İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 7:38 AM
    TƏVAF DUASI
    528. Əbdullah ibni Salib nəql etmişdir ki, həzrət Peyğəmbəri (s) Rükni Yəmani ilə qara daşın arasında gördüm ki, belə deyirdi: «Rəbbəna atina fid-dünya həsənəh, vəfil axirəti həsənəh və qina əzabənnar — yəni İlhai! Bizə həm dünya, həm də axirətdə yaxşılıq əta et və bizi cəhənnəmdən saxla».570
    529. İbni Məsud nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Kəbəni təvaf edərkən əlini ona çəkir və belə dua edirdi:
    «İlahi! Ev Sənin evin, biz isə Sənin bəndələrinik. Bizim ixtiyarımız və get-gəlimiz Sənin qüdrət əlindədir. Əgər bizə əzab versən, bu bizim günahlarımıza görə, bizi bağışladıqda isə bu Sənin rəhmətinə görədir. Öz evinin həccini ona tərəf yol və imkanı olana vacib etmisən. Bu yolu bizim üçün qərar verdiyinə görə Sənə həmd olsun. İlahi! Şükr edənlərin savabını bizə ruzi et. 571
    530. Əbdül-əla Təymi nəql etmişdir ki, həzrət Xədicə (ə.s.) dedi: Ey Allahın elçisi! Allah evini təvaf edən halda nə deyim? Həzrət (s) buyurdu: Belə de: İlahi! İşlərimdə olan günahlar, xətalar (ərə) və israfımı bağışla. Çünki, Sən məni bağışlamasan, məni həlak edərsən. 572
    531. Səid ibni Müsəyyib nəql etmişdir ki, həzrət Peyğəmbər (s) rükni yəmaninin yanından keçdikdə belə deyirdi:
    İlahi! Sənə küfr, zəlillik, yoxsulluq və dünya və axitərin zəlillik yerlərindən pənah aparıram. İlahi! Həm dünya, həm də axirətdə bizə yaxşılıq əta edib, bizi cəhənnəm odundan saxla. 573
    532. Osman nəql etmişdir ki, həzrət Peyğəmbərin (s) dövranında bir kişi qara daş ilə rükni yəmani arasında durub belə deyirdi: İlahi! Sən Allah və Rəhmansan və Səndən başqa heç bir məbud yoxdur. Sən Pərvərdigarsan və Səndən başqa ayrı bir Rəbb yoxdur. Sən həmişə öz zatına arxalanan və qəflətə düşməyənsən. Görüləsi və görülməyəsi varlıqları yaradan Sənsən və öyrənməmiş bütün şeyləri bilən Sənsən.
    Həzrət Peyğəmbər (s) onun işindən xəbərdar olub buyurdu: Əgər belə demişdirsə — Allah daha bilicidir — Ona behişt müjdəsi verin və ona deyin ki, o öz qövmü arasında Yasin sahibinin öz qövmü arasında olduğu kimidir. 574
    533. Həzrət imam Sadiq (ə) buyurub: Allah evinin ətrafında yeddi dəfə təvaf edib, təvafde belə de: İlahi! Səni elə bir adınla çağırıram ki, onun vasitəsilə dəryaların sinəsi və yerin yolları ilə yol gedir, ərşin titrəyir və mələklərinin addımları lərzəyə düşür. Həmçinin Musa (ə) onun vasitəsilə Tur vadisi tərəfindən Səni səsləmiş və Sən də ona cavab verərək, öz məhəbbətini onu üçün genişləndirdin. Səni elə bir adla çağırıram ki, ona xatir həzrət Məhəmmədin (s) keçmiş və gələcəyini bağışlayıb, nemətini ona tamaladın. Səndən isətyirəm ki,... (burada istədiyin duaları etməlisən).
    Həmçinin Kəbə qapısını hər dəfə açdıqda, həzrət Peyğəmbərə (s) salavat göndər, həmçinin rükni yəmani ilə qara daşın arasında durub belə deyirsən:
    İlahi! Həm dünya, həm də axirətdə bizə yaxşılıq əta et və bizi od əzabından saxla.
    Həmçinin təvafda de: İlahi! Mən Sənə möhtac, Səndən qorxan və Sənə pənah gətirənəm. Nə cismimi, nə də adımı dəyişdirmə. 575
    534. Həzrət imam Səccad (ə) buyurub: Təvafın yeddinci dövrəsində olarkən Kəbənin arxasında onun qapısı ilə üz-üzə olan mütəəvvəzə (pənah aparılan) yerə gedib belə de: İlahi! Ev sənin evin, bəndə isə Sənin bəndəndir. Və bura Cəhənnəmdən Sənə pənah aparan yerdir. İlahi! Sevinc və açılış Sənin tərəfindəndir.
    Sonra rükni yəmaniyə əl çək və daha sonra qara daşa tərəf gedib təvafı onunla sona yetir. 577
    536. Həzrət imam Səccad (ə) buyurub: Kəbə qapısına çatdığın hər dəfədə həzrət Peyğəmbərə (s) salavat göndərib təvafda belə de: İlahi! Sənə möhtac, Səndən qorxan və Sənə pənah gətirənəm. Adımı və cismimi dəyişdirmə.
    Yeddinci dövrədə Kəbənin axırına rükni yəmaniyə bir az qalmış, müstəcara çatdıqda, əllərini açıb üz və qarnını Kəbəyə yapışdır və daha sonra belə de: İlahi! Ev, Sənin evin, bəndə isə Sənin bəndəndir və bu yer, oddan Sənə pənah gətirənin yeridir. Daha sonra Allah qarşısında öz günahlarına etiraf et. Çünki, Allah-taala bu məkanda, Allah dərgahında öz günahlarına ettiraf edən hər bir mömin bəndəni bağışlayır.
    Həzrət imam Sadiq (ə) öz xadimlərinə buyurdu: Məndən uzaqlaşın ki, Rəbbimin dərgahında əncam verdiyim işlərə etiraf edim.
    İlahi! Sevinc, açılış və afiyət Sənin tərəfindəndir. İlahi! Saleh əməlim azdır, onu çoxalt və mənim işlərimdən agah olub, bəndələrinə isə gizli qalan pis əməllərimi bağışla. Cəhənnəm odundan Allaha pənah aparıb, istədiyin hər hansı bir duanı tələb edirsən. Daha sonra rükni yəmani və qara daş yerləşən rüknə üz tutub, təvafı onunla bitirirsən. Amma bunu bacarmasan heç bir eybi yoxdur.
    Həmçinin belə deyirsən: İlahi! Mənə ruzi verdiyin nemətlərinə qane edib, mənə verdiyin nemətləri bərəkətli qərar ver. 578
    537. Əbdüs-səlam ibni Əbdür-rəhman nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-a dedim: Həm təvaf, həm də Səfa və Mərvə dağları arasında əncam verdiyim) səydə dilimə həzrət Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavatdan başqa heç bir dua gəlmədi. Həzrət (ə) buyurdu: Heç bir istəyi dua edən şəxsə, sənə əta olunmuşdan üstün bir şey əta olunmamışdır. 579
    538. Əhməd ibni Musa ibni Səd nəql etmişdir ki, həzrət imam Rza (ə) ilə birlikdə təvafa məşğul idim ki, rükni yəmaninin qarşısına çatdıqda, o həzrət (ə) dayandı və əllərini yuxarı qaldıraraq belə dedi: Ya Allah! Ey afiyət sahibi! Ey afiyət xaliqi! Ey afiyəti ruzi verən! Ey mənə və bütün bəndələrinə afiyətlə nemət verən, minnət qoyan və yaxşılıq edən! Ey dünya və axirəti mehriban və bağışlayan! Məhəmməd və onun Əhli-beytinə (ə) salavat göndər və bizə dünya və axirətdə afiyət, afiyət davamı, kamalı, həmçinin afiyət üçün şükr etməyi ruzi et. Ey mehribanların mehribanı! 580
    3. Təvaf namazı:
    539. Həzrət imam Baqir (ə) buyurub: Vacib təvafın iki rəkət namazını İbrahim (ə) məqamının kənarından başqa bir yerdə qılmağın layiqli deyildir. Amma müstəhəb təvafın namazını məscidin hər bir yerində istəsən qıla bilərsən. 581
    540. Həzrət imam Sadiq (ə) buyurub: Təvafı qurtardıqdan sonra İbrahim (ə) məqamının yanına gedib, onu öz qarşında qərar verərək iki rəkət namaz qıl. Namazın birinci rəkətində Qul huvəllahu əhəd surəsi, ikinci rəkətində isə Qul ya əyyuhəl kafirin surəsini oxu. Daha sonra təşəhhüdü deyib, Allah üçün həmd və səna de və həzrət Məhəmmədə (s) salavat göndərdikdən sonra Allahdan bu əməllərini qəbul etməsini istə. Bu iki rəkət namazı hər hansı bir saatda qılmağın vacibdir. Amma təvafını əncam verib sona yetirdikdə onu təxirə salma və o iki rəkət namazı yerinə yetir. 582
    541. Həzrət imam Sadiq (ə) buyurub: Vacib təvafın iki rəkət namazından sonra bu duanı oxuyursan: İlahi! Səndən və peyğəmbərindən itaət etdiyim üçün mənə rəhmət göndər. İlahi! Məni öz itaətinin hüdudundan xaric olmaqdan uzaq et və məni özün, peyğəmbərin, mələklərin və saleh bəndələrini sevənlərdən qərar ver. 583
    542. Hüseyn ibni Osman nəql etmişdir ki, həzrət imam Kazim (ə)-ı İbrahim (ə) məqamının qarşısında və Məscidul-həramın kölgələrində iki rəkət vacib təvafın namazını qılan halda gördüm. 584
    543. Həzrət imam Hüseyn (ə)-ı Allah evini təvaf edən halda gördüm ki, o həzrət (ə) təvafdan sonra İbrahim (ə) məqamının yanına gəlib təvaf namazı qıldı. Daha sonra üzünü məqama qoyub ağlamağa başladı və ağlayarkən belə deyirdi: Kiçki bəndən Sənin qapındadır, Səni istəyən və Sənin miskinin hüzurundadır. O həzrət (ə) bu duaları ardıcıl olaraq təkrar edirdi.585
    4. Səfa və Mərvə dağları arasında səy etmək:
    544. Həzrət imam Sadiq (ə) buyurub: Allah yanında heç bir ev səy yerindən sevimli deyildir. Çünki hər bir təkəbbürçü şəxs, orada zəlil olur. 586
    545. Həzrət imam Sadiq (ə) buyurub: Səy, təkəbbürçülərin zəlil edilməsi üçün vacib olmuşdur. 587
    SƏYİN HİKMƏTİ
    Quran:
    «Səfa və Mərvə Allah şüarlarındandır. Beləliklə Allah evinin həcc və ömrə əməllərin əncam verənin onların arasında səyə etməsinin heç bir eybi yoxdur. Hər kəs yaxlışıq əncam versə, Allah şükr edən və biləndir».588
    Hədis:
    546. Həzrət imam Sadiq (ə) buyurub: Səfa və Mərvə arasında səy etmək ona görə vacib olmuşdur ki, Şeytan özünü həzrət İbrahim (ə)-a göstərdi və Cəbrail (ə) da o həzrətə (ə) Şeytana həmlə etməsini göstəriş verdi və beləliklə şeytan qaçdı. Elə buna görə də hərvəl sünnəti qərar verildi. 589
    547. Əliyyinbi Cəfər nəql etmişdir ki, imam Kazim (ə)-dan Səfa və Mərvə arasında səy etməkdən soruşduqda buyurdu: İbrahim (ə)-ın səy etməsi üçün qərar verilmişdir. 590
    SƏYİN QAYDASI
    548. Müaviyətibni Əmmar imam Sadiq (ə)-dan nəql etmişdir ki, həzrət Peyğəmbər (s) təvaf və onun iki rəkət namazını yerinə yetirdikdən sonra buyurdu: Allahın başladığı yerdən başlayıram. Allah-taala buyurur: Səfa və Mərvə Allah şüarlarındandır.
    Həzrət imam Sadiq (ə) buyurdu: Daha sonra həzrət Peyğəmbərin (s) xaric olduğu və qara daşın qarşısında olan qapıdan o vadini vüqarla ötmək üçün Səfa dağına tərəf get, sonra Səfa dağından Kəbəyə baxmaq və qara daş yerləşən rüknə üz tutmaq üçün yuxarı qalx və bundan sonra Allah üçün həmd-səna edib sənə qarşı nemət və yaxşılıqlarını bacardığın qədər say. Sonra yeddi dəfə Allahu əkbər, yeddi dəfə Əlhəmdu lillah və yeddi dəfə La ilahə illəllah zikrlərini deyib, bu duanı üç dəfə oxu:
    «Yeganə Allahdan başqa heç bir məbud yoxdur və onun heç bir şəriki yoxdur. Mülk və sitayiş ona məxsusdur. Dirildir və öldürür və O, heç vaxt ölməyən bir diridir və hər bir şeyə qadirdir. Daha sonra həzrət Peyğəmbərə (s) üç dəfə salavat göndərib, belə de: Allah daha böyükdür. Bizi hidayət və imtahan etdiyi üçün Allaha şükr olsun və həmd-sən öz zatına arxalanan və əbədi Allah üçündür.»
    Sonra üç dəfə de: Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur və Məhəmməd (s) Onun bəndəsi və elçisidir. Ondan başqa heç kimə pərəstiş etmir və müşriklərin xoşuna gəlməsə belə dini onun üçün xalisləşdirmişik.
    Həmçinin üç dəfə de: İlahi! Dünya və axirətdə bizə yaxşılıq əta et və bizi Cəhənnəm əzabından saxla.
    Bundan sonra yüz dəfə Allahu əkbər, yüz dəfə La ilahə illəllah, yüz dəfə Əlhəmdu lillah və yüz dəfə Suhanəllah deyib bunu oxu: Bir olan Allahdan başqa heç bir məbud yoxdur. Vədəsinə əməl etmiş, bəndəsinə kömək etmiş və təklikdə dəstələrə qalib olmuşdur. Mülk və sitayiş təkcə Ona məxsusdur. İlahi! Ölümdə, ondan sonranı mənim üçün bərəkətli qərar ver. İlahi! Qəbrin qaranlıq və vəhşətindən Sənə pənah aparıram. İlahi! Sənin kölgəndən başqa bir kölgə olmayan gündə məni öz ərşinin kölgəsində qərar ver.
    Daha sonra öz dinin, canın və ailəni ardıcıl olaraq Allaha tapşırıb de:
    Dinim, canım və ailəmi, əmanətləri zay etməyən Allaha tapşırıram. İlahi! Məni öz kitabın və peyğəmbərinin davranışı əsasında yaşaydıb, Onun dini əsasında dünyadan apar və məni fitnədən saxla.
    Sonra üç dəfə təkbir deyib, o duanı iki dəfə oxu və yenə də bir dəfə təkbir deyərək o duanı bir daha oxu. Əgər bunların hamısını yerinə yetirə bilməsən, onun bir hissəsini oxu.
    Həzrət imam Sadiq (ə) buyurub: həzrət Peyğəmbər (s) Bəqərə surəsini sakit halda oxunan miqdarda Səfa dağında durdu. 591
    549. Cabir ibni Əbdillah nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Səfa dağında durduqda, üç dəfə təkbir deyir və daha sonra belə buyururdu: Yeganə Allahdan başqa heç bir məmud yoxdur və Onun heç bir şəriki yoxdur. Mülk və sitayiş yalnız Ona məxsusdur və O, hər bir şeyə qadirdir.
    O həzrət (s) bu işi üç dəfə təkrar edərək, duanı oxuyur və bu əməli Mərvə dağında da əncam verirdi. 592
    550. Cabir ibni Əbdillah həzrət Peyğəmbərin (s) həcc hədisini nəql edərək deyir: O həzrət (s) Məscidul-həramın qapısından Səfa dağına tərəf xaric oldu. Səfa dağına yaxınlaşdıqda, «İnnəs-Səfa vəl-Mərvətə min şəairillah» ayəsini oxuyub buyurdu: Allahın başladığı ilə başlayıram. Daha sonra Səfa dağından səy etməyə başlayıb, Allah evini görənədək ondan yuxarı qalxdı. Bundan sonra «La ilahə illəllah» və «Allahu əkbər» deyib buyurdu: Allahdan başqa heç bir məbud yoxdur. Şəriksizdir, mülk və sitayiş yalnız Ona məxsusdur. Dirildir, öldürür və O hər bir şeyə qadirdir. Allahdan başqa heç bir məbud yoxdur. Vədinə əməl etmiş, bəndəsinə kömək olmuş və təklikdə bütün müşrik dəstələri dağıtmışdır. Sonra bu fasilədə dua edib, üç dəfə onu təkrar etdi. Bundan sonra Mərvə dağına tərəf yenə enib ayaqlarını Səfa və Mərvə arasında yerləşən vadiyə qoydu və sonra Mərvə dağına qalxaraq Səfa dağında əncam verdiklərini orada da əncam verdi. O həzrətin (s) təvafını sonu Mərvədə idi. 593
    551. Əliyyibni Noman nəql etmişdir ki, Əmirəl-möminin Əli (ə) Səfa dağına qalxdıqda əllərini qaldırıb belə deyirdi: İlahi! Mənim bütün günahlarımı bağışla və əgər bir daha günah etsəm, Sən yenə də bağışla. Həqiqətən Sən bağışlayan və mehribansan. İlahi! Mənlə özünə yaraşan tərzdə rəftar et. Əgər özünə yaraşan tərzdə mənlə rəftar etsən, məni bağışlayarsan. Amma mənə əzab versən, Sən mənə əzab verməkdən ehtiyacsız, mən isə Sənin rəhmətinə möhtacam. Ey rəhmətinə möhtac olduğum! Mənə rəhm et! İlahi! Mənə layiq olduğum tərzdə rəftar etmə ki, əgər belə etsən, mənə zülm deyil, əksinə əzab verəcəksən. Elə bir haldayam ki, Sənin ədalətindən qorxur, lakin zülmdən qorxmuram. Ey zülmsüz ədalətli! Mənə rəhm et. 594
    552. Məhəmməd ibni Əmr ibni Yəzid öz dostlarının birindən nəql etmişdir ki , imam Kazim (ə) Səfa və ya Mərvə dağlarının üstündə olarkən o həzrətin (ə) arxasında idim və həzrət (ə) bu iki sözdən artıq bir şey demirdi: İlahi! Səndən hər bir halda özünə olan hüsnü-zənn (yaxşı güman) və Sənə təvəkkül etməkdə düzgün niyyət istəyirəm. 595
    553. Həzrət imam Sadiq (ə) buyurub: Mal-dövlətinin çoxalmasını istəyən hər bir şəxs, Səfa və Mərvə dağlarında durmağı uzatsın. 596
    554. Həzrət imam Sadiq (ə) buyurub: Yorulduqdan başqa hallarda Səfa və Mərvə dağları arasında oturma. 597
    SƏYİN SAVABI
    555. Həzrət Peyğəmbər (s) buyurub: Həcc əməlini əncam verən şəxs, Səfa və Mərvə arasında səy etdikdə günahlarından xaric olur. 598
    556. Həzrət imam Səccd (ə) buyurub: Mələklər, Səfa və Mərvə arasında səy edən şəxsə şəfatə edər və şəfaətləri qəbul olunar. 599
    5. Təqsir:
    557. Həzrət imam Sadiq (ə) buyurub: Təməttö ömrəsində olduqda səyi sona çatdırdıqdan sonra başının ətrafı və saqqalının tüklərindən azalt və buğundan da bir hissəsini alıb dırnaqlarını tut. Onun bir miqdarını isə həccin üçün saxla. Belə etdikdə ehramdan — ehram bağladığın bütün işlərdən xaric olmusan. Beləliklə istədiyin qədər Kəbə ətrafında müstəhəb təvaf əncam ver.600
    558. Həzrət imam Sadiq (ə) buyurub: Mütəməttti təvafı odur ki, Kəbəni təvaf edib Səfa və Mərvə arasında səy etsin. Həmçinin öz tükünü azaltsın. Belə etdikdə isə ehramdan xaric olmuşdur. 601
    559. Həzrət imam Sadiq (ə) buyurub: Allah evinin ətrafında yeddi dəfə təvaf et, İbrahim (ə) məqamının yanında iki rəkət namaz qılıb, Səfa və Mərvə arasında səyi əncam ver və öz tükündən azalt. Tərviyə günü çatdıqda isə üsl edib, həcc üçün ehram bağlayaraq xalq kimi əncam ver. 602
    TƏMƏTTÖ HƏCCİNİN VACİB ƏMƏLLƏRİ
    1. Ehram:
    560. Həzrət imam Sadiq (ə) buyurub: Adəm (ə) tövbə etməyə məmur olduqda Cəbrail (ə) ona dedi: Ey Adəm! Qalx ayağa. Beləliklə təviyə günündə onu çölə gətirərək qüsl verib, ehram bağlamasını göstəriş verdi... Zi-hiccə ayının səkkizinci günü olduqda, Cəbrail (ə) onu Minaya tərəf çölə gətirdi və gecə orada qaldı. Sübh açılanda onu Ərəfat çölünə tərəf gətirdi. Onu Məkkədən çölə gətirdikdə ehram bağlamaq və ləbbəyk deməyi ona öyrətdi və Ərəfə günü zöhr çağı ləbbəyk deməyi saxladı. 603
    561. Həzrət imam Sadiq (ə) buyurub: Təməttö ömrəsini əncam verən şəxs... tərviyə günü həcc üçün ehram bağlamalıdır. 604
    562. Həzrət imam Sadiq (ə) buyurub: Tərviyə günü çatdıqda, Əqiq vadisinin əməllərinin yerinə yetirir və daha sonra rükn ilə ehram arasında həcc ehramı bağalyırsan. Bundan sonra ərəfat və məşər çöllərində dayanıb şeytanları daşlamaq, qurban kəsmək, ehram paltarlarını bədənindən çıxarmaq və qüsl edib, Allah evini ziyarət edənədək möhrim sayılırsan. Amma bunları əncam verdikdə ehram halından xaric olursan. 605
    563. Həzrət imam Sadiq (ə) buyurub: Tərviyə günü möhrim olmaq istədikdə ehram halında əncam verdiyin işləri yerinə yetir. Buğunu azaldıb, dırnaqlarını tut, övrətində tük olduqda onları və habelə qollarının altını təmizlə və habelə qüsl edərək ehram paltarlarını geyinib, Məscidul-hərama get. Ehramdan q qabaq orada altı rəkət namaz qılıb dua edərək Allahdan kömək istə və belə de: İlahi! Həccə getmək istəyirəm. Onu mənim üçün asanlaşdır. Mənim üçün etdiyin və Öz təqdirin ilə saxladığın hər bir yerdə məni ehramdan xaric et.
    Sonra belə de: Tük, dəri, ət və qanımı Sənə görə qadınlar, paltarlar və gözəl ətirlərdən çəkindirir və bu işimlə yalnız Səni və axirət evini istəyirəm. Məni getməkdən saxladığın hər bir yerdə və müqəddər etdiyin o müqəddəratınla ehramdan xaric et. Daha sonra ehram vaxtında dediyin kimi, Məscidul-həramdan başlayaraq ləbbəyk de və belə deyirsən: Ləbbəyk bihəccətin təmamuha və bəlağuha ələyk.
    Sonra zöhr çağı Minaya gedə bilsən belə et. Amma buna imkanın çatmadıqda Tərviyə gününün sənə asan olan hər bir vaxtında onu əncam ver.606
    2. Ərəfat çölündə dayanmaq:
    ƏRƏFATA GETMƏYİN QAYDALARI
    564. Ubəydullah ibni Əli Hələbi nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan soruşdum: Nə üçün tərviyə gününə tərviyə deyilir? Həzrət (ə) buyurdu: Çünki Ərəfatda su yox idi və hacılar su içmək üçün Məkkədən su gətirir və bir-birinə deyirdilər. Su götürdünüz? Elə buna görə də o gün tərviyə adını aldı.607
    565. Həzrət imam Sadiq (ə) buyurub: Tərviyə günü ona görə tərviyə adlanmışdır ki, Cəbrail (ə) belə bir gündə həzrət İbrahimə (ə) dedi: Etiraf et və öz ibadətlərinlə tanış ol. Elə buna görə də o gün Ərəfə günü adlandı. Daha sonra ona dedi: Məşərə yaxınlaş — və buna görə də o yer Müzdələfə adlandı.608
    566. Məhəmməd ibni Müslim nəql etmişdir ki, həzrət imam Baqir (ə)-dan soruşdum. Həzrət Peyğəmbər (s) tərviyə günü zöhr namazını Minada qılmışdırmı? Həzrət (ə) buyurdu: Bəli, hətta sübh namazını da Ərəfə günündə Minada qılmışdır.609
    567. Həzrət imam Sadiq (ə) buyurub: Tərviyə günü olduqda həcc üçün ehram bağla və əgər imkanın olsa, zöhr namazını Minada qıl.610
    568. Həzrət imam Sadiq (ə) buyurub: İmamın tərviyə gününün zöhr namazını Minada qılması, Ərəfə gecəsini Minada yatması və Ərəfə gününün sübha çağı günəş çıxdıqdan sonra Minadan Ərəfəyə getməsi layiqlidir.610
    569. Həzrət imam Sadiq (ə) buyurub: Tərviyə günü olduqda Alahın istəyi ilə qüsl et və daha sonra ehram paltarlarını geyinib ayaqyalın və habelə vüqarlı və sakit halda Məscidul-hərama daxil ol.
    Sonra İbrahim (ə) məqamı və ya Hicri İsmail (ə)-da iki rəkət namaz qılıb, zöhrə qədər orada əyləş. Vacib olan zöhr orada qılıb, namazdan sonra Şəcərə məscidində ehram bağlayarkən dediklərin de. Sonra vüqar və sakitliklə həcc ehramını bağlayıb yola düş və Rədmdən qabağa çatdıqda ləbbəyk de. Rədmin özünə çatıb Məkkə düzənliyinə üz gətirdikdə Minaya çatanadək uca səslə ləbbəyk de. 611
    570. Həzrət imam Sadiq (ə) buyurub: Minaya üz tutduqda belə de: İlahi! Yalnız Sənə ümid edir və yalnız Səni çağırıram. Beləliklə məni arzuma çatdırıb əməlimi saleh et. 612
    571. Həzrət imam Sadiq (ə) buyurub: Minaya çatdıqda belə de: Pərvadigara! Bu Mina və mənə minnət qoyduğun ibadətlərdən biridir. Səndən istəyirəm ki, peyğəmbərlərinə minnət qoyduğun nemətlərlə mənə də minnət qoyasan. Həqiqətən mən Sənin bəndən və Sənin ixtiyarındayam... 613
    Həzrət (ə) daha sonra buyurdu: Minanın həddi Əqəbədən Müsəhər vadisinə qədərdir. 614
    ƏRƏFATIN ADLANMA SƏBƏBİ
    572. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə)-dan Ərəfatın adlanma səbəbini soruşduqda, o həzrət (ə) buyurdu: Cəbrail (ə) həzrət İbrahimi (ə) Ərəfə günü çölə apardı və zöhr çağı olduqda ona dedi: Ey İbrahim! Günahlarına etiraf et və ibadətlərini tanı. Elə buna görə də o yer Ərəfat adlandı. Çünki, Cəbrail (ə) dedi: Etiraf et və o da etiraf etdi. 615
    ALLAHIN ƏRƏFAT ƏHALİSİNƏ FƏXR ETMƏSİ
    573. Həzrət Peyğəmbər (s) buyurub: Ərəfənin gün batan çağı Allah-taala Ərəfinin əhalisi vasitəsilə mələklərə fəxr edib, buyurur: Mənim bəndələrimə baxın! Onlar pərişan və toz-torpaq içində olarkən Mənim yanıma gəlmişlər. 616
    574. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala Ərəfat əhalisinə nemət vermiş və onların vasitəsilə mələklərə fəxr edərək buyurur: Ey mələklərim! Bəndələrimə baxın ki, hər bir uzaq yoldan pərişan və toz-torpaq içində olaraq gəlmişlər. Sizi şahid tuturam ki, onların dualarını müstəcab edib, hacətlərini həyata keçirib və yaxşı əməl sahiblərinə görə günahlarını bağışladım. Habelə öz aralarında olan haqqun-nasdan başqa yaxşı əməl sahiblərinin istədiyi hər bir şeyi onlara əta etdim. 617
    575. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala Ərəfə günündən başqa heç bir gün kimi bəndələri cəhənnəm odundan azad etmir. Həqiqətən Allah-taala yaxınlaşıb, mələklərinə fəx edərək buyurur: Bunlar nə istəyirlər. 61
    ƏRƏFATIN ƏHƏMİYYƏTİ
    576. Həzrət Peyğəmbər (s) buyurub: Həcc ərəfatdır, həcc ərəfatdır, həcc ərəfatdır. Mina günləri üç gündür: Beləliklə hər kəs iki gündə tələsərsə, onun üçün heç bir günah yoxdur və hər kəs onu təxirə salarsa, onun üçün də heç bir günah yoxdur. Hər kəs fəcr açılışından qabaq Ərəfədə olarsa, həcci dərk etmişdir. 619
    577. Əbdürrəhman ibni Yəmur nəql etmişdir ki, Ərəfatda Yəmən xalqından bir dəstəsi həzrət Peyğəmbərin (s) hüzuruna gələrək sual soruşdular: Həzrət (s) də bir nəfərin xalqa bu sözləri çatdırmasını göstəriş verdi ki: Həcc Ərəfədir. Gecə çağı fəcr açılışından qabaq Məşərul-hərama gələn şəxs həcci dərk etmişdir. Mina günləri üç gündür. Beləliklə hər kəs iki gündə tələsərsə, onun üçün heç bir günah yoxdur və hər kəs onu təxirə salarsa, onun üçün də heç bir günah yoxdur. 620
    ƏRƏFATDA DAYANMAQ QAYDASI
    578. Həzrət Peyğəmbər (s) buyurub: Ərəfatın bir yeri movqif (dayanacaq yeridir). Beləliklə Ürnənin (Ərəfada olan yerin) daxilindən yuxarı qalxın. 621
    579. Həzrət imam Sadiq (ə) buyurub: Ərəfatın bütün yeri dayanacaq yeridir, dayanmaq üçün daha yaxşı yer isə dağın ətəyidir. 622
    580. Həzrət imam Sadiq (ə) buyurub: Dağın sol tərəfində dayan. Çünki həzrət Peyğəmbər (s) Ərəfatda olarkən dağın sol tərəfində dayanmışdır. Həzrət Peyğəmbər (s) orada dayandıqda, camaat dəvənin endiyi yerə hücum çəkib, onun ətrafında dayandılar. Peyğəmbər (s) öz dəvəsini uzaqlaşdırdıqda, onlar da belə etdilər. Daha sonra buyurdu: Ey camaat! Mənim dəvəmi dayandığı yer dayanacaq yeri deyil, əksinə bu yerin hamısı dayanacaq yeridir və əli ilə dayanacq yerinə işarə etdi. O həzrət (s) Müzdələfədə də belə etmişdir.
    Beləliklə boş gördüyün hər bir yeri özün və yüklərinlə doldur. Allah-taala bu yerlərin dolu olmasını sevir. Həmçinin hündürlüklərə və Əraka getməkdən pəhriz et. 623
    581. Həzrət imam Sadiq (ə) buyurub: Ərəfatda dəstəmazsız halda dayanmaq layiqli deyildir. 624
    582. Həzrət imam Sadiq (ə) buyurmuşdur ki, Əmirəl-möminin Əli (ə)-dan nə üçün Ərəfatda hərəmdən çöldə dayanmaq hərəmdə dayanmamaq kimi sayılmır? Həzrət (ə) buyurdu: Çünki Kəbə Allah evinin daxilində yerləşir, hərəm isə evin özüdür. Hacılar Allaha tərəf üz gətirdikdə, onları öz dərgahına yalvarıb, naləetsin deyə, qapısı ağzında saxlayır. 625
    583. Həzrət Peyğəmbər (s) buyurub: Məndən qabaqkı peyğəmbərlərin duası olan Ərəfə gününün duasını sənə öyrədimmi? Əli (ə) buyurdu: Bəli. Həzrət (s) buyurdu: Belə deyirsən: Yeganə və şəriksiz Allahdan başqa bir məbud yoxdur. Mülk və sitayiş Ona məxsusdur. Dirildir, öldürür və O heç vaxt ölməyən diridir. Xeyir Onun əlindədir və O hər bir şeyə qadirdir. İlahi! Səna, Özünün dediyin kimi, bizim dediyimizdən üstün və başqalarının dediyindən daha uca olaraq Sənə məxsusdur. İlahi! Namaz və ibadətim, ölüm və Sənə görə üz döndərdiyim, güc və qüvvəm Səndəndir. İlahi! Yoxsulluq, daxili vəsvəsələr, işin qarışıqlığı və qəbr əzabından Sənə pənah aparıram. İlahi! Ən üstün nəsimləri Səndən tələb edir və tufanların gətirdiyi şərlərdən Sənə pənah aparır, Səndən gecə və gündüz xeyrini istəyirəm. İlahi! Qəlb, qulaq, göz, ət, qan, sümüklər və damarlarım, həmçinin əyləşmək və durmaq yerlərim və habelə daxil və xaric olmağım da nur və işıqlıq qərar ver və Səninlə görüşdüyüm gündə nurumu çox et ki, həqiqətən Sən hər bir şeyə qadirsən. 626
    584. Həzrət Peyğəmbər (s) buyurub: Ərəfə gününün axşam çağında bu duanı oxuyan şəxsin günaha dəvət etməyib və ya sileyi-rəhimi kəsməyincə duası müstəcabdır. Ərşi asimanda olan Allah münəzzəhdir. Qədəmgahı yerdə olan Allah münəzzəhdir. Yolu dənizdə olan Allah münəzzəhdir. Hökm və qəzavəti qəbrlərdə olan Allah münəzzəhdir. Behiştdə rəhməti olan Allah münəzzəhdir. Hökmranlığı cəhənnəmdə olan Allah münəzzəhdir. Ruhu havada olan Allah münəzzəhdir. Asimanı ucaldan Allah münəzzəhdir. Yeri genişləndirən Allah münəzzəhdir. Ondan yalnız Özünə tərəf qurtuluş yolu olmayan Allah münəzzəhdir. 627
    585. Həzrət imam Sadiq (ə) buyurub: . Həzrət Peyğəmbər (s) Ərəfatda dayandı. Günəş batmaq istədikdən qabaq belə dua etdi: İlahi! Yoxsulluq, işin qarışıqlığı, gecə və gündüzdə qarşıya çıxan pis işlərdən Sənə pənah aparıram. Zülmümü Sənin əfvin pənahına, qorxumu isə Sənin amanın pənahına gətirmişəm. Zəlilliyimi Sənin izzətinə sığındırmış, fani çöhrəmi isə Sənin əbədi zatının pənahında qərar vermişəm. Ey daha yaxşı istənilən! Ey daha yaxşı bağışlayan! Rəhmət və afiyət libasını mənə geyindir və bütün məxluqlarının şərrini məndən qaytar. 628
    586. Həzrət imam Sadiq (ə) buyurub: Sübh çağı Ərəfata tərəf getdikdə, yol gedən halda belə de:
    İlahi! Sənə tərəf üz gətirmiş, Sənə arxalanmış və Səni istəmişəm. Səndən bu köçməyimi bərəkətli etməyin, hacətimi həyata keçirməyin və məni bu gün fəxr etdiyin və məndən daha üstün olanlardan qərar verməyini istəyirəm. Daha sonra Ərəfata doğru gedən halda ləbbəyk deyirsən. 629
    587. Həzrət imam Sadiq (ə) buyurub: Xalq ərəfatda dayanır və günəş batanadək dua edib, rəğbət göstərir və bacardıqları qədər Allahın fəzli və rəhmətindən istəyirlər. 630
    588. Əbu Bilal Məkki nəql etmişdir ki, imam Sadiq (ə)-ı Ərəfatda gördüm ki, özü ilə əlli ədəd tum gətirmiş və «Qur huvəllahu əhəd» surəsi ilə namaz qılırdı. O həzrət (ə) «Qul huvəlləh» surəsi ilə yüz rəkət namaz qılıb onu Ayətəl-kürsi ilə sona yetirdikdən sonra soruşdum: Sənə fəda olum! Sizlərdən heç biriniz bu yerdə namaz qılan halda görməmişəm. Həzrət (ə) buyurdu: Buraya gələn bütün peyğəmbər və peyğəmbər canişinləri namaz qılmışdır. 631
    589. Həzrət imam Sadiq (ə) buyurub: Qəlbin dua etmək üçün hazır və asudə olsun deyə namazını tez və bir-birinin ardınca qılırsan. Çünki, o gün dua və istək günüdür. Sakit və vüqarlı halda dayanacaq yerinə gələrək Allaha həmd və səna edir, La ilahə illəllah, ləbbəyk və səna de. Həmçinin yüz dəfə Allahu əkbər, Əlhəmdu lillah və Subhanəllah zikrlərini deyib, yüz dəfə «Qulhuvəllah» surəsini oxu. Daha sonra istədiyin qədər dua və təlaş et. Çünki o gün dua və istək günüdür. Qovulmuş şeytanın şərrindən Allaha pənah apar. Çünki şeytanın sənə qəflət salmaq üçün daha sevimli yer oradır. Belə ki, xalqa tamaşa etməkdən pəhriz edib, özünə məşğul ol və dualarından biri də bu olsun.
    İlahi! Mən Sənin bəndənəm, məni daha məhrum olan qonaqlarından qərar vermə və uzun yoldan gəldiyimə görə mənə rəhm et. Həmçinin dualarından biri də bu olsun:
    İlahi! Ey bütün ibadətgahların Rəbbi! Cəhənnəm odundan məni xilas edib, ruzimi genişləndir, həmçinin cinə və insan azğınlarının şərrini məndən uzaqlaşdır.
    Habelə deyirsən: İlahi! Mən ilə hiylə yolu ilə rəftar etmə və məni tədriclə cəzalandır.
    Həmçinin deyirsən: İlahi! Səni qüdrət, kərəm, böyüklük, minnət və ehsanınla çağırıram. Ey eşidənlərin eşidəni! Ey görənlərin görəni! Ey hesab edənlərin daha tez hesab edəni! Və ey mehribanların mehribanı! Məhəmməd və onun Əhli-beytinə salavat göndər və mən ilə... (hacətlərini istəyirsən).
    Başını göyə qaldıran halda belə deyirsən:
    İlahi! Hacətim Sənin dərgahınadır. O elə bir hacətdir ki, əgər onu əta etsən başqa hacətlərimi rədd etməyin ziyansızdır. Amma onu həyata keçirməsən, başqa hacətlərimi rəva etməyin faydasızdır. Mən Səndən cəhənnəmdən xilas olmağı istəyirəm.
    Dualarında belə deyirsən: İlahi! Mən Sənin bəndən və qulunam. İxtiyarım Sənin əlində, əqlim isə Sənin elminə bağlıdır. Səndən Sənin məndən razı qalmağına səbəb olanları istəyirəm. Mənə tövfiq verib ibadətlərimi — dostun İbrahim (ə) və peyğəmbərin Məhəmmədə (s) göstərib, istiqamətləndirdiyin ibadətlərimi — qəbul et.
    Həmçinin dualarında belə deyirsən:
    İlahi! Məni əməllərini qəbul etdiyin, ömürlərini uzatdığın və ölümdən sonra gözəl həyatla diriltdiyin bəndələrdən qərar ver.
    Ərəfə gecəsini qul azad etməklə, sədəqə verəmklə keçmirməyin müstəhəbdir.632
    590. Həzrət imam Sadiq (ə) buyurub: Ərəfə günü günəş batanda belə de:
    İlahi! Bu dayanmağımı burada son dayanış qərar vermə və olduğum müddətdə mənə ruzi ver. Bu gün məni səadətə nail olmuş, arzusuna çatmış, duası müstəcab olmuş və bağışlanmış halda qonaqlar və zəvvarlarının hər birinin qayıtdığı ən yaxşı bir halda evimi qaytar.
    Bu gün məni ən hörmətli qonaqlarından qərar verib, onlara verdiyin ən üstün xeyir, bərəkət, rəhmət, razılıq behişt və məğfirətini mənə əta et. Ailəm və — istər az, istərsə də çox olan — mal-dövlətimə tərəf qayıdışımı bərəktəli edib, onlara da mənə nisbət bərəkət ver.
    Beləliklə Ərəfatdan getmək istədikdə sakit və vüqarlı olub, bir çox adamların bu dağ və düzənlikdə əncam verdikləri tez-tez getməyi tərk et.633
    591. Əbu Yəhya Zəkəriyya Movsili nəql etmişdir ki, həzrət imam Kazim (ə)-dan soruşdum: Ərəfada dayanmış bir kişiyə Allahı çağırıb dua etməzdə qabaq, atası və ya övladlarından birinin ölüm xəbəri çatdığı üçün ağlayıb dua etməkdən qalır və daha sonra Ərəfadan çıxıb gedir.
    Həzrət (ə) buyurdu: Onun öhdəsində heç bir şey yoxdur, amma pis iş görmüşdür və Allahdan bağışlanmağını istəməlidir. Lakin o, Allaha görə səbr etsəydi, Ərəfadan çıxıb gedərkən orada onların savab əməllərindən bir şey azalmadan onların bütün savablarını özü ilə aparardı.634
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 544 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019