İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 7:08 PM
    QIRX ALTINCI DƏRS
    QURANIN İNKARÇILARIN ŞÜBHƏLƏRİNƏ CAVABLARI
    1.Yox olmuş şeyin yenidən qaytarılması (iadətul-mədum) şübhəsi
    2.Bədənin yenidən həyatı qəbul etməyə qabil olmaması şübhəsi
    3.Allahın qüdrəti barəsində şübhə
    4.Allahın elmi barəsində şübhə
    Qurani-kərimin məadı inkar edənlərlə apardığı mübahisələrdən, eləcə də onların suallarına verdiyi cavablardan belə məlum olur ki, onların beyinlərində müəyyən şübhələr olmuşdur. Biz də onları, cavabları ilə birlikdə aşağıdakı şəkildə təqdim edirik.
    1. "YOX OLMUŞ ŞEYİN YENİDƏN QAYTARILMASI” ŞÜBHƏSİ
    Əvvəllər də işarə olunduğu kimi, Qurani-kərim "insan öldükdən, bədəni çürüyüb torpağa qarışdıqdan sonra onun yenidən dirilməsi necə mümkün ola bilər?!» - deyən şəxslərə verdiyi cavabın məzmunu belədir: "Sizin insanlığınızın həqiqi mahiyyəti yerin altında çürüyüb aradan gedən bədənləriniz deyil, ruhunuzdur.» ("Səcdə” surəsi, ayə:10, 11. )
    Bunlardan belə aydın olur ki, kafirlərin məadı inkar etməsinin əsas səbəbi fəlsəfədə "iadətul-mədum” (mədumun–tamamilə yox olmuş şeyin yenidən qaytarılması) adlandırılan şübhədir. Yəni, onlar belə təsəvvür edirdilər ki, insan təkcə maddi bədəndən ibarətdir ki, ölməsi ilə məhv olub aradan gedir. Əgər yenidən dirilərsə ayrı bir insan olacaqdır. Çünki yox olub aradan getmiş bir varlığı yenidən qaytarmaq qeyri-mümkündür.
    Bu şübhənin cavabı Qurani-kərimin bəyanından aydın olur və o da bundan ibarətdir ki, hər bir insanın həqiqəti onun ruhudur. Başqa sözlə desək, məad yox olmuş şeyi qaytarmaq deyil, əksinə mövcud olan ruhun qayıtmasıdır.
    2. «BƏDƏNİN YENİ HƏYATI QƏBUL ETMƏYƏ QABİL OLMAMASI» ŞÜBHƏSİ
    Əvvəlki şübhə məadın zatən mümkün bir iş olub-olmaması ilə əlaqədar idi. Bu şübhə isə onun baş verməsinin mümkünlüyü ilə bağlıdır. Yəni, ruhun bədənə qayıtmasının əqli baxımdan qeyri-mümkün olmasa da, eləcə də bu fərziyyədə heç bir ziddiyyətin olmamasına baxmayaraq onun gerçəkləşməsi bədənin bu işi qəbul etməyə qabiliyyəti ilə şərtlənir. Biz də bilirik ki, həyatın vücuda gəlməsi xüsusi səbəb və şərtlərə bağlıdır ki, bunlar da tədrici olaraq yaranmalıdır. Məsələn, ana bətnində qərar tutan nütfənin inkişafı üçün münasib şərait vücuda gəlməlidir ki, yavaş-yavaş kamil bir rüşeym formasına düşsün və insana çevrilsin. Lakin çürümüş bədənin artıq həyat fəaliyyəti və istedadı yoxdur.
    Bu şübhənin cavabı belədir: Dünyada müşahidə olunan bu quruluş mümkün olan yeganə sistem deyildir və bu dünyada təcrübələr əsasında tanınan səbəb və amillər həmin səbəb və amillərlə məhdudlaşmır. Dəlilimiz də budur ki, elə bu dünyanın özündə xariqüladə hadisələr, o cümlədən, bəzi heyvanların və insanların yenidən dirilməsi baş vermişdir.
    Bu cavabı qeyd olunan hadisələrin möcüzəli şəkildə baş verməsini Qurani-kərimdə də anlamaq olar.
    3. ALLAHIN QÜDRƏTİ BARƏSİNDƏ ŞÜBHƏ
    Növbəti şübhə bundan ibarətdir ki, bir varlığın vücuda gəlməsi üçün onun imkan və qabiliyyətindən əlavə, bu işi görənin qüdrəti də şərtdir. Allahın da ölülərli diriltməyə qüdrətli olması haradan məlumdur?
    Allahın sonsuz qüdrətini tanımayan şəxslər tərəfindən irəli çəkilən bu puç şübhənin cavabı budur ki, Allahın qüdrəti üçün heç bir hədd yoxdur. Allahın qüdrəti baş verməsi mümkün olan hər bir şeyə şamil olur. Belə ki, bütün bu sonsuz dünyanı da əzəmət və insanı heyrətə gətirən ecazkarlıqla ilə yanaşı yaratmışdır.
    «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Əlbəttə, O hər şeyə qadirdir.»(Əhqaf” surəsi, ayə:33, "Yasin” surəsi, ayə:81, "İsra” surəsi, ayə:99, "Saffat” surəsi, ayə:11, "Naziat” surəsi, ayə:27. )
    Bundan əlavə, bir şeyin yenidən yaradılışı, heç də onun ilkin yaradılışından çətin deyildir və bu iş daha artıq qüdrət tələb etmir. Əksinə, demək olar ki, o daha asandır. Çünki bu zaman ruhun qaytarılmasından başqa bir iş görülmür.
    «Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da yenidən dirildəcək Odur! Bu (iş) Onun üçün çox asandır.» ("İsra” surəsi, ayə:51, həmçinin bax: "Ənkəbut” surəsi, ayə:19,20, "Qaf” surəsi, ayə:15, "Vaqiə” surəsi, ayə:62, "Yasin” surəsi, ayə:80, "Həcc” surəsi, ayə:5, "Qiyamət” surəsi, ayə:40, "Tariq” surəsi, ayə:8. )
    «O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır? De: İlk dəfə sizi yoxdan yaradan (Allah)! Onlar (istehza ilə) sənə başlarını bulayıb: Bu nə vaxt olacaqdır?-deyə soruşacaqlar. De: Bəlkə də, bu yaxın zamanda.»("Rum” surəsi, ayə:27. )
    4. ALLAHIN ELMİ BARƏSİNDƏ ŞÜBHƏ
    Digər şübhə bundan ibarətdir ki, əgər Allah insanları yenidən dirildərək onları öz əməllərinə görə mükafatlandırsa və ya cəzalarına çatdırsa, bu zaman bir tərəfdən sonsuz sayda bədənləri bir-birindən ayırmalıdır ki, hər bir ruhu öz bədəninə qaytarsın! Digər tərəfdən də bütün yaxşı və pis işləri yadda saxlamalıdır ki, onların hər birinə layiq olan mükafat və cəzanı verə bilsin! Necə mümkün ola bilər ki, çürüyüb torpağa qarışan bədənləri bir-birindən ayırsın?! Necə mümkündür ki, insanların bütün rəftarlarını – minlərlə, bəlkə də milyonlarla illər ərzində insanlarda baş vermiş rəftar və əməlləri qeyd edib onları araşdırsın?!
    Bu şübhə də Allahın elminin sonsuz olmasını bilməyənlər, həmçinin o elmi özlərinin naqis və məhdud elmləri ilə müqayisə edənlər tərəfindən irəli sürülür. Onun cavabı bundan ibarətdir ki, Allahın elminin heç bir həddi, sərhədi yoxdur və Onun elmi hər şeyi əhatə edir. Allah hər hansı bir şeyi heç vaxt unutmaz.
    Qurani-kərim Fironun dilindən nəql edib buyurur ki, o, Musaya (ə) dedi:
    «Əgər Allah bizim hamımızı dirildib əməllərimizi araşdırarsa, onda bizdən qabaq ölüb məhv olan insanların vəziyyəti necə olacaqdır?!»
    Həzrət Musa (ə) buyurdu:
    «Bütün bunların elmi Pərvərdigarımın yanında kitabda (yazılaraq) qorunub saxlanılır. Mənim Pərvərdigarım heç vaxt səhv etməz və heç bir şeyi unutmaz.» ("Taha” surəsi, ayə: 51, həmçinin bax: Qaf” surəsi, ayə: 3, 4. )
    Digər bir ayədə sonuncu iki şübhəyə belə cavab verilir:
    «(Ey Peyğəmbər!) De: Ölüləri, onları ilk dəfə yaradıb vücuda gətirən şəxs dirildəcəkdir və O hər şeyə qadirdir.» ("Yasin” surəsi, ayə:79.)
    SUALLAR
    1.Məhv olub aradan gedən bir şeyin yenidən qaytarılmasının qeyri-mümkün olması şübhəsini cavabı ilə birlikdə yazın.
    2.Bədənin yeni həyatı qəbul etməməsi şübhəsini şərh edin.
    3.Allahın qüdrəti barəsindəki şübhəni cavabla birlikdə yazın.
    4.Allahın elmi barəsindəki şübhəni onun cavabları ilə birlikdə yazın.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 559 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024