İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:19 PM
    OTUZ BİRİNCİ DƏRS
    İSLAM PEYĞƏMBƏRİ (S)
    –Müqəddimə
    –İslam Peyğəmbərinin (s) risalətinin isbat olunması
    MÜQƏDDİMƏ
    Tarixin müxtəlif dövr və zamanlarında on minlərlə peyğəmbər göndərilmiş və insanların hidayət və təlim-tərbiyəsində özlərinin parlaq rollarını ifa edərək bəşər cəmiyyətinin mənəviyyatında çox dərin izlər qoymuşlar. Onların hərəsi müəyyən bir qrup insanı düzgün əqidə və yüksək dəyərlər əsasında tərbiyə etmiş, başqalarına da dolayı yollarla təsir göstərmişdir. Bəziləri tövhid və ədalət əsasında bir cəmiyyət də yaradıb ona rəhbərlik etməyi öhdələrinə ala bilmişlər.
    Onlardan həzrət Nuh (ə), həzrət İbrahim (ə), həzrət Musa (ə), həzrət İsa (ə) Mütəal Allah tərəfindən fərdi və ictimai qayda-qanunlara, hökmlərə, zaman şəraitinə uyğun olan qanuni və əxlaqi vəzifələrə şamil olan kitabları insanlara çatdırmışlar. Amma bu kitablar ya zamanın keçməsi ilə tamamilə məhv olub aradan getmiş, yaxud da məna və sözlərində çoxlu təhriflərə məruz qalmışdır. Nəticədə asimani şəriətlər və ayinlər məsx olunmuş, tam dəyişdirilmiş bir vəziyyətə düşmüşlər. Məsələn, həzrət Musaya (ə) nazil edilmiş Tövratda çoxlu təhriflər edilmişdir, "İsanın İncili” adlı bir şey qalmamış, o Həzrətin (s) ardıcıllarından sayılan bəzi şəxslərin əlyazmaları toplanaraq "Müqəddəs kitab” adı ilə təqdim olunmuşdur.
    Şəxsi-qərəzi olmayan bir adam hazırkı Tövrat və İncilə nəzər saldıqda onlardan heç birinin Musaya, yaxud İsaya nazil edilmiş kitabın olmadığını biləcəkdir. Belə ki, Tövratda Mütəal Allah (nəuzubillah) bir insan kimi təcəssüm edilir. Guya, Onun əksər işlər barədə agahlığı yoxdur,(Tövrat, sifri-peydayiş, 3-cü bab, 8-13-cü nömrələr.) dəfələrlə gördüyü işdən peşman olub(Həmin mənbə, 6-cı bab, 6-cı nömrə. ), bəndələrindən biri olan həzrət Yəqubla (ə) güləşir, ona qalib gələ bilmir və nəhayət, camaat öz Allahlarını belə bir vəziyyətdə görməsin deyə ondan əl çəkməsini istəyir.(Həmin mənbə, 32-ci bab, 24-32-ci nömrələr. ) Bu kitabda ilahi peyğəmbərlərə yaramaz nisbətlər verilir, məsələn, nəuzubillah, həzrət Davuda (ə) zina,(Əhdi-qədim, Səmuilin ikinci kitabı, 11-ci bab. )Həzrət Luta şərab içmək və öz məhrəmləri ilə zina etmək nisbəti verilir.(Tövrat, sifri-peydayiş, 19-cu bab, 30-39-cu nömrələr. )Bütün bunlardan əlavə, Tövratın nazil olduğu şəxsin, yəni həzrət Musanın (ə) vəfatı hadisəsi, harada və necə dünyadan getdiyi də şərh olunur.(Tövrat, sifri-təsniyə, 34-cü bab)
    Məgər elə bu, həmin kitabın həzrət Musadan (ə) olmadığını başa düşmək üçün kifayət deyildirmi?
    Hazırkı İncilin vəziyyətinə gəldikdə isə, o, Tövratdan da rüsvayçı vəziyyətdədir. Çünki həzrət İsaya (ə) nazil olmuş kitab hazırda mövcud deyildir və məsihilərin özləri də hazırkı İncilin Allahın həzrət İsaya (ə) nazil etdiyi kitab olduğunu iddia etmirlər. Əksinə, onun içində mövcud olan məsələlər o Həzrətin (ə) ardıcıllarından bir neçəsinə mənsub edilən məlumatlar toplusudur. Məsihilər şərab içməyə icazə verməkdən əlavə, onun hazırlanmasını "İsanın möcüzəsi” kimi qələmə verirlər.(İncil, Yuhənna, 2-ci bab. )
    Bir sözlə, bu iki böyük peyğəmbərə nazil olmuş vəhylər tamamilə təhrif edildiyindən insanları hidayət etməkdə öz rolunu oynaya bilməz.
    Bu təhriflərin necə baş verməsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, onun müfəssəl bəyanı bu kitaba sığmaz.("İzharul-həqq” (Rəhmətullah Hindi), "Əlhuda ila dinil-Mustəfa” (Əllamə Bəlaği), "Rahi səadət” (Əllamə Şərani) )
    Həzrət Məsihin (ə) miladından 600 il keçəndə dünyanın hər yerini cəhalət və zülmət qaranlığı bürüdüyü, ilahi hidayət məşəllərinin hər diyarda söndüyü zaman Mütəal Allah Özünün son və ən fəzilətli peyğəmbərini o dövrün ən qaranlıq və irticaçı cəmiyyətindən seçib göndərmişdir ki, vəhyin parlaq məşəlini bütün insanların yolu üzərində və həmişəlik olaraq yanar saxlasın. Hər növ təhrifdən, dəyişdirmədən amanda olan əbədi ilahi kitabı insanların ixtiyarına versin, həqiqi maarifləri və asimani hikmətləri, ilahi qanun və hökmləri insanlara öyrətsin, bütün insanları dünya və axirətdəki səadətə doğru hidayət etsin.(Cümə” surəsi, ayə:2-3 )
    Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) zühuru zamanı bu dünyada mövcud olan vəziyyəti şərh edərkən belə buyurur:
    "Mütəal Allah Rəsuli-Əkrəmi (s) elə bir dövrdə peyğəmbərliyə seçdi ki, əvvəlki peyğəmbərlərin besətindən çox vaxt keçmişdi, insanlar dərin və uzun qəflət yuxusuna dalmışdılar, fitnə-fəsad dünyanın hər yerində şölələnirdi, işlərin bir-biri ilə olan əlaqəsi tamamilə kəsilmişdi. Müharibə odu şölələnmiş, cəhalət və günah qaranlıqları hər yeri bürümüş, hiylə və məkrlər aşkar olmuşdu. Bəşər həyatının yarpaqları saralmış, onların səmərə vermək ümidi tamamilə aradan getmişdi. Sular qurumuş, hidayət məşəlləri sönmüş, zəlalət və azğınlıq bayraqları ucalmışdı. Alçaqlıq və bədbəxtlik insanlara hücum etmiş, özünün çirkin çöhrəsini aşkar etmişdi. Bu fəsadlar və qara günlər fitnə-fəsaddan başqa heç bir şey gətirmirdi, qorxu və ümidsizliyin hakim kəsildiyi insanlar qaniçənlərin qılıncından başqa bir sığınacaq yeri görmürdülər.”("Nəhcül-bəlağə”, 187-ci xütbə )
    Peyğəmbəri-Əkrəmin (s) zühuru dövründən etibarən həqiqət axtaran hər insan üçün Allahı tanımaqdan sonra ən mühüm məsələ o Həzrətin (s) nübüvvət və risaləti, müqəddəs İslam dininin haqq olması barədə tədqiqat aparmaqdır. Qurani-kərimin bəşər əlində mövcud olan yeganə asimani kitab ünvanı ilə haqq, etibarlı, hər növ təhrif və dəyişiklikdən salamat qalmasının isbat edilməsi ilə yanaşı digər düzgün əqidələrin isbat edilməsi, bütün insanlardan ötrü dəyər sisteminin və əməli vəzifələrin bəyan olunması üçün zəmanət verilmiş bir yoldur. Bunun vasitəsilə dünyanın axırına qədər ideologiya və dünyagörüşün başqa məsələlərinin həlli yolu aydınlaşır.
    İSLAM PEYĞƏMBƏRİNİN (S) RİSALƏTİNİN İSBAT OLUNMASI
    İyirmi yeddinci dərsdə qeyd olunduğu kimi, peyğəmbərlərin peyğəmbərliyi üç yolla isbat oluna bilər:
    1.Onların əməl və rəftarları vasitəsilə insana xatircəmlik gətirən əlamətlər.
    2.Əvvəlki peyğəmbərlərin verdiyi xəbər.
    3.Möcüzə göstərmək.
    İslam Peyğəmbərinin (s) peyğəmbərliyini sübut etməkdən ötrü bu üç yolun hər birindən istifadə etmək mümkündür. Bir tərəfdən Məkkə əhalisi 40 il müddətində o Həzrətin iftixarlı həyatını yaxından müşahidə etmişdi və onun həyatında azacıq olsa belə qaranlıq və ləkəli hadisənin olmadığını bilirdi. Onu elə doğruçu və düz əməl sahibi kimi tanıyırdılar ki, ona Əmin (əmanətdar) ləqəbi vermişdilər. Təbiidir ki, belə bir şəxsin yalançılığına ehtimal verilə bilməz.
    Digər tərəfdən, əvvəlki peyğəmbərlər o Həzrətin (s) məbus olacağı xəbərini vermişdilər.("Səff” surəsi, ayə:6 ) Kitab əhlindən bəziləri onun gəlişini gözləyir və onun zühur etməsi barəsində aydın nişanələri bilirdilər.("Əraf” surəsi, ayə:157, "Bəqərə” surəsi, ayə:146, "Ənam” surəsi, ayə:20 ) Hətta, ərəb müşriklərinə İsmailin (ə) övladları arasında (onlar ərəb qəbilələrini təşkil edirdilər) bir şəxsin peyğəmbərliyə məbus olacağını və onun əvvəlki peyğəmbərləri və tövhid dinləri təsdiq edəcəyi haqqında məlumat vardı.(Bəqərə” surəsi, ayə:89. )Yəhudi və məsihi alimlərindən bəziləri əvvəlcədən verilən həmin xəbərlərə istinadən o Həzrətə (ə) iman gətirdi.("Maidə” surəsi, ayə:83, "Əhqaf” surəsi, ayə:10 ) Bəziləri isə nəfsani və şeytani qərəzçiliklər üzündən İslam dinini qəbul etməkdən imtina etdi.
    Qurani-kərim bu məsələyə işarə edərək buyurur:
    "Bu, onlar üçün bir nişanə deyilmi ki, Bəni-İsrail alimləri onu tanıyırdılar?!” ("Şüəra” surəsi, ayə:197 )
    Peyğəmbəri-Əkrəmin (s) həm Bəni-İsrail alimlərinin, həm də əvvəlki peyğəmbərlərin əvvəlcədən xəbər verib təqdim etməsi ilə tanınması bütün əhli-kitab üçün o Həzrətin (ə) risalətinin düzgünlüyünə aydın bir dəlil olmaqdan əlavə, müjdə verən peyğəmbərlərin, həmçinin, İslam Peyğəmbərinin (s) haqq olmasına qaneedici bir höccət sayılırdı. Çünki onlar öncədən verilən bu xəbər və şahidlərin, təqdim olunan əlamətlərin o Həzrətlə (s) tam mənada düz gəlməsini gözləri ilə görüb, əqlləri ilə dərk edirdilər.
    Maraqlıdır ki, hətta təhrif olunmuş Tövrat və İncildə belə, bu kimi müjdələrin məhv edilməsi üçün göstərilən bütün səylərə baxmayaraq haqq axtaranlara höccəti tamam edən bəzi məsələlər gözə dəyir. Belə ki, haqq-həqiqət axtaran yəhudi və məsihi alimlərindən bir çoxu bu incə mətləbləri və müjdələrdən istifadə edərək düz yola hidayət olunmuş və İslam dinini qəbul etmişdi.(O cümlədən böyük yəhudi alimlərindən Mirzə Məhəmməd Rza ("İqaməttuş-şühud fi rəddil-yəhud” kitabının müəllifi), eləcə də Hacıbaba Qəzvini Yəzdi ("Məhzəruş-şühud fi rəddil-yəhud” kitabının müəllifi). Sabiq yəhudi yepiskopu professor Əbdül Əhəd Davud ("Məhəmməd dər Tövrat və İncil” kitabının müəllifi) və s. adlarını qeyd etmək olar. )
    Peyğəmbəri-Əkrəmdən (s) çoxlu möcüzələr görünmüşdür. Bunlar tarix və hədis kitablarında qeyd olunmuş və onların çoxu təvatür həddində nəql edilmişdir.("Biharul-ənvar”, 17-ci cild, səh. 225 və sair mötəbər hədis və tarix kitablarına baxa bilərsiniz.)Amma Allah-Taalanın son peyğəmbəri və Onun əbədi dinini təqdim etmək haqqında nəzəri bunu tələb edirdi ki, onun öz dövründə olanlara höccəti tamam etməkdən əlavə, başqaları da əql yolu ilə ondan agah olsunlar. Buna görə də ona höccəti bütün dövrdəki insanlara tamam edəcək əbədi bir möcüzə olan Quranı təqdim etmişdir.
    Gələn dərsdə bu əziz kitabın möcüzə yönləri bəyan ediləcəkdir.
    SUALLAR
    1.Əvvəlki peyğəmbərlərin kitablarının vəziyyətini şərh edin.
    2.Tövratın təhrifolunma nişanələrindən bir neçəsini qeyd edin.
    3.Mövcud İncilin etibarlı olub-olmamasını sübut edin.
    4.İslam Peyğəmbərinin (s) risalətinin əhəmiyyətini bəyan edin.
    5.Peyğəmbəri-Əkrəmin (s) risalətinin isbat olunması yollarını bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 408 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024