İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 5:23 PM
    ƏLLİNCİ DƏRS
    QURANDA QİYAMƏTİN TƏSVİRİ
    –Müqəddimə
    –Yerin, dəryaların və dağların vəziyyəti
    –Asimanların və ulduzların vəziyyəti
    –Ölüm suru
    –Həyat suru (şeypuru) və qiyamətin başlanması
    –Mütləq ilahi hökmranlığın zühuru
    –İlahi ədalət məhkəməsi
    –Əbədi iqamətgaha doğru
    –Behişt
    –Cəhənnəm
    MÜQƏDDİMƏ
    Quran ayələrindən məlum olur ki, axirət aləminin bərqərar olunması təkcə insanların dirilməsi ilə bitmir. Əsas etibarı ilə bu dünyaya hakim olan quruluş və nizam da tamamilə dəyişiləcək, digər bir aləm tamam başqa xüsusiyyətlərlə bərqərar olunacaqdır. Elə bir aləm olacaqdır ki, biz öncədən bu barədə xəbər verə bilmərik və təbiidir ki, onun xüsusiyyətləri barəsində dəqiq təsəvvürümüz də yoxdur. O zaman xilqətin əvvəlindən axırına qədər olan bütün insanlar birlikdə diriləcək və əməllərinin nəticələrini görəcək, əbədi behişt nemətlərində, yaxud cəhənnəm əzabında olacaqlar.
    Bu bəhslə əlaqədar olan ayələr olduqca çoxdur və onların hamısının araşdırılması kitabın həcminə uyğun deyil. Yalnız onların məzmununu qeyd etməklə kifayətlənirik.
    YERİN, DƏRYALARIN VƏ DAĞLARIN VƏZİYYƏTİ
    Yerdə güclü zəlzələlər baş verər.("Zilzal” surəsi, ayə:1, "Həcc” surəsi, ayə:1, "Vaqiə” surəsi, ayə:4, "Müzzəmmil” surəsi, ayə:14.) Öz içində olanları çölə tökər.("Zilzal” surəsi, ayə:2, "İnşiqaq” surəsi, ayə:4. ) Onun hissələri bir-birindən ayrılıb pərakəndə vəziyyətə düşər.("Əl-haqqə” surəsi, ayə:14, "Fəcr” surəsi, ayə:21. ) Dəryalar yarılar,("Təkvir” surəsi, ayə:6, "İnfitar” surəsi, ayə:3. ) dağlar hərəkətə gələr("Kəhf” surəsi, ayə:47, "Nəhl” surəsi, ayə:88, "Tur” surəsi, ayə:10, "Təkvir” surəsi, ayə:2.) və bir-birinə çırpılaraq("Əl-haqqə” surəsi, ayə:4, "Vaqiə” surəsi, ayə:5. ) qum təpəsi kimi,(Müzzəmmil” surəsi, ayə:14. ) didilmiş yun kimi,(Məaric” surəsi, ayə:9, "Qariə” surəsi, ayə:5. ) daha sonra dağılaraq fəzada pərakəndə vəziyyətə düşər.("Taha” surəsi, ayə: 105-107,” Mürsəlat” surəsi, ayə:10. ) Başlarını asimana dikən uca dağlar silsiləsindən ilğımdan başqa bir şey qalmaz.("Kəhf” surəsi, ayə:8, "Nəbə” surəsi, ayə:20. )
    ASİMANIN VƏ ULDUZLARIN VƏZİYYƏTİ
    Ay, eləcə də Günəşdən milyon dəfələrlə böyük olan əzəmətli ulduzlar sönər,("Təkvir” surəsi, ayə: 1-2. ) onların hərəkətindəki qanunauyğunluqlar pozular.(İnfitar” surəsi, ayə:2. ) O cümlədən, ay və ulduzlar bir-birinə qovuşar,(Qiyamət” surəsi, ayə:9.) bu dünyanı möhkəm bir tavan kimi əhatə edən asiman çalxalanar("Tur” surəsi, ayə:1, Əl-haqqə” surəsi, ayə:16. )və parçalanaraq bir-birindən ayrılar.("Ərrəhman” surəsi, ayə:37, "Əl-haqqə” surəsi, ayə:16, "Müzzəmmil” surəsi, ayə:18, "Mürsəlat” surəsi, ayə:9, "Nəbə” surəsi, ayə:19, "İnfitar” surəsi, ayə:1, "İnşiqaq” surəsi, ayə:1.) Onun nizamı bir-birinə qarışar.("Ənbiya” surəsi, ayə:104, "Təkvir” surəsi, ayə:11.) Səma cisimləri əridilmiş filiz şəklinə düşər("Məaric” surəsi, ayə:8. ) və dünyanın fəzası tüstü və buludla dolar.("Furqan” surəsi, ayə:25, "Duxan” surəsi, ayə:10. )
    ÖLÜM SURU
    Belə bir vəziyyətdə ölüm suru çalınar və bütün canlı varlıqlar ölər.("Zümər” surəsi, ayə:68, "Əlhaqqə” surəsi, ayə:13, "Yasin” surəsi, ayə:49. ) Təbiət aləmində həyatdan heç bir əsər-əlamət qalmaz. Vəhşət hissi və iztirab bütün canları bürüyər.("Nəml” surəsi, ayə:87-89. ) Yalnız varlığın sirlərindən və həqiqətlərindən agah olan, qəlbləri ilahi mərifət və məhəbbətlə dolan şəxslər iztirab hissi keçirməzlər.
    HƏYAT SURU VƏ QİYAMƏTİN BAŞLANMASI
    Daha sonra əbədi olan digər bir həyat başlanar.("İbrahim” surəsi, ayə:48, "Zümər” surəsi, ayə:67, "Məryəm” surəsi, ayə:38, "Qaf” surəsi, ayə:22.) Bütün dünya Allahın nuru ilə işıqlanar,("Zümər” surəsi, ayə:69. ) həyat suru yenidən səslənər("Zümər” surəsi, ayə:68, "Kəhf” surəsi, ayə:99, "Qaf” surəsi, ayə:20, 42, "Nəbə” surəsi, ayə:18, "Naziat” surəsi, ayə:13-14, "Müddəssir” surəsi, ayə:8,” Saffat” surəsi, ayə:19. ) və bütün insanlar (hətta heyvanlar belə)("Ənam” surəsi, ayə:38, "Təkvir” surəsi, ayə:5. ) bir anda dirilərlər.(Kəhf” surəsi, ayə:47, "Nəhl” surəsi, ayə:77, "Qəmər” surəsi, ayə:50, "Nəbə” surəsi, ayə:18. ) Daha sonra vahiməli halda("Qaf” surəsi, ayə:20. ) havada yayılaraq pərakəndə vəziyyətdə uçan çəyirtkə kimi olar,("Qariə” surəsi, ayə:4, "Qəmər” surəsi, ayə:7. ) sürətlə("Qaf” surəsi, ayə:44, Məaric” surəsi, ayə:43. ) ilahi məhkəməyə doğru tələsərlər("Yasin” surəsi, ayə:51, "Mütəffifin” surəsi, ayə:30, "Qiyamət” surəsi, ayə:12, 30, eləcə də "Həşr”, "Nəşr”, "Liqaullah”, "Rucuiləllah”, "Rədiləllah” ayələrinə müraciət edə bilərsiniz. )və bütün insanlar böyük bir səhnədə bir yerə toplaşarlar.("Kəhf” surəsi, ayə:99, "Təğabun” surəsi, ayə:9, "Nisa” surəsi, ayə:87, "Ənam” surəsi, ayə:12, "Ali-İmran” surəsi, ayə:-9, "Hud” surəsi, ayə:103. ) Əksər hallarda vəziyyət elə olar ki, bərzəx aləmində qalmaları bir saat, bir gün, yaxud bir neçə gün davam etdiyini təsəvvür edərlər.("Rum” surəsi, ayə:55, "Naziat” surəsi, ayə:46, "Yunis” surəsi, ayə:45, "İsra” surəsi, ayə:52, "Taha” surəsi, ayə:103-104, "Muminun” surəsi, ayə:113, "Əhqaf” surəsi, ayə:35. )
    MÜTLƏQ İLAHİ HÖKMRANLIĞIN ZÜHURU
    Qiyamət aləmində bütün həqiqətlər aşkar olar.("İbrahim” surəsi, ayə:21, "Adiyat” surəsi, ayə:10, "Tariq” surəsi, ayə:9, "Qaf” surəsi, ayə:22, "Əlhaqqə” surəsi, ayə:18. ) İlahi hökumət və səltənət tam mənada zühur edər.("Həcc” surəsi, ayə:65, "Furqan” surəsi, ayə:26, "Ğafir” surəsi, ayə:16, "İnfitar” surəsi, ayə:19. )Varlıqlar elə bir heybət və əzəmət görərlər ki, heç kəs ucadan bir söz danışmaq qüdrətinə malik olmaz.("Hud” surəsi, ayə:105, "Taha” surəsi, ayə:108-111, "Nəbə” surəsi, ayə:38. ) Və hər kəs öz taleyinin fikrində olar aqibətinin nə ilə qurtaracağı barədə fikirləşər. Hətta, bir ata-anadan olan övladlar, qohum-əqrəbalar və yaxın adamlar bir-birindən qaçar.("Əbəsə 34” surəsi, ayə:37, "Şüəra” surəsi, ayə:88, "Məaric” surəsi, ayə:10-14, "Loğman” surəsi, ayə:33. ) Ümumiyyətlə, səbəblər və qohumluq əlaqələri bir-birindən ayrılar.(Bəqərə” surəsi, ayə:166, "Muminun” surəsi, ayə:101.) Dünyəvi və şeytani meyarlar və mənafelər əsasında olan dostluqlar düşmənçiliyə çevrilər.("Zuxruf” surəsi, ayə:67. )Keçmiş günah əməllərindən yaranan təəssüf və peşmançılıq qəlbləri bürüyər.(Ənam” surəsi, ayə:31, "Məryəm” surəsi, ayə:39, "Yunis” surəsi, ayə:54. )
    İLAHİ ƏDALƏT MƏHKƏMƏSİ
    Bu zaman ilahi ədalət məhkəməsi təşkil olunar və bütün bəndələrin əməlləri hazır edilər.("Ali-İmran” surəsi, ayə:30, "Təkvir” surəsi, ayə:14, "İsra” surəsi, ayə:49. ) Nameyi-əməllər (əməl dəftərləri) paylanar.("İsra 13” surəsi, ayə:14, 17, "Əl-haqqə” surəsi, ayə: 19, 25, "İnşiqaq” surəsi, ayə:7, 10. ) Qiyamət gününün xüsusiyyətlərindən biri də budur ki, hər bir işi həmin işi görənə aid edilməsi o qədər açıq-aşkar məlum olur ki, artıq bir kəsdən "nə etmisən?” - deyə soruşmağa heç bir ehtiyac qalmır.("Ər-Rəhman” surəsi, ayə:39. )
    Bu məhkəmədə Allahın mələkləri, peyğəmbərlər və seçilmiş insanlar şahidlik edərlər.("Zümər” surəsi, ayə:69, "Bəqərə” surəsi, ayə:143, "Ali-İmran” surəsi, ayə:140, "Nisa” surəsi, ayə: 41 və 69, "Hud” surəsi, ayə:18, "Həcc” surəsi, ayə:78, "Qaf” surəsi, ayə:21, "Nəhl” surəsi, ayə:84 və 89. ) Hətta, insanın əli, ayaqları və dərisi belə şəhadət verər.("Nur” surəsi, ayə:24, "Yasin” surəsi, ayə:65, "Fussilət” surəsi, ayə: 21-25. ) Bütün insanların əməllərinin hesabı diqqətlə araşdırılar və ilahi mizanla ölçülər.(Əraf” surəsi, ayə: 8-9, "Ənbiya” surəsi, ayə:47, "Muminun” surəsi, ayə:102-103, "Qariə” surəsi, ayə: 6-8. ) Onların barəsində ədalətli hökm çıxarılar("Yunis” surəsi, ayə:54, 93, "Casiyə” surəsi, ayə:17, "Nəml” surəsi, ayə:78, "Zümər” surəsi, ayə:69 və 75.) və hər kəs özünün dünyadakı fəaliyyət və əməllərinin nəticəsini görər.("Nəcm” surəsi, ayə: 40-41, "Bəqərə” surəsi, ayə: 281-286, "Ali-İmran” surəsi, ayə:25, 161, "Ənam” surəsi, ayə:70, "Hud” surəsi, ayə:111, "İbrahim” surəsi, ayə:51, "Taha” surəsi, ayə:15, "Ğafir” surəsi, ayə:17, "Casiyə” surəsi, ayə:22, "Tur” surəsi, ayə:21, "Müddəsir” surəsi, ayə:38, "Yasin” surəsi, ayə:54, "Zümər” surəsi, ayə:24. ) Yaxşı əməl sahiblərinə əməllərinin on qat arıq mükafatı verilər("Ənam” surəsi, ayə:160. ) və heç kəs başqasının günahlarına görə cəzalandırılmaz.("Nəcm” surəsi, ayə:39, "Ənam” surəsi, ayə:146, "Fatir” surəsi, ayə:18, "Zümər” surəsi, ayə:7. )Başqalarını haqq yoldan azdıran şəxslərə gəldikdə isə, onları öz günahlarından əlavə, aldadıb azdırdıqları şəxslərin də günahlarına görə də məhkum edərlər.("Nəhl” surəsi, ayə:25, "Ənkəbut” surəsi, ayə:13. Burada belə bir ehtimal verə bilər ki, başqalarının hidayət olunmasına səbəb olan şəxslər də ikiqat artıq savaba malik olacaqlar. Bu da rəvayətlərdə qeyd olunmuşdur. ) Heç kəsdən fidyə (əvəz) qəbul olunmaz.("Bəqərə” surəsi, ayə:48 və 123, "Ali-İmran” surəsi, ayə:91, "Loğman” surəsi, ayə:33, "Maidə” surəsi, ayə:46, "Hədid” surəsi, ayə:15. )Heç bir şəxsin şəfaət və vasitəçiliyi qəbul edilməz.(Bəqərə” surəsi, ayə:48, 123, 254, "Müddəsir” surəsi, ayə:48. ) Yalnız o şəxslərin şəfaəti qəbul olunar ki, Mütəal Allah tərəfindən onlara icazə verilmiş olsun və onlar da məhz Allahın razı olduğu meyarlar əsasında şəfaət edərlər.("Ənbiya” surəsi, ayə:28, "Bəqərə” surəsi, ayə:255, "Yunis” surəsi, ayə:3, "Məryəm” surəsi, ayə:87, "Taha” surəsi, ayə:109, "Səba” surəsi, ayə:23, "Zuxruf” surəsi, ayə:86, "Nəcm” surəsi, ayə:26. )
    ƏBƏDİ İQAMƏTGAHA DOĞRU
    Daha sonra Allahın hökmü elan edilər.("Əraf” surəsi, ayə:44. ) Yaxşı əməl sahibləri ilə pis əməl sahibləri bir-birindən ayrılar:("Yasin” surəsi, ayə:59. )möminlər üzüağ, şad və gülər üzlə behiştə tərəf,("Zümər” surəsi, ayə:73, "Ali-İmran” surəsi, ayə:107, "Məryəm” surəsi, ayə:85, "Qiyamət” surəsi, ayə:42, 24, "Ğaşiyə” surəsi, ayə:8, "Əbəsə” surəsi, ayə: 38-39. ) kafirlər və münafiqlər isə üzüqara, qəmgin, zillət və xarlıqla cəhənnəmə yola salınar.("Zümər” surəsi, ayə: 60-71, "Ali-İmran” surəsi, ayə:106, "Ənam” surəsi, ayə:124, "Yunis” surəsi, ayə:27, "Məryəm” surəsi, ayə:86, "Taha” surəsi, ayə:101, 126 və 124, "İbrahim” surəsi, ayə:43, "Qəmər” surəsi, ayə:8, "Məaric” surəsi, ayə:44, "Ğaşiyə” surəsi, ayə:2, "İsra” surəsi, ayə:72 və 97, Əbəsə” surəsi, ayə:40 və 41. ) Bütün insanlar cəhənnəmdən keçirilər,(Məryəm” surəsi, ayə: 71-72. ) bu zaman möminlərin siması nur saçar və onların yollarını işıqlandırar,("Hədid” surəsi, ayə:12. ) kafirlər və münafiqlər isə qaranlıqda, mütləq zülmətdə qalarlar.
    Dünyada möminlərlə qaynayıb-qarışan münafiqlər onları çağırıb "Üzünüzü bizə tərəf döndərin, sizin nurunuzdan istifadə edək!” - deyərlər, amma belə cavab eşidərlər: "Nur kəsb etmək üçün arxaya (dünyaya) qayıdın!” Daha sonra deyərlər: "Məgər dünyada biz sizinlə deyildikmi?” Belə cavab eşidərlər: "Əlbəttə ki, zahirdə bizimlə idiniz, lakin özünüzü giriftar etdiniz və qəlbləriniz şəkkə, tərəddüdə və qəsavətə düçar oldu. Bu gün işiniz bitmişdir, sizdən və kafirlərdən heç bir əvəz qəbul edilməz.” Nəhayət, kafirlər və münafiqlər cəhənnəm oduna tökülər.("Hədid” surəsi, ayə: 13-15, "Nisa” surəsi, ayə:140. )
    Möminlər behiştə yaxınlaşan zaman onun qapıları açılar və Allahın rəhmət mələkləri onların pişvazına çıxar, salam və ehtiramla onlara əbədi səadət müjdəsi verərlər.("Zümər” surəsi, ayə:73, "Rəd” surəsi, ayə: 22-24. ) Digər tərəfdən kafirlər və münafiqlər cəhənnəmə çatdıqda onun qapıları açılar, əzab mələkləri kobudluqla onları danlayar və onlara əbədi əzab vədəsi verərlər.(Zümər” surəsi, ayə: 71-72, "Təhrim” surəsi, ayə:6, "Ənbiya” surəsi, ayə:103. )
    BEHİŞT
    Behiştdə genişliyi yerin və göylərin genişliyi qədər olan bağlar("Ali-İmran” surəsi, ayə:133, "Hədid” surəsi, ayə:21. ) və müxtəlif ağaclarla örtülən, hər növ meyvəsi olan və əlçatan yerdə olan("Haqqə” surəsi, ayə:23, "Dəhr” surəsi, ayə: 6, 18, 21, "Mütəffifin” surəsi, ayə:28. ) ağaclar, əzəmətli qəsrlər və zülal kimi suyu olan çaylar,("Bəqərə” surəsi, ayə:25, "Ali-İmran” surəsi, ayə:15 və onlarla başqa ayə. ) həmçinin süd, bal və pak şərabdan ibarət olan çaylar,("Məhəmməd” surəsi, ayə:15, "Dəhr” surəsi, ayə:6, 18, 21,”Mütəffifin” surəsi, ayə:28. ) behişt əhlinin istəyinə uyğun("Nəhl” surəsi, ayə:31, "Furqan” surəsi, ayə:16, "Zümər” surəsi, ayə:34, "Fussilət” surəsi, ayə:31, "Şura” surəsi, ayə:22, "Zuxruf” surəsi, ayə: 70-71, "Qaf” surəsi, ayə:35. ) və onların arzularına müvafiq olan hər bir şey vardır.("Qaf” surəsi, ayə:35. )
    Behişt əhli ipək paltar geymiş, müxtəlif zinətlərlə bəzənmiş olar.("Kəhf” surəsi, ayə:31, "Həcc” surəsi, ayə:23, "Fatir” surəsi, ayə:33, "Duxan” surəsi, ayə:53, "Dəhr” surəsi, ayə:21, "Əraf” surəsi, ayə:32. ) Bir-birinin qarşısında taxtların üzərində və yumşaq yataqlarda söykənmiş halda Allaha həmd-səna edərlər.("Əraf” surəsi, ayə:43, "Yunis” surəsi, ayə:10, "Fatir” surəsi, ayə:34, "Zümər” surəsi, ayə:74. ) Dillərinə əbəs və lazımsız söz gətirməzlər. Belə sözlər də eşitməzlər.("Məryəm” surəsi, ayə:62, "Nəbə” surəsi, ayə:35, "Ğaşiyə” surəsi, ayə:11. ) Onlara nə soyuq əziyyət verər, nə də istilik.(Dəhr” surəsi, ayə:13. )Onların nə əzab-əziyyəti və yorğunluğu olar,("Məryəm” surəsi, ayə:62, "Nəbə” surəsi, ayə:35, "Ğaşiyə” surəsi, ayə:11. ) nə də qorxuları və qəm-qüssələri.("Əraf” surəsi, ayə:35, "Hicr” surəsi, ayə:48. )Qəlblərində bir kəsə qarşı kin-küdurət də olmaz.("Əraf” surəsi, ayə:43, "Hicr” surəsi, ayə:47. )
    Onların ətrafında gözəl xidmətçilər hərəkət edərək("Tur” surəsi, ayə:, "Vaqiə” surəsi, ayə:17, "Dəhr” surəsi, ayə:19. ) onlara, ləzzət və təsəvvürolunmaz ruh yüksəkliyi verən behişt camlarında şərablar içirdərlər və onlara heç cür bəla dəyməz.("Saffat” surəsi, ayə:45” surəsi, ayə:47, "Sad” surəsi, ayə:51, "Tur” surəsi, ayə:23, "Zuxruf” surəsi, ayə:71, "Vaqiə” surəsi, ayə:18” surəsi, ayə:19, "Dəhr” surəsi, ayə: 5-6, 19, "Nəbə” surəsi, ayə:34, "Mütəfiffin” surəsi, ayə: 24-28. ) Onlar növbənöv meyvələrdən, quş ətlərindən yeyər,(Sad” surəsi, ayə:51, "Tur” surəsi, ayə:22, "Ərrəhman” surəsi, ayə:52, 68, "Vaqiə” surəsi, ayə: 20-21, "Mürsəlat” surəsi, ayə:42, "Nəbə” surəsi, ayə:32. ) gözəl, mehriban və heç bir çirkinliyə aludə olmayan pak zövcələrdən,("Bəqərə” surəsi, ayə:25, "Ali-İmran” surəsi, ayə:15, "Nisa” surəsi, ayə:57, "Saffat” surəsi, ayə: 48-49, "Sad” surəsi, ayə:52, Zuxruf” surəsi, ayə:70, "Duxan” surəsi, ayə:54, "Tur” surəsi, ayə:20, "Ərrəhman” surəsi, ayə:56, 70, 74, "Vaqiə” surəsi, ayə: 22-23, 34” surəsi, ayə:37, "Nəbə” surəsi, ayə:33. ) bunlardan da ən yüksəkdə Allahın razılığından mənəvi nemət kimi bəhrələnərlər.("Ali-İmran” surəsi, ayə:15,”Tövbə” surəsi, ayə: 21, 72, "Hədid” surəsi, ayə:20, "Maidə” surəsi, ayə:119, "Mücadilə” surəsi, ayə:29, "Bəyyinə” surəsi, ayə:8. ) Onlar öz Pərvərdigarları tərəfindən çoxlu lütf və mərhəmətlərə nail olarlar. Bu da onları təsəvvürolunmaz dərəcədə şadlığa, sevincə qərq edər.("Səcdə” surəsi, ayə:17. ) Bu misilsiz səadətlər, vəsfolunmaz nemətlər, Allahın rəhmət, razılıq və dərgahına yaxınlıq həmişəlik olaraq davam edəcək.(Bəqərə” surəsi, ayə:25, "Ali-İmran” surəsi, ayə:107, 36, 198, "Nisa” surəsi, ayə:13, 57, 122, "Maidə” surəsi, ayə:85, 119, "Əraf” surəsi, ayə:42, "Tövbə” surəsi, ayə:22, 72, 89, 100, "Yunis” surəsi, ayə:26, "Hud” surəsi, ayə:23, 108, "İbrahim” surəsi, ayə:23, "Hicr” surəsi, ayə:48, "Kəhf” surəsi, ayə:3, 108, "Taha” surəsi, ayə:76, "Ənbiya” surəsi, ayə:102, "Muminun” surəsi, ayə:11, "Furqan” surəsi, ayə: 16, 76, "Ənkəbut” surəsi, ayə:58, "Loğman” surəsi, ayə:9, "Zümər” surəsi, ayə:73, "Zuxruf” surəsi, ayə:71, "Əhqaf” surəsi, ayə:14, "Qaf” surəsi, ayə:34, "Fəth” surəsi, ayə:5, "Hədid” surəsi, ayə:12, "Mücadilə” surəsi, ayə:22, "Təğabun” surəsi, ayə:9, "Təlaq” surəsi, ayə:11, "Bəyyinə” surəsi, ayə:8. )Və onların sonu olmayacaqdır.("Duxan” surəsi, ayə:56, "Fussilət” surəsi, ayə:8, "İnşiqaq” surəsi, ayə:25, "Tin” surəsi, ayə:6.)
    CƏHƏNNƏM
    Cəhənnəm qəlblərində heç bir iman nuru olmayan kafirlər və münafiqlərin əbədi yeridir.("Nisa” surəsi, ayə:140 və onlarla başqa ayə. ) Onun həcmi o qədər böyükdür ki, bütün günah əhlinin qəbul etdikdən sonra yenidən "yenə varmı?» deyər.("Qaf” surəsi, ayə:30. )O, başdan-başa oddur, od üstündən od, əzab üstündən əzab!!!
    Atəş şölələri hər tərəfdən zəbanə çəkir, qəzəbli, ürək yandıran uğultusu onların vəhşət və iztirablarını daha da artırır.("Hud” surəsi, ayə:106, "Ənbiya” surəsi, ayə:100, "Furqan” surəsi, ayə:12, "Mülk” surəsi, ayə: 7-8. ) Onların zahiri görkəmləri pis, qara, çirkablıdır.("Ali-İmran” surəsi, ayə:106, "Mülk” surəsi, ayə:27, "Muminun” surəsi, ayə:104, "Zümər” surəsi, ayə:60. )Hətta, cəhənnəm əhli üçün təyin olunmuş məmur mələklərinin üzlərində belə mehr-məhəbbət, nəvaziş və mülayimlikdən heç bir əsər-əlamət yoxdur.("Təhrim” surəsi, ayə:91. )
    Cəhənnəm əhli dəmirdən olan zəncirlərə bağlanmışlar,("Rəd” surəsi, ayə:5, "İbrahim” surəsi, ayə:49, "Səba” surəsi, ayə:33, "Ğafir” surəsi, ayə: 71, 72, "Haqqə” surəsi, ayə:32, "Dəhr” surəsi, ayə:4. ) Allahın qəzəb odu onları hər tərəfdən əhatə edir.("İbrahim” surəsi, ayə:50, "Furqan” surəsi, ayə:13, "Ənbiya” surəsi, ayə:98, "Cin” surəsi, ayə:15, "Təhrim” surəsi, ayə:6. ) Onların özləri cəhənnəmin yanacaqlarıdır.("Bəqərə” surəsi, ayə:24, "Ali-İmran” surəsi, ayə:10, "Ənbiya” surəsi, ayə:98, "Cin” surəsi, ayə:15, "Təhrim” surəsi, ayə:6.) Cəhənnəmin fəzasında cəhənnəm əhlinin fəryadından, naləsindən və qışqırığından başqa heç bir səs eşidilmir.("Furqan” surəsi, ayə: 13-14, "İnşiqaq” surəsi, ayə:11. )Günah əhlinin üzərinə dağ su tökərlər ki, onların daxillərini də əridib suya döndərər.("Həcc” surəsi, ayə: 19, 20, "Duxan” surəsi, ayə:48. ) Hər zaman susuzluğun və iltihabın şiddətindən su istəsələr onlara çirkablı, qaynar və üfunətli su verilər. Onu da hərisliklə və acgözlüklə içərlər.("Ənam” surəsi, ayə:70, "Yunis” surəsi, ayə:4, "Kəhf” surəsi, ayə:29, "Vaqiə” surəsi, ayə:42, 44 və 55, "Məhəmməd” surəsi, ayə:15. ) Onların yeməkləri özü atəşdən göyərən zəqqum ağacıdır. Ondan yedikləri vaxt daxildəki yanğıları daha da artar.("Saffat” surəsi, ayə:62-66, "Sad” surəsi, ayə:57, "Duxan” surəsi, ayə: 45, 46, "Vaqiə” surəsi, ayə: 52, 53, "Nəbə” surəsi, ayə:25, Ğaşiyə” surəsi, ayə: 6, 7. ) Onların paltarları yapışqanlı və qara maddədəndir ki, bu da onların əzablarını daha da artırır.("İbrahim” surəsi, ayə:17, "Taha” surəsi, ayə:74, "Fatir” surəsi, ayə:36. ) Onlar günahkar cinlər və şeytanlarla bir yerdə olarlar. Lakin, onlardan uzaq olmağı arzu edər("Zuxruf” surəsi, ayə:38, 39, "Şüəra” surəsi, ayə: 94, 95, "Sad” surəsi, ayə:85. ) və bir-birinə lənət yağdırarlar.("Əraf” surəsi, ayə: 38, 39, "Ənkəbut” surəsi, ayə:25, "Mürsəlat” surəsi, ayə: 35, 36. )
    Allahın dərgahında öz günahları müqabilində üzrxahlıq etmək istədikləri zaman "rədd olun!”, "susun!”, "mumlayın!” kimi fərmanlar verilər.("Muminun” surəsi, ayə:108, "Rum” surəsi, ayə:57, "Ğafir” surəsi, ayə:52, "Mürsəlat” surəsi, ayə: 35, 36.)Daha sonra cəhənnəm keşikçilərinə pənah aparıb deyərlər ki, Allahdan bizim əzabımızı bir az azaltmasını istəyin. Onlar belə cavab eşidərlər: "Məgər Mütəal Allah sizə Öz peyğəmbərlərini açıq-aşkar möcüzələrlə göndərməmişdimi?”("Ğafir” surəsi, ayə: 49-50. )
    Yenidən ölüm arzusu edərlər, amma cavabında onlara, siz həmişəlik olaraq cəhənnəmdə qalacaqsınız”–deyilər.("Zuxruf” surəsi, ayə:77.) Ölüm hər tərəfdən onlara tərəf şığıdığına baxmayaraq heç vaxt ölməzlər.("İbrahim” surəsi, ayə:178, "Taha” surəsi, ayə:74, "Fatir” surəsi, ayə:36. ) Onların bədənlərinin dəriləri nə qədər yansa da, əzabı yaxşı dadsınlar deyə, yenidən ona təzə dəri verilər və əzabları davam etdirilər.("Nisa” surəsi, ayə:56. )
    Onlar behişt əhlindən bir az su və yemək istəyər, amma cavabda: "Mütəal Allah behişt nemətlərini sizə haram etmişdir” – cavabını eşidərlər.("Əraf” surəsi, ayə:50. ) Behişt əhli onlardan soruşar: "Hansı şey sizin bədbəxtliyinizə səbəb olub sizi cəhənnəmə çəkdi?” Deyərlər: "Biz namaz qılıb Allaha ibadət edənlərdən deyildik. Kasıblara da kömək etməzdik. Günahkarlarla oturub-duran və qiyamət gününü təkzib edərdik.”("Müddəsir” surəsi, ayə:39-47.  )
    Daha sonra bir-biri ilə çarpışmağa, didişməyə başlayarlar.(" Sad” surəsi, ayə: 59-64. )Aldanılanlar onları yoldan çıxaranlara deyərlər: "Bizi yoldan azdıran siz oldunuz!” Onlar cavabda deyərlər: "Siz öz istəyiniz ilə bizə tabe oldunuz!”("Əraf” surəsi, ayə: 38, 39, "Saffat” surəsi, ayə: 27-33, "Qaf” surəsi, ayə:27, 28. )
    Bu dünyada başqalarının əlinin altında olub yolunu azanlar orada öz rəislərinə deyərlər: "Bizi bu bədbəxtliyə çəkənlər siz olmusunuz!” Onlar da: "Sizi zorla haqq yoldan saxladıqmı?!” – deyərlər.("İbrahim” surəsi, ayə:21, "Səba” surəsi, ayə: 31-33. )
    Nəhayət, şeytana deyərlər: "Bizim yoldan azmağımıza sən bais olmusan!” O isə cavab verib deyər: "Allah sizə doğru vədə verdi, qəbul etmədiniz. Mən isə yalan vədələr verdim, qəbul etdiniz. Belə isə, məni danlamaq yerinə özünüzü məzəmmət edin. Bu gün bizim heç birimiz digərimizin fəryadına çata bilmərik.”("İbrahim” surəsi, ayə:22. )Beləliklə, öz itaətsizlik və küfrlərinin cəzasını çəkməkdən başqa heç bir çıxış yolu görməz və əbədi olaraq ilahi əzab içində qalarlar.("Bəqərə” surəsi, ayə:39, 81, 162, 217, 257, 275, "Ali-İmran” surəsi, ayə:88, 116, "Nisa” surəsi, ayə:169, "Maidə” surəsi, ayə:37, 80, "Ənam” surəsi, ayə:128, "Əraf” surəsi, ayə:36, "Tövbə” surəsi, ayə: 17, 63, 68, "Yunis” surəsi, ayə:27, 52, "Hud” surəsi, ayə:108, "Rəd” surəsi, ayə:5, "Nəhl” surəsi, ayə:29, "Kəhf” surəsi, ayə:108, "Taha” surəsi, ayə:101, "Səcdə” surəsi, ayə:20, "Muminun” surəsi, ayə:103, "Əhzab” surəsi, ayə:65, "Zümər” surəsi, ayə:72, "Ğafir” surəsi, ayə:76, "Zuxruf” surəsi, ayə:74, "Mücadilə” surəsi, ayə:17, "Cin” surəsi, ayə:23, "Bəyyinə” surəsi, ayə:6. )
    SUALLAR
    1.Qiyamət baş verən zaman yerin və göylərin vəziyyətini şərh edin.
    2.Qiyamətin başlanğıcı və onun xüsusiyyətini bəyan edin.
    3.İlahi ədalət məhkəməsini izah edin.
    4.Möminlərin və kafirlərin öz əbədi iqamətgahına doğru hərəkətini bəyan edin.
    5.Behişt nemətlərini barəsində məlumat verin.
    6.Cəhənnəm və onun əhlinin vəziyyətini açıqlayın.
    7.Cəhənnəm əhlinin söhbətlərini şərh edin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 763 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024