İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 8:04 AM
    MƏKKƏNİN XÜSUSİYYƏTLƏRİ
    1. EHTİRAM
    ONA DAXİL OLAN HƏR BİR QORXANIN ASAYİŞDƏ OLMASI
    Quran:
    «İbraim əleyhissəlam: Pərvərdigara! Bunu asayişili bir şəhər qərar verib, əhalisinə, Alaha və axirət gününə iman gətirənlərə meyvələrdən ruzi əta et, — dedikdə (Allah-taala) buyurdu: Hər kəs küfr edərsə ona bir az əta edər və daha sonra onu Cəhənnəm əzabına giriftar edərəm və çox pis aqibətdir».34
    «Onda aşkar və aşkaredici nişanələr vardır. İbraim məqamı və hər kəs ona daxil olsa, asayişdə olacaqdır və Allah üçün ev həcci edərsə, həqiqətən Allah aləmlərdən ehtiyacsızdır».35
    «Asayiş olan bir hərəmi qərar verdiyimizi görmədinmi? Bir halda ki, xalq onun ətrafından oğurlanır? Beləliklə onlar batilə iman gətirir və Allah nemətlərinə qarşı nankorluq edirlərmi?»36
    «And olsun əncir, zeytun və Turi-sinaya və and olsun bu asayişli şəhərə».37-38
    Hədis:
    23. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm buyurub: «Hər kəs bir insanı öldürüb və ya bir günah etdikdən sonra hərəmə pənah apararsa, hərəmdə olduğu müddətdə amandadır. Belə ki, ondan qisas alınmaz, tutlub əziyyət verilməz, ona pənah, yemək və su verilməz, habelə onunla alver olunmayıb birini qonaq etməz və qonaq olunmaz». 24. Həzrət Peyğəmbər (s) buyurub: Agah olun, Allahın Onun mələklərinin və bütün xalqın lənəti islam dinində bir cinayəti törədib həyata keçirən şəxsə olsun. Yəni, hərəmdən xaricdə cinayət törədib, daha sonra hərəmə sığınan ki, (bu halda) hərəmdən xaric olanadək heç kim ona sığınacaq verməsin, kömək etməsin və onu qonaq aparmasın. Bundan sonra caniyə hədd cari olsun.40
    25. Məhəmməd ibni Müslim nəql etmişdir ki, həzrət imam Baqir (ə)-dan «və mən dəxələhu kanə aminən» — yəni; hər kəs Məkkəyə daxil olsa, asayişdədir — ayəsi barədə soruşduqda, buyurdu: Qorxan hər bir şəxs, boynunda icra olunası ilahi hədd olmayınca orada asayişdədir.
    Dedim: Allah və onun elçisi ilə vuruşan və yer üzərində fəsad törədən şəxs də orada asayişdədirmi? Həzrət (ə) buyurdu: Belə bir şəxs, yolda pusquda41 durub, qoyun və ya başqa şeyi oğurlayan kimidir. İmam istədiyi kimi onunla rəftar edə bilər.42
    26. Həzrət imam Sadiq (ə) hələbinin «hər kəs ona daxil olarsa, asayişdədir» — ayəsi barədə etdiyi sualın cavabında buyurdu: Hər kəs hərəmdən xaricdə bir cinayət işi törətdikdən sonra hərəmə sığınarsa, heç kəsin onu hərəmdə tutmağa haqqı yoxdur. Lakin bazara getmək, ticarət, yemək və içməkdə onun qarşısı alınır və heç kəs onunla danışmır. Belə olduqda isə onun hərəmdən xaric olub, tutulmasına ümid vardır. Amma hərəmin daxilində bir cinayət törədərsə, hərəmin daxilində ona hədd cari olar. Çünki, o, hərəmin ehtiramını saxlamışdır.43
    27. Müaviyyə ibni Əmmar nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan hərəmdən xaricdə bir nəfəri öldürdükdən sonra hərəmə daxil olan bir kişi barədə soruşduqda buyurdu: O şəxs hərəmdən xaric olanadək öldürmək, olmaz həmçinin ona yemək və su vermək, onunla alver etmək və ona sığınacaq vermək olmaz. (Hərəmdən xaric olduqdan sonra ilahi) hədd ona cari olar (cəzalandırılar).
    Dedim: Hərəmin daxilində qətl və oğurluq edən şəxsin haqqında nə deyirsiniz? Həzrət (ə) buyurdu: Hərəmin daxilində zillətlə cəzalandırılmalıdır. Çünki o, hərəmin hörmətini saxlamamışdır. Bir halda ki, Allah-taala buyurmuşdur: «Hər kəs sizə zülm edərsə, ona, onun sizə zülm etdiyi kimi zülm edin». Həzrət (ə) buyurdu: Bu hərəmdə (törədilən zülmkarlığa aiddir). Quranda buyurulmuşdur: «Zalımlardan başqa heç kimə təcavüz və zülm yoxdur».44
    MƏKKƏDƏ VƏHŞİ HEYVANLAR VƏ QUŞLARIN ASAYİŞİ
    28. Əbdullah ibni Sinan, həzrət imam Sadiq (ə)-dan «və mən dəxələhu kanə aminən» yəni, (hər kəs hərəmə daxil olsa, asayişdədir) ayəsi barədə soruşaraq dedi: Allah-taalanın bu ayədə məqsədi hərəmdir, yoxsa Kəbə? Həzrət (ə) cavabında buyurdu: İnsanlardan hər kəs sığınan halda hərəmə daxil olarsa, Allah qəzəbindən amandadır. Amma vəhşi bir heyvan və quş ora daxil olarsa, hərəmdən xaric olanadək hücum və əziyyətdən asayişdədir.
    29. Həzrət imam Sadiq (ə)-dan diri halda hərəmə daxil olmuş qeyri-vəhşi bir quş barədə sual olunduqda, buyurdu: Ona əl vurmasınlar. Çünki Allah-taala buyurur: «Hər kəs hərəmə daxil olarsa, asayişdədir».46
    30. Məhəmməd ibni Müslim həzrət imam Sadiq (ə)-dan hərəmə daxil olmuş bir ceyran haqqında soruşduqda, həzrət (ə) buyurdu: Onu tutmayıb və ona toxunmasınlar. Allah-taala buyurur: «Hər kəs hərəmə daxil olarsa asayişdədir».47
    MƏKKƏDƏ EHTİRAMI OLMAYANLAR
    31. Həzrət Peyğəmbər (s) buyurub: Hərəmdə beş heyvan öldürülür: Siçan, əqrəb, qarğa, sağsağan və quduz it.48
    32. Həzrət imam Sadiq (ə) buyurub: Hərəmdə ehram halında bir neçə heyvan öldürülür: Əfi ilan, əqrəb və kiçik fasiq sayılan siçan. Qarğa ilə sağsağan isə daşla qovulmalıdır. Bir oğru sənə təcavüz edərsə, özünü müdafiə et.49
    33. Həzrət imam Sadiq (ə) buyurub: Hərəmdə ..... və ağcaqanadı öldürməyin heç bir eybi yoxdur.50
    İncə məna:
    Hərəmdə haram olan işlərdən biri də heyvan öldürmək və ya ovlamaqdır. Amma bir çox heyvanlar bu hökmdən istisna olmuşdur ki, bura da onların adlarını sadalayır və onun fiqh elmi baxımından hökmləri barədə ətraflı məlumatlarını bilmək üçün fiqh kitablarına baxmağı məsləhət görürük. Qeyd olunmuş heyvanlar aşağıdakılardan ibarətdir:
    Hər növ pis ilanlar, əqrəb, siçan, qarışqa, ağcaqanad, həmçinin yırtıcı heyvanlar və quşlar.
    Bəzi rəvayətlər, insanın mal-dövləti və ya abrına təcavüz edən oğrunu da ehtiramı olmayanlar sırasında bəyan etmişdir. Elə buna əsasən bu kimi rəvayətlərdən ümumi bir qaydanı çıxarmaq olar. Belə ki, hərəmdə insana təcavüz edən hər bir şeydən hərəm ehtiramı hökmü götürülmüşdür. Qeyd etmək lazımdır ki, yeməyi təmin etmək üçün əti halal olan dörd ayaqlı heyvanların başını kəsmək caizdir.
    2. Məkkədə əncam verilməsi haram olan işlər:
    ASAYİŞİ POZMAQ
    Quran:
    «Onları (müşrikləri) hər yerdə tapsanız, öldürün və sizi ixrac etdikləri yerdən onları ixrac edin. Fitnəkarlıq adam öldürməkdən şiddətlidir. Sizinlə vuruşmayınca, onlarla Məscidul-həram yanında vuruşmayın. Beləliklə onlar sizinlə vuruşduqda onları öldürün ki, kafirlərin cəzası belədir».51
    Hədis:
    34. Həzrət Peyğəmbər (s) Məkkə fəth olunan gündə buyurdu: Allah-taala asimanlar və yeri yaradan gün Məkkəni hörmətli qərar verdi və (Məkkə) qiyamət gününədək belə hörmətlidir. Məndən qabaq heç bir şəxsə onun hörmətini sındırmaq halal olmamış və məndən sonra da heç bir şəxsə halal olmayacaqdır. Və mənə yalnız bir gündə bircə saata qədər halal olmamışdır.52
    35. Əmr ibni Səid döyüş qoşunlarını Məkkəyə göndərdikdə, Əbu Şurəy ona dedi: Ey Əmir! İcazə ver ki, sənin üçün həzrət Peyğəmbərin (s) Məkkə şəhərinin fəth olunmasının sabahısı günündə buyurduğu bir sözünü deyim. Həzrət Peyğəmbər (s) o sözü dedikdə onu iki qulağımla eşidib, qəlbimlə dərk etdim və iki gözümlə müşahidə etdim. O həzrət (s) Allaha həm səna etdikdən sonra buyurdu: Allahd-taala Məkkəni haram (hörmətini vacib) etmişdir, amma xalq onu möhtərəm bilmədilər! Allah və qiyamət gününə iman gətirən heç bir şəxsə orada qan tökmək və ya bir ağacı sındırmaq halal deyildir. Beləliklə hər kəs bu iş üçün bəhanə axtarıb Peyğəmbərin işinə əsaslanarsa, ona deyin ki, Allah-taala peyğəmbərinə icazə vermiş, amma sizə icazə verməmişdir. Həqiqətən Allah-taala təkcə bir gündən yalnız bir saatı mənə icazə verdi və daha sonra onun bu günki ehtiramı dünənki ehtiramı kimi yerinə qayıtdı. Bu sözü hazır olanlar burada olmayanlara çatdırsın.53
    36. Həzrət imam Əli (ə) buyurub: Hərəmə doğru qılınclarla çıxmayın və sizlərdən heç biriniz qarşısında qılınc olmayan halda namaz qılmasın, çünki qiblə əmin-amanlıq yeridir.54
    37. Əbu Bəsir nəql edir ki, Həzrət imam Sadiq (ə)-dan soruşdum. Məkkə və ya Mədinəyə getmək istəyən şəxsin özü ilə birlikdə silah götürməsi onun üçün xoşagəlməzdirmi? Həzrət (ə) buyurdu: Belə bir şəxsin öz şəhərindən silahı çölə aparmasının heç bir eybi yoxdur, amma Məkkəyə daxil olduqda onu aşkar etməsin.55
    38. Həzrət imam Sadiq (ə) buyurub: Müsəlmanın hərəmə silah aparması layiqli və yaxşı deyildir. Amma silahı bir kisəyə qoyub və ya onu bir şeylə bükdüyü halda eybi yoxdur.
    QEYRİ-MÜSƏLMANIN DAXİL OLMASI
    Quran:
    «Və biz (Allah) evini xalq üçün toplantı və asayiş yeri qərar verdik və onlar İbrahim məqamını namaz yeri seçsinlər. Və İbrahim və İsmayıla göstəriş verdik ki, Mənim evimi təvaf edənlər, (ibarət üçün) etikaf bağlayanlar, rüku və səcdə və səcdə edənlər üçün təmizləsinlər».57
    «Ey iman gətirənlər! Şübhəsiz müşriklər murdardır. Beləliklə bu ildən sonra Məscidul-hərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxsanız, Allah istəsə sizi öz fəzlindən ehtiyacsız edəcəkdir. Həqiqətən Allah bilən və hikmətlidir.58
    Hədis:
    39. Hənan nəql edib ki, həzrət imam Sadiq (ə)-dan soruşdum: Nə üçün Allah evinə Beytullahil-həram deyilir? Həzrət (ə) buyurdu: Çünki müşriklərin ona daxil olması haramdır.59
    40. Həzrət imam Sadiq (ə) buyurub: Əhli-zimmə (İslam hökuməti sığınacağında yaşayan əhli-kitab) hərəm və hicrət diyarına daxil olmasınlar və onlar bu iki yerdən ixrac olsunlar.60
    41. Həzrət imam Sadiq (ə) — Evimi təvaf edənlər, etikaf bağlayanlar, rüku və səcdə edənlər üçün təmizləyin — ayəsi barədə buyurdu: Yəni, «Allah evini müşriklərdən uzaq saxlayaq».61
    OV ETMƏK VƏ AĞACI SINDIRMAQ
    42. Həzrət Peyğəmbər (s) Məkkə fəth olunan gündə buyurdu: «Bu elə bir şəhərdir ki, Allah-taala göylər və yeri yaratdıqda ona hörmət bağışlamış və Allahın bu hörmətli şəhəri qiyamət gününədək haram (möhtərəm)-dir. Belə ki, tikanı dərilməz, ovu qovulmaz elan edib, (sahibi tapmaq) istəyən şəxsdən başqa tapılmış şeyi götürülməz və təzə bitmiş otları dərilməz. Abbas dedi: Ey Allahın elçisi! Bəzək və evlərinin xoşətirli olması üçün «İzxir otundan başqa?
    Həzrət (s) buyurdu: Bəli izxir otundan başqa.62
    43. Həzrət Peyğəmbər (s) buyurub: Hərəmin otu dərilməz, ağac və tikanı qırılmaz və ovu qovulmaz… Beləliklə hərəmin otundan dərən, ağacı və tikanını qıran və ovunu qovan şəxsi gördükdə ona nalayiq söz deməyiniz rəvadır və ya hərəmdə halal olan həddə onun kürəyini ağrıya salın.63
    44. Həzrət imam Baqir (ə) buyurub: Allah-taala izxir otu və ya ovlanmış quşundan başqa hərəmin otunu dərmək və ya ağacını sındırmağı haram etmişdir.64
    45. Həzrət imam Sadiq (ə) buyurub: Xurma və meyvə ağacından başqa Məkkə ağaclarından qırmaq olmaz.65
    46. Həzrət imam Sadiq (ə) buyurub: Özünün hərəmdə əkib-becərdiyin ağac və otdan başqa hərəmdə bitmiş hər bir şeyi dərmək bütün xalqa haramdır.66
    OVLANMIŞ HEYVAN VƏ YA QUŞUN BAŞINI KƏSMƏK
    47. Həzrət imam Sadiq (ə) buyurub: Hərəmdən çöldə ovlanmış heyvan və ya quşun başını hərəmdə kəsmək olmaz.67
    48. Şihab ibni Əbdi Rəbbih nəql edib ki, Həzrət imam Sadiq (ə)-a ərz etdim. Məkkədən kənar bir yerdən gətirilən cücələrlə səhər yeməyi yeyirəm. Belə ki, onların başını hərəmdə kəsir və mən də onunla səhər yeməyi yeyirəm. Həzrət (ə) buyurdu: Sənin səhər yeməyin çox pis səhər yeməyidir. Diri halda hərəmə gətirilən heyvanların başının kəsilməsi və onların saxlanılmasının haram olduğunu bilmirsənmi?68
    49. Həzrət imam Sadiq (ə) buyurub: Məkkədə dəvə, inək, qoyun və toyuqdan başqa bir heyvanı kəsmək olmaz.69
    TAPILMIŞ ŞEYƏ MALİK OLMAQ
    50. Həzrət imam Sadiq (ə) buyurub: Tapılmış şey iki növdür: Onlardan biri hərəmdə tapılmış şeydir ki, onu tapan şəxs bir ilədək elan etməlidir. Belə ki, onun sahibini tapsa, sahibinə qaytarmalı, əks təqdirdə isə onu sədəqə verməlidir.
    Digəri isə hərəmdən başqa yerdə tapılan şeydir ki, bir ilədək elan etməlisən. Belə ki, sahibi gəldikdə ona qaytarır, əks təqdirdə isə onu özünə götürə bilərsən.70
    51. Məhəmməd ibni Rəca Ərcani nəql edib ki, həzrət imam Hadi (ə)-a yazdım. Məscidul-həramda olan halda bir dinar görüb onu götürmək üçün əyildikdə ikinci dinarı gördüm və axtardıqda üçüncü dinarı tapdım. Onların hər üçünü götürüb xalqa elan etdim, lakin sahibi tapılmadı. Bu haqda nəzəriniz nədir?
    Həzrət (ə) cavabımda belə buyurdu: Dinarlar barədə yazdığını başa düşdüm. Ehtiyacın varsa, onun üçdə birini, ehtiyacın yoxdursa hamısını sədəqə ver.71
    3. Məkkədə bəyənilməz işlər:
    MƏKKƏDƏ BİR İLDƏN ARTIQ QALMAQ
    52. Məhəmməd ibni Müslüm Həzrət imam Baqir (ə)-dan nəql etmişdir ki, buyurub: İnsanın bir ildən artıq Məkkədə qalması yaxşı deyildir. Dedim: Bəs nə etsin? Həzrət (ə) buyurdu: Başqa bir yerə getsin.72
    53. Şeyx Səduq (r.ə.) Həzrət imam Sadiq (ə)-dan nəql etmişdir ki, o həzrət (ə) Məkkədə qalmağı bəyənilmiş saymırdı. Bu isə Həzrət Peyğəmbərin (s) bu şəhərdə çıxarılması üçündür. Məkkədə qalan şəxs başqa bir yerə getməyincə daşürəkli olar.73
    UCA BİNA TİKMƏK
    54. Həzrət imam Baqir (ə) buyurub: Heç bir şəxsin Kəbədən uca bir ev tikməsi layiqli və yaxşı deyildir.74
    BORCU TƏLƏB ETMƏK
    55. Səmaətibni Mehran nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan soruşdum: Bir kişinin mənə müəyyən məbləğdə borcu var idi və bir müddətə qədər gözümə görsənmədi. Axır ki, onun Kəbəni təvaf edən halda gördüm. Öz malımı ondan tələb edimmi? Həzrət (ə) buyurdu: Xeyr, hərəmdən xaric olanadək ona salam vermə və onu qorxuya salma...75
    İncə məna:
    Əliyyibni Babəveyh buyurmuşdur: Borcu olan şəxsi hərəmdə gördükdə borcu ondan tələb etmək caiz deyildir. Amma hərəmdə ona borc vermiş olsa, eybi yoxdur.
    Əllamə Hilli «Muxtələfuş-şiə» kitabında buyurub: Mənim nəzərimə əsasən, hərəmdən xaricdə borc verilərsə, onu hərəmin daxilində tələb etmək məkruhdur, amma bu iş haram sayılmır.
    Şəhid (r.ə.) özünün «Əd-durus» kitabında buyurub: Borclu şəxs hərəmə sığınarsa, ondan borcu tələb etmək haramdır
    Rəvayət isə dəlalət edir ki, borclu şəxsi hərəmdə gördükdə ondan borcu tələb etmək haramdır və onun hərəmə sığınmaq qəsdində olması şərt deyildir.
    4. Məkkədə əncam verilməsi layiqli olan işlər:
    NAMAZ
    56. Həzrət imam Əli (ə) buyurub: Məkkə və Mədinədə namaz qılmaq, min namazla bərabərdir.76
    57. Həzrət imam Səccad (ə) buyurub: Hər kəs Məkkədə yetmiş rəkət namazı qılıb, onun hər rəkətində «Qul huvəllah» və «İnna ənzəlnah» surələri, həmçinin «Suxrə» (Əraf surəsinin 54-56-cı) ayələri və «Ayətəl-kürsini» oxuyarsa, şəhid olmaqdan başqa bir ölümlə dünyadan getməz. Hər kəs Məkkədə yemək yeyərsə, başqa şəhərlərdə oruc tutan kimi olar və Məkkədə bir gün oruc tutmaq, başqa yerlərdə tutulan bir ilin orucuna bərabərdir. Və hər kəs Məkkədə yol gedərsə, Allaha ibadət halındadır.77
    58. İbrahim ibni Şəybə nəql etmişdir ki, Həzrət imam Baqir (ə)-a məktub yazaraq Allah və peyğəmbər hərəmlərində namazın tamam qılınması barəsində o həzrətdən (ə) sual etdim və həzrət (ə) cavabımda belə yazdı: Həzrət Peyğəmbər (s) bu iki hərəmdə çoxlu namaz qılmağı sevirdi. Beləliklə sən də çoxlu namaz qıl və namazı tamam halda yerinə yetir.78
    ORUC
    59. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs Ramazan ayını Məkkədə olub, onun hamısını oruc tutaraq bacardığı qədər namaz qılarsa, Allah-taala onun üçün Məkkədən başqa yerin yüz min Ramazan ayı savabını yazar, həmçinin onun üçün hər gün bir savab və hər gecə də bir savab yazar.79
    60. Həzrət imam Səccad (ə) buyurub: Məkkədə tutulan bir günün orucu, başqa yerdə tutulan bir ilin orucu ilə bərabərdir.80
    QURANI XƏTM ETMƏK
    61. Həzrət imam Səccad (ə) buyurub: Hər kəs Məkkədə Quranı xətm edərsə, Həzrət Peyğəmbəri (s) görməmiş və Behiştdə öz yerini müşahidə etməmiş dünyadan getməz.81
    62. Həzrət imam Baqir (ə) buyurub: Hər kəs Məkkədə cümə günündən gələn cümə gününədək və ya ondan az və yaxud çox bir müddətdə Quranı xətm edərsə və (xətm etdiyi) gün də cümə günü olarsa, onun üçün dünyada olduğu kimi cümə günündən olacağı sonuncu cümə günənədək savab və əcrlər yazılır. Başqa günlərdə də Quran xətm edərsə belə savablara nail olar.82
    63. Həzrət imam Sadiq (ə) buyurub: Məkkə Allahın hərəmi, Peyğəmbərin (s) hərəmi və habelə Əmirəl-möminin Əli (ə)-ın hərəmidir. Orada qılınan namaz yüz min namazla və bircə dirhəm infaq, yüz min dirhəm infaqla bərabərdir.
    Mədinə də Allahın hərəmi, həzrət Peyğəmbərin (s) hərəmi və habelə Əmirəl-möminin Əli (ə)-ın hərəmidir. Orada qalınan namaz, on min namazla və bir dirhəm infaq, on min dirhəm infaqla bərabərdir.
    Kufə də Allahın hərəmi, həzrət Peyğəmbərin (s) hərəmi və habelə Əmirəl-möminin Əli (ə)-ın hərəmidir. Orada qılınan bir namaz min namazla və bir dinar infaq min dirhəm infaqla bərabərdir.83
    5. Məkkə əhalisi üçün yaraşan işlər:
    TƏVAF YERİNİ VACİB TƏVAF ÜÇÜN BOŞ QOYMAQ
    64. Həzrət Peyğəmbər (s) buyurub: Məkkə əhli və onun ətrafında olanlara çatdırın ki, təvaf yeri, qara daş, İbrahim məqamı və birinci sıranı Zul-qədə ayının iyirminci günündən xaric olan günədək hacıların ixtiyarında qoysunlar.84
    65. Həzrət Peyğəmbər (s) buyurub: Ey Əbdi Mənaf övladları! Gecə və gündüzün hər bir saatında bu evin ətrafında təvaf edən və namaz qılmaq isətyən heç bir kəsə mane olmayın.85
    66. Həzrət imam Sadiq (ə) buyurub: Məkkədən olmayanlar üçün təvaf namazdan daha üstündür. Məkkə əhalisi üçün isə namaz daha üstün sayılır.86
    67. Həriz nəql edir ki, Həzrət imam Sadiq (ə)-dan soruşdum: Qeri-Məkkə əhalisi yəni, onun ətrafından olanlar üçün təvaf etmək üstündür, yoxsa namaz qılmaq? Həzrət buyurdu: Onun ətrafında yaşayanlar üçün təvaf, Məkkə əhalisi və sakinləri üçün isə namaz qılmaq təvafdan daha üstündür.87
    68. Əhməd ibni Məhəmməd Bəzənti nəql edir ki, həzrət imam Rza (ə)-dan soruşdum. Məkkə sakinləri üçün təvaf üstündür, yoxsa namaz qılmaq? Həzrət (ə) buyurdu: Namaz qılmaq üstündür.88
    69. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs Məkkədə bir il yaşayarsa, təvaf etmək onun üçün namaz qılmaqdan üstündür. İki il müddətində Məkkənin sakini olan şəxs həm təvaf, həm də namazı yerinə yetirsin. Məkkədə üç il yaşayana isə namazı qılmaq, təvaf emtəkdən daha üstündür.89
    ÖZLƏRİNİ MÖHRİMLƏRƏ OXŞATMAQ
    70. Həzrət imam Sadiq (ə) buyurub: Məkkə əhalisinin köynək geyinməsi yaxşı deyil. Əksinə yaxşıdır ki, onlar da möhrimlər kimi toz-torpağa batmış olsunlar. Və hökumətin onları buna görə cəzalandırması layiqlidir.90
    71. Həzrət imam Sadiq (ə) buyurub: Təməttö həccini əncam verən şəxsin ehram halından xaric olduqda köynək geyməyib əv möhrimlərlə birgə geyimdə olması layiqlidir. Həcc mövsümündə Məkkə əhalisinin də beləcə olması layiqlidir.91
    6. Orada olan hər zülm ilhad sayılır:
    «Şübhəsiz kafir olan şəxslər, Allah yolu və Məscidul-hərama getməyin qarşısını alırlar. O məscidi istər etikaf ibadəti, istərsə də adi əhali üçün bərabər qərar verdik və hər kəs orada zülmkarlığa ilhad niyyətində olarsa, ona dərdli əzabdan dadızdırarıq.92
    72. Həzrət Peyğəmbər (s) buyurub: Məkkədə yeyinti məhsulları ehtikar etmək (baha qiymətə satmaq üçün anbarda gizlətmək) ilhad sayılır.93
    73. Müaviyətibni Əmmar nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan «və mən yurid fihi bi-ilahdin bizulmin) ayəsi barədə soruşduqda buyurdu: Hər növ zülm ilhaddır və xadimi günahsız olan halda vurmaq da ilhad növündəndir.94
    74. Əbu Səbah Kənani nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan «və mən yurid fihi biilhadin...» ayəsi barədə soruşduqda buyurdu: Məkkədə (yaşayan və) özünə oğurluq və ya zülmkarlıq ilə zülm edən və yaxud başqası tərəfindən hər növ zülmə məruz qalmağı ilhad bilirəm. Elə buna görə də o həzrət (ə) hərəmdə sakin olub (yaşamaqdan) çəkinirdi.95
    75. Həzrət imam Sadiq (ə) buyurub: — «və mən yurid fihi biilhadin bizulmin» ayəsi barədə buyurdu: Hər kəs orada (hərəmdə) Allahdan başqasına ibadət edib və ya Allah övliyalarından başqası ilə dostluq və birlik edərsə, o şəxs zülm vasitəsi ilə mülhid sayılır və ona dərdli əzabdan dadızdırmaq Allahın öhdəsindədir.96
    Bəyan:
    «İlhad» doğru və haq yoldan azmaq mənasını daşıyır. Qeyd olunmuş bu ayədə zalımlar mülih adlanmış və onlara əzab vədəsi verilmişdir. Bu isə zülmün ilhad üçün səbəb olma mənasını yetirir. Çünki, zülmkarlıq haqdan bir növ üz döndərmək və azmaqdır. Amma bu ayə bundan əlavə, Məkkə hərəmindən başqa bir yerdə həyata keçməyən xüsusi bir hökmə də işarə edir. Bu hökm (həqiqətdə) hər bir zümlkarı etdiyi zülmün böyük və ya kiçik olmasına baxmayaraq mülhid adlandırır.
    Həmçinin Məkkədə həyata keçirilən zülmü böyük günah sayaraq, onun ardınca dərdli əzab vədəsi verir və bu ümumiliyə təkid olunmuşdur. Çünki «mən» kəlməsi bir növ ümumiyyəti yetirir və hər bir işə şamil olunsun deyə «yurid» felinin məfulu atılmışdır. Bundan əlavə bu ümumiyyəti yetirmək üçün həm «ilhad», həm də «zülm» sözü ayədə məchul formada gətirilmişdir.
    Beləliklə də ayənin tərkibi (ərəb qarammatikası baxımından quruluşu) belədir:
    —«Mən yurid...» cümləsi sonadək, ayənin başlanğıcında olan «innə» hərfinin xəbəri olduğuna dəlalət edir;
    —«İlhad» sözündə olan «ba» hərfi birgə və həmrahlıq mənasını yetirir;
    —«Zülm» sözündə olan «ba» hərfi isə səbəbiyyət mənasını yetirir.
    HƏRƏMİN MİQYASI
    76. Həzrət Peyğəmbər (s) buyurub: Cəbrail (ə) həzrət Adəmi (ə) Səfa, həzrət Həvvani isə Mərvə dağlarından yerə endirib onlar üçün bir xeymə qurdu. Xeymənin sütunu qırmızı yaqutdan idi və onun parıltısı Məkkənin dağları və ətrafını parıldadırdı. Allah-taala o sütunun nuru yayılan hər bir yeri hərəm qərar verdi. Beləliklə də bu günkü hərəm miqyası, o sütunun nuru çatan yerlərdir. Çünki onlar Behiştdən idilər.97
    77. Həzrət imam Baqir (ə) buyurdu: Allah-taala hərəmindən dörd fərsəxdən dörd fərsəxdə hərəminin izxir otundan başqa otunun dərilməsi və ağacının qırılmasını haram etmişdir.98
    78. Əhməd ibni Məhəmməd Bəzənti nəql edir ki, həzrət imam Rza (ə)-dan hərəm və onun miqyası barəsində soruşdum ki, nə üçün onun bəzi hissəsi daha yaxın və bəzi hissəsi isə daha uzaqdır?
    Həzrət (ə) buyurdu: Allah-taala Adəmi (ə) Behiştdən yerə gətirdikdə onu Əbu Qubeys dağında endirdi. Adəm (ə) qorxudan və Behiştdə eşitdiklərini (orada) eşitmədiyindən Allaha şikayət etdi. Allah-taala qırmızı bir yaqutu yerə endirərək, onu Kəbənin yerində qərar verdi. Adəm (ə) onun ətrafında təvaf edir və onun da nuru hərəmin miqyasınadək çatırdı. Onun hədd və hüdudunu nişanladırlar və beləliklə də Allah-taala onu hərəm qərar verdi.99
    HƏRƏMİN MİQYASI BARƏDƏ İZAHAT
    Rəvayət və alimlərin sözlərində hərəmin miqyası bir bəridin bir bəridi həddində təyin olunmuşdur. Hər bərid, dörd şəri fərsəx olduğu üçün, hərəmin təqribi məsahəti on altı kvadrat metr fərsəxdən ibarətdir. Məkkədən bir az böyük olan bu məsahət, Allahın əmin-aman hərəmi adı ilə tanınmış və onun özünəməxsus hökmləri vardır. Məkkə şəhərinin hər tərəfindən hərəm miqyasını təyin etmək barədə müxtəlif nəzərlər irəli sürülmüşdür ki, bu barədə daha məşhur sayılan və qəbul edilmiş nəzəriyyəni qeyd edirik:
    Belə ki, hərəm Mədinə yolu ilə Məkkənin üç mil,[1] Yəmən yolu ilə Əzutuləbən tərəfinin yeddi mil, Çəddə yolu ilə Əl-əğşali ayrıcının on mil, Taif yolu ilə on bir mil, İraq yolu ilə Məqtə dağının xill döngəsindən yeddi mil və Cəranə yolu ilə Ali Əbdullah ibni Xalid dərəsindən doqquz mil fasiləsində yerləşir. Qeyd etmək lazımdır ki, bu fasilələr təqribidir və bəzi tədqiqatçı alimlər, bu miqyasın Məscidul-həramın divarına qədər olan ölçüsünü hesablamış və onu zira ölçüsü ilə bəyan etmişlər ki, yuxarıdakı ölçülərlə müəyyən həddə qədər fərqli sayılır. Məslən, Fasi Ərəfə yolundan hərəmin Taif cəhətindən olan miqyasını otuz yeddi min on yeddi kiçik zira (əl barmağının ucundan dirsəyə qədər olan fasilə) qeyd etmişdir.
    Hərəm miqyasını tanıyıb, aydınlaşdırmaq böyük əhəmiyyətə malik olub, bir çox hökmlərlə sıx bağlılığı vardır. Bu isə hər tərəfdə əlamət adı ilə tikilmiş miqyası bildirən nişanələrlə çox asandır. Bu miqyaslar Cəddə və Cəranə miqyaslarından başqa hamılıqla həzrət Cəbrailin (ə) göstərişi və həzrət İbrahimin (ə) əli ilə tikilmiş və tarix boyu dəfələrlə təmir edilmişdir ki, həzrət İsmail (ə), Qusəyy ibni Kulab və həzrət Peyğəmbər (s) onu təmir edənlər sırasındadır. Həmçinin daha sonra xəlifələr də onları dəfələrlə təmir etmişlər. Hal-hazırda aparılar tədqiqatlar bu əlamətlərin öz yerində qaldığını göstərir. Belə ki, altı miqyas əlaməti, yalnız daxil olan yollarda hərəmin hüdudunu müəyyənləşdirir. Hərəmin ümumi miqyası isə daha genişdir.
    MƏKKƏYƏ DAXİL OLMAQ QAYDALARI
    1. Ehram:
    79. Həzrət imam Baqir (ə) Məhəmməd ibni Müslimin — (bir şəxs ehramsız halda Məkkəyə daxil ola bilərmi?) — sualının cavabında buyurdu: Xəstə və ya ishal olandan başqa heç kəsə olmaz.100
    80. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala Məscidul-həramı Kəbəyə görə və hərəmin Məscidul-hərama görə həram qərar verdi. Ehramı isə hərəmə görə vacib etmişdir.101
    81. Həzrət imam Kazim (ə) buyurub: Məkkədən on mil həddində fasiləsi olan şəxs ehramsız oraya daxil olmasın.102
    2. Qüsl:
    82. İbni Ömər nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Məkkəyə daxil olmaq üçün «Fəxx» zonasında qüsl verdi.103
    83. Hələbi nəql edib ki, həzrət imam Sadiq (ə), Məkkəyə daxil olmazdan qabaq, Fəxxdə qüsl etməyimizi bizə göstəriş verdi.104
    84. Həzrət imam Sadiq (ə) buyurub: İnşaallah hərəmə çatdıqda daxil olmazdan qabaq qüsl etmək və əgər daha qabağa getsən «Biri məymun» və ya «Fəxx» zonaları və yaxud öz mənzilində qüsl et.105
    85. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala həzrət İbrahim (ə)-a həcc etməyi, İsmaili (ə) də özü ilə birəgə həcc etdirməyi və onu hərəmdə sakin etməsini göstəriş verdi. Beləliklə də onların hər ikisi hərəmə getmək üçün qırmızı bir dəvəyə minib yola düşdülər və Cəbraildən (ə) başqa heç kim onlarla birgə deyildi. Hərəm çatdıqda Cəbrail (ə) ona dedi: Ey İbrahim! Düşün və hərəmə daxil olmazdan qabaq qüsl edin. Onlar da (dəvədən) enib qüsl etdilər.106
    86. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala öz kitabında buyurur: Mənim evimi təvaf edənlər, etikaf bağlayanlar, rüku və səcdə edənlər üçün təmizləyin.107 Beləliklə də bədənin pak halından başqa vəziyyətdə Məkkəyə daxil olması layiqlidir və habelə öz tərini yuyaraq çirkinliklərini aradan aparıb qüsl etsin.108
    3. Təvazökarlıq:
    87. Müaviyətibni Əmmar imam Sadiq (ə)-dan nəql edib ki, o həzrət (ə) buyurmuşdur: Hər kəs sakitliklə Məkkəyə daxil olsa, bağışlanar. Soruşdum: Necə sakitliklə Məkkəyə daxil olsun? Həzrət buyurdu: Təkəbbürsüz və qürursuz halda daxil olsun.109
    88. İshaq ibni Əmmar rəvayət edir ki, həzrət imam Sadiq (ə) buyurdu: Məkkəyə sakitliklə daxil olan şəxsin (günahları) bağışlanar. Dedim: Sakitlik nədir? Həzrət (ə) təvazökarlıq etməsidir.110
    89. Əban ibni Təğib nəql edir ki, həzrət imam Sadiq (ə) ilə Məkkə və Mədinə yolunda birgə səfərdə idim ki, hərəmə çatdıqda yerə enib qüsl etdi və ayaqqablarını əlinə aldı. Daha sonra ayaqyalın hərəmə daxil oldu və mən də onun kimi etdim. Həzrət (ə) buyurdu: Ey Əban! Hər kəs Allah qarşısında mənif rəftarım kimi təvazökarlıq üzündən əməl edərsə, Allah-taala onun yüz min günahını bağışlayar, ona yüz min savab yazar, həmçinin onun üçün yüz min dərəcə qurar və onun yüz min hacətini rəva edər.111
    90. Həzrət imam Sadiq (ə) buyurub: Nəzər edin ki, sizlərdən biriniz Məkkənin vadisinə endikdə öz köhnə paltarlarınızı geyinin. Çünki qəlbində heç bir təkəbbür olmayan halda Məkkə vadisinə enən şəxs bağışlanar.112
    4. Məkkənin şimalından daxil olmaq:
    91. Ayişə nəql edib ki, həzrət Peyğəmbər (s) Məkkəyə gəldikdə onun şimalından daxil olur və şəhərin cənubundan xaric olub gedirdi.113
    92. Həzrət imam Sadiq (ə) həzrət Peyğəmbəri (s) vəs edərək buyurur: Həzrət Peyğəmbər (s) Məkkənin yuxarısı olan əqəbədən və Mədənilər döngəsindən daxil olur və Məkkənin aşağısı olan Zi Tuvadan xaric olurdu.
    93. Yunis ibni Yəqub nəql edib ki, həzrət imam Sadiq (ə)-a dedim: Mədinədən gələn halda, haradan Məkkəyə daxil olum? Həzrət (ə) buyurdu: Məkkənin yuxarı hissəsindən daxil ol və Mədinəyə getmək üçün xaric olduqda, Məkkənin aşağı (cənub) hissəsindən xaric ol.115
    MƏKKƏDƏN XARİC OLMAQ QAYDALARI
    1. Sədəqə vermək:
    94. Həzrət imam Sadiq (ə) buyurub: Məkkədən xaric olmaq istədikdə, bir dirhəmlik xurma alıb, onu ovuc-ovuc sədəqə ver ki, bu sənin ehram və Məkkədə qaldığın müddətdə günahlarının kəffarəsidir.116
    2. Onun cənubunadn xaric olmaq:
    95. İbni Ömər nəql edib ki, həzrət Peyğəmbər (s) Şəcərə məscidi yolu ilə Mədinədən xaric olub və Müərrəsdən daxil olurdu. Məkkəyə daxil olarkən (şəhərin) şimal tərəfində olan hündürlükdən daxil olur və cənub tərəfin hündürlüyündən xaric olub, gedirdi.117
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 512 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019