İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:12 PM
    QIRX BİRİNCİ DƏRS
    MƏADŞÜNASLIĞIN ƏHƏMİYYƏTİ
    –Müqəddimə
    –Məada etiqadın əhəmiyyəti
    –Quranın məad məsələsinə yetirdiyi diqqət
    –Nəticə
    MÜQƏDDİMƏ
    Kitabın əvvəlində din və onun etiqadi bünövrələri (tövhid, nübüvvət, məad) barəsində tədqiqat aparmağın əhəmiyyətini qeyd edərək dedik ki, həyatın insani yönə malik olması məhz bu kimi məsələlərin düzgün şəkildə həll edilməsinə bağlıdır. Birinci bölmədə Allahşünasılıq, ikinci bölmədə yol və yolgöstərən (nübüvvət və imamət) məsələsi araşdırıldı. İndi isə məad bəhsinin ən mühüm bölməsi olan məadşünaslığı araşdırırıq.
    Əvvəlcə bu etiqadi prinsipin xüsusiyyətləri, eləcə də onun insanın ictimai-fərdi rəftar və davranışlarındakı xüsusi təsirini araşdıracaq, sonra məad barəsində düzgün və səhih təsəvvürə malik olmağın əbədi və hiss olunmayan (mücərrəd) ruhun varlığını qəbul etməklə nə dərəcədə şərtləndiyini qeyd edəcəyik. Yeganə Allaha etiqad bəsləmədən varlığın tanınması naqis olduğu kimi, əbədi ruha etiqad bəsələmədən də insanı tanımaq natamam olacaqdır. Bu kitabın yazılma qaydasına münasib olaraq məadın əsas məsələləri aşağıda araşdırılacaqdır.
    MƏADA ETİQAD BƏSLƏMƏYİN ƏHƏMİYYƏTİ
    Gündəlik həyat fəaliyyətlərində əsas məqsəd ehtiyacları, istəkləri təmin etmək, dəyərlərə və məramlara nail olmaq və nəhayət yekun səadət və kamala çatmaqdır. İşlərin keyfiyyət, kəmiyyət və istiqamətləndirilməsi o hədəflərin ayırd edilməsinə bağlıdır ki, həyatdakı edilən səy və faliyyətlər məhz onlara çatmaq üçün yerinə yetirilir. Deməli, həyatın yekun və son hədəfləri barəsində mərifət kəsb etmək iş və fəaliyyətlərin seçilib onlara istiqamət verilməsində əsas rol oynayır. Həqiqətdə həyatın hansı istiqamətdə seçilməsinin əsl amilini insanın öz həqiqəti, kamalı və səadətini tanıması və onun barəsindəki nəzəri təşkil edir. Öz həqiqətinin yalnız bir sıra maddi ünsürlərdən, mürəkkəb kimyəvi reaksiyalardan ibarət olduğunu təsəvvür edən, öz həyatını bu dünyanın bir neçə günlük ötəri həyatında məhdudlaşdıran və həmin həyatla əlaqədar olan bəhrələrin arxasında heç bir səadət, kamal və ləzzət olduğunu qəbul etməyən şəxs öz rəftar və davranışlarını yalnız özünün dünyəvi istək və ehtiyaclarını təmin etmək əsasında tənzim edir. Amma öz həqiqətini maddi varlıqlardan daha yüksəkdə olduğunu bilən, ölümü həyatın sonu hesab etməyən və onu yalnız ötəri dünyadan əbədilik dünyasına keçid hesab edən, özünün layiqli əməl və davranışlarını əbədi kamal və səadətə çatmaq üçün vasitə olduğunu bilən bir insan həyat proqramlarını elə tənzim və icra edir ki, əbədi həyatı üçün mümkün qədər daha artıq faydalı olsun. Digər tərəfdən, dünya həyatındakı məğlubiyyətlər və çətinliklər onu ümidsiz etmir, vəzifənin yerinə yetirilməsi, əbədi səadət və kamalın əldə olunması yolunda heç vaxt işgüzar fəaliyyətdən usanmır.
    İnsan barəsində bu iki növ mərifətin təsiri fərdi həyatla xülasələnmir, əksinə, ictimai həyatda və ayrı-ayrı fərdlərin qarşılıqlı rəftarlarında da özünə layiq təsir qoyur. Əbədi həyata, əbədi mükafat və ya cəzalara etiqad bəsləmək başqalarının hüququna riayət etmək, ehtiyaclılara ehsan etmək və öz haqqından keçmək kimi məsələlərdə mühüm rol ifa edir. Belə etiqadların hakim olduğu bir cəmiyyətdə ədalətli qayda-qanunların icra olunması, həmçinin başqalarının haqqına təcavüz və zülm edilməsinin qarşısının alınması üçün güc işlədilməsinə və təzyiqlərə çox az ehtiyac duyulur. Təbiidir ki, bu etiqad ümumdünya səviyyəsində bərqərar olarsa, beynəlxalq çətinliklər də nəzərə çarpacaq dərəcədə azalacaqdır.
    Bu məsələyə diqqət yetirməklə məad məsələsinin dəyəri və onun barəsində geniş tədqiqat aparılmasının mühüm təsirləri aydın olur. Hətta təklikdə tövhidə etiqad (məada etiqad olmadan) həyata istənilən istiqamət verilməsində kamil və geniş təsir qoya bilməz. Buna görə də səmavi dinlərin, xüsusilə müqəddəs İslam dininin bu etiqad prinsipinə ciddi əhəmiyyət verməsinin, həmçinin ilahi peyğəmbərlərin bu əqidənin insanların ruhuna yeridilməsində nə üçün bu qədər fəaliyyət göstərmələrinin sirri aşkar olur.
    Axirət aləminə etiqad bəslənməsi özünün ictimai və fərdi rəftarlara və davranışlara istiqamət verməkdəki rolunu o zaman ifa edə bilər ki, insanın bu dünyadakı əməl və fəaliyyətləri ilə o dünyadakı xoşbəxt və ya bədbəxt olması arasında səbəb-nəticə qanunu qəbul edilsin və heç olmazsa, axirət nemətləri bu dünyadakı layiqli əməllərin mükafatı, axirət əzabları isə bu dünyadakı yaramaz və pis əməllərin cəzası kimi qəbul edilsin. Əks halda, əgər axirət səadətini elə bu dünyada kəsb etməyin (yəni, dünya bəhrələrini də elə bu dünyada əldə etməyin) mümkünlüyü təsəvvür olunsa onda axirət həyatına etiqad özünün bu dünyadakı rəftar və davranışlarda təsirli rolunu əldən verəcəkdir. Çünki belə təsəvvürə əsasən, dünyəvi səadətin əldə edilməsi üçün yalnız bu dünyada, axirət səadətinə nail olmaqdan ötrü isə elə axirət aləmində çalışmaq lazımdır!
    Deməli, məad və ölümdən sonrakı həyatın isbat olunmasından əlavə bu iki həyatın (dünya və axirət) arasındakı qırılmaz əlaqə, eləcə də insanın ixtiyari rəftar, əməl və davranışları ilə onun əbədi bədbəxtliyi və ya xoşbəxtliyi arasındakı olan əlaqəsi isbat olunmalıdır.
    QURANIN MƏAD MƏSƏLƏSİNƏ CİDDİ DİQQƏT YETİRMƏSİ
    Quran ayələrinin üçdə-birindən çoxu əbədi həyat olan axirət aləmi ilə əlaqədardır. Bu ayələrdən bir neçəsində axirət aləminin varlığına iman gətirmək təkid olunur,("Bəqərə” surəsi, ayə:4, "Loğman” surəsi, ayə:4, "Nəml” surəsi, ayə:3. və s. ) başqa ayələrdə isə onun inkar edilməsinin ağır və acınacaqlı nəticələri xatırladılır.("İsra” surəsi, ayə:10, "Furqan” surəsi, ayə:11, "Səba” surəsi, ayə:8, "Muminin” surəsi, ayə:74, və s. ) Üçüncü qism ayələr əbədi nemətlərdən,("Ərrəhman” surəsi, ayə:46-dan axırıncı ayəyə qədər, "Vaqiə” surəsi, ayə:11-38, "Dəhr” surəsi, ayə:11, 21 və s. ) dördüncü dəstədən olan ayələr isə əbədi əzablardan söz açır.("Əl-haqqə” surəsi, ayə:20, 27, "Əl-Mülk” surəsi, ayə:6, 11, "Vaqiə” surəsi, ayə:42, 56. və s. ) Həmçinin çoxlu ayələrdə insanın yaxşı və pis əməlləri ilə bunların axirət nəticələri arasındakı əlaqə qeyd olunur. Qiyamətin olacağı və zərurəti müxtəlif yollarla təkid edilir. Bunu inkar edənlərin şübhələrinə cavab verilir. Çünki insanın yoldan azması və yaramaz işlərə qurşanması ya qiyamətin inkar ediməsindən, ya da unudulmasından irəli gəlir.("Sad” surəsi, ayə:26, "Səcdə” surəsi, ayə:140. )
    Quran ayələrinə diqqət yetirməklə məlum olur ki, peyğəmbərlərin sözlərinin və onların insanlarla apardığı mübahisələrin ən ümdəsi məad məsələsinə aid olmuşdur. Hətta bunu da demək olar ki, onların bu məsələni isbat etmək üçün göstərdikləri səylər tövhidi isbat etmək üçün göstərdiyi səylərdən qat-qat artıq olmuşdur. Çünki camaatın əksəriyyəti məadı qəbul etmək üçün daha artıq əks-reaksiya göstərir. Səbəbini də iki amildə xülasələndirmək olar. Birincisi, hiss olunmayan qeybi işlərin inkar olunması, digəri isə məad məsələsi, yəni insanların cavabdehlik daşımamağa və məsuliyyətsizliyə olan meylləridir. Çünki qeyd olunduğu kimi, qiyamətə və hesab-kitaba etiqad bəsləmək məsuliyyət hissi keçirməyi, əməl və rəftarlarda müəyyən məhdudiyyətlərin qəbul olunmasını tələb edir, zülm, təcavüz, fəsad və günahdan çəkinmə də müsbət təsir göstərir. Onun inkar olunması ilə isə həvəsbazlar, şəhvətpərəstlər və özbaşınaçılıq edənlər üçün yollar açılır.
    Qurani-kərim buna işarə edərək buyurur:
    "Yoxsa insan onun sümüklərini (çürüyüb aradan getdikdən sonra) bir yerə toplamayacağımızı zənn edir? Əlbəttə (bu işi görəcəyik), halbuki onların barmaqlarının bəndlərini belə (əvvəldə olduğu kimi) vücuda gətirməyə qadirik. Xeyr, insan öz qarşısında olan maneələri aradan qaldırmaq (açıq-saçıq olmaq) istəyir.» ("Qiyamət 3” surəsi, ayə:5. )
    Məadın qəbul edilməsindən imtina etmək ruhiyyəsini öz danışıq və yazılarında Quranın məad barəsində işlətdiyi "qiyamət” və "sonrakı gün” və s. kimi təbirləri bu dünyanın varlıqlarına, millətlərin dirçəlişinə, sinifsiz və ədalətli bir cəmiyyət təşkil etməyə, yer üzündə olan behişt mənasına yozmaq istəyən şəxslərdə görmək olar ki, axirət aləmini və onunla əlaqədar olan məfhumları şərti məfhumlar və əfsanələr kimi qələmə vermək istəyirlər.("Nəml” surəsi, ayə:68, "Əhqaf” surəsi, ayə:17. )
    Quran belə adamları "insandan olan şeytanlar” və "peyğəmbərlərin düşmənləri” kimi qeyd edir. Belə ki, onlar zahiri gözəl olan aldadıcı və bəzədilmiş söz-söhbətlərlə qəlbləri yoldan azdırır, camaatı imandan, düzgün etiqaddan və ilahi hökmlərə vəfadar qalmaqdan saxlayır:
    "Beləliklə, hər peyğəmbər üçün insanlardan və cinlərdən olan şeytanlar qərar verdik ki, camaatı aldatmaq üçün bir-birinə bəzədilmiş sözlər ilham edərlər. Əgər Allah istəsəydi (məcburi olaraq onların qarşısını alardı və), onlar belə işlər görməzdilər (lakin Allahın istəyi bu olmuşdur ki, insanlar yaxşı və pis işləri seçməkdə azad olsunlar). Belə isə onları, öz yalanları ilə birlikdə boşla. (Şeytanlar bu işi görürdülər ki,) axirətə iman gətirənlərin qəlbləri onların bəzədilmiş sözlərinə uysun və onları bəyənsinlər, (nəticədə) istədikləri şeylərə mürtəkib olsunlar.» (Ənam” surəsi, ayə: 112-113. )
    Nəticə:
    Hər kəs şəxsi həyatında onu həqiqi kamala və səadətə çatdıra biləcək bir yolu seçib «onun həyatı ölümlə sona çatırmı, yoxsa ondan sonra digər bir həyat da vardır?» -deyə fikirləşməlidir. Görəsən bu dünyadan başqa bir dünyaya nəqlolunma, bir şəhərdən başqa bir şəhərə getmək kimidirmi ki, həmin yerdə yaşayış vəsaitlərini tədarük görmək mümkün olsun, yoxsa bu dünya həyatı axirət aləmindəki yaxşı və ya pis həyatın müqəddiməsidir və bu dünyada işləri görüb onların son nəticələrini orada əldə etmək lazımdır? Bu kimi məsələlər həll olunmayınca yol və həyat tərzinin, eləcə də proqramların ayırd edilməsinə növbə çatmır. Çünki səfərdə məqsəd məlum olmayınca oraya gedən yolun ayırd edilməsi də mümkün deyildir.
    Bunu da qeyd etməliyik ki, belə bir həyatın varlığı ehtimalı nə qədər zəif olsa belə, ağıllı və ayıq bir insanı onun barəsində tədiqat aparmağa vadar edir. Çünki ehtimal edilən şeylərin miqdarı sonsuzdur.
    SUALLAR
    1.Məada etiqad bəsləməyin və ya inkar etməyin insanın həyat fəaliyyətindəki təsirini bəyan edin.
    2.Axirət həyatına etiqad həyata bəyənilən bir istiqamət verilməsində özünün böyük rolunu hansı halda göstərə bilər?
    3.Quranın məad barəsində təkidlərini bəyan edin.
    4.İnsanların məad əqidəsini qəbul etmək qarşısındakı inadkarlıqlarının səbəblərini bəyan edin.
    5.Qəlbləri xəstə olanların insanları məada etiqaddan yayındırmaq üçün göstərdikləri səylərin nümunələrini bəyan edin və Quranın belə təhrifçi insanlar qarşısındakı tutduğu mövqeyi açıqlayın.
    6.Məad barəsində tədqiqat aparmağın zərurəti və onun dünyəvi məsələlərdə tədqiqat aparmaqla müqayisədə üstünlüyünü şərh edin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 455 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024