İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:16 PM
    OTUZ BEŞİNCİ DƏRS
    XATƏMİYYƏT
    –Müqəddimə
    –Quranda xatəmiyyətin dəlili
    –Xatəmiyyət barədə rəvayətlər
    –Nübüvvətin sona çatmasının dəlili
    –Bir şübhənin cavabı
    MÜQƏDDİMƏ
    İslamın əbədi din olmasını nəzərə almaqla İslam şəriətini qüvvədən sala biləcək yeni peyğəmbərin məbus olacağı ehtimalı aradan gedir. Amma belə bir şübhə yarana bilər ki, digər peyğəmbərin gəlib İslam dinini təbliğ edərək yaymağı mümkündür. Çünki əvvəlki peyğəmbərlərin çoxu belə bir məsuliyyəti öhdələrinə almışdılar, istər şəriət sahibi olan peyğəmbərlərlə müasir olsunlar (məsələn, həzərət Lut (ə) həzrət İbrahimin (ə) müasiri və onun şəriətinə tabe idi), istərsə də şəriət sahibi olan peyğəmbərdən sonra göndərilsinlər və ona tabe olsunlar (Bəni-İsrail peyğəmbərlərinin çoxu belə olmuşdur). Belə şübhələr yaranmasın deyə, islam Peyğəmbəri Həzrət Məhəmmədin (s) xatəmiyyət məsələsi ayrıca şəkildə araşdırılmalıdır.
    QURANDA XATƏMİYYƏTƏ DAİR DƏLİL
    İslamın zəruri və danılmaz məsələlərindən biri də peyğəmbərlər silsiləsinin İslam Peyğəmbəri (s) vasitəsilə sona yetməsidir. Yəni ondan sonra heç bir peyğəmbər gəlməmiş və gələcəkdə də gəlməyəcəkdir. Hətta islama yad olanlar da bu məsələnin hər müsəlmanın etiqad bəsləməli olduğu İslam etiqadlarından biri olduğunu bilirlər. Buna görə də dinin başqa zəruri etiqadları kimi heç bir dəlilə ehtiyacı olmayacaqdır. Eyni halda bu mətləbi həm Quran ayələri, həm də mütəvatir hədislərdən istifadə edərək isbat etmək olar.
    Qurani-kərimdə buyurulur:
    "Məhəmməd (s) aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur.»("Əhzab” surəsi, ayə:40.)
    Bu ayə tam aşkar şəkildə Peyğəmbəri-Əkrəmi (s) bütün peyğəmbərlərin sonuncusu kimi təqdim edir. İslam düşmənlərindən bəziləri bu ayənin Peyğəmbərin (s) xatəmiyyəti ilə bağlı olmasına dair iki irad tutmuşlar:
    Birincisi: "Xatəm kəlməsi üzük mənasında da işlənir, ola bilsin ki, ayədə üzük mənası nəzərdə tutulmuşdur” – deyirlər.
    İkincisi: "Xatəm sözü özünün məşhur mənasına götürülsə belə, ayənin mənası bu ola bilər ki, nəbilər silsiləsi o Həzrətin (s) vasitəsilə sona çatır, amma bu, rəsullar silsiləsinin sona çatmasına dəlalət etmir” - deyə bildirirlər.
    Birinci iradın cavabı budur ki, "xatəm” kəlməsi bir şeyin xətm edilməsi, sona çatdırılması vasitəsinə deyilir. Üzüyə də (qədimdə) məhz ona görə xatəm deyirdilər ki, onun vasitəsilə məktubu və s. kimi şeyləri sona çatdırıb möhürləyirmişlər.
    İkinci sualın cavabı bundan ibarətdir ki, risalət məqamına malik olan hər peyğəmbər nübüvvət məqamına da malikdir. Nəbilər silsiləsinin sona çatması elə rəsullar silsiləsinin də sona çatması deməkdir. Bu əvvəllər də qeyd olunmuşdur.(29-cu dərsə baxa bilərsiniz.) Məfhum cəhətindən nəbinin rəsuldan ümumi olmasına baxmayaraq, işlənmə cəhətində nəbi rəsuldan daha ümumidir.
    XATƏMİYYƏTƏ DAİR RƏVAYƏTLƏR
    Peyğəmbəri-Əkrəmin (s) xatəmiyyət məsələsi yüzlərlə rəvayətdə aşkar şəkildə bəyan olunmuşdur. Onlardan biri də həm sünni, həm də şiələr tərəfindən Peyğəməbrdən (s) mütəvatir şəkildə nəql olunan və məzmununda heç bir şübhəyə yer olmayan "Mənzilət» adlı hədisdir.("Biharul-ənvar”, 37-ci cild, səh-254, 289, "Səhihi-Buxari”, 3-cü cild, səh-58, "Səhihi Müslim”, 2-ci cild, səh-323, "Sünəni ibni Macə”, 1-ci cild, səh28, "Müstədrəki Hakim”, 1-ci cild, səh-28, 3-cü cild, səh-109, "Müsnədi ibni Hənbəl”, 1-ci cild, səh-331 və 2-ci cild, səh 369, 437. )O hədisdə deyilir:
    «Peyğəmbər (s) Mədinədən Təbuka hərəkət etdiyi zaman həzrət Əlini (ə) müsəlmanların işlərini idarə etmək üçün öz yerinə canişin təyin etdi. Həzrət Əli də (ə) bu cihadda iştirak etmək feyzindən məhrum olduğuna görə qüssələndi. Bu zaman Peyğəmbər (s) ona buyurdu: «Mənimlə sənin bir-birimizə olan nisbətimizin Musa ilə Harunun bir-birinə olan nisbəti kimi olmasına razı olmazsanmı?!» Bundan sonra «Bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur» -deyə buyurmaqla ki, heç bir şəkk-şübhəyə yer qoymadı.»
    Başqa bir rəvayətdə Peyğəmbərdən (s) belə nəql olunur: "Ey insanlar! Məndən sonra heç bir peyğəmbər, sizdən sonra da heç bir ümmət yoxdur.» ("Vəsailüş-şiə”, 1-ci cild, səh-15, "Xisal”, 1-ci cild, səh-322 və 2-ci cild, səh-487. )
    "Nəhcül-bəlağə”nin bir neçə xütbəsində(1, 69, 83, 87, 129, 168, 193, 230-cu xütbələr. )və məsum imamlardan (ə) nəql olunan çoxlu rəvayət, dua və ziyarətnamələrdə bu mətləbə kifayət qədər toxunulmuşdur. Onların hamısını qeyd etməyə imkan yoxdur.
    NÜBÜVVƏTİN TAMAMLANMASININ SİRRİ
    Yuxarıda qeyd olunduğu kimi, peyğəmbərlərin sayının çoxluğu və onların bir-birinin ardınca gəlməsinin səbəbi budur ki, bir tərəfdən keçmiş zamanlarda ilahi risalətin yer kürəsinin hər yerində və bütün ümmətlər arasında təkcə bir şəxsin vasitəsilə təbliğ olunması müyəssər deyildi, digər tərəfdən də yeni ictimai hadisə və münasibətlərin yaranması, əlaqələrin mürəkkəbləşməsi və genişlənməsi əvvəlki qanunların dəyişilməsini tələb edirdi. Həmçinin, zamanın keçməsi, şəxslərin cəhalət və qərəz əsasında olan dəxalətləri vasitəsilə yaranan təhriflər və dəyişikliklər digər peyğəmbər vasitəsilə ilahi təlimlərə düzəliş verilməsini gərəkli edirdi.
    Deməli, ilahi risalətin dünya səviyyəsində bir peyğəmbər və onun köməkçilərinin vasitəsilə təbliğ olunması müyəssər olduğu təqdirdə, bir şəriətin qanunlarının cəmiyyətin hazırkı və gələcəkdəki ehtiyaclarını təmin edəcəyi və qarşıya çıxan yeni məsələlər barəsində nəzər verə biləcəyi şəraitdə, eləcə də onun təhriflərdən uzaq qalıb davam etməsinə zəmanət verildikdə, yeni bir peyğəmbər göndərilməsinə lüzum qalmaz.
    İnsanların adi elmləri belə şəraitləri ayırd edə bilmədiyindən Mütəal Allah Özünün sonsuz elm və qüdrəti ilə bu şəraitin yaranma zamanını bilir. Nübüvvətin də xətm olunmasını yalnız O, elan edə bilər. Belə ki, bu işi Özünün sonuncu səmavi kitabında bəyan etmişdir.
    Bunu da qeyd edək ki, nübüvvətin xətm olunması Allah ilə bəndələr arasında hidayət əlaqələrinin tamamilə kəsilməsi demək deyildir. Əksinə, Mütəal Allah hər vaxt məsləhət görsə Özünün layiqli bəndələrinə qeyb elmini, hətta, nübüvvət vəhyi surətində olmasa belə əta edər. Belə ki, şiələrin inancına görə, Allah belə elmləri məsum imamlara əta etmişdir. Allahın istəyi ilə bu məsələni imamət ilə əlaqədar bölmələrdə araşdıracağıq.
    BİR ŞÜBHƏ VƏ ONUN CAVABI
    Yuxarıdakı bəyanlardan aydın olur ki, nübüvvətin xətm olunmasının sirri budur ki, əvvəla, Peyğəmbər (s) öz köməkçiləri və canişininin köməyi ilə özünün ilahi risalətini bütün dünyaya çatdıra bilərdi. İkincisi, onun gətirdiyi səmavi kitabın hər növ təhrifdən amanda qalacağına zəmanət verilmişdir. Üçüncüsü, İslam şəriəti dünyanın axırına qədər bəşəriyyətin ehtiyac duyduğu bütün məsələlərə cavab verməyə qadirdir.
    Amma bəziləri sonuncu mətləb barəsində şübhə yaradıb deyə bilər ki, keçmişdə ictimai rabitələrin get-gedə mürəkkəbləşməsi yeni hökmlərin verilməsini, yaxud əvvəlki hökmlərin dəyişməsini tələb etdiyi zaman digər bir peyğəməbər məbus olduğu kimi islam Peyğəmbərindən də (s) sonra ictimai rabitələrdə nəzərə çarpacaq və daha mürəkkəb dəyişikliklər baş verdiyindən, belə dəyişikliklər yeni şəraitin yaranmasını və nəticədə yeni peyğəmbər göndərilməsini necə tələb etməyə bilər?
    Cavabda deməliyik ki, hansı dəyişikliklərin əsaslı qanunlar gətirilməsini tələb etdiyini ayırd etmək adi insanların qüdrət və bacarıq dairəsindən xaricdədir. Çünki bizim hökm və qanunların hikmət və səbəblərinə elmi əhatəmiz yoxdur. Əksinə, biz İslamın əsas qanunlarının dəyişilməsinə ehtiyac duyulmadığını, bu dinin əbədi din olmasından və Peyğəmbəri-Əkrəmin (s) xatəmiyyətindən dərk edirik.
    Əlbəttə, biz yeni qayda-qanunların qoyulmasını tələb edən yeni ictimai hadisələrin varlığını da inkar etmirik. Amma İslam şəriətində bu kimi cüzi qanunlar yaratmaq üçün müəyyən prinsip və qaydalar nəzərdə tutulmuşdur ki, səlahiyyətli məqam sahibləri onların əsasında lazımi qanunlar çıxara və icra edə bilər. Bu mətləbin təfsilatını İslam fiqhində, islami hökumətin ixtiyarı (məsum imam və vəliyyi-fəqih) bölməsində araşdırmaq lazımdır.
    SUALLAR
    1.İslam dininin əbədi bir din olmasını isbat etdikdən sonra xatəmiyyət barəsində bəhs aparmağa nə ehtiyac vardır?
    2.Quran dəlili əsasında xatəmiyyəti necə isbat etmək olar?
    3.Bu dəlillə bağlı şübhələri göstərərək cavabını bəyan edin.
    4.Xatəmiyyətə aid olan rəvayətlərdən üçünü bəyan edin.
    5.Peyğəmbərlər silsiləsi niyə İslam Peyğəmbərinin (s) gəlişi ilə sona çatmışdır?
    6.Nübüvvətin tamamlanması ilahi elmlərdən istifadə yolunun bağlanması mənasındadırmı? Niyə?
    7.İslam Peyğəmbərinin (s) zühurundan sonra baş verən ictimai dəyişikliklər yeni şəriətin gəlməsini tələb edirmi? Nəyə görə?
    8.Qarşıya çıxan yeni-yeni hadisələrdə cəmiyyətin qanunlara olan ehtiyacı necə təmin olunur?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 577 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024