İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:15 PM
    OTUZ YEDDİNCİ DƏRS
    İMAMIN VARLIĞINA EHTİYAC
    –Müqəddimə
    –İmamın varlığının zərurəti
    MÜQƏDDİMƏ
    Etiqadi məsələlərdə dərin düşüncəyə malik olmayanların çoxu belə təsəvvür edir ki, şiələrlə sünnilərin imamət məsələsindəki ixtilafları yalnız bundan ibarətdir: şiələrin inancına görə, Peyğəmbər (s) Əliyyibni Əbi Talibi (ə) cəmiyyətin işlərini idarə etmək üçün özünə canişin seçmişdir. Lakin sünnilər inanırlar ki, belə bir iş baş verməmişdir və camaat öz istəyi ilə özlərinə rəhbər təyin edərək onu şəxsən canişin təyin etmişlər. O da özündən sonrakı xlifəni təyin etmiş, üçüncü mərhələdə rəhbərin təyin edilməsi altı nəfərlik şuraya həvalə edilmiş və dördüncü xəlifə bir daha ümumcamaat tərəfindən seçilmişdir. Belə şəxslərin fikrincə müsəlmanlar arasında rəhbər təyin edilməsi üçün xüsusi bir üslub olmamışdır. Buna görə də dördüncü xəlifədən sonra hər kəsin daha artıq hərbi qüdrəti olmuşsa, bu məqamı öhdəsinə almışdır. Belə ki, qeyri-islami ölkələrdə də hakimiyyətəgəlmə əksər hallarda bu minvalla icra olunur.
    Başqa sözlə desək, bəziləri belə güman edirlər ki, şiələr birinci imamın təyin olunmasında sünnilərin ikinci xəlifənin birinci xəlifə tərəfindən təyin olunması kimi etiqada malikdirlər. Fərq isə bundan ibarətdir ki, Peyğəmbərin (s) nəzəri camaat tərəfindən qəbul edilmədi, amma birinci xəlifənin nəzəri camaat tərəfindən qəbul edildi!
    Lakin sual yaranır ki, görəsən, birinci xəlifə bu haqqı haradan əldə etmişdi? Nə üçün sünnilərin etiqadına əsasən Peyğəmbəri-Əkrəm (s) İslam üçün birinci xəlifə qədər ürək yandırmamışdı və bünövrəsi yenicə qurulmuş İslam cəmiyyətini başsız qoymuşdu?! Halbuki Mədinədən cihada getdiyi zamanlarda belə, öz yerində müəyyən bir şəxsi təyin edirdi. Həm də o Həzrət (s) öz ümmətinin arasında gələcək ixtilaf və fitnələrdən xəbər verirdi. Bu kimi çoxlu sualları nəzərə almasaq belə, əsas etibarı ilə buna diqqət yetirmək lazımdır ki, sünnilərin və şiələrin ixtilafı, hər şeydən öncə, imamətin dini bir məqam olub şəriət və Allah tərəfindən təyin edilməyə bağlı olmasımı, yoxsa, dünyəvi bir səltənət olub ictimai amillərə tabe olması ilə əlaqədardır. Şiələr inanırlar ki, hətta Peyğəmbərin (s) özü belə öz canişinini təyin etməkdə müstəqil deyilmiş, əksinə, onu ilahi vəhy əsasında təyin etmişdir. Həqiqətdə nübüvvətin sona çatması hikməti məsum imamın təyin edilməsi ilə tam mənada əlaqəlidir və Peyğəmbərin (s) vəfatından sonra İslam cəmiyyətinin əməl olunması lazım olan məsləhətləri məhz belə bir imamın varlığı ilə müəyyən olunur.
    Buradan şiələrin nəzərində imamət məsələsinin nə üçün etiqadi bir prinsip kimi irəli çəkilməsi və ona füruiddindən olan fiqhi bir hökm kimi baxılmaması, nə üçün onların imamda üçlük təşkil edən şərtləri (Allah verən elm, ismət və Allah tərəfindən təyin olunma) mötəbər saymaları, nə üçün şiənin kəlam istilahında bu məfhumların – İslam cəmiyyətinə rəhbərlik, hökumət və ilahi hökmlərin tanınmasında mərcəiyyətin məfhumu ilə qarışması aydın olur və sanki imamət kəlməsi onların hamısına dəlalət edir.
    İndi imamət məfhumu və onun şiə etiqadında tutduğu mövqeyə nəzər yetirməklə bu əqidə barəsində söhbətə başlayırıq.
    İMAMIN VARLIĞININ ZƏRURƏTİ
    22-ci dərsdən aydın oldu ki, insanın yaradılışındakı hədəfin gerçəkləşməsi vəhy vasitəsilə yol göstərməyə bağlıdır və Allahın hikməti bunu tələb edirdi ki, dünya və axirətdəki səadət yollarını insanlara öyrətmək üçün müəyyən peyğəmbərləri göndərərək onların bu ehtiyaclarını təmin etsin. Onlar da öz növbəsində istedadlı insanları tərbiyələndirsinlər və onları müyəssər olan kamalın son mərhələsinə çatdırsınlar Eləcə də münasib ictimai şərait yarandıqda dinin ictimai qanunlarının icra olunmasını öhdələrinə alsınlar.
    34-35-ci dərslərdə izah edildi ki, müqəddəs İslam dini hərtərəfli və əbədi bir dindir, heç bir şəriət vasitəsilə qüvvədən salınmır və Peyğəmbəri-Əkrəmdən (s) sonra heç bir peyğəmbər gəlməyəcəkdir. Peyğəmbərliyin sona çatması peyğəmbərlərin besətinin hikməti ilə yalnız o vaxt uyğun gələ bilər ki, axırıncı asimani şəriət bəşəriyyətin bütün ehtiyaclarına lazımınca cavab verə bilsin və dünyanın axırına qədər onun toxunulmaz şəkildə qalmasına zəmanət verilmiş olsun.
    Bu zəmanət Qurani-kərim barəsində mövcuddur: Mütəal Allah bu əziz kitabın hər növ dəyişiklik və təhrifdən amanda qalmasına zəmanət vermişdir. Amma İslamın bütün qanunları və hökmləri Quranın ayələrinin zahiri mənasından istifadə olunaraq əldə olunmur. Misal üçün, namazın rəkətlərinin sayı, onun necə qılınması, eləcə də yüzlərlə vacib və müstəhəb əməllərin hökmü Qurani-kərimdən əldə edilə bilmir və əsas etibarı ilə Quran ilahi hökmləri təfsilatı ilə bəyan etmək iqtidarında deyil. Onların incəliklərinin təlim verilməsi və öyrədilməsi Peyğəmbərin (s) öhdəsinə qoyulmuşdur. Peyğəmbər də (s) Allahın ona əta etdiyi elmdən faydalanaraq (Quran vəhyindən başqa yollarla) onları camaata bəyan etsin.("Bəqərə” surəsi, ayə:151, "Ali-İmran” surəsi, ayə:164, "Cümə” surəsi, ayə:2, "Nəhl” surəsi, ayə:64-66, "Əhzab” surəsi, ayə:21, "Həşr” surəsi, ayə:7. ) Beləliklə, o Həzrətin (s) sünnəsinin (İslamı tanımaq üçün əsas mənbələrdən biri kimi) höccət və mötəbər olmağı sübuta yetir. Amma o Həzrətin (s) ağır həyat şəraiti, o cümlədən, müsəlmanlarla birgə "Əbu Talib dərəsi”ndə bir neçə il mühasirədə qalması, İslam düşmənləri ilə onillik müharibə və s. kimi işlər bütün İslam qanunlarının və hökmlərinin camaata təfsilatı ilə öyrədilməsinə imkan vermirdi. Səhabələrin öyrəndiklərinin qorunub saxlanmasına da heç bir zəmanət verilmirdi, hətta uzun illər camaatın gözü önündə o Həzrətin (s) necə dəstəmaz almasına baxmayaraq yenə də dəstəmaz barəsində ixtilaf yaranmışdır. Belə aşkar əməllərin hökmlərində ixtilaf yarandığı halda (halbuki bu əməl bütün müsəlmanların gündəlik ehtiyac duyduğu və gələcəkdə də ehtiyac duyacağı məsələdir və onda qəsdən təhrif və dəyişiklik etməyə o qədər də qərəz yoxdur) dəqiq və mürəkkəb hökmlərin barəsində, xüsusilə, ayrı-ayrı şəxslərin həvayi-nəfsləri və müxtəlif qrupların mənafeləri ilə qarşı-qarşıya dayanan hökm və qanunlarda qəsdən təhrifedilmə və nəqledilmə zamanı xətaya yol verilməsi ehtimalı bir neçə qat artıq olacaqdır.(Böyük islam alimi mərhum Əllamə Əmini özünün nəfis "Əl-Qədir» kitabında belə yalan hədis uyduranlardan yeddi yüzünün adını qeyd etmişdir ki, onlardan bəzilərindən yüz min hədis istinad edilmişdir. ("Əl-Qədir”, 5-ci cild, səh-208-dən sonra).)
    Bu kimi məsələlərə diqqət yetirməklə aydın olur ki, İslam dini məhz o zaman kamil və insanların dünyanın axırına qədər olan ehtiyaclarına cavab verəcək bir din kimi irəli çəkilə bilər ki, bu dində cəmiyyətin zəruri mənafeyini təmin etmək üçün bir yol nəzərdə tutulmuş olsun. Elə mənafelər ki, Peyğəmbəri-Əkrəmin (s) dünyadan getməsi ilə təhdidlərə, məhv olmaq təhlükəsinə məruz qalırdı. Bu yol da Peyğəmbəri-Əkrəmin (s) özü üçün layiqli bir canişin təyin etməsindən başqa yolla mümkün deyildi. Həmçinin belə bir canişin Allah tərəfindən əta olunan elmə malik olmalıdır ki, dinin həqiqətlərini onun bütün yönləri və incəlikləri ilə yanaşı açıqlaya bilsin. Bundan əlavə, o, ismət səciyyəsinə də malik olmalıdır ki, nəfsani və şeytani məqsədlərin təsiri altına düşməsin, dində qəsdən təhrifə yol verməsin. Eləcə də o, Peyğəmbəri-Əkrəmin (s) insanları tərbiyələndirmə kimi ilahi vəzifəni də öhdəsinə almalı, istedadlı şəxsləri kamalın ən yüksək mərhələlərinə çatdırmalı, ictimai şərait münasib olduğu təqdirdə cəmiyyətin işlərinin idarə olunmasını və hakimiyyəti öhdəsinə götürə bilməli, islamın ictimai qanunlarını cəmiyyətdə icra edə bilməli və haqq-ədaləti dünya səviyyəsində yaymalıdır.
    Deməli, nübüvvətin sona çatması yalnız o zaman ilahi hikmətlə uyğun olacaqdır ki, bu iş məsum imamın təyin edilməsi ilə yanaşı olsun və o imam da Peyğəmbərin (s) nübüvvət və risalətdən başqa bütün xüsusiyyətlərinə malik olsun.
    Beləliklə, həm imamın varlığının, həm də onun üçün Allah tərəfindən verilən elm və ismət məqamının zəruriliyi sübuta yetir. Eləcə də o, Mütəal Allah tərəfindən təyin olunmalıdır. Çünki belə bir elmi və səciyyəni kimə əta etdiyini yalnız Allahın Özü bilir. Bəndələri üzərində əsalətən vilayət haqqına yalnız O malikdir. Belə bir haqqı aşağı mərtəbələrdə şəraitə malik olan şəxslərə verə bilər.
    Qeyd olunmalıdır ki, sünnilər bu xüsusiyyətlərin heç birini xəlifələrdə zəruri və kafi şərt bilmirlər; nə onların Allah tərəfindən, nə də Peyğəmbər (s) tərəfindən təyin olunmasına inanırlar. Bundan əlavə, xəlifələr üçün Allah tərəfindən verilən elm və ismət səciyyəsinin olduğuna da etiqad bəsləmirlər. Hətta onların düz yoldan çıxmaları, yol verdikləri səhvlər və camaatın dini suallarına cavab verməkdə aciz qalmaları özlərinin mötəbər kitablarında qeyd olunmuşdur. Belə ki, birinci xəlifənin belə dediyi nəql olunmuşdur: "İnnə li şeytanən yətərini – mənim bir şeytanım vardır ki, məni yoldan azdırır». İkinci xəlifə də birinci xəlifəyə beyət edilməsini "fəltə” (ölçüb-bililmədən görülən tələm-tələsik iş) adlandırmışdır.(Şərhi Nəhcül-bəlağə”, 1-ci cild, səh 142, 158, 3-cü cild, səh-57. ) Həmçinin ikinci xəlifə bu cümləni dəfələrlə təkrar etmişdi: "Ləv la Əliyyun ləhələkə Ömər – əgər Əli olmasaydı Ömər həlak olardı».("Əl-Qədir”, 6-cı cild, səh-93-dən sonra.) Üçüncü xəlifənin,(Əl-Qədir”, 8-ci cild, səh 97-dən sonra. ) eləcə də Bəni-abbas və Bəni-üməyyə xəlifələrinin yol verdikləri ciddi nöqsanlar və rüsvayçı əməllər tarixin danılmaz məsələlərindəndir. Müsəlmanların tarixi barədə azacıq məlumatı olan hər kəs bu mətləblər barədə kifayət qədər məlumat əldə edə bilər.
    Yalnız şiələr yuxarıda qeyd olunan üç şərtin on iki imamda olduğuna inanırlar. Qeyd olunanlardan onların imamət məsələsindəki etiqadlarının düzlüyü sübuta yetir və əlavə dəlilə ehtiyac duyulmur. Eyni zamanda gələn dərsdə Quran və Peyğəmbər (s) sünnəsindən istifadə olunan bəzi dəlillər qeyd olunacaqdır.
    SUALLAR
    1.Şiələrin imamət barəsindəki nəzərləri və onların sünnilərin nəzərləri ilə olan ixtilaflarını bəyan edin.
    2.Şiələr niyə imaməti etiqad prinsiplərindən biri hesab edirlər?
    3.İmamın varlığının zərurətini bəyan edin.
    4.Bu bəyandan hansı nəticələr əldə olunur?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 597 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024