İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:18 PM
    OTUZ İKİNCİ DƏRS
    QURANIN MÖCÜZƏSİ
    –Quranın möcüzə olması
    –Quranın möcüzə və cəhətləri
    –a) Fəsahət və bəlağət
    –b) Onu gətirənin ümmi (heç bir təhsil görməyən) olması
    –v) Ayələr arasında uyğunluq ixtilafının olmaması
    QURANIN MÖCÜZƏ OLMASI
    Qurani-kərim heç kəsin onun kimi bir kitab gətirməyə qadir olmayacağını tam aşkar şəkildə və qətiyyətlə elan edən yeganə asimani kitabdır. O buyurur: «Hətta, əgər bütün insanlar və cinlər bir-biri ilə həmkarlıq etsələr, yenə belə bir işi görə bilməzlər.("İsra” surəsi, ayə:88 ) Onlar təkcə Quran kimi kamil kitabı gətirməyə deyil, hətta on surəni("Hud” surəsi, ayə:13 ) və yaxud heç olmazsa, bir sətirlik ayəni belə gətirməyə qadir olmayacaqlarını iddia edir.»(Yunis” surəsi, ayə:38 )
    Sonra daha artıq təkidlə hamını təhəddi məqamına çağırıb onlardan mübarizə tələb edir. Onların belə iş görməyə qadir olmamalarını, bunun ilahi kitab olmasına və Peyğəmbəri-Əkrəmin (s) risalətinə bir dəlil hesab edir.("Bəqərə” surəsi, ayə:23-24)
    Deməli, bu şərif kitab özünün möcüzə olmasını iddia edir. Onu gətirən şəxs də onu özünün peyğəmbərliyinə dair bir dəlil və əbədi möcüzə kimi ilə bütün dövrlərdə olan insanlara təqdim edir. On dörd əsrin keçdiyi hazırkı dövrdə belə bu ilahi çağırış gecə-gündüz dost və düşmən təbliğatları tərəfindən bütün dünyaya çatdırılaraq höccəti onlara tamam edir.
    Digər tərəfdən Peyğəmbər (s) öz dəvətini aşkar etdiyi ilk günlərdə bu ilahi dinlə mübarizə aparmaq üçün heç nəyi əsirgəməyən çox qəliz, qəddar, kin-küdurətli və inadkar düşmənlərlə qarşılaşmışdı. Onlar təhdid və şirnikləşdirmə vasitələrinin təsir qoyacağından ümidsiz olduqdan sonra o Həzrəti (s) qətlə yetirmək istədilər. Allah da Öz tədbiri ilə onların bu məkrli planlarını gecə ikən Mədinəyə doğru hicrət əmri verməklə zərərsizləşdirdi. Hicrətdən sonra əziz ömrünün qalanını müşriklərlə və onların yəhudi həmkarları ilə müharibələrə sərf etdi. O Həzrətin (s) vəfatından bu günkü günə qədər daxili münafiqlər və xarici düşmənlər daim bu Allah nurunu söndürməyə çalışmış və əməllərindən usanmamışlar. Əgər Qurani-kərim kimi bir kitabı gətirmək mümkün olsaydı, heç vaxt bu fikirdən dönməzdilər.
    Bütün dünya dövlətlərinin İslamı özlərinin zalımcasına rəftarları və istismarçı tədbirləri qarşısında ən böyük düşmən kimi görüb onunla ciddi mübarizəyə qalxdıqlarına və hər növ maddi, elmi, siyasi və təbliğat vasitələrindən istifdə edərək bu dinlə mübarizə aparmalarına baxmayaraq, Quranın kiçik surələrindən birinə oxşar olan heç olmazsa, bir sətir hazırlayaraq onu kütləvi təbliğat və informasiya vasitələri ilə dünyaya təqdim edə bilsəydilər, bunu mütləq edərdilər. Çünki bu iş İslamla mübarizə aparıb onun genişlənməsinin qarşısını almaq üçün ən sadə, ən az xərc tələb edən və ən təsirli yoldur.
    Deməli, həqiqət axtaran hər bir ağıllı şəxs bu incəliklərə diqqət yetirməklə Quranın müstəsna bir kitab, heç nədən təqlid edilməyən və heç bir qrupun, şəxsin gətirə bilmədiyi kitab olduğunu anlayacaqdır. Yəni möcüzənin bütün xüsusiyyətlərinə (xariqüladə, ilahi olmaq, təqlidlə əldə edilməsi mümkün olmayan, nübüvvətin doğruluğuna bir dəlil ünvanı ilə gətirmək kimi xüsusiyyətlərə) malikdir. Məhz buna görə də Peyğəmbəri-Əkrəmin (s) dəvətinin doğruluğuna və müqəddəs İslam dininin haqq olmasına qəti bir dəlildir. Allahın bəşər cəmiyyətinə əta etdiyi ən böyük nemətlərdən biri də budur ki, bu şərif kitabı həmişəlik möcüzə surətində qalacaq, özünün doğru və səhihlik dəlillərinə malik olacaq formada nazil etmişdir. Özü də elə dəlil ki, bunu anlamaqdan ötrü mütəxəssis olmağa ehtiyac yoxdur və hər kəs üçün dərk olunub qəbul edilməyə qabildir.
    QURANIN MÖCÜZƏVİ CƏHƏTLƏRİ
    Quranın Allah kəlamı və möcüzəli bir kəlam olduğunu qısa şəkildə başa düşdükdən sonra onun bəzi möcüzəvi cəhətlərini araşdırırıq:
    a) Quranın fəsahət və bəlağəti:
    Qurani-kərimin möcüzə olmasının ilkin cəhəti onun fəsahəti (şirin söz üslubu) və bəlağətidir (söz ustalığıdır). Yəni Mütəal Allah Öz məqsədlərini bəyan etmək üçün hər bir məqamda sözlərin ən gözəlindən və ən dolğunundan, ən çox ölçülüb-biçilmişindən və gözəl ahəngindən müəyyən cümlə və ifadələr düzəltmişdir ki, bu da nəzərdə tutulan mənaları dinləyicilərə çox gözəl və dolğun şəkildə anladır. Yüksək mənalarla uyğun və münasib olan cümlə, ifadə və sözlərin, dəqiq mənaların seçilməsi o şəxsə müyəssər ola bilər ki, mənaların dəqiq incəliklərinə, sözlərin bütün xüsusiyyətlərinə, onların qarşılıqlı əlaqələrindən tam məlumatlı olsun, nəzərdə tutulan mənaların bütün yönlərini nəzərə almaqla, hal və məqamın tələbinə riayət etməklə ən gözəl sözləri və ifadələri seçə bilsin. Belə bir elmi əhatə də vəhy və ilahi ilham olmadan heç kəs üçün müyəssər ola bilməz.
    Quranın cazibədar və mələkuti ahənginin gözəlliyi, gözəl söz üslubunda olması hamı üçün, məxsusən də ərəb dilinin qayda-qanunlarını, fəsahət və bəlağət fənlərini bilən şəxslər üçün məlumdur. Amma onun fəsahət və bəlağətinin möcüzə olmasının ayırd edilməsi o kəslərə müyəssər ola bilər ki, müxtəlif xitabət fənlərində məharət və ixtisasa malik olsun, onu başqa fəsahətli və bəlağətli sözlərlə müqayisə etsin və onun qarşısında öz qüdrətini yoxlaya bilsin. Bu iş də mahir ərəb şairlərinin öhdəsindən gəlirdi. Çünki Quranın nazil olduğu dövrdə ərəblərin ən böyük hünəri söz ustalığının ən yüksək zirvəsinə çatan xətiblik və söz ustası olmaq idi. Onlar gözəl şer nümunələrini ədəbi cəhətdən tənqid edib araşdırdıqdan sonra onların içərisindən ən gözəl incəsənət nümunəsi olan əsəri seçərək hamıya təqdim edirdilər.
    Ümumiyyətlə, Allahın hikmət və inayəti hər bir peyğəmbərin möcüzəsini o dövrdə mövcud olan elm və hünərlə münasib olmasını tələb edirdi ki, onun bəşər əsərlərinə olan möcüzəli üstünlük və imtiyazını gözəl şəkildə dərk etsinlər. İmam Hadi (ə) İbni Səkkitin "Nə üçün Mütəal Allah həzrət Musanın (ə) möcüzəsini işıqlı əl və əsanı əjdaha etmək, həzrət İsanın (ə) möcüzəsini xəstələrə şəfa vermək və İslam Peyğəmbərinin (s) möcüzəsini Qurani-kərim qərar verdi?” deyə soruşduqda cavabında buyurmuşdu: "Həzrət Musanın (ə) dövründə camaat arasında yayılan hünər sehr və cadu olduğuna görə Mütəal Allah o Həzrətin (ə) möcüzəsini onların işinə oxşar qərar verdi ki, onun kimi işlər gətirməkdə özlərinin acizliklərini başa düşsünlər. Həzrət İsanın (ə) dövründə yayılan hünər təbabət olduğuna görə Mütəal Allah o Həzrətin (ə) möcüzəsini sağalmaz xəstələrə şəfa vermək qərar verdi ki, onun möcüzə olmasının gözəl şəkildə dərk etsinlər. Amma İslam Peyğəmbərinin (s) dövründə yayılan hünər gözəl söz ustalığı olduğuna görə Mütəal Allah Qurani-kərimi ən gözəl üslubda nazil etdi ki, onun möcüzəli üstünlüyünü başa düşsünlər.”(Üsuli-kafi”, 1-ci cild, səh-24)
    Bəli, o əsrin ən böyük söz ustaları Vəlid ibni Muğeyrə Məxzumi, Ütbət ibni Rəbiə, Tüfeyl ibni Əmr Quranın son dərəcə fəsahət və bəlağətli olmasına, bəşər sözlərinin içərisində müqayisəolunmaz dərəcədə gözəlliyinə şəhadət verirdilər.("Elamul-vəra”, səh 27-28 və 49, "Sireyi ibni Hişam”, 1-ci cild, səh 293 və 410 ) Təqribən bir əsrdən sonra İbni Əbil Övca, İbni Müqəffə, Əbu Şakir Deysani, Əbdül Məlik Bəsri kimi şəxslər Quranla mübarizə aparmaq üçün öz qüdrətlərini yoxlamaq qərarına gəldilər və bir il müddətində vaxtlarını buna sərf etdilər. Lakin azacıq da olsa belə bir iş görə bilmədilər və nəhayət, hamılıqla bu ilahi kitabın əzəməti müqabilində aciz qalıb diz çökdülər. Məscidül-Həramda bir illik işlərini araşdırmaq üçün yığıncaq təşkil etdikləri zaman imam Sadiq (ə) onların yanından keçərək bu ayəni tilavət etdi:
    "De: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.»("İsra” surəsi, ayə:88, "Nurus-səqəleyn”, həmin ayənin təfsirində. )
    b) Qurani-kərimi gətirən şəxsin ümmi olması.
    Quran həcminin nisbətən kiçik olması ilə belə müxtəlif maarif, elm, əhkam, fərdi və ictimai qanunları özündə cəm edir. Bunların hər birinin də tam və dəqiq şəkildə araşdırılması uzun illər vaxt tələb edir. Bunlar barəsində tədqiqat aparmaq üçün mütəxəssis qrupları tələb olunur ki, tədricən bu hökmlərdə olan sirləri kəşf edərək daha artıq həqiqətlərə nail olsunlar. Bunu da qeyd edək ki, bütün həqiqətlər və onların sirlərinin kəşf olunması ilahi elmə malik olan, Allah tərəfindən dəstəklənən şəxslərdən başqalarına müyəssər ola bilməz.
    Ən dolğun və gözəl maariflərə, ən yüksək əxlaqi göstərişlərə və dəyərli əxlaq normalarına, ən ədalətli və möhkəm hüquq sistemi və cəza qanunlarına, ən hikmətli ibadət əməllərinə, ictimai və fərdi hökmlərə, ən faydalı moizələrə və öyüd-nəsihətlərə, ən ibrətamiz tarixi hadisələrə, ən gözəl təlim-tərbiyə üslubuna malik olan, bir sözlə, bəşərin dünya və axirətdə ehtiyac duyduğu bütün prinsipləri əhatə edən, misli görünməmiş yeni üslubla yanaşı olan bu qanunlar elə bir səviyyədədir ki, cəmiyyətin bütün təbəqələri öz istedadlarının tutumu qədərincə ondan bəhrələnə bilərlər.
    Bu qədər həqiqət və maarifin hamısının belə bir məcmuədə toplanması adi insanların qüdrət dairəsindən çox-çox yüksəkdədir. Amma onun qəribəliyini və möcüzəliyini artıran şey oudur ki, bu əzəmətli kitabı təlim görməmiş, dərs oxumamış, eləcə də yüksək mədəniyyətdən uzaqda olan bir mühitdə böyüyən şəxs təqdim etmişdir. Daha qəribəsi budur ki, besətdən əvvəlki qırx il müddətində bu kimi sözlərin nümunəsi və oxşarı ondan eşidilməmişdir. Risaləti dövründə də "ilahi vəhy” ünvanı ilə təqdim etdiyi şeylər xüsusi üsluba, vəznə, həmahəngliyə və tam uyğunluğa malik idi. Bu da onu onun (s) başqa sözlərindən tamamilə ayırd edirdi. Bu ilahi kitabın sözləri ilə o Həzrətin (s) digər sözləri arasındakı aşkar fərqlər dəqiq şəkildə müşahidə olunurdu.
    Qurani-kərim bu məsələyə işarə edərək buyurur:
    "Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də bir şey yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şəkk-şübhəyə düşərdilər.» ("Ənkəbut” surəsi, ayə:48 )
    Başqa bir ayədə buyurulur:
    "De: Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan qabaq sizin aranızda ömür sürmüşəm. Məgər dərk etmirsinizmi?» ("Yunis” surəsi, ayə:16. )
    Güclü ehtimala əsasən, "Bəqərə” surəsinin 23-cü ayəsi də ("Onun kimi şəxsdən bir surə gətirin”) möcüzənin məhz həmin cəhətinə işarədir. Yəni böyük ehtimala görə «mislihi» kəlməsindəki «hu» əvəzliyi «əbdina» kəlməsinə qayıdır.
    Bir sözlə, əgər qeyri-mümkün fərziyyəyə əsasən yüzlərlə alim və mütəxəssis qrupu həmkarlıq nəticəsində bir kitab hazırlaya bilsəydi, məlumdur ki, dərs oxumamış, təhsil görməmiş bir şəxs bunun öhdəsindən əsla gələ bilməzdi.
    Deməli, belə xüsusiyyətlərə malik olan kitabın təhsil almamış şəxs tərəfindən gətirilməsi onun digər möcüzəvi cəhətini göstərir.
    V) AYƏLƏR ARASINDA UYĞUNLUQ, IXTILAFIN İSƏ OLMAMASI
    Qurani-kərim Peyğəmbəri-Əkrəmə (s) iyirmi üç il ərzində, özü də çox böhranlı və ağır şəraitlərdə, həmin dövrdə baş verən acılı-şirinli hadisələrlə yanaşı nazil olmuşdur. Lakin bu qəribə dəyişiklik və şərait Quranın möcüzəli üslubunda və mətləblərinin nizamlı olmasında azacıq belə təsir göstərməmişdir. Onun forma və məzmun baxımından tam uyğunluğu möcüzə olmasının digər göstəricisidir. Əvvəlki iki cəhət kimi Quranın özündə də ona işarə edilərək buyurulur:
    "Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyətlər tapardılar.»("Nisa” surəsi, ayə:82. )
    İzah: Hər bir insan, heç olmazsa, iki növ dəyişikliyə məruz qalır:
    1.Onun məlumat və istedadı artır. Bu onun elmi, bilik və sözlərində inikas olunur. Təbiidir ki, iyirmi illik zaman ərzində onun sözləri arasında nəzərə çarpacaq ixtilaf və fərqlər aşkar olur.
    2.Həyatda baş verən müxtəlif hadisələr, o cümlədən, qorxu, ümid, qəm-qüssə, şadlıq, həyəcan, asudəlik və s. insanda müxtəlif psixoloji, mənəvi halətlər, emosional xüsusiyyətlər və ehsasatların yaranmasına səbəb olur. Bu kimi fərqli hallar şəxsin düşüncə, danışıq və əməlində özünəməxsus təsirlər qoyur və təbiidir ki, bu dəyişikliklərin artması ilə onun sözləri arasındakı ixtilaf da artacaqdır. Həqiqətdə danışıqdakı dəyişikliklər ruhi halət və dəyişikliklərin nəticəsidir ki, onlar da öz növbəsində təbii və ictimai şəraitdən asılıdır.
    Quranın Peyğəmbərin (s) şəxsən özü tərəfindən yazıldığı fərz edilərsə və o Həzrətin (s) bir insan kimi qeyd olunan dəyişikliklərə məruz qaldığı nəzərə alınsa, islam Peyğəmbərinin (s) həyatında baş verən çoxlu dəyişikliklərə əsasən, gərək Quran forma və məzmununa görə çoxlu ixtilaflara düçar olaydı. Halbuki, onda bu kimi ixtilaflar azacıq belə gözə dəymir.
    Nəticə alırıq ki, Quranın möcüzəli bəlağət-fəsahətində və onun məzmununda ixtilafın olmaması bu şərif kitabın Mütəal Allahın sonsuz və sabit elm mənbəyindən qaynaqlandığını göstərir ki, o müxtəlif vəziyyət və hadisələrin qarşısında məhkum olmamış, əksinə təbiətə hakim kəsilmişdir.
    SUALLAR
    1.Qurani-kərim özünün möcüzə olmasını necə iddia edir?
    2.Quranın möcüzə olmasına qısa dəlil hansıdır?
    3.Belə bir ehtimal vermək olarmı ki, müxaliflərdən kimsə Quranın mislini gətirməyi istəməmiş, yaxud gətirmişsə də bizim ondan xəbərimiz olmamışdır? Niyə?
    4.Quranın möcüzəli bəlağət üslubunu şərh edin.
    5.Peyğəmbəri-Əkrəmin (s) ümmi olmasının Quranın möcüzə olması ilə nə kimi əlaqəsi vardır?
    6.Quranda ixtilafın olmaması onun möcüzə olmasına necə dəlalət edir?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 646 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024