İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 5:58 AM

    BU MƏSƏLƏ ILƏ BAĞLI MÜBAHISƏLƏR
    Peyğəmbəri-Əkrəm (s) vəfat etdikdən bir həftə sonra xəlifə, Fatimeyi-Zəhra (ə.s)-ın işçilərini Fədəkdən çıxartdı. Oranın bağlarını və əkin sahələrini Islam dövlətinə məxsus əmlakdan hesab etdi. Xəlifə, Peyğəmbər (s)-in Fədəki Fatiməyə (ə.s) bağışladığını iqrar etsə də, bu bəxşişin o həzrətdən sonra qüvvədən düşdüyünü, mötəbər olmadığını, müsəlmanların ümumi əmlakından sayıldığını və Islam dövlətinin ixtiyarına keçdiyini iddia etdi.
    Bu məsələ haqda xəlifə ilə Fatimeyi-Zəhra (ə.s) arasında dəfələrlə camaat qarşısında mübahisə olunsa da, tarixdə həmin söhbətlərin təfərrüatı qeydə alınmamışdır. Əbu Bəkrin Səqifə yığıncağındakı söhbətindən sonra onun Fədəklə bağlı mübahisəsi və söhbəti daha həssas göstərilmişdir. Buna görə də Əbu Bəkri siyasi mübahisələrin ustalarından hesab etmək lazımdır. Çünki o, mübahisədə çox zirək və hövsələli olmuşdur. Onun söhbətinin bir qismini mütaliə etdikdə, bunun doğruluğu daha da aydınlaşır. O, camaatın qarşısında Peyğəmbəri-Əkrəm (s)-in qızı Fatimeyi-Zəhra (ə.s)-a belə demişdir:
    "Ey Peyğəmbərin qızı! Sənin atan möminlərə qarşı çox mərhəmətli və mehriban idi. Amma kafirlərə qarşı mehriban deyildi. Onlara dərdli əzabın olacağını xəbər verirdi. Onun nəsəbini araşdırsaq, digər qadınların deyil, yalnız sənin atan olduğunu, dostları arasında isə tənha əmisi oğlu Əlini görəcəyik. Peyğəmbər onu bütün dostlarından üstün tutdu. Əli elə bir şəxsiyyət idi ki, Peyğəmbərə hər bir ağır işdə kömək edirdi. Yalnız səadətə qovuşmuş insanlar sizi sevir və tək Allahdan uzaq olan bədbəxt insanlar isə sizinlə düşmənlik edirlər. Siz, Peyğəmbərin pak ailəsi və onun bəyəndiyi şəxslərsiniz. Xeyirli işlərdə bizə yol göstərən və bizi behiştə sövq edən sizsiniz. Mənim nə haqqım var ki, sənin əmin oğlunu xilafətdən kənarlaşdırım! Amma Fədəkə və atanın sənə bağışladıqlarına gəldikdə, əgər onlar sənin haqqındırsa və mən bunu səndən almışamsa, onda zülmkaram. Irs və mirasa gəldikdə isə, bildiyin kimi, atan buyurmuşdur ki, biz Peyğəmbərlər (özümüzdən sonra) irs qoymuruq və bizdən qalanlar sədəqədir.
    Ey Peyğəmbərin qızı! Allaha and olsun ki, Onun heç bir məxluqunu sənin atandan çox istəmirəm! Atan vəfat etdiyi gün istəyirdim ki, göylər yerə tökülsün. Allaha and olsun, çox istəyirəm ki, Ayişə kimsəsiz qalsın, amma sən yoxsul qalmayasan. Mümkün ola bilərmi ki, mən hamının haqqını verdiyim halda, sənə qarşı zülm və haqsızlıq edim?! Sən Peyğəmbərin qızısan! Bu əmlak Peyğəmbərin deyil və bütün müsəlmanlara aiddir. Atan onu Allah yolunda vermiş və onunla camaatın ehtiyacını aradan qaldırmışdır. Onun vəfatından sonra, mən də onun kimi rəftar edəcəyəm.”
    Əbu Bəkrlə xanım Fatimənin (ə.s) arasında söz uzanır, o, mahir danışıb, özünü xeyirxah göstərsə də, o həzrət daha da tutarlı cavab və dəlillər gətirərək, xəlifənin sözlərinin puç və əsassız olduğunu göstərirdi. Xəlifə yeni bir söz demək istəyəndə, xanım buyurdu: "Allaha and olsun ki, heç vaxt səninlə danışmayacaq və sənə qarğış edəcəyəm!”
    Xanım Fatimənin (ə.s) son sözü, eləcə də Əli ibn Əbi Talib (ə)-dan tərəfdarlıq etməsi xəlifəni daha da qəzəbləndirdi, camaat arasında qalmaqal yarandı. Bu zaman qaşqabaqlı halda qışqıraraq dedi: "Ey camaat! Nə üçün hər deyilənə qulaq asırsınız? Bu arzular Peyğəmbərin vaxtında harada idi? Kim bu haqda bir söz eşidibsə, yaxud bir şey görübsə, desin və şəhadət versin. Lakin bu hadisə quyruğu özünə şahid olan tülküyə bənzəyir ki, fitnə-fəsad törətmək və çarəsizlərdən kömək istəyir. Uşaqları və qadınları köməyə çağırırlar. Onlar cahiliyyət dövrünün qadınlarına bənzəyirlər ki, çirkin işi hər şeydən üstün tuturlar!!!
    Bu zaman Fatimeyi-Zəhra (ə.s) evə qayıtdı.
    Əbdül-Həmid Mədaini yazır: "Mən bu sözləri ustadım Nəqib Əbu Yəhya Bəsriyə oxuyub dedim: "Əbu Bəkrin bu sözləri nəyə kinayədir?” Ustadım dedi: "Onun sözlərində kinayə yoxdur, əksinə hamısı aydındır!” Dedim: "Əgər aydın olsaydı, bunu səndən soruşmazdım.” Ustadım gülüb dedi: "Onun məqsədi Əli idi.” Soruşdum: "Yəni bu sözlərin hamısı Əliyə aiddirmi?” Dedi: "Bəli, ey oğul, hakimiyyət belədir!” Soruşdum: "Bəs, ənsardan olanlar nə dedilər?” Dedi: "Onlar Əlidən tərəfdarlıq etdilər, lakin o, onları fitnənin baş verəcəyindən qorxudub çəkindirdi.”
    Əbu Bəkrin istinad yeri iddia etdiyi və guya Peyğəmbərdən eşitdiyi bu hədis idi: "Biz Peyğəmbərlər heç bir irs qoymuruq və bizdən qalanlar sədəqədir.”
    Ibn Əbil-Hədid yazır: "Böyük hədis alimlərinin etiraf etdiyi kimi, bu hədisi Əbu Bəkrdən başqa heç kim nəql etməmişdir.”
    Qeyd etmək lazımdır ki, heç bir tarixçi yazmamışdır ki, Fatimeyi-Zəhra (ə.s) Fədək bağına sahib olduğu müddət ərzində ondan götürülən məhsulu özü üçün xərcləsin. Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beyti Fədəkin gəlirini fəqirlər arasında bölürdü. Bu məsələ heç bir şəkk-şübhə yoxdur. Buna əsasən, həzrət Fatimənin (ə) Fədəki tələb və buna israr etməsinin başqa bir dəlili var idi.
    Izzuddin Əbu Hamid Mötəzili yazır:
    "Bir gün ustadım Əli ibn Faruqidən soruşdum: "Fatimeyi-Zəhra Fədəklə bağlı hadisədə düz danışırdımı?” Dedi: "Bəli!” Dedim: "Bəs, nə üçün Əbu Bəkr Fədəki ona vermədi?” O, təbəssüm edib dedi: "Əgər həmin vaxt Fədəki sadəcə iddiası ilə ona versəydi, ondan sonra xilafəti əri üçün iddia etdikdə, Əbu Bəkr bəhanə gətirə bilməyəcəkdi. Çünki ondan qabaq şahidsiz onun dediklərinin doğru olduğunu hökm etmişdi.” Ustadım bu cümləni zarafata desə də, onun bu sözü həqiqət idi.”
    Bu sünnü alimi başqa bir yerdə belə yazır:
    "(Peyğəmbər (s)-in qızı ilə Əbu Bəkr və Ömərin arasında baş verən ixtilaf və mübahisələr Fatimənin ömrünün sonuna qədər onlara qarşı qəzəbli olduğuna səbəb oldu.) Fatimə onların hər ikisindən qəzəbli halda dünyadan getdi və vəsiyyət etdi ki, onlar ona namaz qılmasınlar. Bu, bizim böyüklərimizin yanında çox da əhəmiyyətli məsələ deyildir. Əlbəttə, onlar Peyğəmbərin Əhli-beytinin hörmətini gərək saxlayaydılar, lakin nə etmək olar, müsəlmanlar arasında ixtilaf və təfriqənin yaranmasından qorxub, məsləhət üzrə hərəkət etdilər.”
    Bu acı hadisədən bir neçə gün sonra Əbu Bəkr və Ömər xanım Fatiməni (ə.s) görmək üçün o həzrətdən xahiş etdikdə, xanım qəbul etmədi. Onlar imam Əlinin (ə) yanına gəlib dedilər ki, Peyğəmbərin qızını görmək istəyirik. Xanım isə onlardan üz döndərib buyurdu: "Əgər Peyğəmbərdən bir hədis nəql etsəm, ona əməl edəcəksinizmi?”
    Dedilər: "Bəli.”
    Buyurdu: "Sizi Allaha and verirəm, Allahın Rəsulununun belə buyurduğunu eşitmisinizmi: "Fatimənin razığılı mənim razılığım, qəzəbi isə mənim qəzəbimdir. Hər kəs qızım Fatiməni sevsə, həqiqətən, məni sevmiş, hər kəs onu razı salsa, məni razı etmiş və hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”
    Dedilər: "Bəli, bu hədisi Allahın Rəsulundan eşitmişik!”
    Buyurdu: "Allahı və mələkləri şahid tuturam ki, sizin hər ikiniz məni qəzəbləndirmiş və razı etməmişdir. Əgər Peyğəmbəri görsəm, sizin hər ikinizdən şikayət edəcəyəm... Hər namaz vaxtı sizə qarğış edirəm.”
    Buxari "Səhih” kitabında yazır:
    "Fatimənin Əbu Bəkr və Ömərdən narahat və qəzəbli olması vəfat etdiyi vaxta qədər davam etdi... Bu məsələ doğrudur və çoxlu səhih rəvayət onu təsdiqləyir.”
    FƏDƏKI SAHIBINDƏN ALMAQDA HƏDƏF
    Bu məsələ ilə bağlı təvəqqe etmək olmaz ki, tarixi xəbərlər Fədəki sahibindən almağın məqsədini aydın şəkildə açıqlasın. Fədəkin çoxlu məhsul və gəlirinə, eləcə də xəlifənin onu sahibindən almaqda tələsməsinə diqqət yetirdikdə, məlum olur ki, Əbu Bəkrin hökuməti yenicə fəaliyyətə başlayarkən, şübhəsiz, böyük gəlirə ehtiyac duyurdu. Qəbilələrin mürtəd olma xəbəri və Mədinəyə hücum ehtimalı xəlifənin ordusunu və onun məxaricini sahmana salmaq fikrində olmasına səbəb oldu. Burada Fədək bağı ən yaxşı və ən böyük gəlir mənbəyi hesab edilirdi. Elə bu günlərdə həzrət Fatimə (ə.s) Əbu Bəkrin yanına müxtəlif şahidlər apardıqda və Əbu Bəkr Fatimənin Fədəkə sahib olması ilə bağlı bir sənəd yazdıqda, Ömər həmin sənədi cırıb Əbu Bəkrə dedi: "Ərəblər dörd tərəfdən sənə hücum etdiyi halda, Fədəki Fatiməyə qaytarsan, müsəlmanların məxaricini haradan təmin edəcəksən?!”Fədəkin müsadirə edilməsi ilə haşimilər və Əli ibn Əbi Talib (ə) ən böyük iqtisadi imkanlarını itirdilər. Hökumət arxayın oldu ki, bundan sonra artıq Əli ibn Əbi Talib (ə)-ın Əbu Bəkrin hökumətinin əleyhinə ordu yığması təqribən qeyri-mümkündür.
    Digər tərəfdən də onun Fədəki almağa tələsməsi Əlidən (ə) beyət almaq və xanım Fatimənin (ə.s) evinə hücum etmək məqsədlərini güdürdü.
    Mötəbər sünnü mənbələrinə əsasən, Fatimeyi-Zəhra (ə.s) şübhəsiz, "Təthir” ayəsinin xarici nümunəsi olub, hər günah və xətadan uzaqdır, onun şahidliyi məsum olmayan digər şəxslərdən üstündür. Allahın Rəsulu bir hadisədə Hüzeyfə ibn Yəmaninin şəhadətini iki ədalətli şəxsin şəhadəti kimi hesab etdi. Halbuki Hüzeyfə nə məsum, nə də məsum övladı idi. Bundan əlavə, Islamdan neçə illər öncə müşriklərdən idi.
    Fədəki almaq hadisəsi Peyğəmbərin Əhli-beytinin (ə) iqtisadi vəziyyəti pisləşdiyi və silah alma imkanları olmadığından əlavə, Rəsuli-Əkrəmin (s) xanədanından qalan ən hörmətli şəxsin, yəni Fatimənin (ə.s) mənəvi və ictimai məqamı o günün adi bir insanın məqamı kimi, üstəlik ondan da aşağı olacaq və bununla da onun şəhadəti adi bir müsəlmanın, ədalətli bir qadının şəhadətindən də dəyərsiz qələmə veriləcək, hətta onun şəhadəti ilə yanaşı başqalarınını şəhədəti də öz dəyərəni itirəcəkdir. Buna əsasən, ondan sonra – Fatimənin (ə.s) maddi məsələlər üzrə iddası qəbul edilmədiyi təqdirdə – hakimiyyət, nəzər vermək və Əli ibn Əbi Talibin (ə) haqqını müdafiə etmək kimi siyasi məsələlərdə heç bir etirabı olmayacaqdır. Belə də oldu.
    XALQIN SÜKUTU
    Mədinə əhalisinin həzrət Fatimənin (ə.s) sözlərini eşitdikdən sonra o həzərti himayə etməməsi həqiqət və doğru deyil. Izzuddin Əbu Hamid Mötəzilinin yazdığı kimi, Fədəklə bağlı məclisdə az qalırdı ki, inqilab yaransın. Amma imam Əlinin (ə) işarəsi ilə ənsar qrupu sükut etdi. Çünki Əli (ə) bu məsələnin müsəlmanlar arasında təfriqə ilə nəticələnməsini istəmirdi.
    Camaatın xəlifəyə etiraz etmədiyini fərz etdiyimiz təqdirdə, heç bir tarixçi də yazmamışdır ki, camaat Peyğəmbərin qızına – onun iddiasının əsassız olduğunu bəhanə edərək – etiraz etsinlər. Buna əsasən, camaatın etiraz etməməsi xəlifənin sözlərini qəbul etmək demək deyildir. Həmçinin camaat o günlər böyük bir faciənin baş verdiyi üçün sükut etmişdilər. Onlardan bundan artıq bir şeyi gözləmək olmaz, xüsusilə, Peyğəmbərin Əhli-beyti (ə) və onların azlıqda olan tərəfdarlarının müqavimət göstərməyə qüdrətləri yox idi. O hökumət və qüdrət sahibləri müqabilində sükut etmək razılıq nişanəsi deyildi.
    Cahiz camaatın sükutunun səbəbi barədə yazır:
    "Onlar Fatimə ilə mübahisə zamanı (zahirdə) Quranı və Peyğəmbəri-Əkrəm (s)-in göstərişlərini inkar etmirdilər. Əlbəttə, "miras”la bağlı hökmü iqrar etdikdən sonra Peyğəmbərdən bir hədisin eşitdiklərini iddia etdilər ki, əməldə və camaatın nəzərində qeyri-mümkün deyildir.
    Başqa təsirli amil isə Əbu Bəkr və Ömərin beytül-mal və ümumi əmlakdan elə də istifadə etməmələri idi. Buna görə də camaat elə güman edirdilər ki, əgər xəlifə kiminsə mal-dövlətini almağa israr edirsə, onun məqsədi öz şəxsi əmlakını artırmaq deyildir. Digər tərəfdən də camaat istəyir ki, hakimləri öz mal-dövlətinin çoxalmasında güzəranı onlara çətinləşdirməsin, əgər onlardan vergi tələb edirsə, ondan şəxsi istifadə etməsin. Bunu nəzərə alaraq, camaat Osmanın əleyhinə qalxdılar, halbuki əvvəlki iki xəlifə, Osmanın yaramaz işləri ilə müqayisədə iki qat çirkin işlərə əl atsaydılar da, (özlərinə mal-dövlət yığmaq fikrində olmadıqları üçün) camaat onlara qarşı heç bir əksül-əməl göstərmirdilər.”
    ƏLI IBN ƏBI TALIB (Ə) VƏ FƏDƏK
    Imam Əli (ə) Fədəkin o qədər mənfəət və gəliri ilə belə, öz xilafəti dövründə onu öz övladlarının ixtiyarına keçirmədi. Bu siyasət o həzrətin dünya malına qarşı etinasızlığından doğsa da, onun başqa bir səbəbi də var idi. O da budur ki, o həzrət hakim vəziyyətin sabit davam etməsi üçün təqiyyə edirdi. O həzrətin öz xilafəti dövründə bir çox siyasi tərəfdarları var idi ki, onlar o həzrətə itaət etdikləri halda, iki ilkin xəlifənin səlahiyyətli olduğuna da etiqad bəsləyirdilər. Bu isə o həzrəti keçmiş xəlifələrin rəftarını məzəmmət və onların üslublarının əksinə əməl etməkdə çətinliklərlə üzləşdirirdi.
    "Peyğəmbər (s)-in sünnəsi ilə xəlifələrin rəy və nəzərinin bir səviyyədə olması” o həzrətin vəfatından on üç il keçsə də, (Osmanın xilafətinin əvvəllərinə qədər) ümumxalqın qəbul etdiyi şübhəsiz məsələlərdən və hakimiyyətin şərtlərindən sayılırdı. Əbdür-Rəhman ibn Ovf hakimiyyət şərtini Allahın kitabı, Peyğəmbərin sünnəsi və iki ilkin xəlifənin üslubuna əməl etmək üçün razılıq verən və əhd-peyman bağlayan şəxsə tapşırdıqda, camaat ona etiraz etmədi!
    Bu on iki ildən sonra, on üç il davam edən Osmanın hakimiyyət dövrü də ona əlavə olundu. Imam Əli (ə) əvvəlki xəlifələrin başqa çöhrəyə düşən iyirmi beş illik siyasətini dəyişməyə çalışmalı idi. Bu dəyişiklikdə o həzrətin bayrağı altında elə kəslər var idi ki, əvvəlki xəlifəyə, yəni Əbu Bəkr və Ömərin sirə və rəftarına əməl etmədiyi üçün Osmana irad tuturdular.
    Izzuddin Əbu Hamid Mötəzili bu məsələ ilə bağlı daha geniş mövqedən çıxış edərək yazır:
    "Camaatın Ömər ibn Xəttabın adət-ənənəsinə adət etməsi səhabələrin Əli ibn Əbi Taliblə müxalifət etməsinin əsas səbəbi idi. Bu etirazlar bəzən həddi aşır, Əlinin qəzəbinə səbəb olur və nəticədə deyirdi: "Peyğəmbərin sünnəsinə itaət etmək layiqdir, yoxsa Ömərin sünnəsinə?! ...(Bidətlər o qədər çoxalmışdı ki,) əgər hökmü olduğu kimi bəyan edib təhrifləri aradan qaldırsaydım, sözsüz, (müsəlmanlar) mənim ətrafımdan dağılacaqdı. Allaha and olsun, camaata Ramazan ayında yalnız vacibi namaz qılmaqlarını dedim və elan etdim ki, müstəhəb namazları camaatla qılmaq bidətdir. Qoşunun bəzisi mənimlə birgə döyüşərkən, fəryad edərək deyirdilər: "Ey Islam əhli! Ömərin sünnəsi dəyişilmişdir! Əli bizi Ramazan ayında müstəhəb namazlardan çəkindirir!” Doğrudan da, qorxdum ki, qoşun arasında ixtilaf yaransın.”
    Ibn Əbil-Hədidin yazdığı kimi, bu məsələlər Əlini Fədəki tələb etməkdən çəkindirirdi. Çünki o istəmirdi ki, camaat desin: "Əli, Əbu Bəkr və Ömərin əksinə rəftar edir.”
    FƏDƏKIN AXIR-AQIBƏTI
    Fədək bağı imam Həsən (ə)-ın ömrünün axırına qədər Peyğəmbər Əhli-beytinin ixtiyarında deyildi. Müaviyə ibn Əbi Süfyan o həzrətin şəhadətindən sonra onun üçdə birini öz oğlu Yezidə verdi. Mərvanın xilafəti dövründə bağın hamısı öz ixtiyarında və ondan sonra da digər mərvanilərin əlində idi. Ömər ibn Əbdül-Əzizin xilafəti dövründə Fədək Fatimənin (ə.s) nəvələrinə qaytarıldı. Ondan sonra Yezid ibn Atikə onu onlardan alıb, Mərvanın nəvələrinə verdi. Əməvilər dövləti dağıldıqdan sonra isə abbasilərin birinci xəlifəsi Əbul-Abbas Səffah Fədəki Abdullah ibn Həsən ibn Həsənə verdi. Lakin Mənsur hakimiyyətə çatdıqda, onu geri aldı. Mənsurun oğlu Mehdi isə xilafəti dövründə Fədəki Fatimənin (ə.s) nəvələrinə verdi. Amma oğlu Musa və qardaşı Harun onu yenidən qəsb etdilər. Onlardan sonra Məmun onu Fatimənin (ə.s) nəvələrinə qaytardı, nəhayət, Mütəvəkkil xilafətə çatdıqda, yenə Fədəki onlardan aldı.
    PEYĞƏMBƏRIN ƏHLI-BEYTINƏ XUMSUN VERILMƏSININ QADAĞAN EDILMƏSI
    "Ənfal” surəsinin 41-ci ayəsində buyurulur:
    "...Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolda qalan müsafirlərindir.”
    Bu ayəyə əsasən, müsəlmanların vəzifəsi yığdıqları qənimətin beşdə birini Allah yolunda, Peyğəmbərə, onun qohumlarına, kimsəsizlərə və pulu qurtarıb yolda qalanlara xərcləməkdir. Rəsuli-Əkrəm (s) vəfat etdikdən sonra xəlifələr xumsu yalnız axırıncı üç dəstəyə (yetim, yoxsul və yolda qalan müsafirlərə) aid edərək, haşimiləri xumsdan məhrum etdilər.
    HƏDIS NƏQL ETMƏK VƏ YAZMAĞIN QADAĞAN EDILMƏSI
    Həzrət Peyğəmbər (s) ömrünün son anlarında vəsiyyət etmək üçün kağız-qələm istədiyi vaxtda Ömərin "Innər-rəculə ləyəhcur, həsbuna kitabullah!” (Bu kişi sayaqlayır, bizə Allahın kitabı kifayətdir!” – deməsi bir siyasəti açıqlayırdı ki, bu, Əbu Bəkrin hakimiyyəti dövründə özünü göstərdi. O siyasət Peyğəmbər (s)-in hədislərinin nəql edilməsinin və yazılmasının qarşısını almaq idi. Əbu Bəkrin xilafəti dövründən hələ çox keçməmişdi ki, o, camaatın qarşısında elan edərək dedi: "Siz Peyğəmbərdən bəzi hədislər nəql edirsiniz ki, aranızda ixtilafa səbəb olur və sizdən sonra gələn nəslin ixtilafı daha da artır. Belə isə Peyğəmbərdən hədis nəql etməyin! Hər kəs sizdən bir məsələ soruşsa, deyin: "Quran bizim aramızdadır.” Quranın halalını halal, haramını isə haram bilin!”
    Bundan sonra hətta xəlifə özü Peyğəmbəri-Əkrəm (s)-dən eşidib yazdığı beş yüz hədisi bir yerə töküb yandırdı və dedi: "Artıq arxayınlaşdım!”
    VƏSIYYƏT VƏ ŞÜBHƏLI ÖLÜM
    Əbu Bəkr ibn Əbi Qühafə xəstəliyindən on beş gün, xilafətindən isə iki il üç ay iyirmi dörd gün keçdikdən sonra 31-ci hicri ilinin Cəmadiyüs-sani ayının 21, yaxud 22-də, bazar ertəsinin gecəsi məğrib namazından sonra 63 yaşında ikən dünyadan getdi. Elə həmin gecə Əmr ibn As ona namaz qıldı, qızı Ayişənin səyi nəticəsində Peyğəmbər (s)-in evində – və Ayişənin yaşadığı otaqda –dəfn olundu. Deyilənlərə görə, o, Ömərin canişin olmasını vəsiyyət etmiş və bu vəsiyyəti Osman yazmışdı.
    Bir neçə sual Əbu Bəkrin vəsiyyəti və ölümünün şübhəli olduğunu göstərir:
    1. Əbu Bəkrin ölümünə səbəb olan xəstəlik nə idi? O, ömründə heç bir xəstəliyə tutulmamış, yaşı altmışdan çox olduğu halda, tam sağlam idi, ata-babaları isə çox ömür sürmələri ilə məşhur olmuşdur.
    2. Nə üçün xəlifənin vəsiyyəti yalnız Osmanın vasitəsilə nəql olunmuşdur? Dəlil varmı ki, xəlifənin özündən sonra canişin təyin etməsində kiminsə tərəfindən hədələnməməsini sübut etsin?
    3. Hansı səbəblər üzündən onu dəfn etməyə tələsdilər? Hətta bəziləri camaatı onun cəsədəni görməyə, ona namaz qılmağa və təntənəli surətdə dəfn mərasimi keçirməyə imkan vermədilər.
    4. Nə üçün Əbu Bəkrin dəfnindən sonra yəhudilərin vasitəsilə zəhərlənib öldürüldüyü şayiə olaraq yayıldı?
    Bu sualların cavabını araşdırdıqda, bir çox şübhəli məsələlər aydınlaşır. Burada bir neçə məsələni qeyd etməyi zəruri görürük:
    a) Siyasət aləminin çətin bir məsələ olduğu heç kimə gizli deyil. Islam tarixində siyasi hiylələr və yaxud zəhərlə öldürülən, eləcə də ən yaxın ailə üzvlərinin vasitəsilə ən ağır işkəncələrə məruz qalaraq həlak olan siyasətçi və dövlət başçılarının sayı olduqca çox və təbii ölümlə dünyadan gedən hakimlərin sayı isə çox azdır.
    b) Dövlətlərin bir-birləri ilə həmkarlığı ilə yaranan, yaxud siyasi-ictimai dəyişikləri Quran siyasi şəxsiyyətlərin əlaqəsi istər qələbədən əvvəl, istərsə də sonra həmişə bir səviyyədə olmamış, bəzən də fəaliyyətlərin ilkin mərhələsində bir-birini siyasi-ictimai hərəkatlarda müdafiə edən iki nəfər müəyyən müddətdən sonra yeni məqsəd, yaxud mövqe uğrunda bir-birinin qanlı düşməninə çevrilirlər. Burada onlar öz ədavət və kin-küdurətlərini aşkar etməsələr də, daxildə rəqibə siyasi zərbə endirmək üçün fürsət axtarırlar.
    Bir neçə dəlil və şahid göstərir ki, Əbu Bəkrlə Ömər ibn Xəttabın arasındakı əlaqə Əbu Bəkrin xilafətə çatmasından sonra keçmiş şəffaflığını itirmiş, bəzən bir-birlərinin əleyhinə mövqe tutmuşdular. Onların aralarındakı ədavət və kin-küdurəti bəyan etməzdən öncə, qeyd etmək lazımdır ki, onlar müxtəlif yerlərdə müştərək və eyni məqsədə nail olmaq üçün birləşmiş, bir-birini müdafiə etmişlər. Onların hər ikisi siyasətçi, zirək və ehtiyatlı olmuş, bir-birinin rəftar və davranışını nəzərdən qaçırmamış, imkanları daxilində aralarındakı ixtilafı müxaliflərindən gizlətmişlər ki, kimsə onlara irad tutmasınlar. Bu əxlaqi və əqidəvi birlik (bir nəzərə görə) Peyğəmbəri-Əkrəm (s)-in onların arasında qardaşlıq peymanı bağlamasına səbəb olmuşdu. Belə nəzərə çarpır ki, Əbu Bəkrin xilafətə və digər məqsədlərinə çatmaqda Ömərdən bəhrələndiyi qədər, Ömər, Əbu Bəkrdən o qədər bəhrələnməmişdir. Əbu Bəkr "Səqifə”də Əlidən (ə), sonrakı mərhələdə isə mürtəd və müxaliflərdən beyət almaq istəyərkən, eləcə də digər işlərdə Ömərdən çox istifadə etmişdir. Deyirlər ki, əgər Ömərin zəhmətləri olmasaydı, Əbu Bəkr hakimiyyətə çatmazdı. Amma Ömərin Əbu Bəkrdən bəhrələnməsi canişinliyi ona həvalə etməsidir ki, bu da xəlifənin ona qarşı lütf və mərhəməti sayəsində deyil, əksinə öz keçmiş həmkarlığı nəticəsində ələ gətirmişdir.
    Bəzi yerlərdə də Əbu Bəkr Ömərin siyasət və nəzəri ilə ciddi şəkildə müxalifət etmişdir. O cümlədən:
    –Ömərin "Səqifə”də hamıdan əvvəl söhbət etməsinin qarşısını almaq;
    –Səd ibn Übadənin "Səqifə”də öldürülməsi ilə müxalifət etmək;
    –Əli ibn Əbi Talibin (ə) həzrət Fatimənin (ə.s) vəfatından qabaq ölüdürülməsinə mane olmaq;
    –Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra Üsamənin ordusunu Şam sərhədlərinə göndərmək;
    –Xalid ibn Vəlidi sərkərdəlikdən azad etmək və cəzalandırmaq;
    –Şəhər və məntəqələrə nümayəndə göndərmək.
    v) Ömər, Əbu Bəkrin xilafətə çatmasından sonra aralarındakı sədaqət, dostluq və şəffaflığın aradan getməsinə özü də işarə etmişdir. Belə ki, Əbu Hamid Mədayini bu barədə yazır:
    "Bir gün Ömər, Müğeyrəyə dedi: "Bu kişi (Əbu Bəkr) "Səqifə”də mənə zülm etdi, xilafəti mənə tarşırdığı halda günahkar idi.”
    Müğeyrə dedi: "Həmin gün onun (səndən qabağa keçdiyi üçün) sənə zülm etməsi bəllidir, lakin indi ki, xilafəti sənə tapşırıb, necə onu günahkar adlandırırsan?”
    Ömər dedi: "Səbəbi budur ki, o, xilafəti mənə həvalə etdiyi vaxt artıq ondan naümid olmuşdu və dünyadan gedəcəyini bilirdi. Mənim isə həmin günlərdə əzaba dözməkdən və intizar çəkməkdən başqa bir çarəm yox idi...”
    Müğeyrə dedi: "Nə üçün "Səqifə” günü Əbu Bəkr xilafəti sənə tapşırdıqda, ondan boyun qaçırdın ki, indi keçmiş hadisələrə təəssüflənirsən?!”
    Ömər dedi: "Məgər sən həmin günü orada deyildinmi?! Gördün ki, o, məni necə aldatdı? Əlbəttə, mən də onu aldatdım. Əbu Bəkr camaatın ona üz tutduğunu müşahidə etdikdə, yəqin etdi ki, yalnız onu seçəcəklər. Sonra mənim daxilimdən agah olmaq və xilafətə nə qədər tamahkar olduğumu bilmək üçün məni sınaqdan keçirmək yolunu tapdı. O, əvvəlcə xilafəti mənə təklif etdi, lakin biz hər ikimiz yaxşı bilirdik ki, əgər onu mən qəbul etsəm, camaat ona razılıq verməyəcəklər... Mən həmin gün onu qəbul etmədim, çünki Əbu Bəkrin təklifi ilə belə, camaatın mənim xəlifəliyimə səs verməyəcəyini bilirdim. Əbu Bəkr isə mənə qarşı paxıllıq etdiyi və kin-küdurət bəslədiyi üçün o məqamı özünə götürdü.”
    O, əlavə edərək yazır:
    "Əşəs ibn Qeyslə Ömər ibn Xəttab arasında Əbu Bəkr haqda yaranan mübahisə Əbu Bəkrin qulağına çatdıqda, o, Öməri yanına çağırdı. Ömər onun yanına getməkdən imtina edib, ona belə bir məktub yazdı: "Ey Əbu Bəkr! Səni Allaha and verirəm ki, daha qurtar (bu məsələni davam etməkdən əl çək), yoxsa camaatın qarşısında səninlə öz aramdakı sirləri açaram və hamı onlardan xəbərdar olar. Əgər istəyirsənsə, əlaqələrimizi keçmişdəki kimi möhkəmləndirək!” Bu zaman Əbu Bəkr ona belə bir xəbər göndərdi: "Dostluğumuzu davam etdirməyi məsləhət bilirəm. Tez bir zamanda xilafət sənə çatacaqdır.”
    Ömər deyir: "Mən elə güman etdim ki, Əbu Bəkr xilafəti hətta bir həftədən də tez mənə tapşıracaq, lakin o, özünü unutqanlığa vurdu. Allaha and olsun, bu barədə mənimlə ölənə qədər bir söz belə, danışmadı. O, nə qədər ki, sağ idi, dişinə bir şey tutan şəxs kimi xilafətdən bərk-bərk yapışmışdı.”
    Əbu Bəkrin hakimiyyəti (Bəni-Teym qəbiləsi tərəfindən) günü-gündən möhkəmləndikcə, Ömər ibn Xəttabın (Ədiyy qəbiləsi tərəfindən) hakimiyyətə gəlməsi üçün şərait daha da çətinləşirdi.
    Qeyd etməliyik ki, Əbu Bəkr hakimiyyətinin birinci ilində Öməri hacıların rəisi seçdi. Lakin ikinci ildə onu bu məqamdan azad edib, onun yerinə Üttab ibn Üseydi təyin etdi. Əvvəlki illərdə isə Əli ibn Əbi Talib (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən hacıların rəisi seçilmişdi və həmin vaxtlar bu məqam bir növ canişinlik nişanəsi hesab edilirdi.
    q) Əbu Bəkrin xilafəti rəsmiləşdikdən sonra onunla Ömərin tərəfdarları arasında ixtilaf baş qaldırdı. Şübhəsiz, hər iki tərəfin tərəfdarları onların arasındakı ixtilafdan və onun səbəbindən agah deyildirlər. Ömərin cinahı o zaman hərəkətə başladı ki, artıq iş-işdən keçmiş, Əbu Bəkr xilafətə çatmışdı. Ondan qabaq isə ictimai hadisələr hər ikisinin xeyrinə baş verirdi, lakin Əbu Bəkrin xilafətindən sonra Ömərin siyasəti ilə Əbu Bəkrin müxalif cinahı sürətlə gücləndi və çox çəkmədi ki, Əbu Bəkr dünyadan getdi.
    Əbu Bəkrin siyasətinə, onun müsəlmanlarla əlaqəsinə nəzər yetirdikdə, Əbu Übeyd Cərrah, Xalid ibn Vəlid, Üttab ibn Üseyd Əməvi, Təlhə ibn Übeydullah, Şərhəbil ibn Həsənə, Müsənna ibn Harisə Şeybani, Məaz ibn Cəbəl, Ənəs ibn Malik, Ayişə və Əkrəmə ibn Əbi Cəhl kimi şəxsləri onun tərəfində görürük.
    "Səqifə”də Əbu Bəkr tərəfindən Ömərə vurulan ağır zərbə səbəb oldu ki, o, daha çox ehtiyatla hərəkət etsin, öz cinahına zirək və ağıllı adamları cəzb edib, müxtəlif məntəqələrə nümayəndə göndərməklə siyasətini genişləndirsin. Onun yaşlı siyasətçi tərəfdarları bunlar idi: Osman ibn Əffan, Müğeyrə ibn Şöbə, Əmr ibn As, Əbu Musa Əşəri, Əbu Süfyan, Yezid ibn Əbi Süfyan, Müaviyə, Ütbə ibn Əbi Süfyan, Vəlid ibn Əqəbə ibn Əbi Müit, Əbdür-Rəhman ibn Ovf və Abdullah ibn Əbi Rəbiə (Ömərin Yəməndə valisi).
    Hər iki tərəfin tərəfdarları yalnız müştərək məqsədlərdə bir-birlərinə kömək edir və eyni fikrə gəlirdilər. Hər vaxt onların arasında saziş və uyğunluq görünürdüsə, müştərək məqsəd üzrə çalışdıqları başa düşülürdü.
    Bu təhlili həqiqətə daha da yaxınlaşdıran işlər aşağıdakılardır:
    1. Birinci qrupdan (Əbu Bəkrin tərəfindən) bəziləri onun vəfat etdiyi gün şübhəli şəkildə öldürüldü, sağ qalanlar isə Ömər ibn Xəttab xilafət kürsüsündə əyləşdikdən sonra vəzifələrindən azad edildi, hətta bəziləri vəzifədən azad edilərkən, şübhəli şəkildə öldülər. Əbu Bəkr isə öz xilafəti dövründə Ömərin siyasi partiyasından heç kimi bir işə seçmir və onlara inanmırdı. O, ömrünün son günlərində deyirdi: "Kaş, dostum Xalid ibn Vəlidi Şama göndərdiyim kimi, Öməri də Mədinədə öz yanımda saxlamazdım və uzaq bir məntəqəyə (Iraqa) göndərəydim.”
    2. Ömərin xilafəti dövründə Əbu Bəkrin "Bəni-Teym” qəbiləsi, qohum-əqrəbası və valilərindən heç kimi mühüm bir vəzifəyə seçmədi.
    3. Əbu Bəkrin cinahında Bəni-Ümməyyə tayfasından az, Ömərin tərəfində isə çox adam görünürdü. Buna əsasən, əməvilər Əbu Bəkrin təbii olaraq həyat sürməsinə imkan verməzdilər. Çünki o zaman Əbu Bəkr də digər ailə üzvləri və qohum-əqrəbası kimi uzun ömür sürəcək, nəhayət, hökuməti özündən sonra Bəni-Teym tayfasından birinə tapşıracaq və əməvilərin hakimiyyətə gəlmələri üçün yaranan fürsət itəcəkdir.
    Şübhəsiz, Əbu Übeydə Cərrah (Əbu Bəkrin səmimi dostu və Ömərin siyasi həmkarı), Təlhə, Xalid ibn Vəlid və Üttab ibn Üseyd Əməvinin varlığı ilə Ömər, yaxud Osman kimilərə yer qalmırdı. Həqiqətdə Ömər Bəni-Üməyyə tayfasının qələbə çalması üçün bir növ körpü rolunu ifa edir və Osman ola-ola Öməri elə də istəmirdilər.
    Hər zaman Əbu Übeydə, yaxud Xalid ibn Vəlid xilafəti ələ keçirmək fikrinə düşsəydilər, (güclü ehtimala görə,) Ömər və Osmanı (onların xilafətə çatmasında rol oynasaydılar belə) müəyyən bəhanələrlə Mədinədən kənarlaşdıracaq və yaxud gizlincə öldürəcəkdilər. Sözsüz, onlar Ömərin Bəni-Üməyyə tayfasının hakimiyyətə gəlməsinin səbəbkarı olduğunu bilsələr də, onun sağ qalıb yaşamasına razılıq verməyəcəkdilər. Çünki onlar haşimiləri xilafətdən kənarlaşdırmaqda müvəffəqiyyət qazansalar da, bir-birlərindən qorxurdular.
    Ömər ömrünün axırlarında Əbu Übeydə və yaxud Salim ibn Übeydin sağ qalmasını, nəticədə xilafəti ona tapşırmasını arzu edirdi. Lakin ehtimal üzrə, o, bu sözləri səmimi qəlbdən demir, sadəcə o, belə danışmaqla bir ittihamı dəf etmək istəyirdi. O da Əbu Übeydə və Əbu Bəkrin digər tərəfdarlarının qətlə yetirilməsində Ömərin ittihamlandırılması idi, yoxsa Ömər "Səqifə” günü Əbu Übeydənin həmkarlığı ilə Əbu Bəkrin onu xilafətdən necə uzaqlaşdırdığını unutmamışdı? O zaman Əbu Bəkr belə demişdi: "Ey camaat! Mən sizi bu iki nəfərdən – Əbu Übeydə və Ömərdən – birinə beyət etməyə dəvət edirəm!” Ömər üzünü Əbu Übeydə tutub dedi: "Gəl, səninlə beyət edim.” Ömər, Əbu Übeydənin "Xeyr, sən ola-ola, mən bu işi öhdəmə götürmərəm!” – deyə cavab verəcəyini fikirləşirdi. Çünki əvvəlcə aralarındakı qərara görə, "Səqifə” günü Ömər xəlifə seçilməli idi. Lakin gözlənilmədən Əbu Übeydə ona belə cavab verdi: "Allaha and olsun, mən sənin barəndə hes vaxt pis fikirdə olmamışam! Amma Əbu Bəkr kimi yaşlı bir şəxsiyyət qala-qala, nə üçün xilafəti mənə təklif edirsən?” Bu zaman hamı gözünü Əbu Bəkrə zillədi. Ömər artıq ona tələ qurulduğunu bildi!
    Əbu Bəkrin hakimiyyətə gəlməsi ilə əməvilər fürsəti əldən verdilər. Sözsüz, bu zaman Ömərin varlığı ilə Osmana yer qalmırdı. Burada əvvəlcə Əbu Bəkri aradan götürmək, sonra Öməri xilafətə seçmək, daha sonra isə Ömərin vasitəsilə Osmanın hakimiyyətə gəlməsini gözləmək lazım idi. Əgər Ömər əməvilərin qüdrətə gələcəyi üçün çalışmasaydı, onu asanlıqla aradan götürə biləcəkdilər.
    Belə nəzərə gəlir ki, Ömər əməvilərin siyasətində oyuncaq rolunu daşıyırdı, hərçənd, onları qüdrət və hakimiyyətə gətirən də o idi. Lakin həqiqətdə günü-gündən ucalan, iqtidarlaşan Ömər deyil, əməvilər idi. Əgər onlar Əbu Bəkrin həlakəti ilə dərhal Osmanı xilafət kürsüsündə əyləşdirə bilsəydilər, Ömərin on illik hakimiyyətinə taqət gətirməyəcəkdilər.
    Əməvilər bilirdilər ki, Ömər və Əbu Übeydənin Əbu Bəkrlə həmkarlığı davam etdiyi təqdirdə, xilafətin əməvilərdən (Osman kimi) bir şəxsə çatıb-çatmaması əsla məlum olmayacaq. Əgər onlar təbii ömür sürsələr, hamıdan yaşlı olan Osmana növbə çatmayacaqdır.
    4. Əbu Bəkrin ölümü ilə onun xanədanı və qohum-əqrəbası ilə Ömərin əlaqələri qırıldı. Bunun səbəbi isə xəlifənin şübhəli və naməlum şəkildə dünyadan getməsi idi. Şübhəsiz, onun səbəblərindən biri də məhz bu idi, xüsusilə, Əbu Bəkrin ölümündən sonra Ömərdən elə rəftarlar göründü ki, bu ittiham ehtimalı Əbu Bəkrin qohum-əqrəbasının zehinində gücləndi. Ömər xəlifənin elə həmin gecə dəfn edildiyini təkid etdi. Ertəsi gün isə o, Ayişə və qohum-əqrəbası tərəfindən qurulan matəm mərasimini dağıtdı və xəlifəyə matəm mərasiminin qurulmasını qadağan etdi. Ömər qadınların matəm məclisində ağlamalarının qarşısını alsa da, heç kim ona qulaq asmadı, ona görə də Ayişədən başqa hamını danladı, nəhayət, Əbu Bəkrin bacısı Ümmü Fərvəni vurduqdan sonra qadınlar dağıldılar.
    Bu hadisədən qabaq Əbu Bəkrin hakimiyyətindən narazı olan Zeyd ibn Xəttab (Ömərin böyük qardaşı) xəlifə tərəfindən Peyğəmbərlik iddiası edən yalınçı Müseyləmə ilə döyüşə yollandı. Digər tərəfdən isə Ömər, Əbu Bəkrin oğlu Əbdür-Rəhmana qarşı ədavət bəsləyirdi. Çünki Əbdür-Rəhman Ömərin hakimiyyətə gələcəyi ilə müxalif idi və Qüreyşin də onun hakimiyyəti ilə müxalif olduğuna inanırdı.
    Əbu Bəkrin qohum-əqrəbası ilə əməvilərin və Ömərin tərəfdarları arasındakı ixtilaf neçə illər davam etdi. Həqiqətdə əməvilərin nümayəndəsi Osman, Əbu Bəkrin xanədanı və tərəfdarları tərəfindən qətlə yetirildi. Onun qətlinə hökm verən Ayişə, hökmü icra edənlər isə Təlhə və Əbu Bəkrin oğlu Məhəmməd və Əbdür-Rəhman idi. Bu ixtilaf üzündən Osman xilafətinin son günlərində Abdullah ibn Əbi Sərəhə yazdığı məktubunda bildirdi ki, bu məktub sənə çatan kimi Əbu Bəkrin oğlu Məhəmmədi və tərəfdarlarını öldürsün!
    Müaviyənin hiyləsi ilə Misirdə (38-ci hicri qəməri ilində) qətlə yetirilən Əbu Bəkrin oğlu Məhəmməddən başqa,Əbdür-Rəhman, Ayişə və Əbu Bəkrin digər iki oğlu yenə Müaviyənin hiyləsi ilə 58-ci hicri qəməri ilində qətlə yetirildilər.
    Müaviyə 58-ci hicri qəməri ilində Mədinədə oğlu Yezidi vəliəhd etmək üçün tədbir gördükdə, Ayişə və Əbdür-Rəhman onunla müxalifət etdilər. Müaviyə onları müxalifətdən çəkindirmək məqsədilə, onlara yüz min dirhəm pul rüşvət təklif etsə də, qəbul etmədilər. Nəhayət, bu bacı və qardaşı elə həmin ildə öldürdü.
    XƏLIFƏNIN BAŞI ÜSTƏ
    Əbu Bəkrin xəstəliyi müddətində baş verən qəribə hadisələrdən biri də camaatla əlaqəsini kəsməkdir. Həqiqətdə onun beş günlük xəstəliyi vaxtda kimlərlə əlaqə saxladığı məlum deyil! Tarixçilər bu barədə belə yazırlar: "O, bu iki həftədə xilafət haqda (Ömərin tərəfdarlarından olan) yalnız iki nəfərlə – biri Osman ibn Əffan, digəri isə Əbdür-Rəhman ibn Ovfla söhbət etmişdir. Ömərin canişinlik xəbəri eşidildikdə isə, Əbbdür-Rəhman ibn Əbu Bəkr, eləcə də Təlhə ibn Abdullah xəlifəyə etiraz etdilər ki, nə üçün bu kobudxasiyyətli və qəzəbli şəxsi – Öməri camaata hakim təyin etmisən?!
    Onların arasında baş verən söhbətlər içrə təəccüb doğuran məsələlərdən biri Əbu Bəkrin Ömər barəsində açıqladığı cavabıdır. Belə ki, Təlhə, Əbu Bəkrə etiraz edərək deyir: "Sən Ömər ibn Xəttabı xəlifə etdin, halbuki gördün ki, onunla birlikdə olduğun müddətdə, camaatla necə rəftar edirdi?! Hakimiyyətə çatandan sonra isə rəftarı daha da pis olacaqdır! Bil və agah ol ki, Rəbbinlə görüşəcəksən və O, səni rəiyyət haqda sorğu-suala tutacaqdır.”
    Bu zaman Əbu Bəkr qaş-qabaqlı halda, Təlhəyə deyir: "Məni Allahdan qorxudursanmı? Rəbbimlə görüşdüyüm zaman O, məndən bu barədə sorğu-sual etsə, belə cavab verəcəyəm: "Sənin ən yaxşı bəndəni onlara canişin seçdim!”
    Əbu Bəkrin bu ifadəsi iki yöndən araşdırılmalıdır: Birincisi budur ki, Əbu Bəkr o sözü deyərkən, bəzən etiraf etdiyi Əli ibn Əbi Talibin (ə) ləyaqət və fəzilətini yaddan çıxararaq, Öməri ondan üstün bilmiş və nəticədə onu xəlifə təyin etmişdir. Ikincisi isə budur ki, onun dediyi bu söz – doğru olduğu təqdirdə, cavabdan əlavə, Öməri tərifləmək deməkdir. Əlbəttə, diqqət yetirmək lazımdır ki, bu rəvayəti nəql edən Ömər ibn Xəttabın tərəfindən olmayan Təlhədir. Belə isə, onun səhih olduğu halda, belə görünür ki, xəlifə Əbu Bəkr tərəfindən Ömərin xilafətə seçilməsini təsdiq edən şəxs yalnız Osman deyil, Təlhə də xəlifənin Ömərə qarşı lütf və mərhəmətini açıqlamışdır! Buna əsasən, Osmanın vəsiyyəti yazmaqda hiylə etməsi ehtimalı azalır.
    Tarixi mənbələrdə Təlhənin xəlifə Əbu Bəkrlə söhbəti nə vaxt yayılması dəqiq göstərilməsə də, güclü ehtimala görə, onun birinci hissəsi (yəni Təlhənin xəlifəyə etirazı) həqiqət və doğrudur. Burada yalnız söhbətin ikinci hissəsində (xəlifənin cavabında) şübhə qalır. Çünki Təlhə, Ömərin xilafəti ilə müxalif olmasına diqqət yetirməklə yanaşı, öz zərərinə tamamlanan bu sözləri açıqlamasının səbəbi bəlli deyildir. Əbu Bəkrin Ömər barəsində dediklərinin doğru olduğu təqdirdə, ağllı iş bu idi ki, Təlhə xəlifənin tərifini camaat arasında yaymasın, halbuki onu nəql edən və camaata yayan Təlhə olmuşdur!!!
    Başqa bir sual: "Nə üçün Əbu Bəkr mühacir və ənsar qrupları içərisində özündən sonrakı xəlifə və canişin barəsində yalnız Osman və Əbdür-Rəhmanla söhbət etmişdir? Onun onlarla məsləhtəşməkdə məqsədi nə idi?
    Bu məsələ doğru olduğu təqdirdə, iki nöqtənin araşdırılması daha əhəmiyyətli görünür:
    1. Guya Əbdür-Rəhman və Osmanın xəlifə ilə Ömərin arasındakı ixtilafdan xəbərdar imişlər. Çünki onların hər ikisi Ömərdən tərəfdarlıq edərək Əbu Bəkrə deyirlər: "O, sənin fikrləşdiyindən qat-qat yaxşıdır!”
    2. Osman xəlifə ilə söhbətini belə bəyan edir: "Əbu Bəkr mənə dedi: "Əgər Öməri canişin seçmək fikrindən dönsəm, səni seçməkdə əsla şəkk etmərəm!”
    Doğrusu, görəsən, Əbu Bəkr, Osmana belə söz deyibmi?! Görəsən, Osman bu cümləni deməklə özünün xilafətə çatması üçün zəmin hazırlayırdımı?
    Bir sıra mənbələrə əsasən, Əbu Bəkr ömrünün son anlarında Osman ibn Əffanı yanına çağırıb dedi: "Dediklərimi yaz: "Bağışlayan və mehriban Allahın adı ilə! Bu, Əbu Bəkr ibn Əbi Qühafənin müsəlmanlar üzərində əhdidir...” Əbu Bəkr bu zaman huşdan getdi və Osman özündən belə yazdı: "Mən, Ömər ibn Xəttabı sizə xəlifə seçirəm və məqsədim məhz xeyirdir.” Əbu Bəkr huşa gəldikdən sonra Osmana dedi: "Oxu, görüm nə yazıbsan!” Osman yazdığını oxuduqda, Əbu Bəkr təkbir deyərək əlavə etdi: "Elə bil, qorxdun ki, mən öləm və müsəlmanların arasında ixtilaf yaransın?” Osman dedi: "Bəli!” Əbu Bəkr dedi: "Allaha sənə Islam və müsəlmanlar tərəfindən savab versin!”
    Əbu Bəkr məktubu Şədid adlı azad etdiyi qulamına verdi ki, Ömərin canişinliyini camaata çatdırsın. Şədid məktubu oxumaq istəyərkən, Ömər camaata deyirdi: "Ay camaat! Qulaq asın, Peyğəmbərin xəlifəsinin əmrinə itaət edin, o, sizə yaxşılıq etməkdə səhlənkarlığa yol verməmişdir.” Bu zaman bir nəfər Ömərdən soruşdu: "Ey Həfsin atası! Məktubda nə yazılıbdır?” Ömər dedi: "Bilmirəm, lakin mən eşidib itaət edəcək birinci şəxs olacağam!” Həmin şəxs dedi: "Amma, Allaha and olsun ki, mən onu bilirəm! Keçmişdə sən onu hakimiyyətə çatdırdın, indi isə onun növbəsidir ki, hakimiyyəti sənə tapşırsın.”
    Əlbəttə, bunu unutmaq olmaz ki, nə üçün Əbu Bəkr can verən halda, yalnız Osman onun başı üstə olmuşdur?Görəsən bunun səbəbi onun katib olduğu idimi? Görəsən, onun katib olmasını Əbu Bəkr özü istəmişdi, yoxsa Ömər?!
    Ümumiyyətlə, Osman, Ömər ibn Xəttabın Peyğəmbərin (s) vəsiyyətində iştirak edən dostu, tərəfdarı idi. Dostunun Peyğəmbərə qarşı hörmətsizliyini və yaramaz sözünü təsdiqləyən, eləcə də Peyğəmbərin (s) dəfnində iştirak etməyən o idi. Maraqlıdır ki, (Ömərin xilafətə çatması Əbu Bəkrin vəsiyyəti və razılığı ilə olduğunu göstərən) məşhur nəzərin əksinə olaraq, heç bir tarixi xəbərlərdə Ömər ibn Xəttabın "Əbu Bəkr öz razılığı ilə xilafəti mənə həvalə etdi!” – deməsi qeydə alınmamış, əksinə o belə demişdir: "O, ölən vaxta qədər canişinlik barəsində mənimlə bir söz belə danışmadı!”
    TƏƏSSÜFLƏR OLSUN KI...!
    Əbu Bəkr ömrünün son anlarında doqquz şeyə təəssüflənirdi ki, kaş, yerinə yetirdiyim üç şeyi yerinə yetirməyəydim; yerinə yetirmədiyim üç şeyi yerinə yetirəydim və Peyğəmbərdən soruşmadığım üç şeyi o həzrətdən soruşaydım:
    1. Kaş, xilafət məsuliyyətini qəbul etməyib, onu Ömər ibn Xəttaba tapşıraydım, özüm isə onun vəziri olaydım!
    2. Kaş, Peyğəmbərin qızı Fatimənin evini zorla açmayaydım və yad adamları onun evinə hücum etmək üçün göndərməyəydim, hərçənd, onu mənimlə müharibə etmək məqsədilə bağlamış olsaydı belə!
    3. Kaş, Əyas ibn Abdullahı (Fücaə Səlmanı) yandırmayaydım!
    4. Kaş, Əbu Übeydəni qərb, Öməri isə şərq ölkələrinə göndərəydim və bununla hər iki əlimi Allah yolunda uzadaydım!
    5. Kaş, Əşəs ibn Qeysi əsir tutub mənim yanıma gətirəndə, onun boynunu vurmayaydım. Çünki güman edirəm ki, o, şər işləri özü törətmir və dostu tərəfindən himayə olunurdu!
    6. Kaş, Xalidi (müxalifləri mübarizə etmək üçün) Bəzaxəyə göndərməyəydim, yoxud da özüm onunla birgə gedəydim!
    7. Kaş, Peyğmbərdən soruşaydım ki, xilafəti kimin haqqıdır və nəticədə onunla ixtilaf etməyəydim!
    8. Kaş, Peyğəmbərdən soruşaydım ki, ənsar qrupunun xilafətdə haqqı var, ya yox?!
    9. Kaş, Peyğəmbərdən irs məsələsi haqda soruşaydım!
    ŞÜBHƏLI XƏSTƏLIK
    Əbu Bəkrin xəstəliyinin necəliyi barədə belə yazılır: "O, soyuq bir gündə qusl etdi, nəticədə xəstələndi və iki həftədən sonra dünyadan getdi. Amma güclü ehtimala görə, zəhərlənmə nəticəsində vəfat etmişdir.
    Əbu Bəkr qabaqcadan uzaqgörənliyi nəticəsində Iran padşahının həkimi və zəhəri ayırd etməkdə mahir, təcrübəli olan Haris ibn Kəldəni Mədinədə öz yanında saxladı. Bir gün onların hər ikisi üçün zəhərli yemək göndərmişdilər. Onlar bilmədən yeməyə başladıqda, Haris yeməyin zəhərli olduğunu bilib, əlini yeməkdən çəkdi və Əbu Bəkrə dedi: "Hər ikimiz zəhərli yemək yedik, bir ildən sonra öləcəyik!”
    Beləliklə, bir ildən sonra onların hər ikisi bir gündə vəfat etdilər. Elə həmin gün Məkkədə xəlifənin valisi Üttab ibn Üseyd də naməlum şəkildə öldü.
    AMMA BIR SUAL
    Müasir dövrdə dünyanın hər bir nöqtəsində bir şəxs öldürüldükdə, onun qatilini tapmaq üçün iki yoldan istifadə edirlər:
    1. Öldürülən şəxslə aşkar, yaxud gizli ədavət və düşmənçiliyi olan şəxsi axtarıb tapmaq;
    2. Öldürülən şəxsin ölümdən mənfəət görən bir şəxsi axtarıb tapmaq.
    Biz bu məsələ haqda bəhs etmədən, hər iki sualın cavabını oxuculara tapşırırıq.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 943 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024