İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 8:10 AM
    ƏLLİ DOQQUZUNCU DƏRS
    ŞƏFAƏT
    –Müqəddimə
    –Şəfaət məfhumu
    –Şəfaətin qayda-qanunları
    MÜQƏDDİMƏ
    Mütəal Allahın yalnız möminlərə məxsus etdiyi məziyyətlərdən biri də budur ki, əgər mömin şəxs öz imanını ölümü çatan vaxta qədər qoruyub saxlasa, tövfiqin aradan getməsinə, aqibətin pis olmasına, nəhayət şəkk və tərəddüdün, inkar və inadın yaranmasına səbəb olacaq günahlara mürtəkib olmazsa və bir sözlə, əgər dünyadan imanla gedərsə, əbədi əzaba düçar olmayacaqdır. Onun kiçik günahları böyük günahlardan çəkinmək səbəbi ilə, böyük günahları da kamil və qəbul olunan bir tövbə ilə bağışlanacaqdır. Əgər belə bir tövbə etməyə müvəffəq olmazsa dünya çətinliklərinə və müsibətlərinə dözmək onun günah yükünü yüngülləşdirər, bərzəx çətinlikləri və qiyamətin əvvəlindəki dayanacaqlarda gözləmək onun pis işlərini aradan aparar. Əgər yenə də günahlardan paklanmazsa, şəfaət vasitəsilə cəhənnəm əzabından xilas olacaq, bu da Allahın ən böyük və geniş rəhmətinin Öz övliyaları, xüsusilə, Peyğəmbəri-Əkrəm (s) və onun Əhli-beyti vasitəsilə həyata keçəcək.(Peyğəmbəri-Əkrəm (s) buyurur: "Şəfaətimi ümmətimdən kəbirə (günah) əhli olan insanlar üçün saxlamışam.” "Biharul-ənvar”, 8-ci cild, səh. 38-40. ) Çoxlu rəvayətlərə əsasən, Qurani-kərimdə Peyğəmbəri-Əkrəmə (s) vədə verilən "məqami-məhmud” məhz həmin şəfaət məqamından ibarətdir.("İsra” surəsi, ayə:79.) Eləcə də «Həqiqətən sənin Pərvərdigarın sənə (o qədər) əta edəcəkdir ki, razı olasan»("Züha” surəsi, ayə:5. )ayəsində Allahın bəndələri bağışlamasına işarə edilir ki, o Həzrətin (s) şəfaəti və vasitəçiliyi ilə layiqli şəxslərə şamil olacaqdır.
    Deməli, günahkar möminlərin ən böyük və ən son ümidləri şəfaətdir. Lakin onlar ilahi məkrdən də arxayın olmamalı, həmişə bundan qorxmalıdırlar ki, olmaya onlarda elə bir iş çıxsın, yaxud gələcəkdə baş versin ki, axır-aqibətin pis olmasına, ölüm zamanı imanın aradan getməsinə səbəb olsun və olmaya dünyəvi işlərə məhəbbət onların qəlblərində elə bir həddə nüfuz etmiş olsun ki, (Allah eləməmiş) bu dünyadan Allahın ona qəzəbi tutduğu halda getmiş olsun. Çünki bu zaman görür ki, onunla sevdiyi şeylər arasında ölüm vasitəsilə ayrılıq salan məhz Odur.
    ŞƏFAƏT MƏFHUMU
    "Cüt” mənasını ifadə edən və "şəf” kökündən alınan şəfaət camaat arasında bu mənada işlənir ki, alicənab və böyük şəxsiyyətli insan daha böyük şəxsdən bir kəsin günahından güzəştə gedilməsini, yaxud xidmətçilik haqqının artırılması üçün vasitəçilik etsin. Bəlkə də şəfaət kəlməsinin bu kimi hallarda işlənməsində əsas məsələ budur ki, günahkar şəxs təklikdə bağışlanmağa, yaxud xidmətçi təklikdə əmək haqqını artırılmasına layiq deyildir. Lakin şəfaətçinin istəyinin də ona əlavə edilməsi ilə belə bir haqqa layiq olur.
    Bir çox hallarda şəfaət edənin vasitəçiliyini qəbul edən şəxs qorxur ki, əgər qəbul etməzsə şəfaət edən şəxs inciyər və onun inciməsi də onunla ünsiyyətdə olmaq və xidmət etmək ləzzətindən məhrum olmağa, yaxud, hətta şəfaətçi tərəfindən zərərə düşməyə səbəb olar. Aləmlərin Yaradınını insani xüsusiyyətlərlə, o cümlədən qəlb dostuna, həyat yoldaşına və köməkçiyə ehtiyaclı olmaq, şəriklərdən qorxmaq kimi sifətlərə malik olmasını təsəvvür edən müşriklər böyük Allahın diqqətini cəlb etmək, yaxud Onun qəzəbindən amanda qalmaq üçün xəyali məbudlara sığınır, mələklərə, cinlərə pərəstiş edir, bütlərin qarşısında əyilir və deyirdilər:
    «Bunlar bizim Allah yanında şəfaətçilərimizdir.»(Yunis” surəsi, ayə:17, "Rum” surəsi, ayə:13, "Ənam” surəsi, ayə:94, "Zümər” surəsi, ayə:44 və s.)
    «Biz bunlara yalnız ona görə ibadət edirik ki, Allah yanında bizim üçün böyük bir məqam əldə etsinlər.»("Zümər” surəsi, ayə:3. )
    Qurani-kərim belə cahilanə və yanlış təsəvvürləri rədd edərək buyurur:
    «Onun üçün Allahdan başqa heç bir dost və şəfaətçi yoxdur.» (Ənam” surəsi, ayə:70, 51, "Səcdə” surəsi, ayə:4, "Zümər” surəsi, ayə:44 və s. )
    Amma diqqət yetirmək lazımdır ki, belə şəfaətçiləri və belə şəfaəti inkar etmək şəfaətin mütləq şəkildə inkar edilməsi demək deyildir. Belə ki, Qurani-kərimdə mövcud olan bəzi ayələr Allahın izni ilə olan şəfaəti isbat edir, şəfaət edənlərin, eləcə də şəfaətə layiq görülənlərin şərtlərini bəyan edir. Allah tərəfindən icazə verilən şəfaətçilərin şəfaətinin qəbul olunması da Allahın onlardan qorxması və ya onlara ehtiyaclı olması mənasına deyildir, əksinə bu, elə bir yoldur ki, əbədi rəhmətə nail olmaq üçün azacıq ləyaqətə malik olan şəxslərin üzünə açılır, onun üçün müəyyən qayda-qanunlar da təyin edir. Həqiqətdə səhih şəfaətlə şirklə qarışıq olan şəfaət arasındakı fərq Allahın izni ilə olan təqdir və vilayətlə tam müstəqil şəkildə olan təqdir və vilayətə olan etiqad kimidir ki, bu da Allahşünaslıq bölməsində qeyd olundu.
    Şəfaət kəlməsi bəzən daha geniş mənada işlənir və insanda başqasının vasitəsilə zahir olan hər bir xeyir təsirə səbəb olan işlərə aid edilir. Belə ki, ata-ana öz övladlarına, yaxud, müəllim şagirdlərə və şagirdlər də müəllimlərə, hətta azan verən şəxs onun azanı ilə namazı yad edən və namaza gələn şəxslər üçün şəfaət edir və həqiqətdə dünyada malik olduqları xeyrə səbəb olan əsərlər qiyamətdə şəfaətçi və əlindən tutan şey kimi zahir olur.
    Digər məsələ bundan ibarətdir ki, günahkarlar üçün istiğfar edilməsi elə bu dünyada bir növ şəfaətdir. Hətta, başqalarının barəsində dua etmək, Allahdan onların hacətlərinin yerinə yetirməsini dilmək də həqiqətdə Allah yanında şəfaət hesab olunur. Çünki bunların hamısı Allah dərgahında başqa bir şəxsə xeyir çatdırmaq, yaxud şərin ondan dəf olması üçün vasitəçilikdir.
    ŞƏFAƏTİN QAYDA-QANUNLARI
    Qeyd olunduğu kimi, şəfaət etmək və şəfaətə nail olmaq üçün əsas şərt Allahın iznidir. Belə ki, "Bəqərə” surəsinin 255-ci ayəsində buyurulur:
    «Kimdir Allahın izni olmadan Onun dərgahında şəfaət edən?!»
    "Yunis” surəsinin 3-cü ayəsində buyurulur:
    «Onun izni olmadan heç bir kəs şəfaət edə bilməz.»
    "Taha” surəsinin 109-cu ayəsində buyurulur:
    «O gündə heç kəsin şəfaəti fayda verməz, yalnız o kəslərdən başqa ki, Mütəal Allah ona icazə versin və onun sözləri bəyənilmiş olsun.»
    "Səba” surəsinin 23-cü ayəsində buyurulur:
    «Allahın izni olmadan Onun dərgahında şəfaət fayda verməz.»
    Bu ayələrdə ümumi şəkildə Allahın izninin şərt olması məlum olur. Lakin icazə verilən şəxslərin xüsusiyyətləri məlum olmur. Amma digər ayələrdən istifadə etməklə iki tərəf üçün daha aydın şərtlər nəzərə çatdırmaq olar. "Zuxruf” surəsinin 86-cı ayəsi:
    «Allahdan başqa çağırılanlar (bütlər) şəfaət sahibi deyillər (və heç bir şəxs şəfaətə malik deyil). Yalnız haqqa şəhadət verib elm sahibi olanlar (şəfaətə sahib) ola bilər.»
    Bəlkə də «mən şəhidə bil-həqqi» dedikdə məqsəd əməllərə şahid olanlardır ki, onlar Allahın təlimi ilə bəndələrin niyyət və əməllərindən agah olur və onların rəftarlarının dəyər və keyfiyyətinə şəhadət verirlər. Bu hökmə əsasən anlaşılır ki, şəfaət edənlər də elə əməl sahibləri olmalıdır ki, şəxslərin şəfaət olunması üçün səlahiyyətli olub-olmamalarını ayırd edə bilsinlər. Şübhəsiz, bu iki şərtə malik olan şəxslər Məsumlardan (ə) ibarətdir.
    Digər tərəfdən, ayələrdən məlum olur ki, şəfaət olunanlar da Allahın razı olduğu şəxslər olmalıdır. "Ənbiya” surəsinin 28-ci ayəsində buyurulur:
    «Allahın razı qaldığı şəxslərdən başqası şəfaət etməz.»
    "Nəcm” surəsinin 26-cı ayəsində buyurulur:
    «Asimanlarda o qədər mələklər vardır ki, onların şəfaətlərinin faydası yoxdur. Yalnız Allah Öz istədiyi və bəyəndiyi şəxslər üçün izn verdikdən sonra (onlar şəfaət edə bilərlər).»
    Aydındır ki, "şəfaət olunan şəxs Allahın razı qaldığı şəxs olmalıdır” dedikdə məqsəd bu deyildir ki, onun bütün əməlləri bəyənilmiş olsun. Əks halda, şəfaətə ehtiyac duyulmazdı. Əksinə, rəvayətlərdə də nəql edildiyi kimi, məqsəd şəxsin din və iman nəzərindən razı olunan bir şəxs olmasıdır. Digər tərəfdən, bir neçə ayədə şəfaətə layiq görülməyən şəxslərin xislətləri bəyan olunur. "Şüəra” surəsinin 100-cü ayəsində müşriklərin dilindən belə deyilir:
    «Bizim üçün heç bir şəfaət edən yoxdur.»
    "Müddəssir” surəsinin 40-48-ci ayələrində qeyd olunur ki, günahkarların cəhənnəmə getmələrinin səbəbi barəsində soruşulur, onlar da cavabında namazı tərk etmək, kasıblara infaq etməmək, qiyamət gününü təkzib etmək kimi xislətləri sadalayırlar. Sonra buyurulur:
    «Şəfaət edənlərin şəfaəti onlara fayda verməz.»
    Bu ayələrdən məlum olur ki, Allaha ibadət etməyən, möhtac bəndələrə kömək əlini uzatmayan, düzgün əqidə sahibi olmayan müşriklər və qiyaməti inkar edənlər heç vaxt şəfaətə layiq görülməyəcəklər. Bunu da nəzərə almaq lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) dünyada istiğfar etməsi də bir növ şəfaət sayılır. Bir kimsə o Həzrətin (s), onun üçün istiğfar etmək və şəfaətçi olmaq üçün vasitəçi olmasına razı olmazsa, o Həzrətin (s) belə şəxs barəsindəki istiğfarı qəbul olunmur.("Munafiqun” surəsi, ayə:5-6.) Məlum olur ki, şəfaəti inkar edən şəxs də şəfaətə layiq görülmür. Bu bəzi hədislərdən də aydın olur.(Peyğəmbəri-Əkrəm (s) buyurur: "Hər kəsin mənim şəfaətimə imanı olmasa mənim şəfaətimə layiq görülməz.” "Biharul-ənvar”, 8-ci cild, səh.58, hədis-84. )
    Bir sözlə, mütləq və əsl şəfaətçi Allah tərəfindən icazəli olmaqdan əlavə, özü də günah əhli olmamalı, həmçinin, başqalarının itaət və üsyankarlıq mərtəbələrini dəyərləndirmə qüdrətinə malik olmalıdır. Belə şəxslərin ardıcılları onun sayəsində şəfaətin ən kiçik mərtəbələrinə nail ola bilərlər. Belə ki, belə ardıcıllar şəhidlərin və siddiqlərin cərgəsində məhşur olacaqlar.("Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər Allahın yanında siddiqlər və şəhidlər olacaqdır.” ) Digər tərəfdən, yalnız o kəslərin şəfaətə çatmaq ləyaqətləri vardır ki, Allahın iznindən əlavə, Allaha, peyğəmbərlərə, qiyamət gününə, Allahın peyğəmbərlərinə nazil etdiyinə, o cümlədən, şəfaətin haqq olmasına iman gətirsin və bu imanı ömrünün axırana qədər qoruyub saxlamış olsun.
    SUALLAR
    1.Şəfaətin mənasını onun işləndiyi yerləri qeyd edin.
    2.Səhih şəfaətlə şirkə qarışıq şəfaətin fərqini bəyan edin.
    3.Şəfaətverənin şərtlərini izah edin.
    4.Şəfaət olunan şəxsin şərtlərini bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 551 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024