İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:16 PM
    OTUZ DÖRDÜNCÜ DƏRS
    İSLAM DİNİNİN ƏBƏDİ DÜNYA SƏVİYYƏLİ OLMASI
    –Müqəddimə
    –İslam dininin dünya səviyyəli bir din olması
    –İslamın dünya dini olmasına Quran dəlilləri
    –İslamın əbədi olması
    –Bir neçə şübhənin cavabı
    MÜQƏDDİMƏ
    Məlum olduğu kimi, bütün peyğəmbərlərə iman gətirib onların sözlərinin hamısını qəbul etmək islam dininin zəruri məsələlərindəndir.(Bu kitabın 29-cu dərsinə müraciət edin. )Peyğəmbərlərdən birinin, yaxud onların söz və hökmlərindən birinin inkar edilməsi ilahi-təşrii rübubiyyətin inkar olunması deməkdir. Bu, eynilə İblisin kafir olmasına oxşayır.
    Buna əsasən Peyğəmbəri-Əkrəmin (s) risaləti sübut olunduqdan sonra o Həzrətin (s) özünə və ona nazil olan bütün ayələrə, Allah tərəfindən gətirdiyi hökm və qanunlara iman gətirmək zəruri və lazımlı məsələlərdəndir.
    Amma hər bir peyğəmbərə və onun asimani kitabına iman gətirmək onun şəriətinə uyğun olaraq əməl etməyi tələb etmir. Belə ki, müsəlmanlar bütün ilahi peyğəmbərlərə və onlara nazil olmuş asimani kitablara iman gətirirlər. Lakin əvvəlki şəriətlərə əməl edə bilməzlər və bunu etməməlidirlər də. Əvvəldə qeyd olunduğu kimi, hər bir ümmətin vəzifəsi həmin ümmətin peyğəmbərinin göstərişlərinə əməl etməkdir. Deməli, bütün insanların İslam şəriətinə əməl etməsinin zərurəti o zaman sübut olur ki, islam Peyğəmbərinin (s) risaləti xüsusi bir qövmə (ərəblərə) məxsus olmasın, həmçinin o Həzrətdən (s) sonra onun şəriətini qüvvədən sala biləcək bir peyğəmbər də məbus olmasın. Başqa sözlə desək, İslam dünya səviyyəli və əbədi bir din olmalıdır.
    Buna görə də biz Peyğəmbəri-Əkrəmin (s) dininin dünya səviyyəli və əbədimi, yoxsa müəyyən bir zaman və ya qövm ilə məhdudlaşmasını araşdırmalıyıq.
    Aydındır ki, belə bir məsələni sırf əqli yolla araşdırmaq olmaz. Əksinə bu məsələdə nəqli elmlər və tarixi tədqiqat üslubundan bəhrələnmək, yəni mötəbər sənədlərə və mənbələrə müraciət etmək lazımdır.
    Bir kəs üçün Qurani-kərimin haqq olması, Peyğəmbərin (s) nübüvvəti, isməti və haqq olması sabit olsa, onun üçün Allahın kitabı və Peyğəmbərin sünnəsindən də mötəbər bir mənbə ola bilməz.
    İSLAMIN DÜNYA SƏVİYYƏLİ BİR DİN OLMASI
    İslamın dünya səviyyəli bir din olması, onun hansısa bir xüsusi qövmə, yaxud məntəqəyə aid olmaması bu ilahi dinin zəruri məsələlərindəndir. Hətta ona iman gətirməyən şəxslər belə islami çağırışın ümumdünya səviyyəsində olmasını, xüsusi coğrafi məntəqə ilə məhdudlaşmamasını bilirlər.
    Bundan əlavə, mövcud olan çoxlu tarixi faktlara əsasən Peyğəmbər (s) Roma, İran, Misir, Həbəşistan və Şam padşahlarına, eləcə də müxtəlif ərəb və digər qəbilə başçılarına məktublar yazmış, onlara qasid göndərmiş, hamısını bu müqəddəs dini qəbul etməyə çağırmış və islamı qəbul etmək qarşısında təkəbbür göstərib, küfr etməyin acınacaqlı nəticələri barədə onlara xəbərdarlıq etmişdir.(Peyğəmbəri-Əkrəm (s)-in məktubları mötəbər tarix kitablarında qeyd olunmuşdur və onların hamısı "məkatibir-Rəsul” adlı bir kitabda bir yerə toplanmışdır. ) Əgər İslam dini dünya səviyyəli olmasaydı, heç vaxt belə bir ümumi dəvət baş verməzdi. Başqa qövmlər və ümmətlər də bunu qəbul etməməkdə müəyyən bəhanələr gətirərdi.
    Buna görə də, İslamın haqq olmasına iman gətirməklə bu ilahi şəriətə əməl etməyin zərurəti arasında ayrılıq salmaq və boyunlarında vəzifə borcu olduğuna görə bu ilahi ayinə əməl edən kəsləri istisna etmək olmaz.
    QURANIN İSLAMIN ÜMUMDÜNYA DİNİ OLMASINA DAİR DƏLİLLƏRİ
    Bu cür mətləblərin isbat olunmasında ən mötəbər və ən yaxşı dəlil Qurani-kərimin özüdür ki, onun haqq olması və etibarlılıq dərəcəsi əvvəlki dərslərdə aydın oldu. Bu ilahi kitaba dərindən nəzər salan şəxs onun dəvətinin ümumi və dünya səviyyəsində olmasını, hansısa firqə və ya tayfaya məxsus olmadığını anlayar. Quran özünün çoxlu ayələrində bütün insanlara "ya əyyuhənnas», yəni "ey insanlar”("Bəqərə”-21, "Nisa”-1 və 174, "Fatir”-15.), yaxud "Ey bəni Adəm”, yəni "ey Adəm övladları”("Əraf” 26-28, 31, 35, "Yasin”-60. ) deyə xitab edir, öz hidayətinin bütün insanlara("Bəqərə”-185, 187, "Ali-İmran”-138, "İbrahim”-1, 52, "Casiyə”-20, "Zümər”-41, "Nəhl”-44, "Kəhf”-54, "Həşr”-21. ) və bütün aləmlərə("Ənam”-90, "Yusif”-104, "Sad”-87, "Təkvir”-27, "Qələm”-52. ) şamil olduğunu buyurur. Həmçinin, Quran ayələri Peyğəmbərin (s) risalətinin bütün insanlara aid olduğunu bildirmişdir.("Nisa”-79, "Həcc”-49, "Səba”-28, "Ənbiya”-107, "Furqan”-1. ) Bir ayədə isə bu dəvətin onun barəsində agahlığı olan hər kəsə şamil olduğunu təkid edir ("Ənam”-19). Digər tərəfdən digər dinlərin ardıcıllarına "əhli-kitab” - deyə xitab edir, və onlara tənə vurur.("Ali-İmran” surəsi, ayə:65, 70-71, 98-99, 110, "Maidə” surəsi, ayə:15, 19.) Peyğəmbəri-Əkrəmin (s) risalətinin onlara da aid olduğunu bildirir. Ümumiyyətlə, Qurani-kərimin Peyğəmbərə (s) nazil olmasında əsas hədəf İslamın digər dinləri qüvvədən salması hesab olunmuşdur.("Tövbə” surəsi, ayə:33, "Fəth” surəsi, ayə:38, "Səff”-9. )
    Bu ayələrə diqqət yetirməklə Qurani-kərimin dəvətinin hamıya aid olmasında və müqəddəs İslam dininin dünya səviyyəsində bir din olmasında şübhəyə yer qalmır.
    İSLAMIN ƏBƏDİ BİR DİN OLMASI
    Yuxarıdakı ayələrdə qeyd olunan ümumi sözlərdən ("ey bəni Adəm”, "ey insanlar”, "ey aləmdəkilər” kimi) istifadə etməklə və qeyri-ərəb qövmlərinə və başqa din ardıcıllarına "kitab əhli” deyə xitab etməklə İslam dininin ümumi və dünya səviyyəli bir din olması sübuta yetir. Həmçinin zaman cəhətindən qeyd vurulmaması ayələrin müəyyən zamana aid edilməsi onun məhdud zamandan ötrü olmasını inkar edir. Xüsusilə "liyuzhirəhu ələddini kullih”("onu bütün dinlərə qalib etsin deyə»("Tövbə”-33, "Fəth”-38, "Səff”-9. )) ayəsi heç bir şübhəyə yer qoymur. "Fussilət” surəsinin 42-ci ayəsində buyurulur:
    «Həqiqətən, o, əziz, çox dəyərli, qiymətli bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilər. O, həkim (hikmət sahibi) və həmid (şükrə, tərifə layiq olan) Allah tərəfindən nazil edilmişdir.»
    Bu ayə göstərir ki, Qurani-kərim heç vaxt özünün düzgünlük və etibarını əldən verməyəcəkdir. Rəsuli-Əkrəmin (s) sonuncu peyğəmbər olması dəlilləri də (bu məsələ sonrakı dərsdə araşdırılacaqdır) bu ilahi dinin digər bir peyğəmbər və şəriət vasitəsilə qüvvədən düşməsinin mümkünlüyü ilə əlaqədar yaranan şübhəni aradan qaldırır. Deyilən məzmunda da çoxlu rəvayətlər nəql olunmuşdur. O cümlədən:
    "Həzrət Məhəmmədin (s) halal buyurduğu qiyamət gününə qədər halal, haram buyurduğu isə qiyamət gününə qədər haramdır.» (Kafi”, 1-ci cild, səh-57, 2-ci cild, səh-17, "Bihar”, 2-ci cild, səh-260, 24-cü cild, səh-288, "Vəsailüş-şiə”, 18-ci cild, səh-124. )
    İslamın əbədi olması onun dünyəvi bir din olmasını zəruri edən ilahi məsələlərdəndir və bu barədə əlavə dəlillər gətirməyə ehtiyac duyulmur.
    BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI
    İslamın dünyaya yayılmasının qarşısını almaq üçün var-qüvvələrini sərf edərək heç nəyi əsirgəməyən düşmənlər müəyyən şübhələr yaratmaqla Allah dininin yalnız Ərəbistan yarımadası üçün nazil olduğunu və qeyrilərinə gətirilmədiyini iddia edirlər. Onlar müəyyən ayələrə istinad edərək bildirirlər ki, həmin ayələrdə Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbalarını, yaxud Məkkədə və onun ətrafında yaşayanları dəvət etmək əmr olunur.("Şüəra” surəsi, ayə:214, "Ənam” surəsi, ayə:92, "Şura” surəsi, ayə:7, "Səcdə” surəsi, ayə:3, "Qəsəs” surəsi, ayə:46, "Yasin” surəsi, ayə:5-6. ) Həmçinin, "Maidə” surəsinin 69-cu ayəsində yəhudilər, sabeinlər və məsihilər haqqında da səadətin meyarı iman və saleh əməl hesab edilir, İslam dininin qəbul olunması səadətin şərti kimi qeyd olunmur. İslam fiqhində kitab əhli müşriklərlə eyni səviyyədə deyildir. Onlar (müsəlmanların verdikləri xüms və zəkatın yerinə) cizyə verməklə İslam dövlətinin sığınacağında yaşayırlar. Onların təhlükəsizliyi təmin olunur və öz şəriət hökmlərinə əməl edə bilərlər. Bu da həmin dinlərin rəsmi olaraq tanınması nişanəsidir.
    Bunun cavabında demək lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) yaxın adamlarını və Məkkə əhalisini haqqa dəvət edən ayələr sadəcə olaraq dəvətin mərhələləridir. Belə ki, bu mərhələlər o Həzrətin (s) qohum-əqrəbasından başlanmalı, sonra Məkkə əhalisi və onun ətrafında yaşayanlara doğru genişlənməli və nəhayət, bütün dünyanı əhatə etməlidir. Bu kimi ayələr o Həzrətin (s) risalətinin ümumdünya səviyyəsində olmasını göstərən ayələrlə heç bir əlaqəsi yoxdur. Çünki bu ayələrin məzmunu məhdudlaşdırıla bilməz. Bundan əlavə, belə məhdudlaşdırma əql sahiblərinin nəzərində qəbahətli və qeyri-məqbul hesab olunur.
    "Maidə” surəsinin yuxarıda göstərilən ayəsində isə qeyd olunan məsələ bundan ibarətdir ki, sadəcə olaraq hansısa dinə tabe olmaq həqiqi səadətə nail olmaq üçün kifayət deyildir, əksinə, səadətin amili, həqiqi imandan, Mütəal Allahın Öz bəndələrinə vacib etdiyi vəzifələrə əməl etməkdən ibarətdir. İslamın ümumdünya səviyyəsində və əbədi bir din olmasını isbat edən dəlillərə uyğun olaraq, İslam Peyğəmbəri (s) zühur etdikdən sonra bu dinin hökm və qanunlarına əməl etmək bütün insanların vəzifəsidir.
    Amma İslam dinində kitab əhlinin kafirlərdən üstün hesab edilməsinə gəldikdə isə, bu onların İslamı qəbul etməməkdə və ona əməl etməməkdə üzürlü olması demək deyildir. Əksinə onlar haqqında rəva görülən məsləhətlərə uyğun olaraq dünyəvi güzəştlərdir. Şiələrin etiqadına görə, həmin güzəştlər də müvəqqətidir. Həzrət İmam Zamanın (ə) zühur etdiyi zaman onlara yekun hökm elan olunacaq və onlarla kafirlər kimi rəftar olunacaqdır. Bu mətləbi də «li yuzhirəhu ələddini kullih»(Tövbə surəsi, ayə 33, Fəth surəsi, ayə 38, Səff surəsi, ayə 9. ) cümləsindən anlamaq olar.
    SUALLAR
    1.Bütün insanların İslam şəriətinə tabe olması vacibdirmi?
    2.Qurandan İslam dininin dünyəvi və əbədi bir din olmasına dair dəlillər gətirin.
    3.Bu mətləb üçün daha hansı dəlillər mövcuddur?
    4.Peyğəmbəri-Əkrəmi (s) öz yaxın qohum-əqrəbalarını və Məkkə əhalisini hidayət etməyə məmur edən ayələrin o Həzrətin (s) risalətinin yalnız onlarla məhdudlaşmadığını izah edin.
    5."Maidə" surəsinin 69-cu ayəsinə əsasən heç bir ümmətin İslama tabe olmamaqda üzrlü sayılmamasının dəlilini bəyan edin.
    6.Zimmə əhlinin öz şəriətlərinə əməl etməyə icazəli olmaları, onların İslam şəriətini qəbul etməməkdə üzrlü olmalarına necə dəlil ola bilməz?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 548 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024