İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:13 PM
    QIRXINCI DƏRS
    HƏZRƏT MƏHDİ (ƏCCƏLƏLLAHU TƏALA FƏRƏCƏHUŞ-ŞƏRİF)
    –Müqəddimə
    –Ümumdünya ilahi hökumət
    –İlahi vədə
    –Rəvayətlərdən nümunələr
    –Qeybət və onun sirri
    MÜQƏDDİMƏ
    Keçən dərslərdə on iki imamın adlarının qeyd olunduğu hədislərdən bir neçəsini bəyan etdik. Sünni və şiələrin Peyğəmbəri-Əkrəmdən (s) nəql etdikləri çoxlu rəvayətlərin bəzilərində yalnız onların sayları qeyd olunmuş, bəzilərində əlavə olaraq onların Qüreyşdən olduqları, bəzilərində isə onların sayı Bəni-İsrail nəqiblərinin sayı qədər qeyd olunur. Bir qism rəvayətlərdə isə onların doqquz nəfəri imam Hüseynin (ə) nəslindən olduğu buyurulur. Nəhayət sünni rəvayətlərinin bəzisində, eləcə də şiələrin vasitəsilə nəql olunan mütəvatir hədislərdə ayrı-ayrılıqda onların hər birinin adları da bəyan olunmuşdur.( "Müntəxəbül-əsər fil-imamis-sani əşər”, 3-cü çap, səh 10-140. )
    Şiələrin vasitəsilə nəql olunan çoxlu rəvayətlərdə imamların hər birinin imaməti barəsində də hədis qeyd olunmuşdur. Belə ki, bu müxtəsər kitabda onların hamısını qeyd etməyə imkan yoxdur.(Bax: "Biharul-ənvar”, "Ğayətul məram”, "İsbatul hudat” və s. hədis kitabları.) Buna görə də bu bölmənin sonuncu dərsini on ikinci imam həzrət Məhdi Sahibəz-zəmanın (ə) imaməti barəsində mövzuya həsr edir və ixtisara riayət olunsun deyə, ən mühüm mətləbləri qeyd etməklə kifayətlənirik.
    ÜMUMDÜNYA SƏVİYYƏSİNDƏ OLAN İLAHİ BİR HÖKUMƏT
    Qeyd olunduğu kimi, peyğəmbərlərin göndərilməsində ilkin və əsaslı hədəf insanların agahlıq üzündən və tam azad şəkildə inkişaf edib formalaşması və təkamülə çatması üçün lazım olan şəraitin hazırlanmasıdır ki, bu kimi yüksək hədəflər də məhz ilahi vəhyin insanların ixtiyarına verilməsi ilə həyata keçir və digər hədəflərlə yanaşı bu da nəzərə alınır ki, onlardan ayrı-ayrı şəxslərin və cəmiyyət üzvlərinin əqli inkişaflarını, ruhi-mənəvi tərbiyələrini qeyd etmək olar. Nəticə etibarı ilə böyük peyğəmbərlər (ə) Allahpərəstlik, ilahi dəyərlər, haqq-ədalətin bütün dünya səviyyəsində genişləndirilərək bərqərar edilməsi əsasında olan ideal bir cəmiyyətin təşkil olunması məqsədini güdmüşlər. Onlardan hər biri imkanları həddində bu yolda müəyyən tədbirlər görmüş və bəziləri xüsusi zaman və coğrafi məkan hüdudlarında ilahi hökumət təşkil edə bilmişlər. Lakin onların heç biri üçün ümumdünya səviyyəsində ilahi hökumətin təşkil olunmasına şərait yaranmamışdır.
    Əlbəttə, belə bir şəraitin yaranmaması peyğəmbərlərin ilahi proqramları və təlimlərinin natamam olması demək deyil, yaxud bu, onların idarəçilik və rəhbərliklərində nöqsanlı halları göstərmir. Eləcə də bu, onların göndərilməsində əsas ilahi hədəfin gerçəkləşməməsi də demək deyildir. Çünki qeyd olunduğu kimi, ilahi hədəf insanların ixtiyari hərəkəti və təkamülü üçün lazım olan şəraitin yaradılmasıdır. Belə ki, Allah-taala buyurur: «Allah peyğəmbərləri göndərmişdir ki, onlar göndərildikdən sonra insanların Allah qarşısında dəlilləri, bəhanələri olmasın.» ("Nisa” surəsi, ayə:165. )
    Deməli, peyğəmbərlərin vəzifəsi insanları zorla haqq dinini qəbul etməkdir və onları ilahi rəhbərlərə tabe olmağa məcbur etmək olmamışdır.
    Eyni zamanda Mütəal Allah Özünün səmavi kitablarında yer üzündə ümumdünya miqyaslı ilahi bir hökumətin qurulmasını vəd etmişdir ki, bunu da bir növ dünya səviyyəsində olan insan cəmiyyətlərində haqq dininin qəbul edilməsinə şərait yaranacağı ilə əlaqədar qeybi xəbərlərdən hesab etmək olar. Belə ki, bu hökumət çox fədakar şəxslərin və qrupların işgüzar fəaliyyətləri ilə müyəssər olacaq. Eləcə də qeybi köməklərdən istifadə etməklə ümumdünya səviyyəsində təşkil olunacaq hökumət qarşısındakı maneələr aradan qaldırılacaq. Zülmə məruz qalan, haqsızlıqdan cana yığılan, bütün nəzəri məktəblərdən və quruluşlardan ümidsiz olan məzlum kütlələrin arasında haqq-ədalətin bərqərar olunması ilə nəticələnəcəkdir. Məhz bunu da Peyğəmbəri-Əkrəmin (s) besətinin, eləcə də o Həzrətin (s) ümumdunya və əbədi dininin hədəfinin gerçəkləşməsi hesab etmək olar. Çünki onun barəsində buyurulur:
    "Allah Öz Rəsulunu haqq dinlə göndərmişdi ki, onu bütün dinlərə qalib etsin.»("Tövbə” surəsi, ayə:33, "Fəth” surəsi, ayə:28, Səff” surəsi, ayə:9; "Biharul-ənvar”, 51-ci cild, səh.50, 22-ci hədis və 60-cı səhifə, 58-59-cu hədislər. )
    İmamət nübüvvətin tamamlayıcısı, xatəmiyyət hikmətinin gerçəkləşdiricisi olduğundan belə nəticə almaq olar ki, bu hədəf axırıncı imamın vasitəsilə həyata keçməlidir. Bu da məhz həzrət Məhdi (ruhlarımız ona fəda olsun!) barəsində gəlib çatan mütəvatir hədisləri təsdiq edir.
    Burada ilk növbədə belə bir hökumətin yaranacağını müjdə verən bəzi Quran ayələrini qeyd edəcək, daha sonra bu məsələ ilə əlaqədar rəvayətlərdən bir neçə nümunənin təqdim edəcəyik.
    İLAHİ VƏDƏ
    Mütəal Allah Qurani-kərimdə buyurur:
    «Şübhəsiz, Biz kitabdan sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq.» ("Ənbiya” surəsi, ayə:105. )
    Başqa bir ayədə bu ayənin məzmununun oxşarı həzrət Musadan (ə) nəql olunur.("Əraf” surəsi, ayə:128. ) Şübhəsiz, bu vədə nə vaxtsa mütləq gerçəkləşəcəkdir.
    Başqa bir ayədə insanları məzlumiyyətə düçar edən Firon barədə söhbət etdikdən sonra buyurulur:
    «Biz iradə etmişik ki, yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərək və onları imamlar və varislər qərar verək.» ("Qəsəs” surəsi, ayə:5. )
    Bu ayənin Bəni-İsrail qövmünün Fironun zülmkar caynağından xilas olduqdan sonra qüdrətə çatmaları ilə əlaqədar nazil olmasına baxmayaraq (indiki zaman formasında gələn və davamiyyəti göstərən-müt.) "nuridu» ifadəsi Allahın davamlı bir iradəsini göstərdiyindən çoxlu rəvayətlərdə həzrət Məhdinin (ə) zühuruna aid edilmişdir.(Biharul-ənvar”, 51-ci cild, səh.54, 35-ci cild, səh 63-64.)
    Başqa bir ayədə ümummüsəlmanlara xitab edilərək buyurulur:
    «Allah sizlərdən iman gətirib saleh əməl və layiqli işlər görənlərə vədə vermişdir ki, onlardan əvvəlkiləri yer üzündə xəlifələr qərar verdiyi kimi, onları da yer üzündə xəlifə qərar verəcək. Onlar üçün razı olduğu dinə qüdrət verəcək, onların qorxularını əmin amanlığa çevirəcək. Onlar Mənə ibadət edər, Mənə heç bir şeyi şərik qoşmaz. Hər kəs bundan sonra kafir olsa, məhz onlar fasiqdirlər.» ("Nur” surəsi, ayə:55.)
    Rəvayətlərdə qeyd olunur ki, bu vədə həzrət Məhdinin (ə) dövründə kamil şəkildə həyata keçəcək.(Biharul-ənvar”, 51-ci cild, səh.58, hədis-50, 54-cü səhifə, 34 və 64-cü hədislər. )
    Həmçinin bir neçə ayənin o həzrətin dövranı ilə tətbiq olunmasına dair çoxlu rəvayətlər də vardır ki, ixtisara riayət olunsun deyə onları qeyd etmirik.("Biharul-ənvar”, 51-ci cild, səh 44-64. )
    RƏVAYƏTLƏRDƏN BİR NÜMUNƏ
    Sünni və şiələrin həzrət Məhdi (ə) barəsində Peyğəmbərdən (s) nəql etdikləri hədislər təvatür həddindən artıqdır. Təklikdə sünni alimlərindən nəql edilən rəvayətlər onların bir qrupunun təsdiq etdiyinə görə təvatür həddinə çatmışdır.("Əssəvaiq” (ibni Həcər) səh.99, "Nurul-əbsar” (Şəblənci) səh.155, "Əsafur-rağibin”, səh.140, "Əl-Futuhatul-islamiyyə”, 2-ci cild, səh.211. ) Sünni alimlərindən bir qrupu o Həzrətin (ə) varlığına etiqad bəsləməyi bütün islami firqələrin qəbul etdiyi məsələlər sırasında qeyd etmiş,(İbni Əbil Hədid, "Nəhcül-bəlağə”nin şərhi, 2-ci cild, səh.535, "Səbaikuz-zəhəb” (Süveydi) səh.78, "Ğayətul-məmul”, 5-ci cild, səh.362. ) bəziləri də o Həzrətin (ə) özü və zühuru barədə çoxlu kitablar yazmışlar.(Məsələn: "Əl-Bəyan fi-əxbari sahibiz-zəman”, müəllif: Hafiz Məhəmməd ibni Yusif Gənci Şafei. (7-ci hicri əsrində yaşamışdır). "Əl-Burhan fi əlamati Məhdi axiriz-zəman”, müəllif: Müttəqi Hindi (10-cü hicri əsrində yaşamışdır). )
    Onlar Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişlər: "Əgər dünyanın axırına bir gün qalmış olsa belə, Mütəal Allah o günü o qədər uzadacaqdır ki, mənim Əhli-beytimdən (ə) və mənimlə eyni adda olan bir şəxs hökumətə çatsın (və yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun).” ("Səhihi Termezi”, 2-ci cild, səh.46; "Səhihi Əbu Davud”, 2-ci cild, səh.207; "Müsnədi ibni Hənbəl”, 1-ci cild, səh.378; "Yənabiul məvəddət”, səh 186, 258, 440, 448, 490. )
    Sünni alimləri Ümmü Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurmuşdur: "Məhdi mənim itrətimdən və Fatimənin övladlarındandır.” ("Əsafur-rağibin”, səh.134, "Səhihi Müslüm”, Əbu Davud, Nəsai, İbni Macə və Beyhəqidən nəql olunur.  )
    Sünni mühəddisləri İbni Abbasdan nəql etmişlər ki, Peyğəmbər (s) belə buyurub: "Həqiqətən, Əli məndən sonra ümmətin imamıdır, intizarı çəkilən Qaim onun övladlarındandır. O zühur edərkən, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq və ədalətlə dolduracaqdır.”(" Yənabiul-məvəddət”, səh.494. )
    QEYB VƏ ONUN SİRRİ
    Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdə on ikinci imamın (ə) xüsusiyyətləri kimi, o Həzrətin (ə) uzun müddət qeybdə olması qeyd olunur. Əbdül-Əzim Həsəni imam Məhəmməd Təqidən (ə), o da ata-babalarından, onlar da həzrət Əlidən (ə) belə nəql edirlər: «Bizim Qaimimiz uzun müddət qeybətdə (qeybdə) olacaq. Şiələri görürəm ki, onun qeybəti dövründə otlaq axtaran ac heyvanlar kimi onu axtarır, lakin onu tapmırlar. Agah olun! Onlardan hər kəs öz dinində sabit qalsa və imamlarının qeybətinin uzun çəkdiyi dövrdə qəlbi qəsavətə düçar olmasa, qiyamət günü mənimlə birlikdə, mənim dərəcəmdə olacaqdır. (Sonra buyurdu:) Bizim Qaimimiz qiyam edən zaman onun üzərində heç kəsin beyəti olmayacaqdır (yəni heç bir zalım hökmdar ona hakim olmayacaqdır). Buna görə də məxfi şəkildə dünyaya gələcək və camaatın gözündən qeybə çəkiləcəkdir.»(Müntəxəbül-əsər”, səh.255.)
    İmam Səccad (ə) atasından, o da Əmirəl-möminin Əlidən (ə) belə nəql edir: «Bizim Qaimimizin iki qeybət dövrü vardır. Onlardan biri digərindən daha uzundur. Yalnız güclü yəqinə və düzgün mərifətə malik olanlar onun imaməti barəsində sabit əqidədə qalacaqlar.»(Müntəxəbül-əsər”, səh.251.)
    İmamın qeybə çəkilməsinin sirri aydın olsun deyə, imamların həyat tarixinə qısa bir nəzər salmalıyıq.
    Bildiyimiz kimi, Peyğəmbərin (s) vəfatından sonra camaatın əksəriyyəti Əbu Bəkrə, sonra Ömərə, daha sonra Osmana beyət etdilər. Osmanın hakimiyyətinin axırlarında yersiz ayrı-seçkilikdən yaranan çoxlu iğtişaşlar nəticəsində camaat qiyam edərək onu qətlə yetirdi və daha sonra Əliyə (ə) beyət etdilər.
    Həzrət Əlinin (ə) Allah tərəfindən və Peyğəmbərin (s) vasitəsilə seçilən bir xəlifə olmasına baxmayaraq üç xəlifənin hakimiyyəti dövründə bünövrəsi yenicə qurulmuş İslam cəmiyyətinin məsləhətinə riayət etmək və onu qoruyub-saxlamaq üçün sükut etdi və höccətin tamam edilməsi halları istisna olmaqla heç bir söz demədi. Eyni halda bu dövrlərdə İslamın və müsəlmanların xeyrinə, mənfəətinə olan tədbirləri əsirgəmədi. Amma özünün bir neçə illik hakimiyyəti dövrünü Cəməl səhabələri, Müaviyə və xəvariclə aparılan müharibələrdə keçirdi və axırda da xəvaricdən olan bir nəfərin əli ilə şəhid edildi.
    İmam Həsən Müctəba (ə) da Müaviyənin ilə zəhərləndirilib şəhid edildi. Müaviyənin ölümündən sonra oğlu Yezid Üməyyə səltənətini ələ keçirdi, halbuki o, İslamın zahiri göstərişlərinə belə əhəmiyyət vermirdi. Bu da İslamdan hətta ad və nişanə belə qalmaması ilə nəticələnə bilərdi. Buna görə də imam Hüseyn (ə) qiyam etməkdən başqa bir çıxış yolu görmədi. O özünün şəhadəti ilə müsəlmanları uzun qəflət yuxusundan ayıltdı və İslamı məhvolma təhlükəsindən xilas etdi. Lakin islami ədalət hökumətinin təşkil olunması üçün ictimai şərait hələ də mövcud deyildi. Buna görə də digər imamlar (ə) islami hökmlər, maarif və əqidələrin əsaslarını möhkəmləndirməyə, istedadlı insanları tərbiyə etmək, onlara ali-insani keyfiyyətləri aşılamaq üçün çalışdılar və camaatı mövcud şəraitin icazə verdiyi qədər gizli şəkildə zalımlara qarşı mübarizəyə çağırdılar, onları ümumdünya səviyyəsində ilahi bir hökumətin qurulacağına ümidvar edirdilər. İmamların (ə) hər biri digərindən sonra şəhid edilirdi.
    İmamlar (ə) iki əsr yarım müddət ərzində son dərəcə ağır təzyiqlərə, çətinliklərə və fiziki-mənəvi işgəncələrə sinə gərərək İslamın həqiqətlərini camaata bəyan edirdilər: onların bəzilərini ümumi şəkildə, bəzilərini isə xüsusi şəkildə özlərinin xas səhabələrinə və şiələrinə təlim verirdilər. Beləliklə, İslam maarifi özünün müxtəlif yönləri ilə cəmiyyətdə genişlənib yayıldı və bu, həzrət Məhəmmədin (s) şəriətinin qalmasına zəmanət verdi. Bunu da qeyd edək ki, İslam ölkələrinin bəzi yerlərində müəyyən qruplar zalım hakimlərə qarşı qiyam edir və heç olmazsa onların zülmlərinin qarşısını müəyyən qədər alırdılar.
    Amma zalım hakimləri vəhşətə salan və iztirabını şiddətləndirən əsas məsələ həzrət Məhdinin (ə) zühur vədəsi idi ki, bu da onların bütün varlıqlarını təhdid edirdi. Buna görə də imam Həsən Əskərinin (ə) müasirləri olan zalım hakimlər o Həzrəti (ə) ciddi nəzarət altında saxlayırdılar ki, əgər onun (ə) yeganə övladı dünyaya gələrsə onu qətlə yetirsinlər. (O Həzrətin (ə) özünü də cavan yaşlarında şəhid etmişdilər.) Amma Mütəal Allahın qaçılmaz iradəsi belə olmuşdu ki, həzrət Məhdi (ə) dünyaya gəlsin və bəşər cəmiyyətlərinin qurtuluşu və xilaskarlığı üçün ehtiyat saxlansın. Məhz buna görə də atasının sağlığında beş yaşına qədər xas şiələrdən başqa heç kəs onu ziyarət edə bilmirdi. Atasının vəfatından sonra İmam (ə) dörd nəfər naibin vasitəsilə camaatla əlaqə saxlayırdı.(Osman ibni Səid, Məhəmməd ibni Osman ibni Səid, Hüseyn ibni Ruh, Əli ibni Məhəmməd Səmuri. )Onlardan biri digərindən sonra iftixarlı naiblik məqamına seçildi. Bu dövr "kiçik qeybət dövrü” "qeybəti-suğra” adlanır. Bundan sonra naməlum müddətə qədər "qeybəti-kübra” başlanır. Bəşər cəmiyyətləri ümumdünya səviyyəsində ilahi bir hökuməti qəbul etmək üçün hazır olacaqları bir dövrdə Allahın əmri ilə zühur edəcəkdir.
    Deməli, o Həzrətin (ə) qeybdə olmasının əsas sirri bundan ibarətdir ki, zalımların şərindən amanda qalsın. Rəvayətlərdə digər hikmətlərə də işarə olunur və buyurulur ki, onlardan biri insanların imtahana çəkilməsi, höccət tamam olduqdan sonra öz imanlarında nə dərəcədə sabit qalmalarını sınamaqdır.
    Əlbəttə, qeybət dövründə də camaat o Həzrətin (ə) xeyir-bərəkətindən ümumi şəkildə istifadə edirlər. Başqa sözlə desək, rəvayətlərdə də qeyd olunduğu kimi, camaatın o Həzrətdən (ə) bəhrələnməsi buludlu havada insanların günəşdən istifadə etməsi kimidir.("Biharul-ənvar”, 52-ci cild, səh.92. ) Belə ki, çoxları tanınmaz surətdə olsa belə, o Həzrəti (ə) ziyarət etmiş, özlərinin maddi-mənəvi çətinliklərini o Həzrətin (ə) əli ilə həll etmişlər. Əsas etibarı ilə o Həzrətin (ə) həyatı insanların ümidvar olmasında ən mühüm amildir ki, özlərini islah edərək zühura hazırlaşsınlar.
    SUALLAR
    1.İslam Peyğəmbərinin (s) göndərilməsinin əsas və yekun hədəfi nədir?
    2.Bu hədəf hansı yolla həyata keçirilir?
    3.Hansı ayələr ümumdünya səviyyəsində ilahi hökumətin təşkil olunmasını müjdə verir?
    4.Sünnilərin həzrət Məhdi (ə) barəsində olan rəvayətlərindən bir neçəsini qeyd edin.
    5.Əhli-beytin (ə) o həzrətin qeybə çəkilməsi barəsindəki rəvayətlərindən bir neçəsini bəyan edin.
    6.Böyük və kiçik qeybət dövrü və onların arasındakı fərqi bəyan edin.
    7.İmam Zamanın (ə) qeybə çəkilməsinin sirrini izah edin.
    8.Qeybət dövründə o Həzrətdən (ə) hansı yolla faydalanmaq olar?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 585 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024