İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 8:13 AM
    ƏLLİ ALTINCI DƏRS
    BİR NEÇƏ MÜHÜM MƏSƏLƏ
    –Müqəddimə
    –İnsanın həqiqi kamalı
    –Əqli bəyan
    –Niyyətin rolu
    MÜQƏDDİMƏ
    İslam mədəniyyəti ilə kifayət qədər tanışlığı olmayan, insani və mənəvi işləri səthi və zahiri meyarlar əsasında dəyərləndirən, failin (əməli icra edənin) niyyət və məqsədinə – hüsni-failə (bu, hüsni-fel müqabilindədir) diqqət yetirməyən və ya işin dəyərinin meyarını yalnız başqalarının dünyəvi həyatının asayişindəki təsirində təsəvvür edənlərin bəziləri İslami maarif və əqidələrin çoxunun düzgün təfsir və tərifində inhirafa düçar olur və ya onları düzgün şəkildə dərk edib açıqlamaqda aciz qalırlar. O cümlədən, imanın rolu və onun saleh əməllə olan əlaqəsi, eləcə də küfr və şirkin öldürücü təsirləri, qısamüddətli və kiçikhəcmli əməllərdən bəzilərinin böyükhəcmli və uzunmüddətli işlərdən üstünlüyünü bəyan etməklə inhirafa, azğınlığa düçar olurlar. Məsələn, onlar başqalarının asayişi və rifahı üçün müəyyən şeylər ixtira edənlərin, yaxud millətlərinin azadlıq və istiqlaliyyəti yolunda çalışanların, hətta, Allaha və qiyamət gününə azacıq belə imanları olmasa da, axirətdə yüksək məqama və dəyərli mərtəbələrə nail olacaqlarını güman edirlər. Bəzən o qədər ifrata varırlar ki, həqiqi səadət üçün lazım olan imanı insani dəyərlərə, fəhlə kütlələlərinin bu dünyadakı qələbələrinə olan inam kimi izah edirlər və hətta "Allah” məfhumunu belə, məfhumi bir dəyər hesab edərək onu ideal əxlaqi səciyyələrlə bərabər tuturlar!!!
    Keçən dərslərdə bəyan olunan mətləblərdən bu kimi təsəvvürlərin zəif və səhv cəhətlərini başa düşdük. Lakin bu cür fikirlərin hazırkı əsrdə çox yayılmasını, eləcə də gələcək nəsillər üçün törədə biləcəyi təhlükələri nəzərə alaraq, bu barədə daha artıq izah verməyi məqsədə uyğun görürük.
    Əlbəttə, bu kimi məsələlərlə bağlı lazımi qədər təhqiqat aparmaq daha geniş imkanlar tələb edir. Buna görə də kitabın üslubuna uyğun olaraq deyilən mətləblərin əqidəvi yönünə diqqət yetirməklə onların yalnız ən ümdələrini bəyan edirik.
    İNSANIN HƏQİQİ KAMALI
    Əgər alma ağacını barsız söyüd ağacı ilə müqayisə etsək, alma ağacının ona nisbətən daha artıq dəyərə malik və səmərəli olduğunu görərik. Bu mühakimə yalnız insanın meyvə ağacından istifadə etməsinə görə deyildir, əksinə, meyvəli ağac daha artıq kamil vücuda malik olduğundan və ondan daha artıq əsərlər vücuda gəldiyindən, zatən daha dəyərli sayılır. Amma elə həmin bu alma ağacı müəyyən xəstəliyə düçar olaraq təkamül yolundan çıxarsa, öz dəyərini əldən verəcəkdir. Hətta, başqaları üçün müəyyən infeksiya və ziyanların da mənşəyi olması gözlənilir.
    İnsan da digər canlılarla müqayisədə həmin hökmdədir. Əgər öz layiqli kamalına çatsa və öz fitrətinə münasib olan əsərlər zahir etsə, onlardan (digər canlılardan) daha dəyərli olacaqdır. Amma azğınlığa düçar olarsa, heyvanlardan da alçaq və zərərli olması mümkündür. Belə ki, Qurani-kərim bəzi insanları canlıların ən pisi və heyvanlardan da azğın hesab edir.("Ənfal” surəsi, ayə:22, "Əraf” surəsi, ayə:179.)
    Digər tərəfdən, əgər bəzi adamlar alma ağacını yalnız çiçəklənən vaxta qədər görmüş olsalar, onun təkamülünün son həddinin elə bundan ibarət olduğunu və bundan artıq heç bir kamala malik olmayacağını təsəvvür edərlər. Eləcə də insanın orta səviyyədə olan kamalını müşahidə edənlər onun son kamal və həqiqətini dərk edə bilməzlər. İnsanın həqiqi dəyərini yalnız o kəslər tanıya bilər ki, onun yekun və son kamalından agah olsunlar.
    Amma insanın həqiqi kamalı maddi və təbii kamallar kimi deyildir. Çünki əvvəllər bəyan olunduğu kimi, şəxsin insaniyyəti onun mələkuti ruhuna bağlıdır. İnsanın təkamülü də həqiqətdə onun ruhunun təkamülüdür ki, özünün ixtiyari fəaliyyətləri ilə əldə olunur. İstər onun daxili və qəlbi fəaliyyətləri olsun, istərsə də xaricdəki və bədənin üzvləri ilə olan fəaliyyətləri. Həmçinin belə bir kamal hissi təcrübələr və kəmiyyət tipli müqayisələrlə tanıyıb dəyərləndirmək olmaz və nəticə etibarı ilə, təbiidir ki, ona çatmaq yolunu da təcrübi vasitələrlə tanımaq olmaz. Deməli, özü belə kamal mərhələsinə çatmayan, hüzuri elm və qəlbi müşahidə ilə onu dərk edə bilməyən şəxslər onu əqli dəlil, yaxud ilahi vəhy və asimani kitablar yolu ilə tapmalıdır.
    Amma ilahi vəhy, Quran ayələri və Əhli-beytin (ə) sözləri nəzərindən danılmaz bir məsələdir ki, insanın son kamalı onun vücudunun elə bir mərhələsidir və "qürbi ilahi” təbiri ilə qeyd olunur. Onun səmərəsi axirət aləmində zahir olacaq əbədi nemətlər və Allahın razılığıdır. Onun ümumi yolları ictimai və fərdi həyatın bütün yönlərini əhatə edən Allaha itaət edib təqvalı olmaqdan ibarətdir.
    Əqli nəzərdən isə, bu mətləbə dair müəyyən fəlsəfi müqəddimələrə ehtiyac duyulan çox mürəkkəb dəlillər gətirmək olar ki, burada onların ən sadəsini təqdim edirik.
    ƏQLİ DƏLİL
    İnsan fitri olaraq sonsuz kamal istəyir. Elm və qüdrət də onun nümayəndələrindəndir. Öz ardınca sonsuz ləzzətlər və əbədi səadət gətirən belə bir kamal insana o zaman müyəssər ola bilər ki, elm, və qüdrətin sonsuz mənbəyi olan Kamali-Mütləq ilə, yəni Allah-taala ilə əlaqə qursun. "Qürb” adlanan kamal da məhz bu əlaqədir.(Əlavə məlumat almaq üçün "Nəfsi saflaşdırmadan qabaq özünütanıma” kitabına müraciət edə bilərsiniz. )
    İnsanın yaradılışında əsas məqsəd kimi nəzərdə tutulan kamal Mütəal Allahın dərgahına yaxınlıq və Onunla əlaqə sayəsində hasil olur. Bu kamalın ən aşağı mərtəbəsinə, yəni imanın ən zəif mərtəbəsinə malik olmayan bir insan hələ meyvə verməyən, nübarı da ələ gəlməyən bir ağaca bənzəyir. Belə ağac isə xəstəlik nəticəsində meyvə vermək qabiliyyətini əldən verərsə səmərəsiz və meyvəsiz ağaclardan da alçaq səviyyəli olacaqdır.
    Deməli, imanın insanın əbədi səadət və kamalındakı rolu buna görə mühüm əhəmiyyət kəsb edir ki, insan ruhunun əsl xüsusiyyətləri və səciyyələri Mütəal Allahla agahlıq və ixtiyar üzündən olan əlaqə ilədir və bu əlaqə olmadıqda insan özünə layiq olan kamaldan və onun əsərlərindən məhrum olacaqdır. Başqa sözlə desək, onun insaniyyəti feliyyət mərhələsinə çatmayacaqdır. Halbuki, düzgün olmayan seçim nəticəsində belə yüksək istedadları məhv edib aradan aparsa özünə qarşı ən böyük zülmü rəva görmüş olar və əbədi cəzaya layiq görülər. Qurani-kərim belə insanlar haqqında buyurur:
    "Həqiqətən Allah yanında canlıların ən pisi küfr edərək iman gətirməyən kimsələrdir.”(Ənfal” surəsi, ayə:55.)
    Bir sözlə, iman insanın kamal və səadətə doğru irəliləməsinə, küfr isə onun süqut edərək bədbəxtçiliyə düşməsinə səbəb olur və təbiidir ki, bunlardan axıra hansı biri qalsa, insanın müqəddəratını da o həll edəcəkdir.
    MƏQSƏD VƏ NİYYƏTİN ROLU
    Yuxarıda qeyd olunan prinsipə nəzər yetirməklə aydın olur ki, insanın hər bir ixtiyari işinin həqiqi dəyəri onun həqiqi kamala, yəni Allah-taalanın dərgahına yaxınlaşmağa qoyduğu təsirinə bağlıdır. Hərçənd müəyyən (hətta bir neçə vasitə ilə başqalarının təkamülünə zəmin yaradan vasitələr olsa belə) işlər hüsn və fəzilət hesab olunsa da onların işi görən şəxsin səadətindəki təsiri onun ruhunun təkamülünə təsir qoyması ilə şərtlənir.
    Digər tərəfdən, xaricdə baş verən işlərin və əməllərin failin (işi görənin) ruhu ilə olan əlaqəsi iradə vasitəsi ilə gerçəkləşir ki, bu da (iradə) onun vasitəsiz olan işidir. Bir işə olan iradə o işin nəticəsinə olan meyl və şövqdən yaranır və bu məqsəd də məhz insanın ruhunun daxilində, məqsəddə tutduğu hədəfə doğru hərəkət yaradır və işi iradə etməyin formalaşmasını cilvələndirir. Deməli, iradə üzündən olan işin dəyəri failin (iş görənin) niyyətinə tabedir, bir felin özünün hüsnü və gözəlliyi, onu görənin gözəlliyi olmadan insanın ruhunun təkamülündə və əbədi səadətində heç bir təsir göstərməyəcəkdir. Məhz buna görə də maddi və dünyəvi hədəflər əsasında görülən işlər əbədi səadətdə heç vaxt səbəb olmayacaq, cəmiyyətə göstərilən ən böyük xidmətlər belə, özünü göstərmək (riyakarlıq) məqsədi ilə olsa, onu görən şəxs üçün azacıq belə fayda verməyəcəkdir.("Bəqərə” surəsi, ayə:246, "Nisa” surəsi, ayə:38, 142, "Ənfal” surəsi, ayə:47. ) Əksinə, onun ruhi cəhətdən tənəzzülə uğramasına da səbəb olması mümkündür. Buna görə də Qurani-kərim saleh əməllərin insanın axirətdəki səadətindəki təsirini iman və təqərrüblə (Allaha yaxınlıq məqsədi) şərtləndirmişdir.("Nisa” surəsi, ayə:124, "Nəhl” surəsi, ayə:97, "İsra” surəsi, ayə:19, "Taha” surəsi, ayə:112, "Ənbiya” surəsi, ayə:94, "Ğafir” surəsi, ayə:40, "Ənam” surəsi, ayə:52, "Kəhf” surəsi, ayə:28.)
    Bir sözlə, yaxşı iş, əvvəla, başqalarına xidmət etməklə bitmir. İkincisi, başqalarına xidmət etmək də fərdi ibadətlər kimi, o zaman yekun kamal və əbədi səadət üçün təsirli olacaqdır ki, ilahi məqsəddən qaynaqlanmış olsun.
    SUALLAR
    1.Hər bir varlığın həqiqi dəyəri nə ilədir?
    2.İnsanın son kamalını necə tanımaq olar?
    3.İnsanın son kamalının yalnız Allah dərgahına yaxınlıq və Onunla əlaqə sayəsində hasil olduğunu isbat edin.
    4.Yaxşı işlərin insanın əbədi səadətindəki təsirinin ilahi məqsəd və niyyətlə şərtləndiyini isbat edin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 517 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024