İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 7:06 AM
    DÖRDÜNCÜ FƏSİL
    HƏCCİN QAYDALARI
    HƏCC MÖVSÜMÜ ÇATMAZDAN QABAQ LAYİQLİ OLAN İŞLƏR
    1. Hazırlıq:
    Quran:
    «Həcc müəyyən aylardadır. Beləliklə bu aylarda həcci özünə vacib edən hər bir şəxs bilməlidir ki, həccin əsnasında cinsi yaxınlıq, günah və çəkişmə rəva deyildir. Allah sizin əncam verdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, həqiqətən ən yaxşı azuqə pəhrizkarlıqdır. Va ey ağıl sahibləri! Məndən təqvalı olun».716
    Hədis:
    667. Həzrət imam Əli əleyhissalam buyurub: Həccə getmək istədikdə hər şeydən qabaq sizi səfərdə qüvvələndirən şeyləri alın. Çünki Allah-taala buyurur: «Xaric olmaq niyyətində olduqda, onun üçün imkanat hazırlasınlar». (Tövbə/46).
    668. Həzrət imam Sadiq əleyhissalam İsəbni Mənsura buyurdu: Ey İsa! Allahın səni iki həcc arasında olan fasilədə həcc üçün hazırlaşan halda görməyini sevirəm.718
    669. Həzrət imam Sadiq əleyhissalam buyurub: Sizlərdən biri pul qazandıqda, ondan bir miqdarını götürüb kənara qoyaraq «bu həcc üçündür» deyərsə, habelə bir daha pul qazandıqda ondan bir hissəsini götürüb, kənara qoyaraq «bu həcc üçündür» desə həcc mövsümü çatdıqda onun səfər xərci əlində hazır olar və Allah-taala da onun üçün həcc səfərini müqəddər edər və o şəxs həccə gedər. Amma sizlərdən bəzisi pul qazandıqda, onu xərcləyir və həcc mövsümündə səfər üçün sərmayəsindən götürmək istəyərkən çətinliklə üzləşir.719
    670. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həccə getmək qərarına gəlib, onun üçün hazırlaşan, amma həccdən məhrum olan şəxs bir günaha görə həccdən məhrum olmuşdur.720
    2. İxlas:
    671. Həzrət Peyğəmbər (s) buyurub: Xalq üçün elə bir zaman gələcəkdir ki, o zamanda həcc əməli padşahlar, hakimlər üçün istirahət, varlıların həcc ticarəti, yoxsulların həcci isə istək olacaqdır.721
    672. Həzrət Peyğəmbər (s) buyurub: Xalq üçün elə bir zaman gələcəkdir ki, ümmətimin varlıları istirahət, orta vəziyyətdə olanları al-ver, yoxsulları istək, qariləri isə riyakarlıq üçün həccə gedərlər.722
    673. Ənəs ibni Malik nəql etmişdir ki, həzrət Peyğəmbər (s) köhnə imkanat və qiyməti dörd dirhəm olan və ya olmayan bir qətifə ilə həcc əməlini əncam verib buyurdu: İlahi! Bu elə bir həccdir ki, onda heç bir riyakarlıq və şöhrəttələblik yoxdur.723
    674. Həzrət imam Baqir əleyhissalam buyurub: . Həzrət Peyğəmbər (s) öz yükünü miniyinin üstünə qoyaraq buyurdu: Bu elə bir həccdir ki, onda heç bir riya və şöhrət tələblik yoxdur.724
    675. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həcc iki növdür: Allaha görə əncan verilən həcc və xalqa görə əncam verilən həcc. Beləliklə hər kəs Allaha görə həcc əməlini əncam versə, Allah-taala behişti onun savabı olaraq qərar verər. Xalq üçün həccə gedən şəxsin qiyamət günündə savabı isə xalqın öhdəsindədir.725
    3. Tələsmək:
    676. Həzrət Peyğəmbər (s) buyurub: Həccə getmək istəyən hər bir kəs tələssin. Çünki o, bəlkə də xəstələnər, yolu itirər və ya onun üçün bir iş maneə qarşıya çıxar.726
    677. Həzrət Peyğəmbər (s) buyurub: Məkkəyə getmək üçün tələsin. Çünki heç kim qarşısına nə çıxacağını — xəstələnmək və ya başqa bir işin olduğunu bilmir.727
    4. Həcc əməllərini öyrənmək:
    Quran:
    «Pərvərdigara! Bizi Öz fərmanına təslim olanlardan qərar verib, bizim nəslimizdən də Özünə təslim olan bir ümməti vücuda gətir. Və bizim dini qaydalarımızı bizə göstərib, bizi bağışla ki, həqiqətən Sən tövbələri bağışlayan və mehribansan».728
    Hədis:
    678. Həzrət Peyğəmbər (s) buyurub: Öz əməllərinizi öyrənin. Çünki o dininizin bir hissəsidir.729
    679. Zurarə nəql etmişdir ki, imam Sadiq (ə)-a ərz etim: Sizə fəda olum, mən qırx ildir ki, sizdən həcc haqqında soruşur, siz isə mənə fətva verirsiniz! Həzrət (ə) buyurdu: Ey Zurarə! Adəm (ə)-dan iki min il qabaq ziyarət olan bir evin məsələlərinin qırx il ərzində qurtarmasını istəyirsənmi?730
    680. İbni Ömər nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Tərviyə günündən bir gün qabaq xalq üçün xütbə oxuyaraq, həcc əməllərindən onlara xəbər verdi.731
    681. Məhəmməd ibni İbrahim səhabələrin birindən nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Minada xalqın əməllərini onlara öyrədib buyurdu: Allah-taala bizim qulaqlarımızı açıb, eşidən qərar verdi və beləliklə də öz yüklərimizin yanında olan onun sözünü eşidirik. Dedi: Mühacirlər «Mühacirlər» dərəsi, Ənsar isə «Ənsar» dərəsində və camaat da öz yerlərində yerə endilər. O həzrət (s) xalqa həcc əməllərini öyrədərək buyurdu: Barmaqla qum atan kimi cəmərəyə daş vurun.732
    682. Huzeyfə nəql etmişdir ki, həzrət Peyğəmbər (s) müəzzinələrə göstəriş verdi ki, aşağı və hündür məntəqələrin arasında belə desinlər: Həzrət Peyğəmbər (s) bu il xalqa həcci başa salıb, əməllərini onlara öyrətmək, həmçinin onlar üçün sünnə olsun deyə həccə getmək qərarına gəlmişdir.
    Beləliklə də müsəlman olanların hamısı hicrətin onuncu ilində öz mənfətlərinə şahid olub, Peyğəmbərdən (s) həcc əməllərini öyrənmək üçün o həzrətlə (s) birlikdə həccə getdilər. Həzrət Peyğəmbər (s) onları və həyat yoldaşlarını özü ilə birlikdə həccə gətirdi ki, o da həccətul-vida mərasimi idi. Camaat öz həcc əməllərini əncam verib, möhtac olduqları əməlləri tanıdıqdan sonra həzrət Peyğəmbər (s) buyurdu: İbrahim (ə)-ın dinini onlar üçün dirçəldib, ondan sonra müşriklərin qondardığı işləri aradan apardım və həcc əməlini onun ilk halətinə qaytardım.733
    683. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həzrət Peyğəmbərin (s) Bəyda məntəqəsində ləbbeyk deməsinin səbəbi bu idi ki, xalq ləbbeyk deməyi bacarmadığı üçün onlara ləbbeyk və ehram bağlamağı öyrətməyi sevdiyindən ləbbeyk demişdir.734
    684. həzrət imam Sadiq əleyhissalam buyurub: Şiələr imam Baqir əleyhissalamdan qabaq həcc əməlləri və habelə halal və haramların bilmirdilər. (İmam Baqir əleyhissalam) gəldikdə isə (elm və bilik qapısını) onların üzünə açıb, həcc əməlləri, həmçinin onların halal və haram işlərini onlara bəyan etdi.735
    685. Şeyx Səduq (rə) Noman ibni Sabitdən nəql etmişdir ki, Cəfər ibni Məhəmməd (imam Sadiq əleyhissalam) olmasaydı, xalq öz həcc əməllərini bilməzdi.736
    686. həzrət imam Sadiq əleyhissalam buyurub: Ərəfatda belə deyirsən: «Allahummə inni əbdukə və milku yədinə və nasiyəti biyədik, və əcəli bi ilmikə, əsəlukə ən tuvəffiqəni lima yurzikə ənni və ən təsəlləmə minni mənasiniyəl-ləti ərəytəha İbrahimə xəlilən, və dələltə ələyha həbibəkə Muhəmmədən səlləllahu ələyhi və Alih».737
    687. həzrət imam Sadiq əleyhissalam buyurub: Allah-taala həzrət Adəm əleyhissalamın tövbəsini qəbul etmək istədikdə, Cəbraili (ə) onun yanına göndərdi. Cəbrail dedi: Ey Adəm! Salam olsun sənə ki, öz sınaq və giriftarçılağına səbr edib, öz günahından tövbə etdin. Allah-taala məni sənə tərəf göndərmişdir ki, sənə tövbənin qəbul olunmasına səbəb olan əməllər və ibadətləri öyrədim. Beləliklə Cəbrail (ə) Adəmin (ə) əlindən tutub, onu Kəbənin yerinə apardı. Göydən bir bulud enərək Kəbənin yerinə gölgə saldı. Cəbrail (ə) dedi: Ayağınla bulud gölgə salan yerə əlamət qoy ki, o sənin və övladlarının sonuncusunun qibləsidir. Adəm (ə)-da buludun gölgə saldığı yerə ayağı ilə əlamət qoydu. Daha sonra onu Minaya aparıb, Mina məscidini ona göstərdi. Beləliklə də Kəbənin yerinə ayağı ilə əlamət qoyub, Məscidul-həramın nəqşini (çəkib) uzatdı. Daha sonra onu Minadan Ərəfata aparıb, etiraf (ərəfat) yerində sakin edərək və dedi: Günəş batanda yeddi dəfə öz günahına etiraf edib, Allahdan yeddi dəfə bağışlanmaq və tövbə istə.
    Adəm (ə) belə etdiyi üçün o yer «müərrəf» adlandı. Çünki, Adəm (ə) o yerdə öz günahına etiraf etmiş və buna görə də onun övladlarına Adəm öz günahına etiraf etdiyi kimi günahlarına etiraf etməsi, həmçinin Adəmin (ə) tövbəni tələb etdiyi kimi tövbə istəmələri sünnə oldu.
    Sonra Cəbrail (ə) ona Ərəfatdan köçüb yeddi dağdan ötməsinə, həmçinin hər bir dağın yanında dörd dəfə təkbir deməsini göstəriş verdi. Adəm də bunlara əməl edib, Məşərə çatdı. O, Məşərə çatdıqda, gecənin üçdə biri keçmişdi. Beləliklə də Məğrib və İşa namazlarını o gecə və o yerdə gecənin üçdə birin də birlikdə qıldı. Sonra ona Məşər vadisində üzü üstə düşməsinə göstəriş verdi və o da sübhə qədər o halda qaldı. (Sübh açıldıqda isə) ona Məşər dağına çıxıb, günəş çıxarkən yeddi dəfə günahına etiraf edərək, Allahdan yeddi dəfə tövbə və bağışlanmasını istəməsini göstəriş verdi.
    Adəm əleyhissalam Cəbrailin göstəriş verdiyi kimi onları əncam verib, övladları arasında sünnə olsun deyə onu iki dəfə etiraf qərar verdi. Beləliklə onlardan Ərəfatı deyil, Məşəri dərk etdikdə öz həccini (Minaya qədər) kamilləşdirmişdir. Daha sonra Məşərdən Minaya köçüb, günorta çağı Minaya çatdıqda, ona Mina məscidində iki rəkət namaz qılmasını göstəriş verdi. Bundan sonra Allahın ondan qəbul etməsi, tövbəsinin qəbul etdiyini bilməsi, və övladları arasında sünnə olsun deyə Allah üçün qurbanlıq etməsinə göstəriş verdi. Adəm (ə) qurbanlıq etdikdə Allah-taala ondan (qurbanlıq) qəbul edərək, göydən bir od göndərib, Adəmin qurbanlığını qəbul etdi. Cəbrail (ə) ona dedi: Ey Adəm! Allah sənə yaxşılıq etdi. Çünki tövbəni qəbul etməsinə səbəb olan əməlləri sənə öyrətmişdir.738
    688. həzrət imam Sadiq əleyhissalam buyurub: Allah-taala İbrahim əleyhissalama həccə gedib, İsmaylı (ə) özü ilə həccə apararaq orada sakin etməsinə göstəriş verdi. Onların hər ikisi qırmızı bir dəvə ilə həccə getdilər və Cəbraildən (ə) başqa heç kəs onlarla birgə deyildi. Hərəmə çatdıqda, Cəbrail (ə) ona dedi: Ey İbrahim! Yerə enin və hərəmə daxil olmazdan qabaq qüsl edin. Onlar da yerə enərək qüsl etdilər. (həmçinin) ehrama hazırlığı onlara göstərdi və onlar da o cür əməl etdilər. Sonra onlara həcc üçün ehram bağlayıb elçilərin onlarla ləbbəyk dediyi dörd «ləbbəyk»i demələrinə göstəriş verdi.
    Bundan sonra onları Səfa dağına aparıb orada endirdilər. Cəbrail (ə) o iki nəfərin arasında Kəbəyə tərəf üz tutub, təkbir dedikdə, onlar da təkbir dedilər. Cəbrail (ə) la ilahə illəllah dedikdə, onlar da təkrar etdilər. O, Allaha təzim etdikdə, onlar da dedilər. O, Allaha səna dedikdə, onlar da o cür dedilər. Cəbrail qabağa getdikdə onlar da Allah üçün (həmd və ) səna deyən halda qabağa getdilər və beləliklə də onları Qara daşın yerinə çatdırdı. Cəbrail (ə) ona əl çəkib o iki nəfərə (Qara daşa) əl çəkmələrini göstəriş verərək, onları yeddi dəfə təvaf etdirdi. Sonra o iki nəfəri İbrahim (ə) məqamında saxladı. İki rəkət namaz qıldıqda, onlar da namaz qıldılar. Daha sonra həcc əməlləri və orada əncam verilən işləri onlara göstərdi. Beləliklə, onların əməlləri sona çatdıqda, Allah-taala İbrahimə (ə) qayıtmağı və İsmayılı orada qoymağa göstəriş verdi.739
    689. Həzrət imam Baqir əleyhissalam və ya imam Sadiq əleyhissalam buyurub: Allah-taala İbrahimə (ə) Kəbəni tikib, divarlarını yuxarı aparmağı və habelə xalqa həcc qaydaları və əməllərini göstərməyə fərman verdi.740
    5. Malı halal etmək:
    690. həzrət Peyğəmbər (s) buyurub: Həcc səfəri üçün özünü hazırlayan şəxsin yükündə bir haram bayraq olsa belə, Allah-taala onun həccini qəbul etməz.741
    691. həzrət Peyğəmbər (s) buyurub: Qeyri-halal olan mal ilə həccə gedən şəxs «ləbbəykəllahummə ləbbəyk» dedikdə, Allah buyurar: «La ləbbəyk və la sədəyk» (yəni, onu qəbul etməz), bu sənin özünə qayıdır.742
    692. həzrət Peyğəmbər (s) buyurub: Pak və halal pul ilə həcc üçün xaric olan şəxs ayağını miniyin üzənginə qoyaraq «ləbbəykəllahummə ləbbəyk» dedikdə, asimandan bir nəfər onu çağırıb belə deyər: Ləbbəyk və sədəyk. Azuqən və miniyin halal, həccin qəbul olmuşdur və sən günahsızsan.
    Amma halal olmayan pul ilə xaric olub, ayağını miniyinin üzənginə qoyaraq «ləbbəyk» dedikdə asimandan bir nəfər onu çağırıb deyər: La ləbbəyk və la sədəyk. Azuqən və miniyin haram, həccin isə günaha bulaşmış və qəbul olmamışdır.743
    693. həzrət imam Sadiq əleyhissalam (s) buyurub: Hər kəs qeyri-halal yoldan pul qazanıb (onunla) həccə gedərək ləbbəyk desə, (cavabında belə deyilər): La ləbbəyk və sədəyk! Amma (pulu) halal yoldan əldə olunsa (ona belə deyilər): Ləbbəyk və sədəyk.744
    694. həzrət imam Sadiq əleyhissalam (s) buyurub: Dörd şey, dörd yerdə caiz deyildir: Xəyanət, ixtilas (mənimsəmə), oğurluq və sələmçilik həcc və ömrə (əməlləri) və habelə cihad və sədəqə caiz deyildir.745
    695. həzrət imam Kazim əleyhissalam (s) buyurub: Biz Əhli-beytin ilk həccimiz, qadınlarımızı mehriyyəsi və kəfənlərimiz özümüzün pak (və halal) mallarımızdandır.746
    6. Səfər azuqəsinin təmizliyi:
    696. həzrət Peyğəmbər (s) buyurub: Allah-taala yanında orta səviyyədə xərcdən başqa heç bir xərc sevimli deyildir və Allah həcc və ömrədən başqa (işlərdə olan) israfkarlığa nifrət edir. Beləliklə Allahın rəhməti təmiz mal qazanıb, onu orta səviyyədə xərcləyən və ya bir yaxşılığı qabağa göndərən mömin bəndəyə olsun.747
    697. həzrət Peyğəmbər (s) buyurub: Hər bir nemət sahibindən o nemət (barədə) sual olunacaqdır. Amma cihad və ya həccdə xərclənən (nemət və mal barədə) sual olunmayacaqdır.748
    698. Mərhu Şeyx Səduq buyurmuşdur ki, imam Səccad əleyhissalam həcc və ömrə üçün Məkkəyə getdikdə, badam, şəhər, (yaxşı) un, və habelə turş və şirin (olan) ən yaxşı səfər azuqələrini özü ilə götürürdü.749
    7. Həcc səfəri zamanında oxunan dua:
    699. həzrət imam Sadiq əleyhissalam (s) buyurub: Həcc səfəri üçün evindən xaric olduqda, fərəc duasını oxu ki, belədir: «La ilahə illəllahul-həlimul-kərim, la ilahə illəllahul-əliyyul-əzim, sübhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərşil-əzim. Vəl-həmdu lillahi Rəbbil-aləmin.»
    Daha sonra (belə) de: »Allahummə kun li carən min kulli cəbbarin ənid, və min kulli şəytanin mərid».
    Sonra (isə belə) de: «Bismillahi dəxəltu və bismillahi xərəctu və fi səbilillah. Allahummə inni uqəddimu bəynə yədəy nisayni və əcələti, bismillahi və ma şaəllahu fi səfəri haza, zəkərtuhu əv nəsəytuh. Allahummə əntəl-mustəanu ələl-umuri kulliha və əntəs-sahibu fis-səfəri vəl-xəlifətu fil-əhli.
    Allahumə həvvin ələyna səfərəna, vətvi lənəl-ərzə və səyyirna fiha bitaətikə və taəti rəsulik.allahummə əslih ləna zəhrəna və birik ləna fima rəzəqtəna və qina əzabən-nar. Allahummə inni əuzu bikə min vəsais-səfəri və kəabətil-munqələbi və suil-mənzəri fil-əhli vəl-mali vəl-vələd. Allahummə əntə əzudi və nasiri və bikə əhullu və bikə əsiru. Allahummə inni əsəlukə fi səfəri hazəs-sururə vəl-əmələ bima yurzikə ənni. Allahumməqtəənni budəhu və məşəqqətəh, vəshəbni fihi, vəxlufni fi əhli bixəyrin və la həvlə və la quvvətə illa billah. Allahummə inni əbdukə və haza humlanukə vəl-vəchu vəchukə vəs-səfəru iləyk. Və qədit-tələtə əla maləm yəttəliələyhi əhəd. Fəcəl səfəri haza kəffarətən lima qəbləhu minzunubi və kun əvnən li ələyh, vəkfini vəsəhu və məşəqqətəhu, və ləqqini minəl-qovli vəl-əməli rizakə, fəinnəma ənə əbdukə və bikə və ləkə.»
    Ayağını (miniyinin) üzənginə qoyduqda belə (de): «Bismillahir-rəhmanir-rəhim, bismillahi vəllahu əkbər.»
    Miniyinə əyləşib yer tutduqda isə belə de: «Əlhəmdulillahi-ləzi hədana lil-islami və əlləmənəl-Quranə və mənnə ələyna bi Muhəmmdin səlləllahu ələyhi və Alih. Subhanəllahi, subhanəllzi səxxərə ləna haza və ma kunna ləhu muqrinin, və inna ila Rəbbina ləmunqəlibun, vəl-həmdu lillahi Rəbbil-aləmin. Allahummə əntəl-hamilu ələzzəhri vəl-mustəanu ələl-əmr. Allahummə bəlliğna bəlağən yəbluğu ila xəyrin bəlağən yəbluğu ila məğfirətikə və rizvanin. Allahummə la təyrə illa təyrukə və la xəyrə illa xəyruk və la hafizə ğəyruk.»750
    HƏCC MÖVSÜMÜNDƏ BƏYƏNİLMİŞ İŞLƏR
    1. Gözəl əxlaq:
    700. Həzrət imam Baqir əleyhissalam buyurub: «Bu üç xüsusiyyətə malik olan halda bu həcc yolunu gedən şəxs necə də bəhrə aparır! 1) Onu günahkarlıqdan saxlayan pərhizkarlıq; 2) Öz qəzəbini ələ ala biləcək helm (səbr və dözüm); 3) Öz dostları ilə yaxşı dostluq etmək.»751
    701. Həzrət imam Sadiq əleyhissalam buyurub: «Fəxr etmək və qürurlanmaqdan çəkin və səni Allah qarşısında günahkarlıqdan saxlayan pərhizkarlığa malik ol. Həqiqətən Allah-taala buyurur: Sonra öz çirkinliklərinizi aradan aparın-(həcc\29). Ehramda pis söz danışmaqda bu qəbildəndir. Beləliklə Məkkəyə daxil olaraq Kəbəni təvaf etsən, gözəl söz danışmısan. Bu isə onun kəffarəsidir.752
    2. Dostlara kömək etmək:
    702. İsmayıl Xəsəmi nəql etmişdir ki, imam Sadiq əleyhisslama ərz etdim: Məkkəyə çatdıqda, dostlarım təvaf üçün Kəbəyə gedir və mənə öz yüklərini qorumağı tapşırırlar. Həzrət (ə) buyurdu: Sənin savabın onların savabından daha çoxdur.753
    703. Muzarim ibni Həkim nəql etmişdir ki, Məhəmməd ibni Müsadiflə birgə idim. Mədinəyə daxil olduqda mən xəstələndim. O da məscidə gedir və məni tək qoyurdu. Mən Müsadifin bu işindən onun atasına şikayətləndikdə o da bu sözü imam Sadiq əleyhissalama çatdırdı: Həzrət imam Sadiq əleyhissalamda ona belə xəbər göndərdi: Sənin onun yanında əyləşməyin məsciddə namaz qılmaqdan üstündür.754
    3. Azuqədən muğayat olmaq:
    704. Əbu Bəsr nəql etmişdir ki, imam Sadiq əleyhissalamdan qarnına şal bağlayan bir şəxs haqqında soruşduqda, buyurdu: «Xeyr». Daha sonra buyurdu: «Atam imam Baqir əleyhissalam buyururdu: Həccə gedən şəxs, əlində olan pulu ilə həccin tamamlanmasına yəqin etsin deyə yol pulunu bir qayışla belinə möhkəm bağlasın.»755
    705. Səfvan Cəmmal nəql etmişdir ki, imam Sadiq əleyhissalama ərz etdim: Ailəmlə birlikdə səfərə gedərkən yol xərcimi belimə bağlayıram. (Sizin bu haqda nəzəriniz nədir?) Həzrət (ə) buyurdu: Bəli, heç bir eybi yoxdur. Atam buyururdu ki, yol xərcini qorumaq müsafirin bacarığındandır.756
    706. Yunis ibni Yəqub nəql etmişdir ki, imam Sadiq əleyhissalama ərz etdim: Möhrim şəxsin öz pul kisəsini belinə bağlaması necədir? Həzrət (ə) buyurdu: Bəli, heç bir eybi yoxdur. Pulu itəndən sonra bu işin ona nə xeyri vardır?757
    707. Yəqub ibni Salim nəql etmişdir ki, imam Sadiq əleyhissalama ərz etdim: Üzərində şəkil olan bir miqdar pulum vardır ki, ehram halında onları pul kisəsinə qoyub belimə bağlayıram. Həzrət (ə) buyurdu: «Heç bir eybi yoxdur. O pullar sənin özünün deyilmi? Və Allahdan sonra o pullara güvənmirsənmi?758
    4. Həccdən qabaq Məkkədə qalmaq:
    708. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həccdən bir gün qabaq Məkkədə qalmaq, həccdən sonra iki gün qalmaqdan daha yaxşıdır.759
    5. Başqalarını həccin savabına şərik etmək:
    709. Həzrət imam Sadiq əleyhissalam Hişam ibni Həkəmin həcc əməlində öz valideyni və qohumlarını şərik etməsi barədə sualının cavabında buyurdu: Belə bir halda sənin üçün onların həcci kimi savab yazılar, həmçinin sileyi-rəhim (qohum-əqrəba ilə rabitədə olduğun üçün) də sənə savab verilər.60
    710. Həzrət imam Sadiq əleyhissalam buyurub: «Əgər öz həccində min nəfəri belə şərik etsən, onların hər biri üçün bir həcc savabı veriləcək və sənin həccinin savabından zərrə qədər də azalmayacaqdır.761
    6. İmamların (ə) adından təvaf etmək:
    711. Musa ibni Qasim nəql etmişdir ki, imam Cavad əleyhissalama ərz etdim: Mən sizin və atanızın adından təvaf etmək istəyirəm. Amma mənə dedilər ki, imamların adından təvaf etmək olmaz. Həzrət (ə) buyurdu: «Əksinə, imkanın qədər təvaf et və bu iş caizdir.»
    Üç ildən sonra o Həzrətə (ə) ərz etdim: Bir neçə il bundan qabaq sizdən özünüz və atanız adından təfav etmək barədə icazə alaraq, sizin adınızdan çoxlu təvaf əncam verdim. Daha sonra ürəyimə bir şey gəldikdə ona əməl etdim.
    Həzrət (ə) soruşdu: «O nə idi?» Dedim: Bir gün həzrət Peyğəmbərin (s) adından təvaf etdim. Həzrət (ə) buyurdu: «Allahın rəhməti Peyğəmbərə (s) olsun.»
    İkinci gün Əmirəl-möminin əleyhissalam, üçüncü gün imam Həsən əleyhissalam, dördüncü gün imam Hüseyn əleyhissalam, beşinci gün imam Səccad əleyhissalam, altıncı gün imam Baqir əleyhissalam, yeddinci gün imam Sadiq əleyhissalam, səkkizinci gün sizin babanız imam Kazim əleyhissalam, doqquzuncu gün atanız imam Rza əleyhissalam və onuncu gündə isə sizin adınızdan təvaf etdim. Bunlar isə vilayətləri dinim sayılan şəxslərdir.
    Həzrət (ə) buyurdu: «Bu halda elə bir dinə əqidə bağlamısan ki, Allah-taala ondan başqa bir şey bəndələrindən qəbul etmir». Ərz etdim: Bəzi vaxtlar da həm ananız həzrət Fatimə əleyhissalam tərəfindən təvaf edir, həm də etmirdim.
    Həzrət imam Cavad əleyhissalam buyurdu: «Bunu çox əncam ver. Bu iş, əncam verdiyin əməllərin daha üstünüdür. İnşaalah.762
    7. İmamla görüşmək:
    712. Həzrət imam Baqir əleyhissalam buyurub: «Həccin kamilləşməsi, imamla görüşməyə bağlıdır.»763
    713. Həzrət imam Sadiq əleyhissalam buyurub: «Sizlərdən biri həccə getdikdə, öz həccini bizim görüşümüzlə sona çatdırsın. Çünki, imamla görüşmək həccin kamilləşməsi üçündür.»764
    714. Sədir nəql etmişdir ki, imam Baqir əleyhissalam Allah evinə daxil olanda və mən oradan xaric olan halda əlimdən tutub, Kəbəyə üz tutaraq buyurdu: Ey Sadir! Həqiqətən xalq bu daşların yanına gəlib onu təvaf etməyə və daha sonra bizim yanımıza gəlib öz həmrəylik və itaətlərin bildirməyə məmur olmuşlar.765
    715. Həzrət imam Baqir əleyhissalam buyurub: Həqiqətən xalq bu evin daşları yanına gəlib onu təvaf etmək və daha sonra bizim yanımıza gələrək öz həmrəylik və vilayətləri, həmçinin köməklərini bizə bildirməyə məmur olmuşlar.766
    716. Füzəyl nəql etmişdir ki, imam Baqir əleyhissalam Kəbə ətrafında təvaf edən camaata baxıb buyurdu: «Cahiliyyət dövründə də bu cür təvaf edirdilər! Həqiqətən onlara göstəriş verilmişdir ki, Kəbənin ətrafında təvaf etdikdən sonra, bizə tərəf gəlib öz dostluq (itaət) və köməklərini bizə elan etsinlər.» O həzrət daha sonra bu ayəni tilavət etdi: «Vəcəl əfidətən minən-nasi təhvi iləyhim» - (Yəni; Xalqdan bəzisinin qəlbini elə qərar ver ki, onlara tərəf meyl etsinlər. İbrahim \37767
    717. Həzrət imam Baqir əleyhissalam «-fəcəl əfidətən minən-nasi təhvi iləyhim» - (İbrahim (ə) dedi: İlahi! Xalqdan bir hissəsinin qəlbini onlara tərəf meylli qərar ver.) – ayəsinin təfsirində buyurdu:....«Xalqın bu evi ziyarət edib, onu böyük sayması gərəkdir. Çünki, Allah-taala onu böyük saymışdır. Həmçinin hər bir yerdə olsaq da bizim görüşümüzə gəlmələri gərəkdir. Biz xalqı Allaha tərəf yönəldirik.»768
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 704 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019