İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:34 PM
    DÖRDÜNCÜ DƏRS
    ƏSASLI MƏSƏLƏLƏRİN HƏLLİ YOLU
    –Müqəddimə
    –Tanışlıq yolları
    –Dünyagörüşün növləri
    –Tənqidlər və araşdırmalar
    –Nəticə
    MÜQƏDDİMƏ
    İnsan dünyagörüşün əsaslı məsələlərini həll etmək və haqq dinin əqidə prinsipləri ilə tanışolma məqamına gəldiyi vaxt ilk növbədə bu suallarla qarşılaşır: Bu məsələləri hansı yolla həll etməlidir? Səhih və əsaslı nəzəriyyəni hansı yolla əldə etmək lazımdır və ümumiyyətlə, tanışlıq üçün hansı yollar mövcuddur? Tanışlıq əldə etmək üçün bu yollardan hansını seçməlidir?
    Bu mətləblərin ətraflı və peşəkar səviyyədə araşdırılması fəlsəfənin mərifətşünaslıq (epistimologiya) bölməsinin öhdəsinə düşür. O, insan tanışlığının (mərifətinin) müxtəlif növlərini araşdırıb müəyyən edir. Bu kitabda onların hamısının araşdırılması bizi öz hədəfimizdən yayındırar. Buna görə də ehtiyac duyulan mətləblərdən bəzilərini qeyd etməklə kifayətlənir və bu barədə ətraflı tədqiqat aparmağı oxucuların özünə həvalə edirik.(Əlavə məlumat almaq üçün "Amuzeşi fəlsəfə” kitabına və "Pastari əz əngarhayi ideolojik” kitabının "Şenaxt” məqaləsinə və "İdeolojiye tətbiqi” kitabının 5-16-cı dərslərinə müraciət edin. )
    MƏRİFƏTİN (TANIŞLIĞIN) NÖVLƏRİ
    İnsan mərifətini dörd növə bölmək olar:
    1.Elmi və təcrübi mərifət. Bu cür tanışlıq hiss orqanlarının köməyi ilə əldə olunur. Lakin hiss orqanları ilə yanaşı bu tanışlıqda əqlin də özünəməxsus rolu var. Təcrübi mərifət fizika, kimya və s. kimi elmlərdə istifadə olunur.
    2.Əqli mərifət. Bu cür mərifət fəlsəfi məfhumlar vasitəsilə formalaşır və onun əldə olunmasında əsas rolu əql ifa edir. Amma bəzi hallarda deduksiyadan da istifadə olunması mümkündür. Bu mərifətin hüdudunu məntiq, fəlsəfi və riyazi elmlər təşkil edir.
    3.Təəbbüdi mərifət. Bu ikincilik (sanəvi) yönünə malikdir və etimad olunan mənbəyin ilkin mərifəti əsasında olub və müxbiri-sadiqin (doğruçu, sadiq xəbərverənin) verdiyi xəbər vasitəsilə əldə olunur. Din ardıcıllarının dini rəhbərlərin sözləri əsasında qəbul etdikləri, bəzən də hiss və təcrübədən qaynaqlanan etiqadlardan qat-qat güclü olan etiqadi mətləblər bu qəbildəndir.
    4.Şühudi mərifət. Bu növ mərifət yuxarıda qeyd olunan növlərin əksinə olaraq zehni məfhumların və surətlərin vasitəçiliyi olmadan və heç bir xəta və səhvə yol verilmədən birbaşa məlumun eyni zatına aid olur. Amma öz yerində izah ediləcəsi kimi irfani və şühudi mərifət adlanan bu şey həqiqətdə müşahidə olunan şeylər barəsində zehni bir mülahizədir. Səhvə və xətaya düşməsi mümkündür.(Amuzeşi fəlsəfə” kitabının 13-cü dərsinə müraciət olunsun. )
    DÜNYAGÖRÜŞÜN NÖVLƏRİ
    Mərifət barəsində qeyd olunan təsnifata əsasən dünyagörüşü də aşağıdakı növlərə bölmək olar:
    1.Elmi dünyagörüş. Yəni, insan təcrübi elmlərin nailiyyətləri əsasında varlıq aləmi barəsində ümumi bir nəzər əldə etmiş olur.
    2.Fəlsəfi dünyagörüş. Bu da əqlin səylər və elmi dəlillər vasitəsi ilə əldə etdiyi nəzəriyyəyə əsaslanır.
    3.Dini dünyagörüş. Bu, din rəhbərlərinə iman gətirmək, onların sözlərini qəbul etməklə hasil olur.
    4.İrfani dünyagörüş. Bu da kəşf, müşahidə və işraq yolu ilə hasil olur.
    İndi bu dörd yolun hər birinin dünyagörüşün əsaslı məsələlərini həll edib-etməməsi və bu dörd yolun bir-birindən üstün olub-olmaması məsələsini araşdıraq.
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Maddi və təbii varlıqlar və hadisələr çərçivəsində məhdud olan hissi və təcrübi mərifətə diqqət yetirməklə aydın olur ki, dünyagörüş prinsiplərini və onunla əlaqədar məsələləri təkcə təcrübi elmin nailiyyətləri əsasında tanıyıb həll etmək olmaz. Çünki bu kimi məsələlər təcrübi elmlərin hüdudları xaricindədir və heç bir təcrübi elm onların isbat və ya inkar olunması barəsində söz deməmişdir. Məsələn, Allahın varlığını laboratoriyalarda aparılan analiz və tədqiqatlar vasitəsilə isbat etmək, yaxud (nəuzu billah) inkar etmək olmaz. Çünki hissi təcrübə o qədər məhduddur ki, heç vaxt təbiətin fövqündə olan şeylərə yol tapa və maddi varlıqların və hadisələrin hüdudlarından xaricdə heç bir şeyi isbat, yaxud inkar edə bilməz.
    Deməli, (əvvəldə qeyd olunan) elmi və təcrübi dünyagörüş ilğımdan başqa bir şey deyildir və onu tam mənada dünyagörüş adlandırmaq olmaz. Onu təkcə maddi aləmlə tanışlıq hesab etmək olar və bu cür mərifət dünyagörüşün əsaslı məsələlərinə cavab verə bilməz.
    Amma təəbbüdi yollarla əldə olunan mərifət, qeyd olunduğu kimi, ikinci dərəcəli yönə malikdir və bu mərifət onun bir və ya bir neçə mənbəyinin etibarlı olmasının sübut olunmasından sonra gəlir. Yəni ilk növbədə bir şəxsin peyğəmbərliyi isbat olunmalıdır ki, onun sözləri mötəbər sayılsın. Bundan da əvvəl peyğəmbəri göndərənin, yəni Mütəal Allahın varlığı isbat olunmalıdır. Aydındır ki, peyğəmbəri göndərinin varlığını peyğəmbərə və həmçinin, peyğəmbərin peyğəmbərliyini onun sözlərinə istinad edərək isbat etmək olmaz. Məsələn, heç vaxt "Quran Allahın varlığı barədə bizə xəbər verdiyinə görə Onun varlığı bizim üçün isbat olunub” deyə bilmərik. Əlbəttə, Allahın vücudunun isbat olunmasından, İslam Peyğəmbəri (s) barədə mərifət kəsb edib onu tanıdıqdan və Quranın haqq olmasını bildikdən sonra füruiddini və digər əməli göstərişləri sadiq xəbərverənə və mötəbər mənbəyə istinadən qəbul etmək olar. Amma əsaslı məsələləri əvvəlcədən başqa bir yolla həll etmək lazımdır.
    Deməli, təəbbüdi yol da dünyagörüşün əsaslı məsələlərini həll etmək üçün yetərli deyildir.
    İrfani və işraqi üsluba gəldikdə isə çoxlu mülahizələr və məsələlər meydana gəlir:
    Əvvəla: Dünyagörüş zehni məfhumlardan təşkil olunan bir mərifətdir. Lakin şühudda (müşahidə olunan şeylərdə) zehni məfhumlara yer yoxdur. Deməli, zehni məfhumların şühuda istinad edilməsi bir növ məcazi məna daşıyır və onların mənşəyi mülahizə olunur.
    İkincisi: Müşahidə olunan şeylərin açıqlanması və onların məfhum və sözlər formasında bəyan edilməsi xüsusi zehni hazırlıq tələb edir ki, bu da əqli səylər və dərin fəlsəfi təhlillər olmadan mümkün deyildir. Belə hazırlığa malik olmayan şəxslər mütəşabih (oxşar) məfhumlar və sözlər işlədirlər ki, bu da inhirafa və azğınlığa düşməyin başlıca amilidir.
    Üçüncüsü: Çox hallarda həqiqi mənada müşahidə edilən şey onun xəyali inikası ilə, eləcə də zehnin onlar barədə etdiyi açıqlama ilə, hətta müşahidə edən şəxsin özü belə səhvə yol verə bilər.
    Dördüncüsü: Zehni açıqlanmanın dünyagörüş adlandırdığı həqiqətləri tapmaq uzun illər irfani seyr-süluk tələb edir. Əməli mərifət qəbilindən olan seyri-süluk üslubunu qəbul etməkdən qabaq dünyagörüşün əsaslı məsələləri və nəzəri əsasları mənimsənilməlidir. Deməli, seyri-süluka başlamazdan əvvəl bu məsələlər həll olunmalıdır, halbuki şühudi mərifət işin axırında hasil olur. Əsas etibarı ilə həqiqi irfan o kəslər üçün mümkün olur ki, Mütəal Allaha bəndəçilik yolunda sədaqətlə çalışsın. Belə səylər və çalışmalar da Mütəal Allahı, Ona bəndəçiliyi və itaət barəsində əvvəlcədən məlumat kəsb etməyi tələb edir.
    NƏTİCƏ
    Bu araşdırmadan belə nəticə alınır ki, dünyagörüşün əsaslı məsələlərini həll etmək üçün yol axtarmaq istəyən şəxsin qarşısında yeganə yol əql qüvvəsini işə salmaqdır. Buna görə də həqiqi dünyagörüşün fəlsəfi dünyagörüşdən ibarət olduğunu demək lazımdır.
    Əlbəttə, diqqət yetirmək lazımdır ki, həmin məsələlərin həlli yolunun əql yolundan ibarət olduğunu, dünyagörüşün fəlsəfi dünyagörüşdən ibarət olduğunu deməyin mənası bu deyildir ki, düzgün dünyagörüşü əldə etmək üçün bütün fəlsəfi məsələləri həll etmək lazımdır. Hətta, bir neçə sadə fəlsəfi məsələnin həll olunması dünyagörüşün ən əsas məsələsi sayılan Allahın varlığını isbat etmək üçün kifayətdir. Baxmayaraq ki, bu cür məsələlərdə mütəxəssis olmaq, yaranan hər bir şübhə və iradla əlaqədar cavabvermə qüdrəti kəsb etməyin daha artıq fəlsəfi tədqiqata ehtiyacı vardır.
    Həmçinin, əsaslı məsələlərin həll edilməsi üçün faydalı mərifətin əqli mərifətdə məhdudlanması bu demək deyildir ki, bu məsələlərin həll olunmasında başqa məlumatlardan əsla istifadə olunmasın. Əksinə, elmi məsələlərin çoxunda hüzuri elm, yaxud hissi və təcrübi yolla əldə edilən müddəalardan istifadə etmək olar. Eləcə də ikinci dərəcəli məsələləri və fəri etiqadları (füruiddini) həll etmək üçün təəbbüdi mərifətdən istifadə etmək və onları kitab və sünnənin mövhtəvası əsasında (dinin mötəbər mənbələri) isbat etmək, nəhayət, düzgün dünyagörüş və ideologiya əldə etdikdən sonra seyri-süluk mərhələsini ötməklə mükaşifələrə və müşahidələrə çatmaq və əqli dəlillər vasitəsilə isbat olunan şeylərin çoxunu zehni məfhumların vasitəçiliyi olmadan dərk etmək olar.
    SUALLAR
    1.İnsani mərifətin növlərini və onların hər birinin həddini bəyan edin.
    2.Neçə növ dünyagörüş təsəvvür olunur?
    3.Dünyagörüşün əsaslı məsələlərini hansı yolla isbat etmək olar?
    4.Elmi dünyagörüşü tənqid edib araşdırın.
    5.Dünyagörüş məsələlərinin bəyan olunması üçün təcrübi mərifətdən necə istifadə etmək olar?
    6.Əqidə məsələlərini isbat edərkən hansı hallarda təəbbüdi mərifətdən faydalanmaq olar?
    7.İrfani dünyagörüş nədir? Dünyagörüşün əsaslı məsələlərini irfani şühud əsasında həll etmək olarmı? Niyə?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 747 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024