İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:33 PM
    ALTINCI DƏRS
    ALLAHI TANIMAĞIN SADƏ YOLU
    –Allahı tanımağın yolları
    –Sadə yolun xüsusiyyətləri
    –Tanış nişanələr
    ALLAHI TANIMAĞIN YOLLARI
    Mütəal Allahı tanımaq üçün çoxlu yollar mövcuddur ki, müxtəlif fəlsəfə və kəlam kitablarında, dini rəhbərlərin sözlərində, eləcə də asimani kitablarda onlara işarə edilmişdir. Bu dəlil və bürhanlar bir-biri ilə müxtəlif cəhətlərdən fərqlənirlər. Məsələn, onların bəzilərində hissi və təcrübi müqəddimələrdən istifadə olunur, halbuki digərləri sırf əqli müqəddimələrdən təşkil olunmuşdur. Bəziləri Həkim (hikmət sahibi) olan Allahı birbaşa isbat etmək məqsədi güdür, halbuki bəziləri yalnız varlığı başqa bir varlıqdan asılı olmayan bir vücudu (Vacibül-vücudu) isbat etmək istəyir. Onun sifətlərini tanımaq üçün başqa dəlillər gətirmək lazımdır.
    Allahı tanımaq dəlillərini çayın üstündən keçmək üçün qoyulan müxtəlif körpülərə oxşatmaq olar, onların bəziləri çayın üzərinə salınan sadə taxta körpüdür ki, yüngül şeylər oradan asanlıqla keçərək tez bir zamanda öz məqsədinə çata bilər. Bəziləri isə ağır və uzun körpülərə bənzəyir ki, onların da möhkəmliyi daha artıqdır, lakin bunların yolu bir qədər uzaqdır. Bəziləri də əyri-üyri dəmir yolları kimi çoxlu yüksəkliyə, alçaqlığa, böyük tunellərə malikdir ki, ağır qatarların keçməsi üçün nəzərdə tutulmuşdur.
    Sadə zehnə malik olan bir şəxs Allahı çox sadə yollarla tanıyaraq Ona bəndəçilik edə bilər. Amma üzərinə şübhələrdən ibarət olan ağır bir yük götürən şəxs daş körpüdən keçməlidir, nəhayət həddindən artıq şübhələr və vəsvəsələr yükünü daşıyan bir şəxs də çox möhkəm bünövrəsi olan yollardan keçməlidir, onun hətta çoxlu əyrilikləri, eniş-yoxuşları olsa da belə.
    Biz, ilk növbədə, Allahı tanımağın sadə yolunu, sonra da orta səviyyəli yolu bəyan edəcəyik. Lakin çoxlu mürəkkəb fəlsəfi məsələlərin həll olunmasını tələb edən mürəkkəb yolları da o kəslər ötməlidir ki, onların zehnləri çoxlu şübhələrlə qarışmış olsun, yaxud şübhələri təmizləmək və yoldan azmış şəxslərə nicat vermək istəyində olsunlar.
    SADƏ YOLUN XÜSUSİYYƏTLƏRİ
    Allahı tanımağın sadə yolunun müəyyən imtiyaz (üstünlük) və xüsusiyyətləri vardır ki, onların ən mühümü aşağıdakılardır:
    1.Bu yolun mürəkkəb və mütəxəssis səviyyəsində olan müqəddimələrə ehtiyacı yoxdur və bu barədə mümkün olan ən sadə bəyanı irəli çəkmək olar. Buna görə də məlumat səthinin hansı səviyyədə olmasından asılı olmayaraq bütün insanlar üçün dərk olunası bir tərzdədir.
    2.Bu yol insanları birbaşa elmli, qüdrətli və yaradan Allaha doğru hidayət edir, amma bir çox fəlsəfi və kəlami bürhanlar bunların əksinədir. Belə ki, onlarda ilk növbədə Vacibül-vücud ünvanlı bir varlıq isbat edilir, onun qüdrət, hikmət, elm, xaliqiyyət, rübubiyyət və s. kimi digər sifətləri də başqa dəlillərlə isbat olunmalıdır.
    3.Bu yol hər şeydən artıq fitrəti qəflətdən oyatmaq, fitri mərifəti agahlığa çatdırmaq rolunu ifa edir, ona diqqət yetirmək nəticəsində insanda irfani bir halət yaranır ki, sanki varlıqların yaradılıb idarə olunmasında Allahın qüdrətini - onun fitrətinə ilk əvvəldən tanış olan qüdrəti müşahidə edir.
    Dini rəhbərlər və asimani dinlərin başçıları da bu yolu məhz adi kütlə üçün seçmiş, hamını bu yoldan istifadə etməyə dəvət etmişlər. Başqa üslubları isə ya xüsusi şəxslərə öyrətmiş, yaxud da maddi fəlsəfəçilər və dinsiz alimlərlə elmi mübahisə aparan zaman bundan istifadə etmişlər.
    TANIŞ NİŞANƏLƏR
    Allahı tanımağın sadə yolu Allahın kainatdakı nişanələri barədə dərindən fikirləşmək, Quranın təbiri ilə desək, "ilahi ayələrdə təfəkkür” etməkdən ibarətdir. Sanki yerdə, göydə və insanın varlığında olan hər şey tanış olan bir məqsədin nişanəsidir və qəlbin oxunu hər yerdə və həmişə hazır olan varlıq mərkəzinə doğru istiqamətləndirir.
    Əlinizdəki kitab da Onun nişanələrindən biridir. Məgər onu oxumaqla agah və hədəfli bir yazıçı ilə tanış olmursunuzmu? Heç bu kitabın bir sıra hədəfsiz və maddi reaksiyalar nəticəsində yaranmış olmasını və onu yazanın da heç bir hədəfi olmamasını ehtimal edirsinizmi? Bir şəxsin bir neçə yüz cilddən ibarət olan ensiklopediyanın bir filiz mədənində baş verən partlayış nəticəsində yaranmasını güman etməsi səfehlik deyilmi?! Belə ki, onun zərrələri hərflər şəklinə düşmüş olsun, kağız parçaları ilə təsadüfi toqquşma zamanında yazıları vücuda gətirsin və sonra kağızlar təsadüfü olaraq tənzim olunub cildlənmiş olsun?!
    Belə bir mürəkkəb aləmin, məlum və naməlum hikmət və sirlərlə dolu olan dünyanın təsadüf üzündən yaranmasını qəbul etmək yuxarıdakı təsəvvürdən də minlərlə dəfə gülüncdür!
    Bəli, hər bir məqsədyönlü nizam onu icad edənin bir nişanəsidir və belə nəzmlər dünyanın hər yerində müşahidə olunur və onların hamısını ümumi bir nizamı təşkil edir. Bunu hikmətli yaradan vücuda gətirmiş və həmişə Onun Öz əli ilə idarə olunmuşdur.
    Bağda mövcud olan və torpağın, gübrənin arasından cücərən rəngarəng ləçəklər və insanı məst edən ətrə malik gül budağı, kiçik bir dənədən yaranan və hər biri ləzzətli, ətirli və dadlı meyvələr verən alma ağacı, eləcə də müxtəlif şəkilli, rəngarəng ağaclar, gül budağının üstünə qonan bülbül, yumurtadan çıxaraq torpağı dimdikləyən cücə, təzə doğulub anasının döşünü tutan buzov, anasının döşündə onun üçün hazırlanmış süd - bunların hamısı Allahın qüdrət nişanələridir.
    Doğrusu, körpənin doğuşu ilə eyni zamanda ananın döşündə südün yaranmasında nə qədər təəccüblü və insanı heyrətə gətirən uyğunluq vardır! Hər il kürü qoymaq üçün kilometrlərlə yolu ilk dəfə ötən balıqlar, öz yuvalarını çoxlu dəniz bitkiləri arasında tanıyan və heç vaxt səhv edərək başqasının yuvasına getməyən dəniz quşları, sübh tezdən öz yuvasından çıxıb uzun-uzadı yollar qət etdikdən sonra ətirli güllərdən istifadə edərək gecələr öz yuvalarına qayıdan arılar və s. hamısı Allahın nişanələridir.
    Daha maraqlısı budur ki, bal arısı, süd verən inək və qoyun özü üçün lazım olan miqdardan qat-qat artıq süd və bal istehsal edir ki, müstəsna və seçilmiş varlıq olan insan onlardan bəhrələnsin. Amma nankor insan özünün Nemət Sahibini tanımır, Onun haqqında yersiz mübahisələrə girişir!
    Elə insan orqanizminin özündə olan bir çox hikmət, qüdrət nişanələri insanı heyrətə gətirir. İnsan bədəni bir-biri ilə tam uyğun və mütənasib olan "cihazlardan”, hər cihazın tərkibi də özünə münasib olan əzalardan təşkil olunmuşdur. Hər bir üzv milyonlarla canlı və xüsusi hüceyrədən ibarətdir, halbuki onların hamısı vahid bir ana hüceyrədən əmələ gəlmişdir. Hər bir hüceyrənin müəyyən lazım olan maddədən təşkil olunması, hər bir hissəciyin bədənin ən münasib yerində qərar tutması, üzvlərin məqsədyönlü hərəkət və fəaliyyətləri, ağ ciyərin vasitəsilə oksigenin cəzb olunub qırmızı qan cisimcikləri vasitəsilə hüceyrələrə ötürülməsi, qara ciyərin vasitəsilə lazımi qədər şəkər hazırlanması, yeni hazırlanan hüceyrələr vasitəsilə xəsarət alan toxumaların bərpa olunması, ağ qan cisimcikləri vasitəsilə bədənə hücum edən yad cisimlər və mikroblarla mübarizə, bədənin həyat işlərinin tənzim olunmasında mühüm rolu ifa edən vəzilər vasitəsilə müxtəlif hormonların ifraz edilməsi və s. Bunların hamısı Allahın nişanələridir.(Bu məsələ ilə daha artıq maraqlananlar aşağıdakı kitablara müraciət etsinlər: "Razi afərineşi insan”, "İsbati vücudi Xuda, nişanəhayi u”. ) Minlərlə alimin uzun əsrlər boyu tədqiqat aparmasından sonra incəlikləri hələ də dəqiq şəkildə öyrənilə bilməyən bu qəribə quruluş kim tərəfindən yaradılmışdır? Hər bir hüceyrə kiçik, amma hədəfli bir sistemdir. Hüceyrələrdən təşkil olunan bir məcmu hüceyrələrə nisbətən daha böyük və məqsədyönlü sistem olan bir üzvü təşkil edir. Müxtəlif və mürəkkəb sistemlər məcmuəsi bədənin ümumi və müəyyən hədəfə malik olan sistemini təşkil edir. Amma iş bununla bitmir. Canlı və cansız varlıqlardan təşkil olunan və sayı-hesabı məlum olmayan sistemlər böyük və qeyri-sabit bir sistemi təşkil edir. Bu da "təbiət aləmi” adlanır ki, son dərəcə nəzm və vahid bir hikmət sayəsində idarə olunur.
    «Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiz?» ("Ənam” surəsi, ayə:95 )
    Aydındır ki, bəşərin elmi nə qədər irəliləsə, təbiət varlıqları arasındakı əlaqə və qanunlar nə qədər artıq kəşf olunsa yaradılışın hikmət və sirləri də bir o qədər aşkar olacaqdır. Bu sadə və aydın nişanələrə dərindən diqqət yetirmək aludə olmamış, günah çirkabına düşməmiş pak qəlblər üçün kifayətdir.
    SUALLAR
    1.Allahı tanımağın müxtəlif yollarını və onların xüsusiyyətlərini bəyan edin.
    2.Allahı tanımağın sadə yolu hansıdır? Hansı xüsusiyyətlərə malikdir?
    3.Varlıqların məqsədyönlü nişanələrinin bəyan edin.
    4.Nəzm dəlilinin məntiqli şəklini bəyan edir.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 578 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024