İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 7:47 AM

    HƏCCİN SAVABI
    320. Həzrət Peyğəmbər (s) buyurub: Gözəl həccin savabı, behiştdən başqa bir şey deyildir.360
    321. Həzrət Peyğəmbər (s) buyurub: Hər ömrə (əməli) növbəti ömrə (əməlinədək fasilədə olan günahların) kəffarəsi, qəbul olunmuş həccin savabı isə Behiştdir.361
    322. Həzrət Peyğəmbər (s) buyurub: Həcc (əməlini) əncam verən şəxs hər bir «Sübhanəllah», «La ilahə illəllah» və «Allahu əkbər» deməklə ona bir müjdə verilir.362
    323. Həzrət Peyğəmbər (s) hacıların dəvə karvanına baxıb buyurub: Onların götürdüyü hər bir addım üçün savab yazılır və qoyduqları hər bir addım üçün günahlarının bir aradan aparılır. Həcc əməllərini sona yetirdikdən sonra onlara deyilir: Bir ev tikdiniz, beləliklə onu viran etməyin. Keçmiş günahlarınız bağışlanmışdır. Gələcək üçün yaxşı işlər əncam verin.363
    324. Həzrət Peyğəmbər (s) buyurub: Hacılar üç növdür: (Onların arasında) daha çox bəhrə görən (hacı) keçmiş və gələcək günahları bağışlanan və Allahın onu qəbr əzabından saxlayan şəxsdir. Ondan sonra keçmiş günahları bağışlanan şəxsdir ki, ömrünün ardında (yaxşı əməlləri əncam verməyə) başlamalıdır. Ondan sonra isə yalnız ailə və mal-dövləti qorunan şəxsdir.364
    325. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs həcc və ömrə (əməlləri) üçün evindən xaric olarsa, onun hər bir addımı müqabilində yarpağın ağacdan töküldüyü kimi, bədənindən günahları tökülər. Mədinəyə daxil olub, mən ilə salamla görüşdükdə, mələklər (də) onunla salam ilə görüşərlər. Zul-huləyfə daxil olub, qüsl etdikdə, Allah-taala onun günahlarını pak edər. İki ədəd təzə paltar geyindikdə, Allah-taala onun üçün savabları təzələyər.
    «Ləbbəyk əllahummə ləbbəyk» dedikdə, Allah-taala da «Ləbbəyk və sədəyn» ilə onun cavabında buyurar: «Sözünü eşitdim və sənə baxıram». Məkkəyə daxil təvaf və habelə Səfa və Mərva dağları arasında səy etdikdə Allah-taala xeyir əməlləri onun üçün ardıcıl edər. Ərəfat (çölündə) dayanıb, səslər, hacətlər üçün ucaldıqda Allah-taala onlar üçün yeddi asiman mələklərinə fəxr edərək, buyurar: Ey mələklərim və asimanlarımın sakinləri! Hər bir dərin dərə (və uzaq yoldan) toz-torpaq içində mənim yanıma gələn bəndələrimə baxmırsınızmı? (Onlar) pulları xərcləyib, bədənlərini əziyyətə salmışlar. İzzətim və əzəmətimə and olsun ki, onların pis əməl sahibini, yaxşı əməl sahibinə xatir bağışlayıb, günahlardan amanda olduqları kimi, xaric edəcəm.
    Şeytanı daşlayıb, başları qırxaraq Kəbəni ziyarət etdikdə, ərşin daxilindən bir nidaçı belə nida edər: Qayıdın ki, bağışlandınız və (saleh) əməlləri yenidən başlayın.365
    326. Həzrət Peyğəmbər (s) Ənsardan olan bir kişiyə buyurdu: Bil ki, sən həcc yoluna üz tutub, öz miniyinə minərək «Bismillah» deyib, miniyin hərəkət edən vaxt, Allah-taala miniyinin atdığı hər bir addım müqabilində sənə bir savab yazıb, bir günahını aradan aparar.
    Ehram bağlayıb, ləbbəyk dedikdə, Allah-taala hər bir ləbbəyk müqabilində sənin üçün on savab yazıb, on günahı aradan aparar. Allah evini yeddi dəfə təvaf etdikdə, ondan sonra Allahın sənə əzab verməkdən həya etməsi barədə Onun yanında bir əhdin və zikrin olacaqdır.
    İbrahim məqamının kənarında namaz qıldıqda, Allah-taala onun üçün sənə iki min rükət qəbul olunmuş namaz yazar. Səfa və Mərva dağları arasında yeddi dəvə səy etdikdə Allah-taala yanında öz diyarından piyada həccə gələn şəxs kimi savabı nail olacaq və yeddi yüz mömin qulu azad edən şəxs kimi savab qazanacaqsan.
    Günəş batanadək Ərəfatda dayandıqda, günahların səhralar və dəryaların diblərinin qumları qədər olsa belə Allah tərəfindən bağışlanar.
    Xırda daşları «cəmərə»lər vurduqda, Allah-taala hər daşın müqabilində ömrünün ardında on savab yazar. Başını qırxdıqda, Allah-taala hər tükün müqabilində ömrünün davamında bir savab yazar. Qurbanlığını və ya dəvəni kəsdikdə, onun hər damcısı üçün ömrünün ardında bir savabı olacaqdır. Allah evinin ətrafında yeddi dəfə təvaf edib, İbrahim məqamında iki rəkət namaz qıldıqda uca məqamlı bir mələk çiyninə vurub deyər: Keçmiş günahların bağışlandı, indidən qarşında olan yüz iyirmi günədək (saleh) əməllərini yenidən başla.366
    327. Həzrət imam Baqir (ə) buyurub: Həccə (getmək istəyən şəxs) səfər ləvazimatını hazırladıqda, bu yolda onu sona çatdıranadək götürdüyü hər bir addımı üçün Allah-taala ona on savab yazıb, on günahını bağışlayır və onun üçün on dərəcə artırır. Miniyi ilə həccə doğru düzəldikdə, Allah-taala onun hər bir addımı üçün əməllərini sona çatdıranadək o savabı yazır. Əməllərini sona çatdırdıqda, Allah-taala onu günahlarını bağışlayar və Zi-hicc, Məhərrəm, Səfər və Rəbiul-əvvəl aylarında onun üçün savablar yazılar, amma günahları yazılmaz. Böyük bir günah əncam verdikdə isə, günahı yazılar. Bu dörd ay keçdikdən sonra sair camaat kimi olub, onlara qarışmış olar.367
    328. Həzrət imam Sadiq (ə) buyurub: Mömin bəndə həcc niyyəti ilə evindən xaric olduqda, Allah-taala onun miniyinin hər bir addımı müqabilində ona bir savab yazıb, bir günahını aradan aparar və onun üçün bir dərəcə artırar. Ərəfatda dayandıqda, günahları torpaq dənələri qədər olsa belə anasında doğulduğu kimi qayıdar və günahsız olar. Həmçinin ona deyilər: Saleh əməllərini yenidən başla.
    Allah-taala buyurur: Hər kəs tələsib Allah zikrini iki gündə və hər kəs onu təxirə salıb üç gündə əncam verərsə onun üçün heç bir günah yoxdur; təqvalı olanlar üçün.368
    329. Həzrət imam Sadiq (ə) buyurub: Hacılar üç halda həccdən qayıdırlar: Bir dəstə cəhənnəm odundan nicat tapır, bir dəstənin günahları ondan doğulduğu gün kimi paklaşır, bir dəstənin isə yalnız ailə və mal-dövləti qorunur ki, bu da hacının özü ilə gətirdiyi ən az bir şeydir.369
    330. Müştəil Əsədi nəql etmişdir ki, bir dəfə həccə getmişdim. Qayıdarkən Həzrət imam Sadiq (ə)-ın hüzuruna çatdım. Həzrət (ə) soruşdu: Müştəil! Haradan gəlirsən? Ərz etdim: Sənə fəda olum! Həccə getmişdim. Həzrət (ə) buyurdu: Hacını nə kimi savaba maliki olduğunu bilirsənmi? Dedim: Sizdən öyrənirəm. Həzrət (ə) buyurdu: Bəndə bu evin ətrafında yeddi dəfə təvaf etdikdən sonra iki rəkə təvaf namazı qılıb, Səfa və Mərva dağları arasında səy etdikdə, Allah-taala onun üçün altı min savab yazıb, altı min günahını bağışlayar və onun üçün altı min dərəcə artırar. Həmçinin onun altı min dünyaya aid hacətlərini həyata keçirib bu miqdar hacətlərini axirəti üçün saxlayar.
    Dedim: Sənə fəda olum, bu çox böyük savabdır! Buyurdu: Bundan daha çox və böyük olanını sənə deyimmi? Dedim: Bəli. Həzrət (ə) buyurdu: Bir möminin hacətini həyata keçirmək on həccdən üstündür.370
    331. Həzrət imam Sadiq (ə) buyurub: Musa peyğəmbər (ə) həcc əməlini əncam verdikdə Cəbrail (ə) nazil oldu və Musa (ə) ona dedi: ...Düzgün niyyət və halal pul ilə bu evi ziyarət edənin savabı nədir? Cəbrail (ə) Allaha tərəf qayıtdı və Allah-taala həzrət Musa (ə)-a bu sözləri çatdırmağı ona vəhy etdi: Ona de ki, belə bir şəxsi daha uca olan mələkut aləmində peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birgə qərar verərəm və bunlar necə də yaxşı rəfiqlərdir!371
    332. Həzrət imam Sadiq (ə) buyurub: Qəbirdə olan şəxs arzu edir ki, ey kaş dünya və dünyada olanların müqabilində bircə həcc əməlini yerinə yetirmiş olaydı.372
    ARDICIL OLARAQ HƏCCƏ GETMƏK
    1. Hər ildə həccə getməyə təkid olunması:
    333. Əzafir nəql etmişdir ki, imam Sadiq (ə) məndən soruşdu: Hər il həccə getməyinə maneə olan nədir? Dedim: Sənə fəda olum, əyalım buna maneə olur.
    Buyurdu: Ölsən, ailənə kim kömək edəcəkdir? Ailənə sirkə və zeytun yağı yedizdir, amma hər ildə onları həccə apar.373
    334. Həzrət imam Sadiq (ə) İsa ibni Mənsura buyurdu: Duz və çörək yeyib, amma hər il həccə getməyi bacarsan belə et.374
    335. Əbu Həmmam nəql etmişdir ki, həzrət imam Rza (ə)-a dedim: Əlinə pul çatan borclu bir şəxs, o pul ilə borcunu ödəsin yoxsa həccə getsin? Həzrət (ə) buyurdu: Onun bir hissəsi ilə borcunu ödəyib, qalan hissəsi ilə həccə getsin. Dedim: Onun əlinə çatan pul yalnız həcc səfərinin məxarici qədərdir. Həzrət (ə) buyurdu: Bir il borcunu ödəyib, o biri il həccə getsin. Dedim: Bu pul hökumət tərəfindən verilsə necə? Həzrət (ə) buyurdu: Sizin üçün heç bir eybi yoxdur.375
    336. Həzrət imam Sadiq (ə) buyurub: Hər il həccə getməyinizə mane olan nədir? Dedilər: Pulumuz çatmır. Həzrət (ə) buyurdu: Sizlərdən birinizin qardaşı həccə getdikdə, ona bir qurbanlıq pulunu verib, onun tərəfindən yeddi dəfə təvaf edərək qurban kəsməsini istəməsi həmçinin ərəfə günü olduqda ehram paltarlarını geyinərək məscidə gedib günəş batanadək ardıcıl olaraq dua etməyi bacarmırmı?376
    2. Hər ildə həccə getmək üçün dua:
    337. Həzrət imam Səccad (ə) öz duasında belə buyururdu: İlahi! Həcc, ömrə və peyğəmbərinin qəbrini — salavat və rəhmətin ona və əhli-beytinə olsun — ziyarəti ilə həmişə məni diri saxladığın vaxta qədər, bu il və hər il (də) mənə minnət qoy. Bu həcc və ziyarəti məndən qəbul edib, savab almış qərar ver ki, Sənin yanında yad olaraq gizli qalsın.377
    338. Həzrət imam Səccad (ə) belə buyururdu: İlahi! Öz nemət verməyini mənə tamamla ki, Sən nemət verənlərin daha yaxşısısan və ey aləmlərin Pərvərdigarı! ömrünü ardını həcc və ömrə əməllərində Sənin razılığını əldə etmək üçün qərar ver.378
    339. Həzrət imam Sadiq (ə) buyurub: İşa namazının nafiləsini qurtardıqdan sonra belə de: İlahi! Cilvə, ucalıq, gözəllik və əzəmətin (ehtiramına)... Səndən istəyirəm ki, həcc və ömrə əməllərini bu il və hər ildə mənə ruzi edib, gözümü günahdan yumaraq məni iffətli saxlayasan. Həmçinin ruzi genişləndirib, hər bir pislikdən qoruyasan. Ey mehribanların mehribanı!379
    340. Həzrət imam Sadiq (ə) buyurub: Ramazan ayının hər gecəsində belə de: İlahi! Ey Ramazan ayının Pərvərdigarı! Quranın nazil etdiyin və bu ayda bəndələrinə oruc tutmağı vacib etdiyin (ayın Pərvərdigarı!) Məhəmməd və onun Əhli-beytinə salavat göndərib, bu il və hər ildə öz evinin həcci və peyğəmbərin və imamların (ə) qəbrinin ziyarətini mənə ruzi et.380
    341. Həzrət imam Sadiq (ə) və imam Kazim (ə)-dan nəql olunmuşdur ki, Ramazan ayının əvvəlindən sonunadək hər vacib namazdan sonra belə de: İlahi! Bu il və məni diri saxladığın bütün illərdə asanlıq, sağlamlıq və ruzi bolluğu ilə öz evinin həccini mənə ruzi et. Və məni bu dəyərli yerlər, şərafətli hərəmlər və peyğəmbərinin qəbr ziyarətindən uzaq salmayıb, bütün dünya və axirət hacətlərimdə məni üçün ol.
    İlahi! Səndən istəyirəm ki, qədr gecəsində heç vaxt dəyişilməyən təqdir etdiyin və buyurduğun fərmanda məni də öz evinin — həccləri qəbul olunmuş, təlaşlarından təşəkkür edilmiş, günahları bağışlanmış və pislikləri örtülmüş — hacılarından qərar verəsən. Həmçinin hökm verib, təqdir etdiyin (müqəddəratda) ömrünün öz itaəti üçün uzanması, ruzimin çoxalması və əmanət və borcumun məndən əda olunmasını da qərar ver.
    Amin ya rəbbil aləmin.381
    3. Ardıcıl olaraq həccə getməyin nəticələri:
    342. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs dünya və axirəti istəyirsə, bu evin ziyarətinə getsin və Məkkədən qayıdaraq gələn il də həccə getməsini niyyət edən şəxsin ömrü çoxalar.382
    343. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs ardıcıl olaraq həcc və ömrəyə gedərsə, yoxsulluq və qızdırma ona üz gətirməz.383
    344. Həzrət Peyğəmbər (s) buyurub: Həcc və ömrəyə çoxlu getmək, yoxsulluğun qarşısını alır.384
    345. Həzrət imam Sadiq (ə) buyurub: Çoxlu həcc və ömrəyə getmək, yoxsulluq və pis ölmü uzaqlaşdırır.385
    346. Həzrət imam Sadiq (ə) buyurub: Bu (Kəbə) evinin ziyarətinə gedin və Allah evini ardıcıl olaraq ziyarət edin. Çünki, ardıcıl olaraq həccə getməklə dünya giriftarçılıqları və qiyamət qorxuları sizdən uzaqlaşdırılır.386
    347. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs ömründə iki dəfə həccə gedərsə ölənədək həmişə xeyir içində olar.387
    348. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs üç dəfə həccə gedərsə heç vaxt yoxsul olmaz.388
    349. Mənsur ibni Hazim nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan soruşdum: Dörd dəfə həccə gedən şəxsin savabı nədir? Həzrət (ə) buyurdu: Ey Mənsur! Dörd dəfə həccə gedən şəxsə heç vaxt qəbr əzabı çatmayacaqdır.389
    350. Əbu Bəkr Həzrəvi nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan soruşdum: Beş dəfə həccə gedən şəxsin savabı nədir? Həzrət (ə) buyurdu: Hər kəs beş dəfə həccə gedərsə, Allah-taala heç vaxt ona əzab verməz.390
    351. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs on dəfə həccə gedərsə Allah-taala heç vaxt ondan hesab çəkməz.391
    352. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs iyirmi dəfə həccə gedərsə cəhənnəmi görməyəcək və onun səsini eşitməyəcəkdir.392
    353. Həzrət imam Kazım (ə) buyurub: Hər kəs qırx dəfə həccə gedərsə ona deyilər: İstədiyin hər hansı bir şəxsi şəfat et. (Həmçinin) behişt qapılarından biri onun üzünə açılar və beləliklə də o və şəfatə etdiyi şəxslər o qapıdan (behiştə) daxil olarlar.393
    354. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs əlli dəfə həccə gedərsə, Allah-taala behiştdə onun üçün yüz min qəsri olan bir şəhər yaradar ki, hər qəsrdə behişt hurilərindən bir huri və min zövcə olar. Həmçinin belə bir şəxs behiştdə Həzrət Peyğəmbər (s)-ın dostlarından olar.394
    355. Həzrət imam Rza (ə) buyurub: Hər kəs əlli dəfədən çox həccə gedərsə, Həzrət Peyğəmbər (s) və onu canişinləri ilə — Allahın rəhməti onlara olsun — əlli dəfə həccə getmiş bir şəxs kimi olar, həmçinin Allah-taalanın hər cümə günu ziyarət etdiyi şəxslərdan olar və Allahın öz əli (qüdrəti) ilə yaratdığı daha uca behiştə daxil olanlardan olar ki, heç bir göz onu görməmiş və heç bir məxluq ondan agah deyildir.
    Hər kəs çoxlu olaraq həccə gedərsə, Allah-taala hər bir həccin müqabilində ona behiştdə otaqları olan bir şəhər verər ki, hər bir otaqda xalqın heç vaxt onların gözəlliyinin oxşarını görmədiyi üç yüz kənizlə birlikdə olan bir behişt hurisi vardır.395
    4. Ardıcıl olaraq həccə getməyin mənası:
    356. Həzrət imam Sadiq (ə) buyurub: Bir il fasilə ilə həccə gedən şəxs ardıcıl olaraq həccə gedənlərdən sayılır.396
    357. Həzrət imam Baqir (ə) buyurub: Hər kəs üç il ardıcıl olaraq həcc gedib, sonra həccə gedib-getməsə də ardıcıl həccə gedənlər kimidir.397
    358. Rəvayət olunmuşdur ki, şərab tapan halda onu içən şəxs şərabxor adlandığı kimi, imkanı olan şəxs həccə gedən şəxs ardıcıl olaraq həccə gedən sayılır.398
    5. İmkanı olan şəxsin ardıcıl olaraq həccə getməməsinin pisliyi:
    359. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala buyurur: Əcəlini təxirə salıb, ruzisini genişləndirdiyim və sağlamlıq verdiyim, lakin hər beş ildə bir dəfə mənim ziyarətimə gəlməyən şəxs «məhrum»dur.399
    360. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs imkanı olarkən beş il müdddətində Allah evinin həccinə getməsə, şübhəsiz məhrumdur.400
    361. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala buyurur: Ruzisini genişləndirdiyim, amma hər dörd ildə bir dəfə Mənim ziyarətimə gəlməyən şəxs məhrumdur.401
    6. Yenidən həccə gəlmək istəməyənə xəbərdarlıq:
    362. Həzrət Peyğəmbər (s) buyurub: Məkkədən qayıdarkən yenidən həccə getmək qərarına gəlməyən şəxsin əcəl və əzabı şübhəsiz yaxınlaşmışdır.402
    363. Salim ibni Mukrim nəql etmişdir ki, imam Sadiq (ə) ilə birlikdə yol gedirdik ki, yolda yerə endik. Və həzrət (ə) buyurdu: Bu Saqil dağını görürsünüzmü? Yəzid ibni Müaviyə həccdən Şama tərəf qayıdarkən belə bir şer oxuyurdu. Sağ tərəfdə olan Saqil dağını arxada qoyduqda, diri olduğumuz illər boyu bir daha həcc və ömrə üçün gedib qayıtmayacağıq.
    (Elə buna görə də) Allah-taala onu əcəlindən qabaq öldürdü.403
    HƏCC NİYYƏTİNİN SAVABI
    364. Həzrət imam Sadiq (ə) buyurub: hər gah hər ildə həccə getməyə imkanı olan şəxs bir il həccə getməsə yer üzünün mələkləri dağlarda olan mələklərə deyərlər: (Bu il) filankəsin səsini eşitmədik! Onlar deyərlər: «Yaxşı axtarın». Beləliklə axtarır, lakin onu tapa bilmədikdə Allah ərz edərlər: İlahi! Əgər onun (qarşısında olan mane) borcudursa, borcunu ödə, xəstəlikdirsə ona şəfa ver, yoxsulluqdursa onu varlı et, həbsdədirsə onu azad et və əgər bir işdirsə işinə əncam ver.
    Xalq özü üçün, o mələklər isə həccdən qalanlar üçün dua edirlər.404
    365. Ziyad Qəndi nəql etmişdir ki, həzrət imam Kazim (ə)-a dedim: Mən bəzi vaxtlar Məscidul-həramda əyləşərək təvaf edən camaata baxır və (təvaf edə bilmədiyim üçün) qəmgin oluram. Həzrət (ə) buyurdu: Ey Ziyad! Heç bir eybi yoxdur. Mömin həcc niyyəti ilə evindən xaric olduqda (evinə qayıdana qədər) təvaf və səy halında sayılar.405
    HƏCC YOLUNDA ÖLƏN ŞƏXSİN SAVABI
    366. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs ehram halında ölsə, ləbbəyk deyən halda (qəbirdən) qalxacaqdır.406
    367. İbni Abbas nəql etmişdir ki, möhrim bir kişi miniyindən yerə yıxılıb (boynu sındığı üçün) öldü. Həzrət Peyğəmbər (s) buyurdu: Ona su və sidr ilə qüsl verib, ehram paltarı ilə kəfənə bükün və həmçinin onun başı və üzünü örtməyin. Həqiqətən o qiyamət günündə ləbbeyk deyən halda gələcəkdir.407
    368. Həzrət Peyğəmbər (s) buyurub: İstər həcc və ya ömrə (əməlləri) üçün gələn şəxs bu yolda (Kəbə yolunda) ölsə hesab üçün məşhərə gətirilməz və ona belə deyilər: Behiştə daxil ol.408
    369. Həzrət imam Sadiq (ə) buyurub: Həcc və ömrə (əməlləri) axirət bazarlarından ikisidir və onun işçisi Allah pənahındadır. Əgər istədiyinə nail olsa Allah-taala onu bağışlayar, amma (istədiyinə nail olmazdan qabaq) əcəli çatsa onun savabı Allah öhdəsində olar.409
    370. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəsi Məkkə yolunda — istər gedərkən, istərsə də qayıdarkən — ölüm haqlayarsa qiyamət gününün böyük qorxularından amanda qalar.410
    HACININ XÜSUSİYYƏTLƏRİ
    1. Allah hüzuruna çatan:
    371. Həzrət Peyğəmbər (s) buyurub: Üç dəstə Allah hüzuruna çatmışdır: Döyüşçü, hacı və ömrəni əncam verən.411
    372. Həzrət imam Əli (ə) buyurub: Həcc və ömrə (əməllərini) əncam verən şəxs Allah qonağıdır və öz qonağına hörmət etmək isə Allah öhdəsindədir (ki,) öz əfvi ilə ona əcr versin.412
    373. Həzrət imam Həsən (ə) buyurub: Üç nəfər Allah pənahındadır: ...Yalnız Allaha görə həcc və ömrə (əməlləri) üçün (evindən) xaric olan şəxs ki, belə bir şəxs ailəsinə qayıdanadək Allah qonaqlarından sayılır.413
    374. Həzrət imam Səccad (ə) «Risalətul-hüquq»da buyurub: Həccin hüququ onun ilahi dərgaha gəlib günahlardan Ona tərəf qaçmaq, həmçinin tövbənin qəbul olunması və onun vasitəsilə Allahın sənə vacib etdiyi göstərişin yerinə yetirilməsi olduğunu bilməyindən ibarətdir.414
    375. Həzrət imam Sadiq (ə) buyurub: Həcc və ömrə (əməllərini yerinə yetirinlər) Allah qonaqlarıdır. Allahdan bir şey istəsələr, əta edər və Onu çağırsalar icabət edər. Əgər şəfat etsələr, şəfatlərini qəbul edər və əgər sükut edib (bir şey istəməsələr).415
    2. Allah-taalanın qonağı:
    376. Allah-taalanın həzrət Adəm (ə)-a vəhy etdiklərindən biri də bu idi ki, buyurmuşdur: Bəkkə (Məkkə) sahibi olan Allah mənəm. Onun əhalisi Mənim qonşularım, zəvvarları isə Mənim qonaqlarımdır. O (yeri) göy və yer əhli ilə abadlaşdırıram (zəvvarlar) dəstə-dəstə pərişan halda və toz-torpaq içində onun ziyarətinə gəlir, təkbir və ləbbeyk deyən halda Allah dərgahına tərəf nalə edirlər. Beləliklə hər kəs yalnız və yalnız ziyarət niyyəti ilə (ora) gəlsə, Mən ilə görüşmüş və belə bir şəxs Mənim qonağımdır ki, ona öz kəramətlərim ilə hədiyyə verməyim layiqlidir.416
    377. Xalid ibni Ribi nəql etmişdir ki, həzrət Əmirəl-möminin Əli (ə) bir iş üçün Məkkəyə daxil olduqda Kəbənin pərdələrindən asılmış səhrada yaşyan bir ərəbi gördü ki, belə deyirdi: Ey (bu) evin sahibi! Ev sənin qonaq da sənindir və hər bir qonağın öz qonaqlığından bir bəhrəsi vardır. Beləliklə bu gecə bağışlanmağımı mənə nəsib et. Həzrət imam Əli (ə) səhabələrinə buyurdu: Bu ərəbin sözünü eşidirsinizmi? Dedilər: Bəli. Həzrət (ə) buyurdu: Allah-taala öz qonağını rədd etməkdən çox ucadır.417
    378. Həzrət imam Sadiq (ə) buyurub: Həcc və ömrəyə gedən şəxs Allah qonağıdır. Beləliklə o evinə qayıdanadək Allah qonağıdır.418
    379. Həzrət imam Sadiq (ə) Ərafat çölündə belə deyirdi: İlahi! Mən Sənin qonağınam. Beləliklə bu gecə behişti mənim üçün bəhrə qərar ver.419
    380. Həzrət imam Sadiq (ə) bir nəfərin — nə üçün təşriq günlərində oruc tutmaq məkruhdur? — sualının cavabında buyurdu: Çünki xalq (bu günlərdə) Allahın zəvvarı və qonaqlarıdır. Qonaqın isə ziyarətinə getdiyi və onu qonaq etdiyi şəxsin yanında oruc tutması yaxşı deyildir.420
    3. Allah-taalanın zəmanətində olmasıı:
    381. Həzrət Peyğəmbər (s) buyurub: Hacı istər (həccə getdikdə), istərsə də (həccdən) qayıdarkən Allah zəmanətindədir. Beləliklə əgər səfərdə əziyyətə düşüb və ya yorularsa ona görə günahları bağışlanar və atdığı hər bir addımın müqabilində behiştdə min dərəcə yuxarı gedər və üstünü yağan hər bir yağış müqabilində isə bir şəhid savabına nil olar.421
    382. Həzrət imam Sadiq (ə) buyurub: Həcc və ömrə əməllərini əncam verən şəxs, Allah zəmanətindədir. Əgər həccə gedən yolda vəfat etsə, Allah-taala onun günahlarını bağışlayar. Ehram halında ölsə, Allah-taala onu ləbbəyk deyən halda (qəbirdən) xaric edər. Əgər iki hərəmdən (Allah evi və peyğəmbər hərəmi) birində vəfat etsə, Allah-taala onu (əzabdan) amanda qalan dəstə ilə gətirər. Əgər (həccdən) qayıdarkən vəfat etsə, Allah-taala onun bütün günahlarını bağışlayar.422
    383. Həzrət imam Sadiq (ə) buyurub: Həcc və ömrə axirət bazarlarında ikisidir. Hər kəs ardıcıl olaraq həcc və ömrəyə gedərsə, Allahın zəmanətində olar. Əgər onu (diri) saxlasa, öz ailəsinə çatdırar və əgər öldürsə behiştdə daxil edər.423
    384. Həzrət imam Sadiq (ə) buyurub: İmanlı hacının zəmanəti Allah öhdəsindədir. Əgər səfər yolunda ölsə, onu behiştdə daxil edər və əgər onu öz ailəsinə qaytarsa, (evə qayıdrakən) yetmiş gecəyədək onun üçün heç bir günah yazılmaz.424
    385. Kəşb ibni Müaviyə nəql etmişdir ki, imam Sadiq (ə)-a dedim: Sizin şiələriniz deyir ki, həccə gedən şəxsin ailəsi də malı Allah zəmanətindədir və (bu müddətdə) Allah onun ailəsi üzərində canişinidir. Bir halda ki, bəzi vaxtlar həccə gedən şəxsin ailəsi üçün bir sıra hadisələrin baş verdiyini görürük. Həzrət (ə) buyurdu: Əlbəttə Allah-taala onun yetişdiyi işlərində canişini sayılır. Lakin özü hazır olan halda belə qarşısını ala bilmədiyi işlərdə canişini deyildir.425
    4. Duası müstəcabdır:
    386. Həzrət Peyğəmbər (s) buyurub: Üç dua müstəcabdır: Hacının öz ailəsinin qorunması barədə duası, xəstənin duası; — beləliklə ona əziyyət verməyin və darıxdırmağın və məzlumun duası.426
    387. Həzrət Peyğəmbər (s) buyurub: Həcc və ömrə (əməllərini) yerinə yetirənlər, Allahın çağırdığı və onu icabət etdikləri qonaqlarıdır. Onlar Allahdan istəmiş və Allah da onlara əta etmişdir.427
    HƏCCİN NƏTİCƏLƏRİ
    1. Paklıq:
    388. Həzrət Peyğəmbər (s) buyurub: Allah evinin həccinə gedin. Çünki su çirki yuyan kimi, həcc də günahı aradan aparır.428
    389. Həzrət Peyğəmbər (s) buyurub: Ardıcıl olaraq həcc və ömrəyə gedin. Çünki bu iki əməl, dəmirçi kürəsi dəmirin pasını aparan kimi, yoxsulluq və günahları aradan aparır.429
    390. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs həcc əməlini əncam verib, (ehram halında) cinsi yaxınlıq və günah etməsə keçmiş günahları bağışlanar.430
    391. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs yalnız Allahı niyyət edib həcc üçün evindən xaric olsa, Allah-taala onun keçmiş və gələcək günahlarını bağışlayar və dua etdiyi şəxsin haqqında olan şəfaətini qəbul edər.431
    392. Həzrət Peyğəmbər (s) buyurub: Ey camaat! Allah-taala (Mina və Ərəfat) da dayanan hər bir möminin o vaxta qədrə olan keçmiş günahlarını bağışlayır. Həcc (mərasimi) qurtardıqdan sonra əməlləri yenidən (yazılmağa) başlanır.432
    393. Həzrət Peyğəmbər (s) buyurub: İlahi! Hacını və hacının əfv tələb etdiyi şəxsi bağışla.433
    394. Həzrət imam Səccad (ə) buyurub: Həccə gedən şəxs bağışlanmış və behişt ona vacib olmuşdur. (Hacı) əməlini yenidən başlayır, həmçinin onun ailəsi və malı qorunmuşdur.434
    395. Həzrət imam Baqir (ə) buyurub: Hər kəs təkəbbürsüz halda həcc və ömrə niyyəti ilə bu evin ziyarətinə gəlsə, anadan olduğu gün kimi günahsız halda qayıdar. O həzrət (ə) daha sonra bu ayəni oxudu: «Fəmən təəccələ fi yəvməyni fəla ismə ələhy — hər kəs iki gündə tələsərsə, onun üçün heç bir günah yoxdur.»435
    396. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs riyakarlıq və şöhrət qazanmaq üçün deyil, məhz Allaha görə həccə gedərsə Allah-taala hökmən onu bağışlayar.436
    397. Həzrət imam Sadiq (ə) həccin fəziləti barədə buyurub: Bəndə (həcc üçün) evindən xaric olduqda ona xeyir nəsib olur. Məscidul-hərama çatıb, vacib təvafı yerinə yetirir və daha sonra İbrahim məqamına qayıdıb iki rəkət təvaf namazı qıldıqda bir mələk gələrək onun sol tərəfində durur.
    Bundan sonra qayıtdıqda əlini onun çiyinlərinə vurub deyir: Filankəs! Keçmiş günahların bağışlandı, amma gələcəkdə təlaş et.437
    2. Ehtiyatcsızlıq:
    398. Həzrət Peyğəmbər (s) buyurub: Həccə gedin, heç vaxt yoxsul olmayın.438
    399. Həzrət Peyğəmbər (s) buyurub: Həcc və ömrə əməlləri dəmirçi kürəsinin dəmir pasını aradan aprana kimi, yoxsulluğu aradan qaldırır.439
    400. Həzrət Peyğəmbər (s) buyurub: Həccə gedin (ki, həccə getdikdə) varlı olarsınız.440
    401. Həzrət Peyğəmbər (s) buyurub: Ey camaat! Allah evinin həccini yerinə yetirin. Allah evinə daxil olan hər bir alilə varlanır, həccdən boyun qaçıranlar isə yoxsullaşırlar.441
    402. Həzrət imam Əli (ə) buyurub: Allah dərgahına təvəssül edənlərin ən üstünü vasitəsi Allaha və onun peyğəmbərinə iman gətirmək... həmçinin Allah evinin həcci və ömrədən ibarətdir.442
    403. Həzrət imam Səccad (ə) buyurub: Sağlam olmağımız ruzilərinizin genişlənməsi və ailənizin yaşayın məxaricinin təmin olunması üçün həccə və ömrəyə gedin.443
    440. İshaq ibni Əmmar nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-a dedim: Mən hər ildə özüm və ya ailəmdən bir nəfəri öz pulum ilə həccə aparmaq qərarına gəlmişəm. Həzrət (ə) buyurdu: Bu barədə ciddi qərara gəlmisənmi? Dedim: Bəli. Həzrət (ə) buyurdu: Belə etsən mal-dövlətinin çoxalması üçün sənə müjdə olsun.444
    405. İshaq ibni Əmmar nəql etmişdir ki, Həzrət imam Sadiq (ə) buyurdu: Həccə gedən şəxs heç vaxt «imlaq»a giriftar olmaz. Ərz etdim: «İmlaq» nədir? Həzrət (ə) buyurdu: Müflis və yoxsul olmaqdır.445
    3. Nur:
    406. Həzrət imam Sadiq (ə) buyurub: Həccə gedən şəxs, özünü bir günaha bulaşdırmayınca, həccin nuru onunladır.446
    4. Dünya və Axirət xeyri:
    407. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs dünya və Axirət (xoşbəxtliyini) istəyirsən bu evin (ziyarətinə) gəlsin ki, Allah-taala ona (Kəbəyə) üz gətirib, Ondan dünyanı istəyən hər bir bəndəyə dünyadan əta etmiş (və Ondan) axirət istəyən üçünsə zəxirə etmişdir.447
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 609 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019