İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:14 PM
    OTUZ DOQQUZUNCU DƏRS
    İMAMIN İSMƏTİ VƏ ELMİ
    –Müqəddimə
    –İmamın isməti
    –İmamın elmi
    MÜQƏDDİMƏ
    36-cı dərsdə qeyd olundu ki, şiələrlə sünnilərin imamət məsələsi ilə əlaqədar ixtilafları əsas etibarı ilə üç məsələ üzərindədir. Birincisi, imamın Allah tərəfindən təyin olunması, ikincisi, imamın ismət səciyyəsinə malik olması və üçüncüsü, Allah tərəfindən verilən elmə malik olması. 37-ci dərsdə bu üç məsələnin hər birini əqli bəyanla isbat etdik, 38-ci dərsdə imamların Mütəal Allah tərəfindən təyin olunması ilə əlaqədar nəqli dəlillərdən bir neçəsini qeyd etdik. Bu dərsdə isə imamların ismət və Allah tərəfindən verilən elmə malik olmalarını araşdırırıq.
    İMAMIN İSMƏTİ
    İmamətin Allah tərəfindən təyin olunan bir məqam olması, eləcə də Allah-taalanın onu Əliyyibni Əbi Talib (ə) və onun pak övladlarına əta etməsi isbat olunduqdan sonra onların ismətini aşağıdakı şərif ayəyə istinadən isbat etmək olar:
    "Mənim əhdim (imamət məqamı) zalımlara çatmaz.» (Bəqərə” surəsi, ayə:124. )
    Bu şərif ayədə belə bir ilahi məqamın günaha batan şəxslərə əta olunması inkar edilmişdir. Eləcə də, onlara mütləq şəkildə itaət edilməsini vacib bilən, onlara itaət etməyi Rəsuli-Əkrəmə (s) itaət etməklə yanaşı bəyan edən "ulul-əmr” ayəsindən də ("Nisa” surəsi, 59) məlum olur ki, onlara itaət edilməsi Mütəal Allaha itaət edilməsi ilə heç vaxt zidd olmayacaqdır. Deməli, onlara mütləq şəkildə itaət olunmasına olunan əmr ismətə zəmanət verilməsi mənasınadır.
    Eləcə də Əhli-beytin (ə) ismətini "Təthir” ayəsindən də isbat etmək olar:
    "Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ çirkinlikləri aradan aparıb sizi pak-pakizə qərar versin.» ("Əhzab” surəsi, ayə:33. )
    Belə ki, Allahın bəndələri paklamaq ilə əlaqədar təşrii iradəsi heç kəsə məxsus deyildir. Deməli, Əhli-beytə (ə) məxsus olan bu iradə Allahın təkvini iradəsidir və ondan heç cür qaçmaq mümkün deyildir. Belə ki, "Yasin” surəsinin 82-ci ayəsində buyurulur:
    "Onun əmri budur ki, bir şeyi yaratmağı iradə etdiyi zaman ona "ol!” deyər, o da dərhal vücuda gələr.»
    Mütləq şəkildə paklamaq və hər növ aludəlikləri onlardan aparmaq elə ismət mənasındadır. Bildiyimiz kimi, heç bir müsəlman firqəsi Peyğəmbərə (s) mənsub olan şəxslərdən heç birinin ismət məqamında olması iddiasını etməmişdi, yalnız şiələr həzrət Zəhra (ə) və on iki imamın (ə) ismətinə, yəni hər növ günahdan pak-pakizə olmalarına inanırlar.(Bu ayə ilə əlaqədar əlavə izahat və məlumat almaq üçün "Əl-Mizan” təfsirinə və "Əl-İmamətu vəl-vilayətu fil-Quranil-Kərim” kitablarına müraciət edə bilərsiniz. )
    Qeyd olunmalıdır ki, əksəriyyəti sünni alimləri tərəfindən nəql olunan 70-dən artıq rəvayət bu şərif ayənin "Ali-əba” barəsində nazil olmasına dəlalət edir.("Ğayətul məram”, səh.287, 293. )Şeyx Səduq həzrət Əlidən (ə) nəql etmişdir ki, Rəsuli-Əkrəm (s) belə buyurmuşdur: «Ya Əli! Bu ayə sən, Həsən, Hüseyn və sənin nəslindən olan imamlar barəsində nazil olmuşdur.»
    Əli (ə) deyir: "Soruşdum ki, sizdən sonrakı imamlar neçə nəfərdir?”
    Buyurdu: "Sənsən, ya Əli, səndən sonra Həsən, ondan sonra Hüseyn, ondan sonra oğlu Əli, ondan sonra oğlu Məhəmməd, sonra onun oğlu Cəfər, sonra onun oğlu Musa, daha sonra onun oğlu Əli, ondan sonra onun oğlu Məhəmməd, ondan sonra da oğlu Əli, ondan sonra onun övladı Həsən, ondan sonra onun övladı olan Hüccətullah.”
    Sonra əlavə edərək buyurdu: "Onların adları ilahi ərşdə beləcə yazılmışdır. Mən Allahdan onların kimlər olduğunu soruşduqda buyurdu: "Ya Məhəmməd! Onlar səndən sonrakı imamlardır, onlar paklaşdırılmışdır, məsumdur, onların düşmənləri də Mənim lənətimə düçar olacaqlar.”("Ğayətul məram” (qədim çap), 6-cı cild, səh.293. )
    Həmçinin "Səqəleyn” hədisində Peyğəmbəri-Əkrəm (s) öz Əhli-beytini (ə) Quranla eyni səviyyədə qərar verərək bildirmişdir ki, bunlar bir-birindən heç vaxt ayrılmayacaqdır. Bu hədis də onların ismətinə aydın bir dəlildir. Çünki, hətta, səhvən olsa belə ən kiçik günaha mürtəkib olmaq Qurandan ayrılmaq mənasınadır.
    İMAMIN ELMİ
    Şübhəsiz, Peyğəmbərin (s) Əhli-beyti (ə) başqalarına nisbətən o Həzrətin (s) elmindən daha artıq bəhrələnmişlər. Peyğəmbər (s) də onların barəsində buyurmuşdur: «Onlara bir şey öyrətməyin, həqiqətən, onlar sizdən daha elmlidirlər.»("Ğayətul məram”, səh.265, "Üsuli-kafi”, 1-ci cild, səh.294. )
    Xüsusilə, uşaqlıq dövrlərini Peyğəmbərin (s) qucağında keçirən, o Həzrətin (s) ömrünün axırına qədər bir an belə ondan ayrılmayan və daim onun elm və mərifətindən bəhrələnən Əli (ə) barəsində Peyğəmbər (s) buyurur:«Mən elmin şəhəriyəm, Əli onun qapısıdır.» ("Müstədrəki Hakim”, 3-ci cild, səh.226. Maraqlıdır ki, sünnü alimlərindən biri "Fəthul-milkil-əliyyi bisihhəti hədisi mədinəti elmi-Əli” adlı bir kitab yazmışdır və bu kitab 1354-cü hicri ilində Qahirədə çap olunmuşdur. )
    Həzrət Əlinin (ə) özü də belə buyurmuşdur: «Rəsuli-Əkrəm (s) mənə min elm babı öyrətdi ki, hər babdan da digər min bab açılır. Onun məcmusu bir milyon bab olur. İndiyə qədər baş vermiş olan və qiyamət gününə qədər baş verəcək hadisələrdən agah oldum, «mənaya» və «bəlaya» (ölümlər və müsibətlər), «fəslul-xitab (haqq əsasında mühakimə etmək) elmlərini ondan öyrədim.»("Yənabiul-məvəddət”, səh.88, "Üsuli-kafi”, 1-ci cild, səh.296. )
    Lakin Əhli-beytin (ə) elm xəzinələri Peyğəmbəri-Əkrəmdən (s) birbaşa, yaxud müəyyən vasitələrlə əxz etdikləri ilə sona çatmır; onlar qeyri-adi elmlərdən də bəhrələnmişlər ki, bu da ilham və təhdis vasitəsilə onlara verilir.("Üsuli-kafi”, Kitabul höccət, səh.264 və 270. ) Bu da həzrət Xızr (ə) və Zülqərneynə (ə) ilham olunan elmlər,("Üsuli-kafi”, 1-ci cild, səh.267.)eləcə də həzrət Məryəmə (ə) və Musanın (ə) anasına vəhy olunan şeylər kimidir.("Kəhf” surəsi, ayə:65, 98, "Ali-İmran” surəsi, ayə:42, "Məryəm” surəsi, ayə:17-21, "Taha” surəsi, ayə:38, "Qəsəs” surəsi, ayə:7. )Bəzi hallarda Qurani-kərimdə "vəhy” təbiri gətirilmişdir ki, ondan məqsəd nübüvvət vəhyi deyildir. Məhz belə bir elm səbəbi ilə uşaqlıq çağlarında imamət məqamına çatan bəzi imamlarımız hər şeydən agah olmuş və kimdənsə bir şey öyrənməyə əsla ehtiyac duymamışlar.
    Bu mətləb məsum imamlarımızdan nəql olunan çoxlu rəvayətlərdə qeyd edilmişdir. Onların ismət məqamına nəzər yetirməklə höccət olmaları aydınlaşır. Lakin onların nümunələrini göstərməzdən əvvəl Qurani-kərimin «mən indəhu ilmul-kitab»("Rəd” surəsi, ayə:43. ) ünvanı ilə buyurduğu, yaxud bir neçə şəxsi nümunə olaraq qeyd edirik ki, bu da Peyğəmbərin (s) haqq olmasına bir dəlil kimi gətirilir. O ayə aşağıdakıdır:
    "De: Mənimlə sizin aranızda şəhadət vermək üçün Allah və ilmul-kitaba malik olan şəxs kifayətdir.» ("Rəd” surəsi, ayə:43. )
    Şübhəsiz, verdiyi şəhadət Mütəal Allahın şəhadəti ilə yanaşı olan (məhz ilmul-kitaba malik olması onu belə şəhadətə layiqli edir) bir şəxs çox yüksək məqama malik olmuşdur.
    Digər bir ayədə də bu şahidə işarə edərək onu Rəsuli-Əkrəmin (s) ardınca gələn şəxs kimi qeyd etmişdir:"Əfəmən kanə əla bəyyinətin min Rəbbihi və yətluhu şahidun minhu...” ("Hud” surəsi, ayə:17. ) Bu ayədəki «minhu» kəlməsi göstərir ki, bu şahid Peyğəmbəri-Əkrəmin (s) sülaləsindən və onun Əhli-beytindəndir. Sünni və şiələr tərəfindən nəql olunan çoxlu hədislərdə "şahid” dedikdə məqsədin Əliyyibni Əbi Talib olduğu nəql olunmuşdur.
    İbni Məğazili Şafei, Əbdullah ibni Ətadan belə rəvayət etmişdir: «Bir gün imam Baqirin (ə) hüzurunda idim, Əbdullah ibni Salamın (Peyğəmbəri-Əkrəmin (s) dövründə iman gətirən kitab əhli alimlərindən biri idi) oğlu oradan keçirdi. O Həzrətdən (ə) soruşdum: "İndəhu ilmul-kitab” dedikdə məqsəd bu şəxsin atasıdırmı?” Buyurdu: "Xeyr! Məqsəd Əliyyibni Əbi Talibdir ki, "və yətluhu şahidun minh» ayəsi, eləcə də "innəma vəliyyukumullah» ayəsi onun şənində nazil olmuşdur.”
    Sünni və şiələr tərəfindən nəql olunan bir neçə rəvayətdə də "Hud” surəsindəki "şahid” sözündən məqsədin Əliyyibni Əbi Talib (ə) olduğu aşkar şəkildə bəyan edilmişdir.("Ğayətul məram” (qədim çap) səh 359-361. ) Bu ayədəki "minhu» kəlməsinin xüsusiyyətlərinə diqqət yetirməklə onun nümunəsinin həzrət Əlidən (ə) başqa heç kəsin olmadığı aydın olur.
    İlmul-kitaba malik olmağın mahiyyəti o zaman aydın olar ki, Qurani-kərimdə həzrət Süleymanın (ə) əhvalatları nəql olunarkən Bilqeysin taxtının bir göz qırpımında gətirilməsinə diqqət yetirək. Bu barədə buyurulur: «İlmul-kitabdan bəhrəsi olan bir şəxs dedi: Mən onun (Bilqeysin) taxtını bir göz qırpımında gətirərəm.»("Nəml” surəsi, ayə:40. )
    Bu ayədən məlum olur ki, ilmul-kitabın bəzi qismlərindən agah olmağın belə qəribə təsirləri vardır. Buradan da ilmul-kitabın hamısına malik olmağın nə kimi böyük təsirləri olduğu aydın olur. Bu məsələ Sədrin imam Sadiqdən (ə) nəql etdiyi bir hədisdən aydın olur. Sədir deyir: "Mən, Əbu Bəsir, Yəhya Bəzzaz və Davud ibni Kəsir imam Sadiqin (ə) məclisində idik, o Həzrət (s) qəzəbli halda məclisə girdi, oturduqdan sonra buyurdu: "Camaata təəccüb edirəm ki, bizim qeyb elminə malik olduğumuzu güman edirlər! Halbuki, Allahdan başqa heç kəsin qeyb elmi yoxdur. Mən kənizimi tənbeh etmək istəyirdim, o isə qaçdı. Hansı otağa girdiyini də bilmədim.”(Hədisin ardından məlum olur ki, əvvəlki sözləri naməhrəmlərin (dövlət məmurlarının) o yığıncaqda iştirak etdiyinə görə demişdir. Bilmək lazımdır ki, Mütəal Allaha məxsus olan qeybi elm dedikdə məqsəd təlimə ehtiyac duyulmayan elmdir. Belə ki, Əli (ə) "Sizin qeyb elminiz varmı?” - deyə soruşan bir şəxsin cavabında buyurdu: "Bu, elm sahibindən öyrənilir. Çünki bütün peyğəmbərlər və Allah övliyalarının çoxu onlara ilham olunan qeyb elmlərindən agah idi və heç bir şəkkin yol olmadığı hallardan biri də həzrət Musanın anasına ilham olunan qeyb xəbərləridir.” (Qəsəs-7). )
    Sədir deyir: Həzrət (ə) öz evinə (içəri otağa) getmək istəyəndə mən, Əbu Bəsir və Meysər onunla birlikdə gedib soruşduq: «Sənə fəda olum! Kənizin barəsində dediyin sözləri eşitdik. Biz inanırıq ki, sizin çoxlu elminiz vardır, lakin sizin barənizdə qeyb elmi iddiası etmirik.»
    Həzrət (ə) buyurdu:
    -Ey Sədir! Məgər Quran oxumamısanmı?
    Ərz etdim:
    -Əlbəttə!
    Buyurdu:
    -Aşağıdakı ayəni oxumamısanmı: "Qaləlləzi indəhu elmun minəl-kitab...»? (Yəni ilmul-kitabdan bir qədər nəsibi olan şəxs dedi...)
    Dedim:
    -Sənə fəda olum, oxumuşam.
    Buyurdu:
    -Bu şəxsin ilmul-kitabdan nə qədər məlumatı olduğunu bilirsənmi?
    Ərz etdim:
    -Siz buyurun.
    Buyurdu:
    -Böyük bir dəryadan olan bir damla qədərində!
    Sonra buyurdu:
    -Bu ayəni oxumusanmı: "Qul kəfa billahi şəhidən...»?
    Dedim:
    -Bəli.
    Buyurdu:
    -Kitabın bütün elmlərinə malik olan şəxs daha bilikli olar, yoxsa ondan bir damla qədərində bəhrələnən şəxs?
    Dedim:
    -Əlbəttə ki, bütün kitab elminə malik olan!
    Sonra mübarək sinəsinə işarə edib buyurdu:
    -Allaha and olsun! Kitabın bütün elmi bizim yanımızdadır. Allaha and olsun! Bütün kitabın elmi bizim yanımızdadır.("Üsuli-kafi”, 1-ci cild, səh.257. )
    İndi isə Əhli-beyt (ə) haqqında nəql olunan bəzi hədisləri qeyd edirik:
    İmam Rza (ə) imamət barəsində müfəssəl bir hədisi qeyd edərəkən buyurmuşdur:
    "Mütəal Allah hər kəsi (imam ünvanı ilə) insanlara seçirsə, ona qəlb genişliyi əta edir. Onun qəlbində hikmət çeşmələri qərar verir və ona elm ilham edir ki, heç bir sualın cavabını verməkdə aciz və haqqı ayırd etməkdə naəlac qalmasın. Deməli, O, məsum, Allah tərəfindən tovfiq verilən və təyid olunan, xətalardan və günahlardan amanda olmalıdır. Mütəal Allah bu xüsusiyyətləri ona verir ki, bəndələrinə höccət və varlıqlara şahid olsun. Bu, Allahın Öz istədiyi bəndələrinə əta etdiyi bəxşişdir.”
    Sonra buyurdu: "Görəsən, camaat belə bir insanı tanıyıb seçə bilərmi? İnsanların seçdikləri adam belə xüsusiyyətlərə malik ola bilərmi?»("Üsuli-kafi”, 1-ci cild, səh 198-203. )
    Həsən ibni Yəhya Mədainidən nəql olunur: «İmam Sadiqdən (ə) soruşdum: «İmamdan bir şey soruşulanda ona necə (və hansı elm ilə) cavab verir?»
    Buyurdu: "Bəzən ona ilham olunur, bəzən mələkdən eşidir, bəzən isə hər iki yolla.”("Biharul-ənvar”, 26-cı cild, səh.58. )
    Digər bir rəvayətdə İmam Sadiq (ə) buyurur: "Başına hansı müsibətin gələcəyini, işinin nə ilə nəticələnəcəyini bilməyən bir imam Allahın bəndələr üzərindəki höccəti ola bilməz.”("Üsuli-kafi”, 1-ci cild, səh.258. )
    İmam Sadiqdən (ə) nəql olunan başqa bir hədisdə buyurulur: «Hərgah imam müəyyən bir şeyi bilmək istəsə Mütəal Allah onu agah edər.»("Üsuli-kafi”, 1-ci cild, səh.258 )
    Həmçinin o Həzrətdən (ə) nəql olunan çoxlu rəvayətlərdə buyurulur: «Ruh Cəbraildən və Mikaildən daha böyük olan bir mələkdir ki, Rəsuli-Əkrəmlə (s) birgə olmuş və ondan sonra da imamlarla yanaşıdır və onu təsdid eləyir (qüvvətləndirir).»(Üsuli-kafi”, 1-ci cild, səh.273. )
    SUALLAR
    1.İmamın məsum olmasını hansı ayələrlə isbat etmək olar?
    2.Hansı rəvayət imamın ismətinə dəlalət edir?
    3.İmamın xüsusi elmi hansı yollarla hasil olur?
    4.Keçmişdə kimlər bu kimi elmlərdən bəhrələnmişlər?
    5.Hansı ayə imamət elminə dəlalət edir? Necə dəlalət etməsini bəyan edin.
    6.İlmul-kitabın əhəmiyyətini bəyan edin.
    7.İmamların elmi ilə əlaqədar rəvayətlərdən bir neçəsini qeyd edin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 568 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024