İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:36 PM
    İKİNCİ DƏRS
    DİN BARƏDƏ TƏHQİQAT
    –Təhqiqatın məqsədi
    –Din barədə axtarış aparmağın əhəmiyyəti
    –Bir şübhənin həlli
    TƏHQİQATDAN MƏQSƏD
    İnsanın ruhi və psixoloji xüsusiyyətlərindən biri də real gerçəkliklər və həqiqətlər barədə mərifət kəsb etməyə olan fitri və instinktik meyldir. Bu meyl hər insanın uşaqlıq dövründən etibarən zahir olur və ömrünün axırına qədər davam edir. Bəzən fitri olan və axtarışçılıq hissi adlandırılan həqiqətaxtarma insanı din çərçivəsində irəli sürülən məsələlər barədə təfəkkür etməyə və dinlə bağlı mərifət kəsb etməyə vadar edir. İnsan həm də bu fitri hiss ilə aşağıdakı suallara cavab tapmaq istəyir: Hiss üzvləri ilə hiss olunmayan qeyri-maddi varlıq mövcuddurmu? Mövcud olduğu təqdirdə qeyb aləmi ilə maddi və hiss olunan dünya arasında bir əlaqə varmı? Bu əlaqənin varlığını fərz etdikdə maddi dünyanı yaradan, özü isə zahirdə hiss olunmayan bir varlıq varmı? İnsanın varlığı onun maddi bədəni ilə, həyatı da dünyəvi həyatı ilə xülasələnirmi, yoxsa başqa bir həyat da vardır? Başqa bir həyatın varlığı fərz olunduqda dünya və axirət arasında bir bağlılıq varmı? Bu əlaqənin mövcud olduğunu qəbul etdikdə hansı növ dünya hadisələri axirət işlərində təsirlidir? Həyatın düzgün proqramı barədə məlumat kəsb etmək üçün bir yol varmı? Hər iki dünyada insanın səadətini təmin edən bir proqram varmı? O proqram hansıdır?
    Deməli, insanın həqiqət axtaran qərizəsi (instinkti) insanı bütün məsələlərin, o cümlədən dini məsələlərin araşdırılmasına və haqq din barədə mərifət kəsb etməyə sövq edən ilk amildir.
    İnsanın həqiqətlər haqqında mərifət əldə etməsinə olan rəğbətini gücləndirən digər amil də bundan ibarətdir ki, hər biri bir, yaxud bir neçə başqa fitri meylə (həqiqətlərə yol tapmaq meylindən başqa) aid olan digər istəklərinə nail olmaqdan ötrü insan xüsusi mərifət kəsb etməlidir. Necə ki, müxtəlif maddi və dünyəvi nemətlərdən bəhrələnmək üçün elmi səylər tələb edilir. Təcrübi elmlərin inkişafı insanın öz istəklərinə nail olmasında çox böyük rol oynayır. Halbuki din də insanın mənafe, məsləhət və istəklərinin təmin olunmasına kömək edərək ziyanların, xətərlərin, təhlükələrin qarşısını alar və onun üçün istənilən səviyyədə ola bilər. Mənfəəti kəsb edib ziyandan uzaqlaşmaq qərizəsi din haqqında təhqiqat aparmaqdan ötrü digər bir amil sayılır.
    Lakin məlumat əldə ediləsi şeylərin həcminin böyüklüyünə, bütün həqiqətlər barədə mərifət kəsb etmək üçün kifayət qədər şəraitin olmamasına diqqət yetirməklə insanın elə məsələlərlə bağlı tədqiqat aparmağı mümkündür ki, onların həll olunması daha asan, nəticələri daha çox nəzərəçarpan və ona nail olmaq çox asan olsun. Məhz buna görə də dini məsələlərin xüsusi və mühüm əhəmiyyətə malik olduğunu araşdırmalıyıq. Hətta, demək olar ki, heç bir məsələnin dəyəri bu mövzular ətrafında aparılan təhqiq və araşdırılmanın dəyərindən az deyil.
    Qeyd etmək lazımdır ki, bəzi psixoloqlar(Maraqlananlar "Məzhəb hissi”, "İnsan tanınmamış mövcuddur”, "Din və psixika” kitablarına müraciət etsinlər. (Fars dilində) ) Allaha pərəstişin ümumiyyətlə müstəqil fitri bir istək olduğunu deyib onun mənşəyini dini hiss adlandırır, onu da axtarış aparmaq, yaxşılıq etmək və gözəllik hissləri ilə yanaşı qeyd edir və insan ruhunun dördüncü yönünü təşkil etdiyini qeyd edirlər.
    Onlar arxeoloji qazıntılara və tarixi şahidlərə istinad edərək xatırladırlar ki, Allaha pərəstiş insanların arasında müxtəlif formalarda hər dövrdə mövcud olmuşdur. Allaha pərəstişin hər dövrdə bütün insanlar arasında mövcud olması da onun fitri bir hiss olmasını göstərir.
    Əlbəttə, fitri yönəlmənin ümumi mənası həmişə və bütün fərdlərdə fəal olması və insanı agahlıq üzündən öz istədiyinə tərəf sövq etməsi deyildir. Əksinə onun mühit amillərinin və düzgün olmayan tərbiyənin təsiri altına düşərək fəaliyyətdən dayanması, yaxud özünün düzgün yolundan çıxması da mümkündür. Belə ki, digər qərizələrdə də bu kimi qafillik və inhiraflar müəyyən qədər müşahidə olunur.
    Bu nəzəriyyəyə əsasən, din barəsində tədqiqat müstəqil fitri bir məqsədə, stimula malikdir, onun dəlil-bürhan yolu ilə isbat olunmasına heç bir zərurət yoxdur.
    Qeyd olunanları dinin fitri olmasına dəlalət edən Quran ayələri və rəvayətlərdən də müəyyən qədər isbat etmək olar. Lakin bu fitri meylin təsirinin agahlıq üzündən olmaması və bəzi şəxslərin mübahisə məqamında belə meylin özlərində mövcud olduğunu inkar etmələri mümkün olduğundan biz bu bəyanla kifayətlənmir və dinlə bağlı təhqiqatın əhəmiyyətini əqli yollarla isbat edirik.
    DİNLƏ BAĞLI TƏDQİQAT APARMAĞIN ƏHƏMİYYƏTİ
    Aydın oldu ki, bir tərəfdən həqiqətlər barəsində mərifət kəsb etməyə olan fitri meyl, digər tərəfdən isə insanın mənfəət və məsləhətini kəsb edib ziyan və təhlükələrdən amanda olması ilə əlaqədar təfəkkür etməsi onu elm və dünyagörüş əldə etməyə vadar edən güclü bir amildir. Deməli, bir şəxs "filan tarixdə görkəmli şəxsiyyətlərdən bir qrupu bəşərin hidayəti və hər iki dünyada xoşbəxtliyə çatması üçün yol göstərmək məqsədilə Allah tərəfindən seçilmiş və öz sözlərini çatdırıb bəşəriyyəti hidayət etməkdə heç bir səydən çəkinməmiş, hər növ çətinlik və əzab-əziyyətə dözərək hətta öz canlarını da bu hədəf yolunda fəda etmişlər” kimi sözləri eşidib agah olsa, din barəsində qeyd olunan məqsədlərlə tədqiqat aparmaq fikrinə düşür ki, peyğəmbərlərin iddialarının düzgün və kifayət qədər məntiqi dəlillərə malik olub-olmadığını öyrənsin. Xüsusilə, onların əbədi nemət və səadətlə müjdələyən, əbədi əzab və bədbəxtçiliklə qorxudan dəvətləri barədə məlumat əldə etsə daha artıq təhqiqat aparmaq fikrinə düşər. Çünki onların dəvətini qəbul etmək ehtimal verilən sonsuz mənfəətlərə nail olmaq, onlarla müxalifət etmək isə ehtimal verilən sonsuz zərərlərə düşməkdən ibarətdir. Belə bir şəxs özünün din barədə qafil olub bu işə laqeyd yanaşmasına, onun haqqında tədqiqat aparmamasına dair hansı bir bəhanə gətirə bilər?!
    Bəli, bəzilərinin tənbəllik və etinasızlıq üzündən tədqiqat aparmaq üçün özlərini zəhmətə salmaq istəməməsi, yaxud dinin qəbul edilməsində müxtəlif məhdudiyyətlər olduğunu və onları ürəkləri istəyən bəzi işlərdən saxladıqları üçün din barəsində tədqiqat aparmaqdan imtina edə bilmələri mümkündür.("Qiyamət” surəsi, ayə 5. ) Amma belə şəxslər bu kimi tənbəlliyin və etinasızlığın ağır və acınacaqlı aqibətinə dözməli, nəhayət əbədi əzabı və bədbəxtçiliyi qəbul etməlidirlər.
    Belə şəxslərin vəziyyəti acı dərmanı qəbul etməkdən qorxaraq həkimin yanına getməyən və qəti ölümə razı olan nadan xəstə uşağın vəziyyətindən qat-qat ağırdır. Çünki belə uşağın əqli özünün fayda və ziyanını ayırd etmək üçün kifayət qədər inkişaf etməmişdir. Həkimin göstərişləri ilə müxalifət etməsinin zərəri də dünya həyatındakı bir neçə günlük həyatdan məhrum olmaqdan başqa bir şey deyildir. Lakin həddi-büluğa çatmış və agah olan insan özünün fayda və ziyanı haqqında fikirləşərək ötəri ləzzətləri əbədi əzabla müqayisə etmək qüdrətinə malikdir.
    Buna görə də Qurani-kərim qəflətdə olan belə şəxsləri heyvanlardan da alçaq səviyyəli olduğunu bildirərək buyurur:
    "Onlar heyvan kimidirlər, hətta yolunu onlardan da çox azmışlar. Qafil olanlar da məhz onlardır.” ()Əraf” surəsi, ayə 179. )
    Başqa bir ayədə onlar canlıların ən pisi kimi təqdim edilərək buyurulur:
    "Həqiqətən, Allah dərgahında canlıların ən pisi həqiqəti dərk etməyən karlar və lallardır.” ("Ənfal” surəsi, ayə 22. )
    BİR ŞÜBHƏNİN HƏLLİ
    Bəziləri bəhanə gətirib deyə bilərlər ki, bir məsələni həll etmək üçün göstərilən səylər o zaman bəyənilər ki, insan onun həll yollarını tapmağa ümidvar olsun. Lakin biz din və onunla əlaqədar məsələlər barədə düşünməyin nəticə verəcəyinə o qədər də ümidvar deyilik. Buna görə də vaxt və qüvvəmizi nəticələrinə daha artıq ümidvar olduğumuz işlərə sərf etməyimiz daha ağlabatan işdir. Belə şəxslərə demək lazımdır ki: Əvvəla, dinin əsas məsələlərinin həll olunmasına ümid heç bir vəch ilə digər elmi məsələlərdən az deyildir və bildiyimiz kimi elmi məsələlərdən çoxunun həll olunması alimlərin apardıqları uzun fəaliyyətlər və səylərin nəticəsində müyəssər olmuşdur.
    İkincisi, ehtimalın dəyəri yalnız ehtimalın miqdarına tabe deyil, əksinə ehtimal olunan şeyin də miqdarını nəzərə almaq lazımdır. Məsələn, bir işin fayda və qazancının ehtimalı beş faiz, başqa birininki isə on faiz olsa, lakin birinci işdə ehtimal verilən qazancın miqdarı min manat, ikinci işdə isə yüz manat olsa, birinci iş ikinci işdən beş mərtəbə yuxarıdadır. Halbuki onun miqdarının (beş faiz) ehtimalı ikinci işdə olan ehtimalın miqdarının (on faiz) yarısına bərabərdir.
    Dinlə bağlı axtarış aparmaq barədə olan ehtimal mənfəəti sonsuz olduğundan ondan qəti nəticələr əldə etmək ehtimalı nə qədər zəif olsa da, o yolda çalışmağın dəyəri yenə də yetərli nəticəyə malik olmayan hər hansı bir işdə səy göstərib çalışmağın dəyərindən qat-qat artıqdır. Dinlə bağlı tədqiqatı tərk etmək əqlən o zaman üzrlü sayılır ki, insan dinin düzgün olmamasına, yaxud onun hər hansı məsələni həll etməyə qadir olmadığına tam əmin olsun. Amma, görəsən, belə bir inam haradan əldə oluna bilər?
    SUALLAR
    1. İnsanın həqiqətləri tanımaqda məqsədi nədir?
    2. Nə üçün insanlar bütün həqiqətlər barədə tədqiqat aparmır?
    3. «Dini hiss» ifadəsindən məqsəd nədir? Onun varlığına hansı dəlil gətirmişlər?
    4. Dini prinsiplər (üsuliddin) barədə tədqiqat aparmağın zərurətini bəyan edin.
    5. Dini məsələlərin qəti həllinə ümid bəsləməmək bu barədə tədqiqatın tərk olunmasına bəhanə ola bilərmi? Niyə?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 713 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024