İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 5:20 PM
    ƏLLİ BİRİNCİ DƏRS
    DÜNYANIN AXİRƏT İLƏ MÜQAYİSƏSİ
    –Müqəddimə
    –Dünyanın fani, axirətin isə əbədi olması
    –Axirətin həqiqi həyat olması
    –Axirətdə nemətin əzabdan ayrılması
    –Dünya həyatını seçməyin nəticəsi
    MÜQƏDDİMƏ
    Əql və nəql yolu ilə axirət aləmi barəsində əldə olunan məlumatlara əsasən dünya və axirəti müxtəlif cəhətlərdən müqayisə edə bilərik. Xoşbəxtlikdən bu müqayisələr Qurani-kərimin özündə də vardır. Biz Quran ayələrindən istifadə edərək dünya və axirət həyatlarını düzgün şəkildə qiymətləndirib axirət aləminin üstün olmasını bəyan edə bilərik.
    DÜNYANIN FANİ, AXİRƏTİN İSƏ ƏBƏDİ OLMASI
    Dünya ilə axirət aləmi arasında olan fərqin ən bariz nümunəsi insan ömrünün dünyada məhdud, axirətdə isə əbədi olmasıdır. Bu dünyada hər insanın ömrü üçün gec-tez gəlib çıxacaq əcəl vardır. Hətta bir şəxs bu dünyada, yaxud min il yaşasa, nəhayət, təbiət aləminin son dəyişiklikləri və birinci surun üfürülməsi zamanı ömrü sona çatacaqdır.
    Digər tərəfdən isə Quranın təqribən səksən ayəsi axirət aləminin əbədi olmasını göstərir.(Behişt və cəhənnəmin əbədiliyi barəsində olan ayələrə müraciət edin. ) Aydındır ki, tükənən, sona yetən bir şey nə qədər uzun ömürlü olsa belə, onun sonsuz şeylə heç bir uyğunluğu olmayacaqdır.
    Deməli, axirət aləmi davamlı və qalarlı olmaq baxımından dünyaya nisbətən çox böyük üstünlüyə malikdir və bu mətləb də çoxlu ayələrdə "əbqa» təbiri ilə gətirilir.("Kəhf” surəsi, ayə:46, "Məryəm” surəsi, ayə:74, "Taha” surəsi, ayə:73, 131, "Qəsəs” surəsi, ayə:60, "Şura” surəsi, ayə:36, "Ğafir” surəsi, ayə:39, "Əla” surəsi, ayə:17. ) Axirətin qalarlı, dünyanın isə fani olmasını xatırladır.("Ali-İmran” surəsi, ayə:197, "Nisa” surəsi, ayə:77 və s. ayələr. )Başqa ayələrdə dünya həyatı bir neçə günlük cücərib yaşıllaşan, sonra isə saralıb məhv olan və nəhayət quruyan bir bitkiyə oxşadılır.(Yunis” surəsi, ayə:24, "Kəhf” surəsi, ayə: 45” surəsi, ayə:46, "Hədid” surəsi, ayə:20. ) "Nəhl” surəsinin 96-cı ayəsində isə ümumi bir qanun olaraq buyurulur:
    «Allah yanında olan şeylər əbədidir.»
    AXİRƏTDƏ NEMƏTİN ƏZABDAN AYRILMASI
    Dünya həyatı ilə axirət həyatı arasındakı əsaslı fərqlərdən biri də budur ki, dünya həyatının xoşluqları həmişə əzab-əziyyətlə, zəhmətlə qarışıqdır, elə bir şəraitdə deyildir ki, camaatın bir qismi həmişə və hər cəhətdən nemətdə, şadlıqda, asayişdə olsunlar, digər dəstə isə həmişə əzabda və qəm-qüssədə. Dünya əhalisinin hamısı az-çox ləzzətlərdən, şadlıqlardan bəhrələnir, eləcə də müəyyən qədər əzab-əziyyətlərə və nigarançılıqlara düçar olurlar. Lakin axirət aləmi bir-birindən tamamilə ayrı olan iki hissədən – behişt və cəhənnəmdən ibarətdir. Onun bir hissəsində əzab-əziyyətdən, qorxu və qəm-qüssədən heç bir əsər-əlamət yoxdur, digər hissəsində isə insanı dərdə salan atəşdən, qəm-qüssədən başqa heç bir şey mövcud deyildir.
    Qurani-kərimdə bu müqayisə qeyd edilmiş, axirət nemətlərinin, Allahın dərgahında qonşu olub Ona yaxın olmağın dünya nemətlərinə olan üstünlüyü dəfələrlə bəyan edilmiş,("Ali-İmran” surəsi, ayə:15, "Nisa” surəsi, ayə:77, "Ənam” surəsi, ayə:32, "Əraf” surəsi, ayə:32 və s. ayələr. ) eləcə də axirət əzablarının bu dünyadakı əzab-əziyyətlərlə müqayisəolunmaz dərəcədə şiddətli olması xatırladılmışdır.("Rəd” surəsi, ayə:34, "Taha” surəsi, ayə:27, "Səcdə” surəsi, ayə:21, "Zümər” surəsi, ayə:26, "Fussilət” surəsi, ayə:16, "Qələm” surəsi, ayə:33, "Ğaşiyə” surəsi, ayə:24.)
    AXİRƏTİN HƏQİQİ HƏYAT OLMASI
    Dünya ilə axirət arasında olan fərqin ən mühümü bundan ibarətdir ki, dünya həyatı axirət üçün bir müqəddimə, əbədi səadət və xoşbəxtlik kəsb etmək üçün bir vasitədir. Axirət həyatı son və həqiqi həyatdır. Dünya həyatı və onun maddi və mənəvi nemətləri insan tərəfindən istənildiyinə baxmayaraq onların hamısı əbədi səadətin əldə olunması və həqiqi təkamülə çatmaq üçün bir vasitə və imtahandır. Buna görə də həqiqi mahiyyətə malik olmayacaqdır. Onların həqiqəti bir növ, şəxsin əbədi həyatı üçün tədarük görəcəyi yol ehtiyatıdır.("Qəsəs” surəsi, ayə:77. )
    Buna görə də əgər bir şəxs axirət həyatını unudaraq özünü dünyanın müvəqqəti bər-bəzəklərinə məftun edərsə və onun ötəri ləzzətlərini özünə hədəf seçərsə, onda onun həqiqi dəyərini tanımamış və ona xəyali bir dəyər vermiş olur. Çünki o, hədəf əvəzinə vasitəni götürmüş olur. Bu da oyun-oyuncaqdan, baş qatmaqdan, aldanmaqdan başqa bir şey olmayacaqdır. Məhz buna görə də Qurani-kərim dünya həyatını oyun-oyuncaq və aldadıcı vasitələr adlandırmış,("Ali-İmran” surəsi, ayə:185, "Ənkəbut” surəsi, ayə:64, "Məhəmməd” surəsi, ayə:36, "Hədid” surəsi, ayə:20. ) axirət həyatını isə həqiqi həyat hesab etmişdir.("Ənkəbut” surəsi, ayə:64, "Fəcr” surəsi, ayə:24. )Amma diqqət yetirmək lazımdır ki, dünya barəsində bu qədər məzəmmət ona məftun olan insanların tutduğu istiqamət və onun barəsində olan nəzərləri ilə əlaqədardır. Halbuki, onun həqiqət və mahiyyətini tanıyıb ona sadəcə bir vasitə kimi baxan və ömürlərinin hər anından əbədi səadət üçün bəhrələnən layiqli bəndələr üçün dünya həyatı məzəmmətə yox, əksinə, son dərəcə yüksək dəyərə malikdir.
    DÜNYA HƏYATINI (ƏSAS MƏQSƏD KİMİ) SEÇMƏYİN NƏTİCƏSİ
    Axirət aləminin məziyyətləri, behişt nemətləri və Allah dərgahına yaxın olub Onun razılığını qazanmağın dünya həyatına nisbətən təşkil etdiyi üstünlüyə diqqət yetirməklə aydın olur ki, axirət əvəzinə dünya həyatını seçmək əqlə uyğun deyil("Əla” surəsi, ayə:16, "Fəcr” surəsi, ayə:24. ) və bu işin ziyan və peşmançılıqdan başqa heç bir nəticəsi olmayacaqdır. Lakin belə bir seçkinin düzgün olmadığı o zaman daha aşkar surətdə məlum olacaqdır ki, dünyanı seçib onun ötəri ləzzətlərinə məftun olmağın nəinki insanın əbədi səadətdən məhrum olmasına, üstəlik əbədi bədbəxtliyə də səbəb olan ən mühüm amil sayılması məlum olsun.
    İzah:
    Əgər insan əbədi səadət yerinə dünyanın ötəri ləzzətlərini seçsəydi, amma bu işin onun əbədi dünyası üçün heç bir pis və xoşagəlməz nəticəsi olmasaydı onda bu axirət səadətinin son dərəcə üstünlüyə malik olmasını nəzərə almaqla səfehcəsinə bir iş olardı. Lakin heç kəsin axirət aləmindən qaçış yolu yoxdur və özünün bütün qüvvələrini dünya həyatına sərf edən, axirət aləmini unudan və ya ümumiyyətlə, onu inkar edən şəxslər nəinki təkcə behişt nemətlərindən məhrum olmur, üstəlik həmişəlik olaraq cəhənnəm əzabına düçar olaraq ikiqat ziyan çəkmiş olurlar.("Hud” surəsi, ayə:22, "Kəhf” surəsi, ayə:104, 105, "Nəml” surəsi, ayə: 4, 5. )
    Məhz buna görə də Qurani-kərim bir tərəfdən axirət nemətlərinin üstünlüklərini xatırladır və dünya həyatının insanları aldatmaması üçün ciddi xəbərdarlıq edir,(Bəqərə” surəsi, ayə:102, 200, "Tövbə” surəsi, ayə:38, "Rum” surəsi, ayə:33, "Şura” surəsi, ayə:20, "Zuxruf” surəsi, ayə:34” surəsi, ayə:35. ) digər tərəfdən isə dünyaya məftun olub axirəti unutmağın, əbədiyyət dünyasını inkar etməyin, yaxud onun barəsində şəkk-şübhə etməyin ziyanlarını sadalayır və bu iş insanın əbədi bədbəxtliyinə səbəb olacağını təkid edir.("İsra” surəsi, ayə:10, "Bəqərə” surəsi, ayə:86, "Ənam” surəsi, ayə:130, "Yunis” surəsi, ayə: 7, 8, "Hud” surəsi, ayə: 15, 16, "İbrahim” surəsi, ayə:3, "Nəhl” surəsi, ayə:22, 107 və s. ayələr. ) Dünyanı özünə məqsəd kimi seçən adamın yalnız axirət nemətlərindən məhrum olması güman olunmamalıdır, əksinə, bundan əlavə, o, əbədi cəzalara da düçar olur.
    Səbəbi də dünyapərəst bir şəxs Allahın ona verdiyi istedadlara istehza edərək əbədi səadət kimi səmərə verməli olan ömür həyatının barlı ağacını qurutması və nemət verənin haqqına riayət etməməsi, Onun nemətlərini Onun razı olmadığı yollarda sərf etməsidir. Şübhəsiz, belə bir şəxs öz seçdiyi yolun pis nəticələrini gördüyü zaman torpaq olmasını və belə ağır aqibətə düçar olmamasını arzu edəcəkdir.("Nəbə” surəsi, ayə:40. )
    SUALLAR
    1.Dünya ilə axirətin fərqli cəhətlərini sadalayın.
    2.Dünyanın niyə məzəmmət olunmasını bəyan edin.
    3.Dünyaya məftun olmağın ziyanlarını bəyan edin.
    4.Axirətə iman gətirməmək niyə əbədi əzaba səbəb olur?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 556 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024