İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 5:07 PM
    ƏLLİ BEŞİNCİ DƏRS
    İMAN VƏ ƏMƏLİN QARŞILIQLI ƏLAQƏSİ
    –Müqəddimə
    –İmanla əməlin əlaqəsi
    –Nəticə
    MÜQƏDDİMƏ
    Məlum oldu ki, əbədi bədbəxtçiliyin əsl səbəbi küfr, əbədi səadətin də əsl səbəbi imandır. Şəxsin əbədi və möhkəm imanı onun əbədi səadətinə zəmanət verir, hərçənd, günaha mürtəkib olması məhdud zaman ərzində əzaba düşməsinə səbəb olur. Digər tərəfdən də daimi küfr əbədi bədbəxtçiliklə nəticələnir və bunun varlığı ilə heç bir yaxşı iş sahibinin axirət səadətinə səbəb olmaz.
    Onu da qeyd etdik ki, iman və küfrün güclü və zəif mərhələləri vardır, belə ki, böyük günahların çoxluğunun imanı aradan aparması, eləcə də yaxşı işlərin görülməsinin küfrün kökünün zəiflətməsi və onda imana şərait yaratması da mümkündür.
    Buradan imanla əməlin əlaqəsi barədə sual meydana çıxır və bu dərsdə həmin məsələ araşdırılır.
    İMANLA ƏMƏLİN ƏLAQƏSİ
    Yuxarıda qeyd olunanlardan aydın olur ki, iman elm və meyllərdən qaynaqlanan ruhi bir halətdir və imanlı şəxsin, imanlı olduğu şeylərə əməl etməyə dair icmali şəkildə qərara gəlməsini tələb edir.
    Deməli, həqiqətlərdən agah olan, amma onun tələbinin heç birinə əməl etməyəcəyini qərara alan şəxsin həmin şeylərə imanı olmayacaqdır. Hətta əgər əməl edib-etməməsi barədə şübhədə olsa yenə də iman gətirməmiş sayılır. Qurani-kərim buyurur:
    "Ərəblər (çöl ərəblərindən bir qrupu Peyğəmbərə) dedilər: "Biz iman gətirdik.” De: Siz iman gətirməmisiniz. Deyin ki, "İslamı qəbul etmişik”, iman hələ onların qəlblərinə daxil olmayıb.”("Hücurat” surəsi, ayə:14. )
    Həqiqi imanın da müxtəlif mərhələləri vardır və onun hər bir mərtəbəsi bununla əlaqədar olan bütün vəzifələri yerinə yetirməyi gərəkli etmir. Mümkündür ki, şəhvət və ya qəzəb kimi hislər imanı zəif olan şəxsi günaha tərəf çəksin. Lakin belə də olmamalıdır ki, üsyankarlığa və imanın gərəkli etdiyi şeylərlə həmişə müxalifət etməyi qərara alsın. Əlbəttə, şəxsin imanı nə qədər güclü və kamil olarsa, ona münasib olan əməllərin yerinə yetirilməsindəki təsiri də bir o qədər çox olacaqdır.
    Bir sözlə, iman onun təfərrüatına əməl etməyi zatən tələb edir və həmin zəruri təsirinin miqdarı da onun şiddətli və ya zəif olmasına bağlıdır. Nəhayət, hər hansı bir işi yerinə yetirməyi, hansısa bir işi tərk etməyi şəxsə vacib edən də məhz onun iradə və qərarıdır.
    ƏMƏLİN İMANLA OLAN ƏLAQƏSİ
    Hər hansı bir əməl ya imanla uyğundur, ya da uyğun deyil. Birinci halda imanı gücləndirərək qəlbə nuranilik bəxş edir. İkinci halda isə imanının zəifləməsinə və qəlbin zülmətə düşməsinə səbəb olur. Deməli, mömin şəxsdə baş verən saleh əməllər onun imanından qaynaqlanmaqdan əlavə, imanın qüvvət və sabitliyini də artırır, daha artıq yaxşı işlər görməsinə şərait yaradır. Yaxşı əməlin imanın kamal həddinə çatmasındakı rolunu aşağıdakı ayədən başa düşmək olar:
    "Pak söz (və etiqad) Allaha doğru yüksələr və pak sözü də saleh əməl qaldırar.” ("Fatir” surəsi, ayə:10. Əgər fail zəmirini əl "əməlus-saleh”ə, məful zəmirini isə "əl kəlimut-təyyib”ə qaytarsaq.)
    Bir çox ayələrdə də yaxşı əməl sahiblərinin iman, nur və hidayətlərinin artmasından söhbət açılır.(, "Ali-İmran” surəsi, ayə:173, "Ənfal” surəsi, ayə:2, "Tövbə” surəsi, ayə:124, "Kəhf” surəsi, ayə:13, "Məryəm” surəsi, ayə:76, "Əhzab” surəsi, ayə:22, "Məhəmməd” surəsi, ayə:17, "Müddəssir” surəsi, ayə:31. .)
    Digər tərəfdən, imana müxalif olan məqsədlər qarşıya çıxarsa və yaramaz işlər görülərsə, eyni zamanda, şəxsin imanı da onların qarşısını ala biləcək səviyyədə olmazsa, onun imanı zəifləməyə doğru gedər, günahın təkrarlanması üçün zəminə yaranar. Bu minvalla davam edərsə şəxsin daha böyük günahlara düşməsinə və onların təkrarlanmasına səbəb olar və nəhayət, iman aradan getmək və (nəuzubillah) küfrə və nifaqa (münafiqliyə) çevrilmək təhlükəsi altına düşər.
    Qurani-kərim işləri nifaqla nəticələnən şəxslər barəsində buyurur:
    "Allahla bağladıqları vədə xilaf çıxdıqları (ona əməl etməmələri) və yalan danışdıqlarına görə, Allah da onların qəlblərinə, Onunla görüşəcəkləri günə qədər nifaq saldı.” ("Tövbə” surəsi, ayə:77. )
    Başqa bir ayədə buyurulur:
    "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!” ("Rum” surəsi, ayə:10. )
    Bundan əlavə də, bir çox ayələrdə günahkarların küfr, zülm və qəsvətlərinin (daşürəkliliklərinin) artma məsələsindən söhbət açılır.(,"Bəqərə” surəsi, ayə:10, "Ali-İmran” surəsi, ayə:90, "Nisa” surəsi, ayə:137, "Maidə” surəsi, ayə:68, "Tövbə” surəsi, ayə:37, "İsra” surəsi, ayə:60, 82, "Səff” surəsi, ayə:5, "Nuh” surəsi, ayə:24.)
    NƏTİCƏ
    İmanla əməlin qarşılıqlı əlaqəsi, eləcə də onların insanın səadətində təsirinə diqqət yetirməklə xoşbəxt həyatı("İbrahim” surəsi, ayə:24, 27. ) kökləri yeganə Allaha, və Onun peyğəmbərlərinə, mələklərə, qiyamətə və ilahi cəzaya elə iman gətirmək, gövdəsi isə iman tələbi olan şeylərə əməl etməkdən ibarət olan ağaca bənzətmək olar ki, heç bir vasitə olmadan göyərir. Onun budaqları və yarpaqları imandan qaynaqlanan yaxşı və layiqli əməllər, meyvəsi isə əbədi səadətdir. Təbiidir ki, əgər kökü olmazsa heç vaxt ağacın gövdəsi, budağı və yarpağı da olmaz, nəticədə meyvə də gətirməz.
    Lakin kökün mövcud olması heç də həmişə ondan budaq və yarpağın cücərməsi xoşagələn meyvələr verməsi demək deyil. Əksinə, bəzən mühitin münasib olmaması və ya müxtəlif təbii fəlakətlər nəticəsində qol-budaq açmır. Nəticədə nəinki xoşagələn meyvələr vermir, hətta qurumaqla nəticələnir.
    Bu da mümkündür ki, ağacın budağına, gövdəsinə, hətta, kökünə peyvənd vurmaqla başqa bir ağaca dönsün. Bu da imanın küfrə (mürtədliyə) çevrilməsinə bənzəyir.
    Bir sözlə, qeyd olunan işlərə iman gətirmək insanın səadəti üçün əsas amildir. Lakin bu amilin kamil təsir qoymasının şərti budur ki, saleh əməl və bəlaları dəf etmək, ziyanları aradan aparmaq və günahlardan çəkinməklə lazım olan məqsədə doğru addım atılsın.
    Vacib əməlləri tərk etmək və haram işlərə qurşanmaq iman ağacının kökünü zəiflədir, bəzən onun tamamilə quruması ilə nəticələnir. Eləcə də düzgün olmayan əqidələrlə peyvənd vurmaq onun mahiyyətinin dəyişməsinə səbəb olur.
    SUALLAR
    1.İmanın yaxşı əməldəki təsirini izah edin.
    2.Yaxşı və pis əməllərin imanın zəif və ya güclü olmasındakı təsirlərini izah edin.
    3.İmanla əməlin qarşılıqlı əlaqələrinin məcmusu və onların insanın səadəti ilə əlaqəsini bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 694 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024