İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:37 PM
    BİRİNCİ DƏRS
    DİN NƏDİR
    –Din məhfumu
    –Üsuliddin və füruiddin
    –Dünyagörüş və materialist
    –İlahi və maddi dünyagörüş
    –Asimani dinlər və onların prinsipləri
    DİN MƏFHUMU
    Bu kitabın əsas məqsədi dini terminalogiyada "üsuliddin” adlandırılan islami əqidə prinsiplərini bəyan etməkdən ibarətdir. Buna görə də hər şeydən əvvəl "din” kəlməsi və onunla əlaqədar olan digər kəlmələr barədə bir qədər izahat verməyi lazım görürük. Çünki məntiq elmində deyildiyi kimi, təssəvür yönünə malik olan müqəddimələr (təriflər) hər şeydən öncə bəyan olunmalıdır.
    Din – itaət, cəza, mükafat və sair kimi mənaları ifadə edir. Dini termin kimi isə insan və dünyanın yaradanına etiqad bəsləməyə və bu əqidələrə mütənasib olan əməli göstərişlərə deyilir. Deməli, ümumiyyətlə Yaradana inanmayanlar, aləmdə mövcud olan hadisə və varlıqların təsadüfi olaraq yarandığını iddia edənlər, yaxud bunu maddi və təbii proseslərin nəticəsi hesab edənlər dinsiz adlandırılır. Amma kainatın bir yaradanı olduğuna inananlar, hətta əgər onların dini mərasimləri və əqidələri inhiraf və xurafatla yanaşı olsa belə dindar hesab olunurlar. Buna əsasən insanların arasında mövcud olan dinlər haqq və batil olaraq iki yerə bölünür. Haqq din real gerçəkliklə müvafiq və düzgün əqidəyə malik olan bir dindir. O, səhihlik və etibarlılıq üçün kifayət qədər zəmanət verən müəyyən davranış, rəftar və əməlləri tövsiyə və təkid edir.
    ÜSULİDDİN VƏ FÜRUİDDİN
    Din sözünün terminoloji məhfumu barəsində verilən izahdan aydın olur ki, hər bir din ən azı iki hissədən təşkil olunur:
    1. Onun əsasını və kökünü təşkil edən əqidə, yaxud əqidələr.
    2. Bu əqidəvi əsaslara uyğun olan əməli göstərişlər.
    Deməli, hər bir dində əqidə bölməsinin üsuliddin (dinin kökləri), onun əməli hökmlərinin isə füruiddin (dinin budaqları) adlandırılması tamamilə düzgündür. İslam alimləri də islam əqidəsi və əhkamı barədə məhz bu iki termini işlətmişlər.
    DÜNYAGÖRÜŞ VƏ İDEOLOGİYA
    Dünyagörüş və ideologiya kəlmələri bir-birinə yaxın olan mənaları daşıyır. Dünyagörüşü "insan və aləm, ümumiyyətlə varlıq aləmi barəsində bir-biri ilə uyğun olan ümumi nəzərlər və etiqadlar silsiləsi”dən ibarətdir. İdeologiya barəsində isə bunu demək olar ki, o, "insanın rəftarları ilə mütənasib olan ümumi rəylər silsiləsidir.”
    Bu iki mənanı nəzərə alaraq hər dinin üsuli və əqidəvi sistemini həmin dinin dünyagörüşü, onun əməli hökmlərinin ümumi sistemini isə onun ideologiyası hesab etmək və onları dinin üsul və fürusuna tətbiq etmək olar. Amma nəzərə almaq lazımdır ki, dünyagörüş istilahı cüzi etiqadlara şamil olmadığı kimi, ideologiya istilahı da cüzi hökmlərə şamil edilmir.
    Bunu da qeyd edək ki, bəzən ideologiya kəlməsi daha ümumi mənada işlənərək dünyagörüşə də aid edilir.(Dünyagörüş və ideologiya barəsində daha artıq məlumat əldə etmək üçün birinci dərsin "tətbiqi ideologiya” bölməsinə baxa bilərsiniz. )
    İLAHİ VƏ MADDİ (MATERİALİST) DÜNYAGÖRÜŞ
    Qədim zamanlardan insanlar arasında indiyə qədər müxtəlif növ dünyagörüşlər mövcud olmuşdur. Bunların hamısını təbiətin fövqündə olan varlıqların qəbul edilib edilməməsindən asılı olaraq iki ümumi qismə ayırmaq olar: İlahi dünyagörüş və materialist dünyagörüş.
    Maddi (materialist) dünyagörüş ardıcılları qədimdə təbiilər, dəhrilər, bəzən də zındıqlar və mülhidlər adlandırılırdı. Bizim dövrümüzdə isə maddilər və ya materialistlər adlandırılır.
    Materializmin müxtəlif qismləri vardır. Onların ən məşhuru bizim əsrimizdə olan marksizm ideologiyasının fəlsəfə bölməsini təşkil edən dialektik materializmdir.
    Bütün bunlardan aydın olur ki, "dünyagörüş” kəlməsi dini əqidələrdən daha geniş və ümumi bir məna kəsb edir. Çünki o həm ilahi, həm də materialist əqidələrə aid olur. "İdeologiya” kəlməsi də təkcə dini hökmlər məcmuəsinə məxsus deyildir.
    DİN, ASİMANİ DİNLƏR VƏ ONLARIN PRİNSİPLƏRİ
    Din tarixçiləri və sosioloqlar arasında müxtəlif dinlərin necə yaranması haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Amma islami mənbələrdən əldə olunanlara əsasən deməliyik ki, dinin yaranması insanın yaranması ilə eyni vaxtda təsadüf edir. İlk insan (Həzrət Adəm (ə)) Allahın peyğəmbəri, tövhid carçısı olmuş və yeganə Allaha pərəstiş etmişdir. Şirklə qarışmış dinlərin hamısı da şəxsi, yaxud ictimai qərəz və məqsədlərin onlara daxil edilməsi və təhriflər nəticəsində yaranmışdır.(Zalımların və padşahların razılığını cəlb etmək üçün bəzi asimani dinlərə artırılan təhriflərdən biri də budur ki, dinin çərçivəsini insanın Allahla olan rabitəsində və din hökmlərini xüsusi məzhəb mərasimlərinin yerinə yetirilməsi ilə xülasələndirirdilər. Xüsusilə siyasət və cəmiyyətin idarə işlərini dini vəzifələrdən kənar bir iş kimi təqdim edirdilər, halbuki hər bir asimani din bəşər övladının dünya və axirətdəki səadətə çatması üçün ehtiyac duyulan bütün məsələləri öz öhdəsinə alır və adi insanların əqli onları tanıyıb yoluna qoymaq üçün kifayət deyildir. (Bu mətləb öz yerində bəyan olunacaqdır). Mütəal Allah tərəfindən axırıncı olaraq məbus olan Peyğəmbər (s) insanların dünyanın axırına qədər ehtiyac duyacağı məsələlərə və maarifə malik olmalıdır. Buna görə də islam təlimlərinin mühüm bir qismi ictimai, iqtisadi və siyasi məsələlərlə əlaqədardır. )Həqiqi və asimani din hesab olunan tövhid dinində isə üç müştərək və ümumi prinsip vardır:
    1. Yeganə Allahın varlığına etiqad bəsləmək.
    2. Hər bir insan üçün axirət aləmində əbədi həyatın varlığına bu dünyada yerinə yetirilən əməllərə görə o dünyada cəza və ya mükafat veriləcəyinə inanmaq.
    3. Bəşəriyyəti son kamala, yəni dünya və axirət səadətinə hidayət etmək üçün Allah tərəfindən peyğəmbərlər göndərilməsinə inanmaq.
    Bu üç prinsip həqiqətdə hər bir agah insan üçün aşağıda yaranan sualların cavabıdır: "Varlığın mənşəyi nədir?”, "Həyatın sonu nədən ibarətdir?”, "Ən yaxşı yaşayış proqramını necə əldə etmək olar?”.
    Vəhy vasitəsilə zəmanət verilən yoldan ibarət proqramlar məcmusu, elə ilahi dünyagörüşdən irəli gələn dini ideologiyadan ibarətdir.
    Əqaidin əsaslarını müxtəlif təsir, nəticə və təfsilləri vardır ki, bunlar məcmu halında dinin əqidə sistemini təşkil edir. Bu kimi etiqadlarda olan ixtilaflar müxtəlif dinlərin, firqələrin və məzhəblərin yaranmasına səbəb olmuşdur. Eləcə də ilahi peyğəmbərlərin bəzilərinin nübüvvətində, mötəbər asimani kitabların təyin olunmasındakı fərqlər də yəhudi, məsihi və İslam dinləri arasında əsaslı ixtilafların nəticəsidir. Bunun da ardınca bəzi hallarda əqidə və əməllərdə etiqadın əsasları ilə uyğun olmayan digər ixtilaflar meydana gəlir. Məsələn, məsihiyyətdə üçlüyə (Müqəddəs Ata, Oğul və Ruhul-qüds) olan etiqad tövhid prinsipi ilə uyğun gəlmir. Halbuki, məsihilər bu barədə özlərinə bəraət qazandırmaq istəyirlər. Eləcə də Peyğəmbərin canişinin Allah tərəfindənmi, yoxsa camaat tərəfindən təyin olunması ilə əlaqədar yaranan ixtilaf İslam dinində sünnü və şiələrin arasında əsaslı ixtilafa səbəb olmuşdur.
    Belə nəticə alınır ki, tövhid, nübüvvət və məad bütün asimani dinlərdə əsas etiqadlardır, lakin onların təhlil olunmasından, yaxud təfərrüatından yaranan başqa etiqadları xüsusi terminlərə uyğun olaraq əsl əqaidin bir hissəsi hesab etmək olar. Məsələn, Allahın varlığına etiqadı İslam əqaidinin bir əsli, Onun vahid olmasına olan etiqadı isə bu əqaidin ikinci bir əsli, yaxud həzrət Peyğəmbəri-Əkrəmin (s) nübüvvətinə olan etiqadı bunun digər bir əsli saymaq olar.
    Şiə alimlərindən bəziləri tövhidin etiqadının şöbələrindən biri olan ədaləti müstəqil bir prinsip, nübüvvətin davamı olan imaməti isə digər bir prinsip hesab etmişlər. Həqiqətdə "əsil” kəlməsinin termin kimi bu kimi etiqadlarda işlənməsi əsas şərtlərdən hesab olunmuşdur və bu barədə münaqişəyə yer yoxdur.
    Deməli, üsuliddin kəlməsini ümumi və xüsusi olaraq iki mənada işlətmək olar. Ümumi mənada bu füruidinin və İslam hökmlərinin müqabilində dayanır və bütün mötəbər etiqadlara da şamildir. Xüsusi mənada isə ən əsaslı etiqadlara məxsusdur. Bütün asimani dinlər arasında müştərək olan tövhid, nübüvvət və məad kimi bəzi etiqadları mütləq şəkildə üsuliddin, onlara bir və ya bir neçə digər prinsipi əlavə etməklə bu etiqadları xüsusi üsuliddin, yaxud ayrıca şəkildə xüsusi bir firqə ya məzhəbə aid olan bir neçə etiqadı da bu etiqadlara artırmaqla onları din və məzhəb prinsipləri, yaxud da bir məzhəbin etiqad üsulları hesab etmək olar.
    SUALLAR
    1. Dinin lüğəti və terminoloji məfhumunu bəyan edin.
    2. Dünyagörüş və ideologiyanın tərifini deyin və onlar arasındakı fərqi bəyan edin.
    3. Dünyagörüşün iki ümumi növünü izah edin.
    4. Üsuliddinin ümumi və xüsusi olaraq iki mənasını şərh edin.
    5. Bütün asimani dinlər arasında müştərək olan prinsiplər hansıdır? Onların əhəmiyyəti nədən ibarətdir?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 1162 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024