FƏTHLƏRİN HAŞİYƏSİNDƏ
Xəlifələrin dövründəki fəth və uğurların araşdırılmasında bir neçə məsələni bəyan etmək zəruridir. O cümlədən, ərazi genişliyində məqsəd nə idi? İştirak edənlərin məqsədi nə idi? Nə üçün Əli ibn Əbi Talib (ə) – Peyğəmbəri-Əkrəm (s)-in kürəkəni həmin müharibələrdə iştirak etmədi? Yeni məntəqələrin fəthindən sonra həmin məntəqələrdə hansı dəyişikliklər yarandı və hansı dini-mədəni fəaliyyətlər baş verdi? Görəsən, hücumdan qabaq, əvvəlcə İslam və onun təlimləri həmin şəhərlərin sakinlərinə söylənilirdi, yoxsa İslama dəvət olunmadan elə bir dəfəlik hücum çəkilirdi?
Bu sualların cavabının aydınlaşması məqsədilə bir neçə incə-nöqtələri qeyd etmək yerinə düşərdi.
1. Şübhəsiz, Əli ibn Əbi Talib (ə) və onun övladları ərazi genişliklərin heç birində iştiraf etməmişdir. Camaat da bilirdi ki, o həzrətin keçmiş şücaət və qəhrəmanlğına diqqət yetirməklə bu siyasətdən məqsəd, nə o həzrətin bir guşəyə çəkilib, bu məsələyə etinasız yanaşması, nə də ölümdən qorxmasıdır. Bunun səbəbi yalnız bu idi ki, o həzrət özünü onun haqqını qəsb edənlərin ixtiyarın qoymaq və onlara xidmət etmək istəmirdi. Bu həmkarlıq o həzrətin məqamından uzaq və xəlifənin siyasətini təsdiqləmək sayılır, bu müharibələrdə xəlifə və qoşunların rəftarını etibar və qanunluq bağışlayırdı.
Bunlardan başqa o həzrətin həmin ərazi genişliyindəki məqsəddən məlumatı onun müharibələrdə iştirakına mane olurdu. İmam Əli (ə)-a layiq məsələ isə o həzrətin şiə və tərəfdarlarını həmin müharibələrdə iştirak etməkdən çəkindirməməsi idi. Onların müharibələrdə iştirakı əsgərlərin təskinliyindən əlavə, əsgərlərin bir çox qeyri-islami davranışlarının qarşısının alınması idi.
Tarixçilər ikinci xəlifənin hakimiyyəti dövründə imam Əli (ə)-ın icazəsi ilə Mədayinin valiliyinə öhdəsinə götürən Salman Farsidən başqa, aşağıda adı çəkilənlər müharibələrdə xəlifələrin döyüşçüləri sırasında qeyd etmişlər:
Əmmar Yasir: Misirin və Bəkr məntəqəsinin fəthində süvarilərin sərkərdəsi olmuş və az bir müddət ərzində ikinci xəlifə tərəfindən Kufənin valiliyini öhdəsinə götürmüş, altı min nəfərlə birlikdə Əbu Musa Əşərinin köməyi ilə Şuştəri fəth etmək üçün ora getmiş və süvarilər dəstəsinə sərkərdəlik etmişdir. Cəlula müharibəsində on iki mindən ibarət qoşunla Yəzdəgirdin ordusu ilə döyüşmüşdür.
Miqdad ibn Əsvəd: Əmmar Yasirin həmkarlığı ilə Misir və Bəkr məntəqəsinin fəthində iştiraf etmişdir.
Hüzeyfə ibn Yəman: Ərdəbil, Nəhavənd və Şüştər şəhərlərinin fəthində iştirak etmişdir.
Malik Əştər: Şam məntəqələrində romalılarla müharibədə iştirak etmişdir.
Haşim ibn Ütbə (Mirqal): Beytül-Müqəddəs və Azərbaycanın fəthində beş min nəfərdən ibarət qoşunun sərkərdəsi olmuşdur.
Bərra ibn Azib: Qəzvin və Şuştər şəhərlərində iştirak etmişdir.
Hicr ibn Ədiyy: Qadisiyyə və Cəlula müharibələrində iştirak etmişdir.
2. Bizim bu günləri xəlifələrin fəthləri kimi tanıdıqlarımız sosioloji baxımdan – hər bir təəssübkeşlikdən uzaq – sərtlik və yürüş vasitəsilə siyasi-coğrafi dairənin genişliyindən başqa bir şey deyildir. Bu isə Peyğəmbəri-Əkrəm (s)-in baxış və üslubu ilə əsla uyuşmur və heç bir zərurət də o tələskən rəftarı yozmur.
Qurani-Kərim peyğəmbərlərin gəlişindəki məqsəd və amalı ədalətin yayılması və insan tərbiyəsi bilir. Xəlifələrin dövründə baş verənlər isə imperatorluq təsis etmək, qənimət və qullar yığmaqdan başqa bir şey deyildir. Qonşu ölkələrin daravazalarını açmağa o zaman üz tutuldu ki, müsəlmanlar hələ İslamın əlifbasını bilmirdilər. Nadanlıq dəyərləri onların həyat tərzindən silinməmiş, etiqadi dəyərlər isə varlıqlarının dərinliyinə nüfuz etməmişdi. Keçmiş döyüşçü qrupları şücaət, qorxmazlıq və qəhrəmanlıqlara malik olsalar da, dini bilik və tərbiyədən uzaq idilər. Onlar o zaman müharibələr girdabına düçar oldular ki, bəziləri hələ Qurandan bir neçə ayədən başqa, dindən bir şey öyrənməmişdilər. Bu dərin zəiflik geniş maddi qələbəliklə qarışıb, qənimət və ləzzəti onlara dadızdırdığı bir vaxtda qazandıqları az mənəviyyatı itirərək, xoşgüzəranlığa adət etdilər, Peyğəmbəri-Əkrəm (s)-in məqsəd və amalı uğrunda əzab-əziyyətlərə məruz qaldığı yolunu davam etməyi unutdular, müsəlmanlar elə ünsürlər düzəldildi ki, dünyalarını qorumaqla hər bir xəlifəyə tabe olurdular.
3. Doğrusu, İslamı təzə qəbul edən və qonşu ölkələri fəth etməyə can atan döyüşçülər həmin ölkələrin əhalisi üçün nə kimi tədbirlər fikirləşirdilər? Görəsən, müsəlmanlardan yaxşı yaşayan həmin əhaliyə maddi imkanlar bağışlamaq istəyirdilərmi?
Heç bir tarixçi İslam darvazalarının camaatın üzünə açıldıqdan sonra İslam mədəniyyəti və Quran qanunlarının onlara təlim olunmasını qeyd etməmişdir. Kaş, elə bununla kifayətlənəydilər. Bu ölkələrin fəthindən sonra İslam Peyğəmbərinin hədislərini camaatın Quranla məşğul olması bəhanəsi ilə yazıb-bəyan etmək qadağan olundu. Bu tədbirdən isə Qurandan himayə məqsədini açıqladılar. Lakin daxildə Peyğəmbər (s)-in sünnəsini zirəkliklə kənara qoymaqdan başqa bir şey güdülmürdü. Bu bəyannamənin elanından sonra heç bir səhabə Peyğəmbər (s)-dən hədis, hətta Quran ayələrinin birini təfsir və izah edən hədisləri belə nəql etməyə haqqı yox idi. Bu iş yalnız adi camaata deyil, həm də Qurani-kərimin həqiqi təfsirçisi olan o həzrətin Əhli-beytinə də qadağan olundu.
Bu tədbirlə sünnətlə bidət bir-birinə qarışdı, onların bir-birindən ayırd edilməsi çətinləşdi. Şübhələr, xurafatlar və uydurmalar hədisdən çox rövnəqləşdi. İctimanı sonradan həqiqi İslama qaytarmaq məqsədilə yerinə yetiriləcək mədəni fəaliyyətlər çətinləşərək, qeyri-mümkün həddinə çatdı. Belə bir vaxtda xəlifələr və onların canişinləri üçün camaatı hökumət məqsədlərini qəbul etdirmək üçün xam etmək asanlaşdı. Haqq və batil, düzgün və yanlış meyarlar bir-birinə qarışdığı üçün heç kim müxalifət səsini ucalda bilmirdi. Bu arada səsini ucaltmaq istəyənin əleyhinə ümumi yürüş edilərək, onu aradan götürürdülər.
4. İslam dininin yaxın və uzaq ölkələrə heybətli nüfuzu ilə zərdüşt, xaçpərəst, yəhudi və s. dinlər geri çəkilib, özlərini onun müqabilində aciz gördülər. Lakin bu heybət xəlifələr tərəfindən elmi-mədəni sahələrdə himayə olunmadığından, onun ağır kölgəsi tez aradan getdi və artıq digər dinlərin tərəfdarları yeni can aldılar. Ondan sonra isə xəlifələr tərəfindən uzun illər dini tanıtdırmaq üçün mədəni təbliğat və fəaliyyətlər əsla baş vermədi.
5. Öncə qeyd edilənlərə əsasən, etiraf etmək lazımdır ki, müsəlmanların sonsuz uğurları hərbi-nizami qüvvələrin və İslamın düzgün təbliğatının nəticəsi deyildi. Onları irəli aparan və uğur qazandıran Peyğəmbəri-Əkrəm (s)-in təlimlərinə əsaslanan iman, qələbə və ya şücaətə etiqad idi. Təəssüflər olsun ki, elə bu iki amil xəlifələr tərəfindən sui-istifadə vasitəsinə çevrildi.
Bundan əlavə, müsəlmanların qələbə, müvəffəqiyyət və uğurları ilə bağlı bir neçə amil də qeyd etmək olar:
a) Camaatdan qənimət yığmaq, qadın-kişilərə sahib olmaq məqsədini icad etmək.
b) Müsəlman əsgərlərin müqabil qüvvələrin əzəməti ilə müqayisədə sadəlikləri.
v) O məntəqələrin əhalisinin hökumətdən narazlıqları.
q) Bu fəthlər çoxlu mal-dövlət və sərvəti İslam dünyasına bəxş etdi... və ümumxalqın ixtiyarına verilmək və ədalətlə bölünmək əvəzində adətən, fərd və şəxsiyyətlər arasında bölündü və az bir qismin ixtiyanı verildi. Xüsusilə Osmanın xilafəti dövründə bu hərəkət həddini aşdı.
6. Xəlifələrin məqsədi və fəthlərin genişlənməsi ilə əlaqədar iki mühüm incə nöqtəyə işarə etməklə kifayətlənirik:
a) Allah yolunda cihad adı ilə döyüş cəbhələrini yaratmaq daxili ixtilaflar və əsaslı müxalifətlərin qarşısını almaq üçün ən yaxşı vasitə idi. Bu zaman əgər bir kəs şərafətli və hörmətli şəxs olsa belə, özünün tapdalanmış haqqını almaq istəsəydi, o, dünya və vəzifə düşkünü kimi tanınırdı. Buna əsasən, o dövr hökumət dairələri üçün siyasi məqsədlərə nail olmaq və mövcud mövqeyi qoruyub saxlamaq üçün ən yaxşı zaman hesab edilirdi.
b) Yeni ölkələrin fəthindən sonra dini mədəniyyətin və Peyğəmbər (s)-in hədislərinin yayılması üçün azacıq belə səy və zəhmət çəkilmədiyinə diqqət yetirməklə, şübhəsiz, ərazi genişinliyində məqsəd o həzrətin dinini təbliğ etmək deyildi. Hökumətin həmin hücum və yürüşlərdən ən yaxşı bəhrəsi mərkəzi dövlətin qüdrətini və əhatəsini genişləndirmək, eləcə də onun siyasi-dini təfəkkürü idi. Məhz bu səbəbdən də imam Riza (ə)-ın dövrünə qədər İranın hər bir yerində xəlifələr tərəfindən, yalnız onların bəyəndikləri ayindən başqa bir şey təbliğ olunmadı.
Ömər ibn Xəttab Hicri-Qəmərinin iyirmi üçüncü ili Həccə getdi.Qayıddıqdan sonra ətraf şəhərlərdən bir dəstə əmir onunla görüş və məşvərət üçün Mədinəyə gəldilər.Müğəyrə ibn Şöbə( Kufənin əmiri) və onun xidmətcisi Piruz Əbu Lölö onların arasında idi.Buna baxmayaraq ki, xəlifə Əcəmlərin Mədinədə yaşamasına icazə vermirdi amma Muğəyrə xəifədən Firuzun Mədinədə qalmasının icazəsini istədi.Çünki o bir sənətkar insan kimi Mədinə camaatına xeyri dəyirdi.Bir gün Firuz Mədinədə özünü xəlifəyə catdirib,ona öz ərbabından şikayət etdi ki, o hər gün məndən on dirhəm vergi alır və mənim bu qədər pulu verməyə imkanım yoxdur.Xəlifə soruşdu:Sənin peşən nədir?O cavabında dedi: Dülgərlik, dəmirçilik, rəngsazlıq.O dedi: Bu qədər peşə ele bu qədər məbləğ çox deyil.Eşitmişəm sən ele dəyirman düzəldirsən ki,günəşlə işləyir!O dedi: Əgər sağ qalsam sənin üçün elə dəyirman düzəldəcəyəm ki, Məğribə və Məşriqə səs salsın. O iki nəfər bir-birindən ayrıldıqdan sonra xəlifə dedi: Bu qul məni təhdid etdi. Bu hadisədən üç gün kecməmişdi ki,Firuz öz təhdidini əməli etdi.
Sübh vaxtı xəlifə məsciddə namaz qılmaq istərkən Firuz ona hücüm cəkib qarnından xəncəl ilə necə zərbə vurdu.Göbəyinin altından dəyən zərbə xəlifənin ölümünə səbəb oldu.Deyirlər Firuz Ömərin arxasında dayanan Kəlib bin Bəkir Leysi və necə nəfəri öldürüb qacdı.Amma İraqdan olan bir nəfər onun üstünü palaz atıb tutdu.Xəlifə bu hadisədən sonra üç gündən artıq yaşamadı.O Hicri –Qəməri ilinin 23 çü ili Zihiccə ayının axırı öldü.O öləndə 62 dən çox yaşı var idi.
Canişini təyin etmə planı.
Xəlifə Əbu Lölöün vurduğu zərbədən sağalmayacağına əmin olduqda özünə canişin təyin etmək üçün vəsiyyət etmək fikrinə düşdü.O yataqda olarkən hər an təzə söz danışırdı.O ya əfsuz edirdi ki, Əbu Ubeydə,Müaz bin Cəbər və Salim Mövla əbi Hüzeyfə sağ deyillər ki, onlardan birini özümə canişin secim.Çünki onların hər birisinin barəsində Peyğəmbərdən(s) eşitmişdi ki,bu da onların rəhbərliyinə ləyaqətli olmalarını gösdərir.O deyirdi: Rəsulullah(s) Əbu Übeydə haqqında buyurmuşdur:O, bu ümmətin əmin adamıdır.Salim barəsində də buyurmuşdur: O Allahı çox sevir və Müaz da öz dinində möhkəmdir. Bəzi vaxtlar isə ətrafında ki, insanları yaxşı tanimaq üçün xilafət məsələri haqqında onların rəyini öyrənirdi.Bundan məqsəd gələcək planların ən yaxşı tərzdə ölcülməsi və müəyyənləşdirilməsi idi.Birinci günlər belə güman edilirdi ki, öz canişinini haqqında iki yol ayrıcında idi.Deyirdi:Əgər hər hansı bir şəxsi öz canişinim edərəmsə məndən yaxşısı(Əbu Bəkr) belə etmişdir.Amma əgər heç bir canişin təyin etməsəm yenədə məndən yaxşısı( Allahın Rəsulu) canişin təyin etməmişdir.Mən Allahın istədiyinə müştaqam.Çox istiyərdim xilafətdən xilas olum ki, nə ondan bəhrələnim və nə də ziyan görüm.Bu zamana qədər xəlifənin danışıqları rəmzli və təəccübli idi.O bir cümləsində Həzrət Əli ibn Əbi Talibə işarə edərək deyir: Əgər bu kişini rəhbər secsəniz sizi düz yola hidayət edəcək. Amma Əbu Ubeydənin,Müazın və Salimin adını gətirməklə onların ölüsünü Həzrət Əlinin diriliyinə üstün tuturdu.Onun dedikləri ən azından rəhbərin secilməsində olan ölcüləri bir- birinə vurdu(diqqət et) bundan sonra bir- birinə zidd nəzər verməklə doğru yolu secmək xalq üçün çətin idi.Nəticədə o bildirmədi ki, xəlifənin secməsində düz üsul hansıdır! Xilafət məsələsi əgər Peyğəmbərin(s) nəzərinə əsaslanırsa bəz nə üçün o həzrət bu haqda öz nəzərini bəyan etməmişdi və ümməti xəlifəsiz qoymuşdu?! Amma əgər bu məsələdə müsəlmanların ümumi rəyi ölcü olarsa,Ömərin Əbu Bəkr tərəfindən secilməsi necə mənalandırılır?!Peyğəmbər(s) in sunnə və əqidəsi xəlifə təyin etməmək idisə hansı səbəbdən Ömər və eləcəd birinci xəlifə canişin təyin etdilər?!Əgər Əli(ə) insanları düz yola hidayət edirsə və xəlifə onu xilafətə secmə hüququna malik idisə, hansı səbədən onun rəhbərliyini qəbul etmədi?! O nəhayət elə bir plan irəli sürdiki hər kəs olsa başa düşərdi ki,Əli ibn Əbi Talib rəhbər olmayacaq və əgər təyin olunmuş rəhbərlə müxalifət etmək istəsə öldürülsün.Xəlifə Əbu Təlhə Ənsarini yanına cağırıb dedi:Ənsardan əlli nəfərini sec və bu altı nəfəri ( Həzrət Əli(ə),Osman,Təlhə,Zübeyr,Əbdülrəhman ibn Ouf) bir yere topla və siz sirilmiş qılınclarla o yerde dayanın.Onlara üç gün möhlət ver ki, öz aralarında məşvərət aparıb bir nəfəri secsinlər.Əgər beş nəfər bir fikirdə olsalar o biri bir nəfər müxalifətcilik etsə onun boynunu vur.Əgər dörd nəfər bir fikirdə olsalar,iki nəfər müxalifətcilik etsə o iki nəfərin boynunu vur.Əgər üç nəfərlik iki dəstəyə bölünsələr,əsil secilmiş təyin olana qədər oğlum Abdullah secdiyi qrupa haqq verilsin.Abdullahın öz rəyi yoxdu ancaq bu işə nəzarət edə bilər ki, qruplar bərabər olan surətdə qrupdan birinin yanında olsun.Əgər Abdullanın qəzavətinə razı olmasalar Əbdulrəhman olan qrupun dediklərinə əməl olunsun və o üç nəfər əgər müxalifətcilik etsələr öldürün.Amma əgər üç gün kecsə bir nəfəri secməsələr hər üç nüfəri öldür və müsəlmanları öz ixtiyarına burax ki özləri kimi istəyirlər xəlifə etsinlər.Xəlifədən soruşanda ki, niyə görə öz oğlunu canişinliyə təyin etmir, deyir:İstəmirəm öz ailəmdən bir kəs xilafətdən bəhrələnsin.Bundan əlavə mənim oğlum hətta öz arvadını boşamaqdan belə acizdir, o ki qalsın müsəlmanların rəhbərliyi.
Xilafət şurası məsələsinin müxtəlif cəhətləri.
Xəlifənin həyatı siyasi baxışlar və görüşlərlə zəngindin və əgər Əbu Bəkrin Səqifəyə və Fədək məsələsində ki,çıxışlarını və bacarığını gösdərirsə ikinci xəlifənin altı nəfərlik şuranı yaratmağında onun yüksək siayası baxışlara malik olmasını bildirir.Hər zaman o planın müxtəlif cəhətləri araşdırılsa o zaman aydın olacaq ki,Ömər ibn Xəttab nə qədər carə axtaran,ölcüb bicən və siyasətə tanışlığı var idi.Onun ətrafında dərrakəli adamlarda bilirdilə ki,neyə görə xəlifə belə bir plan təşəqqüsü irəli sürmüşdü.Bundan əlavə yalnız zaman onun işlərini açıqladı.Gələcək gödərdi ki, xəlifə hansı cəhətləri nəzərdə tutmuşdur və onun vəsiyyəti hansı işlərdə öz təsirini qoydu.O altı nəfərin hər biri öz qəbiləsinin rəisi və nümayəndəsi olmaqla yanaşı xüsusi mövqeyə malik idilər:
1.Əli bin Əbi Talib(ə) Bəni Haşim tayfasından
2.Osman bin Əffan( Bəni Ümüyyə)
3.Əbdülrəhman bin Ouf(Bəni Zöhrə)
4.Səd ibn Əbi Vəqqas ( atası tərəfdən Bəni Zöhrə tayfası ilə,anası tərəfdən Bəni Ümeyye tayfası ilə qohum idi).
5.Təlhə bin Übeydullah ( Bəni Təym)
6.Zübeyr bin Əvvan(Rəsulullahın(s) bibisi Səfiyyənin oğlu və Əbu Bəkrin qızı Əsmanın Əri).
Əvvəl bilmək lazımdır ki,bunların bir-biri ilə qahumluq və əqidə əlaqələri necədir!Səd bin Əbi Vaqqas Əbdülrəhmanın əmisi oğludur və ikisi Bəni Zöhrə tayfasındandırlar.Sədin qəlbində illər boyu Əli(ə) kinəsi var idi.Çünki Əbdüşəms qəbiləsindən olan dayıları onun əli ilə öldürülmüşdür.Bu kinə əlli ildən çox davam etdi və onun oğlu (Əmr bin Səd) İmam Hüseyn(ə) əleyhinə ordu hazırlayıb və dedilər:Ey Hüseyn(ə) özün haqqında söylədiyin bütün fəzilətlərdən melumatımız var.Ancaq atan Əli(ə)- dən qəlbimizdə olan kinəyə görə seninlə müharibə edəcəyik... və sizin cənazələrinizin üstündə at capacayıq. Xilafət şurasının başqa bir üzvü olan Təlhə Əli(ə)-mın qədim düşməni, Osmanın zahiri dostu və Əbu Bəkrin əmisi oğlu idi.Bədr müharibəsində atası Əli(ə)-ın əli ilə öldürüldü.Əbu bəkrin xilafətindən sonra onun qəbiləsi ilə (Bəni Təym) və Bəni Haşimin əlaqələri pozulmağa başladı.İmam Əli(ə) bu şuranın üzvlərinin siyasi və qəbilə daxili görünüşləri barədə buyurur: Şuranın üzvlərindən olan bir nəfər mənə qarşı olan kinəsinə görə məndən üz döndərdi.Əbdülrəhman bin Ouf ( Osmanın bacısı əri) Bəni Zöhrə tayfasındandır və Bəni Haşim tayfasının qatı düşməni idilər.Xilafət şurasının planı bir sıra tədbirlərlə yanaşıdır.
1.Gizli tədbirlər elə xeyirxahlıqla təqdim olundu ki,yalnız agah insanlar onun dərinliklərindən xəbərdar idilər.
2.Xəlifə öz planının müxtəlif məqamlarını digərlərindən daha yaxşı tərzdə bilsədə bu layihə ilə kimin xəlifə olacağını əvvəlcədən müəyyənləşdirsə də,xəlifənin adını elam etməkdən və bir sıra məsuliyyətləri ona tapşırmaqdan imtina etdi.Xəlifənin bu işdən bir sıra məqsədləri var idi:
a) Xəlifənin canişini olacaq şəxsin qaranlıq olduğundan xəlifə onu səhfləri qarşısında hec bir məsuliyyət daşımırdı.Bu səhflərin məshuliyyəti müsəlmanların və şura üzvlərinin üzərinə düşürdü.O plana əsasən Osmanın xilafətə catması müsəlmanların baxışı ilə bir növ ümumi seçki düşünülürdü.Belə ki, xəlifə elm sahiblərini seçib və onlarda xalqın nümayəndəliyi ilə öz üstün adamını secsinlər.Elə ona görə Osman secildikdən sonra hec kim onunla müxalifətcilik etmədi.
b)Xəlifə ilə onun əlbir olma ehtimalı aradan qalxır.Xəlifə öz xilafətinin hökmünü Əbu Bəkr tərəfindən Osmanın səyi ilə və onun əli ilə almışdır.Bəziləri dəfələrlə Xəlifəyə və Osmana tənə vururdular ki, nəhayət xəlifə rəhbərliyi Osmanın kecmiş səylərini mükafatı olaraq ona verecek.Buna əsasən hiləgərlik tələb edirdi ki, Osmanın adını aparmasın.
v)Xəlifənin canişini onun acıq aşkar hökmü olmadan seçildiyinə görə xəlifə Həzrət Əli(ə)ın haqqının tapdalanmasına görə ittiham olnurdu.
Dəlillər və sübutlar göstərir ki, ikinci xəlifə ancaq Osmanın rəhbərliyinə üstünlük verirdi.
a)Ömərin Osmanla rəftarı on illil xilafətində elə bir səviyyədə idi ki, bütün xalq onu islam məmləkətinin ikinci şəxsi kimi tanıyırdılar.
b)"Əl-Riyazun- Nəzərə" kitabının müəllifi yazır: Ömərin oğlu Abdulla deyir: Atam yaralanan zaman ona dedim: Ey Əmirül möminin! Nə olardı ki, bir şəxsi bu xalqın rəhbərliyi üçün öz yerinə secəydin!Atam dedi:Məni tanıyın...sonra dedi: والذی َ َ نفس عمر بیده لاردنها الی الذی دفعها الی اول مرة
Allha and olsun ki,Ömərin canı onun əlindədir.Rəhbərliyi o adama verəcəyəm ki,əvvəl onun məshuliyyətini mənə tapşırdı.
v)Həcc miqatlarının birin də xlifədən(Ömər) soruşdulara ki, səndən sonraki xəlifə kimdir?O dedi:Osman
q)Abbas(Peyğəmbərin əmisi)xilafət şurasının planını eşidən kimi dərhal İmam Əli(ə) yə dedi:Onlar bu planı elə cızıblar ki,Osman xilafətə catsın.
ğ)Ət-Təbaqətül Kübra kitabının müəllifi yazır:Səd bin As Əməvi deyir: Bir gün ikinci xəlifədən evimi genişləndirmək ücün evimin yanında yer istədim... Sübh namazından sonra xəlifənin göstərişi ilə onun yanına getdim və onunla istədiyim yerə getdik.O ayağı ilə yerin üstünə bir xətt cekərək dedi:Buna sənin olsun! Ona dedim:Ey Əmirəl Möminin mənim külfətin çoxdur bir az artıq verin.O dedi:İndi bu bir parca yer senin ücün kifayət edər,ancaq sənə bir sirr acacağam ki,hec kimə deməyəsən!Məndən sonra elə bir adam xilafətə gələcək ki, qohumluq əlaqələrini nəzərə alaraq sənə hörmət edəcək və sənin bütün ehtiyaclarını ödəyəcək.Mən Ömər bin Xəttabın xilafəti zamanından Osman xilafətə catana qədər gözlədim və o Ömərin dediyi kimi mənimlə davrandı.
3.Əli bin Əbi Talibi xilafətdən uzaqlaşdırmaq: Yəqubi yazır:
Xəlifə ömrünün axır illərində xilafət canişinliyi haqqında bəzi admlardan nəzər alarkən İbn Abbasdan soruşdu:O neçə nəfərdən başqa Əli(ə)ni xilafətə layiq bilirsənmi?O, dedi:O keçmişi ilə,fəziləti,Peyğəmbərlə(s) qohumluğu və zəngin elmi ilə niye layiq olmasın!Ömər dedi:Allaha and olsun o,sən dediyin kimidir.O əgər xalqa hakimiyyət etsə onları düz yola hidayət edər və düz yolu gedər.Amma onun bəzi xasiyyətləri var!(onun xilafətdən uzaqlaşdırır).Xalq arasında zarafat edir və öz rəyinə söykənib xalqa etinasızlıq edir,bir halda ki,o cavandır.Ona dedim:Niyə görə Xəndəq müharibəsində onu az yaşlı saymırdınız,Əmr bin Əbdəvüd önə cixanda dilavərləri qaorxutdu və yaşlılar onunla üzbəüz olmaqdan cəkindilər!Bədr müharibəsində də düşmənlərin başını bədənindən ayıran zaman... və nəyə görə islamı qəbul edən zaman ondan qabağa düşmədiniz!Ömər dedi: Allaha and olsun əmin oğlu Əli(ə) xilafətə bütün xalqdan daha layiqdir.Amma Qüreyş onu fərmanına qulaq asmayacaqlar.O,xalqa hökimət etsə belə gərək onları düz yolu getməkdə elə məcbur etsin ki, qacan yerləri olmasın .Əlbəttə belə olan təqdirdə onun beyəti sındırılacaq və o vaxt onunla vuruşacaqlar.
Ömərin Həzrət Əli(ə) da eyib axtarmağında diqqət etsək bu danışıqlardan yaxşı aydın olur ki, Ömər öz planının çızılışında Əli(ə)ı rəhbər etmək istəmirdi.İmam Əli(ə) bu məsələni tam aydınlıqla acıqlamışdır.Bəziləri deyirlər:Ömərin Həzrət Əli(ə)ı secməməkdə məqsədi bu idiki, çünki o bilirdi xalq Əli(ə)-ın rəhbərliyini qəbul etməyəcəklər və xəlifə olan təqdirdə onunla vuruşacalar.Necəki Siffəyn,Cəməl və Nəhravan müharibələri baş verdi.Buna cavab olaraq qeyd etmək lazımdır ki,əgər Rəsulullahın(s) vəfatından sonra xalq Həzrət Əli(ə)-a itaət edib qulaq assaydılar Cəməl kimi xoşagəlməz hadisələr baş verməzdi.Peyğəmbərin(s) vəfatından sonrakı əvvəl günlərdə hətta necə illər sonra xalq elədə Peyğəmbərin(s) sünnəsindən uzaqlaşmamışdılar. Amma Osmandan sonra və xəlifələrin siyasi üslublarının Peyğəmbərin(s) sünnəsi ilə bərabərlişdikdən sonra,xalq elə bir üsluba adət etdilər ki,Əli(ə)-ın üslubu ilə düz gəlmirdi.Bu müvafiq olmayan amilləridə Peyğəmbərdən sonrakı rəhbərlər vücuda gətirdilər.İmam Əli(ə)-ın əmisi Abbasla danışıqda buyurur:Bilirəm ki,onlar elə bir üsul seciblər ki,rəhbərliyi bizden başqa yana yönəltdinlər.Abbas deyir:Siz necə onların planlarından agah oldunuz? İmam buyurur:Ömər məni Osmanla bərabər tutaraq dedi:Çoxluq təşkil edən qrup ilə olun.Əgər iki nəfər bir nəfəri secsə və iki nəfər başqa birni o iki nəfərki Əbdülrəhman onların yanındadır onlarla olun.Səd əmisi oğlu Əbdulrəhmanın istədiyi şeyi istəyir.Əbdülrəhman da Osmanın yeznəsidir.Nəticədə bu üç nəfər birlikdə olacaqlar.Belə olan təqdirdə iş iki haldan xaric deyil.Ya Əbdülrəhman Osmana rəy verəcək ya da Osman Əbdülrəhmana meyilli olacaq.Başqa iki nəfər mənimlə olsalar belə yenə xeyri yoxdur ki, o ki,qalmışdı mən onların birinə (Zübeyr)ümüd bəsləyəm.Abbas Həzrət Əli(ə)-a deyir onlarla getmə:Həzrət Əli(ə)buyurur:Müxalifətcilikdən xoşum gəlmir... O cənab başqa bir yerdə buyurur:Mən bilirəm ki,xilafəti Osmana verəcəklər və bilirəm ki,ondan sonra bidətlər və necə hadisələr baş verəcək əgər sağ qalsam sizədeyecəyəm.O (Osman) əgər ölsə ya öldürülsə xilafəti Bəni Üməyyə arasında əldən ələ ötürəcəklər.İşin nətcəsində məlumatın olaola şuraya qatılıram.Çünki Ömər bu fərmanla məni xilafətə layiq görmüşdür.O bundan qabaq deyirdi:Rəsulullah(s) demişdir: Nüdüvvət və xilafət bir ailədə cəm olmaz.Buna görədə mən o şurada iştirak edəcəyəm ki,xalqa aydınlaşdırım ki,Ömərin etdiyi iş o söylədiyi rəvayətlər bir-birinə ziddir.
4.O altı nəfəri namizəd etmək və ancaq bir nəfərin secilməsi bir tərəfdən onların razılığını əldə etdi və onların ictimai fəaliyətini və siyasi səhnədə qalmaq imkanını genişləndirdi və elə o qədərdə onların acıq siyasi fəza olmamaq bəhanəsini aradan aparır və başqa tərəfdən onlardan müxalifətcilik və üsyan etməməyi tələb edirdilər.Onlardan hər biri şurada iştirak etsəydilər nəticə etibari ilə rəy gətirə bilməyəcəkdilər və gərək təzə hökiməti və secilmiş xəlifəni müxalifətcilik etmədən rəsmiyyətlə tanısınla.Belə olan surətdə onlar secki namizədlərinə bənziyirlər,beləki bir qalib gəlir,o biri məğlub olur və etiraz etmədən gərək kənara getsin.
Bir- biri ilə zidd olan məsələlər.
Altı nəfərlik şuranın planı bir – biri ilə zidd olan məsələlərlə dolu idi və burada onların ən muhümünə işarə edirik.
1.Ömərin xilafətlik dövründə müsəlmanların bir dəsdəsi Ömərin seçim üsuluna və həmçinin ondan qabaq ki, xəlifəyə eyib tutdular.Ömər öz ümumi çıxışında dedi: Bu nə sözdür ki, bəzilərindən eşidirəm ki, deyirlər:Əgər xəlifə ölsə biz filankəsdən beyət edəcəyik! Bilin hər kəs bir müsəlmanın məşvərəti olmadan bir kəslə beyət etsə həm özü və həm də beyət olunan şəxs öldürüləcəkdir.Görəsən xəlifə şuranı təşkil edən gün öz sözünü yadından çixarmışdımı? Ya özünü o qanundan kənar sayırdımı? Necə olur ki, birinci xəlifə bir müsəlmanın məşvərəti olmadan xilafəti Ömərə tapşırır amma hec birinin ölüm hökmü sadir olmur? Şuranın təşkilinə vəsiyyət etmək müsəlmanların secim haqqını kobudcasına pozmaq deyilmi? O öz vəsiyyətində secim haqqını müsəlmanlara tapşırır ki, o altı nəfərin arasında hec vaxt bir nəfər secilməsin və özi bilirdi ki,şuranın məsələsi o yerə catmayacaq.Çünki müxtəlif tədbirlələ planı elə cəkmişdi ki, hec vaxt xəlifəni secmək məsələdi müsəlmanlara capşırılmasın.
2.Bizə aydındır ki, hec bir tarixci yazmamışdır ki, bir kəs o vəsiyyətdən sonra xəlifəyə eyib tutsun.Sübutlar onu gösdərir ki, xəlifənin heybəti və qəzəbli rəftarı,xüsusilə ömrünə üç gün qalmış o yerə catmışdır ki, hec kəs cürət etmirdi ki,ona etiraz etsin.Belə olmadıqda yeri var ondan soruşalar ki,nəyə görə o üç nəfərlik dəsdənin nəzəriniki,Əbdülrəhman onların arasındadır,başqa üç nəfətlik dəstəyə üstün verir? Nəyə görə işin ixtiyarını əvvəldən Əbdülrəhmana vermədi?Xəlifə o altı nəfərin hansını xilafətə layiqli görürdü.Əbu Bəkr kimi adam deyəndə ki,Allaha deyəcəyəm bu ümmətin ən yaxşı adamını onlar üçün xəlifə etdim, nəyə görə Ömər şuranın ən yaxşısını müəyyən etmədi?Nə əsasla onun haqqı var idi ki, Əbdülrəhman bin Ouf Peyğəmbərin kürəkininə və əmisi oğlundan üstün tutsun?Əgər Həzrət Əli(ə)-ın Əbu Bəkrə üstünlüyündə müsəlmanların ixtilafı var idisə,amma hec vaxt onun Əbdülrəhman bin Oufdan üstünlüyünə şübhə etmirdilər. Yüz illərlə tarixin yazılışı xəlifələrin əlində olduğuna baxmayaraq,bu zamana qədər hec bir tarix kitablarında bir dənədə olsun bir tədqiqatçının adını görməzsən ki,Əbdülrəhman bin Ouf ücün Həzrət Əli(ə)-dan ya hətta Zübeyr bin Əvvamdan artıq fəzilətlər yazsınlar.Halbuki şuranın planı elə qurulmuşdur ki,həqiqətdə Əbdülrəhman bin Oufun iki rəyi olsun.Çünki o hər hansı dəstəyə meyl göstərsəydi o tərəf üstünlük təşkil verirdi və o üc nəfərin rəyi ki,Əbdülrəhman bin Ouf onların arasında idi nəticə olaraq tanınırdı.O yaxşı bilirdi ki,o dəsdənin qalibi Osman idi.Elə buna görə Əbdülrəhmanı səhnənin aparıcı qüvvəsi kimi təyin etdi ki, cızılmış planın sirri gizli qalsınvə hec kəs xəlifəni iddiham etməsin ki, o elə əvvəldən Osmanın xəlifəliyinə rəy vermişdi.Öncədən də oxuduq ki, Əbu Bəkr ölüm ayaqında olanda da ancaq Əbdülrəhman və Osman Əbu Bəkr ilə məşvirət edirdilər.Ömərdə ölüm ayağında olanda bu iki nəfərlə danışıqlar aprırdı.Çox təəccüblüdür ki,xəlifə müsəlmanların rəhbərinin secimini elə adama tapşırır ki,özü onu məzəmmət edəndə deyirdi: Sən çox zəif iradəli adamsan, sən hətta ailəni idarə etməkdən acirsən.
3.Xəlifə şuranın üzvlərini yanına cağıraraq əvvəl dedi:Sizləri ona görə secdim ki,Allahın Rəsulu vəfat edəndə sizlərdən razı idi.Sonra onların hər birini bəzi eyiblərinə görə məzəmmət etdi.Həqiqətdə o eyiblər ki,bu beş nəfər üçün sadaladı xüsusi ilədə o eyibləri ki,Osmana dedi islam ümmətinə ən böyük təhqir idi ki, belə bir şəxs ümmətə rəhbərlik edirdi.Xəlifə o altı nəfərin eyiblərini acıq surətdə deyirdi.O Təlhəyə dedi:Sən o adamsan ki,hicab ayəsi nazil olanda sən dedin:Nə eybi var bu gün Peyğəmbərin(s) arvadları pərdə arxasındadırlar hər zaman Peyğəmbər(s) dünyadan getsə biz onun arvadları ilə evlənərik.Elə sənin bu sözlərivə görə Peyğəmbər(s) narahat oldu və bu ayə nazil oldu.و ما کان لکم ان توذوا رسول الله و لا ان تنکحوا ازواجه من بعده ابدا
"Sizin hec birinizin haqqı yoxdur Peyğəmbəri incidəsiz və peyğəmbər vəfat edəndən sonra hec vaxt onun arvadları ilə evlənə bilməzsiniz":Peyğəmbər vəfat edəndə elə o sözlərinə görə səndən incimişdir.
Amma sən ey Zübeyr:And olsun Allaha sənin qəlbin bir gecə gündüz qədər mehriban deyil.Bir gün qəlbin qəzəbli,başqa gün momin və başqa gün kafir olursan.Bir kəsdən razi olsan ona inamın olacaq,əgər narazı olsan ona qarşı kafir olacaqsan.Bir gün insansan,bir gün şeytansan.
Amma sən ey Səd:Sən çox təkəbbürlü, təəssüblü və təxribatçısan.Sən ancaq müharibə və qırğına yarıyırsan.Əgər bir kəndin rəisi olsan onu idarə etməkdə acizsən.
Amma ey Əli! Sənin əgər zarafatcil təbiətin olmasaydı məmləkətin idarəciliyində qəzəbli olsaydında xilafətə layiqli idin.Allaha and olsun sənin imanını bütün yer üzünün iman əhli ilə müqayisə etsələr sənin imanın hamıdan çoxdur.
Sən ey Əbdülrəhman:Sən zəif iradəli və bacarıqsız bir adamsan.Sən öz ailəni idarə etməkdə acizsən.Sonra Osmana üzünü tutdu və dedi:Əgər xilafətə catsan Əbi Muitin övladlarını xalqa müsəllət edəcəksən.Belə olan halda səni öldürəcəklər.O vaxt ümmətin arasında hec bir eybi olmayan insan tapmaq olmazdımı. Salman,Əbuzər,Miqdad və Abbas xəlifənin Osmana verdiyi nisbətdən yaxşı deyildilərmi?!Peyğəmbər(s) onlaqrdan razı deyildimi?Xəlifə Əbu Bəkrdən xilafəti aldıqda hər bir günah və xətadan pak idimi?Bir kəs ondan soruşmadımı ki, nə üçün digərlərini şuranım üzvliyinə qəbul etmədi.Ömər bin Xəttabı islam və ümmət üçün canı yanan şəxs kimi qəbul edən şəxslər bu sualla qarşılaşmalıdırlar ki, hansı səbəbdən Ömər Zübeyr kimi şeytanı və Təlhə kimi müharibə sevən düşməni müsəlmanların rəhbəri etmək fikrində idi?İslam ümmətinin gələcəyini elə bir insana tapşırmaq istəyirdi ki, bir kəndi idarə etməyə və su tuluğunun ağzını saxlamağa qədir deyil?!O sonda ən əsas işi öz ailəsini idarə etməyə qadir olmayan şəxsə tapşırır.Əli bin Əbi Talib və şuranın digər uzvlərinə vacibdirmi ki,su tuluğunun ağzını saxlaya bilməyən şəxsə tabe olsunlar?!Müxalifət etdikdə isə ölümə məhkum olunmalıdırlarmı?!
4.Buna baxmayaraq ki, xəlifə şuranın müşavərəsinin nəticəsindən məlumatlı idi və bilirdi ki,Osman öz qohumlarının iş başına gətirəcək,onlarda islam ümmətinin taleyini öz əllərinə alacaqlar hətta iş o yerə catacaq ki,ümumi üsyan nəticəsində xəlifəni öldürəcəklər.Niyə görə şuranın planını elə cızdı ki,Osman xəlifə secilsin?!O eybə görə ki, xəlifə Əli(ə) ona görə məzəmmət etdi(belə olan təqdirdə)başqalarının eybi ilə müqayisədə elə bir böyük eyib idimi ki,xəlifə öz rəyini Osmanın qələbəsinə cızsın?
5.Çox təəccüblüdir ki,xəlifə sözlərinin əvvəlində deyir:Sizləri ona görə secdim və bura ona görə dəvət etdim ki,Peyğəmbər sizlərin hamınızdan razı idi.Sonra onlardan elə eyiblər tutdu ki,o sözlərlə hec üst- üstə düşmür.
6.Xəlifə axırda Əbu Təlhə Ənsariyə deyir:Əgər bu altı nəfər üç gündən sonra bir nəfəri öz aralarından secməsələr hamsını öldür bir haldaki Peyğəmbər(s) bunların hamsından razı idi xəlifə onlardan birinin ölüm əmrini verir.Öz aralarından bir nəfəri secməmək elə bir günahdırmı ki,onun cəzası ölüm olsun?Qanının tökülməsi caiz olan şəxslər necə müsəlmanların xilafətinə namizəd etmək olar?!Bundan əlavə Əbu Təlhə Ənsarinin özü həmin on dörd nəfərlik Əshabu Əqəbənin arasında idi ki, istiyirdilər Peyğəmbəri(s) teror etsinlər.
7.Həzrət Əli(ə) şuranın başqa üzvləri ilə bir araya gətirilməsi xəlifənin düşünülmüş siyasəti idi.Əvvəlcə xəlifə Həzrət Əli(ə)dan tərif və təmcin etdi,beləki hamı elə bilirdi ki,o xilafəti ona tapşıracaq.Amma onu cızdığı plan Həzrət Əli(ə)-ın parlaq kecmişini hecə endirdi və onu elə adamlara tay tutdu ki,kecmişləri yaxşı deyildi.İmam Əli(ə) şiqşiqiyyə xütbəsində buyurur:O,(Ömər) ölən zaman bir dəstəni xilafə namizəd etdi.Məni də onların arasına qatdı!İlahi bu neçə şura idi məni birincisindən(Əbu Bəkr) nəyim əksik idi.Öncə məni onunla yan yana qoydular indide bu cəmiyyətin icinə atdılar.
8.Abdullah bin Ömər bu məsələdə nəzarətci rolunu daşıyırdı.Beləki iki dəstənin bərabərliyi təqdirdə,birini dəstəkləməli və secilmiş şəxsin üstünlüyünə hökm etməli idi.Hansı səbəbə görə belə bir məsul iş onun öhdəsinə qayulmuşdur? Halbuki o hətta öz həyat yoldaşına təlaq verməyə qadir deyildi.
9.Buna baxmayaraq ki, nəhayət müsəlmanların bir çoxu tezliklə başa düşürlər ki,xəlifə o plana əsasən Osmana üstünlük verirdi.Niyə görə Osmanı məzəmmət edərkəm o cümlələri ona dedi:Hec şübhə yoxdur ki, məsələ onun özü üçün aydın idi.Ona görə Osmanın məzəmmət edərkən ən təhqir edici sözləri ona dedi!Amma nəzərə carpan odur ki,Ömər onu ona görə bu qədər sındırdı ki, hec kim ehtimal verməsin ki,xəlifənin planı Osmanı secməkdir.Çünki müsəlmalar öz-özlüyündə fikirləşirdilər, xəlifə o planla belə bir şəxsi müsəlmanlara rəhbər etməz.Sonralar müsəlmanlar Osmanın hökümətindən narazı oldular.Öməri müqəssir bilmək əvəzinə Əbdülrəhmanı müqəssir bildilər.
ŞURA ÜZVLƏRININ DANIŞIQLARI.
Ömərin vəfatından sonra Əbdülrəhman bin Ouf üç gün müddətində şuranın üzvləri ilə həm xüsusi həmdə ümumi söhbətlər apardı.Sonra müsəlmanları məscidə tapladı ki,həm mühacirlərin həm də Ənsarın qarşısında danışıqların nətcəsi olaraq onlara öz rəyini desin.Əvvəl şuranın üzvlərnə dedi:üsəlmanlar arasında ixtilafın olmaması üçün biz altı nəfərin hər birirnin razılığı ilə bir nəfər aranızdan xəlifə secək.Hər kəs öz rəyini başqasına versə ixtilafın zəmini bir o qədər az olar.Təlhə öz haqqını Osmana verdi.Zübeyrdə öz rəyini Həzrət Əli(ə)-a verdi və Səddə öz rəyini Əbdülrəhmana verdi və bu minimalla altı nəfərlik şura üç nəfərlik oldu və bunlarında hər biri iki rəy sahisi oldular.Əbdülrəhman dedi:ən öz namizədliyimi geri götürürəm.Bu iş onu dörd rəyə sahib cıxmağına səbəb oldu.Çünki iki nəfərlik iki dəstə onun müqabilində idi və o hər kəsə qoşulsaydı onlar dörd nəfər olurdular.Elə bu zaman Əbdülrəhman kinayə ilə şuranı iclasın nəticəsi ilə müxalifət etməməyə cağırdı və zahirdə özünü belə gösdərdi ki,öz xəlifəliyi uğrunda hec bir səy etmir.Osman Həzrət Əli(ə)-a dedi: Yaxşısı budur ki, biz Əbdülrəhmana öz tərəfimizdən vəkil edək və hər nə məsləhət olsa etsin.Əbdülrəhman bu təşəbbüsü çox düzgün saydı və and icdi ki, mənim xilafətdə gözün yoxdur və xilafəti Həzrət Əli(ə) və Osmandan başqasına tapşırmasın.İmam Əli(ə) buyurdu:Müsəlmanların qarşısında söz verki haqqı secəcəksən və öz nəfsinə itaət etməyəcəksən,hec kəsi qohumluğa görə üstün tutmayacaqsan,müsəlmanların məsləhətini nəzərə alasan və ümmətə xeyirxahlığını əsirgəməyəsən. Sonra üzünü Osmana tutdu və buyurdu:Mənim ücün aydındır ki, Əbdülrəhman sənin tərfini tutacaq haqqın və məsləhətin ziddinə danışacaq ancaq carə yoxdur.Məndə bu şərtlə ki,əgər səninlə qohumluğu nəzərə almaya Allahın razılığını və müsəlmanların məsləhətini nəzərdə tutsa onu hikəmiyyətəqəbul edirəm.Əbdülrəhman and icdiki Həzrət Əli(ə) neceki dedi əməl edəcək.Sonra Həzət Əli(ə)-a dedi:Mən məsləhət görürəm ki,bütün müsəlmanlar sənə beyət etsinlər amma bu şərtlə ki,səndə Allahın dediyi kimi və Rəsurulullahın(s) sünnəsinə uyğun və Əbu Bəkrin və Ömərin üslubu ilə rəhbər edəsən və mən özümdə səninlə bu şərtlə beyət edirəm ki,Bəni Haşim tayfasından heç kəsi müsəlmanlara hakim etməyəsən.Həzrət Əli(ə) eşitdikdə buyurdu:Bir halda ki, xilafəti mənə tapşırısan haqqın yoxdur bundan artıq dəxalət edəsən.Mən gərək ümmət ücün səy edəm.Hər yerdə və hər kəsi ki,istər Bəni Haşim olsun ya da başqaları istedadlı, əmanətdar və düzgün görsən ondan islamın xeyrinə kömək istiyəcəyəm.Əbdülrəhman dedi:Allaha and olsun bu şərti qəbul etməsən sənin beyət etməyəcəyəm.Həzrət Əli(ə) buyurdu:Allaha and olsun bu şərti qəbul etməyəcəm.Mən sizin aranızda ancaq Allahın kitabı və Peyğəmbərin yolu ilə gedə bilərəm.Sonra Əbdülrəhman həmin şərtləri Osman ilə ortaya qoydu və o da hamsını qəbul etdi.Bu şərtlər üç dəfə tkrar oldu.Hər dəfə təkrar olanda Həzrət Əli(ə) bu şərtləri qəbul etmədi.Ancaq Osman qəbul etdi.Bu şərtlər axırınci dəfə təkrar olanda Həzrət Əli (ə) Əbdülrəhmana buyurdu:Bir haldaki Allahın kitabı və Peyğəmbərin sünnəsi var,hec kimin yolu ilə getməyə ehtiyac yoxdur.Sən bu şərtlərlə istəyirsən xilafəti məndən uzaqlaşdırasan.Nəhayət Əbdülrəhman osmanın yanına getdi və onun əlini beyət olaraq sıxdı.Həzrət Əli(ə)-dan başqa o kəslər ki,Əbdülrəhman ilə birlikdə idilər hamısı Osman ilə beyət etdilər.Əbdülrəhman dedi:Özünü xətərə salma.Əgər beyət etməsən səni Ömərin vəsiyyətinə əsasən öldürəcəyəm.Orada Əbdülrəhmandan başqa hec kimdə qılınc yox idi.Peyğəmbərin kürəkəni qəzəblə bayıra cıxdı və Zübeyrdən başqa bütün şuranın üzvləri onun ardınca getdilər ə dedilər:Əgər beyət etməsən səninlə vuruşacayıq.Həzrət Əli(ə) məsələni belə gördikdə əlacsız qalıb beyət etdi.Hec kəs ücün müxalifətcilik etməyin zəmini yox idi.üsəlmanların bir dəsdəsi qabaqa cixdilar və Osmana beyət etdilər və bir dəsdəsidə Əbdülrəhmanı danladılar və Həzrət Əli(ə)–ın fəzilətlərindən danışdılar.Sonra Həzrət Əli(ə) özü danışdı.Şuranın üzvlərini vəoradaki müsəlmanları Allaha and verdi və buyurdu.Sizin aranızda məndən başqa bir adam varmı ki,Peyğəmər onun haqqında buyursun:"Mən hər kəsin ağasıyam,Əli onun ağasıdır"? Orda olan müsəlmanlar dedilər:Yox.Sonra Həzrət Əli(ə) buyurdu: "Sizin aranızda məndən başqa bir adam var ki Peyğəmbər(s) onunla qardaşlıq əqdi oxusun"? Hamsı dedilər:Yox.Bu minvalla onlar Həzrət Əli(ə)-ın qırx fəzilətinə etiraf etdilər.Buna baxmayaraq ki,bu fəzilətlərin hamsına etiraf edirdilər ancaq Həzrət Əli(ə) beyət etməyə qətiyyət gösdərmirdilər və isdər istəməz Osmanın xəlifəliyini qəbul edirdilər.Həzrət Əli(ə) işi belə gördikdə onlara buyurdu:Siz hamınız bilirsiniz ki, mən xilafət ücün layiqliyəm.Allaha and olsun o vaxta qədər ki,müsəlmanların işi qaydasındadır və xilafətə görə məndən başqa bir kəsə zülm olmaya xilafəti tərk edəcəyəm.Hec kəs haqqın dəvətində,qohumlarla əlaqədə və əli acıqlıqda mənim kimi tanınmamışdır.Bu sözlərimi eşidib və yadınızda saxlayın.Bu yıqıncaqdan sonra tezliklə görəcəksiniz ki,xilafətə görə qılınclar cəkilir və əhdlər sınır,iş o yerə catacaq ki,sizlərdən bəziləriniz yolundan azmız insanların rəhbəri və bəziləriniz nadanlara itaət edəcəksiniz.Bizim haqqımız var ki əgər onu versələr alaq,əgər verməsələr dəvələrin üstündə oturaq. Bu gecə uzun sürsə belə.Əgər Peyğəmbər(s) öz haqqını tələb etməkdə bizimlə əhd baqlasaydı onun əhdini yerinə yetirərdik və axır nəfəsə qədər onun uğrunda mübarizə aparardıq.
Əbdülrəhmanın cıxardığı hökmdən bu vaxta qədər yüzlərlə il kecib,ancaq bu barədə hələdə bir necə sual cavabsız qalıb.O sualların bəziləri bunlardır:
1.Əhli Sünnənin əqidəsinə görə o səhabələr ki,Peyğəmbərdən (s) sonra Rəsulullahın caişibnbi olublar,həm hökümət məsələlərində və həm dini məsələlərdə rəy və ictihad sahibi olublar.Onların əməlləri Peyğəmbərin(s) sünnəsi ilə bir nöc ölcü olubdur və onların əməlləri ilə Peyğəmbərin(s) sünnəsi hec bir fərq olmayıb.Elə ona görədə xəlifəni bir işi əncam və ya tərk etməsinə görə (bu şərtlə ki, Quranın ziddinə olmayan və müsəlmanlar o işi bəyənsinlər) cəzalandırmırdılar.Beləliklə hər zaman xəlifə özü ücün canişin təyin edəndə əmin idi ki,təyin etdiyi şəxs elə adamdır ki, ictihad sahibidir.Buna görədə Ömər bin Xəttab bilirdi ki, o altı nəfər ya ictihad sahibidirlər və ya xilafətə catandan sonra belə bir məqamın sahibi olacaqlar.Belə olan surətdə görəsən niyə görə Əbdülrəhman bin Ouf Həzrət Əli(ə)-ı öz ictihadına əməl etməkdən cəkindirirdi.Xəlifə Əli(ə)-ı müctehid bilmirdimi? Belə olan surətdə niyə görə Həzrət Əli(ə)-ı xilafət şurasının üzvi etdi?Əgər müctehid idi niyə görə Əbdülrəhman onu öz ictihadına əməl etməkdən cəkindirdi ancaq Osmanı cəkindirmədi?
2.Bütün şiə və süni mənbələrində yazılmışdır ki, ikinci xəlifə iddia ilə deyirdi ki,iki şey Peyğəmbərin(s) zamanında sünnə idi.Mən o iki şeyi qadağa edirəm və hər kəs o iki şeyə əməl etsə cəzalandıracağam.Beləliklə gərək qəbul edək ki, ikinci xəlifənin zamnında bu iki sünnə bidətə cevrildi.Sual ortaya cıxır ki,necə olur ki,Həzrət Əli(ə)-ın haqqı yoxdur öz ictihadına uyğun və o iki xəlifənin əksinə əməl etsin ancaq qabaq ki, xəlifələr aşkar surətdə Peyğəmbərin(s) sünnəsi ilə müxalifət edirdilər.
3.Nə ücün Həzrət Əli(ə) Allahın kitabına və Peyğəmbərin(s) sünnəsinə əməl etməyi qəbul etdi ancaq o iki xəlifənin üsuluna uyğun əməl etməyi qəbul etmədi?O iki xəlifənin əməli Allah kitabına müxalif idimi?
Əbdülrəhman öz andına və əhdinə qarşı cıxıb işi Osmanın xeyrinə qutarandan sonra Həzrət Əli(ə) o iki nəfəri belə lənətlədi:Ümid edirəm Allah sizin aranıza ixtilaf salsın.O ilki burunda qan acılma xəstəliyi yayılmışdı,Osmanda bu xəsdəliyə tutulmuşdu və az qalmışdı ki,ölsün.O ölümünə yaxın yazılmış bir kağız ilə müsəlmanların iştirakı olmadan Əbdülrəhman bin Oufu özünə canışın secdi.Əbdülrəhman vəsiyyətin elə üsul ilə yazılmasını namərdlik sayır və dedi:Necə olur ki, mən onu müsəlmanların qarşısında xəlifə etdim,o isə məni gizli surətdə canişin secir.Elə bundan sonra o ömrünün axırına qədər ondan uzaq gəzdi və əhd bağladı ki, ömrünün axırına qədər onunla danışmasın.Bir gün o xəsdə yatarkən Osman onun ziyarətinə gəldi Əbdülrəhman ondan üz cevirib və onunla danışmadı.Əbdülrəhman vəsiyyət etdi ki,onun namazını xəlifə qılmasın. Müsəlmanlarada sifariş etdi ki, Osmanın hökimətinin davamlı olmamağı üçün onu öldürsünlər.
Ömər bin Xəttabın siyası vəsiyyəti nəticə verdikdən sonra Osman on iki il islam vilayətlərini hökümdarı oldu.Necə ki, Həzrət Əli(ə) öncədən buyurmuşdu bütün islami məmləkətlər də dini və ictimai qarışılıqlar soz zirvəyə catmışdı.Həzərt Əli(ə) Osmanın xilafəti zamanında müsəlmanlara rəhbərlikdən uzaq qalmışdı.Bundan əlavə vəsiyyətin başqa nəticələridə oldu və biz onlara işarə edirik.
1.Həzrət Əli(ə)-ın rəqiblərinin hakimiyyətə təhrik olunmaları.
O altı nəfər məşvərət edən vaxtlarda hec kimi Həzrət Əli (ə) və Osman qədər siyasi və ictimai nüfuzu yox idi.Elə ona görədə Osman seciləndə hec kim özünü müxalifətcilik etmək qüdrətində görmürdü.Elə buna görədə Osmanın höküməti hec bir qarışıqlıq olmadan bir qədər uzun cəkdi.Əgər qaraşıqlıq olsaydı belə onun rəqibləri tərəfindən olmurdu, bəlkə öz yürüddüyü səhf siyasətin nəticəsi idi.Osmandan sonra hər kəs xəlifə olsaydı və əgər Osman kimi fikirləşib rəfdar etsəydi(belə ki,hədsiz bəxşiş və hədiyyələrlə öz rəqiblərini sakitləşdirirdi).Əvəzində də bu rəqiblər müxalifətcilikdən daşınırdılar.Amma Həzrət Əli(ə) kimi şəxsiyyət hakimiyyətə gələndə Osmanın və onun əqidə yoldaşlarının əksinə əməl edəndə onunla amansız düşmən olurdular.Çünki onlar hərcənd Osmanın xilafətinin əvvəllərində ictimai nüfüzları yox idi.Amma Osmanın uzun sürən xilafəti zamanında elə qüdrət və şöhrət sahibi oldular ki,hətta Həzrət Əli(ə) ilə müxalifətcilik edirdilər.Beləki bu özünü Həzrət Əli(ə)-ın xilafətinin əvvəllərində biruzə verirdi.Altı nəfərlik şuranın üzvlərindən olan Əbdülrəhman bin Ouf Həzrət Əli(ə)-ın hakiymiyyətindən qabaq vəfat etdi.Bu şuranın digər üzvləri olan Təlhə və Zübeyr İmam Əli(ə) hakimiyyəti dövrində o Həzrətin əleyhinə üsyan etdilər. Təlhə və Zübeyrin üsyan etməsi Ömərin vəsiyyətinin dərin təsirinin gösdəricisi idi və onların qiyam etməsinin həmin vəsiyyətinin zerərli nəticələrindən hesab etməliyik.Şuranın başqa bir üzvü Səd bin Əbi Vaqqas o həzrət ilə beyətdən imtina etdi lakim o həzrətin əleyhinə üsyan edə bilmədiyindən carəsiz qalıb sükut etdi.Nəhayət oğlu Əmir bin Səd atasının(Səd)rəqibi olan həzrət Əlinin oğlunu şəhid etdi.Həqiqətdə o vəsiyyət elə surətdə cızılmışdı ki, illər boyu müsəlmanlar İmam Əli(ə)-ı rəhbərliyindən məhrum qalsınlar.Əgər Osmandan sonra həzrət Əli(ə) rəhbər olsa belə rəhbərliyə iddialı şəxslər onun rəqibi olsunlar və onu cətinliyə salsınlar.İkinci xəlifə bilirdi ki,o adamlar xilafətə catmaqdan ötrü bir – birləri ilə müxalifətcilik edəcəklər və bu müxalifətcilik Osmanın zamanında baş verməsə də bundan sonraki xəlifə ondan yaxa qurtara bilməyəcək.Hec buna şübhə yoxdur ki,xilafətə catan Həzrət Əli(ə) və Osmandan başqa o dörd nəfər əgər şuranın üzvi olmasaydılar xilafətə göz dikməzdilər.Onların şurada üzv olmaları və onları Həzrət Əli(ə) ilə bir araya gətirilməsi onlarda bu təsəvvürü yaratdı ki,onlar daha layiqli və başqa müsəlmanlardan daha üstündürlər.Bu məsələ Muaviyyənin nəzərindəndə qacmamışdır.O İbn Hüseynə deyir:Sənin nəzərincə müsəlmanların bir- biri ilə ixtilafının səbəbi nədə idi?O dedi:Səbəb Osmanın öldürülməsi idi.Muaviyyə dedi:Təzə söz danışmadın.O cavab verdi:Əli(ə)-ın səninlə ya Təlhə ilə ya da Zubeyr və Aişə ilə mübarizəsi. Muaviyyə onun nəzərlərini qəbul etməyib və dedi:Ömər bin Xəttabın şurası müsəlmanlar arasında qarışıqlığ və ixtilafın yaranmasına səbəb oldu.Çünki o şura altı nəfərin ixtiyarında idi.Hər kəs istəyirdi onu öz tərəfinə cəksin və əvəzində də onun xilafətə catmasını istəyirdilər.Xilafət məqamını ələ gətirmək ücün dəridən qabiqdan cıxırdılar.Əgır Ömərdə Əbu Bəkr kimi bir nəfəri öz yerinə secsəydi bu ixtilafdan qabaqa gəlməzdi.Bu mətləbidə əlavə etmək lazımdır ki, Peyğəmbərin(s) vəfatından sonra müxacirlərin arasından nə Əməvilər və nə Haşimilər hakimiyyətə catdılar. Qureyşin orta cinahından olan Tin və Üdəy (Əbu Bəkr və Ömər onların nümayəndəsi idi) hakimiyyətə catdı.İkinci xəlifənin cızılmış planı ilə Bəni Ümeyyənin nümayəndəsi olan Osmanda hakimiyyətə gəldi.
2.Bəni Ümeyyə nəslinin nizama düşməsi.
Necə ki, ikinci xəlifə öncədən demişdi Osmanın rəhbərliyi Əməvilərin hakimiyyətə gəlməsinə böyük zəmin yaratdı.Belə ki, ən mühüm olan siyasi və ictimai mərkəzlər Bəni Ümeyyənin əlinə kecdi.Əməvilər və Mərvanilərin qüdrəti Osmanın rəhbərliyi sayəsində inkişaf etdi.Elə o zaman Həzrət Əli(ə) rəhbərliyə secildi.Özünün bütün dini və fikri qüvvəsini əhd pozanların və yolundan azmış insanlarla mübarizəyə sərf etdi.Bunlar o insanlar idilər ki,qabaqki xəlifələr onların qüdrətə catmasına zəmin yaratmışdılar.Bəzi kitablarda yazılır:Ömər şuranın üzvlərinə dedi:Əgır siz bir-biriniz ilə həmkarlıq və xeyirxahlıq etsəniz xilafətin səmərəsini siz və öxladlarınız dadacaqlar.Amma bir- birinizə paxıllıq və ya bir-biriniz ilə rəqabət və düşməncilik etsəniz Muaviyə bin Əbi Süfyan hakimiyyətə sizdən qabaq gələcək.Muaviyə həmişə deyirdi:Allaha and olsun mən ikinci xəlifənin yanında olan məqamımın sayəsinə görə müsəlmanlara vali oldum.Bu həmin yerdir ki,məni bura o oturdub.O zamandan ki,məni bura təyin edib,hələdə burdan kənarlaşdırmayıb.Halbuki elə bali yoxdur ki onu təyin edəndən sonra kənarlaşdırmasın və başqasını onun qoymasın.O bütün Şamat vilayətini mənə tapşırdı.Ondan sonrada Osman məni qüvvələndirdi və təsdiq etdi.