İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 5:11 PM
    ƏLLİ DÖRDÜNCÜ DƏRS
    İNSANIN ƏBƏDİ XOŞBƏXT VƏ YA BƏDBƏXT OLMASINDA İMAN VƏ KÜFRÜN ROLU
    –Müqəddimə
    –İman və küfrün həqiqəti
    –İman və küfrün həddi
    –İnsanın əbədi xoşbəxt və ya bədbəxt olmasında iman və küfrün təsiri
    –Bu barədə olan Quran ayələri
    MÜQƏDDİMƏ
    Digər bir məsələ budur ki, imanla yanaşı olan hər biri saleh əməlin insanın əbədi xoşbəxtliyə çatmasında müstəqil rola malikdir, yoxsa onların məcmusu onun xoşbəxtliyinə çatmasına səbəb olur? Həmçinin bunun müqabilində də belə bir sual yaranır ki, hər bir günah əməl təklikdə insanın əbədi əzaba düşməsinə səbəb olur, yoxsa, onların məcmusu belə bir təsirə malikdir? İkinci halda əgər bir şəxs yalnız imana, yaxud təkcə saleh əmələ sahib olsa, onun aqibəti necə olacaqdır? Eləcə də əgər bir şəxs yalnız küfr edərsə, yaxud (küfr etmədən) təkcə günahlara mürtəkib olarsa, onun axır-aqibəti necə olacaqdır? Əgər imanlı bir şəxs çoxlu günahlara düçar olarsa, yaxud kafir bir şəxs çoxlu yaxşı əməllər görərsə, onda bədbəxt olacaq, yoxsa xoşbəxt? Hər iki halda əgər bir şəxs həyatının bir qismini iman və əməli-salehlə, digər bir qismini isə küfr və günahkarlıqla keçirmiş olarsa, onda onu hansı aqibət gözləyir?
    Bu kimi məsələlər İslamın zahir olduğu ilk dövrlərdən etibarən araşdırılmış, xəvaric kimiləri inanmışlar ki, kəbirə günahlara mürtəkib olmaq müstəqil surətdə insanın əbədi bəxbəxtçiliyə düşməsinə səbəb olur. Hətta bu iş insanın küfrünə və mürtəd olmasına belə səbəb olur. Mürciə kimi digər firqələrin inancına görə isə təkcə iman əbədi səadət üçün kifayətdir, günaha mürtəkib olmaq möminin səadətinə zərər və xələl gətirmir.
    Amma həqiqət bundan ibarətdir ki, hər günah küfrə və əbədi bədbəxtçiliyə səbəb olmur, hərçənd günahların çoxluğunun imandan çıxmağa da səbəb olması mümkündür. Digər tərəfdən, imanın varlığı ilə hər günahın bağışlanması və heç bir pis təsir qoymaması da düzgün təsəvvür deyildir.
    Bu dərsdə əvvəlcə iman və küfrün həqiqəti barəsində izah verəcək, sonra onların insanın əbədi səadət və bədbəxtliyində nə dərəcədə əhəmiyyətə malik olduğunu araşdıracağıq. Qalan məsələləri isə növbəti dərsdə bəyan edəcəyik.
    İMAN VƏ KÜFRÜN HƏQİQƏTİ
    İman ruhi və qəlbi bir halətdir. O hər hansı bir məfhumla bağlı anlayışa malik olmaq və ona meyl etmək nəticəsində hasil olur. Bu iki amilin hər birinin zəif və ya güclü olması ilə əlaqədar iman da, ya kamal həddinə çatır və ya azalır. Əgər insan hər hansı bir şeyin varlığı barədə (zənn və güman yolu ilə olsa da) məlumat tapmazsa, ona iman gətirə bilməz. Amma agahlıq və məlumat da təklikdə kifayət etmir. Çünki agahlıq tələb edən işlər onun ürəyinin istədiyinin və təbii meyllərinin əksinə ola bilər və ya onun əksinə meyl edə bilər. Buna görə də o, əməli və onun törəmələrini yerinə yetirmək qərarına gələ bilər. Hətta onların əksinə olan qərar qəbul edə bilər.
    Qurani-kərim Firon və onun yaxınları haqqında belə buyurur:
    «Onlar zülm etdiklərinə və özlərini uca tutduqlarına görə ilahi ayələri inkar etdilər. Halbuki, onların haqq olmağına yəqinlikləri var idi.» ("Nəml” surəsi, ayə:14. )
    Həzrət Musa (ə) Firona xitabən buyurur:
    «Şübhəsiz, ayə və möcüzələrin dünyanın Pərvərdigarından başqa bir şəxsin nazil etmədiyini bilirsən.»("İsra” surəsi, ayə:102)
    O özünün iman gətirməməsinə baxmayaraq camaata belə deyirdi:
    «Mən sizin üçün, özümdən başqa bir məbud tanımıram.»(Qəsəs” surəsi, ayə:38)
    Amma qərqolma ərəfəsində belə deyir:
    «Mən Bəni-İsrailin iman gətirdiyi məbudun olmasına iman gətirdim.»(Yunis” surəsi, ayə:90.)
    Əvvəldə də qeyd olundu ki, məcburiyyət əsasında olan iman həqiqi iman səviyyəsində çatmır və heç vaxt ilahi dərgahda qəbul olunmur. Deməli, imanın həqiqəti qəlbən yönəlmə və ixtiyar üzündən olmaqdan ibarətdir. Amma elm və agahlıqda isə belə deyil. Çünki o ixtiyarsız olaraq da hasil ola bilir. Deməli, imanı ixtiyari və qəlbi bir əməl hesab etmək, yəni əməlin məfhumunu genişləndirməklə imanı da əməl saymaq olar.
    Amma küfr kəlməsi bəzən "imanın olmaması” mənasına işlədilir. İmana malik olmamaq (istər bəsit şəkk və cəhalət üzündən olsun, istər mürəkkəb cəhalət üzündən, istərsə də müxalif meyllər, qəsdən olan inkar və ya inadkarlıq üzündən olsun) küfr adlandırılır. Bəzən sonuncu qismə, yəni, inad və inkara aid edilir ki, bu da imanın ziddi hesab olunur.
    İMAN VƏ KÜFRÜN HƏDDİ
    Qurani-kərim ayələri və rəvayətlərdən məlum olduğu kimi, əbədi səadətə çatmaq üçün imanın ən aşağı səviyyəsi Allaha, axirətdəki cəza və mükafatlara iman gətirmək, peyğəmbərləri və onlara nazil olanların düzlüyünü təsdiq etmək, bunun ardınca da Mütəal Allahın göstərişlərinə, əmr və fərmanlarına müəyyən mənada (icmali) əməl etməyə dair qərara gəlməkdən ibarətdir. Onun ali mərtəbəsi isə peyğəmbərlərə və ilahi övliyalara məxsusdur.
    Küfrün ən zəif mərtəbəsi isə tövhidi, nübüvvəti, məadı inkar etmək, onlarda şəkk-şübhədə olmaq, yaxud Mütəal Allah tərəfindən peyğəmbərlərə nazil olmasını bildiyi şeyləri – dinin zəruri məsələlərini inkar etməkdir. Küfrün ən pis mərhələsi isə düzgün olduqlarını bildiyi halda bütün bu həqiqətləri, inad üzündən inkar etmək və haqq din ilə mübarizə etməyə dair qəti qərara gəlməkdir. Deməli, şirk də (yəni tövhidin inkar olunması) küfrün nümunələrindən biridir. Münafiqlik də aldadıcılıq və zahirdə özünü müsəlman göstərməklə yanaşı olan batini küfrdür. Münafiqin (niqablı kafirin) iman və insanlıqdan süqutu başqa kafirlərdən artıqdır. Belə ki, Quranda buyurulur:
    «Həqiqətən münafiqlər cəhənnəm odunun ən aşağı mərtəbələrindədir.» (Nisa” surəsi, ayə:145. )
    Burada qeyd olunmalı məsələ budur ki, fiqhdə irəli çəkilən kəsilən heyvanın paklığı, nikaha icazə, irs aparmaq və s. kimi hökmlərin üsuliddində qeyd olunan iman və küfrü tələb etmir. Çünki bir şəxsin şəhadət kəlmələrini deməsi və nəticədə İslam fiqhinin hökmlərinin onun üzərində cərəyan etməsi mümkündür, halbuki o tövhid və nübüvvətin məzmununa qəlbən iman gətirməyə bilər.
    Digər məsələ budur ki, əgər birinin üsuliddin barədə məlumat kəsb etməyə qüdrəti olmasa və misal üçün, dəli və ya ağılsız olsa, yaxud mühitin, şəraitin münasib olmadığına görə haqq dini tanıya bilməsə, həmin qədər üzürlü sayılacaqdır. Amma məlumat üçün imkan ola-ola təqsirə yol versə və şəkk halında qalsa, yaxud dəlil olmadan dinin üsul və zəruriyyətlərini inkar etsə, üzürlü sayılmayacaq və əbədi əzaba düçar olacaqdır.
    İNSANIN ƏBƏDİ XOŞBƏXTLİYİNDƏ İMANIN VƏ ƏBƏDİ BƏDBƏXTLİYİNDƏ KÜFRÜN TƏSİRİ
    İnsanın həqiqi kamalı ilahi dərgaha yaxınlıqla, onun süqutu isə Mütəal Allahdan uzaqlıqla əlaqədardır. Buna diqqət yetirməklə Allaha, Onun təkvini və təşrii rübubiyyətinə iman (bu, məad və nübüvvətə imanı zəruri edir) bir növ insanın həqiqi təkamülünün pöhrəsinə oxşayır. Allahın bəyəndiyi işlər isə həmin pöhrənin qol-budağına və yarpaqlarına, meyvələri isə axirət aləmində zahir olan əbədi səadətə oxşayır. Deməli, əgər bir şəxs öz qəlbində iman toxumunu cücərtməsə, bu bərəkətli ağacı əkməsə, əksinə, onun yerinə zəhərli küfr və günah toxumu səpsə, Allah verən istedadları zay etmiş və elə bir ağac cücərtmiş olur ki, onun meyvəsi cəhənnəmdəki zəqqum ağacının meyvəsidir. Belə bir şəxsin əbədi səadətə çatması heç vaxt mümkün deyildir və onun gördüyü yaxşı işlər bu dünyanın sərhədlərindən aşmayacaqdır.
    Səbəbi də budur ki, insanın hər ixtiyari işi, onun ruhu üçün nəzərdə tutulan hədəfə doğru olan bir hərəkətdir. Əbədiyyət aləminə, ilahi dərgaha yaxınlığa etiqadı olmayan bir şəxsin belə bir hədəf və məqsədi nəzərə alması, eləcə də öz əməl və rəftarlarına belə bir istiqamət verməsi necə mümkün olar bilər?! Təbiidir ki, belə şəxs Allah tərəfindən əbədi səadət gözləyə bilməz. Kafirlərin yaxşı əməllərinə gəldikdə isə, yalnız bunu demək olar ki, bu əməl onların əzablarının müəyyən qədər yüngülləşməsinə səbəb olur. Çünki bu cür əməllər özünəpərəstiş və inadkarlıq ruhiyyəsini müəyyən qədər zəiflədə bilər.
    BU BARDƏ OLAN QURAN AYƏLƏRİ
    Quran insanın əbədi səadətində imanın əsaslı və mühüm rolunu xatırlatmış, yüzlərlə ayədə imanın ardınca saleh əməli qeyd etmişdir. Bundan əlavə, bir neçə ayədə də imanı yaxşı əməlin axirət səadətinə mühüm təsir göstərdiyini bildirir:
    «Mömin olan halda yaxşı əməl görən hər bir mömin kişi və qadın behiştə daxil olacaqdır.» ("Nisa” surəsi, ayə:124, "Nəhl” surəsi, ayə:97, "İsra” surəsi, ayə:19, "Taha” surəsi, ayə:112, "Ənbiya” surəsi, ayə:94, "Ğafir” surəsi, ayə:40.)
    Digər tərəfdən isə, kafirlər üçün cəhənnəm və əbədi əzab nəzərdə tutmuş, onların (yaxşı) əməllərini puç və səmərəsiz hesab edir:
    «Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq.» ("İbrahim” surəsi, ayə:18.)
    Başqa bir ayədə buyurulur ki, kafirlərin əməllərini havada toz kimi pərakəndə edərik:
    «Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havada uçan) dağınıq zərrərlərə (toz dənələrinə) döndərərik!» ("Furqan” surəsi, ayə:23.)
    Başqa bir ayədə onların əməlini ilğıma bənzədir:
    «Kafirlərin əməlləri düzəngah yerdə olan ilğıma bənzəyir ki, susuz adam onun su olduğunu təsəvvür edir, amma onun yanına gəlib çatdıqda heç bir şey tapa bilməz. O öz əməlinin yanında ancaq Allah cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.»("Nur” surəsi, ayə:39.)
    «Yaxud dərin dəryalardakı zülmət kimidir. Onu bir dalğa, onun üzərindən də başqa bir dalğa, onun da üzərində bulud – zülmət üstündən zülmət örtər. Əlini çıxartdığı zaman hardasa onu görməz. Allah hər kəsə nur bəxş etməsə, onun nuru olmaz.» ("Nur” surəsi, ayə:40.)
    Digər ayələrdə buyurulur ki, dünyaya məftun olanların işlərinin nəticəsi onlara elə bu dünyada veriləcək, axirətdə isə heç bir bəhrələri olmayacaqdır:
    «Dünya həyatı və onun zinətlərini istəyən şəxslərin paylarını onlara verərik və ondan heç bir şey azaldılmaz. Axirətdə isə atəşdən başqa heç nələri olmaz. Dünyada gördükləri işlər və puç əməllər də zay olar.» ("Hud” surəsi, ayə:15, 16. Eləcə də bax: "İsra” surəsi, ayə:18, "Şura” surəsi, ayə:20, "Əhqaf” surəsi, ayə:20. )
    SUALLAR
    1.Xəvaric və mürciənin iman və küfr barəsindəki nəzərlərini, eləcə də bu barədə haqq nəzəriyyəni bəyan edin.
    2.İman və küfrün həqiqətini, onların elm və cəhalətlə olan əlaqəsini şərh edin.
    3.Küfr və imanın həddini bəyan edin.
    4.Şirk və nifaqın küfrlə olan nisbətini bəyan edin.
    5.Fiqhdə deyilən İslam və küfrün kəlam elmindəki iman və küfrlə nə əlaqəsi var?
    6.İman və küfrün insanın əbədi xoşbəxt və ya bədbəxt olmasındakı təsirini və bunun sirrini bəyan edin.
    7.Qurandan bu təsir barəsində olan ayələri söyləyin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 539 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024