İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1825
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-27, 8:57 PM

    Abdullah ibn Səd ibn Əbi Sərəh
    O, Osmanın süd qardaşı idi. Peyğəmbərin (s) Məkkənin fəthi zamanı onu və onun atasını "Allah və Onun Rəsulu (s) ilə vuruşan şəxslərdən saydı və onların qanını hədər bildi. Abdullah Peyğəmbərin (s) zamanında mürtəd olan ilk adam idi. O, Məkkənin fəthindən qabaq mürtəd oldu və Mədinədən Məkkəyə qaçdı. Orada yalandan şaiyə yayırdı ki: "Mən Mədinədə Mühəmmədə (s) hər nə desəydim, o da qəbul edib və Quranda yazırdı”. Rəsuli-Əkrəm (s) buyurdu: "Əgər Abdullah özünü Kəbənin pərdəsindən belə assa, onu öldürün!” Məkkənin fəthi zamanı Osman onu öz evində gizlətdi. Sonra Rəsulullahdan (s) aman istədi və həzrətdən istədi ki, onun keçmişdə etdiyi pis işlərə göz yumsun. Peyğəmbər (s) onun əfv olunmağı ilə müvafiq deyildi, bir qədər sükut etdi. Sanki gözləyirdi ki, ətrafında olanlardan biri Abdullahı öldürsün. Heç kimin bu işi görmədiyini görəndə Osmanın onun haqqında istəyini qəbul etdi. Osman bayıra çıxandan sonra Peyğəmbər (s) buyurdu: "Sükut etdim ki, bəlkə sizlərdən biriniz onu öldürəsiniz, amma belə etmədiniz!” (Mən deməmişdimmi ki, əgər o özünü Kəbənin pərdəsindən assa belə onu öldürün?!). Məqdisi yazır: Abdullah ibn Əbi Sərəh Misirdə zülm və fisqi-fücurdan başqa heç bir işlə məşğul olmurdu. Yazırlar ki, o, bir nəfərin intiqamına görə 700 nəfəri öldürdü. Misirlilər onun zülmündən və fasiqliyindən şikayət edəndə Osman onların bəzilərini vurdu və bəzilərini öldürdü. Müsəlmanların qiyamı son nöqtəyə çatdı və Misirdən yetmiş nəfər Mədinəyə Osmanın yanına gəlib ondan Abdullahın valilikdən kənarlaşdırılmasını istədilər. Xəlifə onlardan soruşu: Misirin valiliyi üçün kimi ləyaqətli görürsünüz? Onlar Məhəmməd ibn Əbubəkri seçdilər. Osman Misirin valilik hökmünü onun üçün yaxdı. Amma cızılmış plan ilə istəyirdi ki, Mühəmmədi və Misirin bütün şikayətçilərini öldürsün. Məhəmməd ibn Əbubəkr və onunla birlikdə olanlar Misirin yolunda olarkən Osmanın qulunu xəlifənin imzası və möhürlü olan məktubunu gördülər. Onla qəzəbli halda yenidən Mədinəyə qayıtdlar və məktubu xəlifəyə göstərdilər. Amma o iddia edirdi ki, o məktubdan xəbəri yoxdur. Həzrət Əli (ə) buyurdu: " Bu sənin möhür və imza və sənin qulun deyilmi?” Osman and içirdi ki, bu məktubun məzmunundan xəbəri yoxdur. Misirlilər dedilər: " Əgər bu məktubu sən yazsan və ya Mərvan yazsa, necə ki, sənin möhürün onun əlindədir sən rəhbərliyə ləyaqətsizsən və gərək Mərvanı da cəzalandırasan.” Osman onlara çox etina etmədi. Abdullah eləcə Misirdə qaldı. Çox çəkmədi ki, Osman öz qohumlarından himayə etdiyinə görə öldürüldü. Zərkoli "Əl-əlam” kitabında yazır: Abdullah ibn Əbi Sərəh Afrikanı fəth edən sərkərdə kimi tanınırdı. Abdullah Osman öldürüldükdən iki il sonra (qəmərinin 37-ci ili ) Əsqəlanda öldü.
    Həkəm ibn Əbil-As
    O, Mərvanın atası və Osmanın əmisi idi. Məkkənin fəthi zamanı müsəlman olmuşdu və tuləqadan (azad olunmuş) sayılırdı. Tarix mənbələri onu münafiq olaraq qeyd edirlər. Belə ki, həmişə göz, qaş, əl və dil ilə Peyğəmbəri (s) istehza edib və o həzrətin yol getməsini təqlid edirdi. Bir gün Peyğəmbər (s) yol gedərkən öz arxasına baxdı və Həkəmin onu məsxərə edərkən gördü. Peyğəmbər (s) onu qarğış etdi ki, elə o halda qalsın. O dərhal bədən əsməsinə düçar oldu və ömrünün axırına qədər məsxərəli sifəti var idi. O namaz qılarkən Peyğəmbərə (s) cəsarətini əsirgəmirdi və nəhayət Peyğəmbər (s) onu və övladlarını Taifə sürgün etdi. Peyğəmbər (s) onu haqqında deyirdi: "Allaha pənah aparıram bu kişinin sülaləsindən. Allahın lənəti olsun ona və onun nəslinə ki, məlun kərtənkələdirlər!” Ayişə Mərvana deyirdi: "Rəsulullah (s) atanı bir halda ki, sən onun nəslindənsən lənətlədi və sən də Allahın və onun rəsulunun (s) lənətlədiyi bir çirkin adamsan” Həkəm ibn Əbil-As birinci və ikinci xəlifənin dövründə sürgündə idi. Osman həmişə çalışırdı ki, onu geri qaytarsın. Ikinci xəlifə öləndən sonra Osman onu Mədinəyə çağırdı və yüz min gümüş sikkə ona hədiyyə edib Quzaə qəbiləsinin zəkatını yığmağı ona həvalə etdi. zəkatlar yığılandan sonra ondan ona üç yüz min gümüş sikkə bağışladı.
    QIYAMIN BAŞLANMASI
    Əllamə Əmini (r.ə) Bilazəridən nəql edərək yazır: "Hicrinin 34-cü ilində müsəlmanlardan Osmanın dini və siyasi üslubu ilə müxalif olan bir dəstəsi üç böyük şəhərlərdən (Kufə, Bəsrə və Misir) gəlib Məsucidül-Həramda Osmanın əməlləri ilə əlaqədar danışıqlar apardılar. Onlar bu qərara gəldilər ki, öz məntəqələrinə qayıdandan sonra xalqı xəlifəni pis rəftarından agah etsinlər və camaatı özləri ilə birləşdirib sonrakı ildə Mədinədə görüşsünlər, xilafət haqda bir qərara gəlsinlər. Əgər xəlifə öz keçmiş işlərindən peşman olub işləri yoluna qoysa ona toxunmasınlar, əks halda isə, onu vəzifədən kənarlaşdırsınlar.” Sonrakı ildə Əbdur-Rəhman ibn Udeysin başçılığı ilə altı yüz nəfər Misirdən, iki yüz nəfər Həkim ibn Cəbələ Əbdinin başçılığı ilə Bəsrədən və iki yüz nəfər Malik Əştərin başçılığı ilə Kufədən Mədinəyə yollandılar. Yol əsnasında başqa bir dəstə də onlara qoşuldu. Mədinədə onların sayı iki qat oldu. Ayişənin, Zübeyrin və Təlhənin tərəfdarları da onlarla birləşdilər. Bu etiazçı dəstələrin müxtəlif hədəfləri var idi. Bunlardan Təlhə kimi bəziləri siyasi dəstə idi. Bir çoxları da – Malik Əştər kimi dini məqsəd güdürdülər. Birinci dəstədən olan bəziləri Osmanın hökumətinin sayəsində çoxlu sərvətə iqtisadi qüdrətə və ictimai nüfuza malik idilər. Amma hökumət səviyyəsində olan bütün işlər Bəni Üməyyənin əlində olduğuna görə çox narahat idilər və fürsət axtarırdılar ki, öz hökumətlərini qoruyub saxlasınlar. Bu dəstə digər bəzi müsəlmanlar kimi qoyulan bidətləri sünnə kimi qəbul edir və Xəlifənin ictihadlarına etiraz etmirdilər. Yalnız dövlət vəzifələrindən məhrum olduqlarına görə narahat idilər. Müxalif qüvvələr xilafətin mərkəzini mühasirəyə alib xəlifə ilə danışıq aparmaq istədilər. Osman əvvəlcə Mügeyrət ibni Şöbəni göndərdi ki, onları sakit edib geri qaytarsın. Müxaliflər onu görən kimi fəryad etdilər. "Ey bir gözlü pis adam!”. Ondan sonra Əmr ibn As xəlifə tərəfindən müxaliflərin arasına çıxıb demək istəyirdi: "Xəlifə deyir: Allahın kitabı nə göstəriş versə ona əməl edəcəyəm. Sizinlə pis rəftarıma görə üzr istəyirəm və səy edəcəyəm ki, işin öhdəsindən gəlim.” Əmr hələ öz sözünə başlamamışdı ki, camaat onu söyməyə başladılar və dedilər ki, "Sən Məkkənin bədnam (fahişə) qadınının oğlusan. Sənə inanmaq olmaz.” Osmanın ətrafında olan bəziləri dedi: "Bu iş yalnız həzrət Əli ibn Əbu Talibin (ə) əli ilə həll ola bilər.” Osman o həzrəti yanına çağırıb dedi: "Bu camaatı Allahın kitabına və Peyğəmbərin sünnəsinə əməl etməyə dəvət et!” Həzrət Əli (ə) buyurdu: " Bu işi bir şərt ilə qəbul edirəm ki, əhd-peyman bağla ki, bu vaxta qədər sənin tərəfindən onların xeyrinə aldığım zəmanətə (Allahın kitabı və Onun Rəsulunun (s) sünnəsinə) vəfa edəsən.” Osman şərti qəbul etdi. Həzrət Əli (ə) müxaliflərin yanına getdi, amma onlar xəlifənin əhd-peymanına inanmadılar. Həzrət Əli (ə) ona zamin olmayana qədər qəbul etmədilər. Nəhayət onlar Həzrət Əli (ə) zəmanəti ilə Osmanın yanına getdilər və onlar arsında olan danışıqlar son nöqtəyə çatdı. Axırda rəsmi qərara gəldilər ki, xəlifə rəsmi yazılmış surətdə əhd-peyman bağlasın ki, müsəlmanların istədiklərini yerinə yetirsin. Əhdnamənin mətni belədir: "Bu yazı Allahın bəndəsi və Əmiril-möminin o kəslərdir ki, onu tənqid ediblər. Xəlifə əhd-peyman bağlayır ki, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə əməl etsin. Məhrumlara hər nə istəsələr, versin, qorxu içində olanların əmniyyətinə təminat versin. Sürgün olunanlar öz vətənlərinə qayıtsın. Həzrət Əli (ə) möminlərin və müsəlmanların müdafiəçisidir. Osman gərək bu əhd-peyamana əməl etsin.” Bu məktub hicrinin 35-ci ili Ziqədə ayında yazıldı. Dəstələrin hamısı o bəndlər üzrə yazını alıb öz şəhərlərinə qayıtdılar. Misirlilərin məktubunba Abdullah ibn Əbi Sərəhə belə yazılmışdır: Bu məktub çatan kimi şəhərin valisi xalqın istəyi ilə Məhəmməd ibn Əbibəkrin öhdəsinə verilsin.” Amma yolda olarkən Osmanın xidmətçisini gördülər ki, tələm-tələsik surətdə Misirə tərəf gedir. Misirlilər ondan şübhələr güman etdilər ki, Osmanın tərəfindən Misirin valisi Abdullah ibn Əbi Sərəhə məktub aparır. Təftiş etdikdən sonra su tuluğunun içindən uzun surətdə bükülmüş məktub tapdılar. Məktubda bu sözlər yazılmışdı: "Ey Abdullah! Əmr ibn Budeyl Misirə çatan kimi onu boynunu vur. Kənanənin, Urvənin və ibn Udeysin əllərini kəs və qoy qanına qəltan olsun, sonra onları dar ağacından as.” Bu məktubu görən misirlilər özlərindən çıxdılar və hamılıqla Mədinəyə qayıtdı. Onlar Həzrət Əli (ə)-la görüşüb məktubu ona verdilər. Həzrət Əli (ə) məktubu osmanın yanına apardı. Osman bildirdi ki, məktub onun katibinin xətti ilə yaxılıb və möhür də onun möhürüdür, amma and içdi ki, bu işdən xəbərsizdir. İşin zahiri görünüşü onun sözünü təsdiq edirdi. Çünki o günlərdə xəlifənin möhürü Həmran ibn Əbanın əlində idi. O Bəsrəyə gedəndən sonra möhürü Mərvana vermişdi. Misirli heyətin nümayəndəsi Osmana dedi: "Əgər bu məktubdan sənin xəbərin olsa sən xəyanətkarsan və əhd-peymanı sındırmısan və əgər xəbərin olmayıbsa sənin xilafətə ləyaqətin yoxdur. Elə buna görə gərək xilafətdən gedəsən və Mərvan da cəzalandırılsın.” Osman onların sözlərinə əhəmiyyət vetməyib Mərvanı və başqalarını müdafiə edirdi. O, öz mövqeyini belə bildirdi. "O libası ki, Allah mənə geyindirib, heç vaxt çıxartmayacağam. Əgər mən sizin istəyinizə əməl etsəm, belə çıxır ki, siz hökumət başındasız, mən yox!” Siz mənə irad tutduğunuz və ona görə məni söyduyunuz həmin bəzi işləri Ömər ibn Xəttabdan qəbul etmisiniz. O sizin başınızdan vurub elə sakit edirdi ki, heç kim gözünün ucu ilə ona baxa bilmirdi. Amma bilin! Mənim köməkçilərim ondan çoxdur.” Bundan sonra müxaliflər ikinci dəfə olaraq Osmanın evini elə möhkəm mühasirəyə aldılar ki, hətta içəriyə su belə, aparmağa qoymadılar. Osman müxaliflərinin bu etirazlarının ciddi olduğunu görüb divarın üstünə qalxdı və fəryad etdi: "Bir kəs yoxdur ki, Həzrət Əliyəxəbər versin, bizə su çatdırsın?!” Bu xəbər Həzrət Əli (ə)-a çatan kimi Həsən (ə) və Hüseyn (ə)-ın və bəni haşimdən olan neçə nəfərin köməyi ilə üç tuluq suyu xəlifənin evinə göndərdi. Mühasirəçilər suyun evə aparılmasına mane oldular. Çəkişmələrdə Bəni Haşimdən bir neçə nəfər yaralandı, nəhayət, suyu evin içinə apardılar. Bu müddətdə Mərvan həmişə Osmanı vəsvəsə edirdi ki, bu işlər o zaman düzələr ki, Əli öldürülsün. Amma həqiqət bunun əksinə idi. Əgər Osman Mərvanı müxaliflərə təhvil versəydi və bəzi islahatlar həyata keçirsəydi o zaman vəziyyət sakitləşərdi. Sadaladığımız bu amillərdən başqa müsəlmanların qiyamının ən mühüm və onun öldürülməsinə səbəb olan amili Osmanın Mərvanı müdafiə etməsi və müsəlmanların tənqidlərinə əhəmiyyət verməməsi idi. Belə ki, Əmr ibn As da Müaviyəyə məktubunba Osmanın axmaqlığına işarə etmişdi. Müaviyə Əmr ibn Ası Misirə vali təyin edəndən sonra Əmr ibn As Misirdən Şama maliyyə göndərməkdən imtina etmişdi. Müaviyə məktubla danlayıb təhdid etdi. Əmr məktub ilə ona "Culculiyyə” qəsidəsi adı ilə məşhur olan cavab yazdı. O yazır: "Ey Müaviyə! Keçmiş hadisələri unutma... O mən idim ki, müsəlmanlara deyirdim onların namazları sənsiz qəbul deyil... O şəxs mən idim ki, müsəlmanları məcbur etdim o axmağın (Osman) intiqamına görə Əli (ə) ilə vuruşsunlar.”
    OSMAN IBN ƏFFANIN ÖLDÜRÜLMƏSI
    İmam Əli ibn Əbu Talib (ə) "Nəhcül-bəlağə”də buyurduğuna əsasən Osmanın hökumətini adil hökumət hesab etmir və onu Peyğəmbərin (s) sünnəsinin icraçısı bilmirdi. Osman, Ömər ibn Xəttabın göstərişinə əsasən xilafətə çatdıqdan sonra, İmam (ə) belə buyurdu: "Xilafət (əvvəllərdə) bizim haqqımız olub, indi də bizim haqqımızdır.” Bu kəlam Osmanın hökumətinin qəsbkar olduğunu tanıtdırırdı. İmam Əli (ə) Osmana beyət etmədi. Qədir hədisini və özünün digər fəzilətlərini onların yadına salıb buyururdu: "İnsanlar kimə tabe olmaqlarını bilməyənə qədər onları məcbur etməyəcəyəm.” Müsəlmanların işləri onların istədikləri kimi olarsa, mən də hamı kimi hökumətə tabe olacağam.”
    Bununla belə, müsəlmanlar Osmanın əleyhinə qalxdıqda, bu hökumətə qarşı çıxmayıb, inqilabçıları sakitliyə dəvət edən yalnız Əli ibn Əbu Talib (ə) idi. İmam buyurur: "Osmanı o qədər müdafiə etdim ki, qorxdum bundan artıq müdafiə etsəm, günahkar hesab edilərəm” İmamın bu hökuməti müdafiə etməsi müxtəlif cəhətlərdən araşdırılarsa , bu haqda fikir söyləmək məqsədə uyğun olmaz. Imam nəyi qoruyurdu, inqilabçıları nədən uzaqlaşdırırdı və bu hərəkatın arasında nə görürdü? Bu haqda aşağıda qeyd olunan məsələlər araşdırılmalıdır:
    1. İmam (ə)-ın siyasi baxışı;
    2. İmam (ə)-ın rəftarına təsir edən amillər;
    3. İmam (ə)-ın öz rəftarı haqqında fikiri;
    4. Digərlərinin bu haqda olan fikirləri.
    1. İmam (ə)-ın siyasi baxışı.
    Bu mövzu haqda aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir.
    1) İmamın (ə)-ın fərdi və daxili əqidəsini, yəqin ki, onun siyasi baxışından ayırmalıyıq. O həzrətin bu haqda olan kəlamları,bu əməlin siyasi sahəyə aid olduğunu bildirir. Belə ki, İmam Əli (ə) öz hökuməti zamanında da Osman haqqında olan fərdi və daxili əqidəsini aşkar şəkildə bəyan edə bilirdi. Necə ki, iki xəlifə haqqında da ehtiyatla danışırdı.
    2) İmam (ə)-ın bu hadisəyə dəxalət etməsi öz daxili istəyinə görə deyil, əksinə Osman və inqilabçıların istəyinə əsasən idi.
    3) Mərvan Əli (ə)-dan xəlifəyə müxtəlif sözlər çatdıraraq və xəlifəni İmamdan (ə) qorxudurdu. Bu səbəbdən Osman dəfələrlə İmamdan (ə) Mədinədən çıxmağını istəmiş və o həzrət heç bir etiraz etmədən qəbul etmişdi. Tarixə istinadən, müsəlmanlar Osmanın hökumətinə qarşı qalxmazdan öncə Əli ibn Əbu Talib (ə) bu hökumətə qarşı heç bir hərəkət etməmişdir. O, xəlifəni müsəlmanların qəzəbinə səbəb olan işlərdən çəkindirirdi. Camaat xəlifəyə qarşı çıxan günlərdə belə ona deyirdi: "Səni and verirəm, elə bir iş görmə ki, ümmətin əli ilə öləsən!” Çünki Peyğəmbər (ə) buyurdu: "Bu ümmətdə bir hakim öldürüləcək. Onu öldürmək qan tökməyi qiyamətə qədər müsəlmanlar arasında adiləşdirəcək və onları zülmətə qovuşduracaqdır. Belə ki, haqqı batildən ayıra bilməyəcəklər.” Bu səbəbdən hökuməti Mərvana tapşırma ki, səni istədiyi kimi hər tərəfə çəksin.
    Digər bir tərəfdən Əli (ə) Osmanın müxaliflərinin mühasirəsində idi. Əli (ə)-dan onları himayə etməyi tələb edirdilər. Onların Osmandan gözlədikləri və Əli (ə)-dan, umacaqları haqq idi. Onların tələbləri qarşısında sükut, zülmə razı olmaq hesab edilirdi. Amma qeyd etmək lazımdır ki, inqilabçıların hədəfi islama və Peyğəmbərin sünnəsinə əməl etmək deyildi. Beləliklə, onları himayə hədəfi məlum olmayan dəstəyə kömək etmək hesab olunurdu.
    Xəlifənin nümayəndələri camaatın qarşısına çıxdıqda onları qovurdular. Osman Əli ibn Əbu Talib (ə)-ı çağırdı.Bu zamandan sonra Osman ilə İmam (ə) arasında dəfələrlə söhbət oldu. Məhz bu günlərdə Osmanın göstərişi ilə İmam (ə) Mədinədən çıxarılır və onun onun istəyi ilə yenidən şəhərə qayıdırdı. Osman bəlkə də belə güman edirdi ki, Əli ibn Əbu Talib (ə)-in şəhərdə olması, inqilabçıları xəlifəyə qarşı qalxmaqda qüvvətləndirir. Amma tüğyan yüksəldikdə və təhlükə çoxaldıqda yalnız Əli (ə)-ı şəhərə dəvət etməklə onları sakit edə bilirdi. Osmanın Əli (ə)-dan şəhərdən çıxıb, qayıtma tələbləri elə bir həddə çatmışdı ki, İmam (ə) axırda buyurdu: "Osman məni su aparan dəvə kimi (get-gələ salmışdır). Dəfələrlə şəhərdən çıxarıb bir daha xahiş etməklə şəhərə qayıtmağımı istəmişdir.”
    Qeyd etmək lazımdır ki, əvvəldə inqilabların hədəfi xəlifəni öldürmək deyildi. Onların hədəfi müsəlmanlar və İmam (ə)-ın adi vəziyyətə qayıtması idi. Bu səbəbdən ləyaqətsiz hakimlərin hökumətdən kənarlaşdırılması və zülmün aradan getməsi haqda düşünürdülər. Amma xəlifənin rəftarı onları bu tələblərinə çatmaqda naümid etdikdə xəlifənin kənarlaşdırılmasına dair ciddi addımlar atdılar. Şübhəsiz, camaatın tələbinə cavab verib, hökumətdən kənarlaşsaydı, heç kimin onunla işi olmaz və nəticədə heç kim ziyan görməzdi. Vəziyyəti çətinləşdirən səbəb, xəlifənin və hakim dairəsinin keçmiş vəzifələrində sabit qalmaları idi. Əli (ə)-ın nümayəndəliyi ilə camaat və xəlifə arasında söhbətlər günlərlə davam etdi. Osmanın xidmətçisi onun dəvəsi ilə Misir hakiminə məktub apardıqda, misirlilər onu yoxladı. Hadisələr bundan sonra daha da gərginləşdi. Misirlilər Mədinədən kənarda oturaq etmişdilər. Bu zaman Osman camaatın şikayətlərinə baxmaq üçün üç gün möhlət istədi. İmam(ə)-ın razılığı ilə və yazılı şəkildə camaat dağıldı. Amma bu üç gündə xəbərdar oldular ki, xəlifə silah yığıb müxaliflərə qarşı müharibəyə hazırlaşır. Üç gündən sonra vəziyyətin əsla dəyişmədiyini görən Mədinə, Kufə, Bəsrə və Yəmən əhalisi Əmr ibn Həminin nümayəndəliyi ilə, misirlilərə tərəf hərəkət etdilər. Misirlilərlə "Zaxəşəb”də Mədinəyə tərəf gəldikdə görüşdülər. Mədinəyə çatıb Osmanın evini bir daha mühasirəyə aldılar. Azuqəni və suyu evə kəsdilər. Əli (ə) məktubun mövzusundan agah olduqdan sonra camaatın tələbi ilə onu xəlifənin yanına apardı. Osman məktubu yazdığını inkar etdi. Əli (ə) buyurdu: "Necə ola bilər ki, xidmətçin sənin dəvən ilə sənin möhrün olan məktubu Mədinədən çıxarıb amma sən ondan xəbərsizsən?!” İmam Əli (ə) bilirdi ki, bu iş Mərvanın hiyləsi və xəlifənin səhlənkarlığı üzündən olmuşdur. Bu səbəbdən xəlifəni Mərvanla məşvərət etməkdən uzaqlaşdırırdı. Amma Osman həmişəki kimi Mərvanı zirək və xeyirxah müşavir hesab edirdi.Əli (ə) buyurur: " And olsun Allaha, səni mən hamıdan çox müdafiə etdim və camaatın qabağını aldım. Amma bir söz deyəndə güman edirəm ki, qəbul etmisən. Mərvan digər bir söz deyəndə mənim sözümü inkar edib, onu qəbul edirsən.” Osman İmam (ə)-ın sözlərini qəbul etmədikdə, o həzrət qəzəbləndi və çıxdıqda buyurdu: "Bu fərman sənin fərmanındır” Bununla belə iki övladı Həsən (ə) və Hüseyn (ə)-ın vastəsi ilə xəlifə və ailəsini su çətinliyindən qorumaq niyyətində idi. Əlbəttə, xəlifə camaatın qəzəbindən və ölümdən xilas ola bilmədi.
    HÜCUMÇULARIN QƏZƏBI
    Hücumçular mühasirənin son günlərinə qədər xəlifəni öldürmək niyyətində deyildilər. Suyu və azuqəni xəlifənin üzünə bağlamaqla onu hökumət dairəsini camaatın sözlərinə əməl etməyə məcbur etmək istəyirdilər. Amma onlardan birinin xəlifə gözətçiləri tərəfindən ölümü onları qəzəbləndirdi. Hücumçular evin kənarından evə yol tapdılar. Hücumun güclü olması sarayın gözətçilərini qaçmağa məcbur etdi. Hücüçulardan bir qismi xəlifənin otağına daxil olub, onu yaraladılar. Xəlifənin həyat yoldaşı Nailə özünü ərinin yarımcan bədəninin üzərinə atdı. Amma hücumçuların zərbələri xəlifəni öldürüb, Nailənin iki barmağını kəsdi.
    QUSL VƏ DƏFN
    Şiə və sünnü mənbələrinə əsasən, xəlifə Osmanın cəsədi üç gün dəfn olunmadı. Müsəlmanlardan və Bəni Üməyyədən heç kim cəsədin dəfni üçün çalışmadı: Bəni Üməyyə müsəlmanların qorxusundan, müsəlmanlar da müəyyən səbəblərə görə. Onlar yaxşı bilirdilər ki, hər bir müsəlmanın qusul və dəfni bütün müsəlmanlara vacibdir. Bununla belə, heç kim (hətta Əli ibn Əbu Talib) bu işə səy göstərmirdi. Ümmülmöminin Ayişə Osmanı müsəlmanlığı yaddan çıxaran yəhudi qoca (Nəsəl) adlandırırdı. Bəlkə də bu səbəbdən onun quslunu gecikdirib, cəsədini müsəlmanların qəbiristanlığında deyil, yəhudi qəbiristanlığında dəfn etdilər. Üç gündən sonra Həkim ibn Hizamın xahişi ilə (həzrət Xədicənin qardaşı oğlu) Əli ibn Əbu Talib (ə) camaatdan xəlifənin bədənini dəfn etmək üçün ailəsinə icazə verməyi istədi. Mərvan və onun həmkarları gecə ikən xəlifəni aparıb kəfənə bükdülər. Xəlifəni dəfn etmək üçün "Bəqiyə” aparanda müsəlmanlar xəbər tutdular. Bir dəstə adam onun cəsədini daşladıqda Əli (ə) bir daha onları bu işdən uzaqlaşdırdı. Amma müsəlmanlar onun "Bəqi”də dəfn olunmasına mane oldular. Beləliklə xəlifənin cəsədi Mədinədən kənarda "Həşşi kövkəb” adlı yerdə - yəhudi qəbiristanlığında basdırdılar. Sonralar Müaviyə "Bəqi” ilə o qəbiristanlıq arasında olan divarı uçurtmaqla o yeri Bəqiyə qatdı.
    2. İmam (ə)-ın rəftarına təsir edən amillər:
    Əli (ə)-ın kəlamlarından belə nəticə almaq olar ki, o həzrətin Osmanın ölümünə mane olması, onun siyasi və dini şəxsiyyətini qəbul etmək mənasına deyildi. Belə ki, Əli (ə)-ın müasirləri də bu həqiqətə agah idilər. Şübhəsiz, əgər xəlifənin dini və siyasi şəxsiyyəti Əli (ə) tərəfindən qəbul olunsaydı, o həzrətin tərəfdarları Osmanla müxalif cəbhədə dayanmazdılar. Yəqin ki, Əli (ə) da Osmanın ölümünə əhəmiyyətsiz yanaşmazdı. Bu səbəbdən Əli (ə)-ın Osmanın ölümünə mane olması digər amillərdən mənşələnir. Aşağıda onlardan bəzilərinə işarə edirik:
    1) Böhranların şiddətlənməsi.
    Heç bir insaflı alim inkar edə bilməz ki, İslam hökumətinin ilk çağlarında Əli ibn Əbu Talibin (ə) şəxsiyyəti bir neçə tədbirlə islamın həyatını xətərlə üzləşdirə bilərdi. Əbubəkrin xilafəti zamanı, Osmanın hökumətinin əvvəlləri və eləcə də Osmanın xilafətinin sonu çox böhranlı bir zaman idi. Mədinə şəhəri Osmanın əleyhinə olan inqilab nəticəsində dərin böhranla üzləşmişdi. Şübhəsiz, Əli ibn Əbu Talib (ə)-in sadə bir hərəkəti cilovlanmayan siyasi hərc-mərcliyə səbəb ola bilərdi. Qeyd etmək lazımdır ki, Mədinədə inqilabçı müsəlmanların çoxluğuna baxmayaraq, xəlifənin tərəfdarları da az deyildi. Şam şəhərinin ordusu zahirdə xəlifənin tərəfdarları kimi Mədinədən kənarda Müaviyyənin fərmanını gözləyirdilər. Bəlkə də Şam qoşununun şəhərə daxil olmaqda gecikmələrinə səbəb Əli (ə)-ın bu inqilabda rolu olmaması və xilafət üçün çalışmaması xəbəri idi. Bu vəziyyətdə İmam Əli (ə)-ın əsas fikri inqilabçıları sakitləşdirib, cilovlanmayan böhranın qabağını almaq idi. Bundan əlavəmüxaliflərdən hər bir qrupu məxsus şəhərə və ya dəstəyə aid idilər. Bu səbəbdən onları bir hədəf uğrunda birləşdirib, və ya ayırmaq mümkün deyildi.
    2) Nəfsə qulluq edənlərə köməkdən yayınmaq.
    Osmanın müxaliflərinin arasında mövcud olan Təlhə kimilərin məqsədi yalnız hakimiyyətə çatmaq idi. Ayişə və onun tərəfdarlarının hədəfi isə Osmanı hakimiyyətdən uzaqlaşdırmaq və ya onu öldürüb Təlhəni xilafətə gətirmək idi. Təlhə o qədər əmin idi ki, digərlərinin hökumətə gəlməyini təsəvvürünə belə gətirmirdi. Osmanın hökumətinin dağılması üçün Əli (ə)-dan kömək istəməsi Əlinin (ə) hökumətə gəlməsi üçün deyildi. O, bu yolla hakimiyyətə nail olmaq üçün Əli (ə)-ın şəxsiyyətindən bəhrələnirdi. Amma bu hədəfinə nail ola bilmədi. Osmanın evinin mühasirəyə alındığı günləndə xəlifə İbn Abbası həcc ziyarəti üçün karvan başı seçdı. Bu zaman Ayişə İbn Abbasın görüşünə gəlib dedi: "Allah Təala sənə gözəl və keçərli dil vermişdir. Camaat Təlhənin ətrafına toplanıb və tezliklə xəlifə olacaqdır. Əgər o xəlifə olarsa əmisi oğlu Əbubəkrin yolu ilə gedəcəkdir. Camaatı Osmana hücum etməkdən uzaqlaşdırma. Osmanın qətli və Təlhənin xəlifə olmağı ilə razılaş.” İbn Abbas İmam Əli (ə)-ı müdafiə edərək Ayşənin ümidini qırdı. Əgər Təlhə Osmanın ölümündən sonra Əli ibn Əbu Talibin hökumətə gələcəyini bilsəydi, mövcud hökumətin aradan getməsi üçün əsla səy göstərməzdi. Çünki o yaxşı bilirdi ki, Osmanın bəxşişləri sayəsində böyük sərvətə nail olmuş və ictimai şəxsiyyət qazanmışdır. Əli (ə)-ın hökuməti isə ona heç bir bəxşiş etməyəcəkdir. Osmanın əlli gün mühasirəsi zamanı baş verən hadisələr gələcək xəlifənin kim olcağını təyin edə bilmirdi. Bəlkə də Misir və Yəmən əhalisi olmasaydı Təlhə xəlifə ola biləcəkdi. Amma Osmanın ölümündən sonra camaat dərhal Əli ibn Əbu Talibə (ə) üz gətirdilər. Camaatın siyasi hərəkatı elə bir səmtə yönəlmişdi ki, inqilabı istiqamətləndirənlər ondan xəbərsiz idilər. Beləliklə, Əli (ə), hökumətə nail olmaq üçün xəlifəni su içmədən öldürən insanlarla müştərək rəyə gələ və şübhəsiz, o həzrət ictimai şəxsiyyətini onların hədəfinə qurban verə bilməzdi.
    3) Siyasi bəhrələnmələr;
    Əli (ə)-ın Osmana qarşı olan inqilabda iştirak etməməsinin əsas səbəblərindən biri, xəlifənin qətli ittihamından uzaq qalmaq idi. Əli (ə) səhnədən uzaq olsada Osmanın qətlindən sonra Müaviyə tərəfindən "müsəlmanların xəlifəsini öldürmək”də təqsirləndirilirdi. Müaviyə Əli (ə)-a son zərbəni vurmaq üçün Təlhə, Zübeyr və Ayişəni ayağa qaldırıb o həzrətin hökumətini sarsıtmaq üçün Cəməl müharibəsinin təməlini qoydu. Əli (ə) Osmanın əleyhinə olan inqilabda Müaviyənin Təlhə və tərəfdarlarının hiyləsini görürdü. O həzrət əmin idi ki, dəxalət edərsə, sonradan ağır hücumlara məruz qalacaqdır. Əli (ə) özünü bu hadisədən uzaq saxlasa da, düşmənləri tərəfindən öz əli ilə Osmanı boğmağa təqsirləndirildi. O günlərdə Üsamə ibn Zeyd kimi şəxslər vəziyyətin ağır olduğunu görüb Əli (ə)-ın şəhərdə olmamasını istədilər. Üsamə o həzrətə deyir: "Mənin üçün aydındır ki, bu qovm Osmanı öldürəcək. Sizi istədiyimə görə Mədinədən çıxmağınızı xahiş edirəm ki, Osmanın ölümü sizin şəhərdə olduğunuz zaman baş verməsin. Çünki sən Mədinədə olduğun halda Osman öldürülsə, bəziləri bu işdə səni ittiham edəcəklər.” Cəməl müharibəsini nəzərdən keçirdikdə, bu müharibənin Əli (ə)-ın hökumətinin zəifləməsində böyük təsirini müşahidə edirik. Siyasi nəzərdən (İmamın gizli həqiqətlərə olan İlahi elmini nəzərə almasaq) ittiham ehtimalına əsasən, Əli (ə) Osmana qarşı yaranan inqilabda dəxalət etməməli idi və əlbəttə, dəxalət də etmədi. Çüki imamı Osmanın qətlində təqsirləndirib ona qarşı müharibə hazırlığından xəbərdar idi. Bu müharibə islam tarixində müsəlmanları ilk dəfə olaraq qarşı-qarşıya qoyurdu. Imam Əli (ə) Osmana qarşı olan inqilabdan uzaqlaşsa belə, bu ittihamdan uzaqlaşa bilmədi. Nəticədə müharibə baş tutdu. Amma tarix şəhadət verir ki, imam Osmana qarşı olan inqilabda münasib mövqe seçmişdi. Çünki imam (ə) Cəməl müharibəsinin baş verəcəyindən yaxşı agah idi. Cəməl müharibəsi müsəlmanların, bir peyğəmbərə iman gətirənlərin bir qibləyə namaz qılanların və yüzlərlə xüsusiyyətdə bir səfdə dayananların qarşı-qarşıya dayanması idi. Bir tərəfdə İslam Reyğəmbərinin (s) kürəkəni, əmisi oğlu və müsəlmanların xəlifəsi, digər tərəfdə isə Peyğəmbərin (s) xanımı, Təlhə və Zübeyr kimi tanınmış səhabələr dayanırdı. Bu müharibədə hər iki qoşundan birlikdi on dörd min nəfər həlak oldu. Bu ədəd Peyğəmbərin (s) on illik müharibələrində həlak olanlardan on qat artıq idi. Cəməl müharibəsi minlərlə insanın ölümündən əlavə, minlərlə insanı da şübhəyə saldı, müsəlmanların qanının hədər olmasını, eləcə də müxalif dəstə ilə (hansı bir etiqada malik olursa-olsun) müharibəni asanlaşdirib Peyğəmbər (s) və müsəlmanların xəlifəsinin göstərişindən yayınmağı adiləşdirirdi. Elə buna görə də İmam (ə) Osmanın öldürülməsi ilə razı deyildi. Osmanın hökuməti hədsiz inhiraflar və səhvlər ucbatından şəri etibarını itirsə də, siyasi qanunluğunu əldən verməmişdi. Bu səbəbdən kufəlilər və bəsrəlilər kimi onu aradan aparmaq islam hökumətinin və hakiminin əzəmətini sındırır və sonrakı qarşılıqlara zəmin yaradırdı.
    4)Düşmənin sui-istifadəsi.
    Osmanın qətli Bəni-Üməyyənin Əli (ə) hökumətinə qarşı mövqedə olmasının əsas səbəbi idi. Onlar bu bəhanə ilə mərkəzi hökuməti zəiflədib ardan apardıqdan sonra, İslam xilafətini ələ keçirmək niyyətində idilər. Bu səbəbdən Əli (ə)-ın Mədinənin qəzəbli inqilabçıları ilə həmkarlığı Bəni Üməyyənin bəhanəsini qəbul edilmiş hesab edirdi.
    5) Bəyənilməyən mübarizə üslubu;
    Bəzi vaxtlar Əli (ə) inqilabçılarla həmkarlıq etmir, əksinə, Osmanı himayə edirdi. Çünki onlardan bir qisminin rəftarı düzgün siyasi mübarizədən kənar idi. Bu səbəbdən mühasirənin son günləri Osmanın evinə su və yemək aparanların qabağını kəsirdilər. Belə ki, xəlifə dama çıxıb susuzluqdan müsəlmanlara şikayət elədi və Əli (ə)-dan kömək istədi. Əli (ə) Həsən (ə) və Hüseyn (ə)-ı Osmana su çatdırmaq üçün göndərdi. Onlar bu işə çətinliklə müvəffəq oldular. Amma camaatın qəzəbi xəlifənin ölümü ilə nəticələndi. İmam Əli (ə) Osmanın mühasirəsinə səbəb olan işləri pisləyir və buyurur: "O (Osman) nalayiq üsulla istismarçılığa əl atdı və özünü qohumlarına qurban verdi. Insanlar da səbirsizlik edib bəyənilməz yolla onun əleyhinə qalxdılar.”
    3. İmam (ə)-ın öz rəftarına haqqında fikri:
    Imam Əli (ə) öz xilafəti zamanı dəfələrlə Osmanın ölümü haqqında fikrini söyləmişdir. Əli (ə) buyurur: "Mən Osmanın ölümünü elə açıqlayacağam ki, ondan agah olasız. İnsanlar (nalayiq işlərlə) ona etirazını bildirirdilər, mən isə onu tövbə etməyə dəvət etdim ki, səhvləri az gözə çarpsın. Təlhə və Zübeyr bu çaxnaşmada qabaqcıl idilər. Ayişə də qəzəbli insaların sırasında idi. Mən onu o qədər müdafiə etdim ki, axırda günahkar hesab olacağımdan qorxdum. (həddindən artıq mudafiə etdikdə). And olsun Allaha! Mən Osmanı öldürməmişəm və onu öldürənlərə də kömək etməmişəm. Mən Osmanın ölümünü istəmirdim, ondan və onun ölümündən narahat da olmadım. Onun ölümünə göstəriş vermədim, ondan çəkindirmədim də.” İmamın kəlamının açıqlamasında bir neçə məsələni qeyd etmək olar.
    1) İmam (ə) Osmanın ölümü zamanı Mədinədən kənarda idi. Tarix boyu tarixçilərdən heç biri Əli (ə)-ın Osmana qarşı olan qarşıdurmada iştirakını iddia etməmişlər.
    2) Əli (ə)-ın kəlamında Osmanın ölümü barədə qeyd olunanlar, o həzrətin daxili hislərindən bir hissəsidir. Çünki İmam (ə) elə vəziyyətdə deyildi ki, daxili hislərini camaata açıqlasın. Unutmamalıyıq ki, Əli (ə)-ın xilafəti zamanı o həzrətin qoşunundan sayılan insanların bir çoxu Osmanı Peyğəmbər (s)-in xəlifəsi və müsəlmanların rəhbəri hesab edirdilər. Əlbəttə, sonralar Osmanı bir çox nalayiq işlərinə görə xilafətə layiq bilmədilər. Beləliklə, Əli (ə) müsəlmanların arasında Osmanı pisləyə və daxili hissini aşkar edə bilmirdi. Bu Əli (ə)-ın məzlumiyyətinə sübutdur. Hər kəs öz əqidəsini qorxmadan bəyan edən bir zamanda, amma Əli (ə) bu işdən məhrum və ya gərgin ehtiyatda idi.
    3) Əli (ə) buyurur: "Mən Osmanı tövbəyə dəvət etdim və çalışdım ki, səhvləri az gözə çarpsın.” Əgər Əli (ə) Osmanın ölümündən qabaq tövbəyə məcbur edə bilsəydi, bir çox hadisələr açılar və bu günə qədər heç kim onun səhv işlərində şübhə etməzdi. Osmanın tövbəsi ilk öncədən keçmiş səhvlərə etiraf etmək idi ki, nəticədə Osmanın Ömər vasitəsi ilə xilafət şurası tərəfindən seçilməsi, müsəlman cəmiyyətinə Peyğəmbərin (s) sünnəsinə və islam siyasətinə böyük mənfi təsiri açıqlanacaqdır. Xəlifənin səhvlərini kiçik göstərmək müsəlmanların qəzəbini yatırtmaq üçün münasib yol idi. Osman öz fikirlərindən daşınmırdı. Çünki müsəlmanların tələbləri ilə özünün yaramaz əməlləri arasında böyük fasilə görürdü. Camaat onun nalayiq əməllərindən agah olmuşdu. Bu məsələdən xəbərdar olan xəlifə (Osman) camaatın tələblərinə əməl etmək istəməyib son nəfəsə qədər öz əməllərindən əl çəkmədi. Camaatın tələblərinə əhəmiyyət verməyən bir hakimə bidətlərin və səhv siyasətin etirafı üçün fürsət yaratmaq ağla uyğun bir məhkəmə sayılırdı. Əlinin (ə) bu siyasəti bəzi vaxtlar Osmanı camaatın qarşısında tövbə etməyə sövq edirdi. Amma Mərvanın hiyləsi və xəlifənin sadəliyi üzündən bu məsələ baş tuta bilmirdi.
    4) Əli (ə) camaatın Osmana etirazını qəbul edir və xəlifənin siyasətini pisləyirdi. Bununla belə buyurur: "Mən Osmanın ölümünü istəmirdim.” İmamın narazılığı bu səbəbdən deyildi ki, Osman müsəlmanların rəhbərliyində ləyaqətlidir; İmam bu siyasəti ilə gələcəkdə töküləcək qanın qabağını alırdı. O həzrət islam hökumətinin zəifləməsində əsas rol oynayan Bəni Üməyyənin hiyləsindən xəbərdar idi. Bəlkə elə bu səbəbdən sonralar buyururdu: "Osmanın ölümü zamanı mənin də mövqeim zəiflədi.” Əli (ə) gələcəkdə baş verən xoşagəlməz hadisələrə səbəb olan vəziyyətlə razılaşa bilərdimi?!
    5) İmam (ə) buyurur: "Mən Osmanın ölümünə nə göstəriş verdim, nə də ondan çəkindirdim.” Bu cümlə bu mənaya ola bilər ki, heç kim bu işdə o həzrətlə məşvərət etmədi. Camaat Osmandan şikayət edib İmamı (ə) həmkarlığa dəvət etsələr belə, O həzrətlə məsləhət etmədilər. Buna baxmayaraq, Əli (ə) suyun və yeməyin Osmanın evinə aparılmaması ilə razı deyildi və hamını bu işə mane olamaqdan uzaqlaşdırırdı. Xəlifənin ömrünün son aylarında Səd ibn Əbi Vəqqas İmamdan (ə) istədi ki, camaatı xəlifənin ətrafından uzaqlaşdırsın. İmam Əli (ə) buyurur: "Osmanı o qədər müdafiə etmişəm ki, artıq camaatdan utanıram.” Cəməl müharibəsində Əlidən (ə) eşidilmişdir ki, Osmanın qətillərini lənətləmişdir. İbn Əbdu Rəbbih yazır: "Mühəmməd ibn Hənəfiyyə dedi: Mən Cəməl müharibəsində Əlinin (ə) sol tərəfində və İbn Əbbas sağ tərəfində idi. Eşitdik ki, Ayişə dedi: "Allah Osmanı oldürənlərə lənət etsin.” Onun ardınca Əli (ə) da buyurdu: "Allah Osmanı öldürənləri dağda, suda və quruda lənət etsin!” Şübhəsiz, belə bir qarğış Osmanla qarşıdurmada əsas rolu oynayan Ayişə və Təlhəyə cavab idi. Əks halda, bu qarğış Mədinə inqilabçıları arasında olan Malik Əştərə, Əmmar Yasirə və Məhəmməd ibn Əbubəkrə yönəlirdi. Amma Əli (ə) bu qarğışla Ayişəni ayıltmaq, Əlinin (ə) Osmanı öldürənlərdən olmadığını demək istəyirdi. Bu barədə nifrin olunan şəxs varsa oda Ayişə və Təlhədir.
    4. Digərlərin bu haqda olan fikirləri:
    Əlinin (ə) düşmənləri yersiz ittihamlarla vəziyyəti Əli (ə) əleyhinə dəyişdirsələr belə, öz sözlərində Əlinin (ə) bu ittihamlardan uzaq hesab etmişdilər. İbn Əsir və Təbərinin fikirinə əsasən, Müaviyə qəbul edirdi ki, Əli (ə) Osmanı öldürməmişdir. Amma deyirdi: O, (Əli (ə)) Osmanı öldürənlərin sığınacağıdır. Nəsr ibn Müzahim yazır: Ömərin oğlu Übeydullah qisasdan qorxub Şama qaçdıqda, Müaviyə ondan istəyir ki, mənbərə çıxıb desin ki, Əli (ə) Osmanın qatillərindəndir. O dedi: "Yalandan şəhadət vermək istəmirəm. Çünki həqiqətən Əli (ə) Osmanı öldürməmişdir!”Bunlardan başqa, Əmr ibn As və Mərvanın oğlu Əbdül-Məlik də Əli (ə)-ı Osmanın qatillərindən hesab etmirdilər.Bilazəri, Məsudi və İbn Əbdu Rəbbih belə yazırlar: Əli (ə) məscidə çatıb Osmanın ölümündən xəbərdar olduqda qəzəbləndi. Belə ki, oğlanlarını, xəlifənin canını qorumaqda müvəffəq olmadığına görə danladı. İbn Əbil Hədid yazır: "Osmanın ölümündə ən günahsız insan Əmirəl-möminin Əli (ə)-dır.”
    TƏLHƏ VƏ ZÜBEYRIN ROLU
    Tarixə istinadən, Təlhə və Zübeyr suyu Osmanın üzünə bağlayan ilk şəxslərdir. Onlar xəlifənin evini mühasirə etməkdə camaata rəhbərlik edirdilər. Təlhə beytül-malın açarlarını ələ keçirdi və camaat özlərinə məxsus olan hissəni almaq üçün Təlhənin ətrafına toplaşdılar. Bu zaman Əli (ə) Mədinədən kənarda olan bağlarda əkinçiliklə məşğul idi. O həzrətə xəbər verdilər ki, Osman sudan məhrumdur və səndən kömək istəyir. Əli (ə) şəhərə qayıdıb Təlhəni danladı. Beytul malın qapısını sındırıb malları camaatın arasında böldü. Təlhə çox çalışırdı ki, hakimiyyətə çatmaq üçün camaatın narazılığından sui istifadə etsin. Tarixçilər onu Osmanın ən qatı müxalifi hesab edirlər. O, Osmanın evinin mühasirəsi zamanı Mədinə məscidində camaat namazı qılırdı. İmam Əli (ə) Təlhənin Osmanın ölümündə olan rolu və məqsədi haqqında buyurur: "Camaatın arasında Osmana qarşı olan müxaliflərdən ondan (Təlhədən) üstünü yox idi. Camaatı, aşkar şəkildə dəxalət etdiyi işdə səhvə salmaq istəyirdi. And olsun Allaha! Təlhə qorxurdu ki, Osmanın intiqamını ondan tələb etsinlər. Buna görə o Osmanın qanını tələb etmək üçün meydana (Cəməl müharibəsinə) daxil oldu. Çünkü o camaat arasında Osmanın ölümünə digərlərindən çox həris idi. Bilazəri yazır: "Peyğəmbərin (s) səhabələrindən heç biri Osmana qarşı olan müxalifətdə Təlhə və Zübeyrə çatmazdı.” İbn Əbil Hədid deyir: "Osman mühasirə zamanı belə deyirdi: "Həzrəminin oğlundan (Təlhə) Allaha pənah aparıram! Ona nə qədər qızıl parçaları verdim, amma o mənim qanımı tökmək istəyir və camaatı da məni öldürməyə sövq edir. Ikinci xəlifə Təlhəni xilafətə namizəd etdikdən sonra hakimiyyət onun fikrini bütünlükdə özünə cəlb etmişdi. Osman seçildikdən sonra, rəqabət və kinə ona əzab verirdi. Osman öldükdən sonra Təlhənin xilafətə çatması onun həyatında ən gözəl an idi. Amma camaatın Əliyə (ə) tərəf olduğunu gördükdə, səbri tükəndi və Əli (ə)-la müharibə fikirinə düşdü. Imam Əli (ə) buyurur: "Əgər Təlhə Osmanın qanını mübah və halal bilirdisə, düzgün deyildi ki, qanı halal olan şəxs üçün mənimlə əhd sındırıb, müharibə etsin. Amma əgər onun qanının tökülməyini haram bilirdisə vacib idi ki, camaatı Osmanın ətrafından kənarlaşdırsın. Əlbəttə, belə bir iş görmədi. Əgər bu məsələdə şübhə edirsə lazım idi ki, kənara çəkilib, uzaqlaşsın.” İbn Əbil Hədid yazır: "Demək olmaz ki, Təlhə əvvəldən Osmanın qanını halal bilirdi və sonradan bu fikirindən dönüb, onu öldürənlərdən qisas almaq fikirinə düşdü. Çünki (bu nöqteyi-nəzərdən onun özündən qisas alınmalı idi) Təlhənin dilindən nəql olunmamışdır ki, Osmana qarşı etdiyindən peşman olsun.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 395 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019