İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 8:05 AM
    ALTMIŞINCI DƏRS
    BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI
    –Şəfaəti inkar edən ayələrin araşdırılması
    –Mütəal Allah şəfaət edənlərin təsiri altına düşməz
    –Şəfaət edənlər heç də Allahdan mehriban deyillər
    –Şəfaətin ilahi ədalətlə ziddiyyəti yoxdur
    –Şəfaət ilahi qayda-qanunların dəyişilməsinə səbəb olmur
    –Şəfaət vədəsi camaatın cürətlənməsinə səbəb olmaz
    –Şəfaətə layiqolma şərtlərini əldə etmək səadətə çatmaq yolunda çalışmaqdır
    Şəfaət məsələsi ilə əlaqədar müəyyən iradlar və şübhələr irəli çəkilir ki, bu dərsdə onların ən mühümlərini cavabları ilə birlikdə bəyan edirik.
    1.İlk şübhə bundan ibarətdir ki, Qurani-kərimin bir neçə ayəsi qiyamət günündə şəfaətin heç kəsin barəsində qəbul olunmamasına dəlalət edir. O cümlədən "Bəqərə” surəsinin 48-ci ayəsində buyurulur:
    «Qorxun o gündən ki, heç kəs heç kəsin karına gəlməsin və heç kəsdən şəfaət qəbul olunmasın, bir kəsdən əvəz qəbul olunmasın və onlara kömək olunmasın.»
    Cavab:
    Bu kimi ayələr qayda-qanun üzərindən olmayan müstəqil şəfaətləri inkar edir. Bundan əlavə, bu ayələr ümumidir və şəfaətin, Allahın izni ilə və müəyyən qayda-qanunlar əsasında qəbul olunmasını göstərən ayələrdən fərqlənir. Belə ki, keçən dərsdə bunlar qeyd olundu.
    2.Şəfaət düzgün olarsa, onda belə çıxır ki, Mütəal Allah şəfaət edən şəxslərin təsiri altına düşür, yəni onların şəfaət etməsi məğfirət kimi Allaha məxsus olan sifətə yiyələnmək deməkdir.
    Cavab:
    Şəfaəti qəbul etmək təsir altına düşmək mənasına deyil. Eləcə də tövbənin qəbul və duanın müstəcab olması da belə düzgün olmayan şeyləri gərəkli etmir. Çünki bu halların hamısında bəndələrin işləri ilahi rəhməti qəbul etmək üçün hazırlığa səbəb olur və fəlsəfəyə əsasən desək, failin failiyyət şərti deyil, qabilin qabiliyyət şərtidir.
    3.Şəfaətdən belə çıxır ki, şəfaət edənlər Allahdan da mehriban olmalıdırlar! Çünki belə fərz olunur ki, əgər onların şəfaəti olmasaydı, günahkarlar əzaba düçar olar, yaxud əzabları davam edərdi.
    Cavab:
    Şəfaət edənlərin ürəyiyananlıq və mehribanlıqları Allahın sonsuz rəhmətindən bir nümunədir. Başqa sözlə desək, şəfaət bir vasitəsidir ki, Allah bu yolu özünün günahkar bəndələrini bağışlamaq üçün qərar vermişdir və həqiqətdə Onun rəhmətlərinin ən yüksək səviyyədə təcəllisidir ki, layiqli və seçilmiş bəndələrində cilvələnir. Eləcə də tövbə və dua hacətlərin rəva olunması və günahların bağışlanması üçün qərar verilən başqa vasitələrdir.
    4.Əgər Allahın günahkarlara əzab vermək haqqında hökmü ədalətin tələbidirsə, onların barəsində şəfaətin qəbul edilməsi də ədalətin əksinə olacaqdır. Əgər şəfaətin qəbul olunmasının tələbi olan əzabdan qurtuluş ədalətli olsa, şəfaətin baş verməsindən öncə mövcud olan əzab hökmü ədalətsiz olacaqdır.
    Cavab:
    İlahi hökmlərdən hər biri – istər şəfaətdən qabaq əzaba dair hökm olsun, istərsə də şəfaətdən sonra əzabdan qurtuluşa dair – ədalət və hikmətlə müvafiqdir. Hər ikisinin hikmətli və ədalətli olmasının mənası «zidd»ləri bir yerə toplamaq deyildir. Çünki onların mövzuları bir-birindən fərqlənir. Belə ki, günahkarların haqqında şəfaətin gerçəkləşməsi və onun qəbul olunmasına səbəb olan vasitələri nəzərə almadıqda əzaba hökm olunması günah iş görməyin tələbidir. Eləcə də əzabdan xilas olunmağa dair hökm verilməsi yuxarıdakı ziddiyyətdən irəli gəlir.
    Mövzuya əlavə olaraq qeyd olunan məsələnin dəyişməsinə əsasən hökmün dəyişilməsinin hökmdə, təkvini təqdirdə, əhkamda və şəriət qanunlarında da çoxlu nümunələri vardır. Eləcə də öz zəmanəsinə nisbətən nəsx olunmuş (qüvvədən düşmüş) bir hökmün ədalətli olması nəsx edən hökmün ondan sonrakı dövrlərdə ədalətli olması ilə zidd deyildir. Dua etməkdən öncə bəlanın hikmətə uyğun olması da onun dua etdikdən və sədəqə verdikdən sonra aradan qaldırılmasının hikmətə uyğun olması ilə zidd deyildir. Şəfaətdən sonra günahın bağışlanmasına hökm etmək də şəfaətin gerçəkləşməsindən qabaq əzaba hökm edilməsi ilə zidd olmayacaqdır.
    5.Mütəal Allah şeytana itaət etməyi cəhənnəm əzabına düçar olmaq səbəbi bilir və "Hicr” surəsinin 42-43-cü ayələrində buyurur:
    «Həqiqətən sən (ey İblis) Mənim bəndələrimə müsəllət olmayacaqsan (onlar üzərində heç bir hökmranlığın olmayacaq). Yalnız sənə itaət edən azğınlardan başqa. Onların hamısının vədəgahı cəhənnəmdədir.»
    Həqiqətdə, axirət aləmində günahkarlara əzab verilməsi ilahi qanunlardan biridir və bildiyimiz kimi ilahi qanunlar da dəyişilmir. "Fatir” surəsinin 43-cü ayəsində buyurulur:
    «Allahın qanununda heç vaxt bir dəyişiklik tapmazsan.»
    Bəs şəfaətin vasitəsilə bu qanunun dəyişilməsi necə mümkün ola bilər?
    Cavab:
    Məlum şərtlər malik olan günahkarlar barəsində şəfaətin qəbul edilməsi Allahın dəyişiklik qəbul etməyən qanunlarından biridir. Yəni, ilahi qanun real meyarlara tabedir və heç bir ilahi qanun onun vücudi (varlıq) və ədəmi (yoxluq) şərtlərinin yaranması ilə dəyişilmir. Lakin bu qanunlarda dəlalət edən ibarələr əksər hallarda mövzunun bütün və ya müxtəlif şərtlərinin bəyan edilməsi demək deyildir. Buna görə də elə hallar tapılır ki, bir neçə müxtəlif qanun ilə əlaqədar olan ayələrin zahiri onlara şamil olur. Halbuki, gerçəkdə ayənin xarici nümunəsi əxəs (dəlalət etmə həddi-hüdudu daha kiçik) və daha güclü meyara tabedir. Deməli, hər bir qanun onun öz mövzusunun həqiqi şərtlərinə diqqət yetirməklə (nəinki təkcə ibarələrdə qeyd olunan şərtlərə) sabit qalacaq və dəyişkənlik qəbul etməyəcəkdir. Onlardan biri də şəfaət qanunudur ki, müəyyən olunmuş şərtlərə malik olan xüsusi günahkarlara şamildir və bu barədə dəyişkənliyə yol yoxdur.
    6.Şəfaət vədəsi insanların günaha mürtəkib olmaqda və yollarını azmaqda daha da cürətlənmələrinə səbəb olar.
    Cavab: Tövbənin qəbul olunması və pis əməllərin üstünün örtülməsi ilə əlaqədar da irəli çəkilən belə şübhənin cavabı budur: şəfaətə və məğfirətə nail olmağın müəyyən şərtləri vardır ki, günahkar şəxsin onlara nail olub-olmadığına yəqini yoxdur. Şəfaətə nail olmağın şərtlərindən biri də budur ki, öz imanını, həyatının son anlarına qədər qoruyub saxlaya bilsin. Biz də bilirik ki, heç kəs belə bir şərtə malik olmasına tam şəkildə əmin ola bilməz. Digər tərəfdən də əgər günaha batan bir kimsənin bağışlanmağa heç bir ümidi olmazsa, ümidsizliyə düçar olub məyus olar və bu da onun günahları tərk etmə məqsədini zəiflədər, onu azğın yola tərəf çəkər. Məhz buna görə də ilahi mürəbbilərin (tərbiyəçilərin) tərbiyə metodu belə olmuşdur ki, onlar insanları həmişə ümidlə qorxu arasında saxlamışlar: nə ilahi rəhmətə o qədər ümidvar etmişlər ki, nəticədə "ilahi məkrdən əmin-amanlıq, arxayınlıq hissi” keçirsinlər, nə də onları ilahi əzabdan o qədər qorxutmuşlar ki, "ilahi rəhmətdən məyus olub ümidsizliyə” düçar olsunlar. (Çünki bunların hər ikisi – ilahi məkrdən əminamanlıq hissi keçirib arxayın olmaq və Allahın rəhmətindən tam ümidsiz olmaq böyük günahlardandır.)
    7.İlahi əzabdan xilas olmaqda şəfaətin təsiri başqalarının (şəfaət edənlərin) işinin əbədi səadət və ya bədbəxtçilikdə təsirli olması mənasınadır. Halbuki, bu məsələ "və ən ləysə lil-insani illa ma səa – İnsanı səadətə çatdıran yeganə şey onun öz səy və fəaliyyətləridir” ayəsinin məfhumu ilə ziddir.
    Cavab: Şəxsin öz məqsəd və məramına çatmaq üçün göstərdiyi səylər bəzən birbaşa həyata keçir və yolun axırına qədər davam edir. Bəzən də birbaşa deyil, müəyyən vasitələrlə, müqəddimə və şərtlərin hazırlanması ilə baş verir. Şəfaətə layiq görülən şəxsin səy və fəaliyyətləri də səadətin müqəddimələrini əldə etmək üçün sərf edilir. Çünki iman gətirmək və şəfaətə layiq görülmək üçün şəraitin əldə edilməsi də, hərçənd natamam və naqis şəkildə olsa belə, səadətə çatmaq yolunda göstərilən səylər hesab olunur. Buna görə də bərzəx aləmində və məhşər səhnəsinin ilk dövrlərindəki çətinliklərə, əzaba düçar olacaq. Hər halda o öz qəlbində iman ağacını əkdiyinə, onu saleh əməllərlə inkişaf etdirdiyinə, dünyəvi həyatının axırına qədər bu ağacı qurutmadığına görə səadətin əsasını qoymuş olur. Deməli, yekun səadət onun öz səy və faliyyətlərinə istinadən verilir. Hərçənd şəfaət edən də bu ağacın ərsəyə çatmasında müəyyən qədər rol oynayır. Belə ki, dünyada bəzi şəxslər də insanların hidayət olunmasında və düzgün tərbiyələnməsində təsirli olurlar. Onların təsiri fərdlərin özlərinin səy və faliyyətlərinin inkar olunması mənasında deyildir.
    SUALLAR
    1.Şəfaəti inkar edən ayələrlə yanaşı varlığı ilə onun gerçəkləşəcəyinə necə etiqad bəsləmək olar?
    2.Şəfaət başqalarının mütəal Allaha təsir qoyması demək deyilmi?
    3.Şəfaət şəfaət edənlərin "anadan da mehriban dayə” olmasını lazım etmirmi?
    4.Şəfaətin ilahi ədalətlə olan əlaqəsini bəyan edin.
    5.Şəfaət ilahi qanunların dəyişilməsini lazım etmirmi?
    6.Şəfaət vədəsi günahkarların öz yaramaz əməllərində daha da cürətlənmələrinə səbəb olmurmu?
    7.Bunu izah edin: "Şəfaətin, ayrı-ayrı şəxslərin səadətinin öz səy və fəaliyyətlərinə istinad verilməsi ilə heç bir ziddiyyəti yoxdur.”
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 528 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024