıdır ki, nəticədə Peyğəmbər (s)-in Əhli-beytinə qarşı hörmətsizlik və sərt rəftarlara əl atmasınlar?! Zaman ötüb-keçdikcə və hadisələr baş verdikcə, məlum oldu ki, onlar bundan əsla qorxmurmuşlar. Həmin dövrdə Mədinənin hakim vəziyyətinə diqqət yetirməklə yanaşı, onları belə rəftarlardan yayındıra biləcək vahid bir qüdrət yox idi ki, hakim dairə ondan qorxub, sərt rəftardan çəkinsin.
    Eləcə də tarixi mənbələr arasında hakim dairənin sərt rəftarlarını göstərən bir mənbə olmadıqda, yalnız bir məsələ açıq-aydın o günün zülm, haqsızlıq və sərt rəftarlarını faş edir. O da budur: "Doğrusu, görəsən, hansı səbəblər üzündən həzrət Əli (ə) Rəsuli-Əkrəm (s)-in onun canişinliyi ilə bağlı o qədər təkidlərilə belə, öz haqqını almaq üçün 25 il evdə oturub qiyam etmədi?! Əgər ictimai-siyasi mühit haqqı sahibinə qaytarmaq üçün şərait yaradırdısa, bəs, nə üçün o həzrət sükut etdi?!
    XANIM FATIMEYI-ZƏHRA (Ə.S)-IN EVINƏ HÜCUM
    Bu bəhsi bəyan etməkdə məqsəd, şiələrin əqidələrini isbat etmək deyil, Əbu Bəkrin hakimiyyəti dövründə baş verən hadisələri araşdırmaqdır. Buna əsasən, bizim istifadə etdiyimiz mənbələrin çoxunu əhli-sünnə kitabları təşkil edir.
    Hadisələri bəyan etməzdən öncə bir neçə məsələni qeyd etməyi lazım görürük:
    a) Qeyri-şiə kitablarında xanım Fatimeyi-Zəhranın (ə.s) evinə hücum etmək təfərrüatı ilə nəql olunmasa da, hadisənin mahiyyəti, evə hücum edənlərin məqsədi və onların adları açıq-aydın göstərilmişdir.
    b) Şiə və sünnülərin hədis mənbələrində aydın şəkildə göstərilir ki, Rəsuli-Əkrəm (s)-ın qızı həzrət Fatimeyi-Zəhra (ə.s) təbii əcəllə dünyadan getməmiş və qəbri öz vəsiyyətinə görə, gizli saxlanılmış və bu günə qədər də qəbri məlum deyildir.
    v) Bu hadisə Peyğəmbər (s)-in vəfatından bir həftə sonra baş vermiş və bu göstəriş dövrün xəlifəsi tərəfindən verilmiş, icraçısı isə Ömər ibn Xəttab olmuşdur.
    q) Əhli-sünnə baxımından mötəbər olan bir çox rəvayətlər Əbu Bəkrin ölüm ayağında acı bir həqiqəti etiraf etdiyini təsdiqləyir. Belə ki, Əbu Bəkr demişdir: "Kaş, Rəsuli-Əkrəm (s)-in qızı Fatimənin evini təftiş etməyəydim və məmurları onun evinə girməyə dair göstəriş verməyəydim, hərçənd, onu mənimlə müharibə etmək üçün bağlamış olsaydı belə!”
    d) Həzrət Fatimənin (ə.s) evinə od vurulmaqla bağlı hadisənin təfərrüatı bir çox mənbələrdə nəql olunmasa da, hücum edənlərin sərkərdəsinin evdəkiləri atəşlə hədələməsi haqda fikir birliyi vardır.
    s) Əli ibn Əbi Talib (ə)-dan beyət almağa tələsməyin – həzrət Fatimənin (ə.s) evinə hücum çəkməklə yanaşı olsa da belə, – müəyyən səbəbləri var idi ki, bu məsələ burada xüsusi şəkildə araşdırılmalıdır.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 938 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024