İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 8:12 AM
    ƏLLİ YEDDİNCİ DƏRS
    "HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ "TƏKFİR” (İNSANIN PİS ƏMƏLLƏRİNİN ÜSTÜNÜN ÖRTÜLMƏSİ, GÜNAHLARIN YAXŞI İŞLƏR VASİTƏSİ İLƏ ƏVƏZ OLUNMASI)
    –Müqəddimə
    –İmanla küfrün əlaqəsi
    –Yaxşı və pis əməllərin əlaqəsi
    MÜQƏDDİMƏ
    İman və saleh əməlin axirətdəki səadətə, əksinə, olaraq küfr və günahkarlığın əbədi bədbəxtçiliyə gətirib çıxarması ilə əlaqədar yaranan suallardan biri də budur ki, iman və ya küfrün onun axirət nəticəsi ilə, eləcə də hər bir yaxşı və pis əməlin onun mükafat və ya cəzası ilə olan əlaqəsi qəti sübuta yetmiş və dəyişilməzdir, yoxsa müəyyən dərəcədə dəyişilə bilər? Məsələn, yaxşı işlərlə günahın təsirlərini aradan aparmaq və ya əksinə, yaxşı işin əsərlərini günahlarla aradan aparmaq olarmı? Görəsən ömrünün müəyyən hissəsini küfr və günah etməklə, digər bir hissəsini isə iman və itaətlə keçirən insanlar müəyyən qədər cəzaya düçar olduqdan sonra mükafatlandırılacaq, yoxsa bu iki əməlin məcmusu onların xoşbəxtlik və ya bədbəxtliklərini təyin edir və ya mətləb tamamilə başqa cürdür?
    Bu, eynilə qədim dövrlərdən əşəri və mötəzili mütəkəllimləri arasında münaqişəli məsələ sayılan "həbt” və "təkfir”dən ibarətdir.("Həbt” və "təkfir” – Quranda işlədilən iki termindir. Birincisi yaxşı əməllərin təsirdən düşməsi, ikincisi isə günahların aradan getməsidir. ) Biz bu dərsdə şiələrin nəzərini xülasə şəkildə bəyan edəcəyik.
    İMANLA KÜFRÜN ƏLAQƏSİ
    Əvvəlki dərslərdə qeyd olundu ki, etiqad prinsiplərinə iman olmadan heç bir yaxşı əməl insanın əbədi səadətinə səbəb olmur və başqa sözlə desək: küfr layiqli əməllərin təsirdən düşməsinə səbəb olur. Burada da qeyd etməliyik ki, insanın sonradan iman gətirməsi güclü bir işıq əvvəlki qaranlıqları aradan apardığı kimi, ömrünün əvvəllərindəki küfrünün təsirlərini məhv edib aradan aparır. Əksinə, ömrünün axırında küfr etməsi əvvəlki imanının təsirlərini aradan aparır və şəxsin əməl dəftərini qaraldaraq puç edir. Bu da bir növ xırmana düşüb hər bir şeyi yandıran oda bənzəyir.
    Misal olaraq belə demək olar: İman insanın qəlbini, ruhunu işıqlandıran, parlaqlaşdıran və qaranlıqları aradan aparan nurlu bir çırağa bənzəyir. Küfr isə özü sönməklə bütün işıqları aradan aparan və qaranlıqlar vücuda gətirən bir çırağın sönməsinə bənzəyir. İnsanın ruhu bu maddi aləmə, dəyişikliklər dünyasına bağlı oluncaya qədər işıqla-qaranlığın, nurla-zülmətin artmasına məruz qalır, nəhayət bu dünyadan köçüb gedənə qədər iman, yoxsa küfr yolunu seçmək onun üzərinə bağlanır. Hətta, bu dünyaya qayıtmaq və qaranlıqlardan qurtarmaq arzulasa belə, heç bir faydası olmaz.
    İmanla küfrün bir-birindən bu cür təsirlənməsində Qurani-kərim baxımından heç bir şəkk-şübhə yoxdur. Bu mətləbə dair çoxlu ayələr vardır. O cümlədən, "Təğabun” surəsinin 9-cu ayəsində buyurulur:
    «Hər kəs Allaha iman gətirsə, və layiqli işlər görsə (Allah) onun pis əməllərini aradan aparar.»
    "Bəqərə” surəsinin 217-ci ayəsində buyurulur:
    «Sizlərdən hər biriniz dinindən dönsə (mürtəd olsa) və küfr halında ölsə, dünya və axirətdəki əməlləri puç olar və onlar cəhənnəm əhlidir və orada əbədi olaraq qalacaqlar.»
    YAXŞI VƏ PİS ƏMƏLİN BİR-BİRİ İLƏ ƏLAQƏSİ
    İmanla küfr arasında olan əlaqəni insanın yaxşı əməlləri ilə pis əməlləri arasında da müəyyən qədər görmək olar. Amma bu, ümumi və həmişəlik bir qanun da deyildir; belə də deyildir ki, insanın bütün nameyi-əməlində layiqli əməllər qeyd olunsun və (elə bu zaman) yaramaz əməllərini aradan aparsın (mötəzilə mütəkəllimləri buna inanır), yaxud onların kəmiyyət və keyfiyyətinə diqqət yetirməklə həmişə keçmiş əməllərin məcburi olaraq toplanmasından alınan cəm inikas tapmış olsun (bəziləri də belə güman etmişlər). Belə əməllər barədə təfsil vermək lazımdır, yəni yaxşı əməllərdən bəziləri əgər layiqincə, məqbul şəkildə yerinə yetirilsə, keçmişdəki əməllərin təsirini aradan aparır, məsələn, tövbəni qeyd etmək olar. Belə ki, əgər layiqincə yerinə yetirilərsə, şəxsin günahları bağışlanır.("Nisa” surəsi, ayə:110, "Ali-İmran” surəsi, ayə:135, "Ənam” surəsi, ayə:54, "Şura” surəsi, ayə:25, "Zümər” surəsi, ayə:53 və s.)
    Bu, birbaşa həmin qaranlıq nöqtəyə saçan və onu işıqlandıran bir nura bənzəyir. Amma hər yaxşı əməl də hər günahın əsərini aradan aparmır. Buna görə də mümkündür ki, mömin olan şəxs müəyyən müddət günahlarının cəzasını çəkdikdən sonra əbədi behiştə gəlsin. İnsanın ruhu sanki müxtəlif yönlərdən təşkil olunmuşdur. Onun pis və yaxşı əməllərinin hər dəstəsi onun bir yönünə aiddir. Məsələn "a” bəndinə aid olan yaxşı əməllər "b” bəndinə aid olan günahların əsərlərini aradan aparmır. Yalnız o zaman aradan aparar ki, saleh əməl o qədər nurani olsun ki, ruhun digər yönlərinə də işıq saçsın. Yaxud günah o qədər çirkin olsun ki, ruhun digər yönlərini də aludə etsin. Şərif rəvayətlərdə qeyd olunur ki, qəbul olunan namaz günahları yuyub aradan apararaq onların bağışlanmasına səbəb olur. Qurani-kərim buyurur:
    «Namazı günün iki tərəfində və gecə saatlarında bərqərar et. Həqiqətən, yaxşı əməllər pis əməlləri aradan aparır.»("Hud” surəsi, ayə:114.)
    Günahlardan bəziləri, məsələn, valideynə ağ olmaq, şərab içmək müəyyən müddətə qədər ibadətlərin qəbul olunmasının qarşısını alır. Eləcə də bir kəsə kömək etdikdən sonra ona minnət qoymaq onun savabını aradan aparır. Quranda buyurulur:
    «Minnət qoymaq və əziyyət etməklə öz ehsan və sədəqələrinizi (məhv edib) aradan aparmayın.» ("Bəqərə” surəsi, ayə:274.)
    Lakin yaxşı və pis əməllərin növünün təyin olunmasına və bir-birinə təsir göstərib təsir qəbul etməsinə gəldikdə isə, bunu, vəhy yolu ilə və məsumların (ə) sözlərindən əldə etmək lazımdır. Onların hamısı üçün ümumi bir qayda göstərmək olmaz.
    Dərsin axırında qeyd edirik ki, pis əməllərin xoşagəlməzliklər, yaxud tövfiqin(Tövfiq – müvəffəqiyyət, uğur. Allah tərəfindən olan kömək. 
    ) insandan alınması və s. yaxşı əməllərin isə xoşluqlar və tovfiqin verilməsi kimi yaxşı təsirləri elə bu dünyada zahir olur. Belə ki, başqalarına, xüsusilə ata-anaya, yaxın qohum-əqrəbaya ehsan etmək insan ömrünün uzanmasına, bəlaların dəf olunmasına səbəb olur. Əksinə, böyüklərə, xüsusilə, müəllimlərə ehtiramsızlıq etmək isə insanın tövfiqinin kəsilməsinə səbəb olur. Lakin bu kimi təsirlərin bu dünyada zahir olması cəzanın və ya mükafatın kamil şəkildə alınması mənasına deyil; mükafatların və cəzaların əsl yeri əbədi axirət dünyasıdır.
    SUALLAR
    1."Həbt” və "təkfir”in mənası nədir?
    2.İmanla küfr arasında neçə cür əlaqə mövcuddur? Onların hər birini izah edin.
    3.Yaxşı əməllə pis əməl arasında neçə cür əlaqə mövcuddur və onlardan hansı düzgündür?
    4.Yaxşı və pis əməllərin dünyəvi əsərləri onların axirətdəki cəza və mükafatlarını aradan aparırmı?
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 568 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024