İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 8:07 AM
    BİRİNCİ HİSSƏ
    KƏRAMƏTLİ MƏKKƏ
    BİRİNCİ FƏSİL
    HƏRƏM
    Məkkənin adlari
    Quran:
    «Həqiqətən xalq üçün tikilmiş ilk ev Bəkkə (Məkkə)dədir ki, aləmlər üçün bərəkətli və hidayət yeridir».1
    «Bu (Quran) nazil etdiyimiz mübarək kitab və qarşısında olanı təsdiq edəndir ki, (onun vasitəsi ilə) Ümmul-qura (xalqı) və onun ətrafında olanları qorxudsun. Axirətə iman gətirənlər bu (kitaba da) iman gətirir və namazlarını qoruyurlar.»2
    «(Allah) O kəsdir ki, onların (müşriklərin) əllərini sizdən və sizin əllərinizi Məkkə vadisində onlara qalib etdikdən sonra (saxladı) və Allah sizin əncam verdiklərinizi görəndir»3.
    Hədis:
    1. Həzrət imam Əli (ə) Şam şəhərində olan bir nəfərin «nə üçün Məkkə-Ummul-qura-adlandırmışdır?» sualının cavabında buyurdu: Çünki yer onun altından genişlənmişdir.4
    2. Həzrət imam Əli (ə) bir nəfərin «Məkkənin Bəkkəyə nisbət yeri nədir?- sualının cavabında buyurdu: Məkkə hərəmin ətrafı, Bəkkə isə Allah evinin (Kəbənin) yeridir.
    Soruşdu: Nə üçün Məkkə adlandırılmışdır?
    Həzrət buyurdu: Çünki Allah-taala yeri bu şəhərin altından genişləndirmişdir.
    Soruşdu: Bəs nə üçün Bəkkə adlandırılmışdır?
    Həzrət buyurdu: Çünki bu şəhər zalımlar və günahkarların gözlərini ağlatmışdır.5
    3. Həzrət imam Əli (ə) buyurub: «Bəkkə Allah evinin yeri, Məkkə isə hərəmdir». Bu isə Allah-taalanın sözüdür ki, buyurur: «Hər kəs ona daxil olsa, asayişdədir».6-7
    4. Həzrət imam Sadiq (ə) buyurub: «Allah evinin yeri «Bəkkə», abadlıq isə «Məkkə»dir».8
    5. Əbdullah ibni Sənan nəql edib ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Nə üçün Kəbəyə Bəkkə deyilir? Həzrət (ə) buyurdu: Xalqın onun ətrafı və daxilində ağladığı üçün (Kəbəyə Bəkkə) deyilir.9
    6. Həzrət imam Sadiq (ə) buyurub: «Xalqın təvaf edərək bir-birini sıxıb (izdiham yaratdığı üçün), Məkkə Bəkkə adlanmışdır.10-11
    7. Müaviyə ibni Əmmar nəql edib ki, həzrət imam Sadiq (ə)-a ərz etdim ki: Məkkədə namaz qılarkən qadınlar qarşısında əyləşir və ya keçirlər. Həzrət (ə) buyurdu: Eybi yoxdur, Məkkəyə buna görə Bəkkə deyilmişdir ki, orada kişilərlə qadınlar bir-birinə dəyir (və izdiham yaranır).12
    8. Həzrət imam Kazim (ə) Əliyyibni Cəfərin — «nə üçün Məkkəyə Bəkkə deyilir? — sualının cavabında buyurdu: Çünki camaat bir-birini əlləri ilə itələyirlər ki, bu da yalnız Məscidul-həramın Kəbə ətrafındadır».13
    9. Həzrət imam Rza (ə) buyurub: «Xalqın (cahiliyyət dövründə) Məkkədə fit çaldığı üçün ona Məkkə deişlər. Bu şəhərə doğru səfərə getmək istəyənə isə «qəd məka» yəni fitçaldı deyirdilər. Bu da Allah-taalanın sözüdür ki, buyurub: «Onların (cahillərin) Allah evi ətrafında namazlaır fit və əl çalmaqdan başqa bir şey deyildir.14 Beləliklə də «muka» fitçalmaq, «təsdiyə» isə əl çalmaq deməkdir.15
    10. Həzrət imam Sadiq (ə) buyurub: «Məkkənin adları beşdir: Ummul-qura, Məkkə, Bəkkə, Bəssasə — yəni aradan aparan, çünki camaat Məkkədə zülmkarlıq etdikdə onları ixrac edir və həlakətə yetirirdi. Və Ummul ruhm; çünki camaat Məkkədə etikaf bağladıqda (ilahi) rəhmətə şamil olurlar».16
    MƏKKƏNİN ADLARI HAQQINDA İZAH
    1. Qurani-kərimdə Məkkənin adları;
    Qurani-kərimdə Məkkə adı yalnız bir dəfə gəlmiş, amma bu şəhər on dörd ayədə başqa adlarla yad olunmuşdur ki, aşağıdakılardan ibarətdir:
    Bəkkə, Ummul-qura, Əl-bələd, Əl-bələdul-əmin, Əl-bəldəh, Əl-hərəm, həmçinin Qəryətukə, Minəl-qəryətəyn və Vadin ğəyrə zi zərin.
    2. Rəvayətlərdə Məkkənin adları:
    Əhli-beyt (ə)-ın hədislərində bu müqəddəs şəhərin beş adı və onların bu adlarla adlanma səbəbi bəyan olunmuşdur ki, aşağıdakılardan ibarətdir:
    Məkkə, Bəkkə, Ummul-qura, Əl-bəssasə və Ummul ruhm.
    Qeyd olunmuş rəvayətlərdə bu şəhərin Məkkə adı ilə adlanmasının iki səbəbi buyurulmuşdur ki, onların biri yerin Məkkə şəhərindən genişlənməsi, digəri isə cahil ərəblərin Kəbəni ziyarət edərkən onun ətrafında fit və əl çalmasından ibarətdir.
    Bu şəhərin «Bəkkə» adi ilə adlanmasına gəldikdə isə, bəzi rəvayətlərə əsasən «Bəkkə» Kəbənin yerləşdiyi yerin adıdır və Bəkkə adının Məkkə şəhəri üçün işləndiyini gördükdə , sözün əlamətlərindən başa düşmək olur ki, onu deyənin məqsədi Məscidul-həramda yerləşən Kəbə tərafıdır. Bu isə Bəkkə sözünün lüğət baxımından əsası (məqsədi) ilə uyğundur. Çünki (ərəb dilində) Bəkkə sözü izdiham mənasında işlədilir (və bildiyiniz kimi), Kəbə ətarfında izdiham olur.
    3. Tarixçilər və dilçilər nəzərində Məkkənin adları:
    Çox az şəhərlər Məkkə şəhəri kimi tarixçilər və dilçilər nəzərində adlarının çoxluğu və onların mənaları baxımından araşdırılmış və müxtəlif nəzərlə irəli sürülmüşdür. Belə ki, hətta bəzi tarix alimləri Məkkə şəhəri üçün otuzdan çox ad sadalamışdır. Həmçinin dilçilər arasında bir çox adları və xüsusilə Məkkə və Mədinə adlarının məsdəri barədə çoxlu söhbətlər olmuş və müxtəlif nəzərlər irəli sürülmüşdür.
    Lakin bu barədə Əhli-beyt əleyhissəlamın rəvayətləri olduğu üçün, onların nəzərlərini qeyd edib sözü uzatmaqdan daşınır və yalnız kəramətli Məkkənin bir neçə adını qeyd etməklə kifayətlənirik.
    Əl-məad, Əl-səlah, Kəvsi, Əl-hatimə, Ər-rəs və Əl-qadis adları o cümlədəndir.
    Bəlkə də Məkkə şəhərinin çoxlu adlara malik olması, onun müxtəlif ərəb qəbilələri arasında böyük əhəmiyyət daşımasından irəli gəlir ki, onların hər biri Məkkə şəhərini bu adların xüsusi olaraq biri ilə tanıyırdılar.
    MƏKKƏNİN FƏZİLƏTİ
    Quran:
    «Pərvərdigara! Mən öz ailəm və övladlarımdan bəzisini quru bir vadidə və Sənin evinin yanında sakin etdim ki, Pərvərdigara! Namazı bərpa etsinlər. Beləliklə də xalqın qəlblərini onlara tərəf meyilli et və şükr etsinlər deyə nemətlərindən onlara ruzi ver».17
    «Dedilər: Əgər səninlə birlikdə hidayətdən itaət etsək, öz diyarımızdan oğurlanacağıq. Biz asayişi olan bir hərəmi onlar üçün hazırlamadıqmı? Hər bir şeyin bəhrələri onlar tərəf gətirilir ki, bizim tərəfimizdən bir ruzidir. Lakin onların çoxu bilmirlər».18
    «Həqiqətən bu evin Rəbbini pərəstiş etməyə göstəriş almışam ki, onu bilmişdir və hər bir şey Onun üçündür».19
    «And olsun bu şəhərə, bir halda ki, Sən onun sakini olmusan».20
    Hədis:
    11. Həzrət Məhəmməd səlləllahu ələyhi və Alihi və səlləm buyurub: «Məkkə elə bir şəhərdir ki, Allah-taala onu və hörmətini böyük saymışdır. Məkkəni yerdən bir şey yaratmazdan min il qabaq xəlq etmiş və onu mələklərlə doldurmuşdur. (Həmçinin) Mədinəni Beytül-müqəddəsə birləşdirmiş və min ildən sonra bir yaranışda bütün yeri yaratmışdır.»21
    12. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm buyurub: «Allah-taalanın yaratdığı hər bir şeyin bir seçilmişi vardır... Onun yerlər arasında seçilmişi isə Məkkə, Mədinə və Beytül-müqqəd (şəhərləridir)».22
    13. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm Məkkə şəhərinə xitab edərək buyurub: «Mən sənin Allahın asayişli bir hərəm və Allah yanında daha çox sevimli bir şəhər olduğunu bilirəm».23
    14. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm həzvərədə24 — (Məkkə bazarının bir yerində) duran halda buyurdu: «And olsun Allaha ki, Sən Allahın daha üstün yeri və böyük Allahın yanında da daha sevimli diyarsan. Əgər məni səndən ixrac etməsəydilər xaric olmazdım».25
    15. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm Məkkə şəhərinə xitab edərək buyurdu: «Necə də təmiz şəhərsən! Nə qədər mənim üçün sevimlisən! Əgər millətim məni səndən xaric etməsəydi, səndən başqa bir yerdə sakin olmazdım».26
    16. Həzrət imam Baqir əleyhissəlam buyurub: «Məkkədə yatan şəxs, başqa şəhərlərdə gecə oyaq qalıb (ibadətə məşğul olan) kimidir».27
    17. Məysir nəql etmişdir ki, əlli nəfərlə birlikdə bir xeymədə həzrət imam Baqir əleyhissəlamın hüzurunda əyləşmişdik. Bizim uzun sükutumuzdan sonra, həzrət (ə) buyurdu. «Hansı yerin məqamının Allah yanında üstün olduğunu bilirsinizmi? Heç kəs bir söz demədikdə, həzrət (ə) sualının cavabını verərək buyurdu: O Məkkədir, Allahın öz hərəmi olmasını bəyəndiyi və evini orada qərar verdiyi Məkkətul-həramdır».28.
    18. Həzrət imam Sadiq əleyhissəlam buyurub: «Allahd-taala yanında yerlərin daha sevimlisi Məkkədir. Heç bir yerin torpağı, onun torpağı kimi Allah yanında sevimli deyildir. Heç bir yerin daşı, onun daşı kimi Allah yanında sevimli deyildir. Və heç bir yerin ağacı, dağı və suyu onun ağacı, dağı və suyu kimi Allah üçün sevimli deyildir».29
    19. Həzrət imam Sadiq əleyhissəlam buyurub: «Yazılmış bir daşda bu sözlər həkk olunmuşdur: Bəkkə sahibi olan Allah Mənəm ki, göylər, yer, günəş və ayı yaratdıqda Məkkəni xəlq etdim və yeddi mələyi onun ətrafında məmur etdim. Onun suyu və südünüdə əhalisi üçün bərəkət vardır. Və onun ruzisi yuxarısı, aşağısı və təpələr kimi yollardan gəlir».30
    20 Həzrət imam Sadiq əleyhissəlam buyurub: «Həzrət İbrahim əleyhissəlam Şamın bir səhrasında yerə endikdə Allah-taala ona vəhy etdi... Daha sonra İsmayıl (ə) və onun anasını çölə aparmağı ona fərman verdi. İbrahim əleyhissəlam dedi: İlahi! (Onları) hara aparım? Allah-taala buyurdu: Mənim hərəmim, asayişim olan yerim və yerin ilk dəfə olaraq xəlq etdiyim hissəyə apar ki, o Məkkədir».31
    21. Həzrət imam Sadiq əleyhissəlam buyurdu: «Hər kəs Məkkə yolundan əziyyət verən bir amili götürərsə, Allah-taala onun üçün bir savab yazar və Allahd-taala savab yazdığı şəxsə əzab verməz».32
    22. Əliyyibni Məhziyar nəql etmişdir ki, imam Hadi əleyhissəlamdan soruşdum: Məkkədə qalmaq üstündür, yoxsa başqa şəhərlərə gedək? Həzrət (ə) cavabımda belə yazdı: «Allah evinin kənarında qalmaq daha üstün və yaxşıdır».33
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 836 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024