İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 5:53 AM
    SƏKKİZİNCİ FƏSİL
    İkinci xəlifə Ömər İbn Xəttabın həyat və şəxsi xüsusiyyətləri.
    Əbu Həfs Ömər ibni Xəttab bin Nufeyl bin Əbdül-Üzza bin Riyah bin Abdullah bin Birət bin Zərah bin Udəy bin Kəb bin Lüvəy bin Ğalib Qurəşi Üdvidir.
    Onun nəsəbi Kəb ibn Lüveydə Peyğəmbərlə bir-birinə çatır. Anası Haşim ibn Muğəyrət bin Abdullah bin Ömər bin Məxzuminin qızı Həntəmədir.
    O Amulfil ilindən on üç il sonra dünyaya gəlib.Rəsulullahın vəfatı zamanı əlli yaşı var idi və əlli iki yaşında xilafətə çatdı. O on il altı ay xilafət etdi. Ölən zaman altımış iki yaşı var idi (26 Zil Hiccə, Hicrinin 23 çi ili). O uca boylu, qara üzlü, six saqqallı, qırmızı gözlü, icəri batmış yanaqlı,qalın bıqlı bir şəxs olub. O uzun müddət qoyun otarmaqla məşğul olub və heyvan alveri ilə məşğul olurdu. İbni Hişam yazır: O,müsəlman olmamışdan qabaq müsəlmanlarla amansızcasına rəftar edən zümrələrdən idi. İzzətdin əbu Hamid Mədaini yazır: O, heybətli, tələbkar və heç kimdən qorxmurdu. Hətta şərafətli insanlarla əsir nəsəbsiz insanlar arasında fərq qoymurdu. O müxtəlif məsələlərdə fətva və hökm verir, sonrada onu rədd edib onun əksinə fətva verirdi. Bir gün Ömər bir qadına xəbər göndərdi ki, məhkəməyə gəlsin. Qadın məhkəməyə getdikdə Ömərin qorxusundan uşağını saldı. Əshabdan bəziləri dedilər: Çünki sənin məqsədin o qadını tərbiyələndirməkdir, ona görə uşağın düşməsi üçün sənə diyə vacib deyil. Əli ibni əbi Talib (ə) ki, məclisdə iştirak edirdi buyurdu: Əgər bu adamlar öz rəylərinə müvafiq olaraq ictihad etsələr səhv edirlər və əgər sənin rəhbərliyinə görə belə rəy verirlərsə sənə xəyanət edirlər. Sən gərək bu uşağın diyəsini ödəyəsən. Çünki sən bu qadını qorxudmusan və səndən qorxduğuna görə uşağı düşmüşdür.
    İbni Müteybə yazır: Əbu Bəkr, Öməri öz yerinə canişin qoymaq qərarına gələn zaman səhabələrdən bir dəstəsi (Səd ibn Əbi Vəqqas, Zübeyr, Təlhə) Əbu Bəkrin yanına getdilər və dedilər: Sən Allaha nə cavab verəcəksən, belə kobud və sərt adamı bizə rəhbər etdi.! O, sənə tabe olan zaman biz onun öhdəsindən gələ bilmirdik əgər özü rəhbər olsa onda ne olar? İbni Səd, Ət- Təbaqat kitabında yazır: O, Bədr, Ühüd, Xəndəq və Peyğəmbərin zamanında bütün müharibələrdə iştirak etmişdir və bəzilərində sərkərdə olmuşdur. Ühüd müharibəsində müsəlmanlar qacan zaman o da qacmışdır. Onun islamı neçə qəbul etməsini bilmək çox maraqlıdır. Tarixçilər yazırlar: Müsəlmanlar Həbəşəyə mühacirət edən zaman Ömər Peyğəmbəri öldürmək qərarına gəldi. Yolda Nəim ibn Abdullaya rast gəldi. Nəim dedi: Hara gedirsən? Ömər dedi: Gedirəm Mühəmmədi öldürəm. Nəim dedi: Əgər düz deyirsənsə Mühəmmədə iman gətirən bacının qabağını al. Ömər təşvişlə bacısının evinə getdi. Orada Xəbab ibn Ərs kağız üzündən Ömərin bacısı və bacısının əri üçün Taha surəsini oxuyurdu. Ömər evə daxil olan zaman Quran səsi qulağına dəydi. Elə bu zaman Xəbab gizləndi. Ömər bacısının əri olan Səhid ibn Zeydin yaxasını tutdu. Ömərin bacısı onu müdafiə edən zaman Ömər ona bir sillə vurdu. Onlar işin cıxılmaz vəziyyətdə qaldığını görüb qəhrəmancasına dedilər: Bəli biz müsəlman olmuşuq. Ömər yazını bacısından aldı. Ayələri oxuduqdan sora dedi: Nə gözəl kəlamlardır! Sonra Peyğəmbərin yanına gedib ona iman gətirdi. Bu hadisə besətin altıncı ili (Ömərin iyirmi altı yaşı olan zaman) baş vermişdir. Şiə məzhəbindən olmayan bir yazıçı Ömər ibni Xəttabın qəzəbli rəftarlarını pisixolagiya nöqteyi nəzərindən təhlil edərək yazır: Ömərin atası Xəttab öz oğlunun işlərində balaca səhlənkarlıq görən kimi onu incidirdi. Ömər uşaqlığ zamanından bu cür cətinlik və məşəqqətlərnən üzbəüz olduğuna görə kobud xasiyyət ilə formalaşmışdır və başqaları ilə də sərt davranırdı.
    Ömər ibn Xəttabın ailəsi
    Ömər ibn Xəttabın səkkiz arvadı var idi. O, müsəlman olmamışdan qabaq üç dəfə evlənmişdir. Onun arvadları bunlardır:
    1.Zeynəb Məzun ibn Həbib ibn Bəhəb ibn Hüzafe ibn Cəmin qızı.
    2.Müləykə Cəzul Xəzainin qızı.
    3.Qurəybə Əbu Üməyyə Məxsuminin qızı.
    4.Ümmü Həkim Harisas bin Haşim Məxzuminin qızı.
    5.Cəmilə Asim bin Sabit bin Əbül Əfləh Osinin qızı.
    6.Ləhiyyə Yəmən əhli.
    7.Fukeyhə, kənizi.
    8.Atikə Zeyd bin Mufeyrin qızı.
    O bu arvadlardan bəzilərnə təlaq vermişdir. Ömərin bu arvadlardan on övladı olmuşdur. Abdulla Əbdulrəhman və Həfsə Zeynəbin uşaqlarıdır. Übeydullah Muleykənin oğlu, Fatimə Ummu Həkimin qızı, Asim Cəmilənin oğlu, Əbdülrəhman Övsət ya Əsğər Lühəyyənin oğlu və Zeynəb Fükeyyənin qızıdı. Əbdülrəhman Əkbərin ömrünün əvvəlləri Rəsuli Əkrəmin zamanına təsadüf edir. Əbdülrəhman övsəti şərab içdiyinə görə Əmir ibn As onu Misirdə şallaqlayıb Mədinəyə göndərdi. Ömərdə onun pis əməlinə görə qəzəblənib onu ikinşi dəfə şallaqladı. O, bir müddət xəstə oldu və bir aydan sora öldü. Ubeydulla da Peyğəmbərin zamanında dünyaya gəldi və şərab icdiyinə görə ona da hədd vurdular. O, atası Ömər vurulduğdan sonra Əbu Lölöün kicik yaşında olan qızını, Hərməzanı və Cüfeynə adında olan xac pərəsti Əbu Lölölü bu qətlə sövq etdiklərinə görə öldürdü.
    İLK ADDIMLAR
    Ömər ibn Xəttabın xilafətinin başlanğıcında ilk addımları birinci xəlifə tərəfindən təyin olunan valiləri və sərkərdələri kənarlaşdırmaq oldu. O, şəxslər Xalid ibn Vəlid, Ənəs ibn Malik, Şərhəbil bin Həsənə, Müsənna bin Harisə və başqaları idi.
    Xalid bin Vəlidin kənarlaşdırılması: Xalid bin Vəlidin Əbu Bəkrin xilafəti dövründə axırıncı vəzifəsi Şam ordusunun sərkərdəliyi idi. O, çox inadkar bir şəxs idi və xəlifənin himayəsi ilə ürəyi nə istəsə idi onuda edirdi. O, nə Əbu Bəkrdən, nədə Ömərdən qorxurdu. Buna baxmayaraq o həmişə Əbu Bəkrə tərəfdarlıq edirdi və Ömərlə rəqabət aparırdı. Ömər xilafətinin əvvəl günündə onu sərkərdəlikdən kənarlaşdırıb və onun yerinə müvəqqəti olaraq Əbu Ubeydə Cərrahı təyin etdi. Xalid öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra Əbu Bəkrin ölüm xəbərni eşitdi. O, həmişə hərbi yürüşlərdə iştirak edirdi. Nəhayət Hicrinin 21 çi ilində naməlum şəkildə öldü. Xalidin kənarlaşdırılmağı üçün neçə dəlil saymaq olar. O, dəlillərdən ən nəzərə çarpılan odur ki, Xalid ibn Vəlidin Əbu Bəkrin hakimiyyətinin möhkəmlənməsində və Ömərin hakimiyyətinin sabitləşməsində əvəz olunmaz xidməti olmuşdur. Amma biz məsələyə səthi yanaşsaq belə təsəvvür yaranırki, Ömər ibn Xəttab onu gərək tələsik surətdə vəzəfəsindən kənarlaşdırmayardı. Ancaq güman olunur onun vəzifəsindən kənarlaşdırılmasının ən mühüm səbəbi Ömərin onun gələcəkdə olan siyasi və nizami nüfuzundan qorxması idi. Çünki o nizami və siyasi işlərdə özünü daha ləyaqətli görürdü. Əldə olunmuş qələbələri öz müvəffəq siyasətinin nəticəsi bilirdi. Buna görədə özünü nizami və siyasi cəhətdən daha üstün və layiqli bilirdi. Ona görədə təvəqqösü var idi ki, o qələbələrin sayəsində böyük vəzifələrə yetişsin. Halbuki Ömərin etiqadına görə hökümətin təyin etdiyi adamlar gərək mərkəzi hökümətin güclənməsinə və sabitliyinə xidmət etsinlər və hec bir siyasi və nizami nüfuz tapmaqa çalışmasınlar. Xəlifə özü deyir: Mən o iki nəfəri (Xalid və Müsənna ibn Haris) öz xəta və günahlarına görə kənarlaşdırmadım, bəlkə ona görə kənarlaşdırdım ki, camaat onlara qarşı həddən çox təzim edirdi və qorxdum ki, onlara daha çox meyl etsinlər və layiqli şəxsdən üz döndərsinlər. Xaliddən sonra Əbu Ubeydə bir müddət sərkərdə oldu və bir müddətdən sonrada Şamın varisi oldu. Ancaq Əbu Ubeydə Valilikdən kənarlaşdırıldıqdan sonra (Hicrinin 18 çi ili) şübhəli şəkildə öldü. Xəlifə əvvəl Müaz ibn Cəbəli və o öləndən sonra Yezid ibn Əbu Süfyanı (Müaviyyənin qardaşı) onun yerinə Şama vali təyin etdi. Yezid qısa bir zamanda taun xəsdəliyindən öldü və Müaviyyə ibn Əbu Süfyan Ömər tərəfindən Şama vali təyin oldu.
    Şərhəbil bin Həsənə: Əbu Bəkrin İraqda olan ikinçi sərkərdəsi. O, İraqı fəth edənlərdən və Həbəşəyə hicrət edən şəxslərdən idi.İordaniya torpağıda onun əli ilə fəth olmuşdur. Ömər onu məzhəbdən kənarlaşdırdı. Sonra onu və Bilalı Şamda öldürdülər və şaiə yayıldı ki, onlar vəba xəstəliyindən ölmüşdürlər.
    Ənəs bin Malik: O Əbu Bəkrin Bəhreyinə təyin etmış varisi idi. Ömər onun yerinə əvvəl Müğeyrət bin Şöbəni və sonra Əbu Hüreyrə Düveysini təyin etdi.
    Müsənna bin Harisə: O, Əbu Bəkrin İraqda üçünçü sərkərdəsi idi. Ömər onu kənarlaşdırıb yerinə Əbu Übeydə Səqəfini (Muxtarın atası) sərkərdə təyin etdi.Müsənna müharibədə yaralanandan sonra şübhəli şəkildə öldü.
    Xəlifənin siyasətinin növləri.
    Ömər ibn Xəttabın siyasi üslubunda bir neçə məsələ qabarıq surətdə nəzərə carpılır.1.Ərəbi, Əcəmlərdən üstün tutmaq
    2.Beytulmalın bölünməsində islamı qəbul edən öncül insanları nəzərə almaq.
    3.Peyğəmbərdən (s) olan hədislərin yazılı və deyilməsinin qabağını alması.
    4.Dövlət və ictimai mənsəbləri Bəni Haşim və onun tərəfdarlarına tapşırmamaq.
    Ərəbi Əcəmdən üstün tutmaq.
    Ömər ibn Xəttabın Ərəbi Əcəmdən üstün tutmaq siyasətindən neçə nümunə saymaq olar:
    a)Qeyri Ərəbdən olan kişi ərəbdən qız almasın və Qüreyşdən olan ərəb qeyri Qüreyşdən qız almasın. Qeyri Ərəbin şəhadətini qəbul etməsinlər. Onlar pişnəmaz olmasınlar. Onların Ərəblərin işində nəzər vermə hüquqları yoxdur.
    b) Ərəb vilayətində dünyaya gələn uşaq müstəsna olmaqla anası Ərəb olmayan uşaq atadan irs apara bilməz.
    v) Maliyyət ünvanında alınan cizyə Ərəb xacpərəslərdən alınmasın və başqa müsəlmanlar kimi onlardan zəkat alınsın.
    ğ) Salman və Bilal kimi Rəsulullahın (s.ə.v.v) zamnından mədinədə sakit olnalar müstəsna olmaqla qeyri Ərəb ədinə şəhərində yaşamasın.
    Beytulmalın bölmə üslubu.
    Rəsulullahla ( s.ə.v.v) Əbu Bəkrin zamanında beytulmal müsəlmanlar arasında bərabərliklə bölünürdü. Bu hər şəxsin gündəlik gəlirindən başqa aylıq hüququ idi. Ömərin zamanında Mühacirləri Ənsardan üstün tutmaq və başqa səbəblərə görə insanların hüququ müəyyən edilmiş ölçü ilə üstünlük qazanırdı:
    1. İslamı tez qəbul edən (öncül)
    2. Cihadda iştirak edənlər
    3. Peyğəmbər ilə bir yerdə çox olan şəxslər.
    Bunlardan əlavə Ərəb Əcəmdən və Peyğəmbərin (s) xanımları başqalarından və Aişə Rəsulullahın (s) başqa xanımlarından üstün idilər. Ömər Peyğəmbərin (s) qohumlarından hər birinə (Bəni Haşimdən başqa) 5000 misqal gümüş və Abbasa 7000 və onlar ki, Bədr müharibəsində iştirak ediblər 4000 misqal gümüş verirdi. Peyğəmbərin hər bir xanımına 10000 və Aişəyə 12000 və Məkkənin fəthindən qabaqki, mühacirlərə 3000 və fəthdən sonraki, müsəlmanlara 1000 misqalı gümüş verirdi. Həqiqətən müsəlmanların bəzisinin üstünlüyünün olmasında şübhə yoxdu. Amma bu üstünlüklərin beytulmaldan daha çox bəhrələnmələrinə əsas verməsi müzakirə mövzusudur. Necə ola bilər ki, bir müsəlman başqa müsəlmana nisbət islamı gec qəbul etdiyinə görə ona beytulmaldan az hüquq verilsin. Cihad edənləri təşviqə görə və onların yaşayışlarını təmin etməyə görə qənimətdən hədiyyə etmək məqbul bir işdir. Amma Allahın rizasına görə görülən bir iş üçün çox müzd almağın məfhumu nədir? Nəyə görə Ərəb olan şəxsin hüququ Əcəm olan şəxsdən çox olmalıdır? Belə olan halda qeyri Ərəb vilayətlərində nə etmək lazımdır? Orada Əcəmə çox hüquq versinlər? Ya elə mərkəzi hökümət Ərəb olduğuna görə, Əcəm vilayətlərində də Ərəbi Əcəmə üstün tutsunlar? Xəlifənin bu suallara cavabı yox idi. Heç kimin xəlifədən bu barədə sual etməyə cürəti yox idi, o ki, qalmışdı etiraz etməyə. Xəlifə ömrünün axır ilində başa düşmüşdi ki, bu qanun Rəsulullahın (s) sünnəsinə və birinci xəlifənin üslubuna ziddir bu da bir növ ayrı seçkinlikdir. Buna görə vədə verdi gələn ildən beytulmal bərabərliklə hamının arasında bölünsün. Amma ölüm ona möhlət vermədi və o düz olmayan üslub elecədə qaldı. Əli (ə) öz xilafətinin ikinçi günündə beytulmalın bölmə üslubunu dəyişdirdi və elam etdi: Bu işlərin mükafatını vermək (Allah yolunda cihad islamı tez qəbul etmək...)mal ilə mümkün deyil. Allah mücahidlərin və islamı tez qəbul edənlərin mükafatını verəcək. Bu beytul mal əgər mənim özümün olsaydı onu camaat arasında bərabərliklə bölərdi, halbuki bu (beytulmal) Allahındır. Təlhə və Zübeyr bu layihəyə etiraz edən birinçi şəxslərdən idi. Onlar İmamdan ikinçi xəlifənin üslubuna qayıtmaqı istədilər. İmam onların cavabında buyurdu... Quranda bu ayrı seckinliyə aid ayə tapmadım.
    Peyğəmbərdən olan hədislərin yazılmasına və deyilməsinə qadağa.
    Rəsulullahın (s) hədislərini yazıb və deyilməsinə siyasi qadağa Əbu Bəkrin dövründən başlamışdır. Bu siyasət ikinçi xəlifənin dövründə şiddətlə davam edirdi və bütün məntəqələrdə icra olunurdu. Bu işdə itaətsizlik edənlər cəzalandırılırdı. Tarix mənbələrinə əsasən Rəsulullahın (s) Hədisinin yazmağına qoyulan siyasi qadağa o həzrətin həyatında da bəzi səhabələr tərəfindən təbliğ olunurdu. Əmir ibn Asın oğlu Addulla deyir: Mən Peyğəmbərin vaxtında o həzrətin dediklərini yazırdım. Qureyş (bəzi səhabələr) məni bu işdən cəkindirib deyirdilər: Nəyə görə Peyğəməbər hər ne deyir yazırsan! O da bir insan kimi qəzəbli və ya şad olanda bir söz deyir (ola bilsin şad olan halda birini tərifləsin və qəzəbli olan halda birini pisləsin) Mən də bir müddət hədis yazmağı tərk etdim və mövzunu Rəsulullaha (s) dedim. Peyğəmbər buyurdu: Mənim dediklərimi yaz and olsun o kəsə ki,canım onun əlindədir. Mən haqq sözdən başqa bir söz demirəm. Bu hadisə bu həqiqəti catdırır ki, o aparılan siyasət çox illər qabaqdan söyləyəcəklərimiz bəzi dəlillərə görə bir qrup adamın diqqət mərkəzində idi və onun ən zirvə həddi Peyğəmbərin vəsiyyətnaməsinin yazılmasının qabağını almaqda müşahidə olundu. O, ihanətli cümləki ان الرجل ... حسبنا کتاب الله) ) Peyğəmbərə rəva görüldü aşkar surətdə Peyğəmbərdən olan hədislərin qabağını almasında birinci və ən mühüm addım idi. Bu siyasətin icrasında tədricən (Əməvilərin xilafətinin sonuna qədər) neçə addımlar atıldı.
    1.İslam məntəqələrinə sərəncam göndərmək.
    2.Hədis rəvayət edən səhabələrin Mədinədən çıxmasının qarşısı alınması.
    3.Ayələrin təfsirlərini Quran kənarında yazılmasının qarşısını almaq.
    4.Tövrat və İncilin təhrif olunmuş xürafi hekayələrinin yayılması.
    5.Peyğəmbərin haqqında hədis yazmağı qadağan etməsi barəsində hədislər düzəldilməsi.
    6.Xlifələrin məqam və mənziləti haqqında hədis düzəldilməsi.
    7.Əli (ə) və onun ailəsinin məzəmmət olunması barsində hədis düzəldilməsi.
    HƏDİS RAVİLƏRİNİN TOPLANMASI
    İkinci xəlifənin dövründə onun göstərişi ilə hədis ravilərindən bir neçə nəfər Mədinəyə çağırılıb, orada da qalmalı oldular. Onlar Mədinədən kənara çıxmaq və hədis söyləmək hüquqlarına malik deyildilər. Xəlifə onları belə sorğu-suala tuturdu: "Sizin şəhərlərdə yaydığınız hədislər nədir?” Onlar cavabında deyirdilər: "Bizi hədis söyləməkdən qadağan edirsənmi?” Xəlifə deyirdi: "Xeyr, lakin sizdən istəyirəm ki, sağ olduğum vaxta qədər mənim yanımdan (Mədinədən) getməyəsiniz. Biz yaxşı bilirik ki, sizin hansı hədislərini qəbul edək və hansılarını qəbul etməyək!” Beləliklə, onlar ömürlərinin sonuna qədər Mədinədə qaldılar. Onlar Əbuzər, Abdullah ibn Məsud, Abdullah ibn Hüzeyfə, Əbu Dərda və Əqəbə ibn Amir idilər.
    Bu hörmətli şəxslər şübhəsiz, qeyri-səhih hədislər nəql etmirdilər. Belə isə, hansı səbəb üzündən hədis nəql etməkdən məhrum olunurdular? Onların hədislərini kimlər qəbul etmirdilər?!
    Qərzə ibn Kəb deyir: "Bir zaman xəlifə məni və səhabələrdən bir neçə nəfəri Kufəyə göndərdi və Mədinənin ətraf məntəqələrinə qədər bizi yola salmaq üçün bizimlə birgə hərəkət etdi. Sonra dedi: "Bilirsiniz ki, sizi yola salmaqda məqsədim nədir?” Dedik: "Bizə ehtiram üçün!” Dedi: "Əlbəttə, doğrudur, lakin başqa məqsədim vardır. Siz elə bir şəhərə gedirsiniz ki, oranın əhalisi məscid və təşkilatlarının fəzasını Quran oxumaqla ətirləmişlər. Səy edin ki, onları hədis söyləməklə yollarından çəkindirməyin, hədislə məşğul etməyin. Quranı hədisdən ayırın, heç bir hədisi onunla qatmayın. İmkan daxilində, Peyğəmbər (s)-dən az hədis nəql edin. Bilin ki, mən bu məqsədin gerçəkləşməsində sizə kömək edəcəyəm!”
    Qərzə Kufəyə gəldikdə, camaat Peyğəmbəri-Əkrəm (s)-in buyurduğu hədisləri eşitmək məqsədilə onun ətrafına toplaşdılar. O isə deyirdi: "Xəlifə bizi Peyğəmbər (s)-in hədislərini deməkdən qadağan etmişdir!”
    TÖVRAT VƏ İNCİLİN TƏHRİF OLUNMUŞ HEKAYƏLƏRİNİN YAYILMASI
    Beləcə, bir əsrə yaxın Peyğəmbəri-Əkrəm (s)-in buyuruq və hədislərinin yazılıb nəşr edilməsi qadağan olundu. Əsrin birinci rübündə hətta hədisi söyləmək belə, günah sayılırdı. Beləliklə, hədislər yalnız insanların sinələrində qalır və dünyasını dəyişən hər bir kəs bildikləri hədisləri özü ilə birlikdə qəbirə aparırdı. İslam dininə tabe olan görkəmli hədis raviləri Peyğəmbəri-Əkrəm (s)-in hədis və buyuruqlarını deməkdən məhrum və nəhy olunduqda, məsihi rahibi Təmim Dari və yəhudi Kəbul-Əhbar kimilərə özlərinin təhrif olunmuş əqidə və hekayələrini, hədis və əhvalatlarını nəql etməyə icazə verildi. Təmim Dari Ömərin hökmranlığı dövründə xəlifənin təklifi ilə cümə namazının xütbələrindən öncə minbərə çıxıb, camaata söhbət edirdi. Osmanın dövründə onlar həftədə iki gün çıxış edirdilər.Onlar Peyğəmbəri-Əkrəm (s)-dən bir hədis belə eşitmədikləri üçün əməvilərin məzəmməti ilə bağlı bəyan olunan hədislərdən xəbərdar deyildilər. Əgər bu barədə bir şey eşitsəydilər də, onu demir və onun yerinə Quranın təfsiri ilə bağlı Tövrat və İncilin təhrif olunmuş əqidə və hekayələrini nəql edirdilər.
    Bu minvalla, bir neçə müddətdən sonra müsəlmanlar arasında bir çox batil əqidələr yayıldı. Quran ayələrinin düzgün təfsiri təhrif olundu, yaxud gizli qalaraq, sonradan müsəlmanlar Peyğəmbəri-Əkrəm (s)-in hədislərinin yazılmasının əhəmiyyətini düşündükdə və qadağalar götürüldükdə, kitablarda İsrail oğullarının bir çox batil əqidə və düşüncələri, Peyğəmbəri-Əkrəm (s)-in hədis və sünnəsi ilə qarışdı, bəzən onların ayırd edilməsi mümkün olmurdu. Bunlar müsəlmanlar arasında dərin inhiraf və azğınlıqlara səbəb oldu.
    HƏDİS DÜZƏLTMƏK DÖVRÜ
    Hədis demək və yazmağın qadağan olunması ilə yanaşı, bəziləri hədis nəql etməkdə azad idilər. Əbu Hüreyrə hədis düzəltmək və qondarmaqda seçilmiş şəxslərdən biri idi. O, Ömər ibn Xəttab tərəfindən Bəhreynin valisi olduğu zaman hədis deməyə icazəsi var idi. Mövcud əsərlərdə Əbu Hüreyrədən nəql olunan hədislərin bir qismi o dövrdə dediklərinin məhsulu, bir qismi ondan sonra bəzilərinin düzəltdikləridir ki, hədisin sənəd silsiləsini ona nisbət vermişlər.
    O dövrdən qalan hədislər arasında aşağıdakı hədis gözə dəyir:
    Əbu Hüreyrə deyir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Cəbrail mənim yanıma gəlib, əlimi qaldırdı və ümmətimin daxil olduğu behişt qapısını mənə göstərdi. Əbu Bəkr dedi: "Çox istərdim ki, sənin xidmətində olum və behiştə baxım!” Peyğəmbəri-Əkrəm (s) buyurdu: "Ey Əbu Bəkr! Sən ümmətim içərisində behiştə girən birinci şəxssən!”
    Yenə deyir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dünya səmasında səksən min mələk Əbu Bəkr və Ömərin dostları üçün bağışlanmaq diləyir, ikinci səmada səksən min mələk onların düşmənlərini lənətləyirlər.”
    Aişə Peyğəmbəri-Əkrəm (s)-dən belə nəql etmişdir: "Bu ümmətdən əməl dəftəri sağ əlinə veriləcək birinci şəxs Əbu Bəkrdir. Əbu Bəkrdən başqa bütün insanlar sorğu-suala tutulacaqlar!”
    Əbu Səid Xuri deyir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim səma əhlindən Cəbrail və Mikail adlı iki vəzirim, yer əhlindən Əbu Bəkr və Ömər adlı iki vəzirim vardır.”
    Bəzən bu hədisləri nəql edənin Əli ibn Əbi Talib, yaxud o həzrətin şiələrindən birinin olduğunu deyirlər. O cümlədən, Nüveyrə yazır: "Əli ibn Əbi Talib deyir ki, Peyğəmbəri-Əkrəm (s) Əbu Bəkrə belə buyurdu: "Ey Əbu Bəkr! Allah-taala Adəmin yarandığı vaxtdan qiyamətə qədər mənə iman gətirən hər bir kəsin savabını mənə, sənə isə mənim peyğəmbərliyə çatdığım gündən qiyamətə qədər mənə iman gətirənlərin savabını verəcəkdir.” (Sonra Nüveyrə əlavə edərək yazır ki, görəsən, bu savabların Əbu Bəkrə verilməsində səbəb nədir?)
    Əmmar Yasirdən Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğu nəql olunur: "Elə indicə Peyğəmbəri-Əkrəm (s) mənim yanıma gəlmişdi. Ona dedim: "Ömər ibn Xəttabın səmadakı bəzi fəzilətlərini mənə söylə!” O dedi: "Əgər doqquz yüz əlli il həyat sürən Nuhun yaşı qədər Ömərin fzilətlərini bəyan etsəm də, qurtarmaz və Ömər, Əbu Bəkrin həsənələrindən biridir!”
    İbn Abbasdan Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğu nəql olunmuşdur: "Qiyamət günü bir nəfər ərşin altından "Mühəmmədin səhabələrini gətirin!” – deyə səsləyər. Əbu Bəkr, Ömər və Osmanı gətirərlər. Əbu Bəkrə deyilər: "Behiştin qapısında dayan və ilahi mərhəmətə təvəssül etməklə istədiyin kəsi behiştə icazə ver və ilahi elmlə istədiyini ora girməkdən saxla!”
    Doğrudan da qəribədir ki, Müaviyənin dövründə hədis demək və yazmağın qadağan olunma siyasətini yozmaq üçün yüzlərlə saxta hədis düzəldilir ki, guya Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məndən bir şey yazmayın və hər kəs məndən Qurandan başqa bir şey yazarsa, onu aradan aparın!” Digər tərəfdən isə elə həmin vaxtda xəlifələrin tərifi ilə bağlı minlərlə hədis nəql olunub yayılır və kimsə onun yazılıb yayılması və nəql olunmasının qarşısını almır.
    MƏQSƏD VƏ SƏBƏBLƏR
    O dövrün siyasətçiləri üçün Peyğəmbəri-Əkrəm (s)-in buyuruqlarının deyilib-yazılması nə kimi problemlər yaradırdı? Hansı növ hədislərin yayılması ümumiyyətlə hədis deyib-yazmağın qadağan olunmasına səbəb oldu? Necə ola bilər ki, bəziləri, yaxud bəzi hədislər həmin siyasətin icrasından azad olundular?
    Hədis demək və düzəltməkdə azad buraxılan kəslərin adlarını mütaliə etdikdə, eləcə də qadağan olunmuş hədisləri tanıdıqda, bu siyasətin hədəf və səbəbini asanlıqla başa düşmər olur.
    Hədisləri böldükdə, xəlifələrin dövründə onların bəzilərinin mövzuları xüsusi mövqe və həssasiyyətə malik olub və xəlifələrin üslubu ilə rəftar etmək istəyən hər bir hökmranın bu növ hədislərin yayılmasının qarşısını almaqdan başqa bir çarəsi olmayıbdır. Belə hədislərin yayılmasının qadağan olunması, ümumiyyətlə bütün hədislərin yayılmasının qarşısı alınmadan camaatın həssasiyyətini daha da artırır və hakim dairələrin problemlərini iki qat artırırdı.
    Bir çox tarixi şahid və dəlillərə diqqət yetirməklə, xəlifələrin siyasəti ilə uyğun yayılması qadağan olunmuş hədislər bu qəbil hədislər olmuşlar:
    1. İslam düşmənləri və münafiqlərin mahiyyətini ifşa edən hədislər. Buna əməvilərin məzəmməti ilə bağlı hədisləri misal göstərmək olar.
    2. Əli (ə), Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beyti və bəzi seçilmiş səhabələrin fəzilətlərini bəyan edən hədislər.
    3. Siyasi məsələlər, Peyğəmbəri-Əkrəm (s)-in canişinliyi, hökumətin düzgün idarə üsulları və rəhbərlərin xüsusiyyətlərini açıqlayan hədislər.
    4. Ayələrin təfsir və şərhi ilə bağlı buyurulan hədislər.
    5. Peyğəmbəri-Əkrəm (s)-in sünnəsini və ictimai hökmləri bəyan edən hədislər.
    İFŞAEDİCİ HƏDİSLƏR
    Peyğəmbər (s)-in hədislərini nəql edib, yaymaq qadağan olunsa da, o həzrətin əməvilər sülaləsi, bəzi münafiqlər və İslam düşmənlərini məzəmmət və lənət etməsi ilə bağlı hədisləri şiə və sünnü kitablarında mövcuddur.
    Əhməd ibn Hənbəl "Müsnəd” kitabında Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql edir: "İlahi! Bu iki nəfəri (Müaviyə və Əmr ibn As) fitnəyə at və onları atəşdə məhv et!” Həmçinin buyurmuşdur: "Bu iki nəfər xeyir və səlah üçün heç vaxt əlbir olmayacaq, yalnız hiylə məqsədilə bir-bir yerə cəm olacaqlar.”
    Təbəri, İbn Əbil-Hədid və İbn Cövzi yazırlar: "Müaviyə elə kəslərdəndir ki, Peyğəmbəri-Əkrəm (s) onu, atasını və oğlunu lənətləmişdir.” Həm şiə, həm də sünnü mənbələrində Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğu nəql olunmuşdur: "Müaviyəni mənim minbərimdə gördüyünüz zaman onu öldürün!”
    Bu rəvayətlər camaat arasında elə bir halda yayılırdı ki, Müaviyə ikinci xəlifənin dövründə mərkəzi hökumətin daxilində yerləşən ən mühüm ölkələrin birində fəaliyyət göstərir və işçi qüvvələr onun vasitəsilə təyin olunurdu. Buna görə də xəlifənin işçilərinin çoxu Bəni-Üməyyə tayfasından ibarət idi. Müaviyə və onun sülaləsi on illər belə Əli ibn Əbi Talib (ə)-ı – Peyğəmbəri-Əkrəm (s)-in kürəkəni və əmisi oğlunu minbərlərdə lənətləyir və ona nalayiq sözlər deyirdilər. O, bu işi görmək üçün öz vali və işçilərinə rəsmi göstəriş verdi. Əbdül-Həmid Mədayininin dediyi kimi, Əbu Hüreyrə, Müğeyrə ibn Şöbə və Əmr As imam Əli (ə)-ın əleyhinə saxta hədis düzəltmək üçün Müaviyənin muzdurları idilər.
    Digər tərəfdən isə Ömər ibn Xəttabın əqidəsinə görə, hökumət mənsəblərini öhdəyə götürmək üçün siyasi bilik kifayət edir və pərhizkarlığa ehtiyac yoxdur. Buna əsasən, xəlifə əməvilərin məzəmməti ilə bağlı o qədər hədislərin varlığı ilə yanaşı, onların siyasətçi şəxslərindən necə istifadə edə bilməsin, ictimai və siyasi məqamları elə kəslərə tapşırsın ki, hər an onun əleyhinə müxalifət bayraqlarını qaldıra bilərdilər?!
    Bundan əlavə, heç bir şəkk-şübhə yoxdur ki, onlar bu rəvayətləri müsəlman ictiması və qəbilələri arasında ixtilafın yaranmasının amili bilir və heç vaxt onlara əməl etməyə iltizamlı deyildilər. Beləliklə, heç kimin əməl etmədiyi hədislərin deyilib-yazılmasında heç bri fayda görmürdülər. Onların gümanınca, nə yaxşı olar ki, belə rəvayətlərin yazılışı qadağan olunsun ki, müsəlmanlar arasında ixtilaf və təfriqənin qarşısını alınsın, eləcə də bəzilərindən hökumət məqamlarında istifadə edilsin. Bütün bunlardan əlavə, belə rəvayətlərin varlığı ilə hökumət müxalifəlirin əllərinə bəhanə verilməsin.
    Şübhəsiz ki, əgər müsəlmanlar Bəni-Üməyyə tayfasının məzəmmət və lənəti ilə bağlı Peyğəmbəri-Əkrəm (s)-in hədislərinə əməl etmək istəsəydilər, xəlifələr bir an belə, onları müxtəlif məntəqələrdə valiliyə təyin edə bilməzdilər. Halbuki Müaviyə Osmanın hökumətinin sonuna kimi təqribən 22 il Şam vilayətinin valisi idi. Ondan sonra da 25 il elə orada qalmalı oldu. Əli ibn Əbi Talib (ə)-ın xilafətinin başlanğıcında o həzrət tərəfindən vəzifədən azad olunduqda, imama qarşı qalxaraq, müharibəyə əl atdı.
    MƏNZİLƏT HƏDİSLƏRİ
    Əli ibn Əbi Talib (ə)-ın, onun övladları, Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beytinin digər üzvləri və seçilmiş səhabələrinin fəziləti ilə əlaqədar Peyğəmbəri-Əkrəm (s)-in buyuruqları qeyd edilənlərdən olduqca çoxdur. İndi isə həm şiə, həm də sünnü kitablarında mövcud olan çoxlu hədislərin bir neçəsinə diqqət yetirək:
    "Əlini sevmək iman, onunla düşmənçilik etmək isə nifaq nişanəsidir.”
    "Əli məndən, mən isə Əlidənəm.”
    "Əliyə məhəbbət bəsləmədən məni sevən kəs yalan danışır.”
    "Əli haqq ilə, haqq da Əli ilədir!”
    Aydındır ki, Əli ibn Əbi Talibin müxalif rəhbərliyi ilə müsəlmanlar arasında belə rəvayətlərin yayılması elə çətin deyildi. Əgər bu hədislər hər tərəfə yayılsaydı, xəlifə camaatın "nə üçün Əli (ə) xanənişin olmuşdur?” – deyə etirazlarına nə cavab verəcəkdi? Məhz bu səbəbdən də başqa bir yol yox idi ki, belə rəvayətlərin yayılması və yazılmasının qarşısı alınsın. Bəlkə də elə bu məqsədi nəzərə alaraq, əməvilər sülaləsinin xəlifəlik dövrünün bir qismində nəinki Əli (ə)-dan tərəfdarlıq etmək günah sayılır, həm də heç bir müsəlman övladına Əli adını qoya bilmirdi.
    Görkəmli əhli-sünnə tədqiqatçılarından biri yazır:
    "Bəni-Üməyyənin xəlifəlik dövründə Əli ibn Əbi Talibin fəzilətlərini aşkar etmək qəti qadağan idi. Hətta əgər bir kəs Əlidən din hökmləri ilə bağlı bir hədis nəql etmək istəsəydi, onun adını aşkar şəkildə çəkiməyə və "Əli belə dedi!” – deməyə cürət etmirdi. Əksinə deyirdi ki, Zeynəbin atasının belə buyurduğu nəql olunmuşdur. (O tədqiqatçı alim əlavə edərək yazır:) "Əgər Allahın lütf və mərhəməti olmasaydı, Əlinin fəzilət və əsərləri Bəni-Üməyyə xəlifərinin dözülməz işkəncə və həbsləri nəticəsində camaatın dilindən tamamilə düşəcək və yadlardan elə silinəcəkdi ki, sanki Allah-taala belə bir kəsi əsla yaratmamışdır.
    Quranin Peyğəmbəri-əkrəm (s)-in şərh və təfsirindən ayrilmasi
    Peyğəmbəri-Əkrəm (s)-in dövründə o həzrət nazil olan hər bir ayənin təfsir və şərhini bəyan edir və bəziləri də onu yazmaqla məşğul olurdu. O həzrətin şəhr və bəyanatını yazmaq ayənin haşiyəsi, yaxud davamında qeyd edilirdi. Müsəlmanlar məscidə toplaşıb, hər on ayənin şərhini öyrəndikdən sonra Peyğəmbəri-Əkrəm (s) digər on ayənin şərhini bəyan edirdi. Bu izah və şərhlər ayənin lüğətlərinin mənası, nazil olma səbəbi, hökm və təfsirlərə şamil olurdu. Bütün bunlar da Allah tərəfindən və Peyğəmbəri-Əkrəm (s)-in vasitəsilə bəyan olunur, dəri, taxta, qoyunun bel sümüyü və digər alətlərə yazılıb, "müshəf” adlanırdı.
    O dövrdə ayələrin şərhsiz yazılması adət deyildi. Hamı da bilirdi ki, yazdıqlarının hansı hissəsi Quran və hansı hissəsi isə təfsir və şərhdən ibarətdir. Peyğəmbəri-Əkrəm (s)-dən sonra ayələrin bu şəkildə yazılışı qadağan edildi və Ömər ibn Xəttabın hökmranlığı dövründə bu qadağa şiddətləndi. Xəlifənin dəlili isə, Qurani-Kərimin şərh və təfsirlə qarışması və gələcəkdə onların bir-birindən ayırd edilməsinin çətinləşməsi idi.
    Bu gün minlərlə lüğət və təfsir kitablarında – həm çap olunmuş, həm də dəstixətt nüsxələrdə Quran ayələri tərcümə, təfsir və şərh ilə birgə yazılmış və onun hətta bir hərfini belə tanımaq ayə ilə qeyri-ayə arasında səhv icad etmir. O dövrlərdə isə bu tanışlıq asanlıqla əldə edilmirdi. Amma etiraf etmək olar ki, onu əldə etmək də qeyri-mümkün olmamışdır.
    Ümumiyyətlə, həmin izah və təfsirlər Peyğəmbəri-Əkrəm (s)-in buyuruqlarından ibarət idi ki, vəhy vasitəsilə onlara çatmışdı. Beləliklə, Qurani-Kərimin əslinin qorunub-saxlanılmasının vacibliyinin dəlili onun şərh və təfsirlərinin qorunub-saxlanılması da müsəlmanlara və onların rəhbərlərinə vacib idi. Bəlkə də bir baxışdan həmin şərh və təfsirlərin qorunub-saxlanılması yüksək əhəmiyyət daşıyırdı. Çünki düşmənlər təfsir və şərhsiz ayələri asanlıqla yanlış təvil və yozumlarla qarışdırıb, müsəlmanları özlərinə tabe edə bilərdilər. Bundan əlavə, Allah-taalanı Özü Quran ayələrinin qorunub-saxlanılmasını təzmin etmişdir. Lakin Peyğəmbəri-Əkrəm (s) tərəfindən bəyan olunan şərh və təfsirlərə qarşı bu təzmin yoxdur. Bu isə müsəlmanları vəzifəsidir ki, özlərinin Quran ayələrindən yaxşı istifadə edib bəhrələnməsi, eləcə də mənəvi təhriflərdən amanda qalması üçün Peyğəmbəri-Əkrəm (s)-in şərh və təfsirlərini qourub-saxlasınlar. Bu da yalnız onların yazılması və bəyan edilməsi ilə mümkün idi. Beləliklə, xəlifənin ayələrin şərh və təfsirlərlə qarışması ilə bağlı bəhanəsi qəbul deyil və o qadağanın səbəbini başqa bir şeydə axtarmaq lazımdır.
    "Quran ümmətin hidayəti üçün kifayətdir!” (Həsbuna kitabəllah) – qəziyyəsi irəli sürüldüyü zaman Qurani-Kərimdən məqsəd Cəbrailin təfsir və şərhsiz xəbərlərindən ibarət idi. Kaş, Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beytinin müsəlmanların rəhbərliyindən kənar edilməsindən sonra heç olmazsa, təfsir və şərhlərdən ibarət "müshəf”lər od içərisində yandırılmayaydı və müsəlmanlar onu bəyan edib, yazmaqda cəzaya məhkum olunmayaydılar.
    Həmin izahlarda hər ayənin nazil olma səbəbi qeyd olunurdu. O cümlədən, "İnnə şaniəkə huvəl-əbtər!” (Ya Peyğəmbər! Sənin düşməninin özü sonsuz və nəsli kəsilmişdir!) – ayəsinin şərhində yazılır ki, bu ayə və orada ifadə olunan "düşmən” sözü Əmr Asın atası haqda nazil olmuşdur. "İn caəkum fasiqun bi-nəbəin!” – ayəsində işlənən fasiq sözü isə Vəlid ibn Əqəbəyə aiddir. Eləcə də "Vəş-şəcərətul-məlunə fil-Quran” (Quranda lənət olunmuş ağac) – ayəsində məqsəd əməvilər sülələsidir.
    Qüreyş, münafiqlər və imanı zəif müsəlmanların məzəmməti ilə bağlı nazil olan digər ayələrdə var idi. Onlar xəlifələrin dövründə adətən, hakim dairədə yüksək nüfuz və məqama malik idilər. Həmin ayələrin varlığı ilə camaat onlara azacıq belə diqqət yetirməyəcək və bununla da hökumətdə yüksək məqama çata bilməyəcəkdilər. (Bu səbəbdən şərh və təfsirlərə qadağa qoyuldu.)
    "Ey Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı xalqa çatdır...”, "Həqiqətən, sizin vəliniz Allah, Onun Peyğəmbəri və iman gətirib, rüku halında zəkat verənlərdir...” və "Sadiqlərlə birgə olun!” – ayələri, eləcə də "Dəhr” surəsi və sairənin izahında "müshəf”də bir sıra incəliklər qeyd olunmuşdu ki, açıq-aşkar Əli ibn Əbi Talib (ə) və Peyğəmbər (s)-in Əhli-beytinin fəzilətlərini açıqlayırdı. Bu ayələrin məna və nəticəsinə diqqət yetirdikdə, müsəlmanlara onlardan başqasına tabe olmaq rəva görülmürdü.
    Müsəlmanların ikinci xəlifəsi xilafətini başlanğıcında göstəriş verdi ki, bundan sonra Quranlar şərhsiz yazılsın. Ondan sonra isə belə bir Quranı qızı Həfsəyə əmanət verdi ki, münasib fürsətdə onun nümunəsi bütün məntəqələrə göndərilsin və yalnız bu xüsiyyətli Qurana tabe olunsun. O, öz işçi və valilərinə də tapşırıq verdi ki, camaatı Quranla məşğul edib, hədisdən uzaqlaşdırsınlar.
    Bu göstəriş tədriclə dövlət qərarına çevrilərək, ona tabe olmayan hər kəs cəzalandırılır, müsəlmanlar öz "müshəf”lərini hökumətin qorxusundan aradan aparır, yaxud onları gizlədir və məclislərdə ayələrin təfsir və şərhindən azacıq belə söz açılmırdı.
    Sünnü təfsirçiləri belə yazmışlar: "Bəni-Təmim tayfasının əyan-əşraflarından və qəbilə başçısı olan Səbiğ ibn Əsəl Təmimi Quranı dərindən başa düşməyi çox istəyir və buna görə də həmişə şəhərlərə səfər edərək, səhabələri tapır və onlardan ayələrin mənalarını soruşurdu. Bir zaman Əmr ibn As, Ömər ibn Xəttaba yazıb bildirdi ki, burada bir nəfər Quranın təfsirini soruşur və bu işlə məşğuldur.” Xəlifə yazdı ki, dərhal onu tutub Mədinəyə göndər.
    O, Mədinəyə çatdıqda, ora çağırılmasının səbəbini bilmədiyi üçün xəlifədən "Vəz-zariyati zəra” – ayəsinin mənasını soruşduqda, xəlifə qəzəblənib, bir xurma salxımı ilə ona yüz şallaq zərbəsi vurdu. Səbiğ ibn Əsəl Təmimi dedi: "Ey möminlərin əmiri! Bildiklərimi unutdum.”
    O, yerindən durub, zindana yollandıqda, köynəyindən qan damcılayırdı. Sağaldıqdan sonra onu yenidən xəlifənin yanına apardılar Xəlifə bu dəfə də ona yüz şallaq zərbəsi vurdu ki, belində onun yerləri qaldı. Yenə də zindana salındı. Üçüncü dəfə xəlifəyə yalvarıb-yaxardı ki, əgər məni öldürmək istəyirsənsə, öldür və məni belə işkəncədən xilas et! Xəlifə onu bu dəfə Bəsrəyə sürgün etdi və Bəsrənin valisi Əbu Musa Əşəriyə belə yazdı: "Bəsrədə onu möhkəm izlə, nə bir kəs onun yanına get-gəl etsin, nə də bir söz danışsın.”
    O, bir müddət hara gedirdisə, heç kim onunla danışmırdı. Nəhayət, bu vəziyyətdən təngə gəlib, Əbu Musa Əşəridən xahiş etdi ki, xəlifə onu bağışlasın. Əbu Musa da onun peşman olduğunu xəlifə çatdırdı. Bununla da o, tədrici ölümdən canını qurtardı.
    Beləliklə, müsəlmanlar ayələrin məna, təfsir və şərhini unutdular, onun oxunuşu və sözlərinin deyilişindən başqa bir şey bilmirdilər. Ayələrin bir çox hökm və nazil olma səbəbi, hətta hadisələrin təfərrüatı məchul qaldı və müsəlmanlar hər ayənin məqsəd və məramını bilmədən, yaxud soruşmadan Quranı oxumaqla məşğul olurdular. Müsəlmanlar yavaş-yavaş ayələrin məna və hökmləri ilə biganə olsalar da, heç kim etiraz səsini ucalda bilmir və nəticədə hakim dairələr heç bir çətinliklə üzləşmirdilər. Dəfələrlə baş verirdi ki, müsəlmanlar uzaq məntəqələrdən Mədinəyə gəlib, xəlifədən müəyyən bir ayənin mənasını soruşduqda, o, cavabında aciz qalır və nəhayət deyirdi: "Qurandan bildiklərinizə əməl edin, halalını halal, haramını isə haram bilin!” Bunun mənası budur ki, Qurandan bilmədiklərinizə nə əməl edin, nə də onu soruşun.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 1093 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024