İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 5:19 PM
    ƏLLİ İKİNCİ DƏRS
    DÜNYA İLƏ AXİRƏTİN ƏLAQƏSİ
    –Müqəddimə
    –Dünya axirətin əkin sahəsidir
    –Dünya nemətləri axirət səadətinə səbəb olmur
    –Dünya nemətləri axirət bədbəxtliyinə səbəb olmur
    –Nəticə
    MÜQƏDDİMƏ
    Məlum oldu ki, insan həyatı onun dünyadakı ötəri həyatı ilə bitmir. O, axirət aləmində bir daha diriləcək və orada həmişəlik olaraq diri qalacaqdır. Bu da məlum oldu ki, axirət aləmi həqiqi həyatdır. Belə ki, dünya həyatı onunla müqayisəyə gəlmir.
    İndi isə əvvəla, dünya həyatı ilə axirət həyatı arasında əlaqə və asılılığın varlığını, sonra isə hansı növ əlaqədən ibarət olmasını müəyyən etməliyik. Əlbəttə, keçən bəhslərdən bu əlaqənin növü müəyyən qədər aydın oldu, lakin bu barədə müəyyən müəmma və şübhələr mövcud olduğundan daha artıq izahat verilməsi yerinə düşərdi. Belə ki, əqli dəlillərdən və Quran ayələrindən istifadə edərək axirət və dünya arasında əlaqəni bəyan edirik.
    DÜNYA AXİRƏT ÜÇÜN ƏKİN SAHƏSİDİR
    Burada qeyd olunmalı mühüm məsələ bundan ibarətdir ki, axirətdəki əbədi bədbəxtlik və ya səadət insanın bu dünyadakı əməl və rəftarlarından asılıdır. Elə də deyildir ki, insan axirət nemətlərini ələ gətirmək üçün elə axirət aləmində səy göstərməklə bilsin, daha güclü fikri və fiziki qüvvəyə malik olanlar daha artıq nemətlərdən bəhrələnsinlər və yaxud hiylə və fırıldaq yolu ilə başqalarının əməyini mənimsəsinlər. Belə ki, bəzi nadanlar belə təsəvvür edərək axirət aləmini dünyadan tamamilə ayrı bilmişlər.
    Quran bəzi kafirlərin sözünü belə nəql edir:
    «(Dünaya məftun olan şəxs dedi:) «Axirətin bərqərar olacağını güman etmirəm (əgər bərqərar olsa və) Pərvərdigarıma doğru qaytarılsam özümə bundan da yaxşı bir məskən taparam!»("Kəhf” surəsi, ayə:36. )
    Başqa bir ayədə kafirlərin dilindən belə buyurulur:
    «Qiyamətin qopacağını güman etmirəm. Doğrudan da əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl nemət (Cənnət) gözləyir» - deyər.» (Fussilət” surəsi, ayə:50. )
    Belə şəxslər axirət aləmində də fəaliyyət göstərməklə çoxlu nemətlər kəsb etməyin mümkünlüyünü, ya da dünyada müxtəlif nemətlərdən bəhrələnmələrini Allahın onlar barəsində xüsusi mərhəmət göstərməsinin əlaməti kimi və buna əsasən də axirətdə də lütf və mərhəmətə nail olacaqlarını güman edirlər.
    Deməli, əgər bir şəxs axirət aləminin dünyadan tamamilə ayrı və onunla heç bir əlaqəsi olmayan bir aləm olduğunu güman etsə, o, aləmin nemətlərinin bu dünyada gördüyü yaxşı əməllərə və o aləmin əzablarının əsaslandığını inkar etsə, onda bu şəxs bütün səmavi dinlərin etiqad prinsiplərindən biri olan məada iman gətirməmişdir. Çünki bu prinsipin əsası axirətin mükafat və cəzalarını dünyəvi əməllərin nəticəsinə bağlı olması üzərindədir. Buna görə də dünya aləmi axirət üçün bazar, ticarət yeri, yaxud əkin sahəsi adlandırılmışdır ki, insan bu dünyada göstərdiyi fəaliyyətlərin, işlərin və əməllərin əvəzini orada almalıdır.(Diqqət yetirmək lazımdır ki, Qurani-Kərimdə dünyəvi cəza və mükafatlardan da söhbət açılır, lakin kamil və əbədi mükafat və ya cəza axirətə məxsusdur.) Məad və Quran ayələri və Məada bağlı olan məsələlər də məhz bunu bəyan edir və əlavə izaha etiyac duyulmur.
    DÜNYA NEMƏTLƏRİ AXİRƏT SƏADƏTİNƏ SƏBƏB OLMUR
    Bəziləri də belə təsəvvür edirlər ki, dünyadakı mal-dövlət, oğul-uşaq, eyş-işrət və s. kimi vasitələr axirətdəki rahatlığa və asayişə səbəb olacaqdır. Bəlkə də ölülərlə yanaşı qızıl-gümüşün, qiymətli daş-qaşların və hətta yemək məhsullarının dəfn edilməsi də bundan irəli gəlmişdir.
    Qurani-kərim təkidlə bəyan edir ki, mal-dövlət və əhl-əyal özlüyündə (onlarla əlaqədar olan xüsusi əməl və rəftarları nəzərə almadan) insanın Allah dərgahına yaxınlaşmasına səbəb olmaz,("Səba” surəsi, ayə:37. )axirət aləmində də bir kəsə fayda verməz("Şüəra” surəsi, ayə:88, "Loğman” surəsi, ayə:33, "Ali-İmran” surəsi, ayə:10, 116, "Mücadilə” surəsi, ayə:17.) və qiyamətdə də bu cür dünyəvi əlaqələr və səbəblər tamamilə qırılar.("Bəqərə” surəsi, ayə:166, "Muminun” surəsi, ayə:101.) Hər kəs özünün malik olduğu və ona aid olan şeylərdən məhrum halda,(Ənam” surəsi, ayə:94. ) tək-tənha Mütəal Allaha doğru qaytarılar.(Məryəm” surəsi, ayə:80 və 95. ) Yalnız Allahla olan mənəvi əlaqələr əbədi qalar. Buna görə də öz həyat yoldaşı, övladı və qohum-əqrəbası ilə mənəvi iman əlaqələrinə malik olan möminlər behiştdə də bir yerdə olacaqlar.("Rəd” surəsi, ayə:23, "Ğafir” surəsi, ayə:8, "Tur” surəsi, ayə:21.)
    Bir sözlə, dünya ilə axirət arasında olan əlaqə və bağlılıq dünyadakı varlıqların bir-biri ilə olan əlaqəsi kimi deyildir. Belə deyildir ki, dünyada daha qüdrətli, daha gözəl, daha şad olub nemətlərdən daha çox bəhrələnən kəs axirətdə də o cür olacaq. Əks halda fironlar və qarunlar axirətdə daha artıq səadətə nail olardı. Elələri var ki, dünyada zəif, əliboş və daim əzab-əziyyətdə olurlar, lakin ilahi vəzifələri lazımınca yerinə yetirdiklərinə görə qiyamət günü sağlam, gözəl və qüvvətli, məhşur olaraq nemətlərdən bəhrələnirlər.
    Qafil insanlardan bəziləri belə güman edirlər ki, "hər kəs bu dünyada kor olsa, axirətdə də kordur və yolunu azmışdır»("İsra” surəsi, ayə:72.)ayəsinin mənası budur ki, dünyadakı sağlamlıq və nemətlərdən bəhrələnmək axirət sağlamlığı və axirət nemətlərindən bəhrələnməklə birbaşa əlaqəlidir. Halbuki, onlar bu ayədəki korluq dedikdə məqsədin zahiri korluq deyil, qəlbin korluğu olmasını başa düşməmişlər. Belə ki, sonrakı ayədə buyurulur:
    «Həqiqətən gözlər kor olmaz, əksinə, onların sinələrində olan qəlbləri kor olar.» ("Həcc” surəsi, ayə:46. )
    Başqa bir ayədə buyurulur:
    «Hər kəs Mənim öyüd-nəsihətlərimdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik! O belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən görürdüm?” (Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz gəldi sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan”.» ("Taha " surəsi, ayə:124 126)
    Deməli, o dünyadakı korluğun əsas səbəbi zahiri korluq deyil, bu dünyada ilahi ayələrin unudulmasıdır. Buradan aydın olur ki, dünya ilə axirət arasında olan rabitə dünyəvi əsaslar üzrə olan rabitə kimi deyildir.
    DÜNYA NEMƏTLƏRİ AXİRƏT BƏDBƏXTLİYİNƏ DƏ SƏBƏB OLMUR
    Digər tərəfdən, bəziləri belə təsəvvür edirlər ki, dünya nemətləri ilə axirət nemətləri arasında ziddiyyət mövcuddur. Yəni axirətdə o şəxslər səadətə çata bilər ki, dünya nemətlərindən məhrum olsunlar. Bunun əksinə olaraq hər kəs dünya nemətlərindən bəhrələnibsə, axirət xoşbəxtliyindən məhrum olacaqdır. Onlar bu müddəalarında dünyapərəstlərin heç bir axirət bəhrəsi olmadığına dəlalət edən bəzi ayə və rəvayətlərə istinad etmişlər.("Bəqərə” surəsi, ayə:200, "Ali-İmran” surəsi, ayə:77, "İsra” surəsi, ayə:18, "Şura” surəsi, ayə:20, "Əhqaf” surəsi, ayə:20.) Halbuki, dünyapərstlik dünya nemətlərindən bəhrələnməklə eyni tutula bilməz. Əksinə, dünyapərəst insan dünya nemət və ləzzətlərini özünə hədəf olaraq seçir və hətta öz arzusuna çatmasa belə bütün ömrünü və var-qüvvəsini onları əldə etməyə sərf edir. Axirət istəyən şəxs odur ki, dünya malına və nemətinə ürək bağlamasın. Hətta dünya nemətlərindən çox nəsibi olsa belə, hədəfi axirət həyatı olsun. Həzrət Süleymanı (ə) və bəzi peyğəmbərləri, eləcə də Allah övliyalarından çoxunu qeyd etmək olar ki, onlar dünya nemətlərindən çox bəhrələnmiş lakin, bunları öz axirət səadətlərinə, ilahi razılığa çatmaq yolunda istifadə etmişlər.
    Deməli, dünya nemətlərindən bəhrələnməklə axirət nemətlərindən bəhrələnmək arasında nə birbaşa əlaqə, nə də əks nisbət vardır. Dünyanın həm nemətləri, həm də bəlaları Allahın hikmətli tədbiri əsasında olaraq insanlar arasında müəyyən olunur(Zuxruf” surəsi, ayə:32.) və bunların hamısı insanların sınaqdan keçirilməsi üçün bir vasitədir.("Ənfal” surəsi, ayə:28, "Ənbiya” surəsi, ayə:35, "Təğabun” surəsi, ayə:15, "Əraf” surəsi, ayə:168, "Kəhf” surəsi, ayə:7, "Maidə” surəsi, ayə:48 və s. ayələr. ) Dünya nemətlərindən bəhrələnməyin özlüyündə ilahi rəhmətə və səadətə nail olmaqda, onlardan məhrum olmağın da axirət bədbəxtliyinə düçar olmaqda heç bir təsiri yoxdur.("Ali-İmran” surəsi, ayə:179, "Muminun” surəsi, ayə:56, "Fəcr” surəsi, ayə:15” surəsi, ayə:16. )
    NƏTİCƏ
    Bu bəhslərdən belə nəticə alınır ki, dünya və axirət arasında hər növ əlaqənin inkar olunması məadın inkar olunması kimidir. Lakin nə dünya məhrumiyyəti ilə axirət nemətləri arasında bir rabitə vardır, nə də dünya nemətləri ilə axirət əzabı arasında. Ümumiyyətlə, dünya ilə axirət arasındakı rabitə dünya varlıqları arasındakı rabitə kimi olaraq fiziki, bioloji qanunlara tabe deyil. Əksinə, axirətdə nemət və ya əzaba səbəb olan şeylər insanın dünyadakı ixtiyari əməllərindən asılıdır. Bunun özü də qüvvə və enerjini sərf edərək maddələrdə müəyyən dəyişiklik yaratmağa görə deyil. Əksinə, iman və küfrdən qaynaqlandığına görədir. Axirət səadətini və əbədi xoşbəxtliyi əldə etmək məhz Allaha, qiyamət gününə, ilahi peyğəmbərlərə iman gətirmək, Allah bəyənən işləri görmək, o cümlədən namaz qılmaq, oruc tutmaq, cihad etmək, cəmiyyətə yaxşılıq, əmr be məruf nəhy əz münkər etmək, kafirlər və zalımlarla mübarizə aparmaq, haqq-ədalətin bərqərar olunması üçün çalışmaq və s. kimi işlərlə bağlıdır. Bunun müqabilində də əbədi əzaba mübtəla olmaq küfr etmək, Allaha şərik qoşmaq, nifaq (münafiqlik) etmək, qiyaməti və ilahi peyğəmbərləri təkzib etmək, müxtəlif günahlara batmaq, zülmlərə qurşanmaqla əlaqəlidir. Çoxlu ayələrdə (və qısa şəkildə) axirət səadətinin amili "iman və saleh əməl”,("Bəqərə” surəsi, ayə:25, 38, 62, 82, 103, 112, 277, "Ali-İmran” surəsi, ayə:15, 57, 114, 115, 133, 179, 195, 198, "Nisa” surəsi, ayə:13, 57, 122, 124, 146, 152, 162, 173, "Maidə” surəsi, ayə:9, 65, 69, "Ənam” surəsi, ayə:48, "Tövbə” surəsi, ayə:72, "Yunis” surəsi, ayə:4, 9, 63, 64, "Rəd” surəsi, ayə:29, "İbrahim” surəsi, ayə:23, "Nəhl” surəsi, ayə:97, "Kəhf” surəsi, ayə:2, 29, 30, 107, "Taha” surəsi, ayə:75, "Həcc” surəsi, ayə:14, 23, 50, 56, "Furqan” surəsi, ayə:15, "Ənkəbut” surəsi, ayə:7, 9, 58, "Rum” surəsi, ayə:15, "Loğman” surəsi, ayə:8, "Səcdə” surəsi, ayə:19, "Səba” surəsi, ayə:4, 37, "Fatir” surəsi, ayə:7, "Sad” surəsi, ayə:49, "Zümər” surəsi, ayə:20, 33, 35, "Ğafir” surəsi, ayə:40, "Füssilət” surəsi, ayə:8, "Şura” surəsi, ayə:22, 26, "Casiyə” surəsi, ayə:30, "Fəth” surəsi, ayə:17, "Hədid” surəsi, ayə:12, 21, "Təğabun” surəsi, ayə:9, "Təlaq” surəsi, ayə:11, "İnşiqaq” surəsi, ayə:25, "Tin” surəsi, ayə:6, "Bəyyinə” surəsi, ayə:7-8. 
    ) əbədi bədbəxtliyin amili isə "küfr və günah” kimi təqdim edilir.("Bəqərə” surəsi, ayə:24, 39, 81, 54, 161, 162, "Ali-İmran” surəsi, ayə:21, 56, 86, 88, 91, 116, 131, 176, 177, 196” surəsi, ayə:197, "Nisa” surəsi, ayə:14, 56, 121, 145, 151, 161, 168, 169, 173, "Maidə” surəsi, ayə:10, 36, 72, 86, "Ənam” surəsi, ayə:49, "Tövbə” surəsi, ayə:3, 68 və s. ayələr. )
    SUALLAR
    1.Dünya ilə axirət arasındakı əlaqənin inkar olunması nəyi gərəkli edir?
    2.Dünyanın axirət üçün əkin sahəsi olmasının mənasını izah edin.
    3.Dünya nemətləri ilə axirət nemətləri arasında hansı nisbət vardır?
    4.Düna nemətləri ilə axirət əzabları arasında hansı nisbət vardır?
    5.Dünyanın hansı işləri ilə axirətin səadət və ya bədbəxtliyi arasında həqiqi rabitə vardır?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 554 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024