İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:11 PM
    QIRX ÜÇÜNCÜ DƏRS
    RUHUN MÜCƏRRƏDLİYİ
    –Müqəddimə
    –Ruhun mücərrədliyinə əqli dəlillər
    –Quran dəlilləri
    MÜQƏDDİMƏ
    Məlum oldu ki, məad məsələsi ruh məsələsi üzərində qurulmuşdur. Yəni o zaman "öldükdən sonra dirilən şəxs elə əvvəlki şəxsdir» demək olar ki, onun bədəni çürüdükdən sonra ruhu diri qalsın. Başqa sözlə desək, hər bir insan maddi bədəndən əlavə, qeyri-maddi (mücərrəd) və bədəndən fərqlənən, xüsusi mahiyyətə malik olan ruha da malikdir. Belə fərz olunmadığı halda isə həmin şəxsin yeni bir həyat təsəvvür etməsi ağlasığan olmayacaqdır.
    Deməli, məadın isbat olunması, məad və onunla əlaqədar məsələlərin bəyan olunmasından öncə bu mətləb isbat olunmalıdır. Buna görə də bu dərsi həmin mövzu ilə əlaqələndirir, onun isbat olunması üçün iki yolla: əql və vəhy yolu ilə dəlil gətiririk.(Bəzən yanlış olaraq belə təsəvvür oluna bilər ki, ruh və məad məsələsini vəhy yolu ilə isbat edilməsi "dövr” sayılır. Çünki nübüvvətin zərurəti üçün gətirilən bürhanlarda mövzunun əsli kimi nəzərə alınan axirət həyatı (ruh məsələsi üzərində qurulduğu fərz olunur) bu prinsipin vəhy və nübüvvət yolu ilə isbat olunmasından sonradır və bu da dövrü tələb edir. Amma diqqət yetirmək lazımdır ki, vəhy əsasında dəlil gətirməyin düzgünlüyü nübüvvətin zərurəti məsələsinə ehtiyaclı deyil, əksinə, onun baş verməsi əsasındadır ki, möcüzə yolu ilə sübuta yetir (diqqət edin). Qurani-kərim öz-özlüyündə möcüzə və İslam Peyğəmbəri (s) haqq olduğu üçün ruh və məad məsələlərini isbat etməkdən ötrü ona əsaslanmaq səhihdir. )
    RUHUN MÜCƏRRƏDLİYİNƏ DAİR ƏQLİ DƏLİLLƏR
    Qədim zamanlardan filosoflar və hikmət sahibləri ruh barəsində (bu, fəlsəfi istilahda nəfs adlanır)(Qeyd etmək lazımdır ki, nəfs haqqında fəlsəfi istilah əxlaq bölməsində irəli çəkilən və əqlin qarşısında dayanaraq onun ziddi sayılan nəfsdən tamamilə fərqlidir. ) çoxlu bəhslər aparmışlar, xüsusilə İslam filosofları bu məsələ ilə əlaqədar həddindən artıq ciddiyyət göstərmiş, öz fəlsəfi kitablarının mühüm bölmələrini bu məsələyə həsr etmişlər. Həmçinin, bu zəmində ayrıca kitablar yazmış, ruhu bədənin bir hissəsi, yaxud maddi surətə malik olan varlıq kimi təsəvvür edənlərin nəzərlərini çoxlu dəlillərlə rədd etmişlər.
    Aydındır ki, belə bir mühüm mövzu barədə geniş bəhs aparmaq bu kitabın həcmi ilə münasib deyildir. Buna görə də qısa bəhs aparmaqla kifayətlənəcək və çalışacağıq ki, bu fəsildə aydın və eyni zamanda dəlil-sübut əsasında olan bəyanları təqdim edək. Bir neçə əqli dəlildən ibarət olan bu bəyanları aşağıdakı müqəddimə ilə başlayırıq:
    Biz bədənimizin rəngini və formasını öz gözlərimizlə görür, onun yumşaq və ya bərk olmasını lamisə hissi ilə ayırd edir, bədənimizin daxili aləmindən yalnız birbaşa olmayan yollarla məlumat əldə edə bilirik. Amma özümüzün qorxu, mehr-məhəbbət, qəzəb, iradə və təfəkkürümüzü bədənimizin hiss üzvlərinin köməyi olmadan dərk edirik. Həmçinin bu kimi ruhi halətlər, atifələr və hisslərə malik olan «mən» barəsində hiss üzvlərinə ehtiyac duymadan agahlıq əldə edirik.
    Deməli, insan ümumi halda iki növ idrakdan faydalanır: Biri bədənin hissi üzvləri vasitəsilə olan idrak, digəri isə bu hiss üzvlərinə ehtiyacı olmayan idrak.
    Digər məsələ bundan ibarətdir ki, hissi idraklarda baş verən müxtəlif xətalara diqqət yetirməklə bu idrakda xəta ehtimalının olması nəticəsinə gəlirik. Amma ikinci qism idraklarda heç bir xəta, səhv, şəkk və şübhədən söhbət gedə bilməz. Məsələn, birinin öz dərisinin rəngini həqiqətdə də hiss etdiyi kimi olub-olmamasında şəkk etməsi mümkündür. Amma heç kəs özünün idraka malik olub-olmamasında, qərara gəlib-gəlməməsində, şəkkə düşüb-düşməməsində şəkk edə bilməz! Bu da fəlsəfədə aşağıdakı təbirlə bəyan olunan mətləbdir:
    Hüzuri-elm birbaşa həqiqətlərin, gerçəkliklərin özünə nüfuz edir və buna görə də onda xətaya yer yoxdur, amma hüsuli-elm idrakı surət vasitəsilə baş verdiyindən zatən onda şəkk və tərəddüdə ehtimal verilir.(Amuzeşe fəlsəfə”, 1-ci cild, 13-cü dərsə müraciət edə bilərsiniz. )
    Yəni insanın məlumat və elmləri içərisində ən çox yəqinliyə malik olanı hüzuri elm və şühudi məlumatlardır ki, bu da insanın öz nəfsinə, hisslərinə, atifələrinə və s. ruhi halətləri barəsində olan elmdən ibarətdir. Deməli, dərk edən, düşünən, qərara gələn «mən»in varlığında qətiyyən şəkk oluna bilməz. Eləcə də qorxu, mehr-məhəbbət, qəzəb, həyəcan, düşüncə və iradə barəsində də şəkkə yol yoxdur.
    İndi belə bir sual yaranır ki, bu «mən» maddi və hiss olunandırmı və bu kimi ruhi halətlər də bədənin zahiri xüsusiyyətlərindən sayılır, yoxsa, onların varlıqları bədənin varlığından tamamilə başqadır? «Mən»in bədənlə çox sıx və qırılmaz rabitəyə malik olmasına və öz işlərindən çoxunu bədənin vasitəsilə yerinə yetirməsinə baxmayaraq, həm ona təsir qoyub, həm də ondan təsirlənirmi?
    Yuxarıdakı müqəddiməyə diqqət yetirməklə bu sualın cavabı asanlıqla məlum olur. Çünki:
    Əvvəla, «mən»i hüzuri elm ilə başa düşürük. Lakin bədəni hiss orqanları vasitəsilə dərk etməliyik. Deməli, «mən» (nəfs və ruh) bədəndən tamamilə fərqlənir.
    İkincisi, «mən» elə bir varlıqdır ki, uzun illər boyu vəhdət halında və şəxsiyyətin həqiqətilə qalır və biz bunu xətaya yol verilməyən hüzuri elm ilə dərk edirik. Halbuki, bədən üzvləri dəfələrlə dəyişikliyə məruz qalır, əvvəlki və sonradan gələn üzvlər həqiqi bir vəhdət təşkil etmir.
    Üçüncüsü, «mən» bəsit və hissələrə ayrılmayan bir varlıqdır. Misal üçün, onu «mənim yarım» olaraq iki yerə bölmək olmaz. Halbuki, bədənin üzvləri çoxdur və bölünməyə qabildir.
    Dördüncüsü, hiss, iradə və sair kimi ruhi halətlərdən heç biri maddiyyatın əsl xasiyyətlərinə, yəni dartılma, bölünmə və s. malik deyildir. Belə qeyri-maddi işləri maddənin (bədənin) xüsusiyyətlərindən hesab etmək olmaz. Deməli, bu xüsusiyyətin əsası qeyri-maddi (mücərrəd) mahiyyətə malikdir.("Amuzeşe fəlsəfə”, 2-ci cild, 44 və 49-cu dərslər. )
    Ruhun varlığına, bədən öldükdən sonra onun müstəqil şəkildə qalmağına dair ən çox ürəyəyatan və xatircəmlik gətirən dəlillərdən biri doğru yuxulardır. Belə ki, bəzi şəxslər öldükdən sonra düzgün məlumatları yuxugörənin ixtiyarına verirlər. Eləcə də ilahi övliyaların kəramətləri və hətta yoqların işlərindən bəziləri də ruhun varlığı və onun mücərrəd olmasını isbat etmək üçün faydalıdır. Bu məsələ ilə əlaqədar geniş bəhs bu barədə olan müfəssəl kitablarda gətirilmişdir.
    QURAN DƏLİLLƏRİ
    Quran nəzərindən insanın ruhunun mövcud olmasında heç bir şəkk-şübhə yoxdur. Elə bir ruh ki, şərafətinin artıq dərəcədə olmasından Mütəal Allaha mənsub edilir.("Üsuli-kafi”, 1-ci cild, səh134. ) Belə ki, insanın yaradılışının necəliyi barəsində buyurulur:
    «Allah ona – insana Öz ruhundan üfürdü.» ("Səcdə” surəsi, ayə:9. )
    Bədəni yaratdıqdan sonra Özünə mənsub olan ruhu ona üfürdü. (Amma nəuzu billah, Allahın Zatından bir şey ayrılaraq insana nəql olunmadı). Həzrət Adəmin (ə) yaradılışı barəsində belə buyurulur:
    «Ona Öz ruhumdan verdim.» ("Hicr” surəsi, ayə:29, "Sad” surəsi, ayə:72. )
    Başqa ayələrdən də məlum olur ki, ruh bədəndən, onun əlamət və xüsusiyyətlərindən tamamilə fərqlidir, hətta, bədənsiz qalmaq qabiliyyətinə belə malikdir. Quranda kafirlərin sözü nəql edildikdən sonra buyurulur:
    Kafirlər "Biz (öldükdən və) yerdə itib-batdıqdan (bədənimizin hissələri torpağa dağıldıqdan) sonra yeni həyata malik olacağıqmı? - deyirlər.”
    Onların cavabında buyurulur:
    «De: (Siz itib-batmırsınız, əksinə) sizin üçün təyin olunan ölüm mələyi sizi (sizin ruhunuzu) alır və sonra Pərvərdigarınıza tərəf qaytarılırsınız.»(Səcdə” surəsi, ayə:11. )
    Deməli, insanın mahiyyət və şəxsiyyətinin həqiqəti onun ruhundan ibarətdir ki, ölüm mələyi vasitəsilə alınıb saxlanılır. O, bədən kimi deyildir ki, çürüyüb torpağa qarışsın.
    Digər bir ayədə buyurulur:
    «Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar. Ölümə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatana qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.» ("Zümər” surəsi, ayə:42 )
    Zalımların necə ölməsi barəsində buyurulur:
    «Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini onlara tərəf uzadıb: «öz canlarınızı çıxarın (təslim olun)! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!»-dediklərini görəydin.» (Ənam” surəsi, ayə:93. )
    Bu və bu kimi çoxlu ayələrdən məlum olur ki, (biz ixtisara riayət olunsun deyə bundan artığını qeyd etmirik) hər kəsin həqiqəti o şeydən ibarətdir ki, Allah, ölüm mələyi və ruhun bədəndən çıxarılması üçün təyin olunan digər mələklər onu alır. Bədənin məhv olması ilə ruhun davamına və insanın şəxsi vəhdətinə heç bir zərər vurulmur. Belə nəticə alınır ki, əvvəla, insanda ruh adlı bir şey vardır, ikincisi, insan ruhu bədəndən ayrı müstəqil şəkildə qalmağa qabildir və məhəllin aradan getməsi ilə məhv olan maddi surətlər və xüsusiyyətlər kimi deyildir, üçüncüsü, hər bir fərdin mahiyyəti onun ruhuna bağlıdır. Başqa sözlə desək, hər insanın həqiqəti onun ruhudur. Ruh ilə bədəni müqayisə etdikdə məlum olur ki, bədən sadəcə olaraq ruh üçün bir vasitə rolu oynayır.
    SUALLAR
    1.Hüzuri və hüsuli elmin tərifini deyin və fərqlərini izah edin.
    2.Ruhun mücərrəd olmasına dair əqli dəlilləri bəyan edin.
    3.Ruhun mücərrəd olmasını daha hansı yollarla isbat etmək olar?
    4.Bu bəhslə əlaqədar ayələr hansılardır?
    5.Bu ayələrdən hansı nəticələr əldə olunur?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 545 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024