İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 5:28 PM
    QIRX YEDDİNCİ DƏRS
    QİYAMƏT BARƏSİNDƏ ALLAHIN VƏDƏSİ
    –Müqəddimə
    –Allahın labüd və qaçılmaz vədəsi
    –Əqli dəlillərə işarə
    MÜQƏDDİMƏ
    Qurani-kərim bir tərəfdən Mütəal Allah tərəfindən bəndələrə xəbər verdiyi məadın gerçəkləşəcəyini təkid edib onu Allahın labüd və heç bir xilafla uyğun olmayan vədəsi hesab edir. Beləliklə də, bütün insanlara höccəti tamamlayır. Digər tərəfdən isə məadın zərurətinə əqli dəlillərlə işarə edir ki, insanın əqli mərifətə olan rəğbəti təmin olunsun və höccəti bir neçə qat artırsın. Buna görə də Quranın məadın isbat olunması barəsindəki bəyanlarını iki qismə ayırır və hər biri ilə əlaqədar ayələri qeyd edirik.
    ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
    Qurani-kərim axirətdə Qiyamətin bərqərar olunması və bütün insanların dirildiməsini heç bir şəkk-şübhə olmayan məsələlərdən biri kimi qeyd edərək buyurur:
    «Həqiqətən, Qiyamət saatı gələcəkdir və onda heç bir şəkk-şübhə yoxdur.» ("Ğafir” surəsi, ayə:59; həmçinin bax: "Ali-İmran” surəsi, ayə:9, 25, "Nisa” surəsi, ayə:87, "Ənam” surəsi, ayə:12, "Kəhf” surəsi, ayə:21, "Həcc” surəsi, ayə:7, "Tur” surəsi, ayə:7, "Casiyə” surəsi, ayə:26 və 32. )
    Quran bu məsələni həqiqi və heç bir şübhə edilməyəcək məsələlər sırasında qeyd edərək buyurur:
    «Əlbəttə! Bu, Allahın haqq olan vədəsidir.» ("Nəhl” surəsi, ayə:38; həmçinin bax: "Ali-İmran” surəsi, ayə:9, 191, "Nisa” surəsi, ayə:122, "Yunis” surəsi, ayə:4, 55, "Kəhf” surəsi, ayə:21, "Ənbiya” surəsi, ayə:103, "Furqan” surəsi, ayə:16, "Loğman” surəsi, ayə:9, 33, "Fatir” surəsi, ayə:5, "Zümər” surəsi, ayə:20, "Nəcm” surəsi, ayə:47, "Casiyə” surəsi, ayə:32, "Əhqaf” surəsi, ayə:17. )
    Onun gerçəkləşəcəyinə dair dəfələrlə and içmişdir. O cümlədən buyurur:
    «De: Əlbəttə! And olsun Rəbbimə! Siz hökmən diriləcəksiniz və gördüyünüz əməllərdən agah olunacaqsınız. Bu, Allaha üçün çox asandır.»("Təğabun” surəsi, ayə:7; həmçinin bax: "Yunis” surəsi, ayə:53, "Səba” surəsi, ayə:3. )
    Camaata bu barədə xəbərdarlıq verilməsi peyğəmbərlərin vəzifələrindən ən mühümü kimi qeyd olunur və buyurulur:
    «Ruhu Öz əmri ilə bəndələrindən istədiyi kəsə ilqa edir ki, (bəndələri) Təlaq (Qiyamət) günündən qorxutsun.”
    Onu inkar edənlər üçün isə əbədi bədbəxtçilik və Cəhənnəm əzabını müqərrər edərək buyurur:
    «Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.»("Furqan” surəsi, ayə:11, "İsra” surəsi, ayə:10, "Səba” surəsi, ayə:8, "Muminun” surəsi, ayə:74. )
    Deməli, bu səmavi kitabın–Quranın haqq olmasını dərk edən bir şəxsin məadı inkar etmək və ya onun barəsində şəkk-şübhə yaratmaq üçün heç bir bəhanəsi olmayacaqdır. Əvvəlki bölmədə aydın olduğu kimi, həqiqət axtaran hər insan üçün əgər insafla araşdırma apararsa, Quranın haqq olması məlum olacaqdır. Buna görə də heç kəs onu qəbul etməmək barəsində bəhanə gətirə bilməz. Yalnız əqli cəhətdən naqis (anormal) olan, yaxud müəyyən səbəblərə görə haqqı qəbul edə bilməyən şəxslər istisna olunur.
    ƏQLİ DƏLİLLƏRƏ İŞARƏ
    Bir çox Quran ayələrində məadın zərurətinə dair əqli dəlillər gözə dəyir. Onları hikmət və ədalətə əsaslanan sübutlara da aid etmək olar. O cümlədən "inkari sual” formasında buyurulur:
    «Yoxsa belə təsəvvür edirsiniz ki, Biz sizi əbəs yerə yaratmışıq və Bizə doğru qaytarılmayacaqsınız?»("Muminun” surəsi, ayə:115.)
    Bu ayə aşkar şəkildə göstərir ki, əgər məad və Allah dərgahına qayıdış məsələsi olmasaydı, insanın bu dünyada yaradılması əbəs olacaqdı. Lakin hikmət sahibi olan Allah əbəs və bihudə iş görməz. Deməli, Onun dərgahına qayıdış üçün mütləq bu dünyadan başqa da bir dünya olmalıdır.
    Bu dəlil göstərir ki, insanın bu dünyada yaradılışı o zaman hikmətli hədəfə malik olacaqdır ki, bu dünya həyatının ardınca Allah dərgahına qayıdışdan ibarət olan axirət aləmi də olsun və orada onların əməlləri araşdırılsın. Biz bu iki məsələnin bir-birinə bağlılığını Allahın hikmətini sübut edərkən izah etmişdik və onun bir daha təkrarlanmasına ehtiyac yoxdur.
    İkinci məsələyə gəldikdə isə (Allahın heç vaxt əbəs və bihudə iş görməməsi), elə ilahi hikmət və Allahın işlərinin mənasız və puç olmamasından ibarətdir. Bu da Allahşünaslıq bölməsində ilahi və hikməti sübut edərkən qeyd olundu. Deməli, yuxarıdakı ayə həmin müddəa ilə tam uyğun gəlir.
    İndi əlavə edirik ki, insanın yaradılışı dünyanın yaradılışı üçün bir hədəf olmasına əsasən insanın bu dünyadakı həyatı əbəs və hikmətsiz olarsa, dünyanın da yaradılışı bihudə və boş-boşuna olacaqdır. Bu məsələni də Quran ayələrindən əldə etmək olar. Belə ki, Quran axirət aləmini dünyanın yaradılışının hikmət üzündən olmasından ötrü zəruri edir. O, əql sahibləri barəsində belə buyurur:
    «...(Əql sahibləri) ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayır. Asimanların və yerin yaradılışı haqqında təfəkkür edər (və deyərlər:) Pərvərdigara! Sən bunları boş yerə yaratmamısan! Sən (batil iş görmək kimi boş şeylərdən) pak və müqəddəssən! Bizi Cəhənnəm əzabından qoru!» ("Ali-İmran” surəsi, ayə:191. )
    Bu ayədən məlum olur ki, dünyanın yaradılışı barəsində düşünüb təfəkkür etmək insanın ilahi hikməti dərk etməsinə müsbət təsir göstərir. İnsan dərk edir ki, hikmət sahibi olan Allah bu böyük və əzəmətli yaradılışda hikmətli hədəfləri izləyir və onu boş-boşuna və əbəs yerə yaratmamışdır və əgər bu dünyanın yaradılışı üçün yekun hədəf hesab olunacaq digər bir dünya olmazsa, onda ilahi xilqət puç və hədəfsiz olacaqdır.
    Quran məadın zəruriliyi barəsində olan digər əqli dəlilləri ilahi ədalətlə əlaqələndirir.("Sad” surəsi, ayə:28, "Ğafir” surəsi, ayə:58, "Qələm” surəsi, ayə:35, "Yunis” surəsi, ayə:4. ) Yəni ilahi ədalət bunu tələb edir ki, Allah yaxşı əməl sahiblərini mükafatlandırıb, pis əməl sahiblərini cəzalandırmaqla onların aqibətlərini müəyyənləşdirsin. Belə bir ayrı-seçkilik bu dünyada olmadığından hökmən digər bir aləm bərqərar olunmalıdır ki, Allah Öz ədalətini insanlara əyani olaraq göstərsin.
    "Casiyə” surəsində buyurulur:
    «Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağınımı güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər?! Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir.» (Casiyə” surəsi, ayə:21, 22. )
    Qeyd edək ki, «və xələqəllahus-səmavati vəl-ərzə bil-həqqi» cümləsini ilahi hikmətdən ötrü də dəlil hesab etmək olar. Ümumiyyətlə, ilahi ədalət məsələsini ilahi hikmətlə eyniləşdirmək də olar. Çünki, ilahi ədalət barəsində qeyd olunan dəlildə izah etdiyimiz kimi ədalət hikmətin nümunələrindən biridir.
    SUALLAR
    1.Qurani-kərim məadı isbat etməklə camaata höccəti necə tamamlayır?
    2.Hansı ayələri ilahi hikmətə əsaslanan dəlil kimi göstərmək olar?
    3.Hansı ayələri ilahi ədalətə əsaslanan dəlil kimi göstərmək olar?
    4.Ədalətin sübut olunması məsələsini ilahi hikmətə necə aid etmək olar?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 632 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024