İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:32 PM
    SƏKKİZİNCİ DƏRS
    ALLAHIN SİFƏTLƏRİ
    –Müqəddimə
    –Allahın əzəli və əbədi olması
    –Səlbiyyə sifətləri
    –Varlıq bağışlayan səbəb
    –Varlıq bağışlayan səbəbin xüsusiyyətləri
    MÜQƏDDİMƏ
    Əvvəlki dərslərdə qeyd olundu ki, fəlsəfi bürhanlardan çoxunun məfhumu Vacibul-vücud ünvanlı bir varlığı isbat etməkdir və başqa bürhanların əlavə edilməsi ilə onun səlbiyyə və sübutiyyə sifətləri sübuta yetir. Onların məcmusundan Mütəal Allah Onu məxluqlardan seçən özünəməxsus sifətləri ilə məlum olur. Amma sırf şəkildə Vacibul-vücud olması Onu tanımaq üçün kifayət deyildir. Çünki bir şəxs, məsələn materiyanın (maddə və enerjinin) də Vacibul-vücudun nümunəsi olmasını güman edə bilər. Buna görə də bir tərəfdən Allahın səlbiyyə sifətləri sübut olunmalıdır ki, Vacibul-vücudun məxluqata məxsus olan sifətlərdən uzaq olması və onun məxluqlarından heç birinə tətbiq edilməməsi məlum olsun. Digər tərəfdən Allahın sübuti sifətləri isbat olunmalıdır ki, həm Onun pərəstişə layiq olması aydınlaşsın, həm də nübüvvət, məad və onların təfərrüatı kimi digər əqidə prinsiplərinin isbat olunmasına şərait yaransın.
    Yuxarıda qeyd olunan bürhandan aydın oldu ki, Vacibul-vücudun səbəbə ehtiyacı yoxdur və o bütün mümkünül-vücudların səbəbidir. Başqa sözlə desək, Vacibul-vücud üçün iki sifət isbat olunur:
    1.Onun hər hansı varlığa ehtiyacsız olması. Çünki əgər başqa bir varlığa azacıq belə ehtiyacı olsa həmin başqa varlıq onun illəti olacaqdır və bildiyimizə görə, fəlsəfi mənada səbəbin mənası budur ki, başqa varlıq ona ehtiyaclı olsun.
    2.Mümkünül-vücud olan varlıqlar Onun (vacibul-vücud) məlulu və Ona ehtiyaclıdırlar. Bu da onların yaranması üçün ilkin səbəbdir.
    Bu iki nəticədən istifadə edərək onlardan lazım gələnləri bəyan edir, Vacibul-vücudun səlbiyyə və sübutiyyə sifətlərini isbat edirik. Əlbəttə fəlsəfə və kəlam kitablarında onların hər birinin isbatına dair çoxlu bürhanlar qeyd olunmuşdur, lakin biz mətləbin mənimsənilməsinin asan olması, yığcamlığa riayət edilməsi və mətləblərin arasında bağlılığı nəzərə almaqla elə bürhanları seçmişik ki, onların yuxarıdakı bürhanla olan əlaqəsi saxlanılsın.
    ALLAHIN ƏZƏLİ VƏ ƏBƏDİ OLMASI
    Əgər hər hansı bir varlıq başqa bir varlığın nəticəsi olaraq ona ehtiyaclı olsa, vücudu onun (səbəbin) özünə tabe olacaqdır və illətinin aradan getməsi ilə vücudunu itirəcəkdir. Başqa sözlə desək, hər hansı bir zaman dövründə mövcudun yox olması (olmaması) onun ehtiyaclı və mümkünül-vücud olmasını göstərir. Vacibul-vücudun varlığı özündən olduğundan və heç bir varlığa ehtiyaclı olmadığı üçün həmişə mövcud olacaqdır.
    Bununla da Vacibul-vücud üçün digər iki sifət isbat olunur: biri əzəli olmasıdır, yəni keçmiş heç bir dövrdə Onun üçün yoxluq təsəvvür olunmur, digəri isə əbədi olmasıdır, yəni o, gələcəkdə də heç vaxt yox olmayacaqdır. Bəzən bu iki sifətin cəmi "sərmədi” adı ilə bəyan olunur.
    Buna əsasən əvvəllər yoxluğu, yaxud sonradan zavala uğraması mümkün olan bir varlıq Vacibul-vücud olmayacaqdır. Hər bir maddi varlığın Vacibul-vücud olması fərziyyəsinin batil olması da tamamilə aşkardır.
    SƏLBİ SİFƏTLƏR
    Vacibül-vücudun digər bir tələbi (zərurəti) Onun bəsit olması, cüzlərdən və hissələrdən təşkil olunmamasıdır, çünki hər bir mürəkkəb öz hissələrinə ehtiyaclıdır və Vacibül-vücudun isə heç bir şeyə ehtiyacı yoxdur.
    Vacibül-vücudun hissələrinin həqiqətdə mövcud olmaması, hətta, bir xəttin üzərində nəzərdə tutulan iki xət parçası kimi olması fərziyyəsi də batildir. Çünki potensial hissələrə malik olan şey hərçənd xaricdə gerçəkləşməsə belə, əql baxımından analiz olunma qabiliyyətinə malik olacaqdır. Analizolunmanın mümkün olmasının mənası da ümuminin yoxluğa uğramasının mümkünlüyüdür. Belə ki, əgər birmetrlik xətt iki yarımmetrlik hissəyə bölünsə, artıq birmetrlik xətt mövcud olmayacaqdır. Əvvəllərdə qeyd olundu ki, Vacibül-vücudun yoxluğa uğraması mümkün deyildir.
    Gerçəklik (bil-fel) və imkan (bil-qüvvə) səviyyəsində hissələrdən təşkilolunma cismlərin xüsusiyyətindən olduğundan heç bir cismani mövcudun Vacibül-vücud olmadığı aydın olur. Başqa sözlə desək, Mütəal Allahın mücərrəd olması və cismani olmaması sübuta yetir. Həmçinin aydın olur ki, Mütəal Allah gözlə görünüb, heç bir hiss orqanları ilə idrak oluna bilməz, çünki hissolunma cism və cismani olmağın xüsusiyyətlərindəndir.
    Digər tərəfdən cism olmağı inkar etməklə məkana və zamana malik olmaq kimi cismin xüsusiyyətləri də Vacibül-vücuddan səlb olunur. Çünki məkan o şeylər üçün təsəvvür olunur ki, həcmə, enə, uzunluğa malik olsun. Zamana malik olan hər bir şey uzanma və zaman nöqteyi-nəzərindən bölünməyə qabildir və bu da bir növ imkan şəklində (bil-qüvvə) hissələrdən təşkil olunmaq hesab olunur. Buna əsasən Mütəal Allah üçün məkan və zaman təsəvvür etmək olmaz. Məkan və zamana malik olan varlıq da heç vaxt Vacibül-vücud olmayacaqdır.
    Nəhayət, zamanın Vacibül-vücuddan inkar olunması hərəkət, dəyişiklik və təkamülü də ondan inkar edir, çünki heç bir hərəkət və dəyişiklik zaman və məkan olmadan mümkün deyildir.(Allahın məkana malik olması, ərşdən aşağı nazil olması və gözlə görünməsi sünnilərdən bir qrupunun nəzəridir. Allahın dəyişikliyə və təkamülə məruz qalması da Hegel, Bergson, Vilyam Ceyms, Vaythed kimi qərb filosoflarından nəql olunmuşdur. Lakin bilmək lazımdır ki, Allahdan hərəkət və dəyişikliyin inkar olunması Onun üçün sükunəti isbat etmir, əksinə, bu Onun zatının sabit olması mənasındadır. Sabitlik də dəyişikliyin ziddidir. Amma sükunət, hərəkət xüsusiyyətinin olmamasıdır və hərəkət etməyə qabiliyyəti olan şeylərdən başqa heç nə onunla vəsf edilməz.)
    Buna əsasən Allah üçün ərş kimi bir yerin olduğuna inananlar, yaxud asimandan aşağı nazil olmağı Ona nisbət verənlər, yaxud Onun gözlə görünə bilməsinin mümkünlüyünü iddia edənlər, yaxud da Onun dəyişilib haldan-hala düşməsinə, təkamül etməsinə inananlar Allahı düzgün şəkildə tanımamışlar.
    Ümumiyyətlə, hər cür çatışmazlıq, məhdudiyyət və ehtiyaca dəlalət edən məfhum Mütəal Allahdan uzaqdır. Allahın səlbi sifətlərinin mənası da məhz budur.
    VARLIQ BƏXŞ EDƏN SƏBƏB
    Qeyd olunan dəlildən əldə olunan ikinci nəticə budur ki, Vacibül-vücud mümkünlərin yaranış səbəbidir. İndi isə bu nəticənin zəruri olmasını araşdırırıq. Əvvəlcə səbəbin qismləri ilə bağlı bir qədər izahat verdikdən sonra ilahi səbəbiyyətin xüsusiyyətlərini bəyan edirik.
    Səbəb özünün ümumi mənasında başqa bir şeyin bağlılıq tərəfi olan hər bir varlığa aid edilir, hətta şərtlərə və vasitələrə (müiddat) də səbəb deyilə bilər. Allah-taala üçün səbəb olmamasının mənası budur ki, başqa bir varlıqdan heç bir növ asılılığı yoxdur, hətta Onun üçün heç bir növ şərtiyyət və vasitəni də təsəvvür etmək olmaz.
    Amma Allahın məxluqat üçün səbəb olmasına gəldikdə isə, bu, failin illiyyətinin xüsusi qismi olan varlıq bağışlamaq mənasınadır. Bu mətləbi izah etmək üçün səbəblərin qismlərini araşdırmalıyıq və onun müfəssəl izahı fəlsəfi kitablara həvalə olunur.
    Bildiyimiz kimi, bitkinin cücərməsi üçün toxum, münasib torpaq, hava, su və s. kimi şeylərin olması zəruridir. Təbii bir amil, yaxud insan, toxumu torpağa səpməli və ona su verməlidir. Səbəb üçün qeyd olunan tərifə əsasən bunların hamısı bitkinin cücərməsinin səbəbləri hesab olunur.
    Bu illətləri müxtəlif nəzərlərdən müəyyən qismlərə bölmək olar. Məsələn, varlıqları həmişə nəticəni vücudu üçün zəruri olan səbəblərə həqiqi səbəblər, qalmaqları nəticənin qalmağı üçün lazım olmayan digər səbəblər isə (bitki barəsində əkinçinin varlığı) vasitəli səbəblər, yaxud muiddatlar (vasitələr) adlandırılır. Eləcə də əvəz edilə bilən illətləri əvəzolunan səbəblər, başqa səbəbləri isə əvəzolunmaz səbəblər adlandırırlar.
    Bir növ illət də vardır ki, bitkinin cücərməsi ilə əlaqədar deyilənlərin hamısı ilə fərqlənir və onun nümunəsini zehn və bəzi zehni varlıqlar barəsində mülahizə etmək olar. İnsan öz zehnində bir surəti yaradanda, yaxud hər hansı bir işi görməyi qərara alanda "zehni surət” deyilən ruhi və nəfsani iradə adlı bir varlıq gerçəkləşir ki, onun varlığı zehnin varlığına bağlı olduğuna görə də onun nəticəsi hesab olunur. Lakin bu növ nəticə elə bir şəkildədir ki, səbəbindən heç bir tərzdə ayrı və müstəqil, ondan ayrılıqda vücuda malik ola bilməz. Eyni halda, zehnin zehni surəti, yaxud iradə ilə əlaqədar failiyyəti müəyyən şərtlərə bağlıdır ki, onun nöqsanlı, məhdud və mümkünül-vücud olmasından irəli gəlir. Lakin varlıq aləmi üçün Vacibül-vücudun fail olması zehnin ruhi varlıqlarla əlaqədar olan failiyyətindən daha yüksək və daha kamildir və sair faillərin arasında oxşarı, misli yoxdur. Çünki O öz nəticəsinə heç bir ehtiyacı olmadan onu yaradır, o nəticənin də bütün varlığı Ona bağlıdır.
    VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
    Qeyd olunanlara diqqət yetirməklə varlıq bəxş edən səbəb üçün bir neçə mühüm xüsusiyyəti qeyd etmək olar:
    1.Varlıq bəxş edən səbəb bütün nəticələrin kamallarına daha kamil şəkildə malik olmalıdır ki, hər bir varlığa onun tutumu qədərində əta edə bilsin. Amma maddi və vasitə olan səbəblər yalnız nəticənin dəyişikliyi üçün şərait yaradır, onların və öz nəticələrinin kamallarına malikolma zərurəti yoxdur. Məsələn, torpağın bitkinin kamalına malik olmasının, yaxud ata-ananın övladın kamalına malik olmasının zərurəti yoxdur. Amma varlıq bağışlayan Allah bəsit və bölünməz olduğu halda vücud kamallarının hamısına malik olmalıdır.(Qeyd etmək lazımdır ki, məxluqatın kamallarına malik olmağın mənası, onların məfhumlarının (cism və insan məfhumu kimi) da Mütəal Allaha aid edilə bilməsi deyildir. Çünki bu kimi məfhumlar məhdud və nöqsanlı varlıqlardan ibarətdir və buna görə də sonsuz kamala və vücuda malik olan Mütəal Allaha aid edilə bilməz. )
    2.Varlıq bəxş edən səbəb öz nəticəni yoxluqdan varlıq aləminə gətirir və başqa sözlə onu yaradır. Onu yartmaqla öz vücudundan heç bir şey azalmır. Amma təbii faillərdə iş tamamilə başqa cürdür. Onların işi mövcud nəticənin vəziyyətini dəyişdirmək, enerji və qüvvə sərf etməkdən ibarətdir. Vacibül-vücudun zatından hər hansı bir şeyin ayrılması fərz edilsə ilahi zatın dəyişilməsini və bölünməsini zəruri edir ki, bunun da batil bir şey olması sübut olundu.
    3.Varlıq bəxş edən səbəb həqiqi səbəbdir. Buna görə də nəticənin qalması üçün onun varlığı zəruridir. Amma vasitə olan səbəblərdə nəticənin qalmasında onlara ehtiyac yoxdur.
    Buna əsasən sünni mütəkəllimlərinin bəzilərindən nəql olunan "aləmin qalıb davam etməsində Allaha ehtiyacı yoxdur” kimi sözlər, eləcə də qərb filosoflarının bəzilərinin dediyi "təbiət aləmi bir dəfə həmişəlik üçün işə salınan olduğu üçün və artıq, Allahın idarə etməsinə ehtiyacı olmayan saata bənzəyir” kimi sözlər həqiqətdən çox-çox uzaqdır. Halbuki varlıq aləmi özünün bütün işlərində Mütəal Allaha ehtiyaclıdır, əgər bir anlığa varlıq əta etməsə, heç bir şeyin vücudu qalmaz.
    SUALLAR
    1.Allahın sifətlərini tanımağın nə kimi zərurəti var?
    2.Keçən bürhandan hansı nəticələr əldə olunur?
    3.Allahın sərmədi (əbədi və əzəli) olmasını isbat edin.
    4.Allahın zatının bəsit olmsını, gerçəklik (bil-fel) və imkan şəklində (bil-qüvvə) hissələrdən təşkil olmamasını necə isbat etmək olar?
    5.Allahın cismani olmamasının dəlili nədir?
    6.Nə üçün Allahı görmək olmaz?
    7.Hansı dəlilə əsasən Allahın zaman və məkana ehtiyacı yoxdur?
    8.Hərəkət və sükunəti Allaha aid etmək olarmı? Niyə?
    9.Səbəbin qismlərini bəyan edin.
    10.Varlıq bağışlayan səbəbin xüsusiyyətlərini şərh edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 687 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024