İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:17 PM
    OTUZ ÜÇÜNCÜ DƏRS
    QURANIN TƏHRİFDƏN AMANDA OLMASI
    –Müqəddimə
    –Qurana heç nəyin əlavə edilməməsi
    –Qurandan heç nəyin azaldılmaması
    MÜQƏDDİMƏ
    Əvvəldə qeyd olunduğu kimi, nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi peyğamlar sağ-salamat və təhrif olunmadan insanların ixtiyarına verilməlidir ki, onun vasitəsilə dünya və axirətdəki səadət yollarını qət edə bilsinlər.
    Deməli, Quran camaata çatdırılana qədər digər asimani kitablarda olduğu kimi, təhrifdən amanda olmasında heç bir münaqişə yeri yoxdur. Bildiyimiz kimi, başqa asimani kitablar insanların ixtiyarına verildikdən sonra müəyyən qədər təhriflərə məruz qalmış, dəyişdirilmiş, yaxud müəyyən müddətdən sonra unudulmuşdur. Belə ki, müasir dövrdə həzrət Nuhun (ə), həzrət İbrahimin (ə) kitabları ümumiyyətlə, mövcud deyildir. Həzrət Musa (ə) və həzrət İsanın (ə) kitabları da əslində olduğu kimi qalmayıb. Bunlara diqqət yetirməklə belə bir sual yaranır: Hazırda sonuncu səmavi kitab olan Quranın məhz Peyğəmbərə (s) nazil olmuş və onda heç bir dəyişikliyə məruz qalmamış Quran olmasını haradan bilmək olar? Əlbəttə, hər kəs İslamın və müsəlmanların tarixi ilə müəyyən qədər tanış olsa, Peyğəmbəri-Əkrəmin (s) və onun məsum canişinlərinin (ə) Quran ayələrini yazıb qorumaqda nə qədər səy göstərdiklərindən agah olsa, həmçinin, müsəlmanların Quran ayələrini qoruyub saxlamaqda ciddiyyətlərini başa düşsə, (belə ki, yalnız bir müharibədə Quran hafizlərindən 70 nəfər şəhid olmuşdu) eləcə də Quranın on dörd əsr ərzində mütəvatir şəkildə nəql olunmasından, onun ayə, kəlmə, hərf və s. sayına nə qədər diqqət yetirilməsindən agah olsa, bu şərif kitabda azacıq belə təhrifolunma ehtimalını qəbul etməyəcəkdir. Lakin Qurani-kərimin təhrif olunmamasını bu kimi qəti tarixi şahidlərdən əlavə, bir əqli və bir nəqli dəlildən mürəkkəb olmuş bəyanla da isbat etmək olar. Yəni ilk növbədə Qurani-kərimə hər hansı bir şeyin artırılmamasını əqli dəlillə isbat edib sonra hazırda mövcud olan Quranın Allah tərəfindən nazil olmasını, eləcə də ondan heç bir şey əskildilmədiyini onun ayələrinə istinadən isbat etmək olar.
    Buna görə də Quranın hər növ təhrifdən amanda olması məsələsi bir-birindən ayrı olan iki mövzuda araşdırılır:
    1.Qurana heç bir şey artırılmayıb.
    Qurani-kərimə heç bir şeyin artırılmaması bütün müsəlmanların, hətta, dünyanın bütün agah şəxslərinin fikir birliyində olduğu məsələdir. Qurana nəyinsə artırılmasına ehtimal mənşəyi olan heç bir hadisə baş verməmiş, belə bir ehtimal üçün heç bir növ sənəd təqdim olunmamışdır. Eyni zamanda artırılma fərzini əqli dəlillər vasitəsilə inkar və batil etmək olar. Belə ki, əgər Qurana tam bir mətləb artırılsa, mənası bu olar ki, Quranın oxşarının gətirilməsi mümkündür və belə bir fərziyyə Quranın möcüzə olması, insanların onun oxşarını gətirməkdə bacarıqsız olması ilə uyğun deyildir. Əgər bir kəlmə, yaxud qısa bir ayənin ("Ərrəhman” surəsinin 64-cü ayəsi olan "müdhammətan» kəlməsi kimi) artırılması fərz olunduqda gərək onun daxilindəki nəzm pozulsun və möcüzəlik surətindən xaric olsun. Belə olan halda onun mislini gətirmək və onu təqlid etmək olar. Çünki Quran ibarələrinin möcüzəli şəkildə olan nəzmi, kəlmə və hərflərin də necə seçilməsinə bağlıdır və onların dəyişdirilməsi ilə möcüzəlik halından xaric olur.
    Qurani-kərimin möcüzə olmasını isbat edən həmin dəlillə onun bir şey artırılmasından da amanda olması isbat olunur və ayələrin möcüzəlik halından çıxmasına səbəb olan kəlmə və cümlələrin azaldılması da həmin dəlillə inkar edilir. Tam bir surənin, yaxud tam bir mətləbin digər ayələrin möcüzəlik halından çıxmağa səbəb olmayacaq qədər ixtisara salınması məsələsinə gəldikdə isə bunun üçün başqa bir dəlilə ehtiyac vardır.
    2.Qurandan heç nə azaldılmayıb
    Sünni və şiə alimlərindən olan böyük şəxsiyyətlər aşkar şəkildə buyurublar ki, Qurani-kərimə heç bir şey artırılmadığı kimi, ondan bir şey də azaldılmayıbdır. Bu mətləb üçün çoxlu dəlillər gətirmişlər. Lakin sünni və şiələrin hədis kitablarında bəzi saxta hədislərin nəql olunması, eləcə də bəzi mötəbər rəvayətlərdən düzgün olmayan nəticə alınması nəticəsində Qurani-kərimdən bəzi ayələrin ixtisara salınmasına və ya çıxarılmasına ehtimal verənlər və ya təkid edənlər olmuşdur.(Ayələrin təfsiri və onların bəzi nümunələrini göstərmək məqamında olan rəvayətlər, yaxud yanlış təfsirlərin və mənəvi təhriflərin batil olmasını göstərən hədisləri misal göstərmək olar. Belə ki, onlardan Qurani-kərimin müəyyən kəlmə və ibarələrinin ixtisara salınması düşünülə bilər. )
    Qurani-kərimin hər növ təhrifdən – istər artırılmaqdan, istərsə də ixtisara salınmaqdan amanda qalmasına qəti tarixi dəlillər mövcuddur. Bundan əlavə, onun möcüzəli nəzminin pozulmasına səbəb olacaq ixtisar möcüzə olmaq dəlili vasitəsilə inkar olunur və bir ayənin, yaxud müstəqil surənin Qurandan ixtisara salınması kimi işdən də amanda olmasını dərk etmək olar. Yəni mövcud Quranın bütövlükdə Allah kəlamı olması, ona heç bir şey artırılmaması sübuta yetdikdən sonra onun ayələrinin məzmunu ən möhkəm nəqli dəlil ünvanı ilə höccət olur. Quran ayələrindən əldə olunan mətləblərdən biri də budur ki, Mütəal Allah bu kitabın hər növ təhrifdən amanda qalmasına zəmanət vermişdir. Halbuki, digər səmavi kitabların qorunub saxlanılması insanların öhdəsinə verilmişdi.(Belə ki, "Maidə” surəsinin 44-cü ayəsində yəhudi və məsihi alimləri barəsində deyilir.)
    Bu məsələ "Hicr” surəsinin 9-cu ayəsində belə buyurulur:
    «Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.»
    Bu şərif ayə iki cümlədən təşkil olunmuşdur. Birinci cümlə "inna nəhnu nəzzəlnəz-zikrə” təkid edərək göstərir ki, Qurani-kərim Mütəal Allah tərəfindən nazil edilmişdir və nazil olduğu zaman onda heç bir dəyişiklik baş verməmişdir. İkinci cümlədə isə "və inna ləhu ləhafizun” təkid ədatlarından, eləcə də davamiyyətə dəlalət edən cümlə quruluşu vasitəsi ilə Quranın əbədi olaraq hər növ təhrifdən uzaq qalmasına zəmanət verilmişdir.
    Bu ayə Qurana bir şeyin artırılmaması barəsində dəlil olmasına baxmayaraq Quranda təhrifolunmanın inkar edilməsindən ötrü zəif istidlaldır. Çünki əgər Qurana bir şeyin artırılmasını fərz etsək onda yuxarıdakı ayənin də artırılması təsəvvür oluna bilər. Belə bir fərziyyənin düzgün olması bu ayənin özü ilə uyğun gəlmir. Buna görə də Qurani-kərimin möcüzə olmasına əsaslanaraq o fərziyyəni batil etdik, sonra isə bu şərif ayədən istifadə etməklə ondan hər hansı bir ayə, yaxud müstəqil surənin çıxarılmasından amanda qalmasını (belə ki, onun möcüzəli nəzmini bir-birinə qarışdırılmasına səbəb olmayacaq şəkildə) da isbat etdik. Beləliklə, Qurani-kərimin artırılıb-azaldılma kimi təhrifdən amanda olmasını bir əqli və bir nəqli dəlillə sübuta yetir.
    Dərsin axırında bu məsələni xatırladırıq ki, Quranın təhrifdən amanda qalması dedikdə məqsəd bu deyildir ki, hər yerdə Quran adlı bir kitab tapılsa, kamil Quran olsun, yazıda və ya qiraətdə olan səhvdən uzaq olsun, onun barəsində heç bir növ yanlışlıq və mənəvi cəhətdən təhrifin olmaması mümkün olmasın və onun ayə və surələri nazilolma tərtibi ilə tənzim olunmuş olsun. Əksinə, məqsəd budur ki, Qurani-kərim bəşər arasında elə bir vəziyyətdə qalmalıdır ki, həqiqət axtaranlar üçün onun bütün ayələrini nazil olduğu şəkildə əldə etmələri mümkün olsun. Buna əsasən, bəzi Quran nüsxələrinin səhv yazılması, yaxud naqis olması, yaxud qiraət fərqləri, yaxud ayə və surələrinin nazil olduğunun əksinə olaraq tənzim olunması, yaxud mənəvi cəhətdən təhrif edilməsi, yaxud şəxsi rəy əsasında təfsir edilməsinin Quranın sözü gedən təhrifdən amanda qalması ilə heç bir ziddiyyəti yoxdur.
    SUALLAR
    1.Quranın təhrifdən amanda qalması məsələsinin irəliçəkilmə şərtlərini bəyan edin.
    2.Quranın toxunulmaz olduğuna hansı tarixi dəlillər vardır?
    3.Quranın təhrif edilmədiyini hansı dəlillə isbat etmək olar?
    4.Qurana heç bir şeyin artırılmadığını isbat edin.
    5.Hansı əsasa görə Qurandan bir şey azaldılmayıb?
    6.Elə bu dəlilə əsasən Qurana bir şey artırılmadığını isbat etmək olarmı? Niyə?
    7.Quran nüsxələrinin bəzilərinin səhv yazılması, yaxud naqis olması, qiraətdəki ixtilaflar, ayə və surələrin nazilolunma tərtibinin əksinə yazılması, düzgün olmayan təfsirlər və mənəvi təhriflərin varlığı Quranın sözü gedən təhrifdən amanda olması ilə zidd olmadığını bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 559 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024