İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:15 PM
    OTUZ ALTINCI DƏRS
    İMAMƏT
    –Müqəddimə
    –İmamət məfhumu
    MÜQƏDDİMƏ
    İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara "ənsar” deyilirdi), xüsusilə, Məkkədən köçüb oraya gələn mühacirlərin misilsiz kömək və himayələrindən bəhrələndikdən sonra islam cəmiyyətinin əsasını qoyaraq onu idarə etməyə başladı. "Peyğəmbər məscidi” ilahi risalətin təbliğ olunduğu, ibadət və camaatın təlim-tərbiyə mərkəzi olmaqdan əlavə, mühacirlərin və məhrum kütlələrin də mənəvi sığınacaq yeri idi. Peyğəmbər (s) onların maddi çətinliklərini və iqtisadi məsələlərini məhz həmin yerdə həll edirdi. Həmçinin münaqişəli məsələlərin çözülməsi, hərbi tədbirlər barədə qərar qəbul edilməsi, cəbhələrə kömək və s. kimi hökumət məsələləri də burada həll olunurdu. Bir sözlə, camatın dini və dünya işləri Peyğəmbərin (s) əlində idi və müsəlmanlar o Həzrətin (s) göstərişlərinə itaət etməyi özlərinə vacib bilirdilər. Çünki Mütəal Allah müsəlmanlara o Həzrətə (s) mütləq şəkildə itaət etməyi əmr etməkdən əlavə,("Ali-İmran” surəsi, ayə:32, 132, "Nisa” surəsi, ayə:12, 14, 69, "Maidə” surəsi, ayə:92, "Ənfal” surəsi, ayə:1, 20, 46, "Tövbə” surəsi, ayə:71, "Nur” surəsi, ayə:51, 54, 56, "Əhzab” surəsi, ayə:66, 71, "Hücurat” surəsi, ayə:14, "Fəth” surəsi, ayə:16-17, "Məhəmməd” surəsi, ayə:32, "Mücadilə” surəsi, ayə:12, "Mümtəhinə” surəsi, ayə:12, "Təğabun” surəsi, ayə:12, Cin-23. ) siyasi, məhkəmə, hərbi məsələlərdə də Rəsuli-Əkrəmə (s) itaət etmək barədə təkidli əmrlər vermişdi.("Ali-İmran” surəsi, ayə:152, "Nisa” surəsi, ayə:42, 59, 65, 105, "Maidə” surəsi, ayə:48, "Həcc” surəsi, ayə:67, "Əhzab” surəsi, ayə:6, 36, "Mücadilə” surəsi, ayə:8-9, "Həşr” surəsi, ayə:8. )
    Başqa sözlə, Peyğəmbər (s) nübüvvət və risalət, İslam hökmlərini ümmətə bəyan edib öyrətməkdən əlavə, islam cəmiyyətinə rəhbərlik etmək kimi bir öhdəçiliyə də malik idi. Daha sonra o, qəzavət (məhkəmə), hərbi rəhbərlik və s. kimi mühüm vəzifələri də icra edirdi. İslam dinində ibadi və əxlaqi vəzifələrdən əlavə siyasi, iqtisadi, hüquqi və s. hökmlər də mövcud olduğundan islam Peyğəmbəri də (s) insanlara təlim-tərbiyə vermək və Allah tərəfindən dini vəzifələri onlara çatdırmaqla yanaşı, ilahi hökm və qanunların icra olunmasını və bütün hökumət işlərini də öz öhdəsinə almışdı.
    Aydındır ki, dünyanın sonuna qədər bütün bəşər cəmiyyətlərini düz yola hidayət etməyə qadir olmasını iddia edən bir din bu kimi mühüm məsələlərə laqeyd yanaşa bilməz. Təməlini bu din təşkil edən bir cəmiyyət də bu kimi siyasi və hökumət mənsəblərindən məhrum ola bilməz. Bu mənsəblər də məhz "imamət məqamı” adı ilə tanınır.
    Amma yenidən belə bir sual yaranır: Peyğəmbərin (s) vəfatından sonra bu məqamı kim öhdəsinə almalıdır? Mütəal Allah bu məqamı Peyğəmbərə əta etdiyi kimi, başqa şəxslərə də verirmi? Bu məqam yalnız Allah tərəfindən təyin olunması ilə özünə qanunilik tapırmı? Yoxsa, bu məqamın Allah tərəfindən əta olunması yalnız Peyğəmbərə (s) aiddir və o Həzrətdən (s) sonra camaat özü imam seçib özlərinə rəhbər təyin edir? Doğrudanmı camaatın belə bir haqqı var? Sünnilərlə şiələrin əsas ixtilafı da məhz bu məsələ üzərindədir. Belə ki, şiələrin inancına görə, imamət Allah tərəfindən olan bir mənsəb olub səlahiyyətli şəxslərə verilir. Mütəal Allah Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə həzrət Əlini (ə) o Həzrətin (s) özündən sonrakı canişini qərar vermiş, daha sonra onun on bir övladı biri digərindən sonra imamət məqamına təyin olunmuşdur. Sünnilər isə inanırlar ki, nübüvvət və risalətdə olduğu kimi, imamət də Peyğəmbərin (s) vəfatı ilə sona çatır və ondan sonra imam camaat tərəfindən təyin olunur. Sünnilərin bəzi böyük şəxsiyyətləri aşkar şəkildə iddia etmişlər ki, hətta əgər bir şəxs silah gücü ilə camaata hakim olsa, bundan sonra ona itaət etmək hamıya vacib olmalıdır!("Əl-əhkamus-sultaniyyə” (Əbu Yəla) Əbu Qasmi Səmərqəndinin "Əssəvadul-əzəm” kitabının tərcüməsi, səh 40-42. ) Halbuki, bu cür puç nəzəriyyələr hiyləgər, zalım və zorakı insanlar tərəfindən sui-istifadə edilərək müsəlmanları perik salıb tənəzzülə uğratmalarına şərait yaradır.
    Həqiqətdə sünnilər imamətin Allah tərəfindən təyin olunmasını qanuni bir iş kimi qəbul etməklə "dinin siyasətdən ayrılığı” kimi istismarçı siyasətin əsasını qoymuşlar. Şiələrin əqidəsinə görə, məhz bu iş həqiqi İslamdan, Allaha pərəstiş yolundan azğınlığa düşmənin başlanğıcı, eləcə də Peyğəmbərin (s) vəfatından etibarən müsəlmanların arasında baş verən, yaxud gələcəkdə baş verəcək yüzlərlə inhiraf və azğınlığın mənşəyi olmuşdur.
    Buna görə də müsəlman bir şəxs bu məsələni tam ciddiyyətlə, hər növ təqlidçilik və təəssübdən uzaq olmaq şərti ilə araşdırmalı(Xoşbəxtlikdən böyük alimlər bu barədə müxtəlif dillərdə və müxtəlif üslublarla minlərlə kitab yazmış, haqq-həqiqət axtaranlar üçün tədqiqat yolunu açmışlar. Nümunə üçün "Əbəqatul ənvar”, "Əl-ğədir”, "Dəlailus-sidq”, "Ğayətul-məram”, "İsbatul-hudat” kimi kitabları qeyd etmək olar. Daha artıq mütaliə etməyə imkanı olmayan şəxslərə iki sünni və şiə alimi arasında yazışmadan ibarət olan "əl-Müraciat” kitabına, eləcə də "Əsluş-şiə və usuluha” kitabına müraciət etmələrini məsləhət görürük.) və haqq məzhəbi seçərək var-qüvvəsi ilə onu himayə etməlidir.
    Aydındır ki, İslam dünyasının ümumi məsləhətini nəzərə alaraq, İslam düşmənlərinin mövcud ixtilaflardan və müxtəlif məzhəblərin qarşıdurmasından istifadə etməsinə şərait yaratmaqdan uzaq olmaq lazımdır. Biz elə bir iş görməməliyik ki, müsəlmanların cərgələrində təfriqə yaransın və kafirlər qarşısındakı sıx birlikləri aradan getsin. Bütün müsəlmanlara vacibdir ki, ziyanı özlərinə qayıdan, İslam cəmiyyətinin zəifləməsindən başqa bir nəticəsi olmayan işlərdən çəkinsinlər. Digər tərəfdən də müsəlmanların vəhdət və birliklərinin qorunub saxlanması haqq məzhəbin ayırd edilməsi və imamət məsələsinin araşdırılması üçün sağlam mühit yaradılmasına lazım olan təhqiq və səylərə mane olmamalıdırlar. Bu elə bir məsələdir ki, onun düzgün şəkildə həll olunması müsəlmanların müqəddəratının həll edilməsində, onların dünya və axirət səadətlərində tam mənada təsirlidir.
    İMAMƏT MƏFHUMU
    "İmamət” sözünün lüğəti mənası rəhbərlik, başçılıq etmək deməkdir. Haqq və ya batil yolda olmasından asılı olmayaraq müəyyən bir qrupun rəhbərliyini öhdəsinə alan şəxsə "imam” deyilir. Belə ki, Qurani-kərim "əimmətəl-kufr”("Tövbə” surəsi, ayə:12) kəlməsini kafir başçıları ilə əlaqədar işlətmişdir. Namazda başqalarının iqtida etdiyi şəxs də camaat namazının imamı adlandırılır.
    Amma kəlam elmində «imamət» sözündən aşağıdakı kimi istifadə olunur:
    "İslam cəmiyyətində müsəlmanların bütün dünyəvi və dini işləri ilə əlaqədar olan hərtərəfli rəhbərlik».
    "Dünyəvi” kəlməsinin imamətin əhatə hüdudlarının genişləndirir. Çünki cəmiyyətin dünyəvi işlərinin idarə olunması İslam dininin ayrılmaz bir hissəsidir.
    Şiələrin nəzərinə görə belə bir rəhbərlik yalnız o zaman qanuni olacaqdır ki, Mütəal Allah tərəfindən təyin olunsun. Belə bir məqama əsalətən malik olan şəxs islami hökmlərin və maarifin dəqiq şəkildə bəyan olunması üçün hər növ xətadan, eləcə də günahlardan uzaq olmalıdır. Həqiqətdə məsum imam Peyğəmbəri-Əkrəmin (s) nübüvvət və risalətdən başqa malik olduğu bütün məqamlara malikdir. Həmçinin onun sözləri islam maarifi və qayda-qanunlarının və dini həqiqətlərin bəyan olunmasında höccətdir. Həm də müxtəlif hökumət işləri ilə əlaqədar məsələlərdə ona itaət etmək vacibdir.
    Deməli, sünni və şiələrin imamət məsələsindəki ixtilafı üç məsələdən ibarətdir:
    1.İmam Allah tərəfindən təyin olunmalıdır.
    2.İmam Allah tərəfindən verilən xüsusi elmə malik və xətalardan uzaq olmalıdır.
    3.Günahlardan pak və məsum olmalıdır.
    Əlbəttə, məsum olmaq imam olmağı zəruri etmir. Çünki şiələrin etiqadına görə, həzrət Fatimeyi Zəhra da (s) məsumdur, amma imamət məqamına malik deyildir. (Eləcə də həzrət Məryəm də (s) ismət məqamına malik olmuşdur.) Allah övliyaları arasında belə bir məqama malik olan digər şəxslərin də olması mümkündür, baxmayaraq ki, onların barəsində bizim məlumatımız yoxdur. Ümumiyyətlə, məsum şəxsin Allah tərəfindən təqdimolunma yolundan başqa bir yolla ayırd edilməsi müyəssər deyildir.
    SUALLAR
    1.İslam Peyğəmbəri (s) nübüvvət və risalətdən başqa daha hansı ilahi məqamlara malik idi?
    2.Şiələrlə sünnilər arasında ixtilafın əsas mənşəyi nədir?
    3.Allah tərəfindən təyin olunmayan imamın qəbul edilməsinin nə kimi nəticələri var?
    4.İmamətin lüğətdəki və istilahdakı mənalarını bəyan edin.
    5.İmamətin əsaslı məsələləri hansılardır?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 796 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024