İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:02 AM
    HADISƏLƏRIN ŞƏRHI
    Əbu Bəkr hakimiyyətə gəlib, Mədinə əhalisi ixtiyar, yaxud icbar və təhdid üzündən beyət etdikdən sonra Ömər ibn Xəttab ona dedi: "Əli ibn Əbi Talibdən haçan beyət alacaqsan?” Bu zaman Zübeyr, Salman, Miqdad, haşimilərdən olan başqaları və digər səhabələr Fatimeyi-Zəhra (ə.s)-ın evində Əli (ə)-ın yanında saatlar belə qalırdılar. Əbu Bəkr, Öməri onlara doğru göndərib dedi: "Onları beyətə dəvət et, əgər imtina etsələr, hamısını öldür!”
    Əvvəlcə Qunfuz və ondan başqa bir neçə nəfər iki dəfə Fatimənin (ə) evinə gedib, nəticəsiz qayıtdılar. Bundan sonra Ömər əlinə od tutduğu halda, bir neçə nəfərlə birlikdə onun evinə üz tutdular. O, qapının arxasında durub "Çölə çıxın və hamılıqla Peyğəmbərin xəlifəsi ilə beyət edin, yoxsa Allaha and olsun ki, evi içindəkilərlə birgə yandıracağam!” – deyərək qışqırdı.
    Fatimeyi-Zəhra (ə.s) onun səsini eşitcək, qəmgin səslə fəryad edərək dedi: "Ey atacan, ey Allahın Rəsulu! Bax, gör, səndən sonra Xəttab və Əbu Qühafənin oğulları bizə necə zülm edirlər!”
    O həzrət evin içindən Öməri səsləyərək buyurdu: "Ey Ömər! Bizdən nə istəyirsən? Bizim evimizi yandırmağa gəlibsənmi?”
    Ömər dedi: "Bəli, ya Əbu Bəkrə beyət etməlisiniz, ya da sizi yandırmaq üçün özümlə od gətirmişəm! Ey Peyğəmbərin qızı! Allaha and olsun, mənim nəzərimdə atandan sevimli bir şəxs yox idi, bu gün isə ən sevimli şəxs sizsiniz. Allaha and olsun ki, bununla belə, yenə də bu adamlar sizin evinizə yığışsalar, əmr edəcəyəm ki, evi onlarla birgə yandırsınlar. Bəli, bu beyət atanın gətirdiyi ən mühüm məsələdir...”
    Həzrət Fatimənin (ə.s) evinə hücum etmək məsələsi o qədər dərdli olub ki, Ibn Əbil-Hədid yazır: "Şiələr və bəzi hədis əhli Fatimənin (ə.s) evinin qapısının yandırılması ilə bağlı hadisəni nəql etsələr də, ona inanmaq qeyri-mümkündür.” Bununla belə Məsudi belə yazır: "Əlinin evinə hücum çəkdilər, evinin qapısını yandırıb, onu zorla evindən çıxartdılar. Qadınların sərvərini qapı ilə divar arasında qoydular və nəhayət, (bətnindəki) Möhsini siqt oldu.”
    Bir çox şiə və sünnü alimləri yazmışlar: "Xanım Fatimeyi-Zəhranın (ə.s) Həsən və Hüseyndən başqa, Möhsin adlı bir oğlu da var idi.”
    "Ən-nəqz” kitabının müəllifi yazır: "Xəttab oğlu Ömər qapını Fatimənin bətninə çırpması nəticəsində Rəsuli-Əkrəm (s) tərəfindən Möhsin adlandırılan bətnindəki uşağının siqt olunması” – şiə və sünnülərin kitablarında qeyd olunan doğru xəbər və rəvayətdir. Amma bu da Mühəmməd Müstəfanın (s) kəlamıdır ki, belə buyurmuşdur: "Innəməl-əmalu bin-niyyat!” (Həqiqətən, əməllər niyyətlərə bağlıdır!) Yəni əgər Ömərin məqsədi Fatimənin bətnindəki körpənin siqt olunması yox, yalnız Əlinin evdən çıxıb, Əbu Bəkrin xəlifəliyinə beyət etməkdirsə, bunun heç bir maneəsi yoxdur. Çünki mümkündür ki, Ömər, Fatimənin qapı arxasında olduğunu bilməsin. Belə olan təqdirdə, ona "səhvən olan qətl” deyilir. Əgər bunu bilə-bilə etmiş olsa da, bilməliyik ki, o, məsum deyildir.”
    Qeyd etmək lazıdır ki, Əbu Bəkrin ömrünün son anlarında bəzi hadisələrdən peşmançılıq hissi keçirməsi yalnız Fatimə (ə.s)-ın evinin təftiş və yandırılması ilə bağlı hadisə deyil. O demişdir: "Kaş, Fatimənin evinə hücum çəkməyib, onun hörmətini saxlayaydım, yad kişiləri onun evinə göndərməyəydim, hərçənd, onu mənimlə müharibə etmək üçün bağlamış olsaydı belə!
    ƏBU TALIBIN OĞLUNDAN BEYƏT ALMAQ
    Xəlifənin məmurları qapını açan kimi, onlarla evdəkilər arasında çəkişmə yarandı. Əli ibn Əbi Talib (ə) də onlara hücum etdi. Lakin özünü hücumdan saxladı və yadına Peyğəmbəri-Əkrəm (s) düşdü ki, ona səbir etməyi tövsiyə etmişdi. Müxaliflər onun səbir edib əl saxladığını gördükdə, ona tərəf yürüdülər, boğazından möhkəm yapışıb, köynəyini boynunun arxasına yığdıqları halda, çəkə-çəkə evdən çıxartdılar və dərhal məscidə apardılar. O həzrət ətrafındakılara buyurdu: "Nə üçün ixtilaf yaratmaq əzmində olmayan, üstəlik müəyyən səbəblər (Quranı yığmaq, yaxud Peyğəmbər (s)-i dəfn etmək) üzündən beyətə gecikən şəxsi vurursunuz?!” Hər kəs o həzrətlə rastlaşırdısa, ona deyirdi ki, get, beyət et!
    Onlar Əlini zorla Əbu Bəkrin yanına apardılar. Ömər dedi: "Beyət etməyincə, səni buraxmayacağıq!” Əli onların cavabında dedi: "Əgər beyət etməsəm, nə baş verəcəkdir?” Ona dedilər: "Bu zaman tək olan Allaha and olsun ki, boynunu vuracağıq!” O dedi: "Əgər bu işi görsəniz, onda Allahın bəndəsi və Peyğəmbəri-Əkrəm (s)-in qardaşını öldürmüş olarsınız!” Ömər dedi: "Bəli, Allahın bəndəsisən, lakin Peyğəmbərin qardaşı deyilsən!” Əbu Bəkr isə sakit qalıb tamaşa edirdi. Ömər, Əbu Bəkrə dedi: "Onun haqda bir göstəriş vermək istəmirsənmi?” Əbu Bəkr dedi: "Fatimə onunla birgə olduğu vaxta qədər, onu bir şeyə məcbur etməməliyik!”
    Xəlifənin bu sözü acı kinayə və Əli (ə)-ı bir növ qətl ilə hədələmək idi. Çünki o, Ömərin istəyini Fatimə (ə.s)-ın sağ olduğu vaxta qədər məsləhət bilmirdi. Amma ondan sonra...! Doğrusu, görəsən, xəlifə Peyğəmbəri-Əkrəm (s)-in qızının tez bir zamanda vəfat edəcəyindən xəbərdar idimi?!
    Bununla belə, Əli (ə) azad edilmədi, bəziləri onun bağlanmış əlini qabağa uzadıb, Əbu Bəkrin əlinə sürtdülər.
    Əhli-sünnə tarixində aşağıda adı çəkilənlər Fatimeyi-Zəhra (ə.s)-ın evinə hücum edənlər cərgəsində qeyd edilmişdir:
    Əbu Həfs Ömər ibn Xəttab, Xalid ibn Vəlid, Əbdür-Rəhman ibn Ovf, Sabit ibn Şəmas, Ziyad ibn Lübeyd, Məhəmməd ibn Məsləmə, Səlmət ibn Vəqəş, Səlmət ibn Əsləm, Üseyd ibn Xüzeyr, Zeyd ibn Sabit, Əbu Übeydə Cərrah, Salim ibn Übeyd, Üveym ibn Saidə, Mən ibn Ədiyy, Bəşir ibn Üveym və Qunfuz Cəzan.
    Bu hadisədən sonra Peyğəmbər (s)-in qızı Fatimə (ə.s) sağ olduğu vaxta qədər, camaat Əli (ə)-a qulaq asırdılar, lakin Fatimə (ə.s) əbədiyyətə qovuşduqdan sonra camaat ondan üz çevirdikdə, o da məcbur olub Əbu Bəkrə beyət etdi. (Əlbəttə, bu əhli-sünnənin nəzəridir.)
    FATIMƏNIN (Ə.S) EVINƏ HÜCÜM ETMƏYIN SƏBƏBI
    Səqifə hadisəsindən və Əli ibn Əbi Talib (ə)-ın beyətindən təqribən beş yüz min gün (14 əsr) keçir və tarixin yazdığı milyonlarla səhifə bu suala hələ də qanedici cavab verə bilməyib: "Əli (ə) və Peyğəmbər (s)-in Əhli-beytinin günahı nə idi ki, onların evinə od vuruldu?!” Əbu Bəkrin Peyğəmbəri-Əkrəm (s)-dən sonra seçilmiş bir şəxs olduğunu fərz etsək də, görəsən, onunla beyət etməməyin cəzası yandırılmaq idimi?! Görəsən, Allahın Rəsulu müxalif olan kişi, qadın və uşaqları yandırırdımı?! O həzrətin dövründə yəhudilər də öz əqidələrini qoruyub-saxlamaqla İslam mühitində təhlükəsiz yaşamaq, kimsənin onlara azacıq belə zərər, yaxud hörmətsizlik etməməsi üçün cizyə verirdilər. Görəsən, o həzrətdən sonra qızı, kürəkəni və nəvələri necə...?!
    Onların Əli ibn Əbi Talib (ə)-dan beyət almağa tələsməsinin səbəbi nə idi? Görəsən, bunun səbəbi yalnız öz hakimiyyətlərinin tez bir zamanda təsbit edilməsini istəməkləri idimi? Görəsən, rəqabət, həsəd, paxıllıq, ədavət və düşmənçilik onları bu rəftardan saxladımı? Görəsən, onlar əvvəlcə Fatimədən elçilik etdikləri və nəticədə Peyğəmbər (s) onlara mənfi cavab verdiyi üçün beləcə intiqam almaq istəyirdilər?
    Qeyd edilən bütün amillər tarixi mənbələrdə görünür. Lakin bu amillər təhlil və araşdırmaların bir tərəfidir, burada əsaslı səbəbləri araşdırmaq lazımdır.
    Heç kim iddia edə bilməz ki, onlar Peyğəmbəri-Əkrəm (s)-in qızı Fatimə (ə.s) haqda buyurduqlarını eşitməmiş, yaxud unutmuşdular. Axı, Peyğəmbər (s) belə buyurmuşdu:
    "Hər kəs Fatiməni incitsə, məni incitmişdir, məni incidən kəs isə Allahı incitmişdir.”
    Allah-taala buyurmuşdur: "Həqiqətən, Allahı və Rəsulunu incidən şəxsləri Allah-taala lənətləmişdir. Onlar üçün xaredici əzab hazırlanmışdır!”
    Görəsən, onlar Peyğəmbəri-Əkrəm (s)-in bu kəlamını yaddan çıxarmışdılarmı?!
    "Ey camaat! Hər kəs Əliyə əziyyət versə, mənə əziyyət vermişdir... Belələri qiyamət günü ya yəhudi, ya da məsihi dinində məhşərə çıxacaqlar!”
    Bu hadisə o zaman dəqiq və həqiqətə yaxın olar ki, onların rəftarı ictimai-siyasi şəxsiyyətlərini nəzərə almadan araşdırlsın və tədqiqatçı hadisəni Islam məzhəblərinin ixtilafı ilə tanışlığı olmayan kəs kimi təhqiq etsin.
    Burada aşağıdakı məsələləri araşdırmaq daha yerinə düşərdi:
    a) Tarixin danılmaz məsələlərindən biri də budur ki, Peyğəmbəri-Əkrəm (s)-in vəfat zamanı yalnız bir qızı var idi və onu həddən artıq sevirdi, onun Əli ibn Əbi Talib (ə)-la ailə qurması da Allahın əmri ilə olmuşdur. Əli ibn Əbi Talib (ə) də o həzrətin yanında ən sevimli bir şəx idi.
    b) Tarixi şahidlər göstərir ki, Peyğəmbəri-Əkrəm (s)-in göstərişlərinə qarşı çıxmaq o həzrətin vəfatından sonra birdən-birə olmamış, əksinə bu iş tədrici olaraq – həftələr, bəlkə də illər öncə başlanmışdır. Ilk müxalifət sonrakı dağıdıcı müxalifətlər üçün şəraiti hazırladı. Camaat da sanki belə hallara adət etdilər. Bəzən müşahidə edirdilər ki, Rəsuli-Əkrəm (s) səbir və təmkinlə onların hamısına dözür, müxalifət edənləri müsəlmanların içərisindən qovmur, islah, yaxud digər hikmətlər ümidi ilə onları özünə yaxınlaşdırırdı.
    Həmçinin məlum olduğu kimi, müxalifətə cürətlənmək o zaman şiddətləndi ki, onlar Rəsuli-Əkrəm (s)-in tezliklə əbədiyyətə qovuşacağını bildilər. Necə ki, yeni tərəfdarların aşkara çıxması onların həyəcanını daha da artırırdı. Yavaş-yavaş niyyət və məqsədlərini faş edən hər növ müxalifət bir çoxlarını müştərək hədəflər üzərində qururdu. Onların gizli məqsədləri isə özlərinə tərəfdar tapdıqda, ictimai-siyasi təşəkkül kimi görünürdü. Hər bir yeni fəryad yeni-yeni qrupları ətrafına toplayırdı ki, uyğun və möhkəm qruplar şəklində düşərək, asanlıqla dağılıb aradan getməsinlər.
    v) Bəzən cəmiyyətin siyasi vəziyyəti və camaatın ictimai mövqeyi elə böhranlı olurdu ki, hər kəs azacıq belə, haqq-ədalətdən tərəfdarlıq etsəydi, köklü ixtilaflar daha genişlənərək, nə haqq, nə də batil tərəflərdən bir kəs qalmayacaq, insanların əqidələri tamamilə itəcəkdir. Burada öz məqsədinə nail ola bilənlər yalnız xarici düşmənlər olacaqdır.
    Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra Mədinənin vəziyyəti eynilə belə idi. Əli (ə)-a çətinlik yaradanlar zahirdə bu işdən ikitərəfli məqsəd güdürdülər. Mədinəyə hakim kəsilən siyasi durum elə idi ki, Əli (ə) onların müqabilində hər bir üsuldan istifadə etsəydi də, qələbə çalmayacaqdı. Əgər qiyam etsəydi, buna şərait olmadığından, özünün və həqiqi islamçıların həlak olmasından əlavə, Islam və müsəlmanların xeyrinə qurtarmayan dərin ixtilaf və dəhşətli qırğın baş verəcək, bununla da müsəlmanların düşmənləri vəziyyətə hakim kəsiləcəkdi. Əgər təslim olsaydı da, müxalif qrup asanlıqla hökumətə çatacaqdı.
    Beləliklə, Fatimə (ə.s) və Əli (ə)-ın evinə hücum edənlərin nəzərində o həzrətin hansı mövqe seçməsi çox da əhəmiyyət daşımırdı. Baxmayaraq ki, dəqiq bilirdilər ki, o həzrət sakitcə və öz ixtiyarı ilə beyət etməyəcək. Onlar belə böhranlı vəziyyətdə imam Əli (ə) barədə agahlıqlarını nəzərə almaqla, o həzrətin müxalifətindən sevindikləri qədər, onun təslim olmasından da xoşhal deyildilər. Çünki onun təslim olması ilə yenindən qiyam etmə ehtimalı aradan getmirdi. Lakin müxalifət etdikdə, qətlə yetiriləcək və həmişəlik olaraq onun ehtimal veriləcək hərəkatından rahat olacaqdılar. Əgər öldürülməsə də, böhran nəticəsində müsəlmanların mövqeyi cahiliyyət vəziyyəti kimi olacaqdı. Bu isə dünyəvi məqam düşkünləri üçün Islamın qorunub-saxlanmasından yaxşı idi.
    Buna əsasən, Əli (ə)-ın evinə hücum tədbiri çox dəqiq şəkildə icra edildi və onların o həzrətlə rəftarı gözlənilməz deyil, tədbirlə baş verdi. Əgər Əli (ə) beyəti tərk etməkdə müqavimət göstərsəydi, müxaliflərin çox da zərərinə olmayacaqdı. Çünki bu zaman müxaliflərin əlində Mədinəyə hakim olan vəziyyəti daha da qarışdırmaq üçün münasib bəhanələri var idi. Bu vəziyyət isə Əli (ə)-ı hədəfinə yaxınlaşdırmır, müsəlmanların cahiliyyət dövrünə qayıtmaları üçün zəmin yaradırdı.
    q) Peyğəmbəri-Əkrəm (s)-ə qarşı (vəsiyyəti yazmağa kağız-qələm istədiyi zaman) aşkar hörmətsizlikdən sonra Əli ibn Əbi Talib (ə)-la mübarizə elə də çətin deyildi. O həzrətə itaətin vacibliyindən dəm vuranların əsası Peyğəmbəri-Əkrəm (s)-in Allah tərəfindən əmr olunduğu vəsiyyəti idi. Bu isə Əli (ə)-ı xilafətdən kənarlaşdırmaq üçün ən yaxşı yol Peyğəmbəri-Əkrəm (s)-in şəxsiyyətinə toxunmaq idi və bu, o həzrət vəsiyyət üçün kağız-qələm istədikdə, icra olundu. Beləliklə, Peyğəmbər (s) vəfat etdikdən sonra Əli (ə)-ın müxalifət, yaxud hətta müharibə etmə mövqeyində deyildi. Çünki onun bütün qüdrət və nüfuzu Peyğəmbər (s) tərəfindən idi. Peyğəmbər (s)-in şəxsiyyəti də az müddət öncə vəsiyyət zamanı adi adamlarla müqayisədə dəyərdən salındı. Çünki adi adamlar – hətta iki dirhəm sədəqəni belə, vəsiyyət edərkən onlarına sözlərinə qulaq asılır və itaət edilirdi. Amma görəsən, Peyğəmbəri-Əkrəm (s) vəsiyyət etmək istədikdə, necə oldu?!
    Bəli, o dövrün siyasətçiləri Peyğəmbəri-Əkrəm (s)-in Əli (ə) və Fatimeyi-Zəhra (ə.s) barəsindəki buyruqlarını unutmamış, bu sözləri başqa müsəlmanlardan da çox eşitmişdilər. Çünki onlar Peyğəmbər (s)-dən uzaq və ayrı düşməməyə, müəyyən səbəblər üzündən həmişə o həzrətlə birgə olmağa çalışırdılar. Bəlkə də onlar məmurları Əli (ə) və Fatimeyi-Zəhra (ə.s)-ın evinə göndərməklə, Peyğəmbər (s)-in göstərişlərinə itaət etməyin artıq vaxtının başa çatdığını bildirmək istəyirdilər. Çünki bu zaman Əhli-beytə itaət etmək ən əhəmiyyətli məsələ idi ki, Peyğəmbəri-Əkrəm (s) həmişə, xüsusilə ömrünün son vaxtlarında müsəlmanları ona əmr edirdi. Buna əsasən, bu hədəfin siyasi hərəkətlərə məruz qalması ilə, digər hədəflərin aradan qaldırılması da asanlaşırdı. Bunun üçün bir həftəni belə itirmək olmazdı. Peyğəmbər (s)-ə hörmətsizlik xatirəsi müsəlmanların zehnində qaldığı və müxaliflərin qüdrətindən qorxu hissi ürəklərdən getmədiyi vaxtda, bu iş görülməli, ardıcıl zərbələr endirilməli idi. Fatimənin (ə.s) evinə icazəsiz girmək, evinin qapısını yandırmaq, Əlini (ə) evdən zorla çıxarıb məscidə aparmaq və onu qılıncla təhdid etmək, Fədəki almaq, Əhli-beytə xumsu verməyin qarşısını almaq və s. bütünlükdə az bir müddət ərzində yerinə yetirilməli idi. Belə də oldu.
    Bu məsələlər zəncir halqaları kimi bir-birinə birləşmişdi. Peyğəmbəri-Əkrəm (s)-in (vəsiyyətlə bağlı) istəyinə qarşı çıxıldığı gün Əli (ə)-ın müxalifləri üçün o istəyi həyata keçib-keçməməsi elə də əhəmiyyət kəsb etmirdi, üstəlik Peyğəmbəri-Əkrəm (s)-in şəxsiyyətini təhqir edilməsi ilə nəticələnən hörmətsizliyin həmin istəyin yerinə yetib-yetməməsindən əhəmiyyətli idi. Çünki bu hərəkətlə Əli (ə)-ı xilafətdən asanlıqla uzaqlaşdırmaq olardı. Həqiqətdə də Peyğəmbər (s)-ə qarşı rəva görülən hörmətsizliklə Əli (ə)-ın xilafətinə zərbə endirildi. Peyğəmbər (s)-ə vurulan hörmətsizlik zərbəsi həqiqətdə Əliyə (ə) zərbə idi ki, ona səbir edib dözən Peyğəmbər (s) oldu.
    d) Peyğəmbər (s)-ın vəfatından dərhal sonra qurulmuş yeni hökumət başçıları üçün razılıqları Allahın razılığı, qəzəbləri Allahın qəzəbi sayılan şəxsiyyətlərin vücudu çətinlik yaradırdı. Hakimiyyətinin ilk günündə açıq-aydın "Həmişə mənimlə, məni xəta və azğınlığa sövq edən bir şeytan gəzir!” – deyən xəlifə öz xilafəti dövründə Peyğəmbəri-Əkrəm (s)-in "O (Əli) həmişə haqq ilə, haqq da onunladır, onu düşmən tutan kəs münafiqdir...!” – deyə buyurduğu Əli kimi rəqibə necə dözəcəkdi?
    Əgər onun şəxsiyyəti kiçildilməsəydi, ümümi düşüncələrin təzyiqi nəticəsində, ya hökumət ona tapşırılmalı idi, ya da həmişə xalq hökumətin rəftarı müqabilində hər bir məsələdə onun nəzərini meyar qərar verərək hakim dairənin rahatlığını alacaqdı. Əgər onlar bu məsələdə azacıq belə gecikməməliydilər. Bunun müvəffəqiyyətlə yerinə yetməsi ilə ictimai-siyasi məqsədə çatmaq asanlaşırdı. Bu zaman Əbuzərin sürgün edilməsi, Əmmar Yasirin işkəncələr görməsi, Abdullah ibn Məsudun qabırğalarının sındırılması, Quranların yandırılmasının, Peyğəmbər (s)-in hədislərinin yazılmasının, hətta bəyan edilməsinin qadağan edilməsi və s. çox asan idi.
    c) Həmin ictimai əzəmət, şövkət və nüfuzun aradan getməsi bəhanəsiz qeyri-mümkün olduğundan, mütləq ağır ittihamlara əl atmılmalı idi. Səqifədə və ondan az müddət sonra Peyğəmbər (s)-in ömrünün son anlarında Əli ibn Əbi Talib (ə)-ın canişinliyi haqda buyuruqlarının həqiqətdə ləğv olunduğu qələmə verildi. Beləliklə, hökumətin rəhbərliyi xalqın, yaxud elm və siyasət əhlinin seçiminə həvalə edildi. Bu zaman Əli (ə) xalq tərəfindən seçilən xəlifə ilə müxalifət edərsə, zorla beyətə vadar olunmalı, müxalifətdən çəkindirilməli, onun beyət etməməsi isə müsəlmanların vəhdət və birliyinin itməsi deməkdi. Buna əsasən, imkan daxilində belə bir kəsi xalq seçiminə vadar etmək lazım idi. O zaman keçmiş müxaliflər (Peyğəmbəri vəsiyyət etməyə qoymayanlar) rahatlıqla belə deyirdilər: "Bu gün artıq aramızda Peyğəmbər yoxdur ki, Əlinin xilafəti ilə bağlı vəsiyyətin icra olunmadığını və bu məqamın başqalara nəsib olduğunu görsün!”
    Bu yozumla Peyğəmbər (s)-in Əhli-beyti, xüsusilə Əli (ə) lazımi şəraitin mövcud olmadığını nəzərə alaraq, inqilab və yeni təşkil olunmuş hökuməti məhv etmək qərarına gəldiyi üçün (hakim dairələr tərəfindən) onların ismət məqamı və uca şəxsiyyəti Peyğəmbəri-Əkrəm (s)-in yaşadığı dövrə aid edildi. Sanki Peyğəmbəri-Əkrəm (s)-in həzrət Əli (ə)-ın şəni və məqamı haqda buyurduqları bütün hədislər müsəlmanların məsləhətinin əksinə rəftar etmədiyi təqdirdə, mötəbər sayılacaqdı. O, müsəlmanların hərəkətinin əleyhinə qədəm götürmək istəyərsə, mütləq onunla ciddi davranmaq lazımdır, hərçənd, evini, yaxud özü və əhli-əyalanı yandırmaqla olsa da belə!
    Qazı Əbdül-Cəbbar Mötəzili bu yozumu müdafiə edərək yazır:
    "Evin yandırılması doğru olduğu təqdirdə, yenə Ömərə heç bir irad tutula bilməz. Çünki o, beyətdən imtina edən və müsəlmanlar arasında ixtilaf yaradan hər kəsi təhdid edə bilərdi.”
    Qazının bu yozumu həqiqətdə Ömər ibn Xəttabın xanım Fatimeyi-Zəhra (ə.s)-a dediyi cümlədən doğur. Ömər demişdir: "Sənin atanın gətirdiklərini qoruyub-saxlamaq bu evi yandırmaqdan daha əhəmiyyətlidir. Ümmətin inandıqları və yerinə yetirdiklərinə əməl etməsəniz, evi yandıracağam...”
    Ibn Əbil-Hədid yazır:
    "Nə yaxşı olardı ki, o iki nəfər (Əbu Bəkr və Ömər) Fatimənin evinin hörmətini saxlayardılar. Lakin (nə etmək olar,) onlar ixtilaf və təfriqənin yaranmasından qorxub, məsləhət gördüklərinə əməl etdilər.”
    ç) Peyğəmbər (s)-in canişinlərinin ismət məqamının kiçildilməsi başqa bir tədbirin icrasına da ehtiyac duyurdu. Bu isə səhabələrin rəy və ictihad haqqına malik olduqları nəzəriyyə idi. Bir tərəfdən Əlinin (ə) və Peyğəmbər (s)-in xanədanının məqam və mənziləti adi həddə enməli, digər tərəfdən də digər səhabələrin məqamı ucalmalı idi. Buna əsasən, aydın olur ki, Peyğəmbər (s)-in rəy və nəzəri müqabilində duran həmin səliqələr səhabələrin də qanunvericilik və şəriəti təfsir etməkdə rəy və ictihad haqqına malik olduqlarını təsbit etməkdən başqa bir məqsəd güdmür. Bu nəzəriyyəyə əsasən, müsəlmanların xəlifəsi öz müxaliflərini istədiyi kimi təslim etmə hüququna malikdir, istər həmin müxalif şəxs Səd ibn Übadə olsun, istərsə də Əli ibn Əbi Talib (ə).
    Fatimənin (ə.s) evinə hücum edənlər heç vaxt demirdilər ki, biz qüdrəti ələ aldığımız üçün müxaliflərimizi əzmək istəyirik! Onların sözü bu idi: "Peyğəmbər (s)-in rəy və nəzəri başqa, onun canişini olan xəlifənin nəzəri isə gördüklərinizdir! O həzrətin öz rəy və nəzəri olduğu kimi, xəlifənin də başqa ictihad və səliqəsi vardır! Məgər indiki xəlifə Allahın hansısa bir hökmünü dəyişibmi?! Ictimai-siyasi məsləhətləri ayırd etmək bizim aramızdan gedən Peyğəmbərin öhdəsində deyil, əksinə xalqın öz öhdəsindədir. O həzrətin işi halal-haramları bəyan etmək idi və ictimai işləri xalqa tapşırmışdı.
    Birinci xəlifə müsəlmanların hüzurunda Peyğəmbər (s)-in sünnəsinə əməl etmək üçün and içdi. Lakin bu andın mənası özünün xüsusi nəzər və ictihada malik olmadığı demək deyildi. Necə ki, sonralar öz nəzərinə əsaslanmaqla elə işlər gördü ki, sözsüz, Peyğəmbər (s) sağ olsaydı, onları görməzdi.
    Ondan sonra ikinci xəlifə açıq-aşkar dedi: "Mən, Peyğəmbərin dövründə halal olan iki şeyi haram edir və onları yerinə yetirənləri cazalandıracağam: Onların biri "təməttö həcci”, digəri isə "müvəqqəti evlənmək”dir.”
    Üçüncü xəlifə isə siyasi-dini işlərdə iki şərtə eyni şəkildə əməl etməyi əhd etdi:
    1. Peyğəmbəri-Əkrəm (s)-in sünnəsi;
    2. Özündən əvvəlki iki xəlifənin üslubu.
    Beləliklə, bir neçə ildən sonra xəlifələrin rəy, nəzər və ictihadı Peyğəmbər (s)-in nəzəri ilə eyni oldu . Bu isə xəlifələrin siyasəti idi.
    MÜXALIFLƏRI VƏ YÜRÜŞ EDƏNLƏRI MƏHKUM ETMƏK
    Peyğəmbəri-Əkrəm (s) "həccətül-vida”dan (vida həccindən) qayıtdıqdan sonra bir neçə nəfər – Müseyləmə Yəmamədə və Əsvəd ibn Kəb Ənsi Yəməndə Peyğəmbərlik iddiası etdilər. Lakin Yəmənin sərkərdəsinin tədbiri ilə Əsvəd ibn Kəb, Peyğəmbəri-Əkrəm (s)-in vəfatından bir gün qabaq öldürüldü.
    Bəni-Hənifə tayfasından Müseyləmə 10-cu hicri ilində Mədinəyə gəlib, Islamı qəbul etdi. Lakin vətəninə qayıtdıqdan sonra, yenə Peyğəmbərlik iddiası edib, yavaş-yavaş özünə tərəfdar topladı.
    Bəni-Təğlib tayfasından (Musil şəhərinin ətraf nahiyələrində) Haris ibn Süveydin qızı Səccah da Peyğəmbərlik iddiası etdi. O, əslində Bəni-Yərbu tayfasından (Bəni-Təmim tayfasının bir qoludur), ana tərəfindən isə "Bəni-Təğlib” tayfası ilə qohum idi. Bir müddət keçdikdən sonra işində uğur qazana bilmədiyi üçün müsəlman oldu və Müaviyənin dövrünə qədər ömür sürdü.
    Bəni-Əsəd tayfasından isə Tüleyhə adlı bir şəxs Nəcddə Peyğəmbərlik iddiası ilə qiyam etdi və Teyy qəbiləsi kimi (onların rəisi Ədiyy ibn Hatəmi müstəsna etməklə) bəzi qəbilələr Bəni-Əsəd tayfası ilə əhd-peyman bağlayaraq ona qoşuldular.
    Əbu Bəkr xilafətə çatdıqda, camaat Mədinənin ətraf nahiyələrindən müxalifət məqsədilə bəzilərinin Peyğəmbərlik iddia etdiyini az-çox eşitmişdilər. Lakin bu dövrdən sonra baş verən müxalifətlər özünə başqa forma alsa da, onların mahiyyəti adi camaata çox da aydın deyil, hər qiyam və yürüşlərin təfərrüatından yalnız onların tərəfdarları və hakim dairə xəbərdar idi. Ondan sonra isə ətraf məntəqələrdən eşidilən müxalifət səsləri Müseyləmə, Səccah və Tüleyhənin yürüşlərinə təfsir edilir, bənzədilir və Mədinə müsəlmanlardan bir qrupu xəlifənin əmri ilə onları məhkum etmək üçün həmin yerlərə göndərilirdi. Üsamənin ordusu (Əbu Bəkrin xilafətindən təqribən iki ay sonra) Şamdan qayıdandan sonra onlarla ciddi şəkildə müharibə başlandı və bir ildən çox davam etdi.
    Bir neçə məsələ müsəlman qüvvələrinin hökumət müxaliflərini məhkum etmələrini asanlaşdırırdı ki, onlar aşağıdakılardan ibarətdir:
    1. Mədinə əhalisinin ətraf nahiyələrdə yaşayan qəbilələrin müxalifət və yürüşlərinin məqsədindən dəqiq agah olmadıqları üçün Peyğəmbərlik iddiasını edənlərin müxalifətləri onların bu müxalifət və yürüşlərini təhlil edirdi.
    2. Müxalifət edənlərlə döyüş Peyğəmbəri-Əkrəm (s)-in ömrünün axırıncı ilində baş vermişdi və bu iş Əbu Bəkri o həzrətin yolunun davamçısı göstərirdi.
    3. Mədinədə Peyğəmbəri-Əkrəm (s)-in vəfat etməsi ilə baş verən böhran camaatı ətraf qəbilələrin hücumundan qorxutduğundan, onlar tez bir zamanda düşmənlərin həmrəyliyindən öncə hökumət və şəhərin mövqeyini qoruyub-saxlamaq üçün müxaliflərin əleyhinə qalxmağa tədbir gördülər.
    4. Bəzi qəbilə başçıları tezliklə Mədinəyə hücum etməklə bağlı xəbər göndərib məqsədlərini bildirməklə camaatı döyüşə rəğbətləndirirdi.
    5. Mədinəyə hakim kəsilən böhranlı vəziyyətə diqqət yetirməklə yanaşı hökumət müxaliflərinə qarşı döyüşdə iştirak etməmək bir növ münafiqlik və xarici müxaliflərlə həmkarlıq hesab edilirdi.
    MÜXALIFƏTIN SƏBƏBLƏRI
    Əbu Bəkrin hökuməti bütün müxalif qüvvələrini "mürtəd” adlandırıb, bu ittihamla onlarla döyüşə çalışsa da, onların hamısını mürtəd adlandırmaq olmazdı. Bu ittiham canlı qüvvələri hökumət müxaliflərinə qarşı qaldırmaq üçün ən yaxşı vasitə idi. Bu hadisələri təfərrüatı ilə araşdırdıqda, məlum olur ki, müxaliflərin böyük bir qrupu həqiqətdə mürtəd olmadıqları kimi, onlara qarşı hörmətsizlik etmək və döyüş qalxmaq da düzgün deyildi, hərçənd, xəlifənin əmrinə əsasən, hər kim təslim olmasa, ya öldürülməli, ya yandırılmalı, eləcə də əhli-əyalı əsir olunmalıdır.
    Bu mövzu ilə əlaqədar çoxlu kitab yazıldığı üçün, biz burada onu qısa izah etməklə kifayətlənirik:
    Irtidad böhranı və xalq qiyamına zəmin yaradan amillərin ən mühümü Peyğəmbəri-Əkrəm (s)-in vəfat xəbərinin yayılması ilə Əbu Bəkrin hökumətə çatmasının eyni zamanda baş verməsi idi. Çünki Ərəbistan yarımadasının ətraf qəbilələrinin Peyğəmbəri-Əkrəm (s)-in nümayəndələri sayılan qəbilə başçıları ilə birlikdə o həzrətdən sonra Əli ibn Əbi Talib (ə)-ın canişin olmasından müəyyən qədər məlumatları olduğu üçün Əbu Bəkrin xilafət kürsüsündə əyləşməsindən təəccübdə idilər. Canişinlik məsələsi ilə bağlı səhabələr arasındakı ixtilafın tezliklə hər tərəfə yayılması imanı zəif olan qəbilələri şəkk və tərəddüdə düçar etdi. Onlar belə düşünürdülər ki, Peyğmbər (s)-in səmimi və seçilmiş səhabələri hökumət barəsində eyni fikrdə olmadığı və o həzrətin mirasına sahib olmaqda bir-birləri ilə ixtilaf etdiyi halda, başqalarından nə gözləmək olardı?!
    Həmişə onlara xəbər çatırdı ki, Peyğəmbər (s)-in ardıcılları hökumət üzərində bir-birlərinin əleyhinə çıxmışlar. Digər tərəfdən isə o həzrətin Əhli-beyti və Səd Xəzrəcinin dəstəsi yeni xəlifə ilə beyət etməmişlər. Bu xəbərlər onların əqidələrini müəyyən qədər süstləşdirmişdi.
    Müxaliflər müxtəlif məqsəd və fikirdə olduqları üçün Əbu Bəkr onların əleyhinə qərar çıxarmaqda çətinliklə üzləşərək, onların hamısını bir ittihamla məhkum edə bilmirdi. Onun müxalifləri məhkum etməkdə gördüyü ən mühüm iş onların eyni fikirdə olmalarını qələmə vermək idi. O, bununla bütün bu qrupları Peyğəmbər (s)-in hökumətinə qarşı çıxan və yenidən cahiliyyət əqidələrini dirçəldən tüğyançı mürtədlər kimi tanıtdırmağa çalışırdı. Bu o zaman idi ki, bəzi qəbilələr Mədinəyə hücum etmək üçün hazırlaşırdılar. Buna əsasən, o, camaatı yığmaqla onların əleyhinə qanlı müharibə başladı, bu müharibədə minlərlə adam öldürüldü. Xəlifə ərəb tayfalarına xitab edərək dindən çıxan hər kəsin tövbə etmədiyi təqdirdə qətlə yetirilməsi, yandırılması və əhli-əyalınının əsir edilməsi ilə bağlı sərəncam verdi.
    Bu hökmün Islam baxımından heç bir əsası yox idi və yalnız xəlifənin şəxsi ictihadından doğurdu. Islam dini xüsusilə mürtədlərə qarşı son dərəcədə ehtiyatı gözləmiş və heç vaxt onları əqidələrində şübhəyə düçar olduqlarını ehtimal verən kimi cəzalandırmır və irtidada məhkum etmir.
    Şiə və əhli-sünnə mənbələrində belə yazılır: "Xəlifənin müharibə etdiyi müxalif qüvvələrinin əksəriyyəti tövhid və nübüvvətə inanır və namaz qılırdılar.” Ibn Kəsirin dediyi kimi, Ibn Macəni müstəsna etməklə, bütün hədis alimləri belə yazmışlar: "Ömər, Əbu Bəkrə etiraz edərək dedi: "Nə üçün Peyğəmbərin sünnəsinə qarşı çıxıb, Allahın birliyinə və Peyğəmbərin risalətinə şəhadət verənlərlə döyüşürsən?” Əbu Bəkr cavab verib dedi: "...Allaha and olsun! Namazla zəkat arasında fərq qoyan (yəni namaz qılan, lakin zəkat verməyən) kəslə həmişə döyüşmək lazımdır. Əgər bir illik zəkatlarını mənə verməsələr, onlarla müharibə edəcəyəm!”
    Təlihəyə qoşulan Əsəd, Qətfan və Teyy qəbilələri Əbu Bəkrin yanına bir neçə nəfəri nümayəndə yollayıb, "Biz namaz qılırıq, lakin sənə zəkat vermək istəmirik!” – deyə xəbər göndərdikdə, xəlifə demişdi: "Əgər zəkat verməkdə dəvənin ayağının ipi qədər belə səhlənkarlıq etsələr, onlarla döyüşəcəyəm!” Onlar Mədinənin ətrafında yaşayan qəbilələrinin yanına qayıdıb dedilər ki, Mədinə hökuməti buna razılıq vermir. Buna görə də Mədinəyə hücum etmək üçün ən yaxşı vaxt indidir. Çünki müsəlmanların çoxu Üsamənin ordusundadır və onun ordusu da Şam sərhədlərinə doğru hərəkət etməyə hazırlaşırlar.
    Xəlifə vəziyyətin böhranlı olduğunu gördükdə, Əli ibn Əbi Talib (ə)-ın himayəsini cəlb etməklə Mədinənin mühüm çıxış yollarını Təlhə, Zübeyr və Abdullah ibn Məsuda tapşırdı, əhalini məscidə çağırıb onlara dedi: "Ətraf nahiyələrdə yaşayanların hamısı kafir olmuşlar. Ola bilsin, gecə, yaxud gündüz bizə hücum etsinlər. Indi onlar sizin yaxınlığınızdadırlar, buna görə də özünüzü hazırlayın!”
    Onlar üç gündən sonra gecə ikən Mədinəyə hücm edib, şəhərin keçid yollarında pusquda duranlarla üzləşdilər. Müsəlmanlar onların Mədinəyə girməsinə mane oldular və onları təqib etdilər, nəhayət bəziləri öldürüldü, bəziləri gizləndi, bəziləri qaçıb canını qurtardılar və Mədinə müsəlmanları qələbə çaldılar. Beləliklə, xəlifə iki aydan az bir müddətdə Mədinənin yaxınlığında yaşayan müxaliflərin bəzilərini qətlə yetirdi, bəzilərini isə özünə təslim etdi. Bu vəziyyət onun üçün müxalifləri məhkum etmək üçün ən yaxşı fürsət idi.
    UĞURSUZ MÜSƏLMANLARIN AQIBƏTI
    Zəkatı Əbu Bəkrin hökumətinə verməkdən boyun qaçıran bütün tayfalar bir məqsədi güdmürdülər. Bu baxımdan onları bir neçə qrupa bölmək olar:
    1. Bir qrup qeyri-müsəlmanlar idi ki, zəkatı cizyə hesab edərək, onun yalnız Peyğəmbərə verildiyini, ondan sonra isə bu işdən azad olduqlarını deyirdilər.
    2. Bir qrup adi müsəlmanlar Peyğəmbərin (s) vəfatını bəhanə edərək zəkat verməkdən imtina edib, onun vacibliyini dandılar. Onlar namaz qılsalar da, paxıllıq və sərvət sevgisi onları bu işdən saxlayırdı.
    3. Bəzi imanlı müsəlmanlar Əbu Bəkrin hökumətinin qanunsuz olduğu üzündən onun məmurlarına zəkar vermir və inanırdılar ki, belə bir vaxtda zəkatı özlərindən olan fəqir və möhtaclar arasında bölmək lazımdır.
    Üçüncü qrupun nümayəndələri Mədinəyə gəlib Əbu Bəkrlə bu məsələ barəsində söhbət etdikdə, Əbu Bəkr demişdir: "Allaha and olsun, namaz qılmamaqla zəkat verməmək arasında heç bir fərq görmürəm, onların arasında fərq qoyanlarla müharibə edəcəyəm! Allaha and olsun, əgər Peyğəmbərə zəkat verdikləri kimi mənə zəkat verməsələr, onlarla döyüşəcəyəm!”
    Belə nəzərə çarpır ki, Əbu Bəkrin bu qruplara qarşı eyni mövqedən çıxış etməsi təbliğat yönünə malik idi. Çünki camaatı namaz qılan, lakin zəkat verməyən müsəlmanlara qarşı yürütmək çox çətin və qəbuledilməz bir məsələ idi.
    Xəlifənin əqidəsinə görə, onlarla mürtəd kimi rəftar etmək, döyüşmək, qadın və uşaqlarını əsir tutmaq lazımdır. Bu nəzər o qədər əsassız və ifrat dərəcədə idi ki, hətta Ömər ibn Xəttab onunla müxalifət etdi və sonralar Əbu Bəkrin əsir etdiyi adamları buraxdı. Əbu Bəkr onlara qarşı siyasətində onların mövcud əqidələrinə əsla diqqət yetirmədi. O, bundan narazı və qəzəbli idi ki, nə üçün bu qəbilələr onunla Peyğəmbərin (s) hökuməti arasında fərq qoyurlar?
    Ətraf qəbilələri məhkum etdikdən sonra müxaliflərin mövqeyi xəlifəyə bəlli oduqda, o, dərhal müxtəlif məntəqələrə on bir qoşun göndərib göstəriş verdi ki, hər qəbilənin müsəlman şəxsləri yol əsnasında bu qoşunlara qoşulsunlar. Burada on bir bayraq ucaldı ki, onların bəziləri aşağıdakılardan ibarətdir:
    1. Tüleyhə və Malik ibn Nüveyrənin əleyhinə yollanan Xalid ibn Vəlidin qoşunu;
    2. Yəmaməyə Müseyləmənin əleyhinə yollanan Əkrəmə ibn Əbi Cəhlin qoşunu;
    3. Əsəvd Ənsinin qoşunundan sağ qalanlarla döyüşməyə yollanan Mühacir ibn Əbi Üməyyənin qoşunu;
    4. Qəzaə, Vədiə və Haris qəbilələrinə doğru yollanan Əmr ibn Asın qoşunu;
    5. Dəba əhalisinə doğru yollanan Hüzeyfə ibn Mühəssinin qoşunu;
    6. Əkrəmənin qoşununu təqib edən Şərhəbil ibn Həsənənin qoşunu.
    Xəlifə belə bir sərəncam verdi: "Mən bu qoşunları məmur etmişəm ki, dindən çıxan hər bir kəsi qılıncdan keçirsin, yandırsın və əhli-əyalını əsir tutsunlar. Əgər tövbə edib, Islamın əlamətini – azanı, sonra isə zəkatı – aşkar etsələr, bu hökmə şamil olmurlar.”
    Bu göstərişlə onun sərkərdələri yola düşdülər. Xalid ibn Vəlid, Tüleyhə ilə döyüşməyə məmur olundu və Teyy qəbiləsinin köməyi ilə onlarla müharibə etdi. Müharibənin əvvəlində məğlub olsalar da, axırda Tüleyhənin qoşununa ağır zərbələr endirdilər və bununla da o yalançı Peyğəmbər arvadı ilə birgə Şama qaçdı.
    Elə həmin günlərdə Əyas ibn Abdullah (Fücaə) Əbu Bəkrin tərəfindən mürtədlərlə döyüşə yollandı, nəhayət, Nəcddə bir quldurla rastlaşdı, onu tutub xəlifənin yanına gətirdilər. Xəlifə də onun "Bəqi” qəbiristanlığında diri-diri yandırılmasını əmr etdi.
    Xalid, Tüleyhənin Şama qaçmasından sonra və Müseyləmə ilə müharibəyə başlamazdan qabaq Bəttahda (Bəni-Yərbu qəbiləsinin mərkəzi) qoşununu bölərək ətraf qəbilələrə doğru yolladı. Onların bir qrupu Malik ibn Nüveyrəni Bəni-Yərbu qəbiləsindən bir dəstə ilə birlikdə əsir tutdular. Bəni-Yərbu qəbiləsi, Xalidin qoşunu ilə rastlaşdıqda, əvvəlcə azan deyib, hamılıqla namaz qıldılar. Lakin əsir edildikdən sonra Xalidin əmri ilə öldürüldü.
    Tarixdə göstərilir ki, Bəni-Yərbu qəbiləsinin öldürülməsində əsas məqsəd Xalid ibn Vəlidin qəbilənin rəisi Malik ibn Nüveyrənin arvadı ilə evlənmək istəyi olmuşdur. Malik gözəllikdə tayı-bərabəri olmayan arvadı ilə Xalidin yanına getdi. Xalid onu görcək Malik ibn Nüveyrəyə dedi: "Allaha and olsun, səni öldürməyincə, arvadına nail ola bilməyəcəyəm.” Bundan sonra Xalidin göstərişi ilə Malikin boynunu vurdular, daha sonra o qəbilənin kəsilmiş başlarını od vurub yandırdılar.
    Xalidin bu qəbiləni öldürməkdə başqa bir məqsədi də onun və Əbu Bəkrin onlarl qədim ixtilaf və kin-küdurətləri idi.
    Tarixçilər yazırlar: "Peyğəmbərin (s) vəfatından sonra Malik ibn Nüveyrə zəkat vermək və Mədinənin vəziyyətini öyrənmək üçün o şəhərə gəldi. Intizarın əksinə olduğu kimi, Əbu Bəkri xilafət kürsüsündə gördükdə, tənə ilə ona dedi: "Əli ibn Əbi Talib haradadır ki, sən minbərdə əyləşmisən?!”
    Həqiqət budur ki, Malik ibn Nüveyrə öz qəbiləsinin ən qeyrətli və şücaətli şəxsi idi. Mədinənin bir neçə fərsəngliyində böyük bir ordu yerləşdirmişdi ki, bu da Əbu Bəkrin hökuməti üçün ciddi təhlükə sayılırdı. Onun qətlə yetirilməsi ilə Əbu Bəkrin böyük düşmənlərindən biri sıradan çıxır və bununla da digər müxaliflərin gözünü qorxudurdu. O zaman Mədinədə Xəzrəc tayfasının rəisi (Səd ibn Übadə), Qüreyşin başçısı (Əbu Süfyan) və Bəni-Haşim tayfasının sevimlisi (Əli ibn Əbi Talib (ə)) Əbu Bəkrlə müxalif idilər. Əgər Malikin ölümünün səbəbi yalnız Xalidin onun arvadını ələ keçirmək idisə, o, Maliki məxfi öldürməklə arzusuna çata bilər, özünü və hökuməti müxaliflərin danlağı və etirazı ilə üzləşdirməzdi.
    Malik ibn Nüveyrənin qətl xəbəri hər yerə yayıldıqdan sonra səhabələr Xalidə etiraz etməyə başladılar. Ömər ibn Xəttab da etiraz edənlər sırasında idi, hərçənd, onunla Xalid arasında heç vaxt səfa-səmimiyyət olmamışdır. Ömərin bu etirazının ciddi olduğunu dəqiq bilmək olmur. Adi olaraq siyasi hadisələrdə hökumətə qarşı ümumi etirazlar artdıqda, hakim dairənin tənqidləri müəyyən qədər həmin etirazların qarşısını alır. Bu nəzəriyyəni təsdiqləyən budur ki, vəziyyət sakitləşdikdən sonra Əbu Bəkr xalqın, eləcə də Ömərin etirazlarına azacıq belə diqqət yetirmir və Xalidi əsla cəzalandırmadan deyirdi: "Xalidin qılıncı Allahın siyirilmiş qılınclarından biridir və Allahın siyirdiyi qılıncı qınına qoymaq olmaz.”
    Xəlifənin bu siyasəti Xalid ibn Vəlidi daha da məğrur etdi. Xəlifənin bu mövqeyindən sonra o, Yəmamənin müxaliflərinə qarşı döyüş zamanı Mücamə ibn Zürarənin qızı ilə nikah bağlayaraq, təntənəli toy mərasimi keçirtdi. Xəlifə keçmişdə onu müdafiə etdiyi üçün qoşun daxilindən kimsə ona etiraz edə bilmirdi. Lakin bir vaxt gəlib çatdı ki, Əbu Bəkr ona "Müsəlmanlardan iki yüz nəfər öldürüldüyü halda, sən orada toy mərasimi keçirirsən?!” – deyə etiraz etdikdə, o xəlifəyə bildirdi ki, sənin mənə etiraz etməyinə səbəb Ömərin hərəkətidir. Elə bil, Xalid xatircəm idi ki, əgər xəlifə tərəfdarları tərəfindən tənqid atəşinə tutulsa da, yenə xəlifə onu gördüyü işlərinə görə məzəmmət etməyəcəkdir.
    Təbəri yazır: "Əbu Bəkr öz nümayəndə və əsgərlərindən əsla intiqam almır, sanki siyasətində məmur və əsgərlərini cəzalandırmaq əzmində deyildi.”
    HƏZRƏ-MOVTDA YAŞAYAN MÜXALIFLƏRLƏ DÖYÜŞ
    Həzrə-Movtda Kində, Bəni-Zuhəl, Bəni-Təmim və s. adlı qəbilələr Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beytini və haşimiləri himayə edərək, Əbu Bəkrin xilafətini rəsmiyyətə tanımır, xəlifənin məmurlarına zəkat verməkdən imtina edirdilər. Onlar (zəkatı yığmağa məmur olunan) Ziyad ibn Lübeydin yığdığı zəkatı geri istəyib dedilər: "Biz həyatda olduğu vaxtda Peyğəmbəri-Əkrəm (s)-ə itaət edirdik. Əgər hal-hazırda onun Əhli-beytindən kimsə dini-siyasi işləri öhdəsinə götürən varsa, yenə ona itaət edəcəyik. Əbu Bəkrin isə bizim üzərimizdə bir əhd-peymanı olmadığı üçün ona itaət etmək bizə vacib deyildir!”
    Onlardan başqa birisi belə dedi: "Sən bizi elə bir kəsə itaət etməyə dəvət edirsən ki, nə o bizimlə, nə də biz onunla bir əhd-peyman bağlamışıq!” Ziyad dedi: "Sən düz deyirsən, lakin biz onu seçmişik.” Bir nəfər dərhal dedi: "Peyğəmbərin Əhli-beytindən üz döndərdinizmi?! Axı bu (xilafət) onların haqqı idi?” Ziyad belə cavab verdi: "Mühacir və ənsar qrupları nə etdiklərini səndən yaxşı bilirlər!” O isə dedi: "Xeyr, siz Əhli-beytə qarşı yalnız həsəd etdiyinizdən, onlara itaətdən boyun qaçırdınız.”!
    Bu zaman Ərəfcə ibn Abdullah Zühəli dedi: "Allaha and olsun ki, o düz danışır. Bu kişini (Ziyad ibn Lübeydi) qovun, çünki onun dostu (Əbu Bəkr) xilafətə layiq deyildir.”
    Onlar hamılıqla deyirdilər: "Biz Allaha iman gətirmişin, Mühəmmədin Onun Peyğəmbəri olduğuna şəhadət verir və namaz qılır, əmlakımızı isə Əbu Bəkrə vermirik!”
    YƏMƏN MÜXALIFLƏRI
    Yəməndə camaatın Əbu Bəkrin əleyhinə qiyam etməsini səbəbi onun məmurlarının zəkat yığdıqda göstərdikləri yaramaz rəftar idi. Belə ki, bir dəfə məmurlardan biri bir cavandan bir dəvə balasını alıb deyirdi: "Hökmən bunu zəkat verməlisən.” Cavan "Mən bu dəvə balasını çox istəyirəm, ona görə də əgər mümkünsə, onun yerinə başqa bir dəvəni götür!” – desə də, o, qəbul etmədi, hətta qəbilə başçısı buna vasitəçilik etsə də, heç bir təsiri olmadı. Qəbilənin başçısı məmurun bu hərəkəti və bəhanəsini gördükdə, dərhal həmin dəvəni zəkat hesabı içərisində olan dəvələrdən ayırıb, sahibinə verdi. Bu xəbər Əbu Bəkrə çatdıqda, oraya bir qoşun göndərdi. Bu düşüncəsiz hərəkət adi danışığı böyük bir döyüşə çevirdi. Bu zaman Həzrə-Movt qəbiləsinin qiyam xəbəri Yəmən əhalisini daha çox müqavimət göstərməyə vadar etdi.
    Xəlifənin ordusu onların şəhərini (Dəbanı) mühasirəyə alıb, güzəranı çətinləşdirdikdə, camat çarəsizlikdən Əbu Bəkrin şəhərdən qovub çıxartdıqları valiyə dedilər: "Biz sülh etmək və boynumuzda qalan zəkatı vermək istəyirik.” O vəziyyəti belə görüb dedi: "Biz bunu qəbul edə bilmərik, lakin bizim haqq olduğumuzu, özünüzün isə əyri və batil yolda, bizdən ölənlərin behiştdə, sizdən ölənlərin isə cəhənnəmdə olduğunu iqrar və bizim hökm etdiyimiz hər bir məsələni qəbul etdiyiniz təqdirdə, qəbul edərik.” Onlar çarəsizlikdən buna razılıq verdilər. Bu zaman onların silahı yerə qoyub, şəhərdən çıxmaları əmr olundu. Belə də oldu. Əbu Bəkrin ordusu şəhərə girdi. Lakin gözlənilmədən onlar şəhərin böyüklərinin bir-bir boynunu vurub, qadın və uşaqlarını əsir tutdular və mal-dövlətlərini qarət edərək Mədinəyə, Əbu Bəkrin yanına qayıtdılar.
    Əbu Bəkrin ordusu Yəmən əhalisini məhkum etdikdən sonra Kində qəbiləsinə hücum edərək, onların əyan-əşrafları və böyüklərinin başlarını kəsdilər, qalanlarını isə əsir tutub Mədinəyə gətirdilər.
    FƏDƏK
    Biz burada Fədək hadisəsinin təfərrüatı haqda söz açmaq istəmirik. Bu barədə bir çox kitablar yazılmış və dəyərli tədqiqatlar aparılmışdır. Biz isə yalnız onu qısa araşdırmaqla, təhqiq və qəzavəti oxucuların özünə həvalə edəcəyik.
    FƏDƏKIN SIYASI-COĞRAFI MÖVQEYI
    Peyğəmbəri-Əkrəm (s)-in Məkkədən qayıtmasından təqribən bir ay yarım keçdikdən və "Hüdeybiyyə” sülhündən sonra (6-cı hicri qəməri ilinin axırlarında) o həzrət "Xeybər”i fəth etmək məqsədilə yola düşdü. Fədək məntəqəsi "Xeybər”in yaxınlığında, Mədinənin 140 kilometrliyində yerləşir və "Xeybər” qalalarından sonra Hicaz yəhudilərinin mərkəzi sayılırdı.
    "Xeybər” qalaları və əmlakı alındıqdan sonra yəhudilər "Vəti” və "Sülam” adlı iki qalaya sığındılar, Peyğəmbəri-Əkrəm (s)-in ordusu hər iki qalanı mühasirəyə aldılar. Yəhudilər bir nicat yolu tapa bilməyib, tezliklə məhv olacaqlarını gördükdə, o həzrətdən oranı tərk etmək üçün icazə istədilər. Peyğəmbər onlara icazə verdi. Onlar qaladan çölə çıxdıqdan sonra o həzrətə təklif etdilər ki, əmlaklarının və əkin yerlərinin məhsulunun yarısını özünə götürsün, bunun müqabilində məntəqəni tərk etməsinlər və hər zaman onları çıxarmaq istədikdə, əmlaklarını geri qaytarsın.
    Peyğəmbəri-Əkrəm (s) bu təklifi qəbul etdi. Fədək əhalisi də bu müqavilədən agah olduqda, o həzrətdən xahiş etdiklər ki, onlarla da belə bir müqavilə bağlamağa razılıq versin. Beləliklə, Xeybər müsəlmanların ümumi əmlakından, Fədək isə Peyğəmbərə məxsus oldu. Çünki Fədəklə bağlı əsla döyüş olmadı. Quran ayələrinə əsasən, müharibəsiz təslim olan camaatın məntəqəsi müsəlman olduqları təqdirdə, özlərinə aid olur, yox əgər müsəlman olmayıb, sülh müqaviləsi bağlasalar, yaşadıqları məntəqənin ya hamısı, ya da bir hissəsi Peyğəmbərin (s) şəxsi əmlakına keçirdi.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 1045 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024