İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:35 PM
    ÜÇÜNCÜ DƏRS
    YAŞAMAQ İNSAN ÜÇÜN ŞƏRTDİR!
    –Müqəddimə.
    –İnsan kamillik dalıncadır?
    –Əqlə tabe olmaq insan kamilliyinin göstəricisidir.
    –Əqli surətdə olan fəaliyyət nəzəri mənbəyə əsaslanır.
    –Nəticə.
    MÜQƏDDİMƏ
    Keçən dərsdə din barədə təhqiqat aparılmasının və haqq dini tanımaq üçün səy göstərmək zərurətinin insanın fitri olan mənfəət əldə edib ziyandan qaçmaq istəyinə əsaslandığını sadə yolla sübut etdik.(Qeyd olunan dəlil bundan ibarətdir: Əgər mənfəət əldə etmək və ziyandan qaçmaq insanın fitri istəyidirsə, o zaman sonsuz mənfəət qazanmaq və sonsuz zərərlərdən amanda qalmağa doğru səhih bir yol göstərməsini iddia edən bir din barəsində tədqiqat aparmaq zəruridir. Mənfəətə çatıb zərərdən amanda olmaq da insanın fitri istəyi olduğu üçün belə bir din barəsində tədqiqat aparmaq zəruridir. Qeyd olunan bu əqli dəlil şüurlu fəaliyyət barəsində olan xüsusi məntiqi təhlil əsasındadır. Əgər insani kamala çatmaq fitri bir istəkdirsə, ruhun təkamülü üçün mühüm şərtdən ibarət olan dünyagörüş prinsiplərini tanımaq da zəruri olacaqdır. Kamala çatmaq fitri bir istəkdir, deməli, həmin prinsipləri tanımaq zəruridir. ) Belə bir istəyi hər kəs öz daxilində müşahidə edə bilər. Başqa sözlə desək, insanın fitrətində heç vaxt xətaya yol verməyən elmi-hüzuri (heç bir yardımçı vasitənin köməyi olmadan insanın daxilində olan biliklər məcmusu) adlanan daxili hiss vardır.
    Bu dərsdə isə həmin mətləbi daha dəqiq məsələlər əsasında qurulan başqa bir yolla isbat etmək istəyirik. Onun nəticəsi bundan ibarətdir ki, əgər bir şəxs din barəsində düşünməsə, səhih dünyagörüşə və ideologiyaya inanmasa, heç vaxt insani kamilliyə çatmayacaqdır və ümumiyyətlə, onu həqiqi insan hesab etmək olmaz. Başqa sözlə desək, insan kimi yaşamağın şərti düzgün dünyagörüşə və ideologiyaya malik olmaqdır. Bu dəlil üç müddəaya əsaslanır:
    1-İnsan kamillik axtaran bir varlıqdır.
    2-İnsani kamillik əqlin hökmündən qaynaqlanan şüurlu davranış sayəsində hasil olur.
    3-Əqli fəaliyyət xüsusi nəzəri mərifət sayəsində formalaşır ki, bu da dünyagörüşün üç əsas prinsipindən ibarətdir. 1) Varlığın mənşəyini tanımaq (tövhid). 2) Həyatın sonu (məad). 3) İnsanı səadətə çatdıran proqramları ona göstərməkdən ötrü zəmanət verilmiş vasitə (nübüvvət). Başqa sözlə desək, varlıq aləmilə tanışlıq, insanla tanışlıq, yolla tanışlıq.
    İndi isə bu üç müddəanı araşdırırıq.
    İNSAN KAMİLLİK AXTARAN BİR VARLIQDIR
    Hər kəs özünün ruhi meyllərinə və batini məqsədlərinə diqqət yetirib onlar barədə bir qədər fikirləşsə, onların çoxunun təkamülə meyilli olduğunu görəcəkdir. Ümumiyyətlə, heç kəs öz varlığında hər hansı bir çatışmazlığın olmasını istəməz. O daim çalışar ki, mümkün qədər hər növ çatışmazlığı, eyb və nöqsanı özündən uzaqlaşdırsın ki, istənilən təkamülə çata bilsin. Nöqsanlı halları və çatışmazlıqları aradan qaldırmaqdan qabaq onu başqalarından gizlədir.
    Bu meyl, özünün fitri yolunda cərəyan etdiyi təqdirdə insanın hər növ – həm maddi, həm də mənəvi təkamül və tərəqqisinin amili olmalıdır. Əgər insan müəyyən səbəb və şəraitlər nəticəsində düzgün olmayan yola düşsə riyakarlıq, təkəbbürlük və s. kimi rəzil sifətlərin özünü büruzə verməsinə səbəb olacaqdır.
    Bir sözlə desək, təkamülə olan meyl insan ruhunun dərinliklərində olan güclü fitri bir amildir ki, əksər hallarda o, agahlıq ilə yanaşı diqqət mərkəzində olur, lakin azacıq diqqət yetirməklə onların hamısının əsasının "kamillik axtarmaq” olduğu məlum olur.
    İNSANIN KAMİLLİYƏ ÇATMASI ƏQLİNƏ TABE OLMAQLA MÜMKÜNDÜR
    Bitkilərin inkişaf edib təkamülə çatmaları xarici səbəb və şəraitlərin varlığına bağlı olub icbari xarakter daşıyır. Heç bir ağac öz ixtiyarı ilə inkişaf etmir və öz istəyi ilə meyvə vermir. Çünki onun şüur və iradəsi yoxdur.
    Canlıların təkamülündə də az-çox iradə və seçim görmək olar. Amma bu iradə kor-koranə heyvani qərizədən qaynaqlanmaqla yanaşı, çox məhdud və təbii ehtiyaclar səviyyəsində olub heyvani hisslər və instinktlə məhdudlaşır.
    Amma insan heyvanların və bitkilərin xüsusiyyətlərindən əlavə iki ruhi fərqə da malikdir. Əvvəla, onun fitri istəkləri təbii ehtiyaclarla hüdudlanmır, digər tərəfdən də əql qüvvəsinə malikdir ki, onun vasitəsilə məlumatlar dairəsini sonsuzluğa tərəf genişləndirə bilər. Məhz bu xüsusiyyətlər əsasında onun iradəsinin həddi-hüdudu təbiətin məhdud sərhədlərini aşır və sonsuzluğa doğru meyl edir.
    Bitkinin təkamülünün xüsusi nəbati qüvvədən, heyvanın isə qərizə və hissi idraklardan qaynaqlanan iradə sayəsində olduğu kimi insanın xüsusi təkamülü də (onun ruhi təkamülü) agahlıq üzündən olan iradə, eləcə də istənilən və bəyənilən şeyin müxtəlif mərtəbələrini tanıyan və bir-biri ilə müqayisə etdikdə onların ən yaxşısına üstünlük verən əqlin yol göstərməsi sayəsində hasil olur.
    Buna əsasən, o rəftar məhz insana məxsusdur ki, həmin rəftarı insana məxsus olan meyllərdən qaynaqlanan iradə və əqlin himayəsi altında baş vermiş olur. Heyvani məqsədlərlə yerinə yetirilən rəftarlar heyvani, eləcə də mexaniki qüvvələrin təsirindən insan bədənində vücuda gələn hərəkətlər isə sadəcə olaraq, fiziki hərəkətlər olacaqdır.
    ƏQLİ FƏALİYYƏT NƏZƏRİ ƏSASLARA EHTİYACLIDIR
    İxtiyar üzündən olan rəftar lazımi nəticəyə çatmaq üçün bir vasitədir. Həmin rəftarın dəyəri onun nəticəsinin və onun nəzərdə tutulan hədəfinin nə dərəcədə əhəmiyyətli olmasına bağlıdır. Bu ruhun təkamülündə təsir qoyur. Belə ki, əgər hər hansı rəftar bir müəyyən ruhi kamilliyin əldən verilməsinə səbəb olsa, mənfi dəyərə malik olacaqdır.
    Deməli, əql ixtiyari rəftarlar barəsində o zaman mühakimə yürüdüb onları dəyərləndirə bilər ki, insan kamillikdən və onun mərtəbələrindən agah olsun, insanın necə bir varlıq olduğunu, onun həyat dairəsinin şüalarının hara qədər gedib çatdığını və kamilliyin hansı dərəcəsinə çata biləcəyini başa düşə bilsin. Başqa sözlə desək, onun vücudunun hansı imkanlara malik olduğunu və onun yaradılışında hədəfin nə olduğunu bilsin.
    Buna əsasən düzgün ideologiyanın, yəni şüurlu davranışa hakim kəsilən dəyər sisteminin müəyyən olunması düzgün dünyagörüşə malik olmağa və onun məsələlərini həll etməyə bağlıdır. Bu məsələləri həll etməyincə rəftarların dəyəri barəsində qəti mühakimə yürütmək olmaz. Eləcə də hədəf məlum olunmayınca ona tərəf gedən yolun müəyyən olunması da mümkün deyildir. Deməli, dünyagörüşün əsas məsələlərini təşkil edən bu nəzəri mərifətlər həqiqətdə əqli fəaliyyətin və dəyər sisteminin əsasını, bünövrəsini təşkil edir.
    NƏTİCƏ
    Bu müqəddimələrə diqqət yetirməklə dinlə bağlı axtarış aparmaq, düzgün ideologiya və dünyagörüş əldə etmək üçün səy göstərməyin zəruri olmasını belə isbat edirik:
    İnsan fitri olaraq özünün insani kamalını axtarır və müəyyən işləri yerinə yetirməklə həqiqi kamilliyə çatmaq istəyir. Amma hansı işlərin onu öz istədiyi hədəfinə yaxınlaşdırdığını bilməsi üçün ilk növbədə özünün son kamilliyini tanımalıdır. Onu tanıması isə öz vücudunun həqiqəti, onun mənşəyi və sonu haqqında mərifət kəsb etməsinə bağlıdır. Sonra kamalının müxtəlif mərtəbələrini və eləcə də müxtəlif əməllər arasında müsbət, yaxud mənfi rabitəni ayırd etməlidir ki, özünün insani təkamülü üçün düzgün olan yolu tapa bilsin. Bu nəzəri mərifətləri (dünyagörüş prinsiplərini) əldə etməyincə düzgün rəftar sistemini (ideologiyanı) qəbul edə bilməz.
    Deməli, düzgün ideologiyaya və dünyagörüşə malik olan haqq din barədə mərifət kəsb etmək üçün çalışmaq zəruridir və bu iş olmadan insani kamilliyə çatmaq olmaz. Eləcə də şüurlu fəaliyyət belə nəzəriyyə və dəyərlərdən qaynaqlanmasa o, insani rəftar olmayacaqdır. Haqq din barədə mərifət kəsb etmək əzmində olmayanlar, yaxud onu tanıdıqdan sonra inadkarlıq edərək küfr yolunu seçənlər, həmçinin, özlərini yalnız ötəri maddi ləzzətlər və heyvani istəklərlə qane edənlər həqiqətdə heyvandırlar. Belə ki Qurani-kərim buyurur:
    "Kafirlər (dünyada) səfa sürər, heyvan kimi yeyib içərlər.” ("Məhəmməd” surəsi, ayə 12. )
    Öz insani istedadlarını puç etdiklərinə görə dərdli cəzalara mübtəla olacaqlar:
    "Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib-içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər.” ("Hicr” surəsi, ayə 3. )
    SUALLAR
    1. Dinlə bağlı tədqiqat aparmağın zərurətinə dair ikinci dəlilin hansı məsələləri vardır?
    2. İnsanın kamillikaxtarma hissini bəyan edin.
    3. İnsanın əsas xüsusiyyətləri hansılardır?
    4. Bu xüsusiyyətlərlə insanın həqiqi təkamülü arasında hansı əlaqə vardır?
    5. İdeologiya hansı dünyagörüşə əsaslanır?
    6. İkinci dəlilin məntiqi yolunu bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 654 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024