İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:10 PM
    QIRX BEŞİNCİ DƏRS
    QURANDA MƏAD
    –Müqəddimə
    –Məadın inkar olunması əsassızdır
    –Məada oxşar hadisələr:
    –a) Bitkilərin cücərməsi
    –b) Əshabi-Kəhfin yuxusu
    –v) Heyvanların dirilməsi
    –q) Bəzi insanların dirilməsi
    MÜQƏDDİMƏ
    Qurani-kərimdə məadın isbat olunması və onu inkar edənlərlə mübahisədən bəhs edən ayələri beş qismə bölmək olar:
    1-Onlardan bir qismi təkid edir ki, məadın inkar olunmasına heç bir dəlil olmadığını bildirir. Bu ayələr inkarçıları sanki tərkisilah edir.
    2-Bəzi ayələr məada oxşar hadisələri qeyd etməklə onun çox da qəribə bir iş olmadığını başa salır.
    3-Bəzi ayələr də məadı inkar edənlərin şübhələrini rədd edərək onun baş verməsinin mümkünlüyünü sübuta yetirir.
    4-Bəzi ayələr isə məadı Allahın mütləq baş verəcək, labüd vədəsi kimi təqdim edir və həqiqətdə məadın baş verməsini Müxbiri-sadiqin (doğruçu xəbər verənin) vasitəsilə isbat edir.
    5-Bəzi ayələr isə məadın zərurətinin əqli dəlillərini göstərir.
    Həqiqətdə əvvəldəki üç dəstə məadın mümkünlüyünü, sonuncu iki dəstə isə qəti surətdə verəcəyini çatdırır.
    MƏADIN İNKAR EDİLMƏSİ BARƏDƏ HEÇ BİR QƏTİ DƏLİL YOXDUR
    Quranın batil əqidə sahibləri ilə apardığı mübahisə üsullarından biri budur ki, onlardan dəlil gətirmələrini tələb edir ki, onların əqidələrinin əqli və məntiqi əsasda olmaması aşkara çıxsın. Belə ki, bir neçə ayədə «De: öz dəlillərinizi gətirin!» deyə buyurulur.("Bəqərə” surəsi, ayə:111, "Ənbiya” surəsi, ayə:24, "Nəml” surəsi, ayə:64. )
    Buna oxşar bəzi ayələrdə buyurulur ki, düzgün olmayan bu əqidə sahiblərinin elmi, real gerçəkliklə müvafiq və dəlil əsasında olan etiqadları yoxdur. Onlar sadəcə olaraq zənn, dəlilsiz gümanlar və həqiqətlə uyğun olmayan şeylərlə kifayətlənirlər.(Muminun” surəsi, ayə:117, "Nisa” surəsi, ayə:157, "Ənam surəsi, ayə:100, 119, 148, "Kəhf” surəsi, ayə:5, "Həcc” surəsi, ayə:3, 8, 71, "Ənkəbut” surəsi, ayə:8, "Rum” surəsi, ayə:29, "Loğman” surəsi, ayə:20, "Ğafir” surəsi, ayə:42, "Zuxruf” surəsi, ayə:20, "Nəcm” surəsi, ayə:28. )
    Məadı inkar edənlərin barəsində belə buyurulur:
    «(Kafirlər) deyirlər: Bu dünya həyatından başqa heç bir həyat yoxdur; ölürük və dirilirik; bizi öldürən ancaq dəhrdir. Bu barədə onların heç bir bilikləri yoxdur. Onlar ancaq zənnə qapılırlar.» ("Casiyə” surəsi, ayə:24.)
    Başqa ayələrdə məadın inkar edilməsi dəlilsiz söz və düzgün olmayan bir gümandan ibarət olduğu bildirilir.("Qəsəs” surəsi, ayə:39, "Kəhf” surəsi, ayə:36, "Sad” surəsi, ayə:27, "Casiyə” surəsi, ayə:32, "İnşiqaq” surəsi, ayə:14. ) Əlbəttə, dəlilsiz gümanların həvayi-nəfsə müvafiq olduğu halda həvayi-nəfsə pərəstiş edənlərin tərəfindən qəbul olunması mümkündür.("Qiyamət” surəsi, ayə:5. ) Və onlarla münasib olan rəftarlar, günahlara düçar olmaq nəticəsində tədricən olaraq qəti etiqada çevrilir.("Rum” surəsi, ayə: 10-14. ) Hətta bəzi şəxslər belə batil etiqadların haqq olması barədə israr da edirlər.("Nəhl” surəsi, ayə:38.)
    Qurani-kərim məadı inkar edənlərin sözlərinin və dəlillərinin əksər hallarda öz nəzərlərində çox qəribə və qəbul olunmayacaq dərəcədə məntiqsiz olduğunu bildirir və bəzən də məad barəsində olan zəif şübhələrə işarə edir.("Hud” surəsi, ayə:7, "İsra” surəsi, ayə:51, "Saffat” surəsi, ayə:16, 53, "Duxan” surəsi, ayə: 34-36, "Əhqaf” surəsi, ayə:18, "Qaf” surəsi, ayə:3, "Vaqiə” surəsi, ayə: 47,48, "Mütəffifin” surəsi, ayə: 12, 13, "Naziat” surəsi, ayə: 10, 11.) Buna görə də bir tərəfdən məada oxşar hadisələri xatırladır ki, onların nəzərində çox da qəribə və qəbul edilməyi qeyri-mümkün görsənməsin.(Bu dünyada bir-birinə oxşar işlərin vahid hökmü olacaqdır, istər onun mümkünlüyünə hökm olunsun, istərsə də mümkün olmamasına. ) Digər tərəfdən isə şübhələrə uyğun cavablar verir ki, heç bir şəkk-şübhəyə yer qalmasın və məadın baş verməsinin mümkünlüyü tamamilə sübuta yetsin. Lakin bu qədərlə də kifayətlənmir, bu ilahi vədənin labüd olmasına, eləcə də vəhy vasitəsilə höccətin insanlara tamamlanmasından əlavə, məadın zərurəti barəsində əqli bürhanlara da işarə edir. Bu da gələn dərslərdə qeyd olunacaqdır.
    MƏADA OXŞAR HADİSƏLƏR
    a) Bitkilərin cücərməsi:
    İnsanın öldükdən sonra bir daha dirilməsi "ölümdən sonrakı həyat” olduğundan yer üzərində bitkilərin solaraq quruyub aradan getdikdən sonra bir daha cücərməsinə bənzəyir. Buna görə də insanlar öz gözləri qarşısında həmişə baş verən bu hadisəyə dərindən diqqət yetirdikdə və bu barədə yaxşı təfəkkür etdikdə ölümdən sonra həyatın mümkün olmasını başa düşə bilərlər. Həqiqətdə, bu hadisənin sadə nəzərə çarpmasının və onun əhəmiyyətindən qafil olmasının səbəbi camaatın bu kimi hadisələrə adət etməsidir. Amma yeni həyatın yaranması baxımından insanın öldükdən sonra dirilməsi ilə heç bir fərqi yoxdur.
    Qurani-kərim bu cür adət pərdələrini aradan götürmək üçün təkrarən camaatın diqqətini bu hadisəyə cəlb edir və insanların öldükdən sonra yenidən dirilməsini buna oxşadır. O cümlədən buyurur:("Əraf” surəsi, ayə:57, "Həcc” surəsi, ayə: 5-6, "Rum” surəsi, ayə:19, "Fatir” surəsi, ayə:9, "Fussilət” surəsi, ayə:19, "Zuxruf” surəsi, ayə:11, "Qaf” surəsi, ayə:11. )
    «Sən Allahın rəhmət əsərlərinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O hər şeyə qadirdir.»("Rum” surəsi, ayə:50.)
    b) Əshabi-Kəhfin yuxusu:
    Qurani-kərim çoxlu ibrətamiz məsələləri əhatə edən Əshabi-kəhfin qəribə hadisəsini bəyan etdikdən sonra buyurur:
    "Beləliklə, camaatı onların (Əshabi-Kəhfin başına gələnlərə) beləcə tanış etdik ki, Allahın vədəsinin doğru olduğunu və qiyamətin gəlib çatacağında heç bir şəkk-şübhə olmadığını bilsinlər.» ("Kəhf” surəsi, ayə:21. )
    Şübhəsiz, bir neçə nəfərin 300 ildən artıq yatdıqdan sonra yenidən oyanması məsələsinə diqqət yetirmək insana məadın mümkünlüyünə işarə etməklə onun çox da qəbul ediləcək bir məsələ olmadığını çatdırır. Çünki hər bir yuxu ölümə oxşayır ("yuxu ölümün qardaşıdır”), hər bir oyanmaq da ölümdən sonrakı diriliyə bənzəyir. Adi yuxularda bədənin biokimyəvi prosesləri təbii olaraq davam edir və ruhun yenidən bədənə qayıtması insanda təəccüb oyatmır. Amma 300 il su və qida maddələrindən istifadə etmədən yatan bir bədən təbiətdə cərəyan edən quruluş və qanunlara əsasən ölməli, çürüməli və ruhun qayıtması üçün öz imkanını əldən verməli idi. Deməli, belə xariqüladə bir hadisə insanın diqqətini adi və təbii sistemlərdən kənarda yerləşən başqa bir aləmə yönəltməlidir. O, başa düşməlidir ki, ruhun bədənə qayıtması heç də həmişə adi, təbii şərait və səbəblərin mövcudluğu ilə şərtlənmir. Deməli, insanın yeni həyatı da, hətta, bu aləmdəki ölüm və həyat qanunlarının əksinə olsa belə, qeyri-mümkün olmayacaq və Allahın vədəsinə görə hökmən gerçəkləşəcəkdir.
    q) Heyvanların dirilməsi:
    Qurani-kərim bir neçə heyvanın qeyri-adi yolla dirilməsinə işarə edir ki, onlardan biri də həzrət İbrahimin (ə) əli ilə dörd quşun dirildilməsidir.("Bəqərə” surəsi, ayə:260. ) Eləcə də peyğəmbərlərdən birinin ulağının yenidən dirilməsi də qeyd olunur. Əgər Qurana əsasən bir heyvanın yenidən dirildilməsi mümkündürsə, insanın dirildilməsi heç də qeyri-mümkün olmayacaqdır.
    ğ) Elə bu dünyada bəzi insanların yenidən dirilməsi:
    Daha mühüm məsələ bəzi insanların elə bu dünyada dirilməsidir ki, Qurani-kərim onlardan bir neçə nümunəni qeyd etmişdir. O cümlədən, Bəni-İsrail peyğəmbərlərindən biri barəsində qeyd olunur ki, səfər edərkən yolu bütün əhalisi evlərinin içərisində ölüb çürümüş bir şəhərə düşür, "Allah bu camaatı yenidən necə dirildəcək?” - deyə fikirləşir. Mütəal Allah onun canını alır. Yüz ildən sonra onu dirildir və ona buyurur: "Bu yerdə neçə müddət dayandın?” O sanki yuxudan qalxmış kimi deyir: "Bir gün, yaxud günün bir hissəsini.” Xitab olunur: "Xeyr, sən yüz il burada qalmısan! Bax gör: bir tərəfdən sənin suyun və çörəyin salamat qalıb, digər tərəfdən isə mindiyin heyvan çürüyüb aradan gedib! İndi bax gör Biz onun sümüklərini necə bir-birinə birləşdirib yenidən onun üzərinə ət çəkir və onu dirildirik!”("Bəqərə” surəsi, ayə:159. )
    Digər bir hadisə isə Bəni-İsraildən bir qrupun həzrət Musaya (ə) "Biz Allahı aşkar şəkildə görməyincə heç vaxt iman gətirməyəcəyik!” - deyə israr etdikləri zaman baş vermişdir. Bu zaman Allah onları ildırımla həlak edib, sonra Musanın (ə) duası ilə yenidən dirildir.(Bəqərə "surəsi, ayə:55 -56. )
    Eləcə də həzrət Musanın (ə) dövründə Bəni-İsraildən bir nəfər qətlə yetirilir və Allahın əmri ilə bir inək kəsib ətindən ona vurulması ilə dirilir. Bunun təfsilatı "Bəqərə” surəsində qeyd olunur. Bu surə də məhz həmin səbəbə görə "Bəqərə” (inək) adlandırılmışdır. Həmin hadisənin sonunda buyurulur:
    "Allah ölüləri də beləcə dirildir və Öz ayə və nişanələrini sizə göstərir ki, bəlkə əqlinizi işə salasınız.»("Bəqərə " surəsi, ayə:67-73. )
    Həmçinin həzrət İsanın (ə) möcüzəsi ilə bəzi ölülərin dirilməsini də məadın mümkünlüyünə sübut kimi gətirmək olar.("Ali-İmran” surəsi, ayə:49, "Maidə” surəsi, ayə:110. )
    SUALLAR
    1.Quranın məadı inkar edənlərlə rəftarını bəyan edin.
    2.Bitkinin göyərməsinin qiyamətə nə kimi oxşarlığı var? Quranın bu barədəki nəzərini bəyan edin.
    3.Əshabi-Kəhf hadisəsindən məadla əlaqədar hansı məsələlər aydın olur?
    4.Quşların həzrət İbrahimin (ə) əli ilə dirilməsinin məad məsələsi ilə olan əlaqəsini izah edin.
    5.Quran bu dünyada öldükdən sonra yenidən dirilən hansı şəxsləri qeyd edir?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 577 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024