İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:12 PM
    QIRX İKİNCİ DƏRS
    MƏADIN RUH MƏSƏLƏSİ İLƏ BAĞLILIĞI
    –Canlı varlıqlarda vəhdətin meyarı
    –İnsan varlığında ruhun mövqeyi
    CANLI VARLIQLARDA VƏHDƏTİN MEYARI
    İnsanın bədəni digər canlı varlıqlar kimi müəyyən hüceyrələrdən, toxumalardan təşkil olunmuşdur ki, onların daxilində daim kimyəvi reaksiyalar və maddələr mübadiləsi baş verir. Amma onların sayı dünyaya gəldiyi gündən ömrünün sonuna qədər dəyişilmir. Toxumaların sayı həmişə sabit qalır.
    Bütün canlıların, xüsusilə insanın bədənində baş verən bu dəyişikliklərə diqqət yetirməklə belə bir sual yaranır ki, daim dəyişilməkdə olan bu məcmuə hansı əsasa və meyara görə vahid bir varlıq hesab olunmalıdır? Halbuki həyat boyunda onun hissələri bir neçə dəfə tamamilə dəyişir.(Bu sual irəli çəkilməzdən öncə, digər bir sual yarana bilər: ümumiyyətlə sabit məcmuələrin vəhdətinin meyarı nədir? Kimyəvi-orqanik tərkibləri hansı meyara əsasən vahid bir varlıq hesab etmək olar? Lakin bəhsin daha geniş səviyyəli olmasının qarşısını almaq üçün bu kimi sualları irəli çəkmirik. Bax: "Amuzeşe fəlsəfə”, 1-ci cild, 29-cu dərs. )
    Bu suala verilən sadə cavab bundan ibarətdir ki, hər bir canlı varlıqda vəhdətin meyarı onun hissələrinin həm eyni zamanda, həm də müxtəlif zamanlardakı bağlılıqlarıdır. Baxmayaraq ki, müəyyən hüceyrələr tədrici olaraq ölür və onların yerini yeni hüceyrələr tutur. Amma bu cərəyanın bağlılığı (tədricən baş verməsi) baxımından yenidən qurulan bu məcmuəni vahid bir varlıq hesab etmək olar.
    Amma bu, qaneedici cavab deyildir. Çünki biz sayı müəyyən olan kərpiclərdən təşkil olunan müəyyən bir binanı təsəvvür edə bilərik. Belə ki, onun kərpiclərini tədrici olaraq elə dəyişmək olar ki, müəyyən müddətdən sonra əvvəlki kərpiclərdən heç biri qalmasın. Təzə kərpiclər məcmuəsini əvvəlki bina hesab etmək olmaz. Amma zahiri formasını nəzərə aldıqda ona bu adı vermək olar. Xüsusilə həmin məcmuəni təşkil edən kərpiclərin dəyişilməsindən xəbərsiz olan şəxslər tərəfindən belə həmin təbir işlədilə bilər.
    Yuxarıdakı cavabı belə təkmilləşdirmək olar ki, bu tədrici dəyişikliklər məcmuənin vəhdətinə o zaman zərər yetirmir ki, təbii və batini amil əsasında baş vermiş olsun. Belə ki, canlı varlıqlarda bu tamamilə müşahidə olunur. Amma hər hansı bir binanın kərpiclərinin dəyişdirilməsi xarici amillər tərəfindən olduğundan hissələrin dəyişdirilməsi dövründə bu həqiqi vəhdəti onlara mənsub etmək olmaz.
    Bu cavab vahid təbii amilin qəbul edildiyi təqdirdədir. Belə ki, o bu dəyişikliklər cərəyanında həmişə qalır, orqanizmin üzvlərinin nəzm və həmahəngliyini qoruyub saxlayır. Deməli, bu amilin özü barəsində sual yaranır və "onun həqiqəti nədən ibarətdir? Onun vəhdətinin meyarı hansıdır?” - deyə soruşulur.
    Məşhur fəlsəfi nəzəriyyəyə uyğun olaraq hər bir təbii varlıqda vəhdətin meyarı bəsit (qeyri-mürəkkəb) və hiss olunmayan bir varlıq olan təbiət, yaxud surətdən ibarətdir ki, maddədəki dəyişikliklərdən təsirlənmir.(Qeyd olunmalıdır ki, bu istilahlardan hər birinin digər istilahi mənaları da vardır ki, bu dərsdə onlardan məqsəd növiyyə surətdir.)Qidalanma, inkişaf, nəsil artırma və s. kimi müxtəlif felləri və fəaliyyətləri yerinə yetirən canlı varlıqlarda bu amil "nəfs " adlandırılır.
    Qədim filosoflar bitki və heyvanlara məxsus olan nəfsi maddi, insana məxsus olan nəfsi isə mücərrəd hesab edirdilər. Lakin İslam filosoflarından çoxu, o cümlədən, Sədrül-Mütəəllihin Şirazi heyvan nəfsinin də təcərrüdün müəyyən mərtəbəsinə malik olduğunu demiş, şüur və iradəni mücərrəd varlığın əlamətlərindən hesab etmişdir. Amma varlığın yalnız maddədə və onun xassələrində çərçivələndiyini iddia edən materialistlər mücərrəd ruhu inkar edirlər. Müasir materialistlər (pozitovistlər kimi) hiss olunmayan hər bir şeyi inkar edir, heç olmazsa hiss olunmayan bir şeyi də qəbul etmirlər və təbiidir ki, onlar canlı varlıqlarda vəhdətin meyarı üçün düzgün bir cavab da verə bilmirlər.
    Bitkilərdə vəhdətin meyarının onlardakı nəbati nəfs olduğunu qəbul etdikdə nəbati həyat müstəidd (istedadlı) maddələrdə xüsusi nəbati nəfs və surətin varlığına bağlı olur və maddənin istedadarı aradan getdikdə nəbati surət, yaxud nəfs də məhv olub aradan gedir. Həmin maddənin yenidən nəbati surəti qəbul etmək istedadına malik olmasını fərz etdikdə onlara yeni nəbati nəfs verilir. Lakin biri köhnə, digəri isə təzə olan bitki bir-birinə tam oxşar olduğu halda onların həqiqi vəhdəti olmayacaq və dəqiq nəzərlə yeni bitkini əvvəlki bitki hesab etmək olmaz.
    Amma heyvan və insana gəldikdə isə, onların nəfsi mücərrəd olduğundan bədənləri çürüyüb aradan getdikdən sonra da qala bilər. Yenidən bədənlə əlaqə yaratdığı halda şəxsin vəhdətini ("bu, elə odur” deyilə biləcək surətdə) hifz edər. Belə ki, ölümdən qabaq da həmin ruhun vəhdətinin şəxsin vəhdət meyarı idi. Bədəndəki maddələrin dəyişikliyə uğraması şəxsin birdən artıq şəxsə çevrilməsinə səbəb olmur. Amma əgər bir şəxs insanın və ya heyvanın varlığının yalnız hiss olunan bədən və onun xassələri və zahiri xüsusiyyətləri ilə xülasələndirsə, ruhu da bədənin xüsusiyyətlərindən təşkil olunan məcmuədən biri saysa, hətta əgər onu hiss olunmayan surət deyil, amma maddə hesab etsə və "bədənlərin çürüyüb aradan getməsi ilə o da aradan gedir” desə, belə bir şəxs məad barəsində düzgün təsəvvürə malik ola bilməz. Çünki bədənin həyat üçün yeni istedad tapması fərz olunduqda onlarda yeni xüsusiyyətlər vücuda gəlir və bu zaman vəhdət üçün həqiqi bir meyar qalmır, çünki əvvəlki xasiyyətlərin tamamilə məhv olması və yeni xasiyyətlərin yaranması fərz olunur.
    Bir sözlə, ölümdən sonrakı həyatı yalnız o zaman düzgün şəkildə təsəvvür etmək olar ki, ruhu bədəndən, bədənin xüsusiyyətlərindən tamamilə başqa bir şey hesab edək. Hətta onu bədənə daxil olan və onun aradan getməsi ilə məhv olan maddi surət də hesab etməməliyik. Deməli, əvvəla, ruhun varlığını qəbul etməliyik. İkincisi,onu bədənə oxşar xüsusiyyətlər deyil, xüsusi mahiyyətə malik olduğunu qəbul etməliyik. Üçüncüsü, onu müstəqil və bədənin məhv olmasından sonra yaşamağa qabil olan bir mücərrəd varlıq hesab etməliyik. Amma bədənə daxil olub və bədənin məhv olması ilə məhv olan surət kimi qəbul etməməliyik.
    RUHUN İNSAN VARLIĞINDAKI MÖVQEYİ
    Burada qeyd olunmalı digər bir məsələ də budur ki, insanın ruh və bədəndən təşkil olunması oksigen və hidrogendən təşkil olunan su kimi deyildir ki, onların bir-birindən ayrılması ilə mürəkkəb birləşmədən ibarət olan müstəqil bir varlıq məhv olub aradan getsin. Əksinə, ruh insanın əsl ünsürüdür və o qaldığı bir müddətə qədər insanın insaniyyəti və şəxsiyyəti qorunub saxlanılır. Məhz buna görə də bədənin hüceyrələrinin və toxumalarının dəyişilməsi şəxsin vəhdətinə heç bir zərər vurmur. Çünki insanın həqiqi vəhdətinin meyarı onun ruhundan ibarətdir.
    Qurani-kərim bu həqiqətə işarə etməklə məadı inkar edən və "insanın bədəninin çürüyüb dağıldıqdan sonra yeni bir həyata qədəm qoyması necə mümkündür?!» deyən inkarçıların cavabında buyurur:
    "De: (Siz tam məhv olmursunuz, əksinə,) sizə vəkil olunan ölüm mələyi sizi (sizin canınızı) alır.» ("Səcdə” surəsi, ayə:11. )
    Deməli, hər kəsin insaniyyət və şəxsiyyətinin həqiqəti ölüm mələyinin aldığı şeydir, nəinki, onun yerdə qalıb çürüyən bədəni.
    SUALLAR
    1.Bir məcmuənin dəyişkənliyə məruz qalan hissələrinin bağılılığını onun vəhdətinin meyarı hesab etmək olarmı? Nə üçün?
    2.Orqanik tərkiblərin vəhdəti üçün daha hansı bir meyar göstərmək olar?
    3.Mürəkkəb varlıqların, xüsusilə canlı varlıqların vəhdəti barəsində məşhur fəlsəfi nəzəriyyə hansıdır?
    4.Təbii surət və nəfs arasındakı fərq nədir?
    5.Nəbati nəfsin heyvani və insani nəfslə nə kimi fərqləri var? Bu fərqin məad məsələsində nə kimi təsiri vardır?
    6.Məad barəsində düzgün təsəvvür yaratmağın hansı prinsiplərə ehtiyacı vardır?
    7.İnsanın ruh və bədəndən ibarət olması kimyəvi tərkiblərlə nə kimi fərqləri vardır?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 550 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024