İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 5:14 PM
    ƏLLİ ÜÇÜNCÜ DƏRS
    DÜNYA İLƏ AXİRƏT ARASINDA OLAN ƏLAQƏ
    –Müqəddimə
    –Həqiqi, yoxsa etibari və şərti rabitə?
    –Bu məsələ ilə əlaqədar Quran ayələri
    MÜQƏDDİMƏ
    Bildik ki, həm iman və saleh əməl ilə Allah dərgahına yaxınlıq və axirət nemətləri arasında, həm də küfr və günah ilə Allahdan uzaq olub əbədi nemətlərdən məhrum olmaq arasında birbaşa əlaqə və tənasüb vardır. Bunun müqabilində də iman və əməlisalehlə axirət əzabı arasında, eləcə də küfr və günah ilə əbədi nemətlər arasında əks nisbət mövcuddur. Qurani-kərimə əsasən bu tənasüb və nisbətin əsli barəsində heç bir şübhə yoxdur və onların inkar olunması Quranın inkar olunması deməkdir.
    Amma bu zəruri məsələ barədə müəyyən qədər izaha ehtiyac duyulan bəzi suallar irəli gəlir. Məsələn, "Qeyd olunan əlaqə həqiqi və təkvini əlaqədir, yoxsa, sadəcə olaraq şərtidir?” "İmanla əməli-saleh və eləcə də küfr ilə günah arasında hansı əlaqə vardır?”, "Görəsən yaxşı və pis əməllərin arasında da təsirqoyma və təsirlənmə vardır, ya yox?”
    Bu dərsdə birinci məsələni araşdırıb yuxarıda qeyd olunan əlaqənin şərti olmadığını izah edəcəyik.
    HƏQİQİ VƏ ŞƏRTİ RABİTƏ
    Təkrar-təkrar qeyd etdiyimiz kimi, dünya əməlləri ilə axirət nemətləri və ya əzabları arasında olan əlaqə adi maddi əlaqələr kimi deyildir və onu fiziki, kimyəvi və s. kimi qanunlar əsasında izah etmək olmaz. Hətta insanın əməllərinə sərf olunan enerjini, maddə və enerjinin bir-birinə çevrilərək cisim halına düşməsi, axirət əzab və ya nemətlər şəklində zahir olması fikri belə düzgün olmayan təsəvvürdür. Çünki, əvvəla, bir insanın əməl və rəftarlarına sərf olunan enerji nəinki sonsuz behişt nemətlərinə, heç bir almaya çevriləcək qədər belə olmaya bilər.
    İkincisi, maddə ilə enerjinin bir-birinə çevrilməsi xüsusi amillər əsasında baş verir. Bu iş onu görənin niyyət və əməlinin pis və ya yaxşı olmasına bağlı deyildir. Heç bir təbii qanuna əsaslanıb xalis əməl ilə riya arasında fərq qoymaq olmaz ki, birinin enerjisi nemətə, digərinin enerjisi isə əzaba çevrilsin.
    Üçüncüsü, bir dəfə ibadət yolunda sərf olunan enerjinin digər dəfə günah yolunda istifadə olunması mümkündür.
    Amma belə rabitənin inkar olunması ümumi şəkildə həqiqi rabitənin mütləq şəkildə inkar olunması demək deyildir. Çünki həqiqi rabitələrin dairəsi naməlum və təcrübəyə sığmayan rabitələrə də aiddir. Təcrübi elmlər dünya ilə axirət arasındakı hadisələrin arasındakı rabitəni isbat edə bilmədiyi kimi, onların arasındakı hər növ səbəb-nəticə qanununun varlığını da isbat edə bilməz. Yaxşı və pis əməllərin insanın ruhunda həqiqi mənada təsir etdiyini, həmin ruhi təsirlərin də axirət nemət və ya əzablarının yaranmasına səbəb olduğunu fərz etsək (məsələn, bəzi nəfslərin dünyadakı xariqüladə təsirlərini misal göstərmək olar) belə bir fərz də əqldən uzaq olmayacaqdır, əksinə, onu xüsusi fəlsəfi prinsiplər əsasında isbat etmək olar ki, o da bu kitabın həcminə uyğun deyildir.
    BU MƏSƏLƏ İLƏ ƏLAQƏDAR QURAN AYƏLƏRİ
    Əksər hallarda zehndə şərti rabitənin cilvələnməsinə baxmayaraq(Quranda "əcr” sözü 90 dəfə, "cəza” sözü isə 100 dəfədən artıq işlənmişdir. )çoxlu Quran ayələrindən məlum olur ki, insanın əməlləri ilə axirət savabı və ya cəzası arasında şərti əlaqədən daha geniş bir əlaqə vardır. Qeyd olunan birinci sözdən («əcr») istifadə məsələnin asan olub daha artıq başa düşülməsi, camaatın bu məfhumlarla tanış olması və onların əksəriyyətinin vəziyyətini nəzərə almaqdan ötrüdür.
    Həmçinin, şərif rəvayətlərdə də bu barədə dəlillər gözə dəyir. Onlar göstərir ki, insanın ixtiyari əməlləri müxtəlif mələkuti (batini) surətlərə malikdir ki, bərzəx aləmində və qiyamətdə zahir olacaqdır.
    İndi insanın əməlləri ilə onun axirət nəticələri arasındakı rabitənin varlığına dəlalət edən ayələrdən bir neçəsini nümunə olaraq göstəririk:
    «Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər şeyi Allah yanında tapacaqsınız.»("Bəqərə” surəsi, ayə:110, "Müzzəmmil” surəsi, ayə:20)
    «O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki Allah (Öz bəndələrinə) mərhəmətlidir.»("Ali-İmran” surəsi, ayə:30.)
    «O gündə insan öz əlləri ilə göndərdiyi şeylərə baxacaqdır.»("Nəbə” surəsi, ayə:40. )
    «Hər kəs zərrə qədər yaxşılıq etsə, onu görəcək və hər kəs zərrə qədər pislik etsə, onu da görəcəkdir.»(Nəml” surəsi, ayə:40, "Qəsəs” surəsi, ayə:84.)
    «Görəsən, sizə verilən cəza (əvəz) dünyada etdiyiniz əməllərdən başqa bir şeydən ibarətdirmi?!»("Zilzal” surəsi, ayə:7, 8. )
    «Həqiqətən, yetimlərin mal-dövlətlərini zülmlə mənimsəyənlər öz qarınlarına od daxil edirlər.» ("Nisa” surəsi, ayə:10. )
    Aydındır ki, insanın qiyamətdə özünün bu dünyadakı əməllərinin sadəcə olaraq nəticəsini "görməsi” onun cəza və ya mükafatı olmayacaq, əksinə, nemət və ya müxtəlif əzablar formasında görünən şey məhz əməllərin mələkuti surətləridir ki, zahir olacaq və şəxs onların vasitəsilə nemətə, yaxud əzaba düçar olacaqdır. Sonuncu ayədən məlum olduğu kimi, yetim malını mənimsəməyin batini surəti cəhənnəm odu yeməkdir. Axirət aləmində həqiqətlər zahir olarkən şəxs filan haram yeməyin batini aləmi atəş olduğunu görəcək. Bunun nəticəsində daxilindəki yanğını hiss edəcək və ona deyiləcəkdir: «Bu cəhənnəm odu yediyin haram maldan başqa bir şeydirmi?!»
    SUALLAR
    1.Əməllərin təcəssümünün (cism şəklinə düşməsinin) işlərə sərf olunan enerjinin maddəyə çevrilməsi kimi fərz olunmasının nə kimi iradı vardır?
    2.İnsanın əməlləri ilə onun axirət nəticələri arasında həqiqi rabitəni ağlasığan tərzdə necə təsəvvür etmək olar?
    3.Əməllərin təcəssümünə hansı ayələr dəlalət edir? Əcr (savab) və cəza kimi təbirlərin nə üçün işləndiyini bəyan edin.
    4.Əməllərin təcəssümü dedikdə elə onları dünyadakı surətlərinin hazır olması kimi izah etmək olarmı? Niyə?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 551 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024